MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

 
 
 
 
 
 
 

244 
 
20. Neftçilər günü 
 
“Neft Azərbaycanın əsas milli sərvətidir. Respublikamızın ərazisi bütün dünyada 
“qara qızıl” ehtiyatı ilə zəngin olan bir diyar kimi tanınır.Yeni neft strategiyası 
reallaşdıqca azərbaycanın iqtisadi gücü daha da artacaq, respublikamız hər sahədə 
inkişaf edən, çiçəklənən ölkəyə çevriləcəkdir.” 
                                                                                                              Ulu öndər Heydər Əliyev 
 
 
 
Azərbaycan  Prezidentinin  16  avqust  2001-ci  il  tarixli  fərmanı  ilə  20  sentyabr  hər  il 
Azərbaycanda  "Neftçilər  günü"  peĢə  bayramı  kimi  qeyd  edilir.  Qeyd  edilən  tarix 
Azərbaycanda  1999-cu  və  2004-cü  ildə,  yəni  "Əsrin  müqaviləsi"nin  imzalanmasının 
beĢinci  və  onuncu  ildönümü  rəsmi  səviyyədə  bayram  kimi  qeyd  edilib.  "Neftçilər 
günü"ndə  adətən  sənayenin  bu  sahəsində  əldə  edilən  uğurlar  və  qarĢıda  duran  əsas 
məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən 
fəhlə  və  mütəxəssislərə  dövlət baĢçısının  fərman  və  sərəncamları  ilə  fəxri  adlar, orden 
və  medallar  verilir.  20  sentyabr  1995-ci  ildə  Azərbaycan  Prezidenti  Heydər  Əliyevin 
təĢəbbüsü  ilə  Bakıda,  "Respublika"  sarayında  "Əsrin  müqaviləsi"nin  imzalanmasının 
birinci  ildönümü  münasibəti  ilə  neft-qaz  sənayesi  kollektivlərinin  nümayəndələri  ilə 
görüĢ  keçirilib.  Hər  il  20  sentyabrda  Azərbaycan  Prezidentinin  neft-qaz  sənayesi 
kollektivləri ilə görüĢləri mütəmadi xarakter alır. 
 
 
 
 
 
 
 
 

245 
 
21. Beynəlxalq Sülh günü  
 
“Kəssə hər kim tökülən qan izini
Qurtaran dahi odur yer üzünü.”                                          
H.Cavid.
 
21  sentyabr  Beynəlxalq  Sülh  günüdür. 
BMT bu günü 1981-ci ildə təsis edib. Ġlk 
sülh  günü  1981-ci  ilin  sentyabrında 
qeyd  olunub.  O  vaxtdan  Beynəlxalq 
Sülh  günü  sentyabr  ayının  hər  3-cü 
çərĢənbə  axĢamı  qeyd  edilirdi.  Lakin 
2001-ci ildə BirləĢmiĢ Krallıq tərəfindən 
təklif  olunan  qətnamə  ilə  2002-ci  ildə 
BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi  müəyyənləĢdirib və bu tarixi 
ümumdünya  atəĢkəs  günü  elan  edib.  Sülh  bizim  missiyamızdır;  gündəlik 
axtarıĢlarımızın  mövzusudur.  Qeyd  edək  ki,  silahların  susmasına  və  qeyri-zorakılığa 
həsr olunan Beynəlxalq Sülh gününün bu ilki mövzusu diqqəti daha çox aktual sülh və 
demokratiya  məsələsinə  cəlb  edir.  Əbədi  mövzu  olan  Sülh  mövzusu  bu  gün 
torpaqlarının 20 faizi iĢğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü 
olan  Azərbaycan  üçün  də  xüsusi  əhəmiyyət  kəsb  edir.  Təəssüf  ki,  ən  sülhsevər 
xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaĢları Ermənistanın ölkəmizə 
təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları 
ev-eĢiklərindən,  topladıqları  sərvətlərindən  məhrum  olublar.  Bu  illərdə  Azərbaycan 
həmiĢə  münaqiĢənin  sülh  yolu  ilə  aradan  qaldırılması  istiqamətində  mühüm  addımlar 
atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə 
hakimiyyətə qayıdandan sonra hər Ģeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan 
tökülməsinin  qarĢısını  almıĢ,  1994-cü  ilin  mayında  atəĢkəs  haqqında  müqavilə 
imzalatmıĢ,  müharibəni  dayandırmaqla,  ölkədə  sabitliyə  nail  olmuĢdur.  Bu,  həm  də 
dövlətimizin  sülh  arzusunun  ifadəsi  idi.  Ermənistan  isə  hələ  də  BMT  Təhlükəsizlik 
ġurasının  münaqiĢənin  tezliklə,  sülh  yolu  ilə  həlli,  iĢğal  olunmuĢ  ərazilərin  azad 
edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-
cü  ildə  qəbul  edilən  822,  853,  874,  884  saylı  qətnamələrin  heç  birinə  əməl  etmir  və 
atəĢkəsin  pozulması  halları  tez-tez  qeydə  alınır...  Bu  gün  qüdrətli  və  güclü  Orduya 
malik Azərbaycan və onun Prezidenti, Ali BaĢ Komandan Ġlham Əliyev də xalqın sülh 
arzusunu  ifadə  edərək,  münaqiĢənin  sülh  yolu  ilə,  qan  tökülmədən,  beynəlxalq  hüquq 
çərçivəsində həlli istiqamətində əməli iĢlər görür... Sülhün qorunması, insanların əmin-
amanlıqda yaĢaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusu 
bütün tarix boyu bəĢəriyyəti düĢündürüb. Amma təəssüf ki, tarix boyu, bəlkə də, elə ən 
çox pozulan bu arzu, bu istək olub.... 
 
 
 

246 
 
24.Ümumdünya Dəniz Günü (24.09.1978)  
  
 
 
Mən çoxdan vurğunam sənə 
Böyük arzum budur yenə: 
dönüb bir göy göyərçinə 
sahilinə qonam, dəniz. 
                                                                Rəsul Rza 
 
 
 
 
 
Ümumdünya Dəniz Günü BMT-nin təĢəbbüsü ilə qeyd olunur. (sentyabr ayının axırıncı 
həftəsi) 1978-ci ildən Beynəlxalq Dəniz TəĢkilatı (BDT) ―Ümumdünya Dəniz gününü‖ 
qeyd  edir.  Bu  günün  tarixi  hər  dövlət  üçün  həmin  ölkənin  Beynəlxalq  Dəniz 
TəĢkilatının  üzvləri  tərəfindən  təyin  olunur.  Azərbaycanda  isə  bu  tarix  29  sentyabra 
təsadüf  edir.  Bu  gün  ictimaiyyətin  diqqəti  gəmiçiliyə  və  dənizlərin  mühafizəsinə  cəlb 
olunur.  1977-ci  ilin  noyabrında  keçirilmiĢ  Hökumətlərarası  Dəniz  TəĢkilatı 
Assambleyasının 10-cu sessiyasında qərara alınmıĢ ―Ümumdünya Dəniz günü‖ 1978-ci 
ildən qeyd olunur. 1980-ci ilə kimi bu gün 17 martda qeyd olunurdu. Hazırki dövrdə isə 
bu  gün  sentyabrın  axırıncı  həftəsi  qeyd  olunur.  Bütün  dünyada  bu  bayramın 
keçirilməsinin  məqsədi  ictimaiyyətin,  hökumət  və  özəl  strukturların  diqqətini 
dənizlərin və onların bioresurslarının qorunmasına cəlb etməkdir. Ənənəvi olaraq Dəniz 
günü  dənizlərin  və  okeanların  insanlar  üçün  əhəmiyyətindən,  sualtı  dünyanın 
sərvətlərindən  və  həmçinin  hər  bir  Yer  planeti  sakininin  onun  qorunması  üçün 
nə  edə  biləcəyindən  bəhs  edən  müsabiqə,  festival  formasında  keçirilir.  Adətən  ictimai 
təĢkilatlar  bu  bayramı  dənizlərin  qorunması,  çimərliklərin  təmizlənməsi  üçün 
mitinqlərin və yürüĢlərin keçirilməsi ilə qeyd edirlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

247 
 
27. Dünya Turizm Günü.  
“Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və 
ünsiyyət yeri olmuşdur.Çünki Azərbaycan xalqı yüksək mədəniyyətə malikdir. Yüksək 
mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək.” 
                                                                                                                Ulu öndər Heydər Əliyev 
 
“Azərbaycan regionun turizm mərkəzi 
seçilərək bölgənin turizm 
nümayəndələrini cəlb edib və müxtəlif 
tədbirlərin keçirilməsinə nail olub. 
Ölkəmizdə təşkil olunan dünya forumları 
və digər mötəbər tədbirlər, eləcə də 
Bakıda keçiriləcək ilk Avropa Oyunları, 
İslam Oyunları Azərbaycanı dünya 
turizm xəritəsində cəlbedici məkan kimi 
təqdim edir".
                                                         
 
                                                                                                                                             
                Azərbaycan Respublikası   
                                                                                    Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev  
 
1980-cı  ildən  qeyd  edilən  bu  əlamətdar  gün  dünyada  turizm  sektorunun  mövcud 
vəziyyətini,  əldə  edilən  nəticələri  gözdən  keçirmək  üçün  bir  fürsətdir.  Dünya  Turizm 
TəĢkilatının (DTT) məlumatına görə hər il bu sahədə artım qeydə alınır. Mədəniyyət və 
Turizm  Nazirliyi  Azərbaycanı  hər  il  müxtəlif  xarici  ölkələrdə  keçirilən  beynəlxalq 
turizm sərgilərində təmsil edir2015-ci ildə Azərbaycan 21 ölkədə keçirilən beynəlxalq 
turizm sərgisində təmsil olunmuĢdur.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

248 
 
Yubilyar yazıçı və şairlər 
1.Şair Tofiq Abdinin (Məhərrəmoğlunun) anadan olmasının 75 illiyi  
(01.09.1941-24.02.2014)  
 
 
Tofiq Məhərrəmoğlu (Tofiq Abdin) — azərbaycanlı 
publisist, yazıçı. Azərbaycan Respublikası Əməkdar 
Mədəniyyət İşçisi. 
 
 
 
 
 
Tofiq Məhərrəmoğlu 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan 
olub. 1968-ci ildə Azərbaycan Dövlət Ġncəsənət Ġnstitutunun teatrĢünaslıq fakültəsini 
bitirib. Həmin ildən ―Qobustan‖ toplusunda Ģöbə müdiri iĢləyib. 1993-2001-ci illərdə 
Türkiyədə yaĢayıb, Türkiyənin ―Orta doğu‖ və ―Yeni Asiya‖ qəzetləri ilə əməkdaĢlıq 
edib. 12 publisistik və Ģeir kitabının müəllifidir. Uzun müddət "Ədalət" qəzetində türk 
ədəbiyyatının təbliğiylə məĢğul olub. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında 
Rəsul Rzanın ―Bir gün də insan ömrüdür‖ poeması əsasında tamaĢası göstərilib. Uzun 
illər dövrü mətbuatda müntəzəm çıxıĢ edib. 2002-ci ildə xalq Ģairi Rəsul Rza adına 
Beynəlxalq Ədəbiyyat mükafatını alıb. 2010-cu ildə "Azərbaycan Respublikasının 
əməkdar mədəniyyət iĢçisi" fəxri adına layiq görülüb. Tofiq Abdin 24 fevral 2014-cü 
ildə ürək tutmasından vəfat edib. 
Əsərləri: ‖Etüd‖ (sənədli hekayələr) (1969), ―Nəğməli gecələr‖ (1972), ―Ata sevgisi‖ 
(1978), ―Bəlkə bir də görüĢdük‖ (1984), ―Sahilsiz dünya‖ (1986), ―BəĢir Səfəroğlu‖ 
(1986) və s.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

249 
 
 
 
6.Şairə Fatma xanım Kəminənin anadan olmasının 175 illiyi (1841-1898) 
Fatma xanım Kəminə həqiqətdə çox gözəl, zərif bir xanım idi və zahiri gözəlliyinə 
müvafiq batini və mənəvi tərəfdən dəxi-əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, 
mülayim və xoşrəftar bir nadireyi-zəmanə idi”. 
                                                                                                                    
