Komvol Yun Parçaların Keyfiyyətinin ekspertizası . 66
dəyişir. Məlumatlardan göründüyü kimi, mahud parçasının tərkibinə lavsan lifinin
qarışdırılması nəticəsində parçanın cırılmaya qarşı davamlılığı xalis yun
parçasından xeyli yüksəkdir. Əgər xalis mahud parçasının əriş üzrə (səthi sıxlıq
250-dən az) cırılma yükü 256 H-dirsə, lavsan tərkibli mahud parçasınınkı 294 H-
dir. Deməli, parçanın səthi sıxlığı çoxaldıqca, cırılma yükünün səviyyəsi də
çoxalır. Məsələn, xalis mahud parçasının səthi sıxlığı 310-dan artıq olduqda, onun
ərişi üzrə cırılma yükü 245 H olduğu halda, lavsan tərkibli mahud parçasınınkı
343-ə çata bilir. Bu hal həm də parçaların arğacı üzrə cırılma yükünün
dəyişilməsinə də aiddir. Bir sözlə, parçanın lif tərkibinə kimyəvi liflərin
qatışdırılması onun cırılmaya qarşı davamlılığına həlledici təsir göstərir.
Bu vəziyyəti parçanın cırılması zamanı uzanma göstəricisinə aid etsək,
aşağıdakıları qeyd etmək olar. Bütün hallarda parça zolağına düşən yükün
səviyyəsindən asılı olmayaraq, uzanma həddi eynu göstəriciyə malikdir. Hər 4
variant üzrə - həm əriş və həm də arğac üzrə uzanma 15%-dən çox olmamışdır.
Lakin bəzi ədəbiyyat mənbələrindən göründüyü kimi, yun parçalarının tərkibinə
müəyyən faiz pambıq lifinin qatışdırılması zamanı eyni səthi sıxlığa malik olan
parçaların cırılması zamanı uzanması 12%-ə bərabərdir. Bu yəqin ki, onunla izah
oluna bilir ki, pambıq lifinin qırılma uzunluğu 6-9%-ə bərabərdir ki, bu vəziyyət
pambıq qarışıqlı yun parçasının cırılması zamanı uzanma göstəricisi də aşağıdır.
Sürtünməyə qarşı davamlılıq dedikdə parça materiallarının istismar
prosesində kompleks halda dağıdıcı amillərin təsirinə qarşı müqavimət göstərməsi
başa
düşülür.
Parçaların
sürtünməsinin
fiziki-mexaniki
mahiyyəti
çox
mürəkkəbdir. Belə ki, istismar prosesində parça materialları müxtəlif xarakterli
səthlərlə sürtünməyə məruz qalır. Özü də parçanın sürtünüb dağılmasında müxtəlif
mexaniki təsirlər, o cümlədən sürtünmə, təkrar qatlanmalar, dartılmalar kimi
təsiredici qüvvələr mövcuddur. Eyni zamanda fiziki-kimyəvi və bioloji amillərin
də parçasının istismarı zamanı dağılmasında rol oynamır. Demək olar ki, parçanın
dağılmasında yalnız bir amilin rolu yoxdur və kompleks təsireidici qüvvələrin ya
eyni bir vaxtda təsiri və yaxud da müəyyən ardıcıllıqla təsiri nəticəsində dağılma