5. QARABAĞ XANLIĞININ SİYASİ TARİXİ (1759-1805)
"Qarabağnamə" müəlliflərindən Mirzə Camal İbrahimxəlil xanın
hakimiyyətə başlamasını 1760-cı il, Mirzə Adıgözəl bəy isə 1759-cu il göstərir.
Bunlardan ikincisi həqiqətə daha uyğundur. Çünki İbrahim xana məhz 1759-cu
ildə Kərim xan Zənd tərəfindən xanlıq fərmanı verilmiş və o dərhal Qarabağa
gələrək xanlığı idarə etməyə başlamışdır. 47 il ərzində (1759-1806)
İbrahimxəlil xan Qarabağda daxili və xarici siyasət sahəsində mühüm işlər
görmüşdür. Mirzə Camalın "Qarabağ tarixi"nin birinci fəsli "Mərhum İbrahim
xanın haki-miyyəti və o zamanın qaydaları və hadisələri" adlanır. Müəllif
həmin fəslin əvvəlində bir az mübaliğəli şəkildə yazır: Mərhum İbrahim xan
İran və Rum padşahlarına itaət etmədən və boyun əymədən müstəqil
hökmranlıq etmişdir. Onun hökmü və fərmanı Şirvan, Şəki, Gəncə, Naxçıvan,
Xoy, Qaradağ, Təbriz, Ərdəbil vilayətləri, hətta, İraq və Azərbaycan sərhədi
olan Qaplanguhda belə işlərdi. Vilayətlərin xanları mərhum İbrahim xanın
hökmü və əmri ilə təyin edilər və ya vəzifədən götürülərdi". Belə mübaliğəyə
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sində də təsadüf edirik. İbrahimxəlil xan
Zaqafqaziyadakı xanlar və başqa hakimlərlə ittifaqı qohumluq əlaqəsi ilə
möhkəmləndirirdi. Onun ən etibarlı müttəfiqi Car-Balakən ləzgilərinin başçısı
Nüsəl xanın oğlu Ümmə xan idi. Mirzə Adıgözəl bəy yazır ki, İbrahimxəlil xan
Ümmə xanın "hörmətli və əziz bacısı Bikə xanımı almışdır".
Sonralar İbrahimxəlil xan qızı Tutibikə xanımı Şəki hakimi Səlim xana erə
vermişdi. İbrahim xanın Car-Balakən hakimi Ümmə xan ilə qohum olması
müsbət nəticə vermiş, onlar arasında hərbi siyasi birlik yaranmışdı. İbrahimxəlil
xan atası Pənahəli xanın layiqli varisi oldu. Xanlığın güclənməsi üçün lazımi
tədbirləri gördü.
Mirzə Adıgözəl bəy yazır ki, İbrahimxəlil xan "...lazım gəldiyi zaman
Dağıstanın müzəffər qoşunlarının köməyi ilə ətrafdakı düşmənləri məhv edir və
üsyan edənlərə qalib gəlirdi. O öz qoşunu və zəfər nişanəli Dağıstan
əsgərlərinin köməyi ilə Qaradağ mahalını aldı... Qaradağ, Şahsevən və başqa
tayfaların xanlarından bəzisi qohum olduğu üçün, bəzisi də zorla onun
hökmünə tabe və fərmanına itaət etdilər. İbrahim xan bəzi vaxt ayrı-ayrı
mahalları töhfə olaraq öz sərkərdələrinə bağışlayırdı ki, onlar bu yerlərin
mədaxilindən mənfəətbərdar olsunlar"
1
.
İbrahimxəlil xan erməni Xəmsə məliklərinin xəyanətinə son qoydu. O,
Qarabağ xanlığının daxilində və onun xaricində sabitlik yaradıb, əhalinin dinc
əməklə məşğul olmasına şərait yarada bilmişdi. Lakin fars və türk mənbələri bu
həqiqəti ört-basdır edirlər. Qarabağdakı uzunmüddətli sülh şəraiti bir dövlət
xadimi kimi İbrahimxəlil xanın və onun müdrik vəziri Vaqifin uzaqgörən
siyasətinin müsbət nəticəsi idi. İbrahim Xəlil xan ətraf xanlıqlar və başqa
hakimlər
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.57.
211
ilə dostluğu qüvvətləndirməkdə girov saxlamaq və ya özünün, övladlarının
həmin vilayətlərdə qohumluq əlaqələrinə ciddi əhəmiyyət verirdi: "...Hətta
Təbriz və Qarabağ vilayətlərinin bəzi mahallanın öz adlı-sanlı sərkərdələrinə
bağışlamışdı ki, onların gəlirindən mənfəət götürsünlər... Adı çəkilən
vilayətlərin xanlarının övladı həmişə Şuşa qalasında, mərhum İbrahimxəlil
xanın yanında girov sifətilə yaşayırdılar"
1
.
Xanlığın hakim sinfini feodallar təşkil edirdilər. Feodal ierarxiya sistemi
mövcud idi. Ən yüksək mövqeyi xanlar, onlardan sonra isə sultanlar, bəylər,
ağalar və məliklər tuturdular. Ali ruhanilər də feodallar sırasında idilər.
Xəmsə məliklərinjn yaşadığı ərazidə, xüsusilə Xaçın məlikliyində hələ
Qafqaz Albaniyasında ənənəvi olaraq fəaliyyət göstərən xristian kilsələrinə
məxsus vəqf yerləri və başqa variyyət var idi. Bu kilsələr alban dini, kultu
olaraq 1836-cı ilə qədər fəaliyyət göstərmişdir...
İbrahimxəlil xan atasının suverenlik ənənələrini müvəffəqiyyətlə davam
etdirirdi. Məlumdur ki, Pənahəli xan İranda baş verən ara müharibələri
dövründə bir sıra xanları öz təsiri, hətta tabeliyi altına almışdı.
Mir Mehdi Xəzaninin yazdığına görə, Şuşa yaxın Şərqin məşhur
şəhərlərindən biri olmuşdu. Şəhər üç ad daşımışdır. Pənahəli xanın şərəfinə
Pənahabad, öz gözəlliyi və sıldının və şiş qayaları ilə əhatə olunmasına görə
Şişə, xalq arasında isə zəmanəmizə qədər Qala deyirlər. Şuşada kustarlar,
sərraclar, dəmirçilər, silah saxlayanlar, palanduzlar və başqa sənətkarlar da
gün-gündən çoxalırdı.
"Qarabağnamələr"də bir qayda olaraq "Mərhum İbrahimxəlil xandan qalmış
bina və imarətlərdən" bəhs açılır. Rzaqulu bəy əsərin bir bəhsini "Mərhum
İbrahim xanın Qarabağda apardığı təmirat işləri" adlandırmışdır. O yazır:
"Əvvələn indi də qalmaqda olan böyük məscidi göstərmək olar. Bu məscid
şəhərin ortasında - qalanın içərisində 1182 (1766-cı ildə)-ci ildə tikilmişdir.
Köhnə olduğu üçün mərhum İbrahim xanın qızı Gövhər ağa bu məscidi hicri
1198-ci ildə əsaslı surətdə təmir etdirmişdir. İkincisi, Şüşü qalasının hasar və
divarıdır ki, indi də durur. Bunu mərhum İbrahim xan 1198-ci ildə tikdirmişdir.
Bu hasar üç ilə tikilib qurtarmışdır. Bəzi yerləri köhnəlmişdi. Ali Rusiya dövləti
təzəlikdə möhkəmlətmişdir.
Mərhum İbrahim xanın yadigarlarından üçüncüsü hər iki Əsgəran qalasıdır.
Bu qalaları 1203 (1787)-cü ildə tikdirmişdi. Bu qalalar Şüşü qalasının dörd
ağaclığında, dağın arasında, Qarqar çayının keçdiyi yerdədir. Şirvan, Şəki və
Dağıstan vilayətləri mərhum Pənah xana düşmən olduğu vaxt böyük oğlu
İbrahim xana vəsiyyət etmişdir ki, əgər fürsət tapmasam, sən Əsgəran dağının
arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunları bu qalalarda
olsunlar. Oradan Şüşü qalasına 8 verstə (əslində 24 km. -N.A.) qədər məsafə
vardır. Düşmən oradan keçib qalaya gələ bilməz. Belə ki, bu qalaların ətrafı
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.137.
212
möhkəm dağlar, meşələr, daşlar, qayalar və böyük səhralardır. Düşmənçilik
zamanı elat xalqı və sairə burada sığınaq edərlər. Qalalarda tüfəngçilər
qoyarlarsa, düşmən oradan keçib, zülm və talan etmək fikri ilə əlini uzadıb
dörd-ayaqlılardan, mallardan və heyvanlardan qarət edə bilməz.
Mərhum İbrahim xan həmin vəsiyyətə görə, iki qalanı biri şərq, o biri qərb
tərəfdə olmaqla daş və əhənglə tikdirib bürc və barı çəkdirmişdir. Ağa
Məhəmməd şah gələndə əvvəl Şüşü qalasının üzərinə qoşun çəkdi. Şüşü
qalasını tutmağı bacarmadığı üçün Şüşü kəndindən köçüb Tiflis tərəfə getdi. O
zaman Qızılbaş qoşunu bu qalalardan köçüb gedə bilmədi. Bu qalalara bir neçe
böyük top atdılarsa da, onların möhkəm binasına bir zərər yetirə bilmədilər.
Nəhayət, Əsgəranla Şüşə qalası arasında 20 gün məəttəl qaldılar. Onun at, qatır
və sair malları qarət edildi və tələf oldu.
Axırda mərhum İbrahim xanın əmri ilə Qarabağ qoşunu Əsgəran qalasını
boşaldıb Şüşə qalasına gəldilər. Bundan sonra Ağa Məhəmməd şahın qoşunu
oradan keçib Qarqar çayının kənarında ordu qurdular. Burada bir qədər
dincəldilər, sonra Tiflisə getdilər.
Dördüncü imarət İbrahim xanın özünün imarətidir. Şüşə şəhərində Gəncə
xanzadələrindən olan Mehdiqulu xanın anası üçün tikdirmişdi. Bu imarətdə
polkovnik Xanlar ağa və Əhməd xanın anası Bikə ağa yaşayırdı. Bikə ağa Avar
vilayətinin valisi dağıstanlı Ümmə xanın bacısı idi.
Beşincisi - Dərə xəzinəsinin imarət və otaqlandır. Şüşə qalasında dağların,
daşların arasında olan imarətdir ki, mağaranın içində əhəng və daşla tikilmişdir.
Buraya tək bircə yol vardır. Çox xərclə başa gəlmişdir. Bu yoldan piyada adam-
dan savayı heç kəs keçə bilməz. Buranın eni və uzunu təxminən 40-50 sajen
həcmində olan bir yerdir. Burada çaya 100 sajenə qədər məsafə vardır.
Yuxarısında olan qaya daşı 500 sajen hündürlüyündədir. Əgər qayanın başında
bir tüfəng atsalar, çox olmaz, çaya düşər. O imarətin qarşısında Şüşü qalası
tərəfində böyük bir mağara vardır ki, onun ucu-bucağı heç bilinməmişdir. Bu
mağaranın ağzına yaxın bir yerdə Məlik Şahnəzər xanın bir neçə böyük otağı
vardır ki, düşmənçilik vaxtı o mənzillərdə oturanlar bir-birlərinə kömək
etsinlər. Düşməni Şüşü qalasına, habelə çay tərəfə gəlməyə qoymasınlar. Belə
ki, 1826-cı ildə Şüşü kəndi əhalisi orada mənzil etdilər. Göstərilən bu evlərdə
və mağaralarda sığınaq tikdilər. Qalaya və şəhərin içinə gedib-gəlirdilər. Qoşun
və şəhər avadanlıqlarını götürə bilmədilər. Onlardan şəhərə və qalaya o zaman
böyük fayda dəydi.
Altıncı - qalanın bir ağaclığında olan Xan bağı imarətləridir. Burada
tövlələr, buzxana, dəyirmanlar və arxlar vardır. Həmçinin burada böyük bir
cəbbəxana tikilmişdir ki, mərhum İbrahim xan vaxtının çoxunu burada
keçirirdi. 1826-cı ildə Qızılbaş qoşunu bu imarətləri xarab edib yandırmışdır.
Sonra Mehdiqulu xan bunları yenidən təmir etdirirdi.
Yeddinci - Ağdam bazarının hasarı və oranın ali günbəzləridir. Bu
günbəzlər mərhum Pənah xanın və onun vəfat etmiş sair övladlarının
qəbirlərinin
213
üzərində tikilmişdir. Orada ali otaqlar və imarətlər vardır. Bunlar İbrahim Xəlil
ağanın qədim ocağı idi. Bura yonma daşdan tikilmiş tağbənddir. Ağa
Məhəmməd şah bu yerlərdə ordu və Tiflis şəhərinə getdiyi zaman evləri və
günbəzləri xarab etmişdi. Mərhum general-mayor Mehdi Qulu xan İbrahim
xanın miras çatan oğlu olduğu üçün o yerləri bir daha təmir etdi. İmarətlər
əvvəlkindən də zinətli oldular. Həmin qəbirlərə vəqf olaraq ehsan üçün
elahiddə bir bağ saldırdı. Həmin bağın dörd tərəfinə daşla və əhənglə divar-barı
çəkdirdi. Bu qəbirlərə ehsan olmaq üçün böyük bir buzxana düzəltdi. Elat,
səhrada yaşayanlar və kəndlilər hər il yayda biçin vaxtı xəstələri üçün buradan
buz aparardılar, ən azı min yük, bəlkə daha çox buz sərf olunurdu.
General Cəfərqulu xanın atası Məhəmmədhəsən ağa mərhum Pənah xanın
imarətinin yanında ali imarət tikdirmişdi. Yaxşı və yaraşıqlı olduğu üçün özü
orada otururdu. Ağa Məhəmməd şah qalanı alıb haman imarətə sakin oldu.
Oranı özünə mənzil etmişdi. Onun içində də öldürüldü. Mərhum İbrahim xanın
qədim evlərini mərhum xanın hərəmi üçün çox zinət ilə təmir etdirmişdi
1
.
Mirzə Camalın və onun oğlu Rzaquhmun "Qarabağnamə"lərində Qarabağın
siyasi tarixi ilə yanaşı Pənah xanın və İbrahimxəlil xanın təsərrüfat fəaliyyəti,
xanlığın mədaxili, vergi sistemi, ilxıları, xanlıqdakı nizam və intizam,
kargüzarlıq və divanxana əməliyyatları barədə də maraqlı məlumata rast
gəlirik. Bu məlumatlar əsas fəsillərə əlavə olaraq verilmişdir. Bəzi əlavələr isə
atası Mirzə Camalın "Qarabağ tarixi"nin təkrandır. Mirzə Camalın əserində bir
fəsil "İbrahim xanın nizam-intizamı və hakimiyyəti zamanında olan qaydalar
haqqında" adlanır. Bu bölmədə deyilir: "Qarabağın bütün elləri, adları dəftər və
siyahıda yazılmış atlı qoşundan ibarət idi. Zərurət zamanında mahalların və
kəndlərin piyada tüfəngliləri, mahal məlikləri ilə birlikdə qoşun sıralarında
hazır olurdular. Qarabağ ellərindən töycü pulu alınmazdı. Lakin mahallardan və
kəndlərdən hər il malçahat və töycü yığılırdı. Hərdənbir Dağıstandan ləzgi
qoşunu gətirildikdə ləzgi qoşununun məvacibini ödəmək və ləzginin itmiş və ya
ölmüş atının əvəzini vermək üçün ellərden töycü pulu, sursat, taxıl, qoyun və
mal alınardı. Adları nökər və qoşun dəftərində qeyd olunmuş nökər və qoşun
əhlindən heç bir şey alınmazdı. Onlar məaf idilər. Onların taxılı, atı və başqa
ehtiyacı xanın öhdəsində idi. Qoşunun hər bir nökəri bir evə təhkim olunmuşdu.
O ev həmin nökər və atlının ehtiyacını təmin etməli idi.
Hər il novruz bayramı günündə, mərhum xan, qoşunun bütün adlı-sanlı
sərkərdələrinə və minbaşılarına xələt, ənam, at və qılınc bağışlardı. Azərbaycan
vilayətləri, mahalları, habelə məliklər hər kəs öz rütbəsinə görə peşkəş
gətirərdi.
Mərhum İbrahim xan səfərdə olduğu və ya bir yerdə ordu qurduğu zaman,
xidmətində olan minbaşıların, yüzbaşıların, Azərbaycan bəyləri, ağaları və
xanlıqlarının səhər, günorta, axşam xörəyi və atların arpası, habelə qoşun
əhlinin bir parası və yasavulların bütün məxarici mərhum xanın xəzinəsindən
1 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.280.
214
verilirdi. Bir çox gecələr minbaşılara və başqalarına taxıl, düyü və 30 qoyun
sərf olunardı. Bu hesabla sərf olunan çörəyin, arpanın, yağın və şirniyyatın
miqdarını təsəvvür etmək olar"
1
.
Pənahəli xanın vəfatından sonra onunla dostluq etmiş bəzi xanlıqlar əhdi
pozdular. İbrahimxəlil xan öz daxili işlərini nizama saldıqdan sonra ona itaət
etmək istəməyən bir neçə xanlığa qarşı hərbi yürüşlər təşkil etdi. Mirzə Yusif
Nersesov Qarabağinin "Tarixi-safi" əsərində bu yürüşlərdən ikisinin qısa
təfsilatı verilmişdir. Burada deyilir: "O zamanlar Naxçıvan hakimi Kələbi xanla
İbrahim xanın arasında ədavət törəmişdi. Buna görə də İbrahim xan Dağıstan
ləzgilərindən kömək istədi və Dağıstan hakimi Ümmə xan öz qoşunu ilə
İbrahim xanın köməyinə gəldi. İbrahim xan Qarabağın atlıları və könüllüləri ilə
(çirik) birlikdə hərəkət etdi. Kəlbəli xana cəza vermək qərarına gəldi və onun
olduğu Qarababaya yetişərək dayandı. Qoşuna kəndləri və əkin yerlərini
dağıtmaq əmrini verdi. Qarababam mühasirəyə aldı. Kəlbəli xan da qabaqcadan
İrəvan hakimindən kömək istəmişdi. O da ona bir qədər kürdlərdən və başqa
ellərdən kömək göndərmişdi. Hər iki tərəfin qoşunu bir-birinə rast gəldi.
Kəlbəli xan bir qədər geri çəkiləndən sonra Tiflis yolu ilə qaçmağa üz qoydu.
Bunu görən Ümmə xan iti gedən atını onların dalınca çapdı... İbrahim xan
könüllü qoşunu Qarababanın mühasirəsi üçün qoymuşdu. İbrahim xan çarəsiz
qalıb yüzbaşıların yanına adam göndərdi, onlara geri qayıtmaq əmri verdi.
Burada Kəlbəli xanla dostluq əsasını qoydu. Beləliklə, dostluq və məhəbbət
əlaqəsi bu gündən etibarən davam etdi.
İbrahim xan qoşunu və çəriləri götürüb Qarabağa gəldi
2
.
İbrahimxəlil xan qonşu xanlarla ümumi dil tapmadıqda onlara qarşı hərbi
yürüşdə öz müttəfiqlərindən istifadə edirdi. Mirzə Yusif Nersesov Qarabaği
daha sonra yazır: "İbrahim xan Naxçıvam zəbt etdikdən sonra öz bacarığına
daha da güvəndi. Ağa Məhəmməd xanın İranda hökmranlıq etməyə
başlamasına baxmayaraq işi helə də tərəqqi etməmişdi. Onun bu zaman fars və
Şiraz tərəflərində olduğundan istifadə edərək İbrahim xan Xoy vilayətini özünə
tabe etmək fikrinə düşür. O, 1203-cü ildə (təxminən 1789) ləzgi, Car, avar və
Qarabağın könüllülərini və Qaracadağın qoşununu toplayıb sərhədi keçdi. Xoy
hakimi Cəfərqulu xan da öz adamları ilə İbrahim xanın qarşısına çıxmaq üçün
hərəkət etdi. Bu yürüşdə xanı bir çox ölkələrdə şöhrəti olan Molla Pənah Vaqif
təxəllüs müşayiət edirdi... Vaqif hesab rəsm və astronomiya elmlərini də yaxşı
bilirdi. O, əvvəlcə İbrahim xana dedi ki, sabahkı döyüşdə Xoy şəhəri bizim
əlimizdə olacaqdır. Mərənd şəhəri yaxınlığında hər iki xanlığın qoşunu bir-biri
ilə döyüşə başladılar. Şiddətli döyüş nəticəsində İbrahim xan qalib gəldi. İkinci
döyüşdə İbrahim xanın qüvvələri məğlub edildi. Çoxlu əsir alındı. Əsirlər içə-
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.163.
2 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.28-29.
215
risində Molla Pənah da var idi. Onları Xoy şəhərinə apardılar. Əsir alınanlar
içərisində İbrahim xanın əmisi oğlu Fərzi bəy də var idi. O, istehza ilə Molla
Pənaha demişdi ki, Xoy şəhərini tutmaq əvəzinə bizi əsir aldılar. İbrahim xan
yeni qüvvə toplayaraq Cəfərqulu xanla danışığa girdi və öz adamlarını
əsirlikdən azad etdi. Bu hadisə münasibəti ilə Molla Pənah yazmışdır:
Fərd Vaqifəm mən bu səfərdən ki səlamət qayıdım,
Tövbə gör bir də qiyamət günü çıxsam Qaladan.
Nəticə etibarı ilə Xoy xanlığı Qarabağ xanlığı ilə dostluq ittifaqı bağladı.
1791-ci ildə Gürcüstan valisi ilə İbrahim xan arasında narazılıq baş
vermişdi. Mirzə Yusif Nersesov Qarabaği yazır ki, Ümmə xan çoxlu qoşunla
Gürcüstan tərəfə gəlib, bacardığı qədər Gürcüstan torpağını qarət edərək Sığnaq
və Gümüşxananı zəbt etdi... Qışı Axalsixdə keçirəndən sonra bahar fəslində
geri qayıdaraq yenə də Gürcüstan torpağına daxil oldu. Ümmə xan yolun
üstündə knyaz Abaşidzenin arvad-uşağı ilə yaşadığı möhkəm Adxan qalasını
mühasirə edib zor ilə zəbt etdi. Oranın əhalisini qılıncdan keçirərək, bəzilərini
də əsir etdi. Knyaz Abaşidzenin qızlarından Cavahir xanımı İbrahim xandan
ötəri göndərdi və bir qızına da Ümmə xan özü evləndi
1
.
M.M.Xəzani "Qarabağ tarixi" əsərində Qarabağda mədəniyyət məsələlərinə
də geniş yer vermişdir. Əsərdə xanlığın mədəni həyatı, memarlıq abidələri
haqqında olan məlumat başqa "Qarabağnamə"lərə nisbətən daha genişdir.
İbrahimxəlil xanın yaşadığı evdən danışan Xəzani yazır ki, təpə üzərində
yerləşən bu imarətdən İbrahim xan qalaya düşmən hücum edəcəyi təqdirdə onu
müdafiə imkanına malik idi. Pənahəli xanın oğlanları Mehrəli bəy və Talıbxan
bəy də belə yaraşıqlı binada yaşayırdılar. Sonralar İbrahimxəlil xanın böyük
oğlu Məhəmmədhəsən ağa üçün tikdirdiyi bina Şuşanın ən mənzərəli binası
oldu.
Pənahəli xan, İbrahimxəlil xan və Mehdiqulu xan dövrlərində Ağdamda bir
sıra xanlıq abidələri inşa olunmuşdu. M.M.Xəzani yazır ki, 3 günbəzli
məqbərələr Pənah xan və onun övladlarına aid idi. Pənah xanın bu məqbərələri
ətrafında arxlar, yollar, su anbarları və ehsan bağı deyilən sahələr ilboyu
nəzarətdə olurdu. Əsgəran qalaları və Qarqar çayının Şuşa Xəzinə qayası
ərazisindən keçdiyi yerdə sıldırım qayada qazılmış otaqlar da böyük
əhəmiyyətə malik idi. Azərbaycan ərazisində belə bir tikintinin misli-bərabəri
yox idi. Yerin səthindən hündürdə, çox çətin və ensiz bir yola malik olan bu
otaqlar, düşmənin Şuşa qalasına hücumu zamanı, xanın ailə və xəzinəsini
mühafizə məqsədi ilə hazırlanmışdı. Ona görə də həmin tikinti olan qayaya
Xəzinə qayası adı verilmişdir.
1 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.30.
216
Xalisə torpaqlarından başqa Qarabağda İbrahimxəlil xan dövründə müəyyən
inzibati və hərbi vəzifələrə malik sərkərdələrə verilən torpaqlar da var idi.
Mirzə Camal və Mirzə Adıgözəl bəyin əsərlərində bu barədə söz açılır.
Qarabağ xanlığında mövcud olan torpaq mülkiyyəti formalarından biri də
"mülk" idi.
Mir Mehdi Xəzani eyni zamanda Bərgüşad, Dığ, Xınzirək, Qayadaşı, Gəlin
daşı, Dəvə sürüncağı, Ağsu və başqa yerlərin İbrahim xan tərəfindən pul ilə
alınmış qəbələli mülkləri olduğunu göstərir.
Xəzaninin "Qarabağ tarixi" əsəri faktların zənginliyi ilə maraq doğurur.
Bununla belə bu əsər metodoloji baxımdan qüsurludur. İslam dini ehkamları
təsiri ilə padşahlar, xanlar və yerli hakimlər haqqında yanlış mülahizələr irəli
sürülmüşdür. M.M.Xəzani ruhani olduğu üçün ortodoks islam məfkurəsinə
sadiq qalmışdır.
M.M.Xəzani kainatın, həyatın yaranmasını "Allah iradəsi" hesab etdiyi
kimi, ictimai-tarixi hadisələri də dini mövqedən izah edirdi. Onun etiqadına
görə, tarixi hadisələrin inkişafı prosesində əsas amil "Allahın iradəsi"ndən
asılıdır. Onun fikrincə, hökmdarlar, sərkərdələr Allah tərəfindən təyin olunmuş
şəxslərdir. Hökmdarların hərəkəti və fəaliyyəti də nəticə etibarı ilə "İradeyi
küll"ün təzahüründən başqa bir şey deyildir.
Azərbaycan xanlıqlarının inzibati-ərazi bölgüsü də maraqlı idi. Qarabağ
xanlığında 22 mahal var idi. Bu mahalları naiblər idarə edirdilər. Hər bir naibin
ixtiyarında olan kəndlərdə darğalar, yüzbaşılar, kəndxudalar və başqa vəzifəli
şəxslər olurdu. Darğalar polis vəzifəsini icra edir və vergi yığırdılar. Yüzbaşılar
və kəndxudalar kənd ağsaqqalı hesab olunurdular.
Xanlığın hər bir mahalında axundlar və qazilər ali ruhani vəzifəsini yerinə
yetirirdilər.
Qarabağ xanlığında mülki və cinayət işləri əsasən şəriət qanunları, islam
adət və ənənələri əsasında həll olunurdu. Qazıların çıxardıqlan hökmləri
darğalar, yüzbaşılar, kəndxudalar icra edirdilər. Xan özü ən böyük hakim kimi
ölüm hökmləri, ağır cismani cəzalara qərar verirdi. Xanın ölüm hökmləri onun
cəlladları tərəfindən icra olunurdu.
Y.V.Çəmənzəminli "Qan içində" romanında Qarabağ xanının verdiyi
cəzalardan, darğaların özbaşınalığından da söz açır.
XVTII əsrdə kəndlilərin mülkləri tez-tez bəylər, tacirlər və sələmçilər tərə-
findən satın alımrdı. Qarabağ kəndlərində tut bağlarının satın alınmasına dair
XVIII əsrin qəbələ vəsiqələri bunu sübut edir
1
.
Qarabağ xanlığı təsərrüfatın genişlənməsini təmin etmək məqsədilə əhalinin
bir yerdə daimi yaşamasına, oturaq həyat keçirməsinə böyük əhəmiyyət verirdi.
Müəyyən səbəblərdən doğma yurdlarını tərk edənləri öz yerlərinə qaytarırdılar.
Məsələn, "...Qarabağ xanı İbrahimxəlil xan öz asılılığında olan
1 Azərbaycan tarixi, cild I, Bakı, 1958, səh.377.
217
Vərəndə məliki ilə barışıb və onun müsadirə olunmuş yerlərini özünə
qaytarıb kəndxudalara əmr etmişdi ki, bütün qaçan və ora-bura dağılan rəiyyət
toplansın və əvvəllər yaşadığı kəndlərdə sakin edilsin
1
.
Qarabağ xanlığının mövcudiyyəti dövründə Qarabağda kəndlərin sayı və
əhali sıxlığı təxminən iki dəfə artmışdı. İran, Türkiyə, Rusiya, Gürcüstan və
Ermənistan əhalisinin Qarabağa "səfər etmələrinə" səbəb ilk növbədə, onun
təbii sərvətləri, ab-havası, misilsiz torpaqları, çayları, bulaqları, meşələridir.
Rzaqulu bəy yazır: "Qarabağ vilayəti hər cəhətdən yer üzünün behiştidir.
Qarabağın ab-havası, məhsulu, əlbəttə, ali Rusiya dövlətinin məmurlarına da
məlumdur. Qarabağın dağlıq. yerləri və yaylaqları Göyçə sərhədindən tutmuş
Ordubada qədər başdan-başa cənnət otlaqlardan ibarətdir... Qışda mal-qara və
heyvanları burada saxlamaq olur. Bu yerlər də Qarabağ səhrasının qışlaqlan
kimi çox salamat olur və qışın şiddətindən heç zərər görmür. Dağlıq yerlərdə və
dərələrin hamısında rəiyyətlərin kəndləri və məskənləri vardır. Rəiyyətlər qışda
və yayda qoyun sürüsü, mal və heyvan saxlayırlar, həmi də taxıl əkirdilər, çox
xoş dolanırdılar. Hal-hazırda kəndlərin çoxlu əkin yerləri və istifadə edilməyən
yerləri vardır. Əgər bu yerləri rəiyyətlərə qanun üzrə və nizamla paylasalar
kendləri abad edərlər, əkin əkərlər və heyvanlarını saxlayarlar. Bu, beş min,
bəlkə də ondan artıq evə kifayət edər. Taxıl məhsulu artar... Xüsusən, bal arısı
saxlayıb hədsiz-hesabsız fayda verər.
Qarabağ torpağı çox menfəətli və dövlətli torpaqdır. Heç bir məmləkətdə və
iqlimdə bu cür torpağın olduğunu eşitməmişəm. Lakin Qarabağ rəiyyətləri pul
qazanmaqda tənbəldirlər. Onlar sair vilayətlərin rəiyyətləri kimi pul
qazanmağa, bağ salmağa və əkin əkməyə səy etsələr, onların var-dövlətlərinin
sayı-hesabı olmaz. Burada əkin əkmək asandır. Burada bir baş atla əziyyət
çəkmədən istənildiyi kimi cift sürülə bilər
2
.
Qarabağ xanlığının təbii-coğrafi sərhədləri belə idi: Xanlıq şimali-qərb
tərəfdən Kürək çayı və Qara çay sərhəd olmaqla Gəncə xanlığı ilə həmsərhəd
idi. Qarabağ xanlığı cənubi-qərb tərəfdən Naxçıvan xanlığı ilə, eyni zamanda,
Gəncə və Naxçıvan xanlığı arasında İrəvan xanlığı ilə həmsərhəd olmuşdur.
Kür çayı boyunca şimali-qərb tərəfdən Şəki xanlığı ilə, yenə də Kür sərhəd
olmaqla Şirvan xanlığı ilə qonşu idi. Qarabağ xanlığı o zaman bütün
Azərbaycanın mədəni-siyasi mərkəzi olan Təbriz xanlığı və eləcə də Ərdəbil
xanlığı ilə əsasən Araz boyu, cənub-şərq istiqamətində qonşu olmuşdur. Bu
sərhədlər Pənah xan dövründə müəyyənləşdirilmişdi. Ondan əvvəlki dövrlərdə,
xüsusilə iki əsrdən artıq bir müddətdə mövcud Qarabağ bəylərbəyiliyi dövründə
Arazdan Gürcüstan sərhədinədək Xram çayı (Sınıq körpü – Красный мост)
eninə Kür çayından Ermənistan yaylaqlarına qədər geniş ərazini əhatə edirdi.
Arasıkəsilməz feodal müharibələri, xarici basqınlar və daxili çəkişmələr
Pənahəli xanın
1 Azərbaycan tarixi, cild I, Bakı, 1958, səh.380.
2 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.284.
218
hakimiyyətə başladığı dövrdə Qarabağ əhalisinin tərki-vətən olması və
təsərrüfatın dağılmış vəziyyəti ilə səciyyələnirdi. Pənahəli xan və İbrahimxəlil
xanın gördüyü tədbirlər nəticəsində yaşayış yerləri çoxaldı, gözəl və qüdrətli
Şuşa şəhəri tikildi. XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Qarabağ əhalisi
və yaşayış yerləri nəzərə çarpacaq dərəcədə artmışdı. Həmin dövrdə Qarabağ
xanlığında bir şəhər - Şuşa və 638 kənd olmuşdur. Əhalinin ümumi sayı 90000
nəfər idi ki, bunlar 18563 ailədə birləşirdi.
Qarabağın təbii-coğrafi şəraiti burada həm əkinçiliyin, həm də heyvan-
darlığın inkişafına əlverişli şərait yaradırdı. Qarabağın bir hissəsini Kiçik
Qafqazın orta və son hissəsi ehatə edir ki, buraya Böyük və Kiçik Kirs dağ
silsilələri, Qırx qız və Murovdağ silsilələri, Xonaşen və Ziyarət silsilələri, Ala
qaya və başqa dağ silsilələri təşkil edir. Bu dağ silsilələrindən bir çoxu dəniz
səviyyəsindən 1800-3000 metr hündürlüyündədir. Həmin dağların aşağı hissəsi
meşələr, yuxarı hissəsi isə gözəl alp düzənlikləridir ki, bura köçəri heyvanların
təbii yaylaq - otlaq yerləridir.
Qarabağın nəinki dağlıq hissəsi, hətta ovalıqlarında sıx meşələr var idi. Bu
meşələr qiymətli ağac növləri ilə zəngin idi. Meşələrdən daha çox yanacaq və
tikinti məqsədilə istifadə olunurdu. Meşələrdə eyni zamanda çoxlu meyvə
ağacları var idi. İpəkçiliyi inkişaf etdirmək məqsədilə çoxlu tut (çəkil) bağları
salınmışdı. Xəmsə erməni məlikləri kəndlərində tut ağaclarının geniş yayılması
ondan araq çəkilməsi məqsədi daşıyırdı. Xanlıq ərazisindən keçən üç yol
məşhur idi. Bu yollardan biri Gəncə ilə Şuşarn, ikincisi Şuşa ilə Şəkini, üçün-
cüsü isə Şuşadan başlayıb Arazı keçməklə İrana gedirdi. Bu yolla Hindistana
qədər getmək olardı. Araz üzərindəki Xudafərin körpüləri bir neçə dəfə təmir
edilmişdi. Ağa Məhəmməd xanın hücumu ərəfəsində isə dağıdılmışdı. 1805-ci
il Kürək çayı müqaviləsinə görə Şuşa - Gəncə yolunun təmiri nəzərdə
tutulmuşdu. Cülfa şəhəri də xanlığın İranla əlaqə saxlaması üçün əlverişli idi.
Bundan əlavə Şuşa - Gorus və Naxçıvan arasında da yol işləyirdi. Qış
vaxtlarında bu yoldan gedib-gəlmək çətin idi. Kəndlər arasında yol bərbad idi.
Hərəkət və qoşqu vasitələri at, öküz, kəl, eşşək, qatır idi. Aran yerlərində
dəvələrdən daha çox istifadə olunurdu.
Qarabağ xanlığının kend təsorrüfatı əkinçilik və heyvandarlıqdan ibarət idi.
Əkin üçün torpaqlan hazırlamaq, onu daş və kollardan təmizləmək böyük
zəhmət tələb edirdi. Bu səbəbdən ümumi torpaq sahəsi təxminən 1.354.000
hektar olan Qarabağ xanlığında yüz min hektara yaxın əkin sahəsi var idi ki,
bundan adambaşına 1,1 hektar düşürdü. Ən yaxşı torpaqların çoxu suvarına
sisteminin olmaması üzündən əkilmirdi. Torpağın əkilməsi, becərilməsi,
məhsulun emah əsasən əl əməyi ilə və qoşqu heyvanlardan istifadə yolu ilə
görülürdü. İbrahimxəlil xanın gəliri haqqındakı məlumat da çox maraqlıdır.
Xanın gəliri "taxıl, barama və müxtəlif əkin məhsulundan əlavə, şəxsən xana
məxsus olan kotanlardan məhsulla alınan malcəhətdən ibarət idi". "Yadımdadır,
bir dəfə
219
mərhum... xanın taxıl zəmilərində işləyən xüsusi cüt və kotanlarını hesabladılar.
Məlum oldu ki, xanın cütkotanı bütün Qarabağ əhalisinin cüt və kotanına
bərabər, bəlkə də onlardan iki cüt artıqdır..."
1
. İcarə haqqı, peşkəşlər, zərbxana
və vergi toplanmasından pulla və məhsulla çox gəlir hasil olurdu. Qarabağ
xanının nəinki Azərbaycanda, habelə Türkiyədə şöhrət qazanan 3-4 min atdan
ibarət ilxısı var idi. Əkinçilik təsərrüfatlarında taxıl, arpa, darı, çəltik, pambıq,
kətan, küncüd, gənəgərçək və başqa bitkilər becərilirdi.
Qarabağ xanlığında, xüsusilə, İbrahim Xəlil xan dövründə ipəkçilik və
bağçılıq geniş rövnəq tapmışdı. Şəxsən İbrahim xanın hindarxı ərazisində 26 tut
bağı var idi. İllik ipək məhsulu 1700 pud idi. Pənahəli xanın Ağdamda 7 meyvə
bağı var idi: Güllü bağ, Ərikli bağ, Kötən bağı, Çirayiş bağı, Bala bağ, Barlı
bağ və Nurlu bağ. Sonuncu iki bağın məhsulu xeyrat və ehsan məqsədilə
işlədilirdi. Bostançılıq da Qarabağ xanlığında çox inkişaf etmişdi. İbrahim
xanın hindarxında olan bostanından Şuşaya hər il 50 araba qovun və qarpız
göndərilirdi.
Məlumdur ki, uzun müddət feodal geriliyi şəraitində yaşayan Azərbaycan
kəndlərində başlıca olaraq natural mal mübadiləsi yayılmışdı. Qarabağ
xanlığında isə sənətkarlığın inkişafı, əhalinin peşələr üzrə "ixtisaslaşması",
başqa amillər-pul dövriyyəsinin genişlənməsinə, bazarlara məhsul çıxarmağa
şərait yaratmışdı. Xanlığın demək olar ki, hər bir ailəsində xırda toxucu dəzgahı
mövcud idi. Onlar ipdən müxtəlif məmulatlar toxumağı bacarırdılar. Bu
səbəbdən xanlıqda ən inkişaf etmiş kustar sənaye toxuculuq idi. Xanlıq
dövründə Qarabağ xalçaları xarici bazara da çıxarılırdı.
Şuşada məşhur daş karxanaları ilə yanaşı, 2 kərpic zavodu olmuşdur.
Burada 22 nəfər kərpickəsən işləyirdi.
Şuşada həmişə barıt istehsal edən müəssisə işləyirdi. Şəhərin 1826-cı il
mühasirəsində döyüşçülərə hər gün 27 girvənkədən çox barıt verilirdi.
Şuşa zərgərləri bütün yaxın Şərqdə məşhur olmuşdur. Zərif incə naxışlar
yalnız qızıl və gümüşə vurulmurdu. Şuşanın özündə olan mərmər tipli daşlar
üzərində rəngarəng fiqurlar nəqş edilmiş, çoxlu kitabələr yazılmışdır. Şəhərin
azərbaycanlı daşyonanları daşdan yüzlərlə müxtəlif ölçülü və xüsusi zövqlə
işlənmiş əşyalar hazrrlayır və bunlar şəhərin bina və küçələrinə əvəzsiz
memarlıq zənginliyi verirdi.
İbrahimxəlil xanın hakimiyyəti dövründə Qarabağ tacirləri Şəki, Şirvan,
Gəncə xanlıqlarında istehsal olunan ipəyi alıb həqiqi mənada ipək
monopoliyası yaratmış və onu xarici bazara çıxara bilmişdir. Məşhur Qarabağ
atları, Qarabağ xalçaları da ticarətdə mühüm rol oynayırdı. İrana aparılan
malların şəhərlər üzrə gömrük xərci müəyyən edilmişdi. Türkiyə-Qarabağ
tacirlərini özünə cəlb etmək məqsədilə onları bu xərcdən azad etmişdi...
1 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.282.
220
* * *
1783-cü ildə, Şimali Qafqazın Georgiyevski qəsəbəsində Rusiya ilə
Gürcüstan arasında bağlanan müqaviləyə görə Gürcüstan Rusiyanın himayəsini
qəbul etdi. Həmin ildə Böyük Qafqaz dağlarından çəkilməyə başlayan hərbi
Gürcüstan yolu Şimali Qafqazla Zaqafqaziyanı sıx əlaqələndirirdi...
Qafqazı tutmaq, buranı Rusiyaya tabe etmək planı hələ I Pyotrun vaxtından
hazırlanmışdı. Bu isə İranı ciddi narahat edirdi. XVIII əsrin 80-90-cı illərində
İranda mərkəzi dövlət yarandı ki, onun da başında Qacar tayfasından olan Ağa
Məhəmməd xan dururdu. Bu səbəbdən Qarabağ xanlığında Rusiyaya meyil
güclənmişdi.
Mirzə Camal yazır ki, Ağa Məhəmməd xan Qarabağa hücumdan xeyli əvvəl
İbrahim xanı sülh ilə itaətə gətirmək istədi. Bu münasibətlə onlar arasında
hədiyyə və girovlar mübadiləsi də olmuşdur: Ağa Məhəmməd xan "İbrahim
xana xələt, qılınc, qızıl yəhər və əsbablı at göndərib, itaətə dəvət etmişdi.
Aralarında zahiri hörmət və dildə itaət var idi. Elçilər gəlib-gedirdi. O
cümlədən İbrahim xan girov adı ilə şirin dilli, bacarıqlı bir şəxs olan Mirzə Vəli
Baharlı ilə birlikdə əmisi oğlu Əbdüssəməd bəyi onun yanına göndərmişdi. Şah
da onlara olduqca hörmət edib, öz yanında saxlayırdı. Bu arada Ağa
Məhəmməd xan Kirmanda səltənət iddiasında olan düşməni, qoçaq və səxavətli
Lütvəli xan Zəndə qalib gəlib, Kirman əhalisinin hamısını qırdı. İbrahim xanla
Ağa Məhəmməd xanın arasını poza biləcək bəzi işlər üz verdi. Əbdüssəməd
bəy, Mirzə Vəli Baharlı və bir neçə nəfər nökəri ilə Kirmandan qaçdı. Bunların
ardınca atlılar göndərildi. Çaparlar gecə-gündüz yol gedərək, onlardan qabağa
düşüb, Sərcəm kəndi əhalisinə xəbər verdilər. Atlı və piyadalar Qızıl Özən
çayının kənarında yolun üstünü kəsib Əbdüssəməd bəylə vuruşdular.
Əbdüssəməd bəy güllə ilə dizindən yaralandı. Onu yoldaşları ilə bərabər
tutdular. Mirzə Vəli də tutuldu. Əbdüssəməd bəy həmin yaradan orada vəfat
etdi. Başqa dustaqlan Mirzə Vəli ilə birlikdə şahın yanına aparıb, Tehran
şəhərində həbs etdilər..."
1
.
Məhəmmədhəsən xanın əməllərindən və oğlu Ağa Məhəmməd xanın
zühurundan bəhs edən A.Bakıxanovyazır ki: "O, (Məhəmmədhəsən xan - N.A.)
Nadir şah öldürüldükdən sonra gəlib Təbəristan, İraq və Azərbaycanı aldı,
sərdarlıq ləqəbilə sikkə və xütbə sahibi oldu. Azad xan və Kərim xan Vəkil ilə
müharibə etdi. Axırda, hicri 1176 (1759)-cı ildə öz nökərlərinin əlilə öldürüldü.
Kiçik qardaşı Məhəmmədhüseyn xandan iki oğlan qalmışdı: biri Ağa
Məhəmməd xan, o biri Hüseynqulu xan Vəkil, girov adı ilə bunları həmişə öz
yanında saxlayırdı. Bu böyük əmirin vəfatından sonra Ağa Məhəmməd xan
Astarabada gedib, gündən-günə cah-calalını və səltənət busatını artırdı.
Zəndiyyəyə qalib gəlib tədricən İraq, Təbəristan, Gilan və Azərbaycan
ölkələrini fəth etdi.
1 B ax: "Qarabağnamələr", bu nəşrin 1 kitabı, səh. 138.
221
Hicri 1209-cu ildə (1795) Qarabağı fəth etmək məqsədilə Xudafərin
körpüsünü təmir edib, Pənahabad (Şuşa qalası) üzərinə yürüş etdi. İbrahim xan
İran qoşununun bu tərəfə keçməsinə yol verməmək üçün bu körpünü xarab
etmişdi. Ağa Məhəmməd xan topxana mənzilində yerləşib, qalanı mühasirə
etməyə başladı. Təqribən bir aydan sonra Gürcüstana hərəkət etdi. Qətl və
qarətdən və Tiflis şəhərini xarab etdikdən sonra qayıdıb Muğanın Cəhlinam
adlı yerində qışladı..."
1
.
A.Bakıxanovun çox yığcam şəkildə xülasə etdiyi bu tarixi hadisələr
"Qarabağnamə"lərdə daha müfəssəl şərh olunmuşdur. Bu hadisələrin geniş
təsviri isə Qarabağ xanlığı tarixini öyrənmək üçün vacibdir.
1791-ci ildə Ağa Məhəmməd xan Qacar 10 ildən artıq mübarizədən sonra
İranın və Cənubi Azərbaycanın bütün əyalətlərini öz hakimiyyətinə tabe
etdikdən sonra Zaqafqaziyanı da əsarət altına almaq fikrinə düşdü. Qərbi
Avropa ölkələri, birinci növbədə, İngiltərə və Fransa Rusiyanın Qafqazda
möhkəmlənməsi və irəliləməsinin qarşısını almaq məqsədilə Qacara kömək
göstərirdilər. 1794-cü ildə Ağa Məhəmməd xan Qacar İbrahimxəlil xandan itaət
etməyi, bu məqsedlə də oğlunu girov göndərməyi tələb etdi və rədd cavabı aldı,
bunu görən Ağa Məhəmməd xan Qacar Qarabağa 8 minlik cəza qoşunu
göndərdi. Lakin Əsgəran qalası yanında Ağa Məhəmməd xanın qoşunu məğlub
olub geri oturduldu.
1794-cü ildə Ağa Məhəmməd xan Qacar qoşun və silahın sayını on qat
artırmağa məcbur oldu. 1795-ci ilin yayında Arazı keçib Qarabağ istiqamətində
bütün ərazidə hərəkət edən İran qoşunlarının sayı 85 min nəfərdən artıq idi. Bu
səbəbdən Ağa Məhəmməd xan Qacarın 1795-ci ilin yay yürüşü yalnız Qarabağ
üçün deyil, bütün Zaqafqaziya üçün təhlükə törədirdi. Həqiqətən, Qacarın son
məqsədi bütün Zaqafqaziyanı - Azərbaycanı, Ermənistam, Dağıstanı əsarət
altına almaq məqsədi daşıyırdı. Bu məqsədi həyata keçirməkdə əsas maneə
Şuşa qalası idi.
Şuşa uğrunda mübarizədə Zaqafqaziyanın müqəddəratı həll olunurdu. İran
qoşunları 1795-ci ilin iyun-avqust aylarında 33 gün Şuşanı mühasirə edib onu
təslim etməyə cəhd göstərdilər.
Zaqafqaziya xalqları Ağa Məhəmməd xan Qacarın 1795-ci il yürüşü
ərəfəsində həqiqi mənada dostluq və qardaşlıq ittifaqı yaratmışdılar.
Qarabağ uğrunda mübarizədə Xudafərin (xalq arasında Xudafərin)
körpülərinin fövqəladə strateji əhəmiyyəti var idi. Araz çayı üzərində - bir-
birindən 800 metr arah on bir və on beş aşırımlı bu körpülər çox qədimdən,
hətta hicrətdən əvvəl də mövcud olmuşdur. Ərəb istilası dövründə və sonrakı
əsrlərdə həmin körpülər Cənub ilə Şimalı birləşdirən mühüm mərkəz idi.
Qacarın 1795-ci il Qarabağ uğrunda mübarizəsini Mir Mehdi Xəzani daha
müfəssəl işıqlandırmağa çalışmışdır. M.M.Xəzani, Şuşa qalasının İran ordusu
1 A.Bakıxanov, "Gülüstani-İrəm", 1951, səh. 180-181.
222
tərəfindən mühasirəsini ətraflı surətdə təsvir etdikdən sonra Ağa Məhəmməd
xanın məğlubiyyəti səbəblərini izah edir. Müəllifə görə, İbrahimxəlil xanın Ağa
Məhəmməd xana qalib gəlməsi səbəblərindən biri də yerli əhalinin istilaçı İran
ordularına qarşı apardığı partizan müharibəsi idi. Mir Mehdi Xəzaninin
yazdığına görə, Qarabağ əhalisi atlı və piyada olaraq, meşələrdə, Araz
sahillərindən tutmuş Şuşa qalasına qədər uzanan yollar boyu düşmənə qarşı
çıxır, İran ordusuna gələn ərzaq mallarını zəbt edib aparır, düşməni azuqəsiz
qoyaraq zəiflədirdi. Atlarını və sair böyük heyvanların doydurmaq məqsədilə ot
və ələf üçün ətrafa çıxan İran əsgərlərinə hücum edən əhali onları qırıb və
qismən əsir alıb İbrahim Xəlil xana çatdırırdılar. Mütəşəkkil olmayan əhalinin
daimi hücumlarına və qarətlərinə məruz olan İran ordusu Qalanın
mühasirəsindən el çəkmək məcburiyyətində qalır. Beləliklə, İbrahimxəlil xan
xalqın yardımı nəticəsində Şuşam Ağa Məhəmməd xanın istilasından müdafiə
edir.
İbrahimxəlil xan siyasi xadim olduğu kimi böyük sərkərdəlik məharətini də
1794-1795-ci il İran - Qarabağ müharibələrində bir daha sübut etdi. Qacar
Tiflis üzərinə yürüş edərkən gəncəli Cavad xan min nəfər atlı ilə Ağa
Məhəmməd xanın yanına gələrək ona Gürcüstan səfərində kömək etmişdir.
Gürcüstan üzərinə yürüşdə Qacara kömək edən Məlik Məcnun, Məlik Qulu və
Məlik İsmayıl 600 atlı ilə onun yanına gəlmişdilər. Qubalı Fətəli xanın oğlu
Şeyx Əli xan Qacara öz sədaqətini göstərmək üçün ona 5000 tümən pul
göndərmişdi. Yuxarıda deyilənlərə onu da əlavə edək ki, Qarabağı işğal edib
İbrahimxəlil xanı hakimiyyətdən devirmək üçün Ağa Məhəmməd xanın
yanında erməni məliklərinin xüsusi nümayəndəsi Abraham Beknazaryans öz
dəstəsi ilə bələdçi-məsləhətçi kimi işləyirdi. A.Beknazaryans Ağa Məhəmməd
Qacarın Qarabağa bütün yürüşlərində iştirak etmiş, onun xatirələrini sonralar
Barxudaryan "Qarabağın sirri" adı ilə 1886-cı ildə Peterburqda çap etdirmişdir.
Qarabağa İran yürüşü qüvvətləndikcə erməni məliklərinin xəyanəti daha da
artırdı.
İran qoşunlarının Şuşanı alması üçün xarici qüvvələrdən, eyni zamanda
dövrün ən güclü silahlarından istifadə olunurdu: "Fransız zabitlərinin
komandanlıq etdiyi düşmən topları şəhərin istehkamlarını dağıda bilmədi.
Şuşalılar düşmən üzərinə cəsarətlə həmlə edirdilər. Bu dəfə gecə Əsgəran
qalasının naibi Həsənbəy və Şuşa müdafiəçilərinin dəstələri düşmən
düşərgəsinə birgə hücum etdilər. Qanlı döyüş baş verdi. Düşmənə ciddi tələfat
verdirən həmlə iştirakçıları tezliklə qala divarlarının arxasına çəkildilər.
Düşmən sərbazları qarabağlıların hələ də öz düşərgələrində olduğunu zənn
edərək səhərə qədər bir-birini qırdılar"
1
.
Ağa Məhəmməd xanla sülh danışığı qeyri-mümkün idi. O, Qarabağın
suverenliyinə etinasız idi: "Ağa Məhəmməd şah Şuşa qalası altında olanda
mərhum İbrahim xanın elçiləri hərdənbir onun yanına gəlib-gedirdilər. Bir gün
ağa Məhəmməd şah İbrahim xanın sifarişlərindən qəzəblənib dustaqların edamı
1 Azərbaycan tarixi, cild I, səh.397.
223
haqqında fərman verdi. Onun əmrilə Mirzə Vəlini Tehranda topun ağzına
bağlayıb atdılar. On nəfərdən ibarət olan başqa dustaqları da öldürdülər.
Onlardan heç birini sağ qoymadılar..."
1
.
Ağa Məhəmməd xanın bu qəddarlığı qarabağlılarda mübarizə əzmini daha
da gücləndirdi.
Şuşa valisi şəhəri qəhrəmancasına müdafiə edirdi. Qalada 15 minlik xalq
qoşunu yaradılmışdı. Şuşanın müdafiəsində nəinki kişilər, hətta qadınlar da
iştirak edirdilər.
İbrahimxəlil xan hələ Şuşanın müdafiəsi zamanı hiss edirdi ki, Ağa
Məhəmməd xan məğlub olarsa, Gürcüstana gedib oranı viran edəcəkdir. Mirzə
Camal yazır: "Mərhum İbrahim xan, şahın hərəkətindən qabaq şövkətli
Gürcüstan valisinə belə xəbər göndərdi: "Ağa Məhəmməd şah qalanı işğal
etməkdə aciz qalmışdır, qoşununa və ordusunun minik heyvanına çoxlu ziyan
dəymişdir. Bu məğlubiyyətini düzəltmək üçün Tiflisi almaq və Gürcüstanın
kəndlərini qarət etmək fikrindədir. Onun fəsadının
və istilasının qarşısını almaq
tədarükündə olun"
2
.
Şuşanı mühasirə etmiş Ağa Məhəmməd xan tez-tez qarabağlıları, şəxsən
İbrahimxəlil xanı hədələyir, ona təhqiredici məktublar göndərirdi.
Ağa Məhəmməd xanın İbrahim xana göndərdiyi aşağıdakı beyt şirazlı Seyid
Məhəmməd Ürfi təxəllüslü şairin qəsidəsindən seçilmişdir və əsli belədir:
Zi məncənəqi-fələk səngi-fitnə mibarəd,
To əbləhanə girifti miyani-Şişə qərar.
Həmin beytin tərcüməsi aşağıdakı kimidir:
Fələyin məncəqindən fitnə daşı yağır,
Sən əbləhcəsinə Şişə içərisində sığınmısan.
İbrahim xan bu beyti alan kimi vəziri Molla Pənah Vaqifə müraciət edir. O
da şaha belə bir cavab yazır:
Gər nigahdarimən anəst ki, mən midanəm,
Şişəra dər bəğəli-səng nigəh midarəd.
Həmin beytin tərcüməsi belədir:
Əgər məni qoruyan mənim bildiyimdirsə,
O, Şişəni daşın qoltuğunda mühafizə edər.
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.138.
2 Yenə orada, səh.140.
224
Həmin şeirləşməni Mirzə Adıgözəl bəy də buna bənzər şəkildə təsvir edir.
Fərq budur ki, o, M.PVaqifi təmtəraqlı cümlələrlə tərifləyir: "Vaqif kamal ədəb
və elm sahibi bir sima idi. Əgər Çinin fəsahət səhrasının ahusu, onun səlist
təbinin sünbülstanında pərvəriş tapan qəzəllərin maralı ilə bərabərlik iddiası
etsə, tamamilə səhvdir. Əgər Bədəxşanın ləli, onun sinəsinin xəzinəsində
toplanmış parlaq beytlər və çox az tapılan qiymətli mirvarilər qarşısında
xəcalətindən qızarsa, tamamilə düzgündür...
Ağa Məhəmməd şah məktubunun cavabım nəzərdən keçirdi. Qəzəbinin
buxarı başına vurub, ağlı başından çıxdı. Əmr etdi ki, od səpən toplar şərarələr
çaxmağa, ildırım yayan qumbaralara atəş yağdırmağa başlasınlar.
Ağa Məhəmməd şah baxıb gördü ki, burada durduqca qalibiyyət gözəli
yoxluq pərdəsi dalından çıxmır. Əsgərləri də Qarabağ qoşunlarının mərdanə
hücumlarından və cəsarətli çarpışmalarından qorxuya düşürdülər. Əgər bir neçə
gün belə keçsə, qoşunu məğlub olar. Buna görə dövlətinin əmirləri,
məmləkətinin böyük adamları və vəzirləri ilə məşvərət etdi. Məsləhət görüb
dedi ki, zərərin yarısından qayıtmaq da mənfəətdir. Müsibətlə dolu olan bu
təhlükəli yerdən at başı qaytarmaq ancaq xəzinəsinin açarıdır. Yoxsa çox
çəkməz bütün qoşunumuz və heyvanlarımız bu dərin xunxarlıq dəryasında
məhv olub gedər. Bizlərdən bir nəfər də olsun İrana salamat qayıtmaz. Sonra
qayıtmaq bayrağını hərəkətə gətirdilər (yəni İran qoşunu geri çəkilməyə
başladı)..."
1
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin yaxşı cəhətlərindən biri
hadisələri belə ardıcıl təsvir etməsidir.
Şübhəsiz, Ağa Məhəmməd xanın Zaqafqaziyadakı fitnə və fəsadları
Qarabağ xanlığı və Tiflislə məhdudlaşmamışdı. Azərbaycanın bir sıra başqa
xanlıqlarında İran qoşunlarının törətdiyi qanlı faciələr məlumdur. Şirvan
üzərinə oniki minlik İran ordusu hücum edərək Şirvanı, sonra isə Şəki və Quba
xanlıqlarını talan etmişdi. Şuşanı ala bilməyən Ağa Məhəmməd xanın qarətçi
qoşunu 100 min başdan artıq mal-qaranı Azərbaycandan sürüb İrana aparmışdı.
Bütün bunlar 1795-ci il yürüşündə Ağa Məhəmməd xanı qane etmədi. O, yeni
daha dəhşətli müharibəyə hazırlaşdı. İranlıların Gürcüstanda törətdikləri
özbaşınalıqların həddi-hesabı yox idi. Elə bil ki, Ağa Məhəmməd xan qəsb edə
bilmədiyi Şuşanın hayıfını da gürcülərdən alırdı. Digər tərəfdən Gürcüstanın
müdafiəsində mindən artıq qarabağlı süvarisinin iştirakı onu qəzəbləndirmişdi...
Ağa Məhəmməd xanın Gürcüstanda və ümumən Zaqafqaziyada
özbaşınalıqları barədə Gürcüstan valisi II Yekaterinaya müfəssəl məlumat verib
ondan kömək istəmişdi.
Onunla şərik olan İbrahim xan da Rusiyadan kömək almanın tərəfdarı idi və
öz rəyini Rusiya dövlətinə bildirmişdi.
Qacar Tifiisi yandırıb qarət etdikdən sonra 1795-ci ilin payızında Muğana
qayıtdı. Onun məqsədi burada qışlamaq, yazın başlanğıcında Şuşa qalasına
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.61.
225
hücum edərək onu təslim etmək idi. Lakin Məhəmməd xanın bu planı pozuldu.
Yaz vaxtı İranda həyəcan və iğtişaşlar üz verdi.
O, 1796-cı ilin yazında tələsik Arazı keçib İrana çəkilməyə məcbur oldu.
Digər tərəfdən, Qarabağ xanının və Gürcüstan valisinin xahişi üzrə II
Yekaterinanın göndərdiyi güclü rus qoşunu Dərbəndi alaraq Azərbaycan
sərhədlərinə yaxınlaşırdı...
Ağa Məhəmməd xan Qacar İrana qayıdıb üsyançıları itaətə gətirdi və 1796-
cı ilin payızında özünü İran şahı elan edib, təntənəli tacgüzarlıq mərasimi
keçirdi. Lakin o bilmirdi ki, bir ildən sonra Şuşa şəhərində həmin tac yerə
çırpılacaq, İran tarixində "Axtaxan" ləqəbi ilə tanmıb milyonların nifrət və
lənətinə səbəb olan bir hökmdarın başı, kindən-qəzəbindən qırışmış sifəti
bədənindən üzülüb ayaqlar altına salınacaqdır. Qarabağ uğrunda canfəşanlıq
onun bir ildən artıq şahlıq tacı gəzdirməyə imkan verməyəcəkdir.
Yuxarıda qeyd etdik ki, Ağa Məhəmməd xana kömək edənlər sırasında
Gəncə xanı Cavad xan və Çiləbörd mahalının hakimi Məlik Məcnun da var idi.
Təbii olaraq bu satqınlıq İbrahimxəlil xan tərəfindən şiddətli cəzaya məruz
qaldı. "Haman yaz fəslində, şah Farsda olduğu zaman, İbrahim xan Dağıs-
tandan qoşun gətirtdirib Gəncəni mühasirə etdi. Tiflisin bərbad olmasına
(Cavad xan) bais olduğu üçün İbrahim xan bu işə Gürcüstan valisini də cəlb
etdi. Oğlu və bacısını İbrahim xanın yanına girov göndərdi. Bir daha İbrahim
xanın itaətindən çıxmayacağına söz verdi. Məlik Məcnun isə vuruşma zamanı
öldürüldü"
1
.
Cavad xanın Qacara köməyi onunla bağlı idi ki, onlar eyni nəslə mənsub
idilər. Lakin Azərbaycan, o cümlədən Qarabağı xarici qüvvələr hədələdikdə
erməni məliklərinin düşmən tərəfə keçmələri isə onların Qarabağ xanlığına
düşmən gözü ilə baxmalarından irəli gəlirdi.
İran şahına qarşı 1795-ci il müharibəsi Qarabağla Gürcüstanı həmişəlik
qardaşlaşdırdı.
XVIII əsrin 80-ci illərindən başlayaraq Qarabağ xanlığı ilə Rusiyanın hərbi-
siyasi əlaqələrinin qüvvətləndirilməsinə xüsusi diqqət yetirilirdi. Çar Rusiyası
da öz növbəsində Qafqazın bütün iqtisadi, hərbi-strateji əyalətlərini zəbt etmək
üçün müxtəlif planlar hazırlayırdı.
1783-cü ildə İbrahim Xəlil xan məktubla II Yekaterinaya müraciət etdi və
Peterburqa elçilər göndərərək, Qarabağ xanlığının Rusiya tabeliyinə qəbul
olunmasını xahiş etdi. 1784-cü ilin mayında knyaz Q.A.Potyomkinin II
Yekaterinadan aldığı fərmanda deyilirdi: "İbrahim xana gəlincə, onun Rusiya
təbəəli-yinə qəbul olunmasında heç bir çətinlik və ya şübhə yoxdursa, görünür,
İrakliyə qarşı yeritdiyimiz siyasəti rəhbər tutmaq olar, belə olduqda, onun
Rusiya imperator taxtına tabe olması, mənim və xələflərimin onun özü və
xələfləri üzərində
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.140.
226
ali hakimiyyətini tapması haqqında müqavilə bağlanması barədə general-
poruçik Potyomkinə tapşırıq verməyi yaddan çıxarmaym"
1
.
II Yekaterina Qafqazda Rusiya mənafeyini genişləndirmək məqsədilə əsaslı
tədbirlər planı həyata keçirməyə başladı. O, Rusiya təbəəliyinə keçmək istəyən
Qarabağ xanlığının arzusunu da rəğbətlə qarşıladı: "1796-cı il yanvarın
əvvəllərində II Yekaterina Zaqafqaziyaya göndəriləcək ekspedisiya korpusuna
komandanlığı üzərinə götürməyi A.V.Suvorova təklif etdi. Feldmarşal bu haqda
fikirləşmək üçün möhlət istədi. Lakin sonra fikrini dəyişdi. Belə olduqda
komandanlıq general V.A.Zubova tapşırıldı.
1796-cı ilin aprelində general V.A.Zubovun komandanlıq etdiyi 30 minlik
rus qoşunu Dərbəndə yaxınlaşdı. Bundan başqa Kaspi donanması, bir sıra
piyada dəstələr, habelə bu zaman Gürcüstanda olan rus qoşunları da Zubovun
sərən-camına verilmişdi
2
.
Məlumdur ki, İbrahimxəlil xanın xahişi ilə köməyə gəlmiş Valerian
Aleksandroviç Zubov (1771-1804) general-mayor rütbəsində idi. O, 1794-cü il
Polşa üsyanının yatırılmasında iştirak etmiş və çöldə hərbi xəritə çəkərkən
ayağından yaralanmışdı. Onun həmin ayağını sonralar kəsmişdilər... Xalq
içərisində rus generalı qraf Valerian Zubov Qızılayaq adlanırdı.
General V.A.Zubovun hərbi qüvvəsinin gəlməsi xəbəri Qarabağda böyük
sevincə səbəb olmuşdu. Bunu təsvir edən Əhməd bəy Cavanşir yazır: "Bu
xəbərlərin həqiqiliyinə şübhə etməyən Xan sarayında rus qoşunlarını
qarşılamaq üçün böyük hazırlıq görülürdü. Xanın oğlu Əbülfət ağa Qarabağ
zadəganlarının, habelə bəzi vassal xanlıqların adlı-sanlı adamlarından təşkil
edilmiş dəbdəbəli bir dəstənin müşayiəti ilə rus sərkərdəsini qarşılamaq və
onunla danışıqlar aparmaq üçün Muğana, iki ay əvvəl Ağa Məhəmməd xanın
durduğu yerə yola düşdülər. Düşərgədə xan oğlunu böyük bir ehtiramla
qarşıladılar, gətirdiyi hədiyyələri qəbul edib, əvəzində ona qiymətli bəxşişlər
verdilər... Ordunu İran sərhədlərinə qədər yeritmək üçün bir süvari dəstəsi tələb
etmək təklifi edilmişdi. Səfərə belə bir hazırlıq zamanı Rusiyadan sərəncam
alındı ki, imperator II Yekaterinanın vəfatı ilə (1796) əlaqədar olaraq, ordu
Rusiyaya geri çağırılır. Xan oğlu və onun əshabələri bu pis xəbərdən son dərəcə
məyus olub geri qayıtdılar"
3
.
İbrahimxəlil xanla V.A.Zubovun mehriban dostluq şəraitində keçən dip-
lomatik və hərbi danışıqları başqa xanları hərəkətə gətirdi. Talış xanı Mir
Mustafa xan, Gəncə xanı Cavad xan və Yerevan, Naxçıvan, Xoy, Qaradağ
xanları öz elçilərini İbrahimxəlil xanın yanına göndərdilər və onun
məsləhətlərinə əməl etməyə hazır olduqlarını bildirdilər. Xanlar deyirdilər: "O,
Rusiya dövlətinə itaət etməyi lazım bildiyi üçün biz də dostluq yolu ilə gedərək
mərhəmətli Rusiya imperatriçəsinə itaət edəcəyik".
1 B ax: Azərbaycan tarixi, 3 cilddə, cild I, Bakı, 1950, səh.373.
2 Yenə orada, səh.400
3 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.188.
227
İbrahimxəlil xan xanların bu arzusunu general Zubova çatdırdı. Belə bir
şəraitdə rus qoşunları Gəncəni, Cavadı, Salyanı, Şamaxını tutdular. General
Zubov Cavad yaxınlığında, Kürün sol sahilində Yekaterinakerd şəhəri salmağı
planlaşdırdı. Eyni zamanda, Bakının liman şəhəri kimi inkişafı barədə layihə də
hazırlanmışdı. 6 noyabr 1796-cı ildə II Yekaterinanın vəfatı general Zubovun
planlarını alt-üst etdi. 1797-ci ilin martında yeni rus çarı I Pavel
Azərbaycandakı rus qoşunlarını geriyə çağırdı...
Ağa Məhəmməd şah Qacar 1794-1795-ci illərdə Qarabağı işğal edə bilmədi.
Qarabağ xanlığı hiss etdi ki, gələcəkdə İran istilasına qarşı mübarizədə daha
güclü müttəfiqlər lazımdır. Bununla belə kənardan kömək almadan Qarabağın
və onun mərkəzi Şuşanın Ağa Məhəmməd xana sinə gərməsi xalqın
vətənpervərliyini və mübarizə əzmini qat-qat gücləndirdi...
Rus qoşunları Azərbaycandan çəkilən kimi Ağa Məhəmməd Qacar daha
güclü qüvvə ilə Qarabağı və onun sarsılmaz paytaxtı Şuşa şəhərini işğal etmək
planını hazırladı.
1797-ci ilin martında Ağa Məhəmməd şah Qacar Azərbaycan və Dağıstan
hakimlərinə fərman göndərərək onları hədələyib itaətə çağırdı. Lovğa şah
yazırdı ki, guya "rus qoşunları məndən zərbə yeyəcəklərindən qorxaraq, geri
qayıtmağa məcbur oldular".
Azərbaycan xanlarından heç bir cavab almayan Ağa Məhəmməd şah Qacar
1797-ci ilin yazında yenidən Arazı keçdi. Onun əsas qüvvələri Qarabağ
xanlığına - Şuşa qalasına doğru hərəkət edirdi.
Şuşanı müdafiə etmək üçün lazımi, kifayət tədarükü olmadığından İbrahim
Xəlil xan Şuşadan çıxıb müdafiə oluna-oluna Car-Balakənə doğru hərəkət etdi.
Ağa Məhəmməd şah Qacar 1797-ci ilin yazında Qarabağa hücum edərkən
böyük ordu hissələri toplaya bilmişdi. Əhali isə hələ 1795-ci ilin qarət və
talanlarından sonra özünü düzəldə bilməmişdi. Qarabağda quraqlıq aclıqla
nəticələnmişdi. O günlərin canlı şahidi olan "Qarabağnamə" müəllifləri təsdiq
edirdilər ki, "hətta bir çanax buğdanı o vaxtın pulu ilə 45 manata güclə almaq
olurdu"
1
.
"Belə bir vəziyyətdə Şuşa qalasının müdafiəsini 1795-ci ildəki kimi təşkil
etmək mümkün deyildi. İbrahim Xəlil xanın Şuşanı tərk edib Car-Balakən
istiqamətində hərəkət etməsini eşidən Ağa Məhəmməd şah onu təqib etmək
üçün Şahsevən atlılarının bir neçə dəstəsini götürüb Car-Balakən tərəfə yolladı.
İbrahimxəlil xanın yanında ayrı-ayrı xanlar - şəkili Səlim xan, mişkinli Ətaulla
xan və Qarabağın seçilmiş və məşhur bəylərindən bir neçəsi onunla səfər
yoldaşı olub birgə dərə-təpəli yerlər ilə yolla hərəkət edirdilər.
Ağa Məhəmməd xanın qoşunları Tərtər çayı sahilində köç və binadə onlarla
rastlaşıb vuruşdular, amma bir iş edə bilmədilər. İbrahim xan öz adamlarını və
sursatını sağ və salamət Kür çayından keçirib Car və Balakənə daxil oldu".
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.142.
228
Mirzə Camal yazır: "Ağa Məhəmməd şahın öldürülməsinin təfsilatı belədir:
"İbrahim xan qaladan çıxıb Balakənə getdikdən sonra Ağa Məhəmməd şah
ciddi maneəyə rast gəlmədən Şuşa qalasına girib bir həftə orada qaldı. Xoşu
gəlmədiyi bir işə görə Səfərəli bəy və Abbas bəy adlı iki nəfər yaxın
xidmətçisinə acıqlanıb dedi: "Səhər açılan kimi hər ikinizə ağır cəza
verəcəyəm". Onlar bilirdilər ki, şah heç vaxt öz dediyindən dönmür. Odur ki,
canlarının qorxusundan səhər açılana qədər onu öldürməyi lazım bildilər. Sübh
açılan zaman şah yuxuda ikən şahın otağına girib iti xəncərlə onu öldürdülər.
Qapıları bağladılar. şahın cəvahir bazubəndini, tacını və həmailini götürüb,
Sadıq xan Şəqaqinin yanına getdilər və əhvalatı ona söylədilər"
1
.
Lakin Qacarın baş sərkərdəsi Sadıq xan Şəqaqi əvvəlcə onların sözünə
inanmırdı. Sonra şahın ölümünün həqiqət olduğunu gözləri ilə görür. Tacı,
bazubəndi və həmaili götürüb guya Gəncə və Gürcüstana şah əmrini yerinə
yetirmək üçün getdiyini bildirib Şuşadan çıxır...
Canilərdən biri Səfərəli bəy qalada qaldı. Abbas bəyi isə Sadıq xan özü ilə
İrana apardı.
Az sonra şəhərdə şahın ölüm xəbəri yayıldıqda İran qoşunu dağınıq halda
Şuşanı və Qarabağı tərk etdi.
Mirzə Camalın bu müxtəsər məlumatını başqa müəlliflər də təsdiq edir: Ağa
Məhəmməd şah öldürüldükdən sonra Qızılbaş xanları bu hadisədən qorxuya
düşüb özlərini itirdilər. Hər biri öz adamları ilə dəstə-dəstə qaçıb dağıldılar.
Şəhər əhalisi tam bir hücumla Qızılbaş qoşunundan əsir düşənləri soyun-
durdular. Bu zaman İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy imarətə daxil
oldu. Şahın yerdə qalan zinətlərini zəbt etdi. Ağa Məhəmməd şahın başını da
Məhəmməd Rəfi bəylə Balakənə göndərdi. Bir neçə gündən sonra xan igid oğlu
və vəliəhdi cənab Mehdiqulu ağanı da Qarabağ tərəfinə göndərdi...
Bir neçə müddətdən sonra behiştlik xan özü də Qarabağa gəldi və keçmişdə
olduğu kimi, yenə hökumət taxtına oturdu.
Mirzə Camalın yazdığına görə, şahın Şuşada öldürülməsi xəbərini
eşidəndən sonra İbrahimxəlil xan dərhal Şuşaya qayıtmadı. Bu faktı belə izah
etmək mümkündür; İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy Şuşada
ağalıq edirdi. Birdən-birə Şuşaya getmək qardaş qırğını ilə nəticələnə bilərdi.
İbrahimxəlil xan əvvəlcə oğlanlarını Şuşaya yola saldı. Ağa Məhəmməd şah
Qacarın öldürülməsi xəbəri Azərbaycan xanlarını da sevindirmişdi: "Çünki
qüvvətli düşmən olan padşah artıq ölmüşdü. Bütün Azərbaycanın və başqa
yerlərin xanları həmişə mərhum İbrahim xanın hökmü və itaəti altında olub,
uzun müddət onun əzəmət və qüdrətini gördüklərindən hər şeydən əvvəl
istəyirdilər ki, onun mübarək xatırını özlərindən razı salsınlar, onunla möhkəm
əlaqə bağlasınlar.
Məhəmməd bəy isə mərhum İbrahim xan gələnə qədər Qarabağ
vilayətindən hökumət işlərilə məşğul idi.
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.143.
229
Böyük Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin və oğlu Əli
bəyin haqsız edam olunması Məhəmməd bəyin bəd niyyətinin nəticəsi idi.
Özündən müştəbeh Məhəmməd bəy, M.P.Vaqifin arvadı Qızxanımla gizli
məhəbbət əlaqəsi yaratmışdı. O öz xain məqsədinə çatmaq üçün maneələri
aradan asanlıqla qaldıra bildi... Vaqif və oğlu Əli bəy haqsız yerə öldürüldü.
Məhəmməd bəyin aqibəti də faciəli oldu. O, İbrahimxəlil xanın Şuşaya
qayıtması xəbərini eşitcək qarət etdiyi var-dövləti götürüb M.P.Vaqifin arvadı
Qızxammla birlikdə Qarabağdan çıxdı. Şəki hakimi Məhəmmədhəsən xana
pənah gətirdi. Çünki o, İbrahimxəlil xandan ağır cəza alacağını əvvəlcədən
bilirdi. Şəki xanı, Məhəmməd bəyi əvvəlcə hörmətlə qəbul etdi, az sonra onu
həbsə aldı və Şirvan xanı Mustafa xana təhvil verdi. Mustafa xanın qisas hissi
coşub daşdı. Atasının və qardaşının intiqamını Məhəmməd bəydən aldı.
Məhəmməd bəyi Şamaxı yaxınlığında öldürdü. Bu hadisə 1797-ci ilin sonunda
baş vermişdi.
Şuşaya qayıdan İbrahimxəlil xan Şah Qacarın nəşini İrana yola saldı. Baba
xan adı ilə taxta çıxan Fətəli şaha hədiyyə, oğlu Əbülfət xanı girov göndərdi.
Ağabəyim ağa isə (1780-1832) Fətəli şaha ərə getdi. Vətənə vurğunluq hətta
Fətəli şahın təmtəraqlı sarayında belə Ağabəyim ağanın qəlbini təmin etmədi:
Mən aşiqəm qara bağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ, - dedi.
Ağabəyim ağa şan-şöhrətə uymamış, öz taleyinin puçluğundan acı-acı
şikayətlənmişdir:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilməm ömrüm necə gəldi, necə getdi.
Ağabəyim ağanın tələbi ilə o, Tehran saray mühitindən aralı darüləman
sayılan Qum şəhərində yaşadı, orada da 1832-ci ildə vəfat etdi. 1811-ci ildə
İngiltərənin fövqəladə səfiri və onun xanımı Fətəli şah tərəfindən qəbul
edilərkən səfir Böyük Britaniya kraliçasının etimadnamə və hədiyyələrini məhz
Ağabəyim ağaya təqdim etmişdir. Çox gözəl, ağıllı, hazırcavab, geniş məlumat,
dərin bilik və yüksək tərbiyəyə malik olan Ağabəyim ağa sarayda "Banuyi-
hərəm" olmuşdur.
Ağabəyim ağa siyasi sahədə Fətəli şaha təzyiq göstərir, Rusiya - İran
münasibətlərinin yaxşılaşmasına çalışırdı. Ağabəyim ağanın İranda olması və
orada keçirdiyi həyat, müdrik qarabağlı qızının ağlı, tədbiri, zərif şeirləri
230
dildən-dilə düşdü və tarix səhifəsində yaşadı. O, Tehranda şah hərəmxanasında
deyil, din-müqəddəs mərkəz sayılan Qum şəhərində yaşadı, orada da Qarabağ
həsrətilə vəfat etdi.
Fətəli şah İbrahimxəlil xanın oğlu Əbülfət ağaya xanlıq rütbəsi verdi. O,
şahın sərdarlan sırasında xüsusi tapşırıqları yerinə yetirdi, böyük qəhrəmanlıq
göstərdi. Təəssüf ki, XIX əsrin əvvəllərində Əbülfət xanın bir neçə hərbi səfəri
öz doğma yurduna, Qarabağa qarşı çevrildi. Lakin Qarabağ naxələf övlada
layiqli cəza verdi. Əbülfət xanın anası erməni qızı idi. Bundan istifadə edən
Fətəli şah XIX əsrin ilk illərində İbrahimxəlil xanı devirmək üçün hərbi səfərə
bəzən Əbülfət xanı göndərirdi...
Beləliklə, aydın olur ki, 1797-ci il İranın Qarabağı və bütün Azərbaycan
xanlıqlarını zəbt edib özünə tabe etmək uğrunda apardığı mübarizənin kulmi-
nasiya nöqtəsidir. 1797-ci ilin yayında Ağa Məhəmməd şah Qacarın Şuşam
alması və orada öldürülməsi ümumən Zaqafqaziyada siyasi vəziyyətə təsir
göstərmişdir. Bir tərəfdən, İranda Fətəli şah Qacarın hakimiyyəti ələ alması və
Azərbaycanı itaət altına almaq səyləri, digər tərəfdən çar Rusiyasının
Zaqafqaziyada öz hökmranlığını həyata keçirmək planlarını icraya başlaması
Qarabağ xanlığını mürəkkəb siyasi yol ayrıcında qoymuşdu. Belə bir şəraitdə
Qarabağda Rusiyaya meyil daha da güclənmişdi. Rusiya oriyentasiyasının ciddi
tərəfdarı M.P.Vaqifin 1797-ci ildə öldürülməsi vəziyyəti müəyyən dərəcədə
çətinləşdirirdi. Bununla yanaşı, Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə
Şuşada öldürülməsinin təşkilində M.P.Vaqifin iştirakı versiyası da
mövcuddur...
Dostları ilə paylaş: |