4. QARABAĞ XANLIĞININ TƏŞƏKKÜLÜ.
PƏNAHƏLİ XAN
XVIII əsrin əvvəllərində Azərbaycanı ələ keçirmək uğrunda çar Rusiyası,
Sultan Türkiyəsi və İran şahlığı arasında siyasi mübarizə kəskinləşmişdi.
Zaqafqaziya hüquqi cəhətdən İran şahlığına tabe olmasına baxmayaraq, I
Pyotrun dövründə Xəzərsahili Azərbaycan ərazisi Rusiya tərəfindən zəbt
olunmuşdu. İngiltərə və Fransa imperialistlərinin təhriki ilə XVIII əsrin 20-30-
cu illərində Zaqafqaziyanın geniş ərazisi Osmanlı imperiyası tərəfindən işğal
edilmişdi. Zaqafqaziya uğrunda hərbi-siyasi mübarizənin güclənməsinə İran
mərkəzi dövlətinin zəifləməsi səbəb olmuşdur...
XVIII əsrin 30-cu illərində Nadir şah Əfşarın hərbi yürüşləri İranda və
Zaqafqaziyada vəziyyəti müvəqqəti olaraq dəyişdi. Zaqafqaziya xalqları Nadir
şahın mütləq hakimiyyəti altına keçdi. Onun ağır hərbi cəza tədbirləri çox baha
başa gəldi. Azərbaycanın Şamaxı kimi qədim şəhəri viranəyə çevrildi.
Azərbaycanı aclıq, səfalət bürüdü. Nadir şah əleyhinə narazılıq və üsyanlar ara
vermədi.
Nadir şah iki əsrdən artıq mövcud olmuş Qarabağ bəylərbəyiliyinə də divan
tutdu. Buna görə də, qarabağlıların bir qismi öz torpaqlarından Əfqanıstan
sərhədlərinə köçürüldü. Bu qanlı cinayətə səbəb erməni Xəmsə məliklərinin
təşəbbüsü və Nadir şahın Qarabağda ağılsız hərəkəti idi. 1736-cı il Muğan
1 Bax: Azərbaycan tarixi, c. I. Bakı, 1958, səh.263.
196
tacgüzarlıq qurultayında Qarabağ bəylərbəyiliyi Nadirin şah elan olunmasına
etirazını bildirmişdi. XIX əsrin Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy yazır:
"Beləliklə, Gəncə xanları tamamilə öz hüquq və səlahiyyətlərindən mərhum
oldular. Hakimiyyətin cilovu onların elindən düşdü və onlar qanadı sınmış quş
vəziyyətində qaldılar..." Nadir şahın zülmü Azərbaycan xalqının istiqlaliyyət
mübarizəsinə səbəb oldu. Nadir şah dövründə Azərbaycanda yalnız Quba və
Talış xanlıqları mövcud idi. Nadir şahın vəfatından sonra Azərbaycan kiçik
feodal dövlətlərinə - xanlıqlarına bölündü: Qarabağ, Şəki, Şirvan, Gəncə, Bakı,
Ərdəbil, Xoy, Qaradağ, Dərbənd, Naxçıvan, Təbriz, Urmiya, Marağa, Maku
xanlıqları...
Qarabağ xanlığının yaranması tarixi bir zəruriyyət idi. Qarabağ xanlığının
banisi Pənahəli xan (1703-1763) Cavanşir nəslindən idi. O, uşaqlıqdan at
minməyi, qılınc oynatmağı, nişan almağı yaxşı öyrənmişdi. Nadir şahın
qoşununda xidmət edərkən igidliyə görə fərqlənmiş, Türkiyə ilə müharibədə
onun xüsusi rəğbətini qazanmışdı. Qardaşı Fəzləli bəy də onun kimi igid idi. Bu
səbəbdən hər iki qardaş şah sarayına aparılmışdı. Lakin Qarabağda Cavanşir,
Otuziki, Kəbirli tayfalarının Xorasan yaxınlığına sürülməsi hər iki qardaşı
narazı salmışdı. Bunu duyan Nadir şah əvvəlcə eşikağası vəzifəsində işləyən
Fəzləli bəyi öldürdü, onun yerinə qardaşı Pənahəlini təyin etdi. Pənahəli isə
qardaşı kimi öldürüləcəyini hiss edərək 1745-ci ildə İrandan Zaqafqaziyaya
qaçdı... və partizan müharibəsinə başladı. Pənahəli bəyin gənc arvadı üç uşaqla
(İbrahimxəlil ağa, Mehrəli bəy və Tahbxan bəy) birlikdə Sərəxsə sürülmüşdü.
Atasının sarayından qaçıb qaçaqçılıq etdiyini bilən 15 yaşlı İbrahimxəlil ağa
uzaq Əfqan sərhədindən Qarabağa gəlib tezlikle Çuxur Qəbələdə atasını tapdı.
"Qarabağnamə"lərdə Qarabağ xanlığının yaranması, təşəkkül tapmasını
şərtləndirən ictimai-siyasi amillər ön plana çəkilir. Qarabağ xanlığı məhz Nadir
şahın ölümündən sonra İranın siyasi, hərbi iqtidarının zəifləməsi nəticəsində
mümkün olmuşdur...
Qarabağ xanlığının təşəkkül tarixini öyrənmək üçiin ən etibarlı mənbələrdən
biri Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi" əsəridir. Mirzə Camal
və onun oğlu Rzaqulu bəy digər "Qarabağnamə" müəlliflərindən fərqli olaraq
öz əsərlərində siyasi məsələlərlə yanaşı iqtisadi məsələlərə də diqqət
yetirmişlər.
Pənahəli xan hakimiyyətinin ilk illərində yeni şəhər və kəndlər salmağa
xüsusi əhəmiyyət verirdi. 1750-ci ildə Azərbaycanın şöhrəti olan Şuşa şəhərinin
salınması məhz onun adı ilə bağlıdır. Qarabağ xanları qədim Beyləqan ətrafında
olan arxların bərpasına böyük əhəmiyyət verirdilər. O yazır: "Pənah xan və
İbrahim xanın hökmranlığının ilk illərində bu arxlardan istifadə olunur və
xanlar onlardan gəlir əldə edirdilər. Arxların adı belədir: Kürək arxı, Luvar
arxı, Mehmənə arxı, Gəmiçi arxı, Sarı arxı, Ayaz arxı, Taşqay arxı, Xan arxı
1
.
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.124.
197
Mirzə Camal yazır ki, torpağın məhsuldarlığı, suyun bolluğu hər arxın
ətrafında 5-6 min ailənin yaşamasına imkan verirdi, həmin arxların suyu ilə
suvarılan əkin yerlərində taxıl, çəltik, pambıq, çəkil (tut) və başqa hər cür bitki
əkilərsə, bollu məhsul əldə etmək olar. Belə ki, bir çətvər buğdadan iyirmi,
hətta ondan da artıq məhsul yığmaq olar. Xüsusilə buranın çəltiyi və dansı bol
olur. Əgər bu bitkilərdən bir çətvər əkilərsə, təxminən əlli çətvər, hətta ondan
daha artıq məhsul əldə edilə bilər
1
...
Əsərin "Qarabağ vilayətinin təbəəliyi, köhnə adət və qaydaları haqqında"
adlanan ikinci fəslində Qarabağın son əsrlərdə siyasi və coğrafi vəziyyətindən
söz açılır. Müəllif yazır ki, Qarabağ və ona daxil olan Xəmsə məlikləri (Dizaq,
Vərəndə, Xaçın, Çiləbörd, Talış) Gəncə bəylərbəyiliyinə tabe olmuşlar.
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si ilə Mirzə Camalın "Qarabağ tarixi"
əsərlərinin müqayisəli təhlili göstərir ki, bu əsərlər biri-birini tamamlayır,
zənginləşdirir.
Mirzə Adıgözəl bəyin əsərlərinin I fəsli "İranın tənəzzül dövründən, Nadir
şahın taxta çıxmasından və emələ gələn başqa hadisələrdən" bəhs edir:
"Pənahəli bəy əslən Sancalı tayfasındandır... Gəncə vilayəti xanlarının işi
tərəqqidə olduğu zaman o, Gəncə tərəfinə gedib onların (Gəncə xanlarınm)
hüzurunda xidmət etdi. Uca hümmet sahibi olan Pənahəli bəy qulluq etməyi
özünə layiq görmədi. O, Qarabağ vilayətinin Cavanşir oymağına gəldi. Şir
qüvvət cavanın bəxti ona yar olub, çox varlandı. Evləndi, əziz və xoşbəxt bir
oğlu oldu. O, yüksəklik səması parlaq ulduzunun adını Əli qoydu. Onun aləmi
işıqlandıran sarı bənizi ata-ananın ürəyini, kəhrəba səmanı çəkən kimi, özünə
cəlb edirdi. Buna görə onu "Sarıca Əli" deyə çağırırdılar"
1
.
Daha sonra Mirzə Adıgözəl bəy yazır ki, hazırda Qarabağda mövcud
Sarıcalı kəndi bu adı daşıyır. Çox dövlət və nüfiız sahibi olduğuna görə onun
başına neçə naxırçı, muzdur, xidmətkər, çoban və ilxıçı toplandı və böyük bir
oba oldu. O obanın adı isə "Sarıcalı" qaldı. Pənahəlidən sonra onun oğlu
İbrahimxəlil atasına layiqli varis oldu: "...Bu dövlət və nüfiız İbrahimxəlil
ağanın ixtiyarına keçdiyi zaman daha da artdı. O, böyük dövlət sahibi
olduğundan adı dillərə düşüb məşhur oldu. Onun Ağdamdakı bağı və həsər-
divarı, Araz kənarındakı mülkü, mal-qarasının otlaq və yataqları, yaylaqda
"İbrahimxəlil qalası" adı ilə məşhur olan bir sıra imarəti onun varlı və böyük
calal sahibi olmasına adil bir şahiddir"
2
.
Rzaqulu bəy Mirzə Camal oğlunun "Qarabağnamə"si özünün qeyd etdiyi
kimi, atası Mirzə Camalın "Qarabağ tarixi" əsərinin xülasəsindən başqa bir şey
deyildir. Lakin Rzaqulu bəy bəzi məsələləri atasına nisbətən daha aydın şərh
etmişdir. Rzaqulu bəy yazır: "...Mərhum Pənah xanın xatirindən hökumət
qurmaq fikri keçdikdə Qarabağ kəndlilərinin, elatının əhalisini öz başına
1 B ax: "Qarabağnamolər", bu nəşrin I kitabı, səh.37
2 Yenə orada
198
toplamağa başladı. Iranda hökmü keçən nüfuzlu, müstəqil padşah
olmadığından, həm də Gəncə hakiminin (Qarabağ bəylərbəyiliyi nəzərdə
tutulur (N.A) öz hökmünü Qarabağ ellərində və kəndlərində yeridə
bilmədiyindən Pənah xanın başına toplaşanlar ona itaət etdilər"
1
.
Pənahəli xanın başçılıq etdiyi Qarabağ xanlığı heç bir dövlətdən asılı
olmayan suveren feodal dövləti kimi yaradıldı. Rzaqulu bəy yazır ki, ...Pənahəli
xanın Qarabağın bütün elatını və kəndlərini, həmçinin mahallarını ələ keçirib,
hökmranlıq etdiyi dövrdə, onun vəfatından sonra isə mərhum İbrahim xanın
müstəqil hakimiyyəti dövründə Qarabağ vilayətindən heç bir padşaha istər külli
və istərsə də cüzi olaraq xərc və vergi verilməmişdir.
"Qarabağnamələr"də tez-tez "Otuziki" tayfasının adı çəkilir. (Hazırda
Azərbaycanın İmişli rayonu ərazisində "Otuzikilər" adlı bir kənd vardır).
Mənbələrdə göstərilir ki, bu adın yaranması XVI əsrə aiddir. Həmin əsrdə
Qarabağda yerli tayfaların birləşməsi nəticəsində "Otuzikilər" yaranmışdır. Bu
tayfalar içərisində Cavanşir tayfası sayca və qüdrətcə başqa tayfalardan
seçilirdi. Cavanşirdən çıxanlar eyni zamanda "Otuziki"lərə başçılıq etmişlər.
Həmin tayfaya aid kəndlərin bir çoxu XVIII əsrin sonu XIX əsrin əvvəllərində
hazırkı Mirbəşir (indiki Tərtər), Kəlbəcər, Bərdə, Qasım İsmayılov (indiki
Goranboy), Yevlax, Ağdam ərazilərində yerləşmişdir. Bu səbəbdən çarizm
dövründə Yelizavetpol quberniyasının tərkibinə daxil olan Cavanşir qəzası
(Mərkəzi Tərtər qəsəbəsi idi) əsasən həmin tayfalara mənsub yaşayış ərazisini
əhatə etmişdir. Cavanşir qəzası Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinə
qədər mövcud idi.
Pənahəli xan Qarabağın Gəncədən və Şirvandan asılı olmaması üçün
müdafiə tədbirləri görməyə başladı: "...Məşvərətdən sonra Kəbirli mahalı
içində olan Bayat qalasının əsası qoyuldu. Qısa bir zamanda möhkəm hasar və
xəndək çəkdirdi. Bu qalada bazar, hamam və məscid tikdirdi. Bütün ailəsini,
qohumlarını və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat,
hetta xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil
vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlikdə Bayat
qalasında yerləşdilər"
2
.
Əhməd bəy Cavanşir Pənahəli xanın İran dövləti ilə diplomatik əlaqələri
haqda yazır: "Nadir şah öldürüldükdən sonra İran taxtına onun qardaşı oğlu
Adil şah çıxdı. İşğal edilmiş yerlər onun tərəfdarları arasında bölüşdürülərkən o
zaman Zaqafqaziyanı da əhatə edən Azərbaycan valiliyi Sərdar Əmiraslan
xanın payına düşmüşdü. Pənah xan isə məliklərə rəğbət bəsləyərək və ona
həsəd aparan qonşu xanların fitnələrindən qorxuya düşüb, xaricdən kömək və
ya himayə axtarmağa məcbur oldu. Buna görə də, o, Sərdar Əmiraslanın yanına
1 Bax: "Qarabağnamələr", bu neşrin II kitabı, səh.242.
2 Yenə orada, səh.243.
199
elçi göndərib şaha öz itaətini bildirdi. Yenicə Təbrizə gəlmiş olan və belə
iğtişaşlı məmləkətdə müttəfiq tapmaqda çətinlik çəkən Sərdar Əmiraslan xan
üçün bu göydəndüşmə bir şey oldu. Bundan bir az sonra Sərdar çoxlu qoşunla
Bayata gəldi. Burada o, Pənah xanla birlikdə Şamaxı, Nuxa və Gəncə
xanlıqlarını Adil şahın təbəəliyinə tabe etdi. Pənah xanın hökumətə göstərdiyi
bu xidmət müqabilində Sərdarın xahişi ilə Adil şah tərəfindən verilmiş fərmana
əsasən Qarabağ xanlığı xüsusi bir malikanə kimi ona verildi. Lakin Adil şahın
və onun valisi Əmiraslan xanın hökmranlığı çox sürmədi: birincini (Adil şahı)
Nadir şahın nəvəsi Şahrux Mirzə, ikincini (Əmiraslan xanı) isə qaradağlı
Kazımxan öldürdü..."
Xanlığın ilk illərində İran feodal hakimləri ilə çox ehtiyatla rəftar etməsi
Pənah xanın diplomatik manevri idi. Burada Pənahəli xanla Əmiraslan xan
arasındakı yaxın dostluğun sirləri açılmamış qalır. Necə olur ki, Pənahəli xan
ona Şamaxı, Nuxa və Gəncə xanlığının itaətə gəlməsində kömək göstərdi? Az
sonra Təbrizin Əfqanlı Azad xan qüvvələrindən müdafiəsi üçün Pənahəli xan
oğlu Mehrahbəyi üç minlik süvari ilə Məhəmmədhəsən xan Qacarın ordusuna
köməyə göndərdi?
Məsələ burasındadır ki, heç bir mənbədə Nadir şahın sərkərdələrindən biri
olan Əmiraslan xanın Pənahəli xanın ögey qardaşı olması haqqında məlumat
verilmir. Yalnız P.Butkovun "Qafqazın yeni tarixi üçün materiallar" əsərində
bu haqda danışılır
1
.
Mirzə Adıgözəl bəy yazır ki, Bayat qalası 2 yanvar 1748-ci ildə tikilməyə
başlanmış həmin ilin 22 noyabrında başa çatmışdır. Qalanın ətrafında səngər və
başqa müdafiə tikintiləri də olmuşdur. "Pənahəli xan yaxın adamlarını yığıb
dedi ki, "bundan sonra çöllərdə vaxt keçirməklə istənilən məqsədə çatmaq
oltnaz. Yaxşısı və münasibi budur ki, möhkəm bir bina və qala tikilsin. Bir
hadisə üz verdiyi zaman ora məskən... aman evi olsun. Çünki şir nə qədər
heybətli olsa da, ona bir hin lazımdır..."
2
.
Pənahəli xanın hakimiyyəti dövründə ilk müharibə Bayat qalasında, 1748-ci
ilin son günlərində baş verdi. Bu müharibə şəkili Hacı Çələbi xanın Bayata
hücumu ilə əlaqədar idi. Çələbi xanı Pənahəli xan üzərinə qızışdıranlar Xəmsə
erməni məlikləri idi. Pənah xanı aradan qaldırmaq üçün Şirvan və Şəki
hakimləri böyük qoşunla Bayat qalasına hücum edərək onu mühasirə etdilər...
Həmin mühasirə bir aydan artıq davam etmişdir. Bu müddətdə Pənahəli xan
dəfələrlə qaladan çıxaraq öz döyüşçüləri ilə Şəki və Şirvan qüvvələrinə zərbələr
endirmişdir.
Mirzə Camal yazır: "Şirvan və Şəki xanları heç bir iş görə bilmədilər...
Zəmanəsinin kamil adamlarından olan Şəki vilayətinin hakimi Hacı Çələbi
1 В ах: П.Бутков. Материалы для новый истории Кавказа, ч. I. СПб., 1896,
стр.235-236.
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.40
200
qayıdan zaman bu sözləri dedi: "Pənah xan bir xan idi. Biz gəldik onunla dava
elədik və bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq"
1
.
Qarabağ xanlığının şöhrəti Bayat qalasındakı döyüşlərlə başlamışdır. Lakin
bu böyük abidədən bu gün bir iz belə qalmamışdır.
Pənahəli xanın nəvəsi Məhəmməd bəy Cavanşirin həyatından povest yazmış
Aqil Abbas doğma kəndi Bayatdakı tarixi qala haqqında yazır:
"Kəndimizdə bir qala vardı. Pənah xanın qalası deyərdilər. Və biz uşaqlıqda
o qala divarlarının üstündə dava-dava oynardıq. Bir gün əmilər həmin qalanı
elə sökdülər ki, indi heç bir arxeoloq haçansa bu yerlərdə qala olduğunu sübut
eləyə bilməz. Qala söküləndə hamı tamaşasına
yığılmışdı. Mən də nənəmin
ətəyindən yapışıb baxırdım. Bir də gördüm ki, Əsmət nənənin gözlərindən yaş
axır və qarı qalanı sökənləri lənətləyir. Bu qalanı niyə sökürsünüz, ay bala?
Onu sizin babalar tikmişdi axı? Onların ruhundan qorxun. Bu qala Qacara can
verməyən qaladı"
2
.
Pənahəli xanın qat-qat güclü olan Şəki və Şirvan xanlığına qalib gəlməsi
onun şöhrətini xeyli ucaltdı. Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sində
oxuyuruq: "...Onlar (yəni Şəki və Şirvan xanları - N.A.) həmişə bu dövlətin yox
olması uğrunda son dərəcə səy və qeyrət edirdilər. Onlar Xəmsə məliklərini də
özlərinə həmməslək və müttəfiq etmişdilər. O zaman bütün Şirvanatda əbədi
ixtiyar sahibi və hökmran olan Hacı Çələbiyə ərizələr yazdılar. Ona bildirdilər
ki, Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir
qədər təxir edilsə, sonra onun qarşısında durmaq mümkün olmayacaqdır..."
"...Hacı Çələbi də bu hiyləyə aldanıb fitnəkarlığa başladı. Dərbənd, Car və
Balakənədək bütün Şirvanat qoşununu cəm etdi... Saysız əsgər və hesabsız
qoşunla, tam bir calal və vəsfəgəlməz bir dəbdəbə ilə gəlib Bayat qalasını dörd
bir tərəfdən mühasirəyə aldı. Pənah xan da qabaqcadan bütün elata bu əhvalatı
bildirmiş və hamısını yığıb səngərə dolduraraq sığınaq etmişdi. Hacı Çələbi
gəldi və mühasirə ilə məşğul oldu. Hər gün müharibə gedir, didişib-
döyüşməkdən əl çəkmirdilər. Axırda Hacı Çələbi məqsədinə çatmadan, külli
zərərlə qayıtmaq təbilini vurdurdu. O, yolda gedərkən dedi: "Pənah xan bu
vaxtacan bir sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurduq və qayıtdıq". Bu
söz xalqın dilində və camaatın ağzında bir məsəl olaraq qalmışdır"
3
.
Pənahəli xan Bayat qalasının strateji baxımdan zəif olduğunu, orada qoşun
saxlamağın çətinliyini, iqlimin istiliyini nəzərə alıb yeni müdafiə qalası
tikdirməyi qərara aldı. "İndi Şahbulaq adı ilə məşhur olan Tərnəküt qalasının
binası qoyuldu. Məsləhətə görə, Bayat qalasını tərk etdilər. Şahbulaqdakı
böyük çeşmə
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.127.
2 Aqil Abbas. Batman qılınc. "Ulduz", 1988, №1
3 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.41.
201
yanında qala tikərək, onun ətrafında yüksək yerdə geniş hasar hördülər. Bazar,
çarsu (meydan), hamam və məscid tikdilər"
1
.
Bayat qalası və orada Pənahəli xanın qələbələri, Tərnəkütdə Şahbulaq
qalasının tikilməsi, Xəmsə məliklərinin itaət altına alınması Pənahəli xanın
nüfuzunu sürətlə artırdı. Azərbaycan xanlıqları onu tanımağa, əlaqə yaratmağa
səy göstərdilər. Bununla da, İran dövlətinin Pənahəli xanı Qarabağ ərazisinin
müstəqil hakimi kimi tanınmasına siyasi şərait yarandı.
Pənahəli bəyə xanlıq fərmanı da məhz Bayat qalasında təqdim olunmuşdur.
Adil şahın hakimiyyəti də uzun sürmədi. Nadir şahın oğlu Şahrux Mirzə
onu öldürdü və şahlıq taxtına oturdu. İranda mürəkkəb siyasi böhran davam
edirdi.
Qarabağda isə Pənahəli xanın şöhrəti gün-gündən artırdı: "Şirvan, Şəki,
Gəncə, İrəvan, Naxçıvan, Təbriz və Qaradağ xanları Pənahəli xanın yanına elçi
və məktub göndərib, onunla dost və müttəfiq olmaq istədiklərini bildirdilər
2
.
Pənah xan bir çox yeni əraziləri Qarabağa ilhaq etdi: "...Naxçıvan, Təbriz,
Qaradağ hakimlərini hökmü altında olan Naxçıvanın Zəngəzur, Təbrizin Qapan
və Qaradağın Çuldur və Meqri mahallarına əl uzadaraq hamısına sahib oldu.
3
Onları Qarabağın başqa rəiyyətlərinə qataraq, hamısına məliklər və sultanlar
təyin etdi.
Pənahəli xanın Gəncə, İrəvan, Naxçıvan və xüsusilə Ərdəbil üzərində təsiri
güclü idi: "Sarıcalı Dərgahqulu bəyi Ərdəbilə hakim təyin etmişdi"
4
.
Pənahəli xanın Şahbulaqda möhkəmlənməsi ərəfəsində erməni Xəmsə
məlikləri
5
ilə münasibətlərini qaydaya saldı. Xəmsə məlikləri XVI əsrdən bəri
Qarabağ bəylərbəyiliyinə tabe idilər. Onlar Pənahəli xanın Qarabağ xanı elan
olunması ilə razılaşmadılar. Xəmsə məliklərindən ilk dəfə könüllü olaraq
Pənahəli xanın itaətini qəbul edən və onunla dostluq əlaqəsi saxlayan Vərəndə
məliki Şahnəzər idi. Bundan bir qədər əvvəl isə Xaçın məlikinin silahlı qüv-
vələri Ballıqaya deyilən yerdə Pənahəli xanla üz-üzə gəlib məğlub olmuşdular.
Tərəddüddən sonra Xaçın məliki də Pənah xana "...Tabe oldu və mərhum
Pənah xan tərəfindən ata-babasından qalmış… ayrıca mülkünə təyin edildi.
Bütün Xaçın əhalisi itaət edərək tapşırılan xidmətləri düzgün yerinə
yetirirdilər"
6
.
Pənahəli xanın müstəqil Qarabağ xanlığı yaratmasına xüsusilə Talış və
Çiləbörd məlikləri ciddi müqavimət göstərirdilər. Rzaqulu bəy yazır:
"...Çiləbörd və Talış mahallarının qədim məlikləri olan Məlik Hətəm və Məlik
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.129.
2 Yenə orada
3 Vaxtilə Qarabağ xanlığına tabe olan Zəngəzurun Qapan, Mehri, Gorus, Sisyan ərazisi Ermənistan SSR-ə 1920-ci
ildə verilib.
4 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.130.
5 Xəmsə məlikləri ərəbcə beş sahibkar mənası ifadə edir; Xəmsə məlikləri XVII əsrdən başlayaraq onlara xalq
tərəfindən verilən addır. Əsilləri qədim Alban knyazlıqlarındandır.
6 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh. 128.
202
Usub bəy birləşərək, möhkəm və keçilməsi çətin olan yerlərdə Pənah xanla
bir neçə dəfə vuruşdular, gah qalib gəlib, gah da məğlub oldular. Bu surətlə,
Çiləbörd və Talış mahallarının əhalisi asudə dolanıb, əkin əkib, rahat yaşaya
bilməyirdilər. Həmişə davada idilər. Pənah xanın atlı və piyada əsgərlərinin
əlindən əziyyət çəkirdilər. Nəhayət, çətin keçilən yerlərdə, dərin dərələrdə və
yüksək dağlarda yaşamaqdan təngə gəlib, evlərini, bağlarını və əkinlərini
buraxıb ailələri ilə birlikdə cəlayi-vətən oldular. Onlar Gəncə tərəfə qaçıb
Şamxor mahalında və Gəncənin dağlıq kəndlərində məskən saldılar. Bu
yerlərdə onlar yeddi il qaldılar. Yeddi ildən sonra İbrahim xanın Qarabağda
müstəqil hakim olduğu və Qarabağ vilayəti əhalisinin bütünlüklə ona tabe
olduğu vaxtda Xaçın və Çiləbörd mahallarının əhalisi də Qarabağa qayıdıb,
ürəkdən ona tabe oldular...."
1
.
Əhməd bəy Cavanşir Xəmsə məliklərinin Pənah xanla münasibətlərini
qısaca olaraq belə xülasə etmişdir: "...Pənah xanın igidliyi haqqında dillərə
düşən dastan, o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını
müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi. Bu hərc-mərclik dövründə bir
növ müstəqilləşən erməni Xəmsə məliklərindən Şahnəzər könüllü surətdə
Pənah xanın təbəəliyini qəbul etdi. Qalan dörd məlikdən Xaçın məliki Ulubab
Balhca oymağı yanında oğlanları ilə birlikdə qılıncdan keçirildi. Qonşu
vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dızaq məliki
Yeqan öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərdikdən
sonra onların bir hissəsi qırılmış, birhissəsi isə islam dinini qəbul etmişdi.
Türklərə qarşı Nadir şahın müharibəsində öz igidliyinə görə Sultan rütbəsi
almış Çiləbörd məliki Allahqulu - Sultan əvvəlcə onun təbəəliyini qəbul etmiş,
lakin sonralar xəyanətdə ittiham edilərək Pənah xanın əmri ilə öldürülmüşdü.
Onun qardaşı Məlik Hətəm Talışın beşinci məliki Məlik Usubla ittifaq
bağlayıb, uzun müddət öz obalarını Pənah xan dəstələrinin hücumlarından
müdafiə etmiş, lakin Mardakert kəndində uğradıqlan məğlubiyyətdən sonra
Tərtər çayının yuxarılarında yerləşən alınmaz Çınnıx qalasına çəkilmişdilər. Bir
ilə qədər qalada qaldıqdan sonra nəhayət, öz ailələri ilə birlikdə qürbət ellərdə
nicat axtarmah olmuşdular. Lakin onlar bununla öz siyasi fəaliyyətlərini
bitirmədilər. Belə ki, sonralar onların həm özləri və həm də övladları (birincinin
oğlu Məlik Məcnun) daim Qarabağa hücumlar edirdilər..."
2
.
Bu məliklər sonralar Gülüstan məlikləri adlandırılırdılar. Çünki onlar öz
iqamətgahını Gəncədən cənub-şərqdə yerləşən İncəçayın yuxarısındakı
Gülüstan qalasına köçürmüşdülər. Pənahəli xanın Xəmsə məlikləri ilə
əlaqəsindən danışan Mirzə Yusif Nersesov yazır ki, Məlik Şahnəzər Qarabağ
xanlıqları dövründə onlara çox xidmət göstərmişdir. Buna görə də böyük
hörmətə malik idi. Hətta Məlik Şahnəzər işin və vəziyyətin yazşılaşması
xatirəsi üçün qızı Hürzəti Pənah xanın oğlu İbrahim xana ərə verdi. Beləliklə,
onların arasında yaxınlıq və qohumluq yarandı.
1 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.245.
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh. 180-181.
203
Pənah xana ən çox müqavimət göstərən Çiləbörd məliki Allahqulu Sultan
idi. Allahqulu Pənah xanla danışıq aparmaq üçün onunla Ağoğlanda
görüşmüşdür. Bu görüşlərdə iştirak edən Naxçıvan xanı Heydərqulu xanın
təhriki ilə Allahqulu Sultan öldürülmüşdür. Onun yerinə keçən Məlik Hətəm,
qardaşının intiqamını almağa çalışırdı. Bu işə Talış məliki Məlik Usubu da cəlb
etdi. Pənah xan onların yerləşdiyi Çırmıx qalasını almaq üçün dəfələrlə döyüşə
girməyə məcbur oldu. Məlik Hətəm məğlub oldusa da, uzun müddət Qarabağ
xanlığına qarşı düşmən münasibət bəslədi. Məsələn, 1795-ci ildə Ağa
Məhəmməd şah Qacar Qarabağa hücum edərkən Məlik Hətəmin oğlu Məlik
Məcnun onun yanında idi. Şuşanı ala bilməyən Ağa Məhəmməd şah Qacarı
Tifiisə qədər müşayiət etmişdir. Mirzə Adıgözəl bəyin Xəmsə məlikləri barədə
rəyi daha səhihdir. O yazır ki, Vərəndə məliyi Məlik Şahnozər əmisi Məlik
Hüsünü öldürüb məlik olmuşdur. Bu səbəbdən Xəmsə məlikləri Vərəndəni
qarət etdilər, Çanaqçı qalasını ala bilmədilər. Əhd etdilər ki, gələn bahar qalanı
alsınlar. Bu səbəbdən Məlik Şahnəzər Pənah xana pənah apardı: "Məlik
Şahnəzər özünü zəif və qol-qanadını sınmış gördü. O, gələcəyi gördüyündən,
niyaz üzünü qul bəsləyən xanın kandarına sürtdü, itaət sırğasını qulağına asdı
və xidmət komərini belinə bağladı. Xanın hüzurunda lazımi dərəcədə
canfəşanlıq etdi və son dərəcə mehribanlıq göstərdi. İndiki Şuşa şəhərinin
yerini mərhum xanın yadına salıb, ona tərif etdi. Sonra xanı gətirib bu yeri ona
göstərdi. O da bu yeri bəyənmiş olduğundan, həmin şəhərin binasını qoyub
orada məskən etdi. Bu qalanı da möhkəm... düzəldib ölkənin mərkəzi etdi...
Pənah xan Mehri, Güney mahallarını Bərgüşada qədər Qaradağ hakiminin
əlindən alıb özünə tabe etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən,
Zəngozur və Qapan mahallarını Təbriz bəylərbəyisindən aldı..."
1
.
Məşhur Şuşa şəhəri Xəmsə məlikləri itaətə alındıqdan sonra (1750-1751)
salınmışdır. Yuxarıda adı çəkilən Məlik Cümşüd sonralar Qarabağ xanlığına
qarşı çıxmış, İbrahim xanın xaincəsinə öldürülməsində iştirak etmişdir. O
zaman Məlik Cümşüd çar hökumətindən 1400 manat təqaüd alıb Tiflisdə
yaşayırdı.
Pənahəli xanı dinc quruculuq işi aparmağa qoymurdular. Şuşa tikildikdə
Pənahəli xan Məhəmmədhəsən xan Qacara (1751), Fətəli xan Əfşara (1758) və
başqa İran feodallarına qarşı hərbi əməliyyatlar aparırdı. V.N.Leviatovun yaz-
dığı qeyddə deyilir ki, Məhəmmədhəsən xan Qacarın qoşunları Qarabağda olan
zaman (1751) Şuşa qalası mövcud idi. Məhəmmədhəsən xan Qarabağda cəmisi
bir aya qədər qalmış, sonra isə cənuba tərəf geri çəkilməyə məcbur olmuşdur.
Pənahəli xanın düşmənlərini narahat edən ən əvvəl Zaqafqaziyada tayı-
bərabəri olmayan Şuşa qalasının tikilməsi idi. 1751 -ci ildən sonrakı siyasi
hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalasını tikmək ərəfəsində
Pənah xan Şahbulaqda geniş məsləhət şurası çağırmışdı: "Biz gərək dağların
içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.42.
204
güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan
ellərin üzünə açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz kəsilməməlidir".
Mirzə Camal yazır ki, xanın etibarlı adamları qalanın yerini müəyyən
etdilər. Lakin gələcək şəhəri su ilə təmin etmək müşkül məsələ idi: "...Qalanın
içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala
camaatma kifayət etməzdi. Ona görə, güman gedən yerlərdə quyu qazdırıb
müəyyən elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq
mümkündür. Bu xəbəri mərhum Pənah xana çatdırdılar. Xan sevinərək, bir neçə
nəfər öz yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, ezmlə qalanın binasını
qoydu".
Şuşa şəhərində əvvəl orada "Şoşu" adlı şəhər olması barədə müasir erməni
ekstremistlərinin uydurmalarını heç bir mənbə təsdiq edə bilməz. Şuşa şəhəri
əvvəlcə Pənahabad adlanırdı...
Şuşa şəhərinin tikilib ohalinin istifadəsinə verilməsi misli görünmomiş bir
sürotlə həyata keçirilirdi, artıq 1751-ci ildən əhalinin oraya köçürülməsinə
başlandı. Şuşa şohəri salınana qədər onun ərazisində guya insan məskəni olması
barədə uydurmanı Mirzə Camal belə rədd edir. Şuşa tikilənə (1756) qədər
burada yaşayış evləri yox idi. İlk dövrdə Şuşaya köçürülənlər kimlər idi?..
Şahbulaq qalasının sakinləri olan bütün rəiyyətləri, mülazimləri, bir sıra
kəndləri kəndxudalarının ailələrini köçürüb bu qalanın içində yerləşirdi... Xalqı
yerləşdirib, hamıya, xüsusilə özü üçün yurd və imarət müəyyən etdikdən sonra
mahir ustalar, ağıllı, işgüzar adamlarla qalanın hasarını çəkdirdi
1
.
Bütün yuxarıda deyilənlərə əsasən müəyyən etmək olar ki, Şuşa qalasının
bünövrəsi ən geci 1750-ci ilin ikinci yarısında qoyulmuşdur. T.İ.Ter-
Qriqoryanın verdiyi məlumata görə erməni müəllifləri, o cümlədən Raffinin
"Beş məliklik" və Barxııdaryanın "Arstax" adlı əsərlərində Şuşa qalası
binasının tarixi Mirzə Camal Cavanşir Qarabaği və Mirzə Adıgözəl bəyin
verdikləri məlumata əsasən qeyd olunur.
Pənahəli xanın Bayat qalasında şəkili Hacı Çələbi xanı məğlub etməsi,
Şahbulaq və Şuşa qalasını bina etməsi, Gəncə, Naxçıvan, Qaradağ xanlığını öz
təsiri altına alması, onun şöhrətini get-gedə artırır. Hacı Çələbi xan 1748-ci ildə
Bayatdakı məğlubiyyətdən narahat idi, tez-tez Pənahəli xanı hədələyirdi. Digər
tərəfdən Hacı Çələbi xanın Gürcüstan vadisi II İraklinin iki hücumunu
müvəffəqiyyətlə dəf etməsi Pənah xanı daha da narahat etmişdi. Bu səbəbdən
Pənahəli xan Qaradağ, Naxçıvan, Gəncə hərbi qüvvələrini birləşdirib Hacı
Çələbiyə qarşı hücuma başladı. Onlar II İrakliyə xəbər göndərərək müttəfiq
olması haqda razılığını almışdır. "Qarabağnamələr"dən göründüyü kimi, dörd
hakimin birləşib Şəki xanını məğlub etmək məqsədi çox qəribə bir sonluqla
nəticələnmişdi. II İrakli vədə xəyanət edərək Gəncədən azca yuxarıda Qızılqaya
adlı yerdə dörd xanı (Qarabağ, Gəncə, Qaradağ və Naxçıvan xanlarını) həbs
etmişdi.
1 B ax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.248.
205
Xanları II Iraklinin əsirliyindən azad etmək vəzifəsi şəkili Hacı Çələbi xanın
öhdəsinə düşdü.
Pənahəli xanın qəhrəmanlığı və ədaləti bütün Zaqafqaziyaya digər qonşu
xanlıqlardan Püsyan, Qaraçarh, Çinli, Dəmirçi gəlirdilər. Əhmədbəy Cavanşir
yazır ki, Pənahəli xanın hakimiyyəti "...dövründə və bundan bir qədər sonra
Gürcüstandan və digər qonşu xanlıqlardan Püsyan, Qaraçarh, Çinli,
Dəmirçihəsənli, Qızılhacılı, Səfikürd, Boyəhmədli, Saatlı, Kəngərli tayfaları və
bir çox başqaları Qarabağa, Pənah xanın yanına köçüb gəldilər"
1
.
XVIII əsrin ortasında İranda hakimiyyət uğrunda mübarizədə daha təhlükəli
bir qüvvə meydana çıxdı, Bu, Qacarlar sülaləsinin hakimiyyətinə yol açmış
Məhəmmədhəsən xan Qacar idi (Ağa Məhəmməd şah Qacarın atası - N.A.).
Pənah xan onun şəxsində qorxulu bir düşməni görürdü.
Mirzə Camal yazır: "Qala tikilib qurtarandan bir il sonra Ağaməhəmməd
şahın atası Məhəmmədhəsən xan Qacar İraq və Azərbaycan qoşunları ilə Şuşa
qalasını tutmaq və Pənah xanı özünə tabe etmək üçün Arazdan keçib, qalanın
dörd ağaclığında ordu qurdu. Mərhum Pənah xanı özünə tabe etmək və Şuşa
qalasını ələ keçirmək üçün çox fikirləşdi, tədbirlər tökdü, lakin baş tutmadı. Bir
ay orada dayandısa da, o qədər qoşunla qalaya yaxınlaşa bilmədi. Qarabağın
qoçaq əhalisi onun ordusunun at, dəvə və başqa heyvanlarını gizlində və
aşkarda qarət edib, Məhəmmədhəsən xanın qoşununa çoxlu ziyan vurdular"
2
.
Pənahəli xanın təzyiqinə davam gətirməyən Məhəmmədhəsən xan Arazı
keçib İrana qayıtmağa məcbur oldu. Bu tarixi hadisə Pənahəli xanı Azərbaycan
və İran miqyasında ən güclü hakim kimi tanıtdı.
Məhəmmədhəsən xan Qacarın Pənah xan tərəfindən məğlub edilməsi
haqqında Mirzə Yusif Nersesovun "Tarixi-Safi" kitabında da maraqlı faktlar
vardır. O yazır ki, Məhəmmədhəsən xan Qacar Qarabağdan geri çəkilərək
qarabağlıların əlinə qənimət olaraq iki top keçmişdi. Hasar topu adı ilə məşhur
olan bu toplar Xatın arxında qalmışdı. İran qoşunları gedəndən sonra bu toplar
Şuşa qalasına gətirildi. Müəllif qeyd edir ki, son İran-Rusiya müharibəsində
(1826-1827-ci ildə) Şuşa qalası qızılbaşlar tərəfindən mühasirəyə alınarkən bu
toplardan istifadə olunurdu. Rus soldatları həmin toplardan İran qoşunları
üzərinə atəş açdılar.
Məhəmmədhəsən xandan sonra Nadir şahın sərkərdələrindən biri olan
Urmiyah Fətəli xan Əfşar Pənah xanın yanına mahir elçilər göndərib onu itaətə
və ittifaqa dəvət etdi. Lakin Pənah xan belə sərdarlara itaət etməyi haqlı olaraq,
özü üçün əskiklik və ar bilib, elçiləri kobud cavablarla geri qaytardı. Beləliklə,
Pənahəli xanın daha qorxulu düşməni Fətəli xan Əfşarla müharibəyə
başlamasına zəmin yarandı: "...Fətəli xan Azərbaycan, Urmiya və başqa
vilayətlərin əhalisindən çoxlu qoşun toplayıb qalanı almaq, Qarabağı ələ
keçirmək
1 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.182.
2 Yenə orada, səh.248.
206
və Pənahəli xanı aradan qaldırmaq məqsədilə Şuşa qalasına gəlib qalanın bir
ağaclığında düşərgə qurdu".
Fətəli xanla Pənah xanın müharibəsi 7-8 ay çəkdi. Lakin Fətəli xan qələbə
qazana bilmədi. Məsələni mürəkkəbləşdirən bəzi erməni məliklərinin həmin
xarici işğala qarşı mübarizədə satqın mövqeyi idi. Mirzə Camal yazır:
"Gizlində Pənah xana ədavət bəsləyən Çiləbörd və Talış mahallarının məlikləri
Fətəli xanın yanına getdilər. Onlar 6 ay qalanın yaxınlığında oturdular. Hər
neçə gündən bir mərhum Pənah xanın qoşunu ilə Fətəli xan ordusu arasında
vuruşma üz verir və hər dəfə mərhum Pənah xanın qoşunu Qızılbaş ordusuna
qalib gəlirdi. Bu müddətdə bir iş görə bilməyən Fətəli xan vəziyyətin gündən-
günə çətinləşdiyini və məğlubiyyətinin artdığını müşahidə edirdi"
1
.
Göründüyü kimi, Fətəli xana qarşı ölüm-dirim mübarizəsində Vərəndə və
Xaçın erməni məlikləri Pənah xana kömək etmiş, Çiləbörd və Talış məlikləri
isə düşmən tərəfdən vuruşmuşlar. Xocalı kəndi ətrafında baş verən müharibədə
erməni məliklərinin xain çıxması faktını Mirzə Yusif Qarabaği də təsdiq edir:
"O zaman Çiləbörd və Talış məlikləri - Məlik Hətəm, Məlik Usub da Fətəli
xanın yanına gəlib onun qoşunu ilə birləşdilər və onun yanında özləri üçün
səngər tikdilər. İran qoşunları 6 ay burada qaldı. Amma bir nəticə əldə
edilmədi. Nəhayət, məliklərin köməyi ilə... qətiyyətlə döyüşə hazır bir halda
müharibə meydanına qədəm qoydular. Pənah xan da düşmən öldürməkdə,
sədaqətlə... tərifə ehtiyacı olmayan bir dəstə qarabağlılarla qarşıya çıxdı,
düşmənlə müharibə etməyə başladı. Hər iki tərəf bu döyüşdə öz igidlik və
rəşadətini göstərdi... Fətəli xan gördü ki, bu müharibədən bir nəticə çıxmayacaq
və məqsədinə nail olmayacaq, bu qədər çalışmaq və səy hədər getdi..."
Mirzə Adıgözəl bəy yazır ki, Fətəli xanın Qarabağa yürüşünün əsas səbəbi
Pənahəli xanın simasında əsas rəqibini görməsi idi: "Fətəli xan bilirdi ki, Pənah
xandan başqa bir kimsə onun dövlət və şövkətini pozub dağıda bilməz. Buna
görə onun ədavətini ürəyində gizli saxlayırdı. Zatının xəmirəsi ona (Pənah
xana) qarşı bəslədiyi gizli ədavətin suyu ilə yoğrulmuşdu. O, mərhum xana
qarşı hərb etmək məqsədi ilə 7 dəfə fitnə-fəsadı göylərə qaldırdı. Lakin hər dəfə
məqsədinə çatmadan, külli tələfatla geri qayıtdı. Axırıncı dəfə ulduzlar qədər
saysız qoşunla gəlib Ballıca çayı ilə Xacə Əlili çayı (hazırkı Xocalı çayı -7V.A)
arasında olan geniş bir səhrada düşdü. Ümumi yol kənarında olan bu yerdə
səngər düzəltdi. O səngərin asarı və barılarının divarı indi də durur. Xalq
arasında "Fətəli xan səngəri" adı ilə məşhurdur. O, qış fəslini də burada
keçirtdi.
Bu zaman Çiləbörd və Talış məlikləri - Məlik Hətəm və Məlik Usub da
gəlib Fətəli xanın qoşunları ilə birləşdilər. Onların yanında bir səngər
düzəltdilər. Bu səngərin də asarı və nişanəsi indiyə qədər durur. Altı ay burada
oturdular. Fətəli xan arzusuna çatmaq məqsədi ilə hər gün canından keçib
meydana atıhrdı. Lakin peşmançılıq və zərərdən başqa bir şey əldə edə bilmirdi.
1 B ax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.249.
207
Axırda o, məliklərlə bərabər böyük bir qüvvə ilə hücuma keçdi. İgidlik
meydanına şücaət qədəm qoydu. Pənah xan da müharibə meydanında üz
ağardan və düşməni qırmaq üçün ürəkləri lalətək dağlı olan Qarabağ qoşunu ilə
müdafiəyə girmişdi. Fətəli xan gördü ki, arzusunun gözəli varlıq aynasında
görünmür. Ciddi-cəhdinin ağacı zərər və peşmançılıqdan başqa bir səmərə
vermir. Tədbirlər gördü, vasitəçilər saldı, saziş və barışıq binası qoydu. Ədavət
və düşmənçiliyi aradan qaldırmaq istədi. Pənah xan da: "bacardığı" zaman
müqəssiri bağışla; çünki bu gözəl bir işdir. Sözünün məzmununca, onun
xahişini qəbul etdi. Onlar Ağa körpüsündə görüşərək sülh etdilər. Barışıq əhd
və peymanla möhkəmləndi. Fətəli xan mərhum Pənah xana dedi: Bundan sonra
dövlətlərimiz arasında ayrılıq və məmləkətlərimiz arasında düşmənçilik
olmayacaqdır. Bunun əksini düşünmək ağılagəlməz bir xəyaldır. İndi sizdən
dostcasına xahiş və ricamız budur ki, əgər mümkün olsa uca xasiyyətli
xanzadəni bir neçə günlüyə bizim çadırımıza qonaq göndərəsiniz. Bu bizə qarşı
böyük qonaqpərvərlik və (bizdən ötrü də) son dərəcə başıucalıq olar: çünki
İbrahim ağanın məhəbbəti ürəyimizi kabab edib, gözlərimizi yaşla
doldurmuşdur. Bu vasitə ilə biz də onun ziyarətinə nail olanq, onu görüb
ürəyimiz təsəlli tapar. Sonra onu böyük bir ehtiramla və calalla hüzuruna
göndərərik".
Mərhum Pənah xan da onun qəliz və yalan sözlərinə etibar etdi. Gözünün
işığı olan igid oğlunu bilikli və natiq adamlarla Fətəli xanın ordusuna göndərdi.
Bu xəbər Fətəli xana yetişincə, fərəh və şadlıq izhar etdi. Övlad və
əqrəbasından, əmir və sərkərdələrindən bir neçə nəfərini İbrahim Xəlil ağanın
istiqbalına göndərdi. (Xanzadə) sonsuz hörmət və hədsiz ehtiramla (Fətəli
xanın ordugahına) yetişdi.
Bir neçə gün qaldıqdan sonra o baxıb gördü ki, qayıtmağa izin ala bilmir;
hər gün bir xana, hər gecə bir əmirə qonaq olub, onların süfrəsi başında vaxt
keçirməkdən bir şey çıxmır. (Buna görə) Pənah xana yazdı: "Belə məlum olur
ki, Fətəli xan məni də özü ilə bərabər aparmaq fikrindədir. Mənim qaladakı
(Şuşadakı) kürən atımı təcili surətdə mənə göndərin... səba yelitək mənzil kəsən
o atın köməyilə qaça bilim". At, Fətəli xanın ordusuna yetişincəyə qədər, Fətəli
xan köçmək təbilinin sədasını mavi göylərə yetirdi
1
.
"Qarabağnamə"lərdə həmin müharibənin nəticəsi eyni şəkildə, gedişi isə
müxtəlif variantlarda qələmə almır.
Fətəli xan Pənah xanın oğlu İbrahimxəlil ağanı əsir edib Urmiyaya
aparmaqla ona böyük mənəvi əzab verdi. Pənahəli xan Fətəli xandan qisas alıb
oğlunu xilas etmək fikrinə düşdü. Belə bir məqsədi həyata keçirmək üçün
Pənahəli xan hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndlə birləşdi.
Pənah xanın Fətəli xan əleyhinə mübarizə məqsədilə Kərim xan Zənd ilə
ittifaq yaratmasını Əhməd bəy Cavanşir belə təsvir edir: "O zaman İranda
Fətəli
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.53.
208
xandan başqa bir də Kərim xan Zənd məşhur idi. O, hakimiyyət arzusunda
olmaqdan başqa, həm də döyüşdə onun qardaşını öldürən Fətəli xana qan
ədavəti bəsləyirdi. Pənah xan bu ədavətdən istifadə edib onun anına qasidlər
göndərdi. Onlar öz birgə hərəkətləri barəsində razılığa gəlib hər iki tərəfdən
Fətəli xanın üzərinə hücuma keçdilər və onu məğlub edib özünü əsir aldılar və
İbrahim xanı da sağ-salamat geri qaytardılar.
Ümumi düşmən üzərində əldə edilmiş birgə qələbədən sonra qaliblərdən
yalnız biri üstün olmalı idi. Şübhəsiz ki, bu birincilik, artıq, demək olar ki,
bütün İranı özünə tabe etmiş Kərim xan Zəndin elinə keçdi. Kərim xan
təcrübəli bir məsləhətçi adı ilə həm onun özünü, həm də oğlunu Şiraza öz
yanına apardı. Az sonra İbrahimxəlil ağaya xanlıq fərmanı və hədiyyələr
verərək Qarabağa yola saldı. Pənah xan bir müddət sonra Şirazda vəfat etdi.
Mirzə Yusif Qarabaği Pənah xanın ölümü barədə yazır: "...Deyirlər ki,
Pənah xan qəsdən özünü ölülüyə vurmuş idi: o, öz yaxın adamlarına vəsiyyət
etmişdi ki, öləndən sonra onun cənazəsini Qarabağa aparsınlar. Bu hiylə və
xüsusi məqsədlə Şirazdan çıxıb yolda ata minib Qarabağa getsin və burada da
öz hökmranlığını davam etdirsin. Kərim xan Pənah xanın fikrini başa düşərək
deyir: "Pənah xan mənim xeyirxah dostumdur. Buna görə də mən gərək onun
cənazəsini tam hörmətlə Qarabağa göndərəm. Onun qarnını yarıb ədviyyat ilə
doldurduqdan sonra Qarabağa yola saldı...".
A.Bakıxanov yazır ki, Kərim xan Zənd İbrahim xana fərman verərək onu
Qarabağa hakim göndərmişdir
1
.
Mirzə Adıgözəl bəy isə bu hadisəni belə qələmə almışdır: "Kərim xan Zənd
...İbrahimxəlil ağanı hüzuruna çağıraraq ona qiymətli xələt, cavahiratla
bəzədilmiş bir qılınc, qızıl yəhər və yaraqlı bir at bağışladı. Qarabağ vilayəti-
nin xanlıq fərmanını ona verib, evə qayıtmasına izin verdi"
2
.
Əhməd bəy Cavanşir Pənah xanın vəfatı barədə aşağıdakı məlumatı verir:
"Hicri 1174-cü ildə İbrahim xan Şuşaya qayıtdı, bundan iki ay sonra isə
Şirazdan mərhum Pənah xanın cənazəsi gətirildi
3
. Əslində Pənahəli xan 1763-
cü ildə vəfat etmişdi.
Mirzə Yusif Qarabaği "Tarixi-Safi" əsərində Pənahəli xan dövründə
Şuşanın memarlıq abidələri haqqında da bəzi maraqlı məlumatlar verir. O yazır
ki, Şuşa ilk dəfə tikilərkən onun dörd darvazası olmuşdur. Bu darvazalardan
biri şəhərin şimali-şərq tərəfində yerləşirdi ki, Şuşakəndə tərəf idi və ona xalq
arasında Müxətər darvazası adı qoymuşdular. İki darvaza isə şimal ilə qərb
arasında idi. Bu darvazaların birinə İrəvan darvazası, digərinə isə Gəncə
darvazası deyilirdi. Dördüncü darvaza isə cənuba tərəf açılırdı ki, bu darvazanı
yenidən hörmüşdülər.
1 Bax: Abbasqulu ağa Bakıxanov. "Gülüstani-İrəm". Bakı, 1926, səh.131.
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.212.
3 Yenə orada, səh.185.
209
XIX əsrin əvvəllərində Şuşanın yalnız üç darvazası qalmışdı. Sonrakı
dövrlərdə yalnız iki - giriş və çıxış darvazası qalmışdı ki, bunlardan biri İrəvan,
biri isə Gəncə istiqamətində idi. "Qarabağnamə"lərdə Pənah xanın Şuşada
hakimiyyətə başlamasından az sonra xüsusi zərbxana düzəldib pul kəsməsini
qeyd edirlər. Mirzə Yusif yazır ki, Şuşada Pənah xan tərəfindən sikkəxana
tikildi. Pənahi adı ilə bir misqal vəznində gümüşdən pul sikkəsi vurulurdu.
Sikkənin bir tərəfindən Pənahabad, o biri tərəfində isə "Lailahəilləllah,
Məhəmmədən Rəsullüllah" sözləri yazılmışdır. Pənahinin altısı bir manat,
səkkizi isə Qarabağ tüməni adlanırdı. Pənah xanın buraxdığı pul Qarabağın
Rusiya tərkibinə daxil edilməsindən sonra da öz dəyərini saxlamışdı.
Şuşa şəhərinin binası qoyularkən Pənahəli xan şəhərin ərazisini məhəllələrə
(kvartallara) bölmüşdü. Mirzə Yusif Qarabağiyə görə, Şuşa şəhərindəki ilk
məhəllələrin sırasında Qurdlar, Quyuluq, Çuxur, Hacıyusifli, Merdinli,
Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Hamam arası və ümumən 16
məhəllə salınmışdır. Tədricən bu məhəllələrdə su quyuları qazılır, hamamlar
tikilir, məscidlər bina olunurdu. Şəhərin bütün məhəllələrində çirkli suları
şəhərdən uzaqlaşdırmaq üçün geniş kanalizasiya sistemi mövcud idi.
İbrahim Xəlil xan dövründə Şuşa şəhərində 17 məhəllə mövcud idi. Məhəllə
məscidlərindən başqa ümumşəhər əhalisinin istifadəsi üçün iki Cümə məscidi
tikilmişdir.
Pənahəli xan 1748-1759-cu illər arasında 12 il Qarabağ xanı olmuşdur.
Onun hakimiyyəti dövrü aşağıdakı mühüm hadisələrlə səciyyələnir: Pənahəli
xan iki əsrdən artıq davam edən Qarabağ bəylərbəyiliyinə son qoydu. Həmin
ərazidə iki xanlıq: Qarabağ və Gəncə xanlığı yaratdı. Qarabağ Xəmsə
məliklərini öz itaəti altına aldı. Kəbirli mahalında Bayat qalasını tikdi, həman
qalada şəkili Hacı Çələbi xana qalib gəldi. Xanlığın müdafiə qabiliyyətini
gücləndirmək üçün Şahbulaqda Tərənküt qalasını tikdi. Şirvan, Gəncə, Şəki,
Naxçıvan, İrəvan, Qaradağ xanlıqlarını onunla hesablaşmağa məcbur etdi.
Təbriz, Qaradağ, Naxçıvan xanlıqları hesabına Qarabağ xanlığının ərazisini
genişləndirərək, Zəngəzur, Qapan, Mehri yaşayış ərazilərini Qarabağa
birləşdirirdi. Nüfuzu artan Pənahəli xan daha böyük müharibələrə sinə gərmək
üçün Şuşa qalasını tikdi. O, Şuşa qalası ətrafında Qarabağa hücum etmiş
Məhəmməd Həsən xan Qacara qalib gəldi. Fətəli xan Əfşarın Qarabağda 8 aya
yaxın davam edən müharibəsində onu geri oturtdu. Pənahəli xana qarşı hiylə
işlədən və onun oğlunu xəyanətlə Qarabağdan Urmiyaya əsir aparan Fətəli xanı
qəti ezmək üçün Kərim xan Zəndle ittifaqa girdi və onu Urmiya yanında
məğlub etdi. Şirazda 1763-cü ildə vəfat edən Pənahəli xan öz vəsiyyətinə görə
Ağdama gətirildi və ata-baba mülkündə dəfh olundu. Sonralar Qarabağ xanları
və onların övladları, arvadları və yaxın əqrəbaları da Ağdamda xanlıq
qəbiristanlığında dəfn edildilər...
210
|