F. Köçərli
 
  
XIX  əsr  qadın  aĢıqlarındandır. 1841-cı  ildə ġuĢada dünyaya 
gəlib.  Fatma  xanım  kiçik  yaĢlarından  etibarən  Ģeirə  maraq 
göstərmiĢdir.  ġairənin  atası Mirzə  Bəybaba  Fəna da  Ģair olub 
və  "Fəna"  təxəllüsü  ilə  Ģeir  yazıb.  Fatma  xanım fars  dilini də 
mükəmməl bilib və bu dildə də Ģeirlər yazıb. Təhsilini ġuĢada 
alıb, savadına görə ona "Mirzə Fatma xanım" deyirdilər. XIX 
əsr  təzkirələri  arasında  da  Ģairənin  Ģeirlərinə  rast  gəlinir.  O 
dövrdə Fatma xanım Azərbaycanın ən məĢhur 3-5 Ģairəsindən 
biri  olub.  ġairə  onunla  bir  dövrdə  yaĢayan  bir  çox  aĢığın 
Ģeirlərinə nəzirələr yazmıĢdır. Amma dövrümüzə onun əsasən 
klassik Ģəkildə  yazılmıĢ  Ģeirləri  gəlib  çatmıĢdır.  Mir  Möhsün 
Nəvvab "Təzkireyi-Nəvvab"  əsərində  Kəminə  xanım  haqqında  məlumat  verərkən, 
bildirmiĢdir ki, o, dörd yüzə yaxın Ģeir yazmıĢ, ġuĢada Mir Mövsün Nəvvabın baĢçılıq 
etdiyi  "Məclisi-fəramuĢan"da  yaxından  iĢtirak  etmiĢdir.  Firudin  bəy  Köçərli Fatma 
xanım  Kəminəni  "nadireyi  zəmanə"  saymıĢ,  onun  ölümünü  ağır  itki  kimi 
dəyərləndirmiĢdir. Kəminə xanımın həyat və yaradıcılığı haqqında XIX əsr təzkirələrinə 
az  da  olsa  məlumat  vardır.  Kəminə  Ģairə  Natəvanın  baĢçılıq  etdiyi  "Məclisi-üns"ədəbi 
məclisin  üzvləri  ilə  yaxın  olmuĢ,  onlarla  deyiĢmiĢdir.  Onun  qəzəllərinin  məzmun  və 
formasının  müəyyənləĢməsində  fəal  iĢtirakçısı  olduğu  ―Məclisi-üns‖  və  ―Məclisi-
fəramuĢan‖  ədəbi məclislərinin, bu məclislərdə toplaĢan Natəvan, Mir Möhsün Nəvvab, 
Mirzə Rəim Fəna və baĢqa Qarabağ Ģairlərinin mühüm rolu olmuĢdur. Fatma xanım öz 
qəzəllərində  sənət  dostlarını  həmiĢə  minnətdarlıq  hissi  ilə   yad  edir,  onlarla  keçirdiyi 
dəqiqələri  ömrünün  ən  məsud  anları  sayırdı.  Kəminənin  poetik  yaradıcılığı  əsasən 
qəzəllərdən  ibarətdir.  Azərbaycan  və  fars  dillərində  qələmə  aldığı  bu  əsərlərdə  Ģairə 
klassik  ġərq  poeziyasının  ənənəvi  mövzularından  kənara  çıxmasa  da,  burada 
özünəməxsus  qəlb  dünyasını  yarada  bilmiĢdir.  Kəminə  sənətinin  gözəlliyi,  zərifliyi 
ondan ibarətdir ki, o, klassik ədəbi irsə həmiĢə sadiq qalmıĢ, əsərlərinin mayasını məhz 
klassika  ilə  yoğurmuĢdur.  O,  əsərlərində  bədii  təsvir  vasitələrindən  məharətlə  istifadə 
etməklə  yanaĢı,  Ģifahi  xalq  ədəbiyyatından,  folklor,  əsatir,  atalar  məsəllərindən 
bəhrələnib,  yeri  gəldikdə  onlardan  istifadə  etmiĢdir.  Təzkirəçilərin  verdiyi  məlumata 
görə,  Fatma  xanımın  divanı  da  olmuĢdur.  M.Müctəhidzadə  ―Riyazül-aĢiqin‖  əsərində 
Fatma xanım Kəminəyə  yüksək qiymət verərək, onu Məhsəti, Nigar xanım, Nurcahan 
bəyim kimi Ģairələrlə bərabər tutmuĢdur. Bununla yanaĢı, onun divanı olduğunu və bu 
divanı  Ģəxsən  özü  gördüyünü  də  qeyd  etmiĢdir.  Fatma  xanım  Kəminə 1898-ci  ilin 
sentyabrında ġuĢada vəfat etmiĢdir. 
 

250 
 
12.Şair Novruz Gəncəlinin anadan olmasının 95 illiyi (1921- 1995) 
“Həyatın çox ağır və sərt sınaqlarından üzüağ çıxan Novruz Gəncəli 
poeziyaya bir təbiilik, özünəməxsus deyim tərzi bəxş etdi”.                                                               
                                                                                                                            
Qulu Xəlilov
 
Sadıqov Novruz İsmayıl oğlu – şair, dramaturq, 1945- ci ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü 
1921-  ci  il  sentyabrın  12-də  Bakı  Ģəhərində  dəmirçi  ailəsində 
anadan olmuĢdur. 8 yaĢında ikən atasını itirmiĢ, böyük qardaĢının 
himayəsində  yaĢamıĢdır.  H.  Z.  Tağıyev  adına  toxuculuq  fabriki 
nəzdindəki 63 saylı orta məktəbdə ibtidai təhsil almıĢdır. Ailəlikcə 
Gəncəyə köçmüĢlər. 1938- ci ildə böyük qardaĢının vaxtsız vəfatı 
ailənin vəziyyətini ağırlaĢdırmıĢdır. O, həm toxuculuq fabrikində 
iĢləməli,  həm  də  təhsilini  davam  etdirməli  olmuĢdur.  3  saylı 
beynəlmiləl  Ģəhər  orta  məktəbini  bitirib,  ADU-nun  filologiya 
fakultəsinə  daxil  olmuĢdur  (1939).  Eyni  zamanda  kitabxanada 
Azərbaycan  Ģöbəsinin  müdiri  (1939-1940),  incəsənət  muzeyində  ekskursiya  rəhbəri 
(1940-1941)  iĢləmiĢdir.  Lerik  rayonunun  kəndlərində  müəllim  və  məktəb  müdiri 
vəzifələrində iĢləmiĢdir (1941-1943). Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında (1943-
1946),  ―Azərbaycan  gəncləri‖  qəzeti  redaksiyasında,  Azərbaycan  BaĢ  Mətbuat 
Ġdarəsində (1946-1949), Azərbaycan  Yazıçılar Ġttifaqının ―Natəvan‖  klubunda (1949-
1950)  çalıĢmıĢdır.  ―Ədəbiyyat  qəzeti‖  redaksiyasında  tənqid  Ģöbəsinin  müdiri, 
―Azərbaycan gəncləri‖ qəzeti redaksiyasında ədəbi iĢçi, Azərbaycan KP MK təbliğat və 
təĢviqat  Ģöbəsində  təlimatçı  (1950-1960),  ―Azərbaycan‖  jurnalı  redaksiyasında  baĢ 
redaktorun  müavini  (1960-1976)  olmuĢdur.  Azərbaycan  Yazıçılar  Ġttifaqında  poeziya 
üzrə məsləhətçi iĢləmiĢdir (1976- cı ildən). C.Bayronun ―Kavur‖, Y. Çarentsin ―Hamı 
üçün‖  poemalarını,  A.  Makayonokun  ―Tribunal‖,  C.  Patrikin  ―Missis  Səvinc‖, 
B.Brextin  ―Kuray  ana  və  onun  uĢaqları‖  pyeslərini  doğma  dilə  çevirmiĢdir.  ÜĠLKGĠ- 
nın  XI  qurultayının  və  sülh  tərəfdarlarının  III  Ümumittifaq  konfransının  nümayəndəsi 
olmuĢdur. SSRĠ medalları ilə təltif edilmiĢdir. 1995- ci il oktyabrın 19-da Bakıda vəfat 
etmiĢdir. 
                                   Mən qovdum vətəndən qara kabusu, 
                                   Candan əziz tutdum arı, namusu. 
                                   Sən ey, qəm bilməyən gənc nəsil! 
                                   Üzümü görməyi eləsən arzu, 
                                  Bax, üfüqdən qalxan al səhər mənəm, 
                                  Qəlbinin istəyi o zəfər mənəm! 
 
Kitablar: ―Odlu ürəklər‖, ―Unudulmaz günlər‖, ―Üç dost‖, ―Dalğalar‖, ―Ġnsan, od,  
su...‖,  ―Əbədi dost‖, ―ġah və tutuquĢu‖, ―Ġnsan və qızılgül‖ və s. 
 
 
 
 

251 
 
20.Yazıçı Şəmsəddin Abbasovun anadan olmasının 110 illiyi (1906-1975) 
 
1906-cı ilin sentyabrında AbĢeron rayonunun Sayadlar kəndində 
yoxsul  kəndli  ailəsində  doğulmuĢdur.  Bakıda  rus-tatar 
məktəbində, sonra politexnikumda təhsil almıĢ, 1926  – 1927-ci 
illərdə Politexnik Ġnstitutunda oxumuĢdur. 1923-cü ildən ―Yeni 
fikir‖,  ―Kommunist‖  və  ―Gənc  iĢçi‖  qəzetlərində  əməkdaĢlıq 
etmiĢdir.  Bu  dövrdə  ―MəhĢər  günü‖  hekayəsi  ilə  ədəbi  aləmə 
daxil  olmuĢdur.  1926-cı  ilin  iyun  ayından  ―Gənc  iĢçi‖  qəzeti 
redaksiyasında  məsul  katib  vəzifəsində  iĢləmiĢ,  eyni  zamanda 
―Komsomol‖  jurnalının  redaksiya  heyətinin  tərkibinə  daxil 
edilmiĢdir.  Gənc  yazıçılar  birliyinin  –  ―Gənc  qızıl  qələmlər‖in 
yaradıcılarından  biri  olmuĢdur.  1929-cu  ildən  ―Kommunist‖ 
qəzetinin məsul katibi iĢləmiĢdir. 1938-1939-cu illərdə M. F. Axundov adına Opera və 
Balet  Teatrının  direktoru  kimi  Moskvada  Azərbaycan  incəsənəti  dekadasında  iĢtirak 
etmiĢdir.  ―ġərəf  niĢanı‖  ordeni  ilə  təltif  olunmuĢdur.  1939-cu  ilin  sentyabrında  Bakı 
kinostudiyasının  direktoru  iĢləmiĢdir.  O,  ədəbi  yaradıcılıqla  müntəzəm  məĢğul 
olmuĢdur.  Rus dilindən  ədəbi  ssenarilər  (―Stalinqrad  döyüĢü‖,  ―Musoqorski‖),  pyeslər 
(―Ulduzcuğaz‖, ―Xmelnitski‖, ―Saatsaz və toyuq‖), roman və hekayələr (S. Babayevski 
―Yer  üzərində  iĢıq‖,  A.  P.  Çexovun  vodevilləri)  tərcümə  etmiĢdir.  Özu  də  ssenari  və 
pyeslər  yazmıĢdır:  ―Babək‖  (1940),  ―Qələbə‖  (1931),  ―Qana  qan‖  (1944),  ―Əsgər  və 
Simuzər‖ (1945), ―Fərhadın ailəsi‖ (1950), ―Mister Uoll-trit‖ (1951). 1942-ci ilin avqust 
ayından  Azərbaycan  KP  MK  aparatına  iĢə  dəyiĢdirilmiĢdir.  Burada  təlimatçı,  eyni 
zamanda  Azərbaycanın  Ġkinci  Dünya  müharibəsində  iĢtirak  etməsi  ilə  məĢğul  olan 
komissiyanın  məsul  katibi  iĢləmiĢdir.  Azərbaycan  nümayəndələri  ilə  dəfələrlə  ön 
cəbhədə olmuĢdur. ġimali Qafqaz və Uzaq ġərq cəbhələri hərbi Ģuraları ona yaxĢı iĢinə 
görə  təĢəkkür  etmiĢdir.  O,  ―Qafqaz  müdafiəsi  uğrunda‖  və  ―1941-1945-ci  illər  Ġkinci 
Dünya müharibəsində əmək igidliyinə görə‖ medalları ilə təltif edilmiĢdir. 1944-cü ilin 
yanvarında  Azərbaycan  SSR  Nazirlər  Soveti  Yanında  RadiolaĢdırma  və  Radio 
VeriliĢləri  Komitəsinə  sədr  təyin  olunmuĢdur.  1946-cı  ildə  ―Qırmızı  Əmək  bayrağı‖ 
ordeni  ilə  təltif  edilmiĢdir.  Dəfələrlə  Bakı  zəhmətkeĢ  deputatları  Sovetinin  deputatı 
olmuĢdur. 1951-ci ilin oktyabrından Azərbaycan Dövlət NəĢriyyatında bədii ədəbiyyat 
Ģöbəsinin redaktoru iĢləmiĢdir. 1975-ci il sentyabrın 20-də vəfat etmiĢdir. 
 
 Kitablar: ―MəhĢər günü‖, ―Ġntiqam‖, ―Mehdi pəhləvan‖,  ―Laylay‖, ―Usta Kamal‖,   
 ―Təzə sədr‖, ―Gur iĢıqlar‖, ―Tənha dəniz burulğanında‖ və s. 
 
 
 
 
 
 
 

252 
 
Xarici ədəbiyyat 
13.İngilis yazıçısı Roald Dahlın 100 illiyi (13.09.1916) 
                                               
Norveç  əsilli  ingilis  yazıçısı,  roman,  hekayə,  nağıllar 
müəllifi, Ģair və ssenarist Roald Dahl 13 sentyabr 1916-cı 
ildə  Ġngiltərədə  anadan  olmuĢdur.  Gələcək  yazıçı  kolleci 
bitirdikdən sonra iĢgüzar həyata atılır. ―ġell‖ neft Ģirkətində 
iki illik təhsildən sonra 1936-cı ildə arzusunda olduğu yerə 
- ġərqi Afrikaya, Tanqanikaya (indiki Tanzaniya) gedir. II 
Dünya  müharibəsində  hərbi  təyyarəçi  kimi  iĢtirak  edir. 
Liviyada  yaralandıqdan  sonra  döyüĢlərdə  iĢtirak  üçün 
yararsız hesab edilir və Böyük Britaniyanın VaĢinqtondakı 
səfirliyində  hərbi  attaĢenin  köməkçisi  vəzifəsinə  təyin 
olunur.  Burada  da  onun  yazıçılıq  karyerası    baĢlayır. 
Yazıçının  ilk  hekayələri  bir  neçə  qəzetdə  dərc  olunur.  Bu 
dövrdə  o,  əsasən  antifaĢist  təbliğatı  ilə  bağlı,  hərbi 
təyyarəçi,  onun  baĢına  gələnlər  haqqında  yazırdı.  Müharibədən  sonra,  1945-ci  ildə 
R.Dahl  Ġngiltərəyə,  anasının  yanına  qayıdır.  1948-ci  ildə  nüvə  müharibəsi  haqqında 
roman yazır. Bu, Xirosimadan sonra ABġ-da nüvə müharibəsi mövzusunda yazılan ilk 
kitab  idi.  Bu  kitab  sonralar  heç  vaxt  təkrar  nəĢr  edilməmiĢdir.  1953-cü  ildə  onun 
novellalar  kitabı  –  ―Klodun  iti‖  çapdan  çıxır.  1954-cü  ildə  yazıçı  nüfuzlu  Edqar  Po 
mükafatı alır. 1959-cu ildə ―ÖpüĢ‖ hekayələr toplusu çap olunduqdan sonra yazıçı qara 
yumor ustası kimi tanınır. Onun hekayələri bir çox dillərə tərcümə olunmağa baĢlayır. 
1950-ci illərdə Nyu-Yorka gələn yazıçı burada müntəzəm olaraq qəzetlərdə hekayələrini 
nəĢr  etdirir.  Burada  o,  Hollivud  ulduzu  Patrisiya  Nil  ilə  tanıĢ  olur  və  onlar  evlənirlər. 
BeĢ uĢaq atası olan R.Dahl uĢaqlar üçün çoxlu kitablar yazır. Onun uĢaqlar üçün yazdığı 
―Ceyms və nəhəng şaftalı‖, ―Çarli və şokolad fabriki‖, ―Denni – dünya çempionu‖, 
―Matilda‖    və  digər    kitabları  böyük  Ģöhrət  qazanır  və  bir  çox  mükafatlara  layiq 
görülür.    R.Dahl  1990-cı  il  noyabrın  23-də  74  Oksfordda  (Ġngiltərə)  74  yaĢında  vəfat 
edir.  Yazıçı  xəstə  uĢaqlara  kömək  etmiĢ,  onlar  üçün  xeyriyyəçilik  fəaliyyəti 
göstərmiĢdir.  Onun  adını  daĢıyan  fond  bu  gün  də  bu  iĢi  davam  etdirir.  R.Dahlın  
―Qanun‖, ―Əli və Nino‖ nəĢriyyatı tərəfindən bir neçə uĢaq kitabları azərbaycan dilində 
nəĢr olunmuĢdur.  
 
 
  
 
 
 
 
 
 
 
 
 

253 
 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin