IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
956
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yanaşmanı nəzərə alıb "Elin dərdi çox olur, bunlara ağlamaq lazım gələrsə, göz kor olar” kimi bir
məna çıxara da bilərik. Yaxud, tam tərsi, "elin dərdini çəkmə” kimi də anlamaq olar. Amma bu məna
da ümidsizlikdən qaynaqlanan nəticə kimi görünür. Sözsüz ki, atalar sözü hansısa tarixi dövrdə,
ictimai-siyasi, yaxud məişət zəminində yaranır, buna görə də hər iki ideya istiqamətini düşünmək
olar”. Dilçilərin sinonim kimi qəbul etdiyi bir çox sözlər var ki, fəlsəfi kontekstdə onlar fərqli məzmun
daşıyırlar. “El”, “əhali”, “kütlə”, “camaat”, “xalq” və, nəhayət, “millət”, “cəmiyyət”, “bəşəriyyət”
sözləri heç də sinonim olmayıb, özünəməxsus məna çalarına malikdirlər. Kütlə və camaat adətən hansı
isə bir ideya ətrafında toplanmayan adamların kortəbii birliyidir. Onu müəyyən məcraya yönəltmək,
yönləndirmək, idarə etmək ona görə mümkün deyil ki, “hər ağızdan bir avaz gəlir”. “Əhali” sözü isə
müəyyən bir ölkənin, ərazinin sakinlərini əhatə edir ki, burada da yeganə ümumi cəhət məhz
sərhəddin, məkanın müəyyənliyidir. El sözü daha çox əhali sözünə yaxındır, daha doğrusu, əhali ilə
xalq arasında qoyula bilər. Beləliklə, “kütlə üçün ağlamaq”, “el üçün ağlamaq”, “millət üçün
ağlamaq”, – əslində fərqli şeylərdir.Amma “ağlamaq” sözünü məhz “yanmaq” mənasında işlətsək, iş,
əməl, söz də yanmağın təzahürləri olacaqdır.
Göründüyü kimi, belə birləşmələri təşkil edən somatizmlərin mənaları onların ayrılıqda ifadə
etdiyi mənalardan qismən də olsa uzaqlaşmış və yalnız birləşmə daxilində lazım olan müəyyən bir
fikir ifadə edirlər. Bu fikri somatik atalar sözləri tədqiq etmiş H.Bayramov, Q.Mahmudov,
L.İ.Kozirev, O.S.Abdinakaymova, R.M.Veyntranb, V.M.Quluxov, N.V.Canamadze, S.Raye,
V.M.Skiner, Y.A.Dolqopolov, A.İsayev, Q.M.Qurbanlı və başqaları da təsdiq edirlər.
Somatik tərkibli atalar sözləri güclü potik keyfiyyətlərinə görə poeziyaya da yol tapa bilirlər.
Bildiyimiz kimi, nəzm quruluşuna görə ciddi qanunlara tabe olan bir formadır, burada bir səsin belə
böyük rolu var. Buna baxmayaraq bu atalar sözləri çox asanlıqla həmin qanunlara uyğunlaşa bilir.
Məsələn, Bəxtiyar Vahabzadənin lirikasında biz bunu əyani şəkildə görə bilirik: Gəlmişəm, oğul,\
Göydə Allah, yerdə sən,\ Balama sən kömək ol.\ Ətəyindən tutmuşam,\ Qadan alım, tək sənin,\ Əl
mənim, ətək sənin!
Yazıçının fərdi dili ilə xalq danışıq dilinin nisbəti məsələsi bir çox dilçi mütəxəssislərin diqqət
mərkəzində olmuşdur. Məsələn dilçi alim S.Ə. Abdullayev göstərir ki, “Yazıçı nə qədər istedadlı olur -
olsun, onun yonduğu, cilaladığı və, beləliklə də, meydana çıxardığı poetik incilər yenə də xalq dili,
xalq təfəkkürü sayəsində mümkün olur”. Elə buna görə də “Sənətkarın məharəti, ustalığı da məhz belə
bir mənbədən necə istifadə etməsi, öz əsərlərinin dilində ümumxalq dili ifadələrini bədii əsərin dilində
işlədəbilmə bacarığı ilə ölçülür. Çünki ümumxalq dili elə tükənməz imkanlara malikdir ki, onu heç bir
fərdi yaradıcılıq məhsulu əvəz edə bilməz”.
“XIX-XX ƏSR AZƏRBAYCAN AŞIQ VƏ EL ŞAİRLƏRİNİN
YARADICILIĞINDA FONETİK VASİTƏLƏRİN ÜSLUBİ
ÇALARLARI” (DƏRƏLƏYƏZ MAHALI ÜZRƏ)
Mahirə HÜSEYNOVA
ADPU
AZƏRBAYCAN
Soykökümüzdə əhəmiyyətli yer tutan Qərbi Azərbaycanın (İndiki Ermənistanın) Dərələyəz
mahalının aşıq və el ədəbiyyatı janr baxımından çoxcəhətliliyi, yaddaşlara hopma dərinliyi maraqlıdır.
Bu bölgənin aşıq və el ədəbiyyatı nümunələri ümumtürk dil sistemində elə köklü problemləri özündə
ehtiva etdirir ki, bunların açılışı bir sıra mühüm məchulluqlara işıq salır. Ona görə də vaxtı ilə
Dərələyəz mahalında yazıb-yaradan aşıq və el şairlərinin əsərlərinin dil və üslub xüsusiyyətlərinin
bütövlükdə tədqiqi olduqca aktualdır. Bu söz sənətkarlarının əsərlərinin dilindən, onların ifadəlilik
vasitələrindən fonetik vasitələr – səslər, ahəng və müxtəlif mənalı səslənmələr haqqında bunların
sözlərdə, morfemlərdə, ifadələrdə və cümlələrdə hansı şəkildə təzahür etməsini, nə kimi üslubi
xüsusiyyətlərə malik olmalarını da nəzərdən qaçırmaq olmaz. Bu dövrün söz sənətkarları fonetik-
üslubi vasitələrdən - ədəbi dilin transkripsiyasından, assonansdan, alliterasiyadan, fonoqrafikadan,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
957
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
anafora və epiforadan istifadə etməklə parlaq, bədii dil toxumaları yaratmışlar. Elə buna görə də poetik
örnəklərin dilində təzahür edən bu fonoportik vasitələrin ayrı-ayrılıqda mətn mühitində yaratdıqları
üslubi çalarları tezislər şəklində aşağıdakı kimi verə bilərik:
“Danışıq səsləri, sait və samit fonemlər, fonetik transkripsiya və s. məsələlər fonetikanın tədqiqat
obyekti olmaqla fonopoetikanın elementləri kimi diqqəti cəlb edir”. Fonetik vasitələrin, səs və
intonasiya ənənələrinin üslubi təsirləri, ümumxalq dilinin ruhi qüvvəsi bədii mətnlərdə daha qabarıq
şəkildə üzə çıxır və buna görə də sənətkarların əsərləri göstərilən problemin nəzəri şərhi üçün güclü
mənbə rolunu oynayır.
Araşdrmalar göstərir ki, sabitləşmiş, təkmil şəklə düşmüş orfoqrafik normadan kənara çıxma
meyilləri çox vaxt poetexnik zərurət üzündən baş verir. Orfoepik normalara uyğunlaşdırılaraq yazılmış
sözlər aşıq və el şairlərinin dilinə və üslubuna əlavə çalarlıq gətirir, onların daha ahəngdar, ritmik
səslənməsini təmin edir. Bu üslubi məziyyət kimi, canlı ünsiyyət dilinin koloritini bədii mətnə
hopdurur və poetik informasiyaya təkid xarakteri verir, xüsusi ekspressivlik vasitəsinə çevrilir. Bədii
materiallarda ədəbi tələffüzün transkripsiyası müşahidə olunan sözlərin əksəriyyəti canlı danışıq
dilinin deyim tərzinə söykənir və bunlar həm müxtəlif janrlardakı şeirlərin, həm də ki, dastan
parçalarının dilindəki üslubi-semantik nizamı, əksinə daha rəvan, daha təbii görünür. Buna görə də
üslubi-semantik və praqmatik aspektlərdə aşıq və el şairlərinin poetik örnəklərində ədəbi tələffüzün
transkripsiyası müşahidə olunan sözləri araşdırmaya cəlb etmişik.
XIX-XX əsrlərin söz sənətkarları əsərlərində fərdiləşdirmə və tipikləşdirmə vasitəsi kimi ədəbi
tələffüzün transkripsiyasından məharətlə istifadə etmiş, poetik örnəklərin dilinin saflığını, təbiiliyini
daha da zənginləşdirmiş, oxucuda bədii mətləbin maksimum səviyyədə qavranması vərdişi aşılamışlar.
Bizə elə gəlir ki, danışıq dili formalarını aşıq və el şairlərinin əsərlərində əksi bir tərəfdən orfoqrafik
normanın kobud şəkildə pozulması ilə, digr tərəfdən isə xalq içərisindən çıxmış həmin sənətkarların
düzgün yazı qaydalarından xəbərsiz olması ilə bilavasitə bağlıdır.
Ritm – nitq zamanı sürətlənmə və yavaşıma, gərginlik və zəiflik, uzunluq və qısalıb, oxşarlıq və
fərqlərin bir-birini müntəzəm şəkildə izləməsi, əvəz etməsidir. İntensivliyi, gərginliyi, assonansın ritm
yaratması onun funksiya və ahəngdarlığı ilə bağlıdır. Bu, təkrarlanan fonemlərin yaratdığı əsas bədii
məziyyətdir. Assonans sabit birləşmələri təşkil edən və ardıcıl sıralanan sözlərin tərkibində eyni və ya
yaxın saitlərin bir-birini izləməsi və təkrarıdır. Bu dil hadisəsi aşıq və el şairlərinin əsərlərində çoxlu
sayda nümunələrdə müşahidə olunmaqdadır. Eynicinsli saitlərin təkrarından ibarət olan assonans dilin
potensial gücünü aşkarlayır. “Azərbaycan dilində obyektiv olaraq mövcud olan assonas” (2, s.146)
XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin də poetik örnəklərinə hopmuş, bu əsərlərin
əksəriyyətinin dilinə yeni nəfəs, yeni ruh verərək hərəkətə gətirmişdir. Deməli, şeir dilində intensivliyi
ilə diqqəti cəlb edən assonans səslərin sadəcə müəyyən məsafələrdə təkrarı deyil, o, daha çox milli şeir
ənənələrinə doğma münasibətin ifadəsidir..
XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərində samitlərin, demək olar ki, hər birinin
alliterasiyasına az və ya çox dərəcədə rast gəlinir. Həmin alliterasiyalar daha çox söz sənətkarlarının
özləri tərəfindən yaradılmış epitet, təşbeh, metafora kimi poetik kateqoriyalar daxilində özünü
göstərməkdədir. “Əsərlərdəki alliterasion ritm vasitəsilə yaradılan sözlərin, səslərin musiqisi oxucunu
məftun edir. Bu məftunluğu yaradan odur ki, həmin əsrlərin söz sənətkarlarının əksəriyyəti heç bir
sözə, səsə biganə olmamış, şeirlərində, bəzən də yaratdıqları dastanların nəsr parçalarında eyni və ya
həmahəng səs birləşmələrini, hecaları baş-başa düzmüş, bir neçə vahidi, səsin, səs toplusunun
ahəngdarlığını bir misrada, şeirin bütöv mətnində cəmləşdirmiş və onları məntiqi baxımdan
sığışdırmağı bacarmışdır”.
Bir üslubi fiqur kimi alliterasiya şeir dilinin səciyyəvi əlamətlərini təşkil edir. Seçilmiş sözlər,
ifadələr tərkibindəki xarici, daxili, qovuşuq fonoloji təkrarlar və qüvvətli alliterasiya poetik
örnəklərdəki lirik obrazlılığı, səslərin nizamlı təkrarının doğurduğu qeyri-adi assosasiyalar poetik
formanın fonetik spektrlərindəki bütün çalarların keyfiyyətini daha da artırır.
6. Aşıqların yaradıcılığında obrazlılığın qrafik ifadə vasitələrinə görə “əlif”, “bey”, “tey”, “cim”,
“mim”, “num” kimi səslərin adları incəliklə metaforikləşdirilir, poetik obrazlılığın mühüm ifadə
vasitəsinə çevrilir. Qrafik vasitələrdən bu dövrlərin söz sənətkarları 2 məqsəd üçün yararlanmışlar: 1)
Poetik tərtibatlılıq yaratmaq məqsədilə; 2) Müqayisə yaratmaq məqsədilə. El şairləri və aşıqların
poetik nitqində işlədilən fonetik-qrafik vasitələr üzərindəki müşahidələrdən belə qənaət hasil olur ki,
həmin vasitələrin aktuallaşma imkanları poetik nitqdə obrazlılığı mükəmməl şəkildə formalaşdırmış,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
958
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
oxucu tərəfindən qavramanı asanlaşdırmışdır. Söz dünyasının dil mənzərəsinin fonetik-qrafik təsviri
sözün həqiqi mənasında linqvistik önəm daşıyır, ona görə ki, bu yolla ifadə vasitələri sisteminin necə
əks olunduğunu və necə işləndiyini açıb göstərmək mümkündür.
7. XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərində ahəngdarlıq yaradan, poetik
mənanı gücləndirən anafora (təkrar olunan söz və ifadələrin, misraların, cümlələrin əvvəlində gəlməsi)
və epifora (təkrar olunan söz və ifadələrin, misraların, cümlələrin sonunda gəlməsi) konkret
mövzuların vacib cəhətlərinin ritmik-melodik təsvirində çox mühüm rol oynayır. Ritmik paralelizmi
yaratmaq vəzifəsini öz üzərinə götürən anaforik və epiforik təkrarlar mətnə hiss olunacaq
“hərəkətlərini və səslərini bəxş edir”, simmetrik struktur gözəlliyinin təminatçısı kimi çıxış edir.
FEDAİ’NİN “BAHTİYARNAME” POEMASININ DİLİDEKİ
FİİLLER ÜZERİNE BIR İNCELEME
Hava ÇİÇEKEL
Kafkas Üniversitesi
TÜRKİYE
Fedai Klasik Azerbaycan edebiyatının önemli temsilcilerinden biridir. O, 16.yy şairi olmasına
rağmen şiirlerinin 17.yy edebiyatına daha çok benzemesinden dolayıdır ki şair bu dönemin şairleri
içerisinde gösterilir. Orta asır kaynaklarında şair hakkında yegane bilgiye Şah İsmailin oğlu, Fedai’nin
çağdaşı olan Sam Mirze’nin “Töhfeyi-Sam” tezkiresinden ulaşılıyor. Sam Mirze Fedai’ninTebrizin
nüfuslu simalarından olduğunu, 1550 yılların da bile güzel şiirlerin şairi olarak tanındığını yazmıştır.
Şair Tebriz’de doğmuştur. Doğum ve ölüm tarihi belli değildir. Elde olan edebi kaynaklar onun
gençlik yıllarından beri şiir yazdığını, Farsça ve Türkçe sanballı eserleri ile döneminin liyakatlı
ediplerinden biri olduğunu yazar.O, bağımsız bir şair olmuş, feodal sarayların dışında yaşamış, hiçbir
makamın siparişiyle kalem oynatmamıştır.
Şairin hayatı ve yaratıcılığı ilk defa Hamit Araslı tarafından öğrenilmiştir. H. Araslı 1956 yılında
neşr edilen “XVII-XVIII esr Azerbaycan tarihi” eserinde şaire, özellikle onun “Bahtiyarname” adlı
poemasına geniş yer ayırmıştır.
Fedai’nin yaratıcılığı klasik Azerbaycan şiirinin önemli şairleri olan Hakani, Nizami, Nesimim ve
Fuzuli gibi temsilcilerinin gelenekleri üzerine doğmuş ve yetkinleşmiştir.Fedai’nin şiir irsinde halkının
söz hazinesi ve folklorun güçlü tesiri vardır. Şairin edebi hayatı lirik şiirle başlamış ve bütün hayatı
boyunca bu sahada şiir yazmıştır. Muhabbet mevzulu şiirleri çok içten ve samimidir.
Fedai de selefleri olan, özellikle Nizami, Fuzuli gibi lirik kahramanın psikolojik durumunu ve
onun yüreğini harekete geçiren ruhi süreci çok net, inandırıcı bir biçimde şiirlerinde işler. Duygulu ve
hisli söyleyiş biçimi Fedai’nin lirikasında da karakteristik niteliktedir.
Tebriz’de doğup, büyüyen Fedai, tahminen 1580 de “Bahtiyarname” adlı eserini tamamlamıştı.
Bahtiryarname “Leyli ve Mecnun” yahut “Hüsrev ve Şirin” gibi klasik Azerbaycan Edebiyatının
geleneksel konulandandır. Fedai’den önce Penahi ve Şemseddin Mehemmed gibi Azerbaycan şairleri
de aynı isimde eserler yazmışlardı. Fedai’nin özelliği bu konuyu Azerbaycan Türkçesi ile işlemesinde
idi. “Bahtiyarname” bir macera hikayesi idi ve Arap şarkında yaygın “Sindbadname”leri
hatırlatıyordu. Ama Fedai, bu geleneksel konudan yararlanarak, bu döneme kadar daha çok aşığın
ıstıraplarından ve maşuğun zulümlerinden söz açan edebiyata, sıradan adamları, tacirleri, esnafları,
denizcileri getirmiş, onların maceralarına dayanarak bir sıra mühim manevîahlakî problemler
açgözlülük, tamahkârlık, zenginlik ihtirası, yalancılık, dolandırıcılık gibi menfî sıfatlar hakkında
muhakeme ve mülâhazalar yürütmüştür. Aşkın muhtelif renklerini, sevinç ve keder anlarını Fedai
zarif, ince nüanslarla yorumlamaya çalışmış sanatkarlardandır.
Şair poema da edebi sanatlardan yaralanmış istiare, teşbih, mecaz gibi söz sanatlarına
başvurmuştur. Şair ahlaki, ictimai sosyal hayata dair inandığı fikirlerini anlatmak için sık sık halk
hikmetlerinden ve ata sözlerinden faydalanmıştır. Mesela: “Olur qora vəli sıbr ilə halvası” “özüm öz
ayağıma təşə vurdum”, “Komaçi quyruğu tapşırdı itə” gibi.. Böylelikle Fedai’nin Bahtiyarname’si 16.
Ve 17.yy Azerbaycan epik şiirinin mükemmel bir örneği olarak gösteriliyor.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
959
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Yapmış olduğumuz bu incelemeği hem Türkiye Türkçesi grameri, hem de Azerbaycan Türkçesi
gramerini gözönüne alarak morfolojik açıdan incelemeğe çalıştık. Çalışmayı fiillerle sınırlı tuttuk.
Poema, her ne kadar Türkçe yazılmış olsa da 17. yüzyılın edebi dil özelliklerini yansıtmaktadır. Eserde
özellikle Farsça kelimeler çokça yer almaktadır. Bu da bizim “fiil” sözcük türünü incelememizde etkili
oldu.
Araştırmamızda ilk olarak fiilin kuruluşça türlerini - basit, türemiş ve birleşik yapılarını
inceledik. Daha sonra fiillerde basit zaman, birleşik zamanı ve ek fiilin isimlerde kullanımı ve fiilleri
fiilimsileri inceleyerek bitirdik.
-ıbzarf-fiil+ asıl eylem (eylə, apar, gör,get, qıl) şeklinde yapılan birleşik eylemler. (Baxıb gördü,
açıb eylərdi, gətirib qıldılar,) dut-, gel-, düş-, vėr-, sal- gibi eylemler ise yardımcı eylem görevini
üstlenirler.(Vücudə gəldi, özün saldı, Cida düşdük,Üzün tutdu)AzT gibi ögz. için -mIş ve -(y)Ub eki
kullanılır, AzT. (Azerbaycan Türkçesi) bu gerundiumun kullanımı ikinci ve üçüncü şahıslarda görülür.
(Olubdur, Görübsüz) Geniş zaman için -(y)(A)r eki kullanılır. Azerbaycan gramerinde ise bu zaman,
gelecek zaman içinde değerlendirilir ve gayri gelecek zaman olarak ifade edilir. -Ar biçimi kullanılır. –
Ir şekli yoktur. (Tökar, Keçər) Geniş zamanın olumsuz biçimi tarihi dönemlerde de olduğu gibi, sıfat-
fiil kökenli -mA, -mAz biçimleri kullanılmıştır. -mAz biçimini genel Türk dillindeki r~z denkliğinin
bir örneği olarak açıklayabiliriz. (Qalmaz, Görünməz qorxmaram ) Gelecek zaman için -caġ eki
kullanılır: (olcaq, görcək) Azerbaycan Türkçesinde TT’den farklı olarak, bu zamanın -(y)Ur biçimi
kullanılmıştır. (Qorxuram, Oluram, Qılıram)
Gereklilik kipi -mAlU kullanımı metinde yoktur. Ancak EAT‟ nde olduğu gibi Azerbaycan
Türkçesinde de gerek(dür)(ki) gibi sözcüklere istek-emir (nadiren de geniş zaman) kipi veya mastar
getirilerek de gereklilik anlamı verilir. (Gərək saxla, Gərəkola, Gərək sən eyləyəydin)
Emir kipi -Im,-sIn, -AlIm, -In, -sInlAr. Metinde TT.’den farklı olarak birinci tekil –Im, ikinci
tekil şahıs için –gil ekinin -en ile genişlemiş biçimi olan -ginen (< gilen) pekiştirme eki ile çekim
yapılmıştır. Birinci çoğulda ise AzT’den farklı olarak TT’de olduğu gibi -AlIm eki kullanılmış.
(verim, olgilən, olmasın, Qılalım, sındırın, işləsinlər) -(y)UbAn zarf- fiili TT’den farklı olarak AzT
kullanılmaktadır. Metinde de mevcuttur. (Aluban, Gəliban, Veribən).
CƏNUBİ QAFQAZIN BƏZİ HİDRONİMLƏRİ
Ruhiyyə TAĞIYEVA
Sumqayıt Dövlət Universiteti
AZƏRBAYCAN
XIX əsrin axırlarında Tiflisdə Qafqaz canişinliyinin baş idarəsində çap olunmuş bir sıra hərbi-
topoqrafik xəritələrdə və Qafqaza aid məlumat kitablarında aydın olur ki, Cənubi Qafqazın toponim,
oronim və hidronimiyasının türk qatı olmuşdur. Xüsusilə, 1903-cü ildə Tiflisdə çap olunmuş Cənubi
Qafqaz hərbi topoqrafik xəritəsi və D.Paqirev tərəfindən hazırlanmış “Qafqazın 5 verstlik xəritəsi”ndə
(1913) bu daha aydın nəzərə çarpır.
Hər iki xəritəyə nəzər saldıqda Qərbi Azərbaycanda hidronimlərin – çay və göl adlarının aşağıda
qeyd olunan növlərinə rast gəlinir.Bunları belə qruplaşdırmaq olar:
1. Şəxs adlarindan törənən antropohidronimlər
Babacan çayı. Basarkeçər rayonununda, uzunluğu 10 km olan çayın adıdıdr. Göyçə gölünə
tökülür. Çayın adı Babacan şəxs adından törənən antropohidronimdir.
Qazangöl. Qafan rayonunda sahəsi 18 km
2
olan gölün adıdır. Kigi çayı da mənbəyinin həmin
göldən alır. “Qafqazın 5 verstlik xəritəsi”ndə də qeydə alınmışdır. Həmin bölgədə Oğuzlarla bağlı
toponimlərin olması Qarangöl antropohidroniminin də Qazan xanla əlaqəli olması qənaətindəyik.
Basat çay. Qafan və Zəngilan rayonları ərazisindən axaraq Oxçuçaya tökülür. Xəritələrdə təhrif
olunaraq Bəsitçay formasında yazılır. Antropohidronimin “Kitabi-Dədə Qorqud”un onomastikası ilə
bağlıdır. Çünki həmin ərazilərdə oğuzlarla bağlı Bayandur, Oxçu, Qazançı, Aruzca toponimləri də
vardır.
2. Əlamət, keyfiyyət və relyef adlarını əks etdirən hidronimlər
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
960
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Dəliçay. Mənbəyini Ağbabanın şimalında Dəlidağdakı bulaqlardan alan bu çay axma sürətinə
görə “dəli” epiteti ilə formalaşmışdır. Erməni xəritələrində Qexarotqet (qexarot-dəli+get-çay)
formasında tərcümə etmişlər. Bu çay 1878-ci ilədək Türkiyə-Rusiya (Aleksandropol qəzası) sərhədi
(Dəliçay-Arpaçay-Araz) olmuşdur.
Ağgöl. Qafan rayonunda gölün adı olmuşdur. Suyun keyfiyyətinə görə Ağgöl demişlər. Birinci
növ ismi birləşmə modelində olan (ağ+göl) bu gölün adını da ermənilər tərcümə və təhrif edərək
Beranadzov (“beran”-ağız, “dzov”-göl) kimi qeyd edirlər. Gölün yaxınlığında Ağgöl kəndi də olmuş,
lakin 1918-ci ildə ermənilər bu kəndi yandırmışlar.
Dərəçay. Mənbəyini Qaraarxac və Ağlağan dağlarındakı bulaqlardan alan bu çayın uzunluğu
erməni mənbələrində 38 km göstərilir. Çay dərin, daşlı kanyondan axaraq Calaloğlu yaxınlığında Tona
(Debet) çaya qarışır, nəhayət, Kürə qovuşur. Birinci növ ismi birləşmə modelində olan bu çay adını
(dərə+çay) hidronimi ermənilər xəritələrdə Dzoraqet (“dzor”-dərə+ “qed”-çay) kimi tərcümə etmişlər.
Qolqat. Artik rayonunda, uzunluğu 33 km olan çayın adıdır. Arpaçaya tökülür, “Qafqazın 5
verstlik xəritəsi”ndə də qeyd olunmuşdu. Çayın adı relyefi əks etdirir, lakin təhrif olunmuşdur. Əslində
qat bataqlıq deməkdir. Bataqlı göl Orohidronimin tərəfləri inversiya olunaraq “Qolqat” kimi rus
mənbələrində də qeyd olunmuşdur.
Qotursu. Gorus və Vedi rayonlarında mineral bulaq adları olmuşdur. Sulardan dəri xəstəliklərinin
müalicəsində istifadə olunduğu üçün Qotursu demişlər.
Ayğırgöl. Üçkilsə (Eçmiadzin) rayonunda göldür. “Kitabi-Dədə Qorqud”da da xatırlanır.
Ermənilər bu hidronimi dəyişdirərək xəritələrdə “Metsamor” formasında qeyd edirlər. Atom elektrik
stansiyası yaxın olduğu üçün həmin stansiyaya da “Metsamor” deyirlər.
Göründüyü kimi, hidronimlərin birinci tərəfindəki sözlər əlamət, keyfiyyət və relyef adlarını
bildirirlər.
Dostları ilə paylaş: |