«маgistratura məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə37/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   ...   33   34   35   36   37   38   39   40   ...   50
X-lilli-G-l-n (2)

 
Akyürek, Rüveyde (Ed.), Kurumsal İletişim Yönetimi, Eskişehir: TC. Anadolu Üniversitesi Yayını, 2005. s. 86.
58
Gürgen, H. (1997). Örgütlerde İletişim Kalitesi.İstanbul: Der Yayınları.s. 190. 
59
Peltekoğlu, F.B. (2001). Halkla İlişkiler Nedir?.İstanbul: Beta Yayınları. s. 525-526.


67 
•İşçilər əhəmiyyətli olduğuna inandıqları mövzularda mütləq 
məlumatlandırılmalıdır. 
•İşçilərin güvəndiyi mediadan istifadə edilməlidir. 
İşçilərlə ünsiyyət qurma strategiyaları və üsullarını də aşağıdakı kimi
maddələrə ayırmaq olar.
60
• İşçilərin mövqelərini mütəmadi olaraq yoxlamaq 
• Ardıcıl olmaq 
• Ünsiyyəti şəxsiləşdirilmək 
• Dürüst olmaq 
• İnnovativ olmaq. 
Beynəlxalq təcrübədə üz-üzə ünsiyyətin və mədəniyyətin əhəmiyyəti. Əvvəl də 
qeyd etdiyimiz kimi, effektiv ünsiyyətin başlıca qaydası göndərən tərəfindən 
hazırlanan mesajın alıcıtərəfindən başa düşülməsidir. Əgər mesajı alan şəxs, mesaja 
göndərəndən daha fərqli bir məna yükləyərsə, o ünsiyyət prosesində problem 
qaçınılmaz bir hala gələcəkdir. Fərqli mədəniyyətlərdən olan insanlar arasındakı 
ünsiyyət prosesi zamanı isə təbii olaraq daha çox problem yarana bilər. Çünki, fərqli 
mədəniyyətlərdən olan insanların ünsiyyətində başda mədəni fərqliliklər olmaqla, bir 
çox səbəbdən yanlış anlama, yanlış şərh etmə və qiymətləndirmə ehtimalı artır. Bir 
mədəniyyətdən gələn fərdin istifadə etdiyi bir söz, mimika, əl-qol hərəkətləri hətta, 
oturuş forması belə başqa bir mədəniyyətdə səhv başa düşülə bilər. 
İşçi heyətində bir çox mədəniyyətdən işçinin olduğu beynəlxalq arenada fəaliyyət 
göstərən müəssisələrdə, bu cür mədəniyyətlərarası ünsiyyət problemlərin yaşanması 
çox təbiidir. Başlanğıcda bəlkə də çox kiçik bir detal kimi görünən bu problemlər
zaman keçdikcə uçqun kimi böyüyərək təşkilata böyük zərərlər vere bilir.
61
İş 
həyatında istər zaman çatışmazlığından,istərsə də,şəxslərarası məsafəyə görə 
problemləri danışaraq həll etmə ehtimalı olduqca azdır. Bu vəziyyəti bu misalla izah 
etmək olar:
60
Gürgen, H. (1997). Örgütlerde İletişim Kalitesi. İstanbul: Der Yayınlarıs. 198

61
John R. Schermerhorn, James G. Hunt, Richard N. Osborn, Managing Organizational Behavior, USA: 
JohnWiley&Sons Inc., 1994, s.565. 


68 
İsmayil bəy daha əvvəlcədən tanışlığı olmayan Belçikalı həmkarını bir iş 
görüşməsi üçün telefonla zəng etmiş və öz mədəniyyətindən olan insanlarla 
danışıqlarında dəfələrlə etdiyi kimi heç düşünmədən, ilk əvvəl "necəsiniz?" deyə 
soruşmuşdur. Amma bu dəfə, daha əvvəl heç eşitmədiyi bir cavabla qarşılaşmışdır: 
"Sizə nə!". İsmayıl bəy, Belçikalı həmkarının "kobud", "hörmətsiz", "nanəcib" 
olduğunu düşünmüş və bir daha bu şəxslə görüşməməyə qərar vermişdir.Əgər 
İsmayıl bəyin qarşısındakı şəxs hər hansı bir azərbaycanlı həmkarı olsaydı, alacağı 
cavab mütləq fərqli olacaqdı, çünki Azərbaycan mədəniyyətində, insanların bir-
birlərinin xatirini soruşmaları, yaxınlığı, diqqəti simvolizə edən ümumi jestlərdir, hər 
nə qədər bəzən qarşımızdakı şəxsdənhal-əhval tutuqdan sonra gələn cavaba qulaq 
verməsək də. Belə bir vəziyyətdə, İsmayıl bəy əgər içərisində böyüdüyü cəmiyyətin 
mədəni göstəricilərinin onun vərdişlərində əks olunduğunun fərqində olsaydı, böyük 
bir ehtimalla daha elastik, anlayışlı ola billərdi.
62
Saat və zaman anlayışı, mədəniyyətlər arasında fərqli qəbul edilən və iş həyatına 
da çox təsir edən bir faktordur. Saat anlayışı insanların iş yerində, şəxsi həyatlarında 
və boş zamanlarındakı davranışlarını yön verməkdə əhəmiyyətli bir yerə malikdir. 
Qərb mədəniyyətində, müəyyən bir zaman dilimində heç bir şey etməmək, vaxt 
sərfiyyatı ilə bərabər tutulur. Boş yerə vaxt xərcləmək isə qəbul edilməyən və 
arzuolunmayan bir haldır. Şərq mədəniyyətində isə, saat vaxtı anlayışı yerinə bioloji 
və ya psixoloji zaman anlayışı daha əhəmiyyətli rol oynayır. Yəni, bir işi etməyin 
doğru zamanı prinsipi önəmlidir. Müəyyən bir zaman dilimində heç bir şey etməmək, 
heç bir şeyin olmadığı mənasını vermir. Əksinə o işi o an etmək yanlış 
olacaqdı.Çünki, keçən zaman müddətində hadisə böyüyür yetkinləşir. Məsələn ABŞ-
da zaman "pul" olaraq qəbul edilməkdədir. Bu ölkədə işin hansı yolla, nə qədər 
qazanclı zaman müddətində və necə ediləcəyi əhəmiyyətli ikən; Meksika və ya 
Fransa kimi ölkələrdə yalnız nəticə əhəmiyyətlidir. Planlaşdırılan iş, sabahısı günə və 
ya daha sonrakı bir günə də ertələnə bilər.
63
62

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin