Bütün türkl ərin tərcümanı ~ 1 ~ Abid Tahirli


«TƏRCÜMAN»: TÜRK DÜNYASININ MƏTBUAT VƏ İCTİMAİ



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix31.01.2017
ölçüsü1,7 Mb.
#7139
1   ...   12   13   14   15   16   17   18   19   20

 
«TƏRCÜMAN»: TÜRK DÜNYASININ MƏTBUAT VƏ İCTİMAİ 
FİKİR TARİXİNDƏ YENİ MƏRHƏLƏ 
 
Tarixin v
ə taleyin hökmü ilə pərən-pərən düşmüş türk xalq-
ları  XIX  əsrdə  çar  Rusiyasının  ruslaşdırma,  «parçala,  hökm  sür» 
kimi m
ənfur siyasəti nəticəsində tənəzzül edir, ətalət və cəhalət ba-
taqlığında  boğulurdu.  Dar  düşüncəli  mövhumatçıların, fanatiklərin 
islamı özünəməxsus şəkildə şərh, təsvir, təbliğ etməsi, digər tərəf-
d
ən missionerlərin qərəzli, məkrli münasibəti dini dəyərlərə  kölgə 
salır, Rusiya müsəlmanlarını Avropanın qabaqcıl elmi, mədəni, ədə-
bi, m
ətbu həyatından, tərəqqidən təcrid olunmuş vəziyyətdə saxla-
yırdı. 
XIX 
əsrin  II  yarısı  XX  əsrin  əvvəlləri Rusiya müsəl-
manlarının lideri İsmayıl Qaspiralı (1851-1914) yeni üsullu məktəb 
yaratmaqla, ortaq 
ədəbi dili formalaşdırmağa çalışmaqla və Rusiya 
müs
əlmanlarını  «dildə, fikirdə, işdə  birlik»  ideyası  ətrafında 
birl
əşdirmək  missiyası  ilə  «Tərcüman» qəzetini buraxmaqla türk 
xalqlarının dünyagörüşlərində ciddi dəyişikliklərə nail oldu, onların 
h
əyat və  təfəkkür tərzində  dönüş  yaratdı.  Heç  şübhəsiz ki, 
«Müs
əlmanların  yolunu  nurlandıran  çırağın»  (Əli  Mərdan bəy 
Topçubaşov) – İsmayıl bəyin tarixi xidmətlərinin ən önəmlisi naşiri, 
redaktoru, 
ən məhsuldar  yazarı  olduğu  «Tərcüman» qəzetidir və 
t
əsadüfi deyil ki, bəzən mətnlərdə  «Qaspiralı»  və  «Tərcüman» 
sinonim sözl
ər kimi bir-birini  uğurla  əvəzləyir. Azərbaycan 
ədəbiyyatşünaslıq  elminin  patriarxı  Firudin  bəy Köçərli Rusiya 

• Bütün türkl
ərin tərcümanı 

281
 ~ 
 
müs
əlmanları,  o  cümlədən azərbaycanlılar  adından  İ.Qaspiralının, 
onun «T
ərcüman»ının  tarixi  xidmətlərini dəqiq və  sərrast ifadə 
etmişdir: «…dünyadan bixəbər idik. İsmayıl Qaspiralı «Tərcüman»ı 
il
ə bizi ayıltdı». 
H
ələ  ilk qələm məhsullarından  olan  «Baxçasaray  məktub-
larında»  «Xalqın  çoxu  Allahın  kitabından  başqa  bir  kitabın 
varlığından  xəbərsizdir», yaxud «Rusiya müsəlmanları»  əsərində 
«müs
əlman  Allah  kitabından  başqa  kitab,  ilahiyyatdan  başqa  elm 
tanımaz» yazan «Rusiya müsəlmanlarının milli intibahında mühüm 
amil olan» (professor Fuad Köprülüzad
ə)  İ.Qaspiralı  durğunluq, 
ətalət, cəhalət içində  mürgüləyən, geriləyən milləti  ayıltmaq,  ona 
insanlıq  haqqını  anlatmaq,  şüurunu  inkişaf etdirmək, onu tərəqqi 
yoluna  çıxarmaq  üçün  haqlı  olaraq  qüdrətli vasitə  kimi mətbuatı 
seçmişdi. 
Avropa m
ədəniyyətini,  ədəbi-mətbu həyatını  dərindən 
m
ənimsəyən, müntəzəm izləyən «türkçülük hərəkatının  mərkəzi 
siması, yaxşı bir müəllim, mahir bir qəzetçi, mümtaz bir redaktor, 
ictimai v
ə siyasi mütəfəkkir, fəal xalq xadimi» (Yusif Akçuraoğlu) 
İ.Qaspiralının  qənaətincə, millətin  varlığı  üçün  onun  mətbuatının 
olması  şərtdir: «Bir insana nitq və  dil nə  qədər gərəkdirsə, çox 
insanlara, y
əni bir millətə, bir qövmə  mətbuat və  nəşriyyat  o 
d
ərəcədə  gərəkdir: çünki mətbuat  xalqın,  millətin dilidir. Mətbuat 
mill
ətin bir dilidir ki, səsi  dünyanın  bir  tərəfindən o biri tərəfinə 
q
ədər gedər. Bir dildir ki, sədası min il sonra da eşidilər. Mətbuat 
bir qüvv
ədir ki, dənizlərin, çöllərin bir tərəfindən o biri tərəfinə 
keç
ər,  zamanları  bir-birinə  qovuşdurar.  Dövrümüzdə  bu nəhəng 
qüvv
əyə  malik olan kiçik və  böyük millətlər  olduğu  halda,  bizdə 
m
ətbuat  əsərinin yox deyiləcək dərəcədə  olması  neçə  vaxtlardan 

• Abid  Tahirli
 

282
 ~ 
 
b
əri könlümüzə bir qayğı, bir ağrı verməkdə idi» (İ.Qaspiralı. Halın 
ifad
əsi. «Tərcüman» qəzeti, № 24, 1883). 
H
əsən bəy Zərdabinin «Əkinçi»si (1875-1877) ilə başlayan 
Rusiya müs
əlmanlarının  mətbu həyatı  İ.Qaspiralının  «Tərcüman»ı 
il
ə  (1883-1918)  yeni  inkişaf  mərhələsinə  qədəm qoydu.  Obrazlı 
yazsaq, H.Z
ərdabi  «Əkinçi»sini  vilayətin  aynasına,  İ.Qaspiralı  öz 
q
əzetini bütün türklərin tərcümanına  çevirməyə  nail oldu. Yusif 
Akçuraoglunun t
əbirincə, «bütün türk millətinin müəllimi» İsmayıl 
Qaspiralı çar hökumətinə qəzet, yaxud məcmuə buraxmağa razılıq 
verilm
əsi üçün dəfələrlə  müraciət  etmiş,  hər dəfə  rədd  cavabı 
almışdır.  Böyük  gücə  və  sarsılmaz  iradəyə  sahib  olan  İ.Qaspiralı 
q
əzet  buraxmaq  üçün  inadla,  israrla  çalışmaqla  yanaşı,  «Gənc 
Molla»  imzası  ilə  Ağməsciddə  (Simferopol) rus dilində  çıxan 
«Tavrida» q
əzetinə  Rusiya müsəlmanlarının  həyatından  bəhs edən 
m
əqalələr  yazır,  broşuralar,  kitabçalar  nəşr  etdirir.  1881-ci ildə 
Ağməsciddə «Rusiyada müsəlmanlıq: bir müsəlmanın müşahidələri, 
fikir v
ə qeydləri» kitabçasından sonra İ.Qaspiralı «Tonğuç» adlı 4 
s
əhifəlik məcmuə buraxır. Nəşrin 2-ci nömrəsi eyni adda qəzet kimi 
Tiflisd
ə  Ünsizadə  qardaşlarının  «Ziya»  mətbəəsində  1881-ci ildə 
işıq üzü görür. 
Ümumiyy
ətlə, «Tərcüman»a qədər İ.Qaspiralı «Tonğuç» və 
«Şəfəq»dən sonra «Kəmər», «Ay», «Ulduz», «Günəş»,  «Həqiqət» 
v
ə  «Lətail» kimi məcmuə  və  qəzet  adı  ilə  nəşrlər, eyni zamanda 
«Salnameyi-türki» v
ə  «Miratı-cədid»  adlı  almanaxlar  buraxmışdır. 
N
əhayət, dəfələrlə rəsmi müraciətdən, təkrar-təkrar Peterburqa təpik 
döydükd
ən, nazirlərin qəbuluna düşdükdən sonra İ.Qaspiralı 1882-
ci  ilin  avqust  ayının  5-də  «Tərcüman»ın  nəşrinə  icazə  almağa 
müv
əffəq olur. Lakin problem bununla bitmir. Qəzet çapdan əvvəl 
senzuranın  razılığı  üçün  Baxçasaraydan  Peterburqa  göndərilir, 

• Bütün türkl
ərin tərcümanı 

283
 ~ 
 
senzuradan keçdikd
ən sonra geri – Krıma qaytarılır və nəşr edilirdi. 
Çox ciddi probleml
ərə  baxmayaraq,  qısa  müddət  ərzində  Rusiya 
müs
əlmanlarının  məskunlaşdığı  bütün  ərazilərdə, eləcə  də 
Türkiy
ədə,  İranda,  Misirdə,  Əlcəzairdə,  Hindistanda,  Rumıniyada, 
Bolqarıstanda,  Çinin  Şərqi  Türkistanında  yayılan,  böyük  əks-səda 
doğuran,  ilk  vaxtlar  cəmi 320 nüsxə  çıxan  «Tərcüman»ın  tirajı 
sür
ətlə  artır  və  20 mini keçir. Rusiya müsəlmanlarının  tribunasına 
çevril
ən «Tərcüman» illər sonra –  1912-ci ildə  bu vaxta kimi 
daşıdığı  və  bundan  sonra  da  daşıyacağı  missiyasını,  məramını 
q
əzetin daimi şüarı kimi birinci səhifəyə çıxardığı 4 sözlə ifadə etdi: 
«Dild
ə, fikirdə, işdə birlik». İ.Qaspiralı ilk yaradıcılığa «cəsəd kimi 
olan Rusiya müs
əlmanlarının bədəninə yeni həyat, yeni fikir, yeni 
bir h
əvəs vermək,  onu  canlandırmaq»  arzusu ilə  başlamışdı,  qəti 
əminliklə söyləmək olar ki, bu dahi insan gözlərini əbədi yumarkən 
artıq məqsədinə çatmışdı... 
İ.Qaspiralı  irsində  H.Zərdabinin mətbu fəaliyyətinin, onun 
«Əkinçi»sinin, digər Azərbaycan mətbuat nümunələrinin, Azərbay-
can m
ətbəələrinin tarixi əhəmiyyətinin dəfələrlə şükranlıqla, qədir-
bil
ənliklə vurğulandığına rast gəlinir. «Baxçasaray məktubları»nda 
v
ə  «Rusiya müsəlmanları»  adlı  əsərlərində  «böyük idealist» 
(Ceyhun Hacıbəyli) İ.Qaspiralı Tiflisdə tatarca (Azərbaycan dilində) 
«Ziyayi-Qafqaziyy
ə»  adlı  qəzetin nəşrini  məmnunluqla qeyd edir. 
1884-cü ild
ə  qələmə  aldığı  «Rusiyada  mətbuat və  islam 
n
əşriyyatları» məqaləsində («Tərcüman», № 1, 1884) həmin dövrdə 
Rusiyada n
əşr olunan mətbu orqanlar və kitablar haqqında məlumat 
verir: O ill
ərdə  Rusiyada türk dilində  vur-tut 4 qəzetin  –  Tiflisdə 
Az
ərbaycan dilində «Ziya», «Kəşkül» və Daşkənddə özbək dilində 
«Türkistan q
əzeti», Baxçasarayda tatarca-rusca «Tərcüman»ın 
çıxdığını qeyd edir. Rusiyada nəşr olunan kitabların siyahısından isə 

• Abid  Tahirli
 

284
 ~ 
 
m
əlum olur ki, bir neçəsi istisna olmaqla, nəşr  edilən  kitabların 
böyük 
əksəriyyəti dini mövzuludur. Aleksey Çernyayevski ilə 
S
əfərəlibəy Vəlibəyovun «Vətən dili» (1883-cü il, Tiflis), Mirzə 
F
ətəli Axundovun komediyalarının (1859-cu ildə «Təmsilat» adı ilə, 
Tiflis) n
əşrini məmnunluqla yazan müəllif H.Zərdabinin buraxdığı 
«Əkinçi»  qəzetini  «az  zaman  davam  etmiş  isə  də,  donmuş  və 
buzlamış  fikirlərə  şimşək  kimi  ziya  vermiş  idi»  -  yazaraq 
d
əyərləndirir. 
«Rusiya müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı» adlı 
m
əqalədə o dövr Rusiya imperiyasında fəaliyyət göstərən 8 mətbəə, 
o cüml
ədən azərbaycanlılara  məxsus Tiflisdə  «Ünsizadələr 
m
ətbəəsi», Bakıda «Doktor Axundov və Əli Mərdan bəy mətbəəsi», 
el
əcə  də  dərs vəsaitləri,  ədəbi-elmi,  dini  kitabların  adı,  nəşr 
olunduğu  şəhər,  naşiri,  nəşr  tarixi,  redaktorları  haqqında  müfəssəl 
m
əlumat verir. 
Türk-
islam dünyasının parlaq zəka sahiblərindən Əhməd bəy 
Ağaoğlu  «bir  mürşid,  bir  ustad  və  bir dost» deyə  təqdim etdiyi 
İ.Qaspiralının  millətin  şüuruna  təsir etməyin  ən təsirli üsulu kimi 
m
ətbuatı  və  məktəbi seçməsini təqdir  edirdi.  Ə.Ağaoğlunun 
fikrinc
ə,  İ.Qaspiralının  təqib etdiyi qayə  türklərə  özlərini 
tanıtdırmaq,  milli  şüuru  inkişaf  etdirərək,  onlara  bir  olduqlarını 
t
əlqin etməkdən ibarətdir. Fikir, dil və duyğu birliyini duymuş bir 
qövm 
əslində milli şüuru və mənəvi vəhdəti duymuş olur: «Və bu 
qay
əyə çatmaq üçün ən əvvəl türkləri hər yerdə boğan, birliyindən 
ayıran, milli şüurdan məhrum edən cəhalətlə mübarizəyə girişir və 
bunun üçün d
ə ən müəssir (ən təsirli – T.A.) amil olaraq mətbuatla 
m
əktəbə müraciət etdi. Məktəb və mətbuat: türklüyü xilas edəcək o 
iki silah! V
ə mərhum bütün həyatını türkləri silahla təchiz etməyə 
x
ərclədi. O zaman Rusiya türkləri içində nə korrektor, nə müxbir, nə 

• Bütün türkl
ərin tərcümanı 

285
 ~ 
 
d
ə qəzet tərtibçisi vardı. İsmayıl bəy ailəsi ilə həm mühərrir, həm 
mür
əttib və həm də  müvəzilik (poçtalyon – T.A.) vəzifələrini icra 
edirdi. Q
əzeti  oxutdurmaq  üçün  İsmayıl  bəy dəfələrlə  Krımdan 
Qafqaza, Türkistan, Buxara, Kazan v
ə Orenburqa qədər səfər edərək 
qapı-qapı  dolaşmaq  məcburiyyətində  idi!»  Əhməd bəy  Ağaoğlu 
İ.Qaspiralının  vəfatı  münasibəti ilə  qələmə  aldığı  həmin  yazıda 
(«Türk  yurdu»,  1914,  №  12)  onun  bu  səfərlər  zamanı  üzləşdiyi 
cahil, qafil, milli hissl
ərdən məhrum, mücahidlərini təqdir etməyən 
mühit t
ərəfindən nə  qədər mənəvi təzyiqlərə, maddi  sıxıntılara 
m
əruz  qaldığını  ürək  ağrısı  ilə  yazır,  eyni  zamanda  göstərirdi ki, 
bütün bunlara baxmayaraq, «T
ərcüman» damla-damla  axır,  hər  
damlası hər yerdə yavaş-yavaş təzə, gözəl çiçəklər yetişdirirdi». 
Şəxsi həyatı  və  yaradıcılığı,  bütün  ruhu  ilə  Azərbaycana 
bağlı  olan  «möhtərəm  ata»  (Şəfiqə  xanım  Əfəndizadə), «sevimli 
p
ədər»  (Əliabbas  Müznib)  İ.Qaspiralı  dəfələrlə  Qafqaza  –  Bakı, 
Tiflis, Naxçıvan, Şəki, Şamaxıya… səyahət etmiş, azərbaycanlıların 
m
ətbuata, məktəbə marağını yüksək dəyərləndirmiş, bu sahədə daha 
yüks
ək uğurlar qazanılması üçün tövsiyələrini öz silahdaşlarından, 
h
əmkarlarından  əsirgəməmişdir.  «Böyük  və  əzmkar türk 
q
əhrəmanı» (Xəlil Xasməmmədli) İ.Qaspiralının sıx əlaqə saxladığı, 
əməkdaşlıq etdiyi, fəaliyyətlərini daim izlədiyi ziyalılar, o cümlədən 
m
ətbuat xadimləri, maarif, teatr fədailəri isə  çox idi. Həsən bəy 
Z
ərdabi, Seyid Əzim Şirvani, Nəriman Nərimanov, Əli Mərdan bəy 
Topçubaşov,  Əli  bəy Hüseynzadə,  Əhməd bəy  Ağaoğlu,  Sultan 
M
əcid Qənizadə, Ünsizadə  qardaşları,  Üzeyir  Hacıbəyov, 
M
əhəmmədağa  Şaxtaxtlı,  Cəlil Məmmədquluzadə… kimi xalq 
xadiml
ərinin fəaliyyəti  daim  İ.Qaspiralının  diqqət mərkəzində 
olmuş, onlar barədə «Tərcüman»da yazmış, əsərləri haqqında rəy və 
mülahiz
ələrini söyləmiş, mübahisə, fikir mübadiləsi etmişdir. Seyid 

• Abid  Tahirli
 

286
 ~ 
 
Əzim  Şirvanini  «milli  şairlərimizdən  biri»  adlandırdığı  İ.Qaspiralı 
onun 
əsərlərindən bəzi  parçaları  «Tərcüman»da dərc edir, eyni 
zamanda h
əmin nümunələrin sadə  türkcə  olduğunu  təqdir edir. 
«T
ərcüman»ın  bu  təşəbbüsü və  mövqeyi  İzmirdə  çıxan  «Ahenk» 
adlı  qəzetin  xoşuna  gəlmir və  Seyid  Əzim  Şirvaninin  dilinin  sadə 
türkc
ədə  olmadığını  yazır.  «Tərcüman» «Digər  cavab»  adlı 
m
əqalədə (№ 37, 1895) öz mövqeyini müdafiə edir: «Bəli, ola bilər 
ki, Seyid Əzimin dili dediyimiz kimi «sadə» görülməmişdir, fəqət 
«sad
ə»nin nə olduğunu aydınlaşdırsaq, məsələ aydın olar. Sadə dil 
bizim fikrimizc
ə, hər kəs tərəfindən istifadə olunan və asan anlaşı-
lan dildir. Ərəb və fars dilindən ümumi türk dilinə keçmiş «səadət», 
«b
əxt», «səadətli», «bəxtli», «atəş»,  «atəşli»…  və  bunlara bənzər, 
h
ər kəs tərəfindən işlənən sözləri qələmə almaq, zənn edərik ki, dili 
sad
əlikdən  düşürməz; lakin bütünlükdə  qövmə  məlum olmayan 
terminl
əri söyləyib yazmaq sadəlik dairəsindən  çıxmaqdır.  Seyid 
Əzimin şeirlərində olan ərəb, fars sözləri türk çobanlarına da məlum 
olduğundan, onun dilinin sadə olduğuna işarət etmişdik və fikrimizi 
t
əkrar  edirik».  İ.Qaspiralı,  «Tərcüman» bununla bir tərəfdən öz 
mövqeyini müdafi
ə edir, digər tərəfdən dilin sadələşdirilməsi tərəf-
darı  olduğunu,  ortaq  ədəbi dilin sadə  türkcədən formalaşdırılması 
üçün fürs
ət düşdükcə mücadilə etdiyini nəzərə çatdırır. 
Eyni il
ə  «Məcid bəy Qənizadə  ilə  Nəriman Nərimanovun 
olduqca milli 
ədəbiyyat  üçün  çalışdıqlarını  şükranlıqla»  yazan 
İ.Qaspiralı Əbdürrəhim bəy Haqverdiyevin «Dağılan tifaq» əsərini 
«çox ibr
ətli risalə» kimi təqdir edir (Bəsirəti ədəbiyyə. «Tərcüman», 
№ 39, 1899). «Bir rəsm bir hekayə qədər məlumat, duyğu, düşüncə 
v
ə fikir verir. Bir saat oxumaqla anlaşılacaq bir hal və ya hadisəni 
bir göz atışı ilə anlaşılacaq tərzdə rəsmlər ərz və bəyan edər». Bu 
cüml
ələr  İ.Qaspiralının  «Mola  Nəsrəddin»  adlı  məqaləsindən 

• Bütün türkl
ərin tərcümanı 

287
 ~ 
 
(«T
ərcüman»,  №  4,  1914)  götürülmüşdür.  Bu  satirik  jurnalı  çox 
m
əqbul, mötəbər, «əyləncəli, lakin ibrətli» adlandıran müəllif onun 
daha  geniş  yayılmasını  arzulayır.  Onun  fikrincə,  Mollanın  gülüşü 
düşmən gülüşü deyildir, tərbiyə edən, düşündürən gülüşdür. Məqa-
l
ədə İ.Qaspiralı Bakıda nəşr olunan «Məktəb» jurnalını da almağı, 
uşaqlara oxutmağı təkidlə tövsiyə edir. 
«Böyük  İsmayıl  bəy» (Məhəmməd Hadi) qeyd etdiyimiz 
kimi, daim Az
ərbaycan ədəbi-mədəni, mətbu həyatını izləyir və baş 
ver
ən yeniliklərə, proseslərə  dərhal münasibət bildirir. «Tiflisdə 
yeni q
əzet» (№ 15, 1903) adlı yazıda «Şərqi Rus» qəzetinin nəşrə 
başladığını sevinclə oxuculara xəbər verir: «Qafqaz üçün bir qəzet 
lazım olduğu çoxdan bəri hiss olunurdu. Buna baxmayaraq, bir neçə 
d
əfə  təşəbbüs edilsə  də, icazə  verilməmişdir.  Bu  dəfə  işə 
M
əhəmmədağa Şahtaxtlı başlayıb imtiyaz almaya nail oldu. Təbrik 
edir, uğurlar arzulayırıq. 20 ildən bəri «Tərcüman» yalnız çalışırdı. 
İndi  dostu  zühur  etdi. Ümid edirik ki, məsləki də  başqa  olmaz. 
Yalnızlığımız bizə çox ağır gəlirdi. İş çox, məsələ çox. Qələm bir 
idi,  iki  oldu».  Doğrudur,  İ.Qaspiralı  daha  sonra  M.Şahtaxtlının 
«yeni 
əlifba» mövzusunda təşəbbüslərini kəskin tənqid, hətta 
ittiham edir, lak
in bütün bunların ümumən tərəqqi naminə edildiyi 
şəksizdir. Yeri gəlmişkən  qeyd  olunmalıdır  ki,  bu  məsələ  – 
M.F.Axundovla  başlayan,  M.Şahtaxtlı  ilə  davam etdirilən «əlifba 
islahatı»nı,  «yeni  əlifba»  ideyasını  İ.Qaspiralı  radikal  addım  kimi 
r
ədd  etmiş,  bunun  əvəzində  hazırda  məktəblərin  sayının 
artırılmasını,  dərs  proqramlarının  islahının  həyata keçirilməsini 
daha z
əruri hesab etmişdir. 
«...
əsla yorulmaq və  usanmaq bilməyərək müsəlmanlar və 
müs
əlmanlıq yolunda çalışan» (Haşım bəy Vəzirov) İ.Qaspiralının 
«Açıq məktub»  adı  ilə  «Həyat» qəzetinə  ünvanladığı  yazı  çox 

• Abid  Tahirli
 

288
 ~ 
 
diqq
ətçəkən, təsirli, ibrətamiz və  xoş  məramlıdır.  «Möhtərəm 
dostum»la başladığı, «qardaşım» - deyə bitirdiyi məktubunu «həm 
rica, h
əm nəsihət, həm də vəsiyyət» adlandıran İ.Qaspiralı 1905-ci 
ild
ə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun redaktorluğu 
il
ə  çıxan  «Həyat» qəzetinə  rəğbətini, «Həyat»ın  nəşrə  başlaması 
üçün duaçı olduğunu gizlətmir: «Şükür Xudaya! Maşallah zamana! 
İyirmi  illik  həsrətdən sonra «Həyat»  göründü!  «İrşad»  eşidildi! 
Ümidvaram ki, «H
əyat» «İrşad»a, «İrşad» «Həyat»a xidmət edər!» 
İ.Qaspiralıya  görə  insanların  ayrılığına  səbəb üçdür: məsafə, din 
f
ərqi, dilsizlik. O, yazır ki, dinimiz birdir, məsafə problemi də elmi-
texniki nailiyy
ətlərin sayəsində həll olunur. Lakin «dilsiz» olmağı-
mız,  yəni ümumi ədəbi  dilimizin  yoxluğu  bizləri  ayrı  salmışdır. 

əllif «Tərcüman»ın  nəşr  tarixinə  işarə  vuraraq  yazır:  «25  ildən 
b
əri dediyim, yazdığım, çalışdığım budur, cığır, yol açmaq. Çünki 
n
əcib, dözümlü, güclü, cəsarətli türk millətinin pərakəndə olub Çin 
s
əddindən  Ağ  dənizə  qədər  yayıldığı  halda  lal-dinməz, səssiz-
s
əmirsiz, dalğın qalması ümumi dilə malik olmadığından irəli gəlir. 
Bu etiqad il
ə ömür etdim, bu etiqad ilə məzara gedəcəyəm. 25 ildən 
b
əri bu məslək üçün silahdaş gözləyirdim. Bunun üçün «Həyat»ın 
vücudu m
ənə  böyük təsəlli  oldu».  İ.Qaspiralı  Kazanlı,  Krımlı, 
Şirvanlı,  Bakılı,  Hacıtarxanlı,  Sibiryalı,  Türkistanlı,  Buxaralı… 
türkl
ərin «Tərcüman»ı  oxuyub  anladıqlarını  gördükdə  özünü 
b
əxtiyar hesab etdiyini və  ümumi dil üçün bundan sonra da 
çalışmaq lazım olduğunu yazır, tövsiyə edir. İ.Qaspiralı mətbuatın 
xalqın tərəqqisinə xidmət etməli olduğunu xüsusi vurğulayır: «Əziz 
qardaşım,  mənə  «Həyat»ın  hamisi  demisən, gözəldir, lakin 
cüml
ənin təfsirə  ehtiyacı  var.  «Həyat»ın  həqiqi hamisi millətdir. 
M
ən  yalnız  onun  tərcümanıyam.  Millət həmişə  sənə  hami olar, 
f
əqət, yeganə şərtini unutma: hər nə yazsan qələmi üç qəpiklik qara 

• Bütün türkl
ərin tərcümanı 

289
 ~ 
 
mür
əkkəbə batırma, ürəyinə batırıb qanınla yaz, onda sözün keçər, 
vicdanlara çatar, 
əks halda səmərəsiz olar, ötər keçər». 
«Aciz «T
ərcüman»ımızın Kaşqardan, Kulçadan, Sibiryadan 
ta T
əbrizə,  Xorasana,  İstanbula  və  İzmirə  qədər  yayılması  heç  də 
q
əzetin mükəmməlliyinə  dəlalət etmir, buna səbəb qəzetin dilinin 
sad
əliyində,  toxunduğu  mövzuların  anlaşılan,  asan  bir  dildə  yazıl-
masındadır»  -  yazan  İ.Qaspiralı  («Tərcüman»,  №  11,  1897) 
«T
ərcüman»ın  dilinin  digər türk qəzetlərinin dilinə  də  sirayət 
etdiyini d
əfələrlə  məmnunluqla  vurğulamışdır.  «Dil  ili»  adlı  mə-
qal
ədə («Tərcüman», № 146, 1906) o, Bakıda nəşr olunan «İrşad», 
«T
əkamül», eləcə  də  Tatarıstanda  buraxılan  «Vakit»,  «Beyanül-
haqq», Başqırdıstanda çıxan «Yıldız», «Ülfət» kimi qəzetlərdə dərc 
olunmuş materiallardan parçalar təqdim edir və sonra oxucusuna üz 
tutur:  «Buyurun,  qardaşlar!  Hökm  edin,  təqdim etdiyimiz dil 
nümun
ələrində  bir-iki söz nəzərə  alınmazsa  bu  mətnlərin  hansının 
tatarca, başqırdca, Azərbaycanca olduğu bəlli olar?! Hamısı açıq və 
sad
ə, hər kəsin anlayacağı türkcə deyildirmi? «Tərcüman»ın tələb, 
iddia, arzu etdiyi d
ə  bu dildir». Dil birliyini böyük milli sərmayə 
adlandıran  İ.Qaspiralı  ismətli  analarımızın  dil  ilə  daşları  əridəcək 
sairl
ər,  ədiblər  doğacaqlarına,  onların  da  ümumi  dil  birliyinə  nail 
olacaqlarına əmin olduğunu, ümid etdiyini inamla yazır. «Farscamı, 
türkc
əmi»  adlı  məqalədə  («Tərcüman»,  №  85,  1907)  toxunulan 
problem bu gün d
ə  aktuallığını  saxlamaqdadır.  İ.Qaspiralı  İranın 
siyasi dair
ələrinin türk, Azərbaycan dilinə  düşmən münasibətini 
k
əskin tənqid  edir.  O,  yazır:  «Mərhum Həsən bəy Məlikovun 
t
əşəbbüsündən bu günədək Azərbaycanda türk dili işlədi: qəzetlər, 
teatrlar, risal
ələr türk dilində nəşr edildi. Bu dilin sayəsində sünni və 
şiələrin bir-birinə məhəbbət və ittifaqları artdı… ədavət söndü, unu-
duldu, qardaş qardaşı gördü, bildi, təkrar qucaqlaşdı, birləşdi…». 

• Abid  Tahirli
 

290
 ~ 
 
Türk dilin
ə qarşı «Tehrandanmı, ya da ki, başqa bir nöqtə-
d
ənmi» ortaya atılan ədavət İ.Qaspiralını bərk həyəcanlandırmışdı: 
«H
ər necə olursa olsun, bizim bu məsələdə əvvəldən bəri nəzərimiz 
v
ə indi deyəcəyimiz çox sadə bir şeydir: qısası, türk olanlar, harada 
olursa olsun, g
ərəkdir ki, ilk öncə  türkcə  danışsınlar,  oxusunlar, 
yazsınlar, sonra Rusiyada rusca, İranda farsca, Çində çincə bilməyə 
çalışsınlar, çünki zəruridir. Hökmdardan ötürü, məzhəbindən ötürü, 
iqlimind
ən ötürü heç bir qövmün dilinə, ədəbiyyatına təcavüz caiz 
olamaz: edilirs
ə, haqsızlıq olur».  
«T
ərcüman»ın  1908-ci il tarixli 76-cı  nömrəsində  dərc 
olunmuş «Bizlərdə ümumi dil və məslək ola bilərmi, ya yox?» adlı 
irih
əcmli məqalə  İ.Qaspiralının  Azərbaycan mətbuatı  ilə  nə  qədər 
yaxından maraqlandığına, dəyər verdiyinə, eyni zamanda hər hansı 
probleml
ə bağlı klassik qəzet polemikasına dair parlaq nümunədir. 
Yazıda  söhbət  Bakıda  nəşr  edilən «Tərəqqi» qəzetində  onun 
redaktoru, görk
əmli ictimai-siyasi xadim, istedadlı publisist Əhməd 
b
əy Ağaoğlunun «Tərcüman və ittihad» sərlövhəsi ilə dərc edilmiş 
(
1908,  №  94,  95)  məqaləyə  İ.Qaspiralının  «Tərcüman» qəzetində 
(№  76,  1908)  cavabından  gedir.  Məlum  olduğu  kimi  İ.Qaspiralı 
Rusiya  imperiyasındakı  türk  xalqlarının  tarix,  din,  dil,  adət-ənənə 
birliyini n
əzərə alaraq onların daha da yaxınlaşması, əqidə, məslək 
baxımından  birləşməsi, tərəqqi etməsi üçün ortaq ədəbi dil 
formalaşdırmaq təşəbbüsü ilə çıxış etmiş və bu istiqamətdə «Tərcü-
man» vasit
əsi ilə  müəyyən  işlər də  görmüşdür.  Ə.Ağaoğlunun 
m
əsələyə öz münasibəti var. Onun qənaətinə görə, Türkiyə əhalisi 
v
ə  Türkiyə  mətbuatı  ilə  Rusiyadakı  müsəlman  əhali və  müsəlman 
m
ətbuatı  arasında  heç  bir  ümumi  və  müştərək  əməl və  sifətlər 
mövcud deyil v
ə  müqayisəyəgəlməz dərəcədə  fərqlidirlər. Hər bir 
qövmün bir dili v
ə bir məsləyi olması üçün o xalqın və mətbuatın 

• Bütün türkl
ərin tərcümanı 

291
 ~ 
 
milli dili, milli 
ədəbiyyatı və milli tərbiyəsi olmalıdır. Ümumi ortaq 
dilin 
ərsəyə gəlməsi üçün isə vaxt, zaman tələb olunur. İ.Qaspiralı 
Ə.Ağaoğlunun  mülahizələrinə  özünəməxsus tərzdə  –  təmkinlə, 
d
əlillərlə münasibətini bildirir, öz fikirlərini əsaslandırmağa çalışır. 

əllif sonralar da bu mövzuya təkrar-təkrar  qayıdır,  bir  çox 
az
ərbaycanlı ziyalının (Məcid bəy Qənizadə, Həsən bəy Məlikov və 
başqalarının)  ədəbi dil və  türk dili kimi uca bir ideala xidmət 
etdikl
ərini  vurğulayır.  «Bakı  qəzetləri»  adlı  məqalə  (№  37,  1910) 
bir çox c
əhətdən diqqətçəkicidir.  Bu  yazı  bir  daha  İ.Qaspiralının 
Az
ərbaycana, onun mətbu, mədəni həyatına  nə  qədər maraq və 
m
əhəbbət göstərdiyini təsdiq  edir.  Bakıda  «Səda», «Həqiqət», 
«Gün
əş»  qəzetlərinin  işıq  üzünü  görməsinə  hədsiz sevinən 
İ.Qaspiralı yazır: «Qəzet çıxarmaq, 40 dəfə yazıb bir dəfə anlatmaq, 
n
ə  qədər  müşkül  olduğu  bizə  hər kəsdən  daha  artıq  məlum 
olduğundan  Bakılı  həmkarlarımızı  ürəkdən təbrik və  uzun, gözəl 
ömürl
ərini təmənni edirik».  
Q
əzetlərin nəşrə  başlaması  İ.Qaspiralını  sevindirsə  də, 
onların bir-birinə ədəbdən kənar münasibəti, yazı tərzi İ.Qaspiralını 
sarsıtmış, kədərləndirmişdir. «Səda»da S.İbrahimov «Osmanlılarda 
dil varmı?» adlı məqaləsində haqlı olaraq Osmanlı dilinin ərəb, fars 
k
əlmələri ilə  tanınmaz  hala  düşdüyünü,  bununla belə  son illər dili 
sad
ələşdirməyə, türkləşdirməyə  doğru  meylin  artdığını  qeyd  edir. 
Lakin çox t
əəssüf  ki,  o,  Osmanlı  dili  barədə  ağır  ittihamları 
s
əsləndirəndə «yalnız dillərini deyil, türklərin vücudunu belə inkara 
hazır  olan  rumluq  və  hellenizm radikallarının»  yolu  ilə  getmiş  və 
onların  Parisdə  nəşr  etdirdikləri «Hellenizm» qəzetinin  yazdığı 
«Osmanlılar  ana  dilində  ədəbi dilə  malik deyillər»  sitatına 
əsaslanmışdır.  Müəllifin  Osmanlı  dili  barədə  fikir söyləyərkən 
yunan q
əzetinə  müraciət etməsi «Günəş»  qəzetinin redaktoru 

• Abid  Tahirli
 

292
 ~ 
 
Əhməd  Kamalı  (1874-1942) bərk  əsəbləşdirmiş,  «Səndə  din 
varmı?»  adlı  məqalə  ilə  S.İbrahimova  sərt  cavab  vermiş,  onu 
düşmənlərlə  əlbir  olmaqda  ittiham  etmiş,  İbrahimovu  «məhvimizə 
çalışan xuliqan» adlandırmışdı. İ.Qaspiralı qəzet səhifəsində qeyri-
etik, 
ədəbsiz ifadələrin  işlədilməsindən üzüldüyünü bildirir və 
yazırdı:  «İbrahimovun  dil  məsələsində  baxışını rədd etməyə  haqqı 
olduğu qədər Əhməd Kamal bəy «xuliqanlıq», «xainlik» sifətlərini 
istifad
ə etməkdə haqsızdır. Hər necə mübahisə və münəzərə edilirsə 
edilsin,  şəxsiyyəti təhqir etmək yolverilməzdir.  İbrahimov  «yox» 
demişdir: doğru demiş, xəta etmiş – o başqa məsələdir. Siz «var»lığı 
ir
əli sürə bilərsiniz». 
İ.Qaspiralı  məsələnin bununla bitmədiyini, mübahisənin 
daha k
əskin xarakter aldığını,  bu  dəfə  də  İbrahimovun  Əhməd 
Kamalı  təhqirlərlə  dolu məqaləni «Səda»da dərc etdiyini təəssüflə 
yazır və üzülərək bildirir: «Əziz həmkarlar, bu artıq ədəbi mübahisə 
deyil,  bazar  qavğasıdır.  Mühərririn mühərrirə  «xuliqan» deməsi, 
«s
ən» ilə  xitab etməsi üsuldan, ədəbdən  deyil».  İ.Qaspiralı hər iki 

əllifi  öz  baxışlarını  bu  şəkildə  qəzet səhifəsinə  çıxardıqlarına 
gör
ə  qınayır,  onlara  öz  məsləklərinə  və  oxucularına  hörmətlə 
yanaşmağa  dəvət  edir:  «Əfəndi  qardaşlar!  Ağ  kağızın  üzərimizdə 
haqqı  vardır.  Bizlər mübahisədə  hammal dilindən istifadə  etsək, 
hammallara n
ə  qalar?»  İ.Qaspiralı  İbrahimovun  «Səda»da «süngü 
kimi  sipsivri  adlanmış  və  yazılmış»  məqaləsindən və  Əhməd 
Kamalın  «Günəş»də  ona  «qıpqızıl  qızdırılmış»  cavabından  «İki 
böyük  şair»  adlı  məqaləsində  də  toxunur («Tərcüman»,  №  38, 
1910) v
ə  yenə  türk dilinin ərəb, fars kəlmələrindən 
t
əmizlənməsinin, ortaq ədəbi  dilin  formalaşdırılmasının  zərurətini 
əsaslandırır.  

• Bütün türkl
ərin tərcümanı 

293
 ~ 
 
Bakıda  nəşr  olunan  «İqbal»  qəzetinin ortaq ədəbi dilə 
münasib
ətini əks etdirən yazıya İ.Qaspiralı «Tərcüman»ın bir neçə 
nömr
əsində  dərc etdirdiyi məqalələrlə  cavab  vermişdir  (Dil 
ətrafında. № 169, 170, 1913; Yenə dil ətrafında. № 194, Məsələlər-
q
əzetlər. № 227, 1913). «İqbal»da dərc olunmuş məqalə müəllifinin 
fikrinc
ə, tarix və təbiətin özü türk qövmünü bir neçə qola ayırmış və 
onların  hər  birinin  öz  dili  formalaşmışdır.  Hər birinin öz ədəbi 
dilinin vücuda g
ətirmələri də  türk dilinə  nöqsan  sayıla  bilməz, 
əksinə, onun daha da zənginləşməsinə  yardım  edər.  İ.Qaspiralı 
m
əqalə  müəllifinin  timsalında  «İqbal»ın  bu  mövqeyinə  münasibət 
bildir
ərək  yazır  ki,  türk  dilləri  arasında  süni  şəkildə  uçurumlar 
yaradılır,  halbuki  «Əkinçi»,  «Ziyayi-Qafqaziyyə»,  «İqbal», 
«T
ərcüman»,  «Şura»,  «Vakit»,  «Yıldız»  eyni  dildə  yazır,  onları 
Bakıda, Baxçasarayda, Kazanda, Orenburqda da oxuyur, anlayırlar. 
İ.Qaspiralı  üzünü  onunla  dil  mövzusunda  bəhsə  girənlərə  tutub 
yazır:  «Tanrı  salamatlıq  versin!  Yazın,  oxuyun.  Azəricə, Tataricə, 
Kaşğaricə… biz buna müxalif deyilik, lakin türk milləti türkləşmək, 
türkc
ə söyləyib yazışmaq istəyir. Biz bunu inkar edə bilmərik, çünki 
bu bir böyük c
ərəyandır».  «Yenə  lisan  ətrafında»  adlı  yazıda 
İ.Qaspiralı  mövzuya  təkrar  qayıdır,  fikirlərini  əsaslandırmağa 
çalışır:  «…Qafqazda  Mirzə  Fətəli Axundzadə  və  Həsən bəy 
M
əlikovun dillərini «Həyat», «İrşad» və bugünkü «İqbal»ın dilləri 
il
ə  yan-yana qoyub baxsaq, «Tərcüman»ın  xoş  xəyal aləmində 
dolanmadığını qəbul edərik. Şimalda çıxan «Şura»ya, Bakıda çıxan 
«İqbal»a,  İstanbulda  çıxan  «Xalqa  doğru»ya  baxın,  xəyal hesab 
etdiyinizin qism
ən gerçəkləşdiyini  görəcəksiniz». Müəllif bununla 
dem
ək istəyir  ki,  türk  xalqları  harada  yaşamalarından  asılı 
olmayaraq, eyni dil
ə  sahibdirlər, sadəcə  onların  bir-birinə  daha da 
yaxınlaşması istiqamətində işləmək lazımdır. «Xoşbəxt ekizlər» adlı 

• Abid  Tahirli
 

294
 ~ 
 
yazıda  («Tərcüman»,  №  88,  1914)  Bakıda «Bəsirət»,  Daşkənddə 
«S
ədayi Türkistan», Hokantda «Sədayi-Fərqanə»  adlı  qəzetlərin 
n
əşrə başlamasını xoşbəxtlik adlandıran İ.Qaspiralı yazır ki, bu gün 
diqq
ətimizi  ən ziyadə  cəlb edən üç qəzetin dilidir: «Məhəlli  şivə 
olmaqla b
ərabər hər birinin «ədəbi  dil» xadimləri  olduqları 
meydandadır». 
İ.Qaspiralı  Azərbaycan dilində  yeni qəzet və  nəşrlərin  işıq 
üzü görm
əsinə  nə  qədər sevinirdisə,  onların  bağlanması  xəbərini 
üzüntü v
ə hüzn içində qarşılayırdı: «Əgər təəssüflənməkdən fayda 
olsa idi, n
ə qədər çox təəssüf edilsə, rəva görürdük. Çünki Tiflisdə 
n
əşr  olunan  dostumuz  «Kəşkül»ün  çıxmayacağı  xəbəri  ən böyük 
t
əəssüf  doğurur:  lakin  bundan  nə  fayda? Qəzetin  bağlanmasına 
t
əəssüf təsir edərmi?» Müəllifin fikrincə, təəssübdənsə 
hidd
ətlənməyin yeridir. Heç kim bu nəşrlərin  çıxmasına  yardım 
etm
ədi, hər kəs yaxasını kənar çəkdi: «Bu iki qəzeti, iki günəş, iki 
şəms kimi görməli idilər… idilər, idilər, idilər, amma öncə «Ziya», 
sonra «K
əşkül» uçan ulduzlar kimi sönməyə məcbur oldular… Çox 
ayıb,  min  bir  təəssüf, amma nə  fayda? Çox böyük və  dəyərli 
imtiyazları  qeyd  etdik:  iki  maarif  günəşini  qoruya  bilmədik, 
söndürdük, ayıb».  
Görk
əmli professor Xeyrulla Məmmədov  İ.Qaspiralı  haqqında 
t
ədqiqatlarının  birində  haqlı  olaraq  yazır  ki,  «Tərcüman»ın 
redaktoru kimi f
əaliyyət göstərdiyi 31 il ərzində  Azərbaycan 
h
əyatında  elə  bir mühüm hadisə  olmamışdır  ki,  İsmayıl  bəy ona 
münasib
ət bildirməsin və  elə  az-çox  tanınan  ziyalı  yox  idi  ki, 
q
əzetdə  onun  adını  zikr  etməsin. Fədakar tədqiqatçı  «Tərcüman»a 
özün
əməxsus tərzdə  dəyər verirdi: «Tərcüman» (1883-1918) XIX 
əsrin sonu, XX əsrin əvvəlində Rusiya müsəlmanları mühitində nəşr 
edil
ən qəzet və  jurnalların  ən  uzunömürlüsü,  geniş  miqyasda 

• Bütün türkl
ərin tərcümanı 

295
 ~ 
 
yayılanı  və  ən  çox  oxunanı  olmuşdur.  O,  bir  il  iki  ay  «Ziyayi-
Qafqasiy
ə», səkkiz il yarım «Kəşkül», bir il doqquz ay «Şərqi-Rus», 
1905-
ci  il  inqilabından  sonra  Qafqazda,  Krımda,  Volqaboyunda, 
Türkistanda  çıxan  müxtəlif məsləkli dövri mətbuat  orqanları 
(«H
əyat»,  «İrşad»,  «Tanq»,  «Molla  Nəsrəddin», «Vətən xadimi», 
«Nur»,  «Azad  xalq»,  «Yıldız»,  «Əl-əsəri-Əl-cədid»,  «Əl-islah», 
«Fikir»,  «İdil»,  «Dan  yıldızı»,  «Vaxt»  və  s.) ilə  paralel fəaliyyət 
göst
ərmişdir. 1891-ci ilin oktyabrında «Kəşkül»ün bağlanmasından 
1903-
cü  ilin  martında  «Şərqi-Rus»un nəşrə  başlamasına  qədər 
t
əxminən 12 il «Tərcüman»  Rusiya  imperiyasının  müsəlman 
əhalisinə məxsus yeganə qəzet olmuşdur». 
“525-ci q
əzet” 
23 may 2012-ci il 

• Abid  Tahirli
 

296
 ~ 
 
 
Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin