V t n(II. Qaraba ) M harib sinin nformasiya T minatinda Az rbaycan Respublikasinin Prezidenti lham liyevin Rolu[#1197334]-2742121
Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı 2022 Mustafasadə / ss 16-38 25
şəxslərdən çıxır. Prezident həm də qeyd etdi ki, onda olan məlumata görə Paşinyan hazırda
çox ağır sarsıntılar keçirir və buna görə qeyri-adekvat qərarlar verir.
15
Türkiyə telekanalları vasitəsilə Azərbaycan Prezidenti ermənilərin Azərbaycanın mülki
əhalisinə qarşı terror əməlləri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırırdı.“Haber
Türk” televiziya kanalına müsahibəsində Moskvada 11 saat yarıma qədər davam edən
görüşdə atəşkəs haqqında razılıq əldə ediləndən dərhal sonra Ermənistanın xüsusi qəddarlıqla
Gəncə şəhərini atəşə tutması, mülki şəxsləri hədəfə almasından bəhs edərək Ermənistanın bu
çirkin syasətinin anlaşılan olduğunu, onların hər zaman döyüş meydanında məğlubiyyətə
uğrayan zaman belə çirkin əməllərə əl atdıqlarını qeyd edib, Ermənistanın bu xain
hücumunun səbəbinin münaqişənin coğrafiyasını genişləndirmək, Ermənistan ərazisindən
Azərbaycan ərazisini, mülki şəxsləri atəşə tutmaqla Azərbaycan tərəfini Ermənistan ərazisinə
atəş açmağa təhrik etmək,bununla üzv olduğu KTMT-ni münaqişəyə cəlb etmək istəyi
olduğunu söylədi.
16
Türkiyəli aparıcıların Azərbaycan Prezidenti ilə söhbətlərində
toxunduqları məsələlərdən biri-Türkiyənin danışıqlar masasının arxasında olması məsələsinə
münasibət bildirən İlham Əliyev demişdi ki, Türkiyə de-fakto artıq bu masanın arxasındadır,
R.T.Ərdoğan Qarabağ məsələsi ilə bağlı Putinlə dəfələrlə görüşmüş, danışmışdır. Türkiyənin
iştirakı olmasa Qarabağ məsələsi həll edilə bilməz.
17
Prezident İlham Əliyev Türkiyənin “NTV” televiziya kanalına müsahibəsində də
münaqişədə Türkiyənin roluna toxunaraq demişdir ki, reallıqlar, həqiqi vəziyyət ondan
ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə
bilməz. Türkiyə prosesdə mütləq olmalıdır. Hansı statusda olacaq, bu texniki məsələdir. De-
fakto artıq Türkiyə var.
18
İlham Əliyevin “A Haber” televiziya kanalına müsahibəsində
diqqəti çəkən məqamlardan biri dövlət başçımızın Ermənistanın faşizm siyasəti ilə bağlı
söylədikləridir. Prezident dedi: “Ermənistan faşizm siyasəti aparır, Türkiyəyə, Azərbaycana
nifrəti aşılayır, uşaqlara türkləri düşmən kimi qələmə verir. Öz əhalisinin beyinlərini
zəhərləyir. Yəni Ermənistanın işğalçılıq siyasətinin təməlində bu dayanır.”
19
Prezident bu
müsahibəsində Paşinyan və onun komandasının qatı antiRusiya mövqeyini açıb göstərməklə
Rusiyada onu dəstəkləyən qüvvələrin gözlərini açmağa cəhd etdi. Prezident dedi: “... o,
(Paşinyan – T.M) ruspərəst qüvvələrə qarşı inqilab etdi, ruspərəst prezidentləri həbsə atdı,
ruspərəst ana müxalifət partiyasının sədrini həbsə atdı. Hər şeyi Rusiyanın əleyhinə etdi.
Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı. Kollektiv Təhlükəsizlik
15
Azərbaycan Prezident İlham Əliyevin Türkiyənin “Haber Global” kanalına müsahibəsi, 12.10.2020, Zəfər
salnaməsi, s. 144.
16
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsi, 13.10.2020,
Zəfər salnaməsi, s. 152; Zəfər yolu, s. 257; https://president.az./articles/42869.(10.10.2022).
17
Zəfər salnaməsi, s. 158; Zəfər yolu, s. 263.
18
Azərbaycan
Prezidenti
İlham
Əliyevin
NTV
televiziya
kanalına
müsahibəsi.
15.10.2020,
https://president.az/articles/43149(10.10.2022); Zəfər salnaməsi, s. 172; Zəfər yolu, s.280.
19
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi, 16.10.2020.,
https://president.az/articles/43250(10.10.2022); Zəfər salnaməsi, s.196; s.312.