Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı


The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan 2022



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix11.01.2023
ölçüsü0,88 Mb.
#78983
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
V t n(II. Qaraba ) M harib sinin nformasiya T minatinda Az rbaycan Respublikasinin Prezidenti lham liyevin Rolu[#1197334]-2742121

 
The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan 2022 
Mustafasadəh / pp 16-38 
28 
Noyabrın 4-də İlham Əliyev İspaniyanın EFE agentliyinə videomüsahibə vermişdir. 
Aparıcının əgər ermənilər Dağlıq Qarabağın müstəqilliyini tanıyarlarsa, Prezidentin buna 
reaksiyasının necə olacağını soruşanda İlham Əliyev dedi ki, o, bundan qorxmur, həm də 
Paşinyanın bunu etməyə cürəti çatmaz.
29
Regionun muxtariyyətini qəbul etməyə 
hazırsınızmı? sualının cavabında Prezidentimiz söylədi ki, hərbi əməliyyatlar başlananadək 
Azərbaycan rəhbərliyi həmişə bəyan etmişdir ki, Avropada, Skandinaviyada, Aland adaları 
timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerlərdəki nümunələr 
timsalında Dağlıq Qarabağa muxtariyyət verməyə hazır idi, onlar isə bunu rədd etmişlər. İndi 
isə Ermənistan işğal altındakı qalan əraziləri qaytarmaq barədə təsdiqlənmiş təqvim 
verməlidir və sonra gələcəkdə nə baş verəcək – onun haqqında danışmaq olar, bu məsələ ilə 
bağlı heç nə deyə bilməz.
30
Bununla da İlham Əliyev faktiki olaraq dünyaya bəyan etdi ki
regionun muxtariyyəti məsələsi artıq keçmişdə qalmışdır. 
6. Rusiya auditoriyasına erməni təbliğatının təsirinin azaldılması 
Hərbi-siyasi qüdrətinə və regiona təsir imkanlarına görə Vətən müharibəsi zamanı Rusiyanın 
tutacağı mövqenin böyük önəmi vardı. Ədalət naminə demək lazımdır ki, RF Prezidenti 
V.Putin müharibənin əvvəlindən təmkinli, bitərəf mövqe tutmuş, Paşinyanın onu münaqişəyə 
qoşulmaq çağışırlarına məhəl qoymamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiyada 
mühüm mövqelərə malik olan ermənipərəst qüvvələr Azərbaycan əleyhinə qara piyar 
apararaq Rusiya ictimaiyyətini aldatmağa, beləliklə də Putinə ictimai təzyiq göstərilməsinə 
nail olmaq istəyirdilər. Buna görə də Prezident İlham Əliyev Rusiya media qurumlarına 
müntəzəm müsahibələr verirdi.
44 günlük müharibə ərzində Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalının 
“60 dəqiqə proqramında çıxış etmiş, “Pervıy Kanal” telekanalına (6 oktyabr 2020-ci il), 10 
oktyabr 2020-ci il tarixində Rusiyanın “RBK” televiziya kanalına, oktyabrın 15-də Rusiyanın 
Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq informasiya agentliyi media 
qrupunun baş direktoru Dmitri Kiselyova, oktyabrın 19-da Rusiyanın TASS informasiya 
agentliyinə müsahibələr vermişdir.
Müharibənin elə üçüncü günündə “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında 
Prezident İlham Əliyev öz məntiqi, qətiyyəti fikrini sərrast ifadə etməsi ilə Ermənistan baş 
nazirinin miskin, məntiqsiz çıxışı ilə müqayisə olunmaz dərəcədə yüksək intelektini sübut etdi 
və beləliklə on milyonlardan ibarət auditoriya qarşısında ölkəmizin haqlı mövqeyini müdafiə 
edərək Rusiya ictimaiyyətində Azərbaycanın xeyrinə ovqatların formalaşmasına böyük təsir 
göstərdi. 
29
Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanən EFE informasiya agentliyinə videomüsahibəsi, 04.11.2020-
ci il, https:president.az./articles/45475/ s.350(10.10.2022); Zəfər yolu, s. 425. 
30
 https://president.az/articles/45475(10.10.2022); Zəfər salnaməsi, s. 350; Zəfər yolu, s. 425-426. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin