Filmoqrafiya:Bakı bağları. Buzovna (film, 2007), Biz qayıdacağıq (film, 2007),
Havalansın Xanın səsi (film, 2001), Mədəniyyət salnaməsi. Əbülfət Əliyev (film, 2004),
Muğamat var olan yerdə... (film, 2009), Muğamlar (film, 1965), O olmasın, bu olsun
(film, 1956), Özgə ömür (film, 1987), Prima (film, 1992), Qızıl fonddan seçmələr (film,
2001), Səs (film, 1988).
Haqqında olan ədəbiyyatlar: Muxtaroğlu V. Havalansın Xanın səsi. 1971, ġuĢinski F.
Azərbaycan xalq musiqiçiləri. 1985, Çəmənli Mustafa. Muğam dünyasının Xanı
(xatirələr). 2001, Babayev Aydın. Xanın səsi. "Ədəbiyyat və incəsənət", 1971 və s.
234
22.Xanəndə Bülbülcanın (Əbdülbaqi) anadan olmasının 175 illiyi (1841-1927)
Cabbar Qaryağdıoğlu “Keçmiş Azərbaycan musiqisi haqqında xatirələrim”də yazırdı
ki, mən zəngulə vurmağı ilk dəfə Əbdülbaqidən öyrənmişəm. Onun sənətinin
böyüklüyü də elə bu qeyri-adi zəngulələrində idi. Açığı, onun kimi heç kim zəngulə
vura bilməzdi. Elə buna görə də Bülbülcanın muğamları çox fərqli və təsirli alınardı.
Əbdülbaqi elə bir Ģöhrət qazanmıĢdı ki, onu külli
Qarabağda öz adı ilə yox, məhz "Bülbülcan" kimi
tanıyırdılar. Əvvəlcə "Bülbül" adlandırmıĢdılar. Sonrakı
fəaliyyətində muğam və xalq mahnılarımızı elə bənzərsiz
və ustalıqla oxudu ki, "can" kəlməsi bir təxəllüs kimi
ünvanına qanadlandı. Əbdülbaqi Kərbəlayı Əli oğlu
Zülalov 1841-ci ildə ġuĢa Ģəhərində doğulmuĢdu. Bir
sənətkar kimi yetiĢməsində bu qədim Ģəhərin musiqi həyatı
böyük rol oynadı. Hələ uĢaqlıqdan əlini qulağının dibinə
verərək səsi ilə ətrafa qəribə bir məlahətli avaz yayardı.
Təbii ki, ġuĢada səsə, sənətə qiymət verən sərraflar çox idi.
Elə ilk musiqi təhsilini də Xarrat Qulunun məktəbində alan Əbdülbaqi sonralar tarzən
Mirzə Sadıqla birlikdə Qarabağ, ġəki, ġirvan və Gəncənin el məclislərində, Ģənliklərdə
iĢtirak etməyə baĢladı. Xüsusilə də XurĢudbanunun təĢkil etdiyi Ģənliklərdə Əbdülbaqi
yaxından iĢtirak edərdi. Səsi-sorağı Təbrizdən, Ġrəvandan, ġamaxıdan gələrdi. Hələ
cavan yaĢında Qafqazı və Ġranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə
məharəti ilə muğamsevərlər arasında məĢhurluq qazanmıĢdır. Ġran Ģahı Müzəffərəddin
Ģah tərəfindən ġiri-XurĢid ordeninə layiq görülmüĢdür. 1875-ci ildən baĢlayaraq
ömrünün 30 ilini Tbilisidə yaĢamıĢdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını
o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraĢıqlı xarici görünüĢü
və artistik davranıĢı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məĢhur tarzən Sadıqcanla
çıxıĢ edərdi. 1905-ci ildə Bülbülcan ġuĢaya qayıtdı və vaxtını yetim qalan qardaĢı
uĢaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi. 1920-ci illərdən
bəri Bakıda yeni açılmıĢ ali musiqi məktəblərdə dərs demiĢdir. 1929-cu ildə vəfat etdi.
Zülalov ailəsi bu günə qədər dahi xanəndənin musiqi ənənələrini davam edir.
Bülbülcandan dərs alan və onun sənətini sevən istedadlı gənclər sonralar Azərbaycan
mədəniyyətinin məĢhur simaları oldular: Cabbar Qaryağdıoğlu, Musa ġuĢinski, MəĢədi
Məmməd Fərzəliyev, ġəkili Ələsgər, Vahab bəy, Molla Abbas, Seyid ġuĢinski və
onlarca baĢqaları. O, bütün tamaĢaçıların ürəyinə yol tapırdı. Ġfaçılıq məharəti ilə
dinləyicilərin hamısını valeh edərdi. Hətta elə zəngulələr vurardı ki, hamı yerində donub
qalardı. Ümumiyyətlə, xanəndəlik sənətində zəngulə vurmaq əsas amillərdən sayılır. Elə
bir muğamımız yoxdur ki, orada zəngulə olmasın. Bülbülcanın ailəsi Azərbaycan
incəsənət tarixində əhəmiyyətli rol oynayıb. Təsadüfi deyil ki, bu ocaq "istedadlılar
ailəsi" kimi tanınıb. Əbdülbaqinin qızı, nəvəsi və qardaĢı uĢaqları Azərbaycan musiqi
mədəniyyətinin, teatrının ilkinləri sırasında dayandılar. Onlar öz istedadları ilə
Bülbülcanın nəcib ənənələrini layiqincə davam etdirdilər. Bülbülcanın qızı, nəvəsi və
qardaĢı uĢaqları da xanəndə oldu.
235
Milli qəhrəmanlıq zirvəsi
12.Quliyev Emin Ələkbər oğlunun 40 illiyi (12.08.1976-17.03.1995)
Emin Quliyev — Azərbaycanın Milli Qəhrəmanı, Mart
hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda
ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il
tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna
ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adna
layiq görülmüşdür.
Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunda anadan
olmuĢdur. 1983-cü ildə 228 saylı məktəbə getmiĢ, 1993-cü ildə bu məktəbi
bitirmiĢdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmıĢdır. Emin Quliyev "N"
saylı hərbi hissədə xidmət edər və bacarığına görə fərqlənirdi. Emin Quliyev idmanın
bir neçə növü ilə məĢğul olmuĢdu. Onun xidmət etdiyi batalyonun əsgərləri 1995-ci ilin
fevral ayının əvvəllərində ġubanıya ezam olundu. O, burada da özünün əsgəri
keyfiyyətləri ilə fərqlənirdi. Təbii ki, onun kimi əsgərlərin cəsurluğu, qorxmazlığı
komandir heyətinin nəzərindən yayınmırdı. Artıq bu ərəfədə ölkədə siyasi sabitlik
pozulmuĢdu. Bir dəstə hakimiyyət hərisi dövlət çevriliĢinə can atırdı. Bunun qarĢısı
vaxtında alınmasaydı, ölkə ağır fəlakətlərlə üzləĢə bilərdi.
13 mart 1995-ci ildə
çağırıĢlara tabe olmayan bu dəstə öz çirkin əməllərini həyata keçirmək üçün silahlı
əməliyyata baĢladı. Eminin xidmət etdiyi alayın əsgərləri bu qarĢıdurmanı yatırmaq
üçün hadisə yerinə göndərildi. Milli Ordunun əsgərləri hadisə yerinə çatanda silahlı
toqquĢma artıq baĢlamıĢdı. Emin cinayətkarlara qarĢı aparılan əməliyyatda fəal iĢtirak
edir, yaralıların döyüĢ meydanından çıxarılmasında əsl qəhrəmanlıq nümunəsi
göstərirdi. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin
zərərsizləĢdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi. Subay idi. Qaradağ
rayonunun Sahil qəsəbəsindəki ġəhidlər xiyabanında dəfn edilib. Sahil qəsəbəsindəki 14
saylı məktəb, bir küçə və park qəhrəmanımızın adını daĢıyır.
Rahatlıq tapmadı bu gen dünyada,
Vermədi sirrini yaxına, yada.
Döyüş meydanına can atdı o da...
qəhrəman Emin
Keçəndə "Şəhidlər xiyaban"ından,
Dəhşətə gəlmişdir tökülən qandan.
Ölsə də ayrılmaz Azərbaycanından...
qəhrəman Emin
Qurban Göyçəli
236
19.Xəlilov Eldar Xəlil oğlunun 40 illiyi (19.08.1976-17.03.1995)
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il
tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu
ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına
layiq görülmüşdür.
Eldar Xəlilov — Azərbaycanın Milli Qəhrəmanı, Mart
hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda
ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində
anadan olmuĢdur. 1983-cü ildə məktəbə getmiĢ, 1988-ci ildə burada yaĢayan
soydaĢlarımız erməni millətçilərinin təcavüzünə məruz qalanda o da ailəsi ilə
birlikdə Bakıya gəlir və Bakıda məskunlaĢır. Təhsilini 96 və 252 saylı məktəblərdə
davam etdirir. 29 sentyabr 1994-cü ildə hərbi xidmətə çağırılır. 1995-ci il 13-17
mart silahlı dəstə dövlətimizə xəyanət edərkən Eldar dəstənin zərərsizləĢdirilməsi
zamanı həlak oldu, onun arzularla dolu gənc ömrü qırıldı... Subay idi. Bakı
Ģəhərinin ġəhidlər xiyabanında dəfn edilib. Bakının Bakıxanov qəsəbəsindəki
küçələrdən biri qəhrəmanımızın adını daĢıyır.
Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !
Nəriman Həsənzadə
237
20.Mehdiyev Fazil Umud oğlunun 50 illiyi (20.08.1966-24.09.1991)
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il
tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı
verilmişdir.
Fazil Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan
olmuĢdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüĢdür. 1983-cü
ildə məktəbi burada bitirmiĢdir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuĢdur.
Qarabağda baĢ verən hadisələr Fazil Mehdiyevi narahat edirdi. O, 1990-cı ildə Ağdam
rayon Daxili ĠĢlər ġöbəsində yaradılmıĢ polis batalyonuna yazılır. Tezliklə onun səsi ən
qaynar döyüĢ meydanlarından eĢidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan
Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni
iĢğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil
vermiĢdi. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı
(Gülablı) kəndinə hücum etmiĢdilər. Fazil dostu Salehlə maĢına minib döyüĢə
tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəĢə tuturlar və Fazil bu
döyüĢdə faciəli surətdə həlak olur. Subay idi. Ağdam rayonunun "Qarağacı"
qəbristanlığında dəfn edilib. Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail
rayonunda isə adına küçə var.
Haqqında yazılan kitab :
Elbrus ġahmar ―Fazilin Allah dərgahına gedən ömür yolu‖
238
Sentyabr
Əlamətdar tarixi günlər və bayramlar
Jurnalistlərin Beynəlxalq həmrəyliyi günü 08.09.1943
Beynəlxalq Nöqtə Günü 09.09.2003
―Smaylik‖lərin anadan olan günü 09.09.1982
Beynəlxalq Bilik günü 15.09
Milli Musiqi günü 18.09.1995
Neftçilər günü 20.09.2001
Beynəlxalq sülh günü 21.09.1981
Ümumdünya Dəniz Günü
24.09.1978 BMT-nin təĢəbbüsü ilə qeyd olunur
Dünya Turizm günü 27.09.1980
Beynəlxalq Dəniz günü 30.09.1978
Yubilyar yazıçı və şairlər
ġair Tofiq Abdinin (Məhərrəmoğlunun) 75 illiyi (01.09.1941-24.02.2014)
ġairə Fatma xanım Kəminənin 175 illiyi (06.09.1841-1898)
ġair Novruz Gəncəlinin 95 illiyi (12.09.1921- 1995)
Yazıçı ġəmsəddin Abbasovun 110 illiyi (20.09.1906-1975)
Xarici ədəbiyyat
Ġngilis yazıçısı Roald Dahlın 100 illiyi (13.09.1916-1990)
Ġngilis yazıçısı H.C.Uellsin 150 illiyi (21.09.1866-1946)
İncəsənət
Xalq artisti YaĢar Nurinin 65 illiyi (03.09.1951-22.11.2012)
Xalq artisti Əminə Yusif qızının 80 illiyi (24.09.1936)
Müğənni Xanlar Haqverdiyevin 110 illiyi (25.09.1906-1980)
Milli qəhrəmanlıq zirvəsi
Kərimov Kazımağa Mövsüm oğlu (01.09.1951-01.04.1992)
Ġbrahimov Mirələkbər Mirələsgər oğlu(30.09.1961-26.09.2009)
Məhəmmədov Seymur Qəhrəman oğlu (18.09.1971-11.10.1992)
Qurbanov Arif VəliĢ oğlu (20.09.1966-05.03.1994)
Yusifov Zakir Tofiq oğlu (29.09.1956-11.10.1992)
Ġbrahimov Mirələkbər Mirələsgər oğlu (30.09.1961-05.03. 1994)
239
Əlamətdar tarixi günlər və bayramlar
8. Jurnalistlərin Beynəlxalq həmrəyliyi günü
“Azərbaycan Prezidenti kimi mən mətbuat azadlığının təminatçısıyam. Hesab edirəm
ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı tam təmin olunubdur”.
Ulu öndər Heydər Əliyev
Azərbaycan Mətbuat ġurasında 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəylik
günüdür. Qeyd edək ki, Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ilin
mayından qeyd edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər
TəĢkilatının IV konqresində bununla bağlı qərara gəlinib. Dünya mediası üçün
əlamətdar sayılan bu tarix 1943-cü ilin sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə
yetirilmiĢ çex jurnalisti Yulius Fuçikin xatirəsinə təsis olunub.
Bu gün Azərbaycan
dövləti siyasi mövqeyindən asılı olmayaraq, bütün Kütləvi Ġnformasiya Vasitələrinin
inkiĢafında maraqlıdır. Bunun üçün Azərbaycanda KĠV-ə dəstək konsepsiyası hazırlanıb
və KĠVDF (Kütləvi Ġnformasiya Vasitələrinin ĠnkiĢafına Dövlət Dəstəyi Fondu)
yaradılıb. KĠVDF jurnalistlərin peĢəkarlığının artırılması və sosial vəziyyətlərinin
yaxĢılaĢdırılması üçün müxtəlif layihələr həyata keçirir. KĠVDF-nin layihələrində
iĢtirak edən bütün qəzetlərin maddi texniki bazası yaxĢılaĢıb, avadanlıqlar yeniləri ilə
əvəz edilib.
240
9.―Smaylik‖lərin anadan olan günü.09.09.1982
9 sentyabr 1982-ci ildə Karnegi Mellon Universitetinin professoru Skott Falman öz
kolleqalarına elektron məlumat göndərir və simvoldan istifadə edir ":-)" Alim belə
hesab edir ki, bu iĢarə gülümsər üzə bənzəyir. Həmin vaxtdan da Smayliklər Günü
bütün dünyada qeyd olunmağa baĢlayır.
241
15. Beynəlxalq Bilik günü
“Təhsil xəzinədir, əmək onun açarı”
Seyid Əzim Şirvani
Sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil
ictimaiyyətinin
bayramı,
Bilik
günüdür.
Azərbaycan
təhsilinin
bugünkü inkiĢafı öz
mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan
uzaqgörən və məqsədyönlü siyasətdən alıb, o
vaxtdan baĢlayan qlobal miqyaslı təhsil quruculuğu
sonrakı inkiĢaf üçün güclü təməl olub. 1969-1982-
ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatıb. Böyük
öndərin imzaladığı "ümumtəhsil məktəbləri Ģagirdlərinin dərsliklərdən pulsuz istifadə
etməyə keçmək haqqında" qərarı da onun xalqına böyük töhfəsi idi. Ötən əsrin 70-80-ci
illərində 5 yeni ali məktəb yaradılıb. Ulu öndərin yaratdığı CəmĢid Naxçıvanski adına
ilk hərbi məktəb isə ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayıb.
Ümummilli liderin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdıĢından sonra da
ölkəmizdə elmin, təhsilin inkiĢafında böyük iĢlər görülüb. 1993-2003-cü illərdə 6 yeni
akademiya təsis edilib, özəl ali məktəblər yaradılıb....
Prezident Ġlham Əliyevin qayğısı,
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu
davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin
bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə -
Prezident Ġlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə
saxlaması həqiqətinə söykənir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri
məktəb tikintisinin geniĢ vüsət almasıdır. 2003-cü ildən indiyədək ölkəmizdə iki mindən
çox yeni məktəb binası tikilib. Prezident Ġlham Əliyevin sərəncamı ilə ―Ən yaxĢı
ümumtəhsil məktəbi‖ və ―Ən yaxĢı müəllim‖ mükafatlarının təqdimatı da məktəb və
müəllimin statusunun yüksəldilməsinə xidmət edir. ―2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı‖ çərçivəsində gənclərin
dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi
istiqamətində də iĢlər uğurla davam etdirilir. Təhsilin inkiĢafında Heydər Əliyev Fondu
və onun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi
vurğulanmalıdır. Fondun ―YeniləĢən Azərbaycana yeni məktəb‖ layihəsi çərçivəsində
son illərdə ölkəmizdə müasir tələblərə cavab verən 400-ə yaxın məktəb tikilib və
yenidən qurulub, həmçinin 40-a yaxın uĢaq evi və internat məktəbi əsaslı təmir və
bərpa olunub, lazımi avadanlıqla təchiz edilib. Fondun dəstəyi ilə əyani tədris vəsaitləri
çap edilib. Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali
təhsil ocaqlarında yeni dərs ili baĢlayır.
Ümumilikdə isə, yeni dərs ilində bütün təhsil
iĢçilərini, tələbə və Ģagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların
baĢlanğıcı deməkdir.
242
15.Beynəlxalq Nöqtə Günü.
Bu bayramı əsasən Uşaq Yaradıcılıq
Mərkəzlərində, uşaq kitabxanalarında
keçirirlər. Bayramın tarixi ingilis uşaq
rəssamı P.Q.Reynoldsun 2003-cü ildə
yazdığı ―Nöqtə‖ kitabı ilə əlaqədardır.
15 sentyabr Beynəlxalq nöqtə günü kimi qeyd olunur. Həmin gün hər bir insan, böyük
də, uĢaq da özünün istedadlı və bənzərsiz olduğuna inanmağa borcludur!
Bu bayramın tarixi ingilis rəssamı Piter Q.Reynoldsun 2003-cü ildə yazdığı ―Nöqtə‖
kitabı ilə bağlıdır. Bu kitabda Ģəkil çəkməyi bacarmayan balaca qız haqqında danıĢılır.
Daha doğrusu, ona elə gəlir ki, Ģəkil çəkə bilmir. Rəsm dərsində VaĢti sadəcə kağızı
nöqtələyirdi. Lakin müəllimə ondan Ģəkilin altında imzasını qoymağı xahiĢ edir və
nöqtəni gözəl çərçivəyə salıb divardan asır. ―Mən daha yaxĢı çəkə bilərəm‖, deyə VaĢti
qərara gəlir və məlum olur ki, bu həqiqətən belədir. Bu kitab çoxlu mükafatlar alır,
Çikaqo kitabxanasının versiyası üzrə ilin kitabı seçilir və bir çox dillərə tərcümə olunur.
2009-cu ildə müəllim Terri ġey ilk dəfə Nöqtə gününü qeyd edir. O gündən bəri
Beynəlxalq nöqtə günü hər il qeyd olunur.
Nöqtə günündə öz nöqtənizdən baĢlayın! Ən yaradıcı fikirlərinizi və layihələrinizi
həyata keçirin!
243
18. Milli Musiqi günü
“Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Lakin cəsarətli
olmaq, yaxşı oxumaq və məhsuldar işləmək lazımdır. Xalqın mənəviyyatını duymaq,
onun ümid və arzularının ifadəçisi olmaq, nikbinliyini, əhval-ruhiyyəsini musiqi
vasitəsilə əks etdirmək lazımdır.”
Ümummillilider Heydər Əliyev
Sentyabrın 18-də Azərbaycan xalqının
dahi oğlu, musiqi mədəniyyətimizin
korifeyi Üzeyir bəy Hacıbəyovun doğum
günüdür. Üzeyir bəyin doğum gününün
musiqi tariximizin ən əlamətdar hadisəsi
kimi anılması tez bir zamanda ənənə
halını almıĢdır. 1995-ci ildə isə Prezident
Heydər
Əliyevin fərmanı ilə dahi
bəstəkarın anadan olmasının 110 illik
yubileyi ərəfəsində 18 sentyabrın Milli
Musiqi Günü kimi qeyd olunması qərara alınmıĢdır. Həmin gün təkcə musiqisevərlərin
deyil, həm də xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki onun
qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük
bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi
qoymuĢdur. Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin
teatrında tamaĢaya qoyulan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil,
bütün müsəlman ġərqində opera sənətinin əsasını qoymuĢdur. O, həm də Azərbaycanda
musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və arvad", "O olmasın,
bu olsun" , "ArĢın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məiĢəti, xalq
adət və ənənələri öz əksini tapmıĢdır. Ü.Hacıbəyov milli musiqi xəzinəsinə yeni janr və
formalarla zənginləĢdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peĢəkar musiqi
sənətinin Ģah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu"
operasını, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin
müəllifidir. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya Ģöhrəti qazanmıĢ, dünya
musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuĢdur. Azərbaycan və dünya musiqi
mədəniyyətinin inkiĢafında misilsiz xidmətləri olmuĢ Ü. Hacıbəyovun anadan olmasının
100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuĢdur.
Milli musiqimiz öz inkiĢaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.
Dostları ilə paylaş: |