KOMPÜTER LÜĞƏTÇİLİYİ LEKSİKOQRAFİYADA
YENİ MƏRHƏLƏ KİMİ
Rəna MƏMMƏDOVA
AMEA Nəsimi adına Dilçilik İnstitutu
rena.memmedova.1991@inbox.ru
AZƏRBAYCAN
Dilçiliyin ən qədim və ən çox istifadə olunan, qeyri-dilçilərin də gündəlik tələbatına çevr-
ilmiş müxtəlif çeşidli lüğətlərin tərtibi məsələləri ilə məşğul olan sahəsi – lüğətçilik (leksikoq-
rafiya) yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin aparıcı xüsusiyyəti infor-
masiya texnologiyalarının yaradılması və inkişafı, kompüterlərin lüğətçilikdə istifadəsi ilə
səciyyələnir.
Lüğətçilik böyük səbir, zəhmət, səriştə, bilik tələb edən bir sahədir. Burada işin elmi cə-
həti ilə yanaşı “texniki” cəhətləri də var. Belə ki, sözlər və söz birləşmələri kartoçkalara
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
971
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yazılıb sistemləşdirilməli, qruplaşdırılmalı və əlifbaya düzülməlidir. Əlifbaya düzülmə təkcə
birinci hərfə görə deyil, sözün bütün hərflərinə görə aparılır. Bu isə çox ağır və yorucu bir
fəaliyyət növüdür və həddindən artıq vaxt ayırmaq tələb olunur. Lüğət çap olunmamışdan
köhnəlir, aktuallığını itirir və onun yenidən tərtibinə, yeniləşməsinə, tamamlanmasına ehtiyac
yaranır.
Kompüter texnologiyası, müasir kompüterlər bu mərhələdə lüğətçilərə böyük kömək
göstərə bilər. Sözlüyün qruplaşdırılması, sistemləşdirilməsi və əlifba ardıcıllığı ilə düzülməsi
işləri kompüterlərdə qısa zaman kəsiyində yerinə yetirilə bilər.
Məsələnin başqa bir tərəfi həmin lüğətlərin internet məkanında yerləşdirilməsidir. Deməli,
kömpüterlər iki məsələdə lüğətçilərə yardım etmiş olur: lüğətin tərtibinin sürətləndirilməsi
(avtomatlaşdırılması) və onların qlobal şəbəkələrdə yerləşdirilməsi. Ancaq elektron məkana
qoyulan hər hansı lüğət elektron lüğət deyil. Lüğət çap olunduğu şəkildə,yəni kitab formatında
internetdə yerləşdirilə bilər. Həmin kitaba müraciət adi lüğətin kitab kimi ekranda oxunmasıdır.
Heç bir ilkin işlənmə, sorğuya görə markerlənmə və s. aparılmadığı üçün müxtəlif məqsədlərlə
ona müraciətlər də yox dərəcəsində olur. Lüğətçiliyin inkişafının yeni mərhələsi həm də lüğət
və onun tərtibi məsələlərinə yeni baxışın yaranması və formalaşması ilə səciyyələnir.
Kompüter lüğətçiliyi kompüter dilçiliyinin bir sahəsi kimi həmin kontekstdə öyrənilmə-
lidir. Bu termin vaxtilə dəbdə olan və çox işlənən statistik leksikoqrafiya terminini də ehtiva
edir. Kompüter lüğətləri adi lüğətlərdən aşağıdakı səciyyələrinə görə fərqlənir:
- Lüğətə müraciət və ondan müəyyən sorğular əsasında məlumatların alınması proseduru
daha sadə və sürətlidir;
- Eyni zamanda bir neçə lüğətə müraciət edib, sözün mənasının qısa zamanda dəqiqləş-
dirilməsi və ümumi nəticənin çıxarılması mümkündür. Adi lüğətlərdə bu işin yerinə yetirilməsi
üçün xeyli vaxt və zəhmət tələb olunardı;
- Bu lüğətlərin hər birində hər hansı bir dili ön plana çəkmək və başqa lüğətlərdə müqayisə
aparmaq imkanı var. Məsələn, 8 dilli tərcümə lüğətində hər hansı bir dil əsas götürülə bilər. Yə-
ni çoxdilli lüğətlərdə təmsil olunmuş bütün dillər eyni hüquqa və axtarış imkanlarına malikdir;
- Adi lüğətlər çap olunduqdan sonra təkrar nəşrə qədər dəyişməz qalır, sözlərin sayı və
izahı dəyişdirilə bilməz. Kompüter lüğətləri açıq, hərəki sistemlərdir. Belə lüğətlərə yeni sözləri
ani olaraq əlavə etmək, düzəliş aparmaq və köhnəlmiş sözləri çıxarmaq (və ya həmin sözləri
ayrıca qrupda yerləşdirmək) mümkündür.
İngilis dilində ən çox yayılmış və geniş istifadə olunan komputer lüğətlərinə “Dictionary.
com”, “Dictionaries” və “Onelook Dictionaries” elektron resurslarını nümunə göstərmək olar.
Bu lüğətlərin hər biri 200-dən çox lüğətdən ibarətdir. Adları sadalanan lüğətlər müəyyən te-
matik qruplara ayrılmış birdilli və ikidilli lüğətləri əhatə edirlər.
Azərbaycanda kompüter lüğətçiliyinin tarixi ötən əsrin 70-ci illərindən başlanır. Həmin
illərdə ilk dəfə olaraq Azərbaycanda qəzet dilinin tezlik lüğəti “BESM – 2” elektron hesabla-
ma maşınlarının köməyi ilə tərtib olunmuşdu.
Azərbaycanda kompüter lüğətçiliyi məsələsinə iki yanaşma mövcuddur. Birinci yanaş-
mada kompüter vasitəsi ilə tərtib olunan müxtəlif statistik lüğətlər nəzərdə tutulur. İkinci ya-
naşma internet məkanında təmsil olunan lüğətləri əhatə edir. Kompüterdə təmsil olunan lüğət-
ləri də iki qrupa ayırmaq olar: heç bir ilkin işlənmə olmadan, kağız (kitab) variantında olduğu
kimi internetdə yerləşdirilmiş lüğətlər və xüsusi olaraq internet məkanında istifadə üçün işlən-
miş elektron lüğətlər.
İnternetə yerləşdirilmiş elektron lüğətlər internetə qoyulmazdan əvvəl işlənmiş və istifa-
dəçilərin sorğusuna görə məlumatvermə imkanına malikdirlər. Belə lüğətlər həm müstəqil,
həm də tərcümə sistemlərində komponentlərdən biri kimi elektron məkana daxil olunmuşlar:
1. ”Dilmanc” Azərbaycanda ilk maşın tərcüməsi sistemidir. Azərbaycanca- ingiliscə,
ingiliscə-azərbaycanca və türkcə-azərbaycanca “Dilmanc” tərcümə sahəsində artıq tanınır. Bu
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
972
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
sistemdə böyük mətnlər də tərcümə olunur.”Dilmanc” maşın tərcüməsi sistemində alınmış tər-
cümənin və ayrı-ayrı sözlərin düzgün tələffüzü səsləndirilə bilər. “Dilmanc”ın yaranması ilə
Azərbaycan dilinin formal qrammatikası yaradılmış və onun əsasında ilkin dildə formal mor-
foloji, sintaktik və semantik təhlil, tərcümə olunmuş dildə cümlənin sintezi alqoritmləri işlənib
hazırlanmışdır. Leksik baza 250000-dən artıq ümumişlək söz-forma və söz birləşməsindən
iba-rətdir.
2. Poliqlot lüğətləri sistemi istifadəçilərin dərin rəğbətini qazanmış populyar saytlardan
hesab olunur. Proqram Azərbaycan Respublikasında İnformasiya-Kommunukasiya Texnolo-
giyalarının inkişaf etdirilməsi layihəsi çərçivəsində hazırlanmışdır. Layihədə almanca-azər-
baycanca, ingiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə, azərbaycanca-almanca, fransızca-
azərbaycanca, azərbaycanca-fransızca, rusca-azərbaycanca, azərbaycanca-rusca, ingiliscə-
rusca lüğətlər təmsil olunmuşdur. Qeyd etmək lazımdır ki, “Kitab.az” saytının qızıl onluğunda
“Poliqlot” elektron lüğətlər sistemi 5-ci yerdədir.
3. Azərbaycan dilinin orfoqrafiya lüğətinin elektron variantı “Azərbaycan dilinin
orfoqrafiya lüğəti” kitabı əsasında hazırlanmışdır.
4. Adi lüğətlərdə əvvəli eyni hərflərdən ibarət olan sözlər bir yerdə yerləşirsə, əks lüğətdə
sonu eyni hərflərdən ibarət sözlər bir sırada düzülmüş olur. Belə ki, Azərbaycan dilinin əks
lüğətində bütün fellər, daha doğrusu –maq və -mək şəkilçili fel qrupları iki yerə toplanmışdır.
-lıq şəkilçili bütün isimlər bir qrupda, -lı şəkilçili bütün sifətlər isə bir sırada olacaqdır. Məhz
bu xüsusiyyət əks lüğətlərin praktik istifadəsi üçün mühüm amillərdən biri sayılır.
LEKSİKOQRAFİYADA ELEKTRON LÜĞƏT FENOMENİ
Jalə MƏMMƏDOVA
AMEA Dilçilik İnstitutu
AZƏRBAYCAN
Elektron leksikoqrafiyanın rolu dil öyrənmə prosesində böyükdür. Beləki, sözlərin
lüğətlərdə axtarışı yeni texnologiya ilə həyata keçirilir. Bu müasir leksikoqrafiyada xüsusi
lüğət formaları ilə yerinə yetirilir. İnformasiya texnologiyaları dillərin intesiv öyrənilməsində
çox böyük əhəmiyyətə malikdir və müxtəlif dillərin öyrənilməsində müsbət təsir göstərir. Hal-
hazırda müxtəlif alətləri və funksiyaları olan elektron lüğətlər çoxdur. İstifadəçilər ən çox dil
öyrənmədə bu növ lüğətlərə müraciət edirlər. Sözsüz ki, lüğətlər filoloqun, tərcüməçinin,
müəllimin və tələbənin əsas baza təşkil edən köməkçi alətidir. Lüğətlə işləməmişdən öncə
istifadəçi əvvəlcə lüğətin imkanlarına diqqət yetirməlidir ki, bu lüğətdə o istediyini tapacaq ya
yox. Ona görə də iri tirajlı kitab lüğətlərdənsə, elektron lüğətlərin istifadəsi daha rahat yol
olaraq yaranıb. Amma bəzi istifadəçilər kitab lüğətlərdən hələ ayrıla bilmir.
Elektron lüğət fenomeni nisbətən yaxın vaxtlarda yaranıb. Bu sahə ətrafında bir çox
tədqiqat işləri aparılmışdır. Hazırda dildə “elektronlüğət” və “lüğətlər elektrondaşıyıcıda”
kimi terminlər yayılmışdır. Kompakt diskdə olan lüğətlər diskdə böyük yer tuturlar və bundan
istifadə eynilə ənənəvi lüğətlər kimidir. Elektron lüğətlərin kitab lüğətlərdən fərqi - təqdimat,
texniki funksiyalar, texniki aspektlər, multimediyalı elementlər, şəkillər, səslər, animasiyalar
və qısa videoroliklərin olmasıdır. Hazırda mövcud olan elektron lüğətləri qiymətləndirmək
lazımdır. Dil öyrənərkən belə vacib elementlərin olması zəruridir, leksikanın estetik
görnüşünü gözəlləşir və burada işləmə atmosferası yüngülləşir, hər bir istifadəçi burda özünü
rahat hiss edir. Müasir elektron lüğətlərdə videoyaların, animasiyaların, hiper-linklərinvə
müxtəlif illustrasiyaların olması onların üstünlükləridir. Bu cür gostəricilər kağız lüğətlərdə
yoxdur. Elektron lüğətlərdə əlifba sırası, leksik vahidlərlə və səsli axtarışlar mümkündür.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
973
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Burada xüsusi orfoqrafik korrektor var ki, əgər istifadəçi sözü səhf yazırsa bu halda yazının
yanında ayrıca pəncərədə həmin sözə uyğun güman edilən sözlər siyahısı açılır. Təbii ki, bu
həmin elektron lüğətin yaddaşında olan söz imkanı vasitəsilə meydana çıxır. Başqa bir simvol
əvəzlənməsi funksiyası da var ki, buna joker deyilir. Elektron lüğətlərin bu mərhələsi
başlanğıc mərhələ sayılır, bundan sonrakı mərhələ daha ciddi problemlərin həllini tapır.
Чумарина Г.Р., “ЭЛЕКТРОННАЯ ЛЕКСИКОГРАФИЯ ПРИ ОБУЧЕНИИ ЯЗЫКАМ”
г.Казань (internetresurs)
HeninqBorqenholtzqeydetmişdirki, əgərelektronlüğətlərpotensialolaraq sürətli axtarışa
icazə verirsə aktualolaraqbuonuntərtibatındanasılıdır, elektron mətbuat bizinarahatçılıqlardan
xilasedənbirvasitədir. Bununlayanaşı, otəkməlumat bazasından ayrılan dörd monofunksional
lüğət dəstinitəsviredib. O, bulüğətlərindahagenış istifadə vaxtını səbrsizliklə gözləyir, və
onagörə də logfayllaristifadəçinindahageniş tədqiqatınadəstək üçünkifayyətqədərböyük
məlumat bazası olacaq. Elektronlüğətlərinternetlə əlaqəlidiroradanə yeniliklər varsa eyni
zamandabusistemə də tətbiqimümkündür. HeninqBorqenholtzhəmçininburadayaxındostları
SueAtkinsvə MichelRundelltərəfindənyazılmış “Oksfordpraktikileksikoqrafiya” kitabı haqq-
ında “Buadikitabdeyil, buleksikoqrafiknəzəriyyədir, ənyaxşı nəticəninmövcudluğuna inana
bilmirik” demişdir. Ümumiyyətlə bukitabdabirneçə dilçi, leksikoqraflarınadları çəkilmişdir.
Buradaxüsusielektronlüğətçiliyində istifadə olunanterminlərdə daxiledilmişdir. Məsələn:
copycats (paper dictionaries copied onto digital media) - ənənvi lüğətlərin rəqəmsal
mətbuata köçürülməsi
faster horses (as copycats, but faster searching) – daha sürətli axtarış qabiliyyətli
model T Fords (first attempts at using what digital media offer) – rəqəmsal mətbuatın
təklifində ilk cəhd. Pedro A. Fuertes-Olivera and Henning Bergenholtz “e-Lexicography: The
Internet, Digital Initiatives and Lexicograph” p 26-27
Elektron lüğət fenomeni texminən on ildir ki yaranıb, onların istifadəsini öyrənmək
üçün bir az zaman tələb olunur. Gələcək yeni nəsil elektron lüğətləri daha da təkmilləşdirmək
üçün beş əsas üsul:
1. Gələcək nəslin lüğətləri özündə kağız lüğətləri daxil edə bilməyəcəyi şeyləri daxil
edəcək: morfemlərə giriş, maksimim dərəcədə çıxışlar, mənalar, nümunələr, ifadələr və s.
Yaddaş diskinin 650 Mb həcmində ola bilər.
2. Gələcək nəslin lüğətləri dildə və metadildə istifadəçilərin xarakteristikalarında
(azarkeşlər, tərcüməçilər, ekspertlər) elastiklik qabiliyətinə malik olmağı təklif edə bilərlər.
3. Lüğət tərtibatçıları elektron lüğətlərdən istifadə səviyyəsini artıra bilər. Bir tərəfdən
çoxlu girişlər etməklə onlar yalnız sözün üzərinə basmaqla mətnə uyğun yaxın mənanı birbaşa
əldə edə bilərlər. Digər tərəfdən, istifadəçilər elə bir funksiya seçməlidirlər ki, mənaları
müqaisə etmək üçün eyni zamanda bir neçə variantlar ekranda görsənsin.
4. Elektron lüğətlər mətnin təhlili proqramına inteqrasiya edə bilər. Bir tərəfdən onlar
istifadəçinin əlavə olaraq lüğətə müraciət etməyə ehtiyacı olmur və bilavasitə məqaləni
üzləşdirmək imkanı verir. Digər tərəfdən isə tək orfoqrafiya səviyyəsində deyil, üslub,
qrammatika səviyyəsində mətndə orfoqrafik korrektor daxil edə bilərdi.
5. Tərtibatçılar elektron lüğətlərin interfeysini qaydaya sala bilərlər. Yaxşı olardı ki,
funksiyanı elə tərtib edərdilər ki, iş metodunu dəyişməyə ehtiyac olmazdı.
Mövcud elektron lüğətlərdə texniki çatışmazlıqların olmasına baxmayaraq, istifadəçilər
üçün böyük üstünlüklərə malikdirlər. Дисс. Чумарина Гузель Раисовна “Теория и
практика составления электронных словарей” стр 54-56
Tərcüməçilərehtiyacduyduqları
terminləriaxtarmaq
üçünelektronlüğətlərtərəfindəntəklifedilənaxtarış
imkanlarınıntam
üstünlüyünü
görməyərəkcəldbaşqaresurslara, İnternetvə korpuslar (yazılı mətnlərtoplusu) kimivəsaitlərə
uztuturlar. Yuxarıdadeyilənlərə ziddolaraq, G.Korpastərəfindəntəklifolunantəlimproqramları
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
974
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
lüğətlərdənnecə istifadə etmənivə tərcümə üsulunutələbələrə öyrətməkdə yardımçıdır.
G.Korpasagörə,
tərcüməçilərözlərilüğətlərdənfaydalı
istifadə
edə
bilmirlər.
Lüğətlərinistifadəsiməktəbvə universitetlərinkurrikulium (tədrisplanı) sisteminin inteqral
hissəsi deyil. Həttatərcümə məktəblərində lüğətlərinistifadəsiqaydaları haqqında xüsusi
kurslar keçirilir. Aydındırki, sözlərinmənalarınındüzgüntapılması elektronlüğətlərinaxtarış
panelindənməntiqi şəkildə istifadəsindənasılıdır. Tərcüməçilər özlüğətlərində olanboşluğuvə
limiti, həmçininonlardanfaydalı istifadə qaydalarını bilməlidirlər.
Tərcüməçilərehtiyacduyduqları terminləriaxtarmaq üçün elektron lüğətlər tərəfindəntəklif
edilənaxtarış imkanlarınıntam üstünlüyünü görməyərəkcəldbaşqaresurslara, İnternetvə
korpuslar (yazılı mətnlərtoplusu) kimivəsaitlərə uztuturlar. Yuxarıdadeyilənlərə ziddolaraq,
G.Korpastərəfindəntəