«маgistratura məRKƏZİ» Əlyazması hüququnda


A New Tool For Managing Your Employees As Internal ‘Customers’



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə45/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   ...   42   43   44   45   46   47   48   49   50
X-lilli-G-l-n (2)

A New Tool For Managing Your Employees As Internal ‘Customers’ ”, Journal of Integrated Communication
2001-2002, Tərcümə: http//
www.medill.northwestern.edu/imc/bookshelf/
, Mart 2002.


88 
Nəticə 
Müasir şəraitdə istənilən fəaliyyət sahəsində uğur qazanmaq üçün iş həyatında 
sağlam ünsiyyət qaçınılmazdır. Bütün dünyada biznes şəraiti iş həyatında sosial 
mühitin mövcud olmasını tələb edir. Sosial mühitə uyğunlaşmaq; bilik və 
bacarıqlarımızı artırmaq üçün sağlam ünsiyyətin üsullarını öyrənmək və tətbiq etmək 
lazımdır. Bunun üçün də ünsiyyətdə maneələr, əngəllərin aradan qaldırılması, o 
cümlədən ünsiyyət və rabitəni asanlaşdıran üsullardan istifadə etmək gərəkdir.
Aydındır ki, yaşadığımız cəmiyyətdə bütün mesajlar, informasiyalar açıq və net 
olaraq çatdırılmır. Bütün mesajları düzgün müəyyən etmək üçün isə, ictimai-sosial və 
təşkilati-işgüzar mədəniyyəti həqiqi mənada dərk etmək, mənimsəmək lazımdır. 
Ünsiyyət çağını yaşadığımız indiki vaxtda təşkilatlar baxımından ən əhəmiyyətli 
problem, hədəf kütlələriylə uğurlu əlaqə yaradaraq, ünsiyyəti doğru idarə edə 
bilməkdir. Ünsiyyətin doğru idarə olunması dedikdə, təşkilatınız haqqında hədəf
kütlənizdə yaratmaq istədiyiniz təsirin sizin istədiyiniz şəkildə, müsbət istiqamətdə 
yaradılması, uzun vədədə təşkilatınızın imicinə və nüfuzuna təsir edən bir prosesin 
başlanması nəzərdə tutulur. Təşkilati ünsiyyət yalnızca, uzun nəfəsli, planlı, strateji 
qərarlar və onların tətbiqini nəzərdə tutan bir yanaşmanı əsas götürdüyü müddətcə 
istənilən nəticələri əldə edə bilər. Güvən, inam üzərinə inşa edilən təşkilati etibar tək 
bir mesajla yaradıla bilər, təşkilatın bütün fəaliyyətlərini ehtiva edib, həyat boyu 
davam edər və yenə, tək bir mesajla etibarınızı yox edə bilər. Yaratmaq, idarə etmək 
və davamlılığı təmin etmək ancaq təsirli ünsiyyət strategiyası və fəaliyyətləri ilə 
təmin edilə bilər. 
Burada iş həyatında eldə edilmiş uğuru artırmaq üçün lazım olan qaydalar və 
funksiyalar təsvir edilir. Bu qaydalara uyğun olaraq:
 Iş həyatının hər bir mərhələsində öyrənməyin son həddinin olmadığını,
 Həmrəyliyin sizi uğura necə götürəcəyini,
 Uyğun işçiyə uyğun işin verilməsi əhəmiyyətini
 Işçilərin davranışlarının düzgün təxmin edilməsi 


89 
 İşçilərin işə və ətraf mühitə uyğunlaşdığı şəraitdə daha sadiq, xoşbəxt və 
həvəsli şəkildə çalışdıqları 
 Işçinin iş yerinin davamlılığının müştəri xidmətinə bağlı olduğu
Ünsiyyət qurulmasında əsl məqsəd, mesajların aydın şəkildə göndərilməsi və qarşı 
tərəfin münasibət və davranışlarında dəyişikliyə səbəb olmaqdır. Əgər davranışlarda 
dəyişiklik meydana gəlmirsə mesaj var; amma ünsiyyət yoxdur. 
Beləliklə, təşkilat daxili ünsiyyətin hədəflərini ifadə edərkən, onun; 
- Tam olaraq media, mesajlar, göndərici və alıcılar, münaqişələr və maneələrlə 
məhdud olmadığını, 
- Esas olaraq, informasiyanın hərəkətindən çox mənanı və mənalandırmağı, 
qqavramanı təmin etmək üçün var olduğunu, 
- Təşkilatın işçilərindən davranış dəyişikliyi sərgiləməyi hədəflədiyini, 
- Təşkilatın hədəflərinə çatılmasında qatqı və dəstəyin olması üçün bir 
investisiya rolu oynadığını bilmək lazımdır. 
Təşkilatın, hədəflərinə çatmasına köməklik məqsədiylə işçilər üçün yuxarıda 
qeydə olunmuş şərtlərin cəm halda ödəndiyi bir iş mühiti yaradılmalıdır. Ancaq, 
mənfəətə gedən yolda işçilərin çalışdıqları təşkilatla əlaqədar müsbət təəssüratlarını 
dilə gətirmələri və işlədikləri təşkilatdan qürur duymaları, işçilərin qərarların 
qəbulunda iştirakını təmin etmək, o cümlədən xoşagəlməz halları, negativləri 
müntəzəm olaraq rəhbərliyin işçilərə çatdırması vacibdir. 
Effektiv bir təşkilati ünsiyyət ilə təşkilatın məqsəd və hədəflərinin işçilərə doğru 
bir şəkildə çatdırılması ilə bu istiqamətdə fəaliyyət proseslərinin planlaşdırılması 
mümkündür. Təşkilat daxili ünsiyyət effektiv şəkildə baş tutması üçün təşkilat daxili 
ünsiyyət kanallarından effektiv bir şəkildə istifadə etmək lazımdır: 
 Təşkilat daxilində yaşanan qarşıdurmaların ən aşağı həddə gətirilməsi
 Motivasiyanın və səmərəliliyinin isə maksimum səviyyədə saxlanılması
 Yenilikçi/innovativ olunması 
 Müsbət rəqabətə imkan yaradılması 
 Hörmət və etimada əsaslanan iş mühitinin təmin edilməsi


90 
 Təşkilati aidiyyət hissinin yaradılması
Təşkilat daxili ünsiyyət, təşkilat əməkdaşlarını təşkilati məqsədlər, qarşıya 
qoyulan hədəflər, onların vəzifə və fəaliyyətləri və qarşıya çıxan problemlər haqqında 
məlumat və bilgi ilə təmin edir. Bundan başqa işçilər, təşkilat daxilində olan mövcud 
vəziyyəti və özlərinin təşkilat daxilindəki yerləri və rollarını yenə təşkilat daxili 
ünsiyyət fəaliyyətləri sayəsində öyrənə bilirlər. 
Uğurlu ünsiyyət kampaniyaları və təşkilati ünsiyyət fəaliyyəti üçün cəmiyyətə 
və cəmiyyətin dəyər mühakimələrinə qarşı həssas olmaq lazımdır. Bir başqa deyimlə, 
bütün bu işlər təşkilatın öz dəyərlərinə və fəlsəfəsinə uyğun olduğu üçün həyata 
keçirilməlidir, müsbət imic yaratmaq adına saxta işlər etməkdən qaçınılmalıdır. 
İctimaiyyətlə əlaqələr texnikalarını, maraqlı tərəflər qrupunu qısa dövrdə 
manipulyativ yollarla səhv istiqamətləndirmək üçün istifadə edilən təşkilatlar, uzun 
dövrdə bu etik olmayan fəaliyyətlərin təşkilatın maraqlarına, şöhrətinə və təşkilatın 
gələcəyinə təsirini düşünmədiklərini göstərir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin