80
5. Mesajın alıcıya
çata bilməsi üçün, ən uyğun ünsiyyət vasitəsi seçilməlidir.
6. Qəbul edənlə eyni anda nə qədər çox ünsiyyət vasitəsi ilə əlaqə yaradılsa,
ünsiyyət o dərəcə təsirli olacaqdır. Məsələn, mesajın şifahi olaraq çatdırılması ilə
kifayətlənməyib onun yazılı olaraq da çatdırılması daha təsirli bir ünsiyyət
qurulmasına imkan verir.
7. Mesajın dili aydın, məzmunu açıq və dəqiq olmalıdır. Mesaj,
verdiyi
məlumatlardan nəticə çıxarmağı alıcıya buraxmayacaq şəkildə açıq və aydın olaraq
kodlaşdırılmalıdır.
8. Qaynağın inanılan olması ünsiyyətin təsirini artırır. Qaynağın alıcılar
tərəfindən inanılan olub olmaması, ünsiyyətə müsbət və ya
mənfi təsir göstərən çox
əhəmiyyətli bir xüsusiyyətdir.
9. Mənbə, alıcının öz vizionunu necə qiymətləndirdiyini yaxşı təsbit etməlidir.
Bu təsbit sonunda mənbə, mesajlarının alıcı tərəfindən necə qəbul olunduğuna diqqət
edərək hazırlamalıdır. Çünki mesajın, alıcıdakı imiclə ziddiyyət təşkil etməsi
ünsiyyətə mənfi yöndə təsir edir.
Yuxarıda sadalanan ünsiyyətin effektivliyini
təmin edən əsas şərtlər göz
önündə olduqda, təşkilat daxili ünsiyyətdə inkişaf və yaxşılaşdırma təmin edilmiş
olacaqdır.
87
Ünsiyyət, təşkilatı bir yerdə cəmləyən və təşkilat üçün həyati əhəmiyyətə sahib
bir ünsürdür. Təşkilat
daxili ünsiyyətin əhəmiyyəti, təsirli və sağlam bir prosedur
sərgilədiyi təqdirdə verdiyi faydaları bu şəkildə sıralamaq olar
88
:
Rəhbərliyə qərar qəbul etmədə ehtiyac duyulan məlumatı əldə etmə imkanı
təqdim edir.
İdarəçilər tərəfindən verilən qərarların işçilər tərəfindən qəbul edilməsini və
tətbiq etməyə imkan verir.
İşçilərdə təşkilati bağlılıq duyğusunu artırır.
87
Kurum içi iletişimi geliştirmede “iletişim” temali
hizmet içi eğitimlerin rolü, Gizem er,Ankara - 2013
Dostları ilə paylaş: