The 270th-anniversary special issue of Şuşa, the cultural capital of Azerbaijan 2022 Mustafasadəh / pp 16-38 26
Müqaviləsi Təşkilatının, hansı ki, NATO tipli bir təşkilatdır, erməni əsilli sədrini həbsə atdı.
Yəni bu, Sorosun sözü ilə oturub-duran bir adamdır. Bir də ki, onun komandasına baxın
onların hamısı Soros Fondunun, Açıq Cəmiyyət Təşkilatının “Amnesty İnternational”ın
nümayəndələridir. Yəni Soros Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı.”
20
4. Ərəb auditoriyasına müraciət Türkiyə televiziya kanalları ilə yanaşı Prezident İlham Əliyevin Ərəb aləmində böyük
nüfuzu olan ərəb ölkələri telekanallarına müsahibələr verməsi də çox önəmli idi.O, “Əl-
Cəzirə” televiziya kanalına 2 oktyabr 2020-ci il tarixli müsahibəsində bu kanalın islam
aləminin ən aparıcı telekanallarından olduğunu nəzərə alaraq ermənilərin işğal etdikləri
ərazilərdə bütün məscidləri dağıtdıqlarını, məscidlərdə donuz və inək saxlamaqla bütün
müsəlmanları təhqir etdiklərini nəzərə çatdırdı.
21
Ərəb aparıcıların qaldırdığı məsələlərdən biri ermənilərin çox əsaslandıqları xalqların öz
müqəddəratını təyin etmə hüququ ilə bağlı məsələyə toxunan Prezident qeyd etdi ki, erməni
təbliğatçıları beynəlxalq hüquq üzrə mütəxəssis olmayan sadə insanlardan ibarət beynəlxalq
ictimai rəyi çaşdırmaq üçün tez-tez bu prinsipə əsaslanırlar. Lakin beynəlxalq hüququn
Helsinki Yekun aktında əks olunan əsas prinsiplərə və BMT nizamnaməsinə görə öz
müqəddəratını təyin etmə ölkələrin ərazi bütövlüyünə zərər vurmamalıdır, həm də erməni
xalqı artıq öz müqəddəratını təyin etmişdir və müstəqil Ermənistan dövləti var. Bu gün
dünyanın müxtəlif yerlərində ermənilər yaşayırlar. Onlar bu prinsipdən həmin ölkələrdə
istifadə edə bilərlərmi? Prezident dedi: “Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyin etmə
vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağlıq Qarabağdan olan ermənilərə
versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyin etmə hüququ versinlər.
Onda baxarıq onların reaksiyası necə olacaq”.
22
Prezident İlham Əliyev 4 oktyabr 2020-ci ildə “Əl-Ərəbiyyə” televiziya kanalına verdiyi
video müsahibədə yenə də müharibənin başlanmasının günahkarının Ermənistan olduğunu,
münaqişədən əvvəl Dağlıq Qarabağ əhalisinin 25 faizinin azərbaycanlılardan ibarət olması,
Dağlıq Qarabağ ətrafındakı rayonlardan 700 mindən çox azərbaycanlının məcburi köçkünə
çevrildiyini, evlərinin hamısının dağıdılması faktını telekanal izləyicilərinin diqqətinə
çatdırdı.
23
Prezident guya Suriyadan gələn muzdluların Azərbaycan tərəfindən hərbi
əməliyyatlarda iştirak etməsi barədə yayılan şaiyələri qətiyyətlə təkzib edərək Fransa
prezidenti Emmanuel Makronun bir neçə dəfə ona zəng edərək hərbi əməliyyatların
dayandırılmasını tələb etməsinə toxundu və dedi: “əgər Fransa Dağlıq Qarabağ üçün öz
20
Zəfər salnaməsi, s.198; Zəfər yolu, s.313; https://president.az./articles/43250 (10.10.2022).
21
Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsi, 02 oktyabr 2020-ci il,
Zəfər salnaməsi, s. 54;https://president.az/ articles/41429(10.10.2022).
22
Zəfər salnaməsi, s. 55; https://president.az/articles/41429(10.10.2022); Zəfər yolu, s. 166.
23
Prezident İlham Əliyevin “Əl-ərəbiyyə” televiziya kanalına videomüsahibəsi, 4 oktyabr 2020-ci il, Zəfər
salnaməsi, s. 64; Xalq qəzeti, 6 oktyabr, 2020-ci il, № 204.; https:president.az/articles/41712(10.10.2022);
Zəfər yolu, s. 174.