Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə16/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   12   13   14   15   16   17   18   19   ...   80

 

AXUNDOV Mə mmədsadıq Axund Molla Ruhulla oğlu  (1887,  Həştərxan - ?,  Bakı)  - ict ima i  xad im, publisist, ma -

arifçi alim, tərcü məçi. Rusiya Sosial-demokrat Fəh lə Partiyası "Hü mmət" təşkilatının  fəal ü zvlərindən biri. Ruhani-müəllim 

ailəsində doğulmuşdur. Bakıda 2-c i dərəcə li rus-müsəlman məhəllə mə ktəbini (1902), sənət mə ktəbini (1903) b itirmişdir. 

Məhəmməd Əmin və Mə mmədəli  Rəsulzadələrin, Sey id Hüseyn Sadıqzadənin yaxın qohumu olan A xundov 1911 

il  martın 19-da panislamizmin təbliğində  ittiham olunaraq həbs edilmişdir.  Evində axtarış zamanı panislamizmin təbliği ilə 

bağlı  heç  b ir  fakt  aşkar  edilmədiy inə  görə  iki  aydan  sonra  azad  o lunmuşdur.  A xundov  Azərbaycan  Xalq  Cü mhuriyyəti 

illərində  mü xtə lif  ictima i  işlərdə ça lış mış, "Nov xanı" adlı  istehlak cə miyyətin in sədri olmuş, "Mərkə zi  müsəlman valideyn 

şurası"nın katibi seçilmişdir. 

Jurnalistlik  fəaliyyətinə "İrşad" qəzetinin  redaksiyasında başla mış, "Təka mü l", "Tərəqqi", " Yeni Füyuzat", "Tə zə  

xəbər"  və  b.  mətbuat  orqanlarında  işlə miş,  mü xtəlif  mövzu larda  məqalələ r  dərc   etdirmişdir.  "Ümu mi  mənfəətli  cib  

dəftərçəsi  və  müsəlmani-ru mi  təqvim"  (1910)  tərt ib  etmiş,  Azə rbaycan  dilin in  qra mmatikasına  dair  iki  hissədən  ibarət 

"Rəhbəri sərf‖  (Qafur  Rəşad Mirzə zadə  ilə birlikdə) adlı dərslik  (1910-17) ya zmış, "Ze mstvo nədir, ca maatdan ötrü nə  iş 

görmüşdür və Zemstvo nə cür gərək olsun?" (İ.P.Belokonski, 1909), "Əlibaba və qırx quldur" və s. əsərləri tərcü mə etmişdir 

(1910-16).Tanın mış  ruhani,  ictimai  xadim  və  yazıçı  olan  atasının  1912  ildə  qətlə  yetirilməsi  ilə  ə laqədar  mətbuatda  dərc 

olunmuş materiallardan ibarət "Şəhid mərhu m Fazil Əlhac Molla Ruhulla A xundun əhvalatına dair məcmuədir" kitabını nəşr 

etdirmişdir (1913). 



Əd.: Azərbaycan kitabı (biblioqrafiya), 3 cilddə, c.l, B., 1963. 

 

AXUNDOV  Mirzə  Əbdülxalıq  Hacı  Abdulla  oğlu  (1863,  Bakı  -  1950,  Tehran)  -  ictima i 

xadim, yazıçı, publisist, ilk azərbaycanlı tibb elmləri doktoru. Bakıda məd rəsədə və gimnaziyada təhsil 

almış,  Alman iyanın  Erlangen  şəhərində  tibb  universitetini  (1888)  bitirmişdir.  Gö z  bəbəyinin  klin iki 

tədqiqi  əsərinə  görə  tibb  doktoru  adın ı  a lmışdır.  Əsər  iki  sonra  Erlangendə  ayrıca  kitab  şəklində 

çapdan  çıxmışdır.  Vətənə  qayıtdıqdan  sonra  Axundov  Azərbaycanda  ictimai  həyatın  yeniləşməsi 

uğrunda mübarizəyə qoşulmuş, Bakıda gö z xəstəlikləri məntəqəsi açmağa təşəbbüs göstərmiş, bununla 

hazırda Ba kıdakı göz  xəstəxanasının əsasını qoymuşdur. O, hə min dövrdə 10 əsr görkə mli  Şərq əttarı 

Əbu Mənsur Müvəffəq bin  Əli əl-Hərəv inin  əsərini klassik ərəb  dilindən alman d ilinə tərcü mə edərək, 

onu geniş şərhlərlə  1892  ildə  Derpt (Estoniyanın Tartu şəhəri)  Universitetində tibb elmləri doktoru alimlik dərəcəsi almaq  

üçün dissertasiya kimi müdafiə etmişdir.  

 

 

Əsər  bir  il  sonra  Derpt  Universitetinin  " Əsərlərin"də,  həm  də  A lmaniyanın  Halle  şəhərində  ayrıca  kitab  şəklində  çap 



olunmuş,  uzun  müddət  rus  və Avropa  farmako loqlarının  stolüstü  kitabına  çevrilmişdi.  A xundov  19  əsrin  sonu  -  20  əsrin  

əvvəllərində  Bakıda  müasir  üslübda  kitab xana,  xəstəxana,  mətbəə,  apteklər,  xey riyyə  cəmiyyətləri  yaratmış,  milli 

özünüdərkin yüksəlməsi uğrunda geniş maarifçilik işləri aparmışdır. 1901 ildə ailə-məişət mövzusunda "Əvvəli hənək, axırı 


120 

 

dəyənək"  adlı  pyesi  çapdan  çıxmış  və  səhnədə  oynanılmışdır.  1909-10  illə rdə  "Molla  Nəsrəddin"  jurnalının  ictima i 



ideallarını əsas götürən "Zənbur" adlı satirik jurnal nəşr etdirmişdir. 

Azərbaycan demokratik fikrin in görkə mli nü mayəndələri Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əlabbas Müznib, Abbas 

Səhhət,  Əzim  Əzimzadə  və  b.  jurnalın  ətra fında  cə mlənmişdi.  A xundovun  özünün  bu  jurnalda  "Palazqulaq",  "Zorba", 

"Cümləqayğu",  "Sövdüməli-Dünyamalı",  " Vərzad",  "Toxmaq",  "Çərənçi"  və  s.  imzalarla  şeirləri  və  publisistik  yazıları 

çıxmışdır.  Onun  "Zənbur"da  nəşr  olunan  əsərlərində  Azərbaycan  xalq ının   ictimai-siyasi  və  sosial  problemlərindən  geniş 

söhbət açılırdı. Yazıların ın birində o, Rusiya Dövlət dumasının  şovinist deputatı Purişkeviçin  "Rusiyada ruslardan başqa heç 

kəs ola bilmə z!" sözlərini misal çəkə rək, onun müstəmləkə  xa lqla rına düşmən münasibətini p isləyird i. 

20  əsrin  əvvəllə rində  Azə rbaycanda  müasir  tibb  elmin in  xa lq  kütlə ləri  içərisində  təbliğində  A xundovun  xid mət i 

böyükdür.  Onun  1914-19  illərdə  çap  etdirdiyi  "Müalicə  kitabı"  (1914),  "Uşaq  hifz  səhiyyəsi"  (1916),  "Həzm  üzv lərinin  

azarları" (1919) və digər əsərlərindən geniş istifadə olunmuşdur. 

Əbdülxalıq  A xundov 20 əsrin  əvvəllərində  Bakıda vəba və cüzam  xəstəlikləri  ilə  mübarizə aparmış,vəbaya qarşı 

mübarizədə  göstərdiyi  qeyri-adi  fədakarlığa  görə  ona  "əsilzadə  zadəgan"  fəxri  titulu  verilmiş,  o,  Bakı  şəhər  idarəsinə 

deputat seçilmişdi. A zərbaycanda universitet açılmasına illərlə səy göstərmişdir. 

Axundov  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  dövründə  -1919  ildə  yenidən  çıxard ığı  "Zənbur"  jurnalında  A zərbay-

canın  milli istiqlalını  müdafiə etmiş, ona əks qüvvələri tənqid etmiş və onlara qarşı  mübarizə aparmışdır. Aprel işğalının 

(1920) ilk günlərində bolşeviklə r tərə findən imarət ləri və var-dövləti gö zlə ri qarşısında vəhşicəsinə talan edildikdən sonra o, 

bolşevik  zorakılığına etiraz əlaməti o laraq  N.Nərimanovdan rəsmi icazə alıb, İrana köçmüşdür.  Əvvəlcə  Rəştdə, sonra isə 

Ərdəbildə  və  Tehranda  yaşamış,  həkimliklə  məşğul  olmuşdur.  Bəzi  məlu matlara  görə,  30-cu  illərdə  şah  sarayının  daimi 

məsləhətçisi o lsa da, saraya yaxınlıq et mə mişdir. Tehranda vəfat etmiş və İran ın ən məşhur adamlarının dəfn o lunduğu Qum 

şəhərində torpağa tapşırılmışdır. 

 

Əd.: Ağayev İ., Satirik "Zənbur" jurnalı, B., 1969; yenə onun, Bir taleyin tarixi, "Azərbaycan" jurnalı, 1991, № 6





 

AXUNDOV (A x u n d z a  d ə) Mirzə  Məhə mməd Mirzə Kərim oğlu (1875, Gəncə - 1923, Gəncə) - maarif və teatr 

xadimi, yazıçı, filoloq alim.  Ruhani ailəsində doğulmuşdur. İlk savadı atasından almış, Şah məscid indəki  mədrəsədə, şəhər 

gimnaziyasında  oxu muşdur  (1882-94).  Gəncə  sənət  mə ktəbində  və  ―Məktəbi-ruhaniyyə"də  müəllimlik  et mişdir  (1894-

1908).  Gəncədə ―Sənayeyi-nəfisə" ədəbi dərnəyin in "Nəşri-maarif‖  cə miyyətini "Difai"  təşkilat ının yarad ılmasında iştira k 

etmişdir.  1908 ildə evində axtarış aparılmış. "bir  mauzer tüfəng və bir tapança", "Difai" təşkilatına  məxsus möhür tapılmış, 

həbs  edilərə k  beş  il  Za kaspi  vilayətinə  sürgün  olunmuşdur.  Zakaspidən  polis  nəza rəti  alt ında  İrana  

aparılmışdır.  Orada  Səttar  xan  hərəkatında  iştirak  etmişdir.  Qü rbətdə  ikən   Əli  Nəzmiyə  göndərdiyi 

"Nələr çə kdim bu qürbətdə, əzizim"  mənzu m  mə ktubunda Axundov sürgün həyatının ağırlığından və 

əzablarından bəhs etmişdir. 

1913  ildə  sürgündən  qayıtdıqdan  sonra  siyasi,  pedaqoji  və  ədəbi  fəaliyyətini  dava m 

etdirmiş,1917  ilin  iyununda  "Müsavat"la  "Türk  Ədəmi-Mərkəziyyət  Partiyası"nın  birləşmə 

qurultayında  yaradılmış  ilk  Mərkəzi  Ko mitənin  üzvü  olmuşdur.  1918  il  iyunun  16-da  Tiflisdən 

Gəncəyə  köç müş  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət inin  işinin  təşkilində  A xundov  fəal  ro l 

oynamışdır.  1918  ilin  sentyabrında  Höku mət  üzvləri  ilə  birlikdə  Bakıya  köçmüş,  burada  birləşmiş 

"Türk Ədəmi-Mərkəziyyət Müsavat" partiyasının katibi işləmişdir. A xundov partiya işinin təşkilinə və 

partiyadaxili  ziddiyyətlərin  aradan  qa ldırılmasına  böyük  ə mək  sərf  et mişdir.  "İstiqla l"  qə zetində  dərc   olun muş  "Firqə  

həyatı"  başlıqlı  bir  xəbərdə  deyilird i:  "Gə ncədə  təşkilat  mərkəziyyətində  işləyən  camaat  firqə  xadimlərimizin  əksərən 

Bakıya köçmələrindən naşı məəttəl bir halda idi. Fevral ayının 2-dən etibarən mərkəzi komitə tərəfindən məxsusi sürətdə 

göndərilən  mərkəzi  komitə  katibi  Mirzə  Məhəmməd  Axundzadə  cənabları ilə  Məhəmmədbağır  Şeyxzamanov  cənabları 

tərəfindən Gə ncə komitəsi təkrar təşkil edilmişdir" ("İstiqlal" qəzeti,  1919,  26 şubat, №3). Aprel işğalından {1920) sonra 

Axundov Gəncəyə dönmüş, uşaq evində müdir və seminariyada müəllim işlə mişdir. 

Axundov  yaradıcılığa  19  əsrin  90-cı  illərində  başlamış,  mü xtəlif  janrlarda  əsərlər  yaratmışdır.  Maarifçilik  ideya-

larının  yayılmasında  teatrın  rolunu  yüksək  qiy mətləndirən  A xundov  dramaturgiyaya  önəm  vermiş,  məişət  möv zusunda 

"Məhəbbətsizlik, ya xud ata-ananın təqsiri", "Analıq", " Yaşına-yaşına, çıxd ı ocaq başına", "Sonrakı peşmanç ılıq  

 

 



121 

 

fayda  vermə z",  tarixi  möv zuda  "Səd  Vəqqas"  pyeslərini,  "Röya m,  ya xud  həqiqətə  təsadüf‖  əsərini  yazmışdır.  Poe ziya  



Axundovun  yaradıcılığında  xüsusi  yer  tutmuşdur.  1906  ild ən  başlayaraq  " Yoncasatan",  "Mollapərəst",  "Hacıkəndli", 

"Hatif‖, "Qeybi", " Gəncə şairi", " Nadi" və digər  imzalarla "Molla  Nəsrəddin" jurnalında kəskin satiralar dərc etdirmişdir. 

Əsrin  hadisələrinə  həssas  münasibət  bəsləmiş,  "Şərqi-Rus",  "Həyat",  "İrşad",  "İqbal",  "Açıq  söz"  və  s.  dövri  nəşrlərdə 

mü xtəlif  problemlərə  dair  publisist  yazılar  dərc  etdirmişdir.  Ədib in  20  əsrin   əvvəllərində  Gəncədə  baş  verən  ictimai 

proseslərə  dair  pole mik  məqa lələ ri,  sürgündən  göndərdiyi  "Qürbət  mə ktubları"  xüsusi  ma raq  doğurmuşdur.  Məktəblə rin  

dərsliklərlə tə min o lunmasına xeyli ə mək sərf et miş, "Sərfi-türki" (1896), "Əqa idül-müslimin" (h.I-II, 1908) kitablarınə nəşr 

etdirmişdir.  Ədəbiyyatşünas  və  sənət  nəzəriyyəçisi  kimi  A xundovun  xid mətlə ri  xüsusilə  böyükdür.  O,  Niza mi  ("Şey x 

Niza mi",  1909)  və  teatr  sənəti  ("Teatro  nədir",  1909)  haqqında  ilk  monoqrafiyaların  müəllifidir.  Folklor  nü munələrini 

toplayıb,  nəşr  etdirmişdir  ("Məclis  yaraşığı",  1910).  Türk  dramaturg iyası  nümunələrinin  (N.  Kamalın  " Vətən,  yaxud 

Silistrə",  Bedrəddin  Həsənin  "Nəda mət"  pyesləri),  U.Şekspirin  " Venesiya  taciri",  N.V.Qoqolun  "Evlən mə"  pyeslərin i  ilk 

dəfə Azərbaycan dilinə tərcü mə et mişdir. 

 

Əsərləri: Teatro nədir, "Azərbaycan incəsənəti", c.ll, B., 1965; Dram  əsərləri (transliterasiya, tərtib edəni və ön sözün müəlifi 



f.e.n. R.Sadıxov), B., 2003. 

 

Əd.:  Muradov  C,  Unudulmuş  sənətkar,  ADU-nun  "Elmi  əsərləri"  (Dil  və  ədəbiyyat  seriyası),  1969;  Şükürov  S.,  Gəncə 

məktəblərinin tarixindən, B., 1990; M əmmədov X., M irzə M əhəmməd Axundov, "Ana sözü" jurnalı, 1992, № 1, 2; № 5-6. 



 

AXUNDOV  Murtuza  (?-?)-  A zərbaycan  milli  a zad lıq  hərə katın ın  fəal  iştira kç ıla rından  biri.  Azə rbaycan  Xalq  

Cü mhuriyyəti  Parlamentin in  ü zvü.  A zərbaycan  Milli  Şurasının   "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında 

qanun"una  (1918,19  noyabr)  əsasən,  Quba  şəhərindən  Cümhuriyyət  Parla mentinin  tərkibinə  da xil  edilmişdi.  Parla mentdə 

"Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir. 



AXUNDOV  Ruhulla  Əli  oğlu  (13.1.1897,  Bakı  ya xınlığındakı  Şüv əlan  k.  -  1938)  -  siyasi  və  dövlət  xadimi, 

publisist, alim. Müəllim ailəsində doğulmuşdur. Mədrəsədə, realnı məktəbdə, ticarət məktəbindəo xu muşdur. İngilis, fransız,  

fars və s. d illəri öyrən mişdi. Əmə k fəaliyyətinə 1916 ildən "Orucov qardaşları mətbəəsi"ndə başlamış, 

korre ktor,  tərcü məçi  işlə mişdir.  Siyasi  fəaliyyətə  1917  il  Fevral  inqilab ından  sonra  başlamış,  "sol" 

sosialist-inqilabçılar  (eserlər)  q rupunun  fəal  üzvü  olmuşdur.  1918  ildə  "Bakı  ətrafı  fəhlə ,  əsgər  və 

matros  deputatları  şurasının  əxbarı"  qəzetinin  redaktoru  idi.  Zaqafqaziya,  Dağıstan  və  Türküstan 

həmkarlar  itt ifaqla rı  qurultayının   işində  fəal  iştirak  et miş  (1919,  apre l),  quru ltayda  bolşeviklərə  

tərəfdar  ç ıxmış  "Mən  sizi  qızıl  Moskva  ilə  yan-yana  getməyə  çağırıram",  -  de mişdir.      1919  ilin 

may ında  "Hümmət"ə  daxil  o lmuşdur.  Həmin  ilin  avqustundan  nəşrə  başlayan  "Kommunist" 

(Azərbaycan dilində) qə zetin in   ilk   redaktoru,   hə m  də   "Hürriyyət"  qəzetinin  redaktorla rından biri 

idi. 

 

 



 

 

 



 

 

 



 

 

 



1919 ilin  yayından bolşevik part iyasının əsas sənədlərini A zərbaycan dilinə tərcü mə  et mişdir. 

AK(b)P-ni yarat maq haqqında RK(b)P M K-da  məru zə et mə k üçün 1920 ilin yanvarında bir qrup  ko mmunistlə Moskvaya 

getmişdir. Aprel işğalından  (1920)  sonra Azərbaycan Ko mmunist (bolşeviklər) Pa rtiyası Mərkə zi Ko mitəsinin kəndlərdə iş 

üzrə şöbə  müdiri, AK(b )P  Bakı  Ko mitəsinin  katibi, "Bakinski raboçi"   və  "Ko mmun ist"  qəzetlərinin  redaktoru,  1924-30 

illərdə   AK(b)P  MK  katib i,  Azə rbaycan  SSR  xalq   maarifi  ko missarı,  "Azə rnəşr"in  dire ktoru  olmuş,  1930  ildə  ÜİK(b )P 

Zaqafqaziya  ö lkə  ko mitəsinin  katibi  seçilmişdir.  AK(b)P  daxilində  "sol"  qrupun  nümayəndəsi  kimi  milli  məsələdə  N. 

Nərimanova qarşı çıxmışdır. 

Ömrünün  son  illərində  SSRİ  EA-n ın  A zərbaycan  filialında,  AK(b)P  MK  yanında  Partiya  Tarixi  İnstitutunda 

işləmiş, Azərbaycan SSR XKS yanında İncəsənət işləri idarəsin in rəisi olmuşdur. V.İ.Lenin in əsərlərin in A zərbaycan dilinə 

ilk tərcü məçilərindən id i. Azə rbaycan dilində siyasi terminologiya yarad ılmasında və yeni ə lifbaya keçilməsində fəa l iştira k 

etmişdir.  Tarix,  ədəbiyyat  və  incəsənətə  dair  bir  sıra  əsərlərin  müəllifi,  ikicild lik  " Rusca-türkcə"  lüğəf‖in  (1928-29) 

tərtibçilə rindən  biri  və  reda ktoru  olmuşdur.  Repres siyaya  məru z  qalmış,  M .Ə.Rəsulzadənin  təbirincə  "Azə rbaycanın 



sovetləşdirildiyi ilk gündən başlayaraq müsavatçılıq və panturanizmə qarşı amansız mübarizə aparan Ruhulla Axundov 

"pantürkizmin zəhərli bir nümayəndəsi və "Müsavat" partiyasının zavallı bir aqenti" kimi günahlandırılmışdır. 

 

Əd.: M ədətov Q., Ruhulla Axundov, B., 1957; Ашнин Ф. Д., Алпатова В.М., Дело Рухуллы Ахундова, «Восток»,M., 2000, 

№ 2.; Агамалиева Н., Худиев Р., Азербайджанская Республика. Страницы политической истории 1918-1920 rr., B., 1994. 



 

AXUNDOV  Süley man Sani, A xundov Süley man  Rzaqulu  oğlu (21.8.1875, Şuşa - 29.3.1939, 

Bakı)  -  yazıçı,  maarif  xad imi.  Bəy  ailəsində  doğulmuşdur.  Qori  Müəllımlər      Seminariyasını   

bitirmişdir  (1894)  Bakıda  3-cü  "rus-müsəlman" məktəbində  (1894-97;  1901-05)müəllim,  4-cü  "rus-

müsəlman"  məktəbində  (1911-18),  A zərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  (1918-20)  4-cü   türk 

mə ktəbində,  sovet  hakimiyyəti  illərində  77  saylı  1-c i  dərəcəli  mə ktəbdə  (1920),  19  saylı  məktəbdə 

(1921-35)  müdir  işlə mişdir. 1920  ilin  iyununda N.Nərimanovun təklifi  ilə  Şuşaya göndərilmiş, dövlət 

hərbi ləvazımat ını hesaba alan  ko missiyada, ilk sovetlərin təşkilində  iştira k et miş,  1921  ildə  Qarabağ 

vilayət inqilab ko mitəsi xa lq maarifi şöbəsinə (1920, 9 avqust - 1921, fevra l) rəhbərlik et mişdir. 

 

 

Axundov  Qafqaz  müsəlman  müəllimlərinin  Bakıda  I  (1906)  və  II  (1907)  qurultaylarında  iştirak  etmiş,  Fərhad  



Ağazadə və Abdulla bəy Əfəndizadə ilə tərtib etdiy i əlifba layihəsini mü zakirəyə çıxarmış, idarə heyətinin  qərarı ilə "İkinci 

122 

 

il"   dərsliy inin   tərtibi  işinə  cə lb  o lunmuşdur.  Ba kı  teatr  truppasında,  "Nicat"  cə miyyətin in  teatr  bö lməsində  aktyorluq 



etmişdir.  Bəd ii yaradıcılığa  19 əsrin axırlarında "Tamah kar"  ko mediyası  ilə başlamış,  Birinci rus inqilabı illərində azad lıq  

ideyalarını,  xalq hakimiyyətini tərənnü m edən "Qonaqlıq", "Yu xu", "Kövkəb i-hürriyyət", "Tutuquşu" hekayələrin i yazmış, 

Şəmsəddin  Samin in  istibdada  qarşı  xalq  üsyanını  təsvir  edən  "Dəmirçi  Gavə"  pyesini  tərcümə  etmişdir.  1913-14  illərdə 

"Qorxulu nağıllar" hekayələr silsiləsini yaratmışdır. Sovet hakimiyyəti illərində bədii nəsr ("Qan bulağı", "Cəhalət qurbanı", 

"Namus",  "Ümid  çırağı",  "Nə  üçün",  "Zarafat",  "Mister  Qreyin  köpəyi",  "Qatil  uşaq",  "Molla  Qasım"),  dramaturgiya 

("Laçın yuvası", "Eşq və intiqam") sahəsində çahşmışdır. 

 

Əsəri: Seçilmiş əsərləri, 2 cilddə, B., 1968. 



 

Əd.:  Vəliyev  M.,Süleyman  Sani  Axundov,  B.,  1956;  Vəlixanov  N.,  Süleyman  Sani  Axundov,  B.,  1968;  Mirəhmədov  Ə., 

Mükafatını  vicdanından  almışdır.,.,  "Azərbaycan"  jurnalı,  1975,  №12;  M əmmədov  X.,  S.S.Axundov  haqqında  yeni  materiallar, 

"Azərbaycan müəllimi" qəzeti, 1975, 19 dekabr.  

 

AXUNDZADƏ  Cavad  Məhəmmədəli  oğlu  (?-?)-şair,  müəllim  və  A zərbaycan  Xalq  Cü mhuriyyəti  dövrünün 

ictima i xadimi, A zərbaycan Respublikası Dövlət himn i mətninin müə llifi (ba x Əhməd Cavad) 



 

 

AXUNDZADƏ  Hacı  Səlim Mirzə  İsmayıl  Qasir oğlu(1872,  Lən kəran - 15.12.1930, İran, Ən zəli) -  ictimai-siyasi 

xadim, A zərbaycan Xalq  Cü mhuriyyəti Parla mentin in üzvü. ―Müsavat‖və bitərəflər fraksiyasını tə msil et mişdir. İlk təhsilini 

atası,  şair  Mirzə  İsmay ıl  Qasirin  (1805-1900)  Lənkəranda  açd ığı  üsuli-cədid   məktəbində  almış,  sonra  gimnaziyada 

oxu muşdur.  Daha səkkiz  il  Ərdəbildə, Zəncanda,  Nəcəfdə təhsilini davam etdirmiş,  ilahiyyat elmlərinə 

yiyələn mişdir.  Lən kərana  qayıtdıqdan  sonra,  ş əhər  polis  idarəsində,  sonralar  isə  mü lkədar  Əskər  xan 

Talışinskinin  yanında  katib  işləmiş,  b ir  müddət  mollalıq   etmişdir.  1911  ildən  şəhər  gimnaziyasında 

şəriətdən  və  fransız  dilindən  dərs  demişdir.  1915  ilin  əvvəllərində  Türkiyəyə  getmişdir.  1917  ilin 

yayında  vətənə  qayıtdıqdan  sonra  "Türk  Ədəmi-Mərkəziyyət  "Müsavat"  partiyasına  daxil  olmuşdur. 

Partiyanın  birinci  qurultayında  (1917,  26-31  oktyabr)  iştirak  etmiş,  Zaqafqaziya  ko missarlığında  fəa-

liyyət göstərmiş, Zaqafqa ziya seyminin Müs əlman fra ksiyasının üzvü olmuşdur. Axundzadə Azərbaycan 

Milli  Şurasının  ü zvü  id i.  1918  ildə  daşnak  cəllad ı  Andronik  Zəngəzurda  azərbaycanlı  əhalin i 

amansızcasına  qətlə  yetirdikdə,  A xundzadə  mahalın  erməni  quldurlarından  təmizlən məsində  önəmli 

fəaliyyət  göstərmişdir.  A xundzadə  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  Pa rla ment inin  üzvü  seçilmiş, 

"Müsavat"  partiyasının  ikinci  qurultayında  (1919,  2-11  dekabr)  yaxından  iştirak  etmişdir.  A zərbaycan 

Xalq  Cü mhuriyyəti  dövründə  Bakıda  və  Azərbaycanın  digər  bölgəIə rində  həyata  keçirilən  mədəni-maa rif  tədbirlərinin  

təşkilatçıla rından olmuşdur. Aprel işğalından (1920) sonra İranın Ənzə li şəhərinə köç müş, orada hökumət  mə ktəbində şəri-

ətdən dərs demişdir. A xundzadə İrandakı müsavatçıların fəaliyyətinə rəhbərlik edənlərdən olmuşdur. 

 

Əd.: Əliyev M, Hacı Səlim Axundzadə, "Odlar yurdu" qəzeti, 1990, № 24; Oruclu M., Azərbaycanda və mühacirətdə Müsavat 

partiyasının fəaliyyəti (1911-1992), B., 2001. 



 

AXUNDZADƏ (A xundov) Mirzə Fətəli Məhəmmədtağı oğ lu (12.7.1812, Şəki - 10.3.1878, Tiflis) - ictimai xadim, 

yazıçı,  mütəfəkkir.  Azərbaycan  dramaturgiyası,  bədii  nəsri,  ədəbi  tənqidi  və  publisistikasının  banisi,  Şərqdə  milli  azad lıq  

ideyalarının ilk təbliğatçısı. Mollaxanada o xu muş, atalığı A xund Hacı Ələsgərdən, gəncəli Mo lla Hüseyn Pişnamazzadədən, 

şair Mirzə Şəfi  Vazehdən xüsusi dərslər almış, fars dillərini,  xəttatlığı, şəriət elmlərin i öyrənmişdir. 

1833  ildən Nu xa  (Şə ki) qəza   mə ktəbinə da xil o lmuş, bir il rus dilində təhsil a lmışdır. A xundzadə 

1834  ildə  A xund  Ələsgərin  təşəbbüsü  ilə   Tiflisə  köçərək  Qafqa z  can işinliyi  Baş  idarəsin in  dəf-

tərxanasında mü lki işlə r ü zrə  baş tərcüməç inin  kö mə kçisi,  6 aydan sonra is ə tərcüməç i işlə mişdir. 

1852  ildə  Qafqa z  canişinin in  baş  tərcüməçisi,  1858  ildə  canişinliyin  Baş  siyasi  idarəsinin 

tərcüməç isi  təyin  olunmuş,  Rusiya  ilə  İran  və  Türkiyə  arasında  məsul  diplo matik  danışıqlarda  və 

inzibati  tədbirlərin  həyata  keçirilməsində  iştira k  et mişdir.  1836-40  illə rdə  Tiflis  qəza  məktəbində 

Azərbaycan  və  fars  dilləri  müəllimi  işlə mişdir.  A xundzadə  Tiflisdə  diyarın  elmi  təşkilatla rın ın 

işində fəal iştirak etmiş, 1851 ildən Rusiya İmperator Coğrafıya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi 

üzvü  seçilmiş,  1864  ildən  Qafqaz  arxivlərini  tədqiq  edən  "Qafqaz  Arxeoqrafiya  Ko missiyası"nın 

tədqiqat  işlərinə   cəlb   edilmişdir.  1873  ildə   ona  polkovnik  rütbəsi  verilmişdir.  Ömrünün  sonunda 

siyasi etibarsızlıqda ittiham edilərək işdən çıxarılmışdır. 

Axundzadə  məsul  dövlət  işlərin i  yerinə  yetirmə klə   yanaşı,  bədii  yaradıc ılıq la  da  məşğul  olmuş,  1850-55  illə r 

arasında  mövzusu  xalq  həyatı  və  məişətindən  alınmış  "Hekayəti-Mo lla  İbrahimxəlil  kimyagər",  "Hekayəti-Müsyö  Jordan 

həkimi-nəbatat  və  dərviş  Məstəli  şah  caduküni-məşhur",  "Sərgüzəşti-vəziri  xani-Lənkəran",  "Hekayəti-xırs  quldurbasan", 

"Sərgüzəşti mərdi-xəsis" ("Hacı Qa ra"), "Mürafiə vəkillə rin in hekayəti" adlı a ltı 


123 

 

Ko mediya,  1857  ildə "Aldanmış kəvakib" povestini yazmaqla  Azərbaycan ədəbiyyatında yeni mə rhələnin başlan-



ğıcını  qoy muş,  realizmin  ədəbi  prosesin  əsas  yaradıcılıq  metoduna  çevrilməsi  uğrunda  yorulmadan  mübarizə  aparmışdır. 

Axundzadə  "Fehristi-kitab",  "Nəzm  və  nəsr  haqqında",  "Mollayi  Ru min in  və  onun  təsnifin in  babında",  "Kritika.  Yü ks ək 

İranın   "Millət"  qəzetinin  münşisinə",  "Mirzə  Ağanın  pyesləri  haqqında  kritika",  "Tənqid  risaləsi"  məqalələrində  və 

mə ktublarında  yeni  dövrdə  müsəlman  Şərq i  xalq ları  ədəbiyyatının  in kişaf  yollarını  müəyyənləşdirmişdir.  "Puşkinin  

ölümünə Şərq poeması", "Zakirə  məktub‖ ları, " Yeni əlitba haqqında mənzu mə"si və s. şeirləri ona yüksək istedada malik 

şair  şöhrəti  gətirmişdir.  "Kəmalüddövlə  məktubları"nda  islam  ölkələrində  iqtisadi  və  mədəni  tərəqqi  yolunda  bu xova 

çevrilən  fanatizmin kökləri açıqlan mış, xalq ı xoşbəxtliyə aparan  yollar göstərilmiş, kapitalizm dövründə tərəqqi hərəkatının  

banisi və başçısı kimi tarixin  yaddaşına həkk olun muşdur. 

Axundzadə  A zərbaycan  xalq ının  tarixi  taleyində  həlledic i  rol  oynayan  mürəkkəb  və  zidd iyyətli  b ir  ta rixi  

mə rhələnin əvvəlində fəa liyyətə başla mışdır.  O, əski  Şərq  feodal-patriarxal həyat tərzinin dağılmağa,  müasir  Qərb burjua-

kapitalist  münasibətlərin in  formalaşmağa  başladığı  Azərbaycan  mühitində  islahatçı  kimi  formalaşmışdır.  Tarix 

M.F.A xundzadənin qarşısında olduqca çətin b ir vəzifə-inzibati cəhətdən Rusiya imperiyasına tabe olan,  rus təbəəliyin i və  

vətəndaşlığını  qəbul  edən,  la kin   mənəvi  cəhətdən  orta  əsrlər  Şərq  zehniyyətinin   təsirindən  xilas  o la  b ilməyən 

həmvətənlərinin yeni dövrdə inkişaf yollarını  müəyyənləşdirmək,  mədəni tərəqqi p roqra mın ı  işləyib ha zırla maq və zifəsini 

qoymuşdu.  "Həra mibaşıların  tayı  olan"  müstəbid  hökmdarların,  zalım  mü lkədarla rın,  d ini  istibdadın,  ruhanilərin  zülmü  

altında  əzilən,  mənəvi  korluq  üzündən  ərəblərin   "ölülərinə  bəndəçilik  etməklə  fəxr  edən"  "Şərq  məzlu mların ı  cəhalət 

qaranlığından elmin işıqlığ ına çıxarmaq", "əsarətdə və zindanda olan fikirləri azad etmək", cəmiyyətdə "təfəkkür sahiblərinə 

yol açmaq", ü mu miyyətlə, bəşəriyyətə  xid mət göstərmək  mütəfəkkirin sosial tərəqqi üçün tərtib etdiyi məramnamənin əsas 

müddəalarını təşkil edirdi.  O,  məktublarından birində  məramını açıqlayaraq yazırdı: "Mənim  məqsədim  islam  xalqlarını 

sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadhğı, rifahı və sərvətinin artması 

üçün islamiyyətdən əvvəl babalarımızın malik olduğu şan və şöhrətinin bərpa edilməsi iiçün ədalətə rəvac verməkdir". 

(Əsərləri, 3 cilddə, c.3, B., 1962, s.340-341).

 

Məqsədini  həyata  keç irmək  uğrunda  mübarizədə  A xund zadə  kapitalizmin  inkişafı  ilə   təşəkkü l  tapan,  əq li  və  



mənəvi həyatın bütün sahələrinə işıq gətirən təzə əsrin  məfkurəsinə,  maarifç ilik fə lsəfəsinə əsaslanır, köhnə dünya və onun 

əzici  qanunlarına,  cəhalət  və  nadanlıq  səltənətinə  onun  şüarları  ilə  hücu ma  keçir  və  bu  yolla  qələbə  çalacağına  inanırd ı. 

Məktublarında mübarizə üsullarından söhbət açaraq yazırdı: "Mə n xalqımın elə bir üzvüyəm ki, fikrim, 


124 

 

dəvat və qələmimdən başqa bir şeyə əlim çatmır və əlimdən gələn işi görmüşəm



(y e n ə  o r a d a, s.130).

 O, yeni 

dövrün mütərəqqi fikirlərindən,  xüsusilə 18 əsr Avropa filosofların ın,  19 əsr rus inqilabçı demokratlarının   mübarizə vasi-

tələri  və  üsullarından  istifadə  etmək  və  əqidələ rin i  yaymaq la  müsəlman  cəmiyyətinin  dünyaya  baxışında  dönüş  yarada-

cağına,  xalq ı  mənəvi intibaha gətirib çıxaracağına inanırdı. Məktublarından birində yazırdı: "Kəmalüddövlənin müəllifi də 

Avropa filosoflarının əqidəsində olan bir adamdır. Yəni, liberaldır. Tərəqqi və mədəniyyət tərəfdarlarından sayılır. Onun 

məqsədi bundan ibarətdir ki, xalqın içərisində bütün siniflərə  mənsub olan adamlar elmlərin və  sənayenin tərəqqisinə 

nail olsunlar. Bu məqsədinə çatmaq üçün o, öz i mkanları daxilində, bir neçə vasitəyə əl atmalıdır... O istəyir ki, onun 

xalqının  qəlbində də  qeyrət,  namus,  ədalət,  bərabərlik,  xalqı  və  vətənini  sevmək  hisslərinin  toxumu  əkilsin.  O,  xalqın 

içərisində  olan  nifaq  və  ədavətin  birlik  və  səmimiyyətə  çevrilməsini,  zəlillik,  yoxsulluq  və  dilənçiliyin  aradan 

qaldırılmasını  arzu  edir"

  (y  e  n  ə    o  r  a  d  a,  s.275-276).

  Ədib  başqa  bir  məktubunda  deyirdi:  "Yeganə  arzum  budur  ki, 



müsəlman tayfaları da basqa xalqlar kimi savadlanmaq imkanı əldə edib, məişət işlərində məlumat sahibi olsunlar"

 (y e 

n ə  o r a d a, s.85).

 

Dünyagörüşünün  maarifçilik  mərhələsində  M.F.A xundzadə  cəmiyyəti  dəyiş mək,  yeni  bir  dünya  yaratmaq  məsə-



ləsində  mütərəqqi ideyala rın  xa lq arasında təbliğ inə böyük ü mid bəsləyirdi.  Bundan ötrü ədib elm və  maarifin "yu xarıdan 

tutmuş aşağıya qədər, kasıbdan tutmuş əşrafa qədər  xalq ın bütün təbəqələri arasında istisnasız olaraq yayılması"nı birinci 

şərt hesab edirdi. O, belə bir əqidədə idi  ki,  müasir  mütərəqqi ideyaları təbliğ etməklə cəmiyyətin mənəvi həyatında dönüş, 

ölkədə  demo kratik  qaydaların  tətbiqi  üçün  zəmin  yaratmaq  mü mkündür.  Onda  "çoban  da,  əkinçi  də,  tacir  də,  əttar  da 

nazirlə rin malik o lduqları imkan və bacarığa ma lik" ola r. 

Axundzadə vətəndaşların hüquqlarını onla ra başa salıb, " xalq ın dövlət başçılarının gördüklə ri tədbirlə rdə iştira kın ı 

təmin  et mə k  üçün"  maarifç ilik  məra mna məsin i  tətbiq  et məy i,  iqtisadi  və  mənəvi  həyatın  bütün  sahələrində  islahatlar 

keçirməyi,  ilk  növbədə.  əlifbanı  dəyişməy i,  məktəbi  və  ədəbiyyatı,  mətbuatı  əsrin  faydalı  fikirlərinin  təbliğ indən  ötrü 

əlverişli hala salmağı başlıca şərt sayırdı. O, həmin tədbirlərin həyata keçirilməsi nəticəsində ü mu mxalq rifahı və azad lığının  

təmin olun masına dərin  ina m bəsləyir, bütün qüvvə və bacarığını bu a ma lın həqiqətə çevrilməsi uğrunda  mübarizəyə sərf 

edirdi. 

M.F.A xundzadənin   maarifç ilik  mə ra mna məsində  müsəlman  xa lqla rın ın  müasir  dövrdə  inkişafı  üçün  bütün  təd-

birlər  əhatə  olunmuşdur.  La kin   o,  ə lifbanın  dəyişdirilməsini  bütün  bunların  həyata  keç irilməsi  üçün  tə mə l  və   başlanğıc 

sayırdı. Böyük mütəfəkkir yazırd ı: "Təbiidir ki, dəmiryol sizin vətəninizi abad və asudə edəcəkdir. Lakin sizin xalqın tam 



səadəti başqa şərtlər və başqa vəziyyətdən asılıdır ki, onların da ümumi ə sası elmləri inkişaf etdirməklə Kəmalüddövlənin 

fikirlərini xalq arasında yaymaqdır. Bunların hər ikisi də əlifbanın dəyişdirilməsi ilə bağlıdır... Çünki bütün işlərin əsası  

bilikdir; bilik isə əlifbanın asan olub-olmamasından asılıdır". Ona görə  dərin  ina mla  yazırd ı: "Də miryolu vacibdir, lakin 

köhnə əlifbanı dəyişdirmək ondan daha vacibdir. Teleqraf vacibdir, lakin köhnə əlifbanı dəyişdirmək ondan da vacibdir 

(y  e  n  ə    o  r  a  d  a,  səh.199). 

Əlifbanm  dəyişdirilməsi  A xundzadənin  maarifçilik  məramnaməsində  təkcə  mədəni  inkişafı 

sürətləndirmək  işinə  xid mət  göstərmirdi.  O,  ərəb  əlifbasının  dəyişdirilməsinə  eyni  zamanda  din  bayrağı  altında  xalqların  

dövlətçilik ənənələrini dağıdan,  mədəniyyətlərini  məhv edən ərəb istilasının təzahürü saydığı  mənəvi əsarətdən xilas olmaq  

vasitəsi kimi ba xırd ı.  O, ürək ağrısı ilə  yazırd ı:  "Ərəblər  bizim  minillik  səltənətimizi  zavala  uğratdılar.  Şan-şöhrətimizi 



bada  verdilər,  vətənimizi  xarabazara  çevirdilər  və  biitün  bunlara  əlavə  olaraq  bizim  boynumuza   elə  bir  əlifba  da 

bağlamışlar ki, onun  sayəsində hətta indi savad sahibi olmaq belə bizim üçün ən çətin işlərdən olmuşdur. Bu qövmiin 

bizim başımıza gətirdiyi müsibətləri təsəvvürə gətirən hər bir həssas adamı ağlamaq tutur" 

(y e n ə  o r a d a,  s.174).

 

19  əsrin  ortalarından  etibarən  Qafqazda  və  digər  müsəlman  Şərq i  ölkə lərində  baş verən  siyasi  proseslər  Axund-



zadənin görüşlərin in in kişafına ciddi təsir göstərirdi. O, maa rifçi de mokrat iyadan inqilab i de mokratiyaya doğru irə liləd i. 

1864  ildə yazıb, ə lyazması halında dünyanın bir ço x ö lkə lərinə yaydığı "Kə ma lüddövlə mə ktubları‖nda cəmiyyəti 

yeniləşdirmə k  üçün  inqilabi  çevriliş ə  ehtiyacın  zəruriliy i  ideyasını  qavrayan  Axundzadə  be lə  bir  qənaətə  gəlirdi  ki,  "bu 

dünya başqa şəkil almasa", yəni cəmiyyətdə əsaslı dəyişikliklər baş verməsə, "insanların... bərabərliyi  mü mkün" olmaz.  O, 

cəmiyyət üçün "tam azadlığ"ın zəruriliy i məsələsini irə li sürərək ya zırdı: 

l

'Tam azadlıq iki növ azadlıqdan ibarətdir: birinci 

ruhuni azadlıqdır, o biri cismani azadlıqdır"Onun fikrincə,  xalq ın ruhani azadlığ ını din rəhbərləri, cis mani azad lığ ını  isə 

despot hökmdarlar əllərindən almışlar. 

Görkəmli  mütəfəkkir  Volter,  Russo,  Monteskyö,  Mirabo  və  Radişşev  kimilərin  didaktik  moizələrinin  cəmiyyətin  

dəyişdirilməsinə  yardım  edə  bilməyəcəyi  haqqında  qəti  qənaətə  gəlmişdi.  O,  mə zlu mları  hakim  təbəqəyə  qarşı  üsyana 

çağıraraq  yazırdı:  ''Nəhayət,  hazırkı  əsrin  əvvəllərinə  yaxın  Avropanın...filosofları...  anlamışlar  ki,  ziilmä  aradan 

qaldırmaq üçün heç də zalıma müraciət etmək lazım deyildir. Bəlkə, əksinə, məzluma demək lazımdır ki, ey nadan, sən 

ki, qüdrət, say və bacarıq cəhətdən zalımdan qat-qat artıqsan, bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan 

və zalımın atasının goruna od vur" 

(y e n ə o r a d a, s.258).

 

M.F.A xundzadənin maa rifç i de mokratiyadan inqilabi de mo kratiyaya qədər inkişaf edən görüşləri və cə miyyəti cəbr 



yolu ilə dəyiş mək haqqında mülah izələ ri 19 əsrin sonu - 20 əsrin əvvəllə rində Şərqdə milli a zadlıq mübarizəsinin inkişafına  

güclü təkan verdi. O, Cü mhuriyyətin qurulmasında da ideolo ji qida mənbəyi rolunu oynadı. 



125 

 

Əsərləri: Əsərləri, 3cüddə, B., 1958-62;  Əsərləri,  3 cilddə. B., 1988. 



 

Əd.:    Cəfərov  C,  M.F.Axundovun  dramaturgiyası,  B.,  1953;  Qasımzadə  F.,  MF.Axundov.  Həyat  və  yaradıcıhğı,  B.,  1962; 

M əmmədzadə H., M .F.Axundov və Şərq, B., 1971; M əmmədov N., M .F.Axundovun realizmi, B., 1978; Rəfili M ., M irzə Fətəli Axundov, 

B., 1990; Talıbzadə K., Azərbaycan ədəbi tənqidinin tarixi, B., 1984; Гусейнов Г., Из истории общественной и философской мысли в 

Азербайджане XIX вeкa, B., 1958; Мамедов Ш., Мировоззрение М.Ф.Ахундова,M., 1962; Джафаров Дж., М.Ф.Ахундов. Критика – 

биографический очерк, M., 1962; Караев Я., Мирза Фатали Ахундов, B., 1987. 

 

 



 

 

 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin