Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu


CƏNUBĠ  AZƏRBAYCANDA  SOYQIRIMI  (1917-18)



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə50/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   46   47   48   49   50   51   52   53   ...   80

CƏNUBĠ  AZƏRBAYCANDA  SOYQIRIMI  (1917-18)  -  erməni  və  assur  (aysor)  silahlı  b irləşmələrinin  Cənubi 

Azərbaycanda  türk-müsəlman  əhalisinə  qarşı  törətdiyi  soyqırımı.  Ermən ilə r  ö z  məkrli  niyyətlərinə  çat maq  üçün  rusların 

xristian təəssübkeşliyi ilə  Cənubi A zərbaycan əra zisində yerləşdirilən assurlardan (yerli ca maat onları c ilo adlandırırd ı) da 

istifadə edirdilər. Rusiya və Amerika  Birləş miş Ştatları  (ABŞ)  kimi  iri dövlətlərin himayəsinə arxa lanan erməni-assur hərbi 

birləşmə ləri öncə Urmiya şəhəri ətrafında hərbi  mövqe tutaraq, yerli əhalin i soyub-talayır, gündüz barışığa vəd versələr də, 

gecələr şəhərin ayrı-ayrı məhəllələ rin i yandırıb, viran  qoyurdular. Onlar bu cinayətlərdə toplardan da istifadə edirdilər ki, bu 

da əhali arasında böyük tələfata  səbəb olurdu. ABŞ-ın  Urmiyadakı  konsulu Şedin hiy ləsi  ilə  tərksilah  olun muş və heç bir 

yerdən  kömə k  görməyən  a zərbaycanlılar  ailə lərini  başqa  yerə  köçürüb,  döyüş ə  atılmaq  qəra rına  gə ldilər.Seyid  Əh məd 

Kəsrəvinin ya zdığına  görə, şəhəri top atəşinə tutan ermənilər əhali a rasında vahimədən istifadə  edərək, şəhərə da xil o lub, 

dinc əhaliyə d ivan tutur, evləri yandırır, kütləv i qətl-qarət törəd irlər.  

 

 

 



 

 


311 

 

1918  il  martın  17-də, axır çərşənbə günü erməni daşnakları və assurlar  500-dən ço x evi odlayıb,  10  mindən ço x 



azərbaycanlını qırmışlar. Xalq arasında "Urmi bəlvası" kimi yad olunan bu qanlı fac iələ r indi də xat irə lərdən silin mə mişdir. 

Urmiya, Sa lmas,  Xoy, Maku,  Dilməqan şəhərlərində və onların  ətrafındakı  kəndlərdə A zərbaycan türklə rin in soy-

qırımı  davam  etdiyi  vaxt  Os manlı  ordusu  soydaşlarımızın  yardımına  gəldi.  1918  ilin  iyununda  Xoy  şəhərinə  çatan  türk 

ordusu oradan Salmasa doğru hərəkət etdi.  Bir neçə günlük döyüşlərdən sonra erməni ordusu darmadağın edilib, qaç mağa 

başladı.  Lakin onlar geri çəkilərkən belə,  kəndlərə od vurur, insanları qətlə yetirir,  məğlubiyyətlərinin acığ ını dinc əhalidən 

çıxırd ılar. 

Hə min va xt daşnak qaniçəni Andronik Xoy ş əhərini ələ  keç irmək və erməni-assur qoşunu ilə b irləşmə k üçün 8 min  

nəfərlik hərbi qüvvə ilə  Cu lfa  yolundan hərəkət etdi.  Ermənilər Xoy şəhərini ələ  keç irib, əhalin i q ırdıqdan sonra özlə ri  ilə  

gətirdiklə ri 10  min erməni a iləsini burada yerləşdirmək və A zərbaycanın bu hissəsini  Ermən istana birləşdirmə k niyyətində 

idilər. 1918 il  iyunun 24-də Andronikin ordusu Xoy ş əhərini  mühasirəyə a ldı.  Ermən ilər  Urmiyada törətdikləri vəhşiliklə ri 

burada  da  davam  etdirdilər.  La kin  şəhər  sakinləri  silahlı  müdafiə   ordusu  yaradaraq,  düşmənə  ciddi  müqavimət  göstərdi. 

Şəhərin  müdafiəsində  qadınlar  da  iştirak  edird ilər.  Ermən ilər  şəhəri  top  atəşinə  tutdular.  Lakin  bu  vaxt  Salmas  tərəfdən 

Osmanlı  ordusunun  yaxın laşdığını  görən  ermənilər  məğlub  olacaqların ı  h iss  edib,  gəldikləri  yolla  da  geri  döndülər. 

Ermənilər  yeni-yeni  mə krli  p lanlar  qurur,  zəif  müdafiə  olunan  şəhər  və  kəndlərə  basqınlar  edib,  yeni  faciə lər  törədird ilər. 

Onlar  rusların  Urmiya  gölündəki  hərbi  gəmisindən  də  istifadə  etməyi  nəzərdə  tuturdular.  180  nəfər  yaxşı  təlim  görmüş 

erməni-assur  hərbçisinin  ə lində  olan  bu  gə mi  vasitəsilə  Şə rəfxana  limanına  ç ıxmaq  və  oradakı  gə miləri  ələ   keç irmək 

istəyirdilə r.  La kin  onlar sahilə  çıxarkən  Os manlı və  Azə rbaycan türklə ri  ilə  döyüşdə məhv edildilər.  Be ləliklə , onla rın bu 

planı da baş tutmadı. 

Ermənilər 1917-18 illərdə  Cənubi A zərbaycanın qərb bölgələrindəki onlarla şəhər və kəndləri v iran qoymuş, talan 

etmiş, kişi, qadın, uşaq və qocalara fərq qoymadan, ü mu miyyətlə, 190 minə yaxın A zərbaycan türkünü qətlə yetirmişlər. 



Əd.:  Məmmədzadə  M.B.,  Ermənilər  və  İran,  B.,  1993;  Ordubadi  M.S.,  Qan lı  illər,  B.,  1991;  RəsuloğluB., 

Azərbaycan yolunda (məqalə lər toplusu). "Urmiyadan Şama xıya  ma rt qırğın ları", B.,  2001; Onullahi S.,  Erməni  millətçilə ri 

və  İran,  B.,  2002;  yenə  onun,  Cənubi  Azərbaycanda  türk-müsəlman  əhalisinə  qarşı  soyqrımla rı,  Azə rbaycan  Xalq 

Cü mhuriyyəti tarixin in aktual p roblemləri. Beynəlxalq elmi sessiyanın (mart-may, 2003) materialları, B., 2003; Xudiyev N., 

Cənubi Azə rbaycanda ermən ilə rin törətdiyi soyqırımı, "Dirçəliş - XXI əsr" jurnalı, B., 2003, №61. 

CÖYRƏ oğ lu Qara  (?,  Borçalı  mahalın ın Qızılhacılı kəndi  - 1929,  Borçalı)  -  xalq qəhrəmanı.  1918  ildə Borçalıda 

erməni-daşnak  quldur  dəstələrinə   qarşı  mübarizə   aparmışdır.  Cöyrə  oğlu   Qa ra   1918  ildə   Borçalıya  so xulan   Andronikin 

daşnak quldur dəstələrin i geri oturtmuşdu. Ermən ilər Dü rnik kəndi tərəfdən Qızılhacılıya hücum edərkən,  Cöyrə oğlu Qara 

onların qabağını saxlamış, düşmən itki verərək, qaçmağa məcbur olmuşdu. Qan lı döyüşlərdən biri tarixə " Bolus döyüşü" adı 

ilə da xil o lan və indiki  Bo lnisi uğrunda gedən döyüş idi. Qaniçən Andronikin 800 nəfərlik quldur dəstəsi Bolnisiyə hücum 

etdikdə,  Xaç ınlı  kəndinin  ermən ilə ri  də  onlara  qoşulmuşdu.  Cöyrə  oğlu  Qara  Qızılhacılıdan  İsrafil  ağanın  kö məy inə 

gəlmişdi.  Ağ  çərkə zi  pa ltarda,  ağ  atın  belində  olan  Cöyrə  oğlu  Qaranı  görəndə,  ermən ilə rin   bir  h issəsi  silah larını  ataraq 

qaçmışdı. Yel dağı yaxın lığ ındakı vuruşmada Cöyrə oğlu Qaranın  dəstəsi A xalkələkdə, Sağamoyda, Boqdanovkada azğınlıq 

edən erməni dəstəsini darmadağın etmişdi.  La kin  bu yerlərdə  Sovet hakimiyyəti qurulduqdan sonra, 1928 ildə  Cöyrə  oğlu 

Qara  Şu laveri  rayon  partiya  ko mitəsində  məsul  vəzifələr  tutan  ermən ilərin  əli  ilə  həbs  olunaraq  1929  ildə  qətlə  yetirildi. 

Cöyrə  oğlu  Qara  xalqın  yaddaşında  Borçalı  mahalının  Qaçaq  Nəbisi  kimi  qalmış,  onun  haqqında  rəvayətlər,  mahnılar  qo-

şulmuşdu. Mahalın ig idləri çətinə düşəndə deyərdilər: 



 

Hardan alaq Cöyrə oğlu Qaranı,  

Çəkə xəncərini, kəsə aranı. 

 

Sonralar erməni q isasçılığı öz  mənfur işini dava m etdirmiş, 1933  ildə Cöyrə oğlu Qa ranın ailəsi həbs edilib  Şimali 



Qazaxıstanın Akmo linsk vilayətinə sürgün olunmuşdu. 

 


312 

 

ç

 

ÇANDLER  Valter  -  Nyu-Yo rk  şəhərindən  Amerika  Birləşmiş  Ştatları  (ABŞ)  Konqresi  nümayendələr  palatasının 

üzvü.  Baltik  ölkələri,  Azərbaycan  və  Gürcüstanın  mənafelərini  müdafiə  etmək  haqqında  bu  ölkələrin  nü mayəndələri  ilə 

müqavilələr  imzalamışdır.  Əlimərdan  bəy  Topçubaşov  bütün  nümayəndə  heyətinin  iştirakı  ilə  Çandlerlə  iki  müqavilə 

imzalamışdı  (1919,  sentyabr).  Birinci  müqaviləyə  görə,  Çandler  təbliğat  məsələləri  ilə  bağlı  Azərbaycan  nümayəndə 

heyətinə,  hüquq  məsləhətçisi  qəbul  edilirdi.  O,  3  ay  müddətinə  Azərbaycan  Respublikasının  mənafeyini  və  müstəqilliyini 

müdafiə etməyi öz üzərinə götürürdü. Müqavilədə Çandlerə ödənilməli məbləğ in miqdarı və müddəti göstərilmişdi. Çandler 

öz  müqavilə öhdəliklərin in  icrasına  1919  il o ktyabrın  4-dən başlamalı id i. Az sonra 2-ci  müqavilə  imzalandı. Müqavilədə 

göstərilird i  ki,  ABŞ  Azərbaycanın  tam  müstəqilliy ini  tanımaqdan  imtina  edərsə,  Azərbaycan  tərəfindən  Çandlerə  heç  bir 

ko mpensasiya  ödənilməyəcəkdir.  Əlimərdan  bəy  Topçubaşovun  və  Çandlerin  imzaladığı  müqavilə  Azərbaycan 

Parla mentində  təsdiq  edildikdən  və   Azə rbaycan  Höku mət i  tərə findən  möhürləndikdən  sonra  hüquqi  cəhətdən  qüvvəyə 

minirdi. Çandler Gürcüstanla da təxminən eyni məzmunda müqavilə imzalamışdı. 

Əlimərdan bəy Topçubaşov 1919 il sentyabrın 26-da  Çandler  vasitəsilə  prezident  V.Vilsona  məktub  və Azərbay-

canın  iqtisadi,  maliyyə  vəziyyətinə  dair  material  və  xəritələr  göndərmişdi.  Çandler  1919  il  o ktyabrın  18-də  A merikadan 

Əlimərdan bəy Topçubaşova birinci məktubunu göndərmişdi. Məktubda o, Amerikada ermənilərin  Azərbaycan əleyhinə geniş 

təbliğat  aparmasından  bəhs  edir,  noyabrın  1-də  yazdığı  növbəti  mə ktubda  isə  ABŞ-da  ermənilərə  münasibətdə  xristian 

həmrəy liy inin  xey li qüvvətləndiyini qeyd edirdi. Çandle rin 1919 il 10 noyabr tarixli məktubu daha konkret məzmuna  ma lik 

idi.  Çandler yeni  respublikaların  müstəqilliyinin tanınması ilə bağlı ABŞ Dövlət Departamentinə sorğu ilə  müraciət etmiş və 

aldığı cavabda Departa mentdə yeni yaranmış respublikaların  xeyrinə rəy in dəyişməkdə olduğunu bildirmişdi.  Çandler qeyd 

edirdi  ki,  kiçik  xalqlar  ö z  müstəqilliklərinin  tanın masını  bir  neçə  ay,  yəni  çar  generallarının  tam  məğ lubiyyətinədək 

gözləməli  olacaq lar.  Çandler  A zərbaycanın  istiqlaliyyətini  tanıtmaq  üçün  bütün  vasitələrdən  istifadə  edəcəyini  b ildirirdi. 

Əlimərdan bəy Topçubaşov müntəzəm o laraq  Çandlerə Paris sülh  konfransında Qafqazla, o cü mlədən Azərbaycanla bağlı 

cərəyan edən hadisələr barədə geniş məlu mat verird i. 



 

Əd.:  

Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemind ə (1918-1920-ci illər), B., 1993.

 

 

ÇERMOYEV  Əbdülməcid (Tapa) Orutseviç (15.3.1882,  Qrozn ı  -  1936) - dağlı azadlıq hərəkatı  liderlərindən biri, 

çeçen siyasi və dövlət xad imi, neft sənayeçisi.  Vladiqafqaz realnı  məktəbini və Nikolay süvari məktəbini bitirmiş (1901),  II 

Nikolay ın  şəxsi  mühafizə  dəstəsində  xid mət  etmişdir  (1901-06).  1908  ildə  Qrozn ı  şəhərinə  köçmüşdür.  1913  ildə 

"Aldanneft" şirkətin i təsis etmiş və Çeçenistanın ən varlı neft sahibkarı olmuşdur. 1912  ildə 4-cü Dövlət du masına seçilmiş 

və burada Şimali Qafqa z dağlılarının  mənafelərinin müdafiəçisi kimi məşhurlaşmışdır. Çermoyev xeyriyyəçi kimi də tanınırdı. 

"Nəşri-maarif‖  cə miyyətinin  təşkil  etdiy i  "Müsəlman  gecə ləri"  tədbirlə rində  iştirak  et mişdir.  Birinci  dünya  müharibəsi 

(1914-18)  dövründə  Qafqaz  yerli  süvari  div iziyasının  zabit i  olmuş,  " Vəhşi  div iziya"nın  tərkib ində  döyüşən  çeçen  süvari 

alayını təşkil etmişdir.  Fevral  inqilabından (1917) sonra Şimali  Qafqaz dağlı azadlıq hərəkatın ın  liberal-demo krat qolunun 

liderinə  çevrilmişdir.  Şimali  Qafqa z  dağlılarının  siyasi  həmrəy liy i  və  istiqla liyyətinin  qızğın  tərəfda rı  olmuşdur.  Balkar 

azadlıq  hərəkatın ın  rəhbəri  Bəsyət  Şaxanovla  birlikdə  Şimali  Qafqaz  Dağlı  Xalq ları  İttifaqının  yaradılmasının  əsas 

təşəbbüsçülərindəndir.  Çe rmoyev  Şimali  Qafqa z  Dağlıla rı  Mərkəzi  İcra iyyə  Ko mitəsinin  üzvü  idi.  Şima li  Qafqaz  və 

Dağıstanın dağlı  xalqlarının 1-ci qurultayında (1917,  may) Şimali Qafqaz Dağ lı  Xalq ları İttifaqı Mərkəzi  Ko mitəsinin sədri 

seçilmiş, dağlı xalqların ın 2-ci qurultayının (1917, sentyabr) sədri olmuşdur. 

Rusiyada Oktyabr çevrilişindən (1917) sonra dağlıların kazaklarla b irlikdə Terek-Dağıstan hökumətin in yarad ılma-

sına  etiraz  olaraq,  Şimali  Qafqaz  Dağlı  Xalqları  İttifaqı  Mərkəzi  Ko mitəsinin  sədrliy indən  istefa  vermişdir.  1918  ildə 

Vladiqafqazın  və  Terek  vilayətinin  Sovet  hökumətinin  nəzarətinə  keçməsindən  sonra  Temirxan-Şuraya  gəlmiş  və  burada 

Şimali Qafqazın Cənubi Qafqaz İttifaqına qoşulması istiqamətində siyasi fəaliyyət göstərmişdir. 

 

 



 

 

 



 

 

 



 

313 

 

Şimali  Qafqaz  Dağlı  Xalqları  İttifaqı  Mərkəzi  Ko mitəsi  istiqlaliyyətini  elan  etdikdən  sonra  Çermoyev  yeni  dağlı 



hökumətin in tanın ması üçün xarici ö lkələrə  mü raciət etmişdi.  1918 ilin  martında Tiflisdə Zaqafqaziya seyminin Müsəlman 

fraksiyası  ilə  Şimali  Qafqaz dağlıların ın nü mayəndə heyəti birgə  iclas keçirmişdi. Əldə o lunmuş razılığa əsasən, ikitərəfli 

münasibətlərin  tənzimlən məsi  üçün  Azərbaycan  və  Şimali  Qafqaz  nümayəndələrinin  xüsusi  ko missiyası  yaradılmışdı. 

Ko missiyaya  Azərbaycan  tərəfindən  Fətəli  xan  Xoysk i,  Nəsib  bəy  Yusifbəyli,  Aslan  bəy  Səfik ürdski,  dağlılar  tərə findən 

Heydər  Bammat,  Çermoyev  və  M.-Q.Dibirov  da xil  o lmuşdular.  1918  il  mayın  11-də  Qafqa z  dağlı  xalq larının  İstiqlal 

bəyannaməsini Çe rmoyev və H.Ba mmat  imzala mış, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının yarandığını bəyan 

etmişdilər. Mayın  24-də  Gəncədə Çermoyevin sədrliy i  ilə Şimali Qafqaz  Respublikasın ın yeni höku məti təşkil olun muşdu. 

Höku mətin  sədri Çermoyev Şimali Qafqazın bolşeviklərdən azad  edilməsi üçün birgə hərbi tədbirlərə hazırlaş mağa başladı. 

Çermoyevin  təkidli  xah işlərindən  sonra  Osmanlı  hərb i  dəstəsi  Dağıstana  göndərildi.  Oktyabrın  9-da  Dərbənd  azad  edildi. 

Oktyabrın  13-də  Dərbənddə  Çermoyev  tərəfindən  hökumətin  vətəndə  fəaliyyətə  başlaması  haqqında  rəsmi  mə lu mat  e lan 

olundu.  1918  il  oktyabrın  17-də  Çe rmoyev  Biçera xova  u ltimatum  göndərib,  oktyabrın   20-də k  bütün  Dağıstan  ərazilə rini 

boşaltmağı tələb etdi. Rədd cavabı aldıqdan sonra osmanlı və dağıstanlılardan ibarət  milli d iviziyalar  Petrovsk-Port uğrunda 

döyüşə  başladılar.  Oktyabrın   23-də  Temirxan-Şura,  noyabrın  7-də  isə  Petrovsk-Port  azad  edildi.  Şimali  Qafqaz  Dağ lı 

Xalq ları  İttifaqı  Respublikasının  11  may  tarixli  istiqlalı  bir  daha  təsdiq  olundu  (bax  Qa fqaz  İslam  Ordusunun  Dağıstan 



hərəkatı). 

Osmanlı  ordusu  tərəfindən  Dağıstanın  biçeraxovçulardan  və  bolşeviklərdən  təmizlən məsindən  sonra  Çermoyev 

rəhbərlik etdiyi höku mətlə  birgə Te mirxan -Şuraya gə lmiş və dövlət quruculuğu işlərinə başlamışdı.Çermoyev və Yusif İzzət 

paşanın  ingilis  nü mayəndələri  ilə  görüşündə  Dağlılar  höku məti  hərb i  əməliyyatları  dayandırmağa  razılıq  vermişdi. 

Çermoyev  Azərbaycan  Cü mhuriyyəti  Parlamentinin  açılışında  iştirak  etmişdir.  Onun  yardım  üçün  dəfələrlə  Azərbaycana 

müraciətləri təmin ed ilmişdir. 

1918 il dekabrın 10-da Bakıda Şimali Qafqaz höku məti ilə kazaklar və rusdilli əhalin in mü xtəlif qrupların ın təmsil-

çiləri  arasında  müqavilə  imzalandı.  Razılaşmaya  əsasən  yeni  koalisiya  hökumətin in  təşkili  nəzərdə  tutulduğundan  1918  il 

dekabrın  15-də  Çermoyevin  nazirlər  kabinəsi  istefa  verdi.  Çermoyev  Avropa  ölkələri  ilə  danışıqlara  göndərilən  yeni 

nümayəndə heyətinin sədri təyin olundu. 

Azərbaycan, Estoniya,  Gürcüstan, Latviya,  Şima li Qa fqaz,  Be lorusiya və Ukrayna nümayəndələrinin Antanta döv-

lətlərinin   A.Kolçak  höku mət ini  tanımasına  et ira z  bəyannaməsini  Şima li  Qafqa z  nümayəndələri  adından  Çermoyev 

imzalamışdı. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

1919  ilin   mayında  Dağıstanın  denikinçilər  tərəfindən  işğalından  sonra  yaranmış  vəziyyətlə  əlaqədar  Versalda 

Azərbaycan,  Gürcüstan  və  Dağlılar  Respublikasın ın  nümayəndələri  a rasında  siyasi  və  iqtisadi  ittifaq  bağla maq  haqqında 

danışıqlar başlandı. Mayın 30-da  Versalda  Çermoyevin  mən zilində Azərbaycan və Dağlılar  Respublikası nümayəndələrin in 

birgə  ic lası  keçirilmiş,  Qafqaz  Konfederasiyası  yaratmaq  məsələsi  mü za kirə   olun muşdur.  Qa fqazda  Sovet  hakimiyyəti 

qurulduqdan sonra Türkiyəyə mühacirət etmişdir. 



 

Əd

:.  Göyüşov  A.,  1917-1920-ci  illərdə  Şimali  Qafqaz  dağlılarının  azadlıq  uğrunda  mübarizəsi,  B.,  2000;  Həsənov  C, 

Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993. 



 

ÇƏMƏNZƏMĠNLĠ  Yusif  Vəzir,  Vəzirov      Yusif  Mirbaba  oğlu  (12.9.1887,  Şuşa  -  3.1.1943,  Rusiya,  Qo rki 

vilayəti,  Su xobezvodnoye  k.)  -  ya zıç ı,  ədəbiyyatşünas,  tarixç ı-etnoqraf,  ict ima i-siyasi  xadim,  Azə rbaycan  Xa lq 

Cü mhuriyyətinin    Türkiyədə səfiri. İbtidai təhsilin i Şuşada, orta təhsilini isə Şuşa və Bakı realnı  (edadiyyə)   məktəblərində 

(1897-1909)  a lmışdır.  Kiyev  Un iversitetinin  hüquq  fakü ltəsini    b itirmiş  (1915),  Sa ratov,  Rovno,  Buqaç  şəhərlərin in 

məh kə mə orqanla rında çalış mışdır.  

 

 



 

 

 



 

 

Hələ      məktəb      illərindən    dövri  mətbuatda  publisistik  yazılar,  he kayə  və 



felyetonlar  dərc   etdirən   Yusif  Və zir  tə ləbəlik  dövründə  coşğun  ədəbi  yaradıc ılıqla   və  ictimai 

fəaliyyətlə  məşğul  o lmuş,  b ir-b irinin   ard ınca  "İki  hekayə"  (1911),  "Məlik  Mə mməd" 

(1911)" Yeddi  he kayə"  (1912),  "Üç   hekayə"  (1912),  " Qanlı  gö zyaşları"  (1913),  "Həyat 

səhifələri"  (1913),  "Cənnətin  qəbzi"(1913)  hekayə  kitablarını  çap  etdirmişdir.  Kiyevdə  türk 

tələbələrinin hə myerlilər cə miyyətinin ən fəal üzv lərindən olan  Yusif  Və zir tələbə lər qarşısında 

mü xtəlif  möv zularda  məru zələrlə  çıxış  edir,  ana  dilin i  bilməyən  türk  tələbələri  üçün  kurslar 

təşkil  edirdi.  "Açıq  söz"  qəzetində  "Bizim  studentlər",  "Bizə  cidd i  mətbuat  çoxdan  lazım  idi", 

"Hürriyyət", "İki aləm", "Zəruri  məsələlər" kimi aktual  mövzulu  məqalələr dərc etdirird i (1916-

17).  Kiyevdə "Müsavat partiyasının şöbəsini yaradan və ona sədrlik edən Çə mən zə minli burada 

yaşayan  azərbaycanlıların  siyasi  təşkilatlan ma  işini  canlandırır,  bu  münasibətlə  çağırılmış  iclaslar  ana  dilində  keçirilir, 

sənədlər  də  milli  d ildə  tərtib  olunurdu.  Ana  dilinin  öyrənilməsi,  iclaslarda  doğma  dildə  danışılması,milli  məsələlə rə  və 

federasiya  fikrinə  da ir  əsərlərin  toplan ması,  Azə rbaycan  türklərin in  sayının,  məskunlaşdıqları  yerlərdə  qeyri  millətlərə  

nisbətdə  müəyyənləşdirilməsi  qərara  a lın mışdı.  Çə mən zə minlin in  Kiyevdə  yazıb  ta ma mladığı  "Azə rbaycan  mu xtariyyəti" 

kitabı  Ba kıda  çapdan  çıxanda  (1917)  Azə rbaycanda  Xalq  Cü mhuriyyəti  hələ  yaradılma mışdı.  Belə liklə,  müstəqil,  mu xtar 

Azərbaycan ideyasını ilk irə li 


314 

 

sürənlərdən  və  onun  uğrunda  mübarizə  aparanlardan  biri  də 



Çəmən zəminli  o lmuşdur.  Kiyevdə  yaradılan   "Müsavat"  şöbəsi  və 

"Milli ko mitə" (1917) də bu sahədə atılan  mühüm addımlardan  idi. 

"Azərbaycan  mu xtariyyəti"  əsərini  yazmaq  üçün  müəllif  tələbəlik 

illərindən  tədqiqat  aparmış  və  kitabında  hələ  o  va xt lardan  ardıc ıl 

surətdə  izləd iyi  qayəni  ə ks  etdirmişdir.  Əs ər  "Ayılın,  toplaşın" 

müraciəti ilə başlanır. Sonra isə ədib  "Muxtariyyət nədir?", "Məhəlli 

mu xta riyyət",  "Muxtariyyət  bizə  nə  verəcək?",  "Mu xtariyyətə 

layiqik", "Mu xtariyyəti nə  cür a la b ilərik?", "Muxtariyyətimizin  əsl 

əsası"  başlıqları  altında  istiqlal  arzularını  və  düşüncələrini  şərh 

etmişdir.  "Milli  ko mitə"  isə  Azərbaycan  Xalq  Cü mruriyyətinin 

Ukraynada  ilk  nü mayəndəliyi  rolunu  oynamışdır.  Çəmənzəmin li 

Azərbaycanla yanaşı, Rusiyada yaşayan digər türk və ü mu miyyətlə, 

mü xtəlif  müsəlman  xalq ları  üçün  "məhəlli  və  milli  mu xtariyyət" 

tərəfdarı id i. Bu məqsədlə "Milli ko mitə" tərəfindən Krıma  göndərilən ədib  burada ədliyyə müd irliy ində əvvəlcə məsləhətçi, 

sonra  isə  müdir  və zifəsində  çalış mışdır.  Onun  müdiri  olduğu  vəkillər  heyəti  krımlılara   hüquq  və  məhkə mə   işlə rinə   dair 

pulsuz məsləhətlər verir, Krımda denikinçilərə  qarşı mübarizənin və  milli hərəkatın  güclən məsi sahəsində gərgin iş aparırdı. 

Çəmənzəminli  burada  ikən  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Ukraynada  səfiri  təyin  ed ilir  (1919,  yanvar).  Lakin 

bolşeviklər  Kiyevi  ələ  keçird iyindən,  oraya  gedə  bilməyən  və  İstanbuldan  keçərək  Bakıya  qayıdan  (1919,  yay) 

Çəmən zəminli  milli  dövlət  quruculuğu  və  mədəni  quruculuq  işinə  yaxından  qoşulmuşdur.  Ədibin   "Milli  və  mədəni 

işlərimiz"  adlı  silsilə  məqalələrində  milli-mədəni  quruculuğun  vacib  problemlərinə  to xunulur.  Müsəlman  Şərqində  ilk 

demokratik  respublika  olan  Azə rbaycan  Xalq  Cü mhuriyyətinin  xa ric i  siyas ət  məsələ lərinin  qə lə mə  a lındığı  " Xarici 

siyasətimiz" adlı silsilə   məqalə lərində isə dövlətçiliyin təşkili və  möhkə mləndirilməsində  mühü m rol oynayan amillə rdən, 

dövlət  quruculuğunda  beynəlxalq   əlaqələrin  ro lundan,  xarici  ölkələrlə,  o  cü mlədən  yaxın   qonşularla  münasibətləri 

yaxşılaşdırmağın  zəruriliyindən,  dövlət  və  xalq  barədə  geniş  miqyasda  ictimai  fıkir  yaradılmasının  vacibliyindən,  gənc 

dövlətin qarşılaşa biləcəyi təhlükələrdən bəhs olunur. Bütün bu məsələlər ədib in Bakıda hökumət  mətbəəsində çap etdirdiyi 

"Biz kimik və istədiyimiz nədir?" 

 


315 

 

(1918)  adlı  kitabında  da  əks  olunmuşdu.  Müstəqillik  üçün  əsas  saydığı  üç  amildən  -  millət,  höku mət  və 



hakimiyyətdən,  xarici  ə laqələrin  vacib liy indən,  iqtisadi  münasibətlərdən  və  mülkiyyət  forma larından,  hüquq  və  maarif 

məsələ lərindən ardıc ıllıqla  söhbət açan müəllif xüsusi vurğulayırdı ki, "qanunlarımızın  ən baş əsasları hürriyyət, müsavat və 

ədalətdir". Çəmən zəminli müstəqil milli dövlətin yarad ılması üçün üç amili əsas götürürdü: millət, milli torpaq (yəni, ölkə) və 

bu  torpaq  üzərində  milli  hakimiyyət.  Dövlətə  və  dövlətçiliyə  bu  baxış  və  tərif  marksistlərin  dövlətə  sinfilik  prinsipləri 

əsasında verdiyi tərifdən tamamilə  fərq lənird i. Demo kratik cü mhuriyyət,  milli  istiqlal  məsələləri  ilə əlaqədar çap etdirdiyi 

kitab, məqalə  və məru zələ ri, gördüyü digər işlər (1917-19) Çə mən zə minlini art ıq bir "cəmaət  xad imi" və dövlət quruculuğu 

nəzəriyyəçisi  kimi  tanıt mışdı.  Odur  ki,  vətənə  qayıdıb,  bir  ay  Bakıda  qaldıqdan  sonra  Azərbaycan  Xalq  Cü mhuriyyətinin 

Türkiyədə  ilk  səfiri  vəzifəsinə  təyin  ed ilərək,  İstanbula  gedir  (1919),  Cü mhuriyyətin  11-ci  Qırmızı  ordu  tərəfindən 

istilasından sonra da səkkiz ay A zərbaycanın mühacirətdə olan höku mətinin Türkiyə səfiri  kimi fəaliyyətini davam etdirir. 

1921  ilin  əvvəlindən  bütün  yaradıcılıq  gücünü  yenə  Azərbaycanı  öyrənməyə,  onun  varlığını,  mənəvi-mədəni  qüdrətini 

tanıtmağa,  d iqqəti  türko logiyada  xüsusi  bir  "azəro loji  şöbə"  yaratmaq  ehtiyacı  və  imkanının   mövcudluğuna  cəlb  etməyə 

çalışır. Beləliklə, İstanbulda "Yusif bəy Vəzirov. Azərbaycan Cü mhuriyyətinin sabiq İstanbul elçisi" imzası ilə "Azərbaycan 

ədəbiyyatına bir nəzər", "Tarixi, coğrafi və iqtisadi A zərbaycan" kitabları meydana gəlir (1921). Çəmən zəminli İstanbuldakı  

fəaliyyətini  əks  etdirən  arxiv ini  (özünün yazdığ ı kimi, "Azərbaycanın son istiqlal dövrünə dair b ir ço x övraq, məsələn, iki 

sənəlik  rusca  "Azərbaycan"  qəzetəsi  ko lle ksiyonunu,  "Azərbaycan  Cü mhuriyyəti  Hö ku mətinin   ə xbarı"nı,  milli 

iqtisadiyyatımıza  dair  kitab  və  məcmuələri,  Qafqasiya  erməni  -  müsəlman  vuruşmalarını  təsvir  edən  vəsiqələri  və  s.) 

mühafizə edilmək üçün İstanbulda Süleymaniyyə nəzd indəki  kitab xanaya təhvil verir.  Bəzi "müsavatçılarla  ixtilafına" görə 

İstanbuldan Parisə gedir, onun yaxın lığ ındakı  kiçik  Klişi şəhərindəki avto mobil zavodunda fəhləlik edir. Asudə vaxtlarında 

Fransa  Milli  Kitab xanasında  Azərbaycanla  əlaqədar  materialların  tədqiqi  ilə  məşğul  olur,  "Paris  xəbərləri"  adlı  axşam 

qəzetində  "Şərqdən  məktublar"  ü mu mi  başlığı  a ltında  məqalə lər  dərc  etdirir.  1926  ildə  Be rlində  olan  ədib  "Əli  və  Nino" 

əsərinin əlyazmasını mühacir ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatın Vyanada yaşayan sahibinə verir. A zərbaycan Xalq 

Cü mhuriyyətinin  həyatından  canlı  lövhələri  əks  etdirən  bu  əsər  Vyanada  "Qurban  Səid"  imzası  ilə  çap  olunur  (1937)  və 

1970  ildən  mü xtəlif  d illərə  tərcü mə  edilərə k,  A me rika  və  Avropa  ölkələrinə  yayılır.  1926  il  apre lin  3-də  xa ricdən  vətənə 

qayıdan Çəmən zəminli  10  il ərzində "Studentlər" (h. 1-2, 1934-35), "Qızlar bulağı" (1934), "Qan içində" ("İki od arasında", 

1936-37) tarixi  ro manların ı, "Keç miş səhifələr" (1926), "Qa zanc yolunda" (1930), "Qa ranlıqdan işığa" (1935) və s. hekayə 

topluların ı,  "Həzrəti-Şəh riyar"  (1935)  ko mediyasını,  "Altunsaç"  (1937)  və  "Həqiqətin  təntənəsi"  (1938)  ssenarilərin i  və 

digər əsərlərini nəşr etdirir. 

Çəmən zəminli həm də geniş diapazona və erudisiyaya malik alim id i. 10-a yaxın Şərq və Avropa dillərin i b ilən  

 


316 

 

alimin  ədəbiyyata,  folklora,  tarixə,  etnoqrafiyaya  dair  tədqiqatları,  ço xsaylı  məqalə ləri  bu  gün  də  e lmi  dəyərin i  sa xla-



maqdadır. 

Azərbaycan Ko mmun ist (bolşeviklər)  Part iyasının (A K(b)P) " xa lq düşmənlə ri"nə qarşı bütün cəbhə boyu hücum 

elan  edən  13-cü   qurultayı  (1937,  iyun)  başa  çatan  kimi  A zərbaycan  yazıçıla rın ın  tələsik  keç irilən   üçgünlük  iclasında 

repressiya qurbanı olan digər yazıçılarla b irlikdə  Çəmənzəminli də  Yazıçılar İttifaqından  xaric edildi.  1937  il iyunun 27-də 

AK(b)P MK-n ın bürosu qadağan olunmuş  əksinqilabi, pantürkist,  millətçi ədəbiyyatın siyahısını təsdiq edir. 44 ya zıç ı, şair 

və alimin əsərləri da xil edilmiş bu siyahıda Çə mən zə minlinin ad ı səkkizinci yerdə idi. Xa lq Da xili İşlə r Ko missarlığı Dövlət 

Təhlükəsizliyi İdarəsində onun həbsi barədə order  imza lan mışdı (1938,  9 avqust).  Lakin  bu za man  Çə mən zə minli  Ba kıda 

yox  idi.  Özbəkistanın  Ürgənc  şəhərindəki  pedaqoji  institutunun  elan  etdiyi  müsabiqəyə  əsasən,  Çəmən zəminli  bu  ali 

mə ktəbdə, əvvəlcə müəllim, sonra isə rus və xaric i ölkə lər ədəbiyyatı kafed rasının  müdiri (1938-40, yanvar) işləy irdi. 1940 

ilin yanvarında  Ürgəncdə həbs edilib  Bakıya gətirilən  ədib həmin ilin yayında Qorki vilayətinin Su xobezvodnoye kəndinə 

sürgün edildi. 

 

Əsərləri: 



Əsərləri,  3  cilddə,  B.,  1976-77;  Xarici  siyasətimiz,  B.,  1993; Müstəqillik  istəyiriksə...,  B., 1994; Qurban  Səid,  Əli  və 

Nino, B., 1993. 



Əd

.:  Hüseynoğlu  T.,  "Ədəbiyyatla  yaşayıram...",  B.,  1993;  yenə  onun,  Qurban  Səid...  mübahisələr...  həqiqətlər...,  "Yeni 

Azərbaycan" qəzeti, 2003, 27,28, 30 may, 1,3 iyun. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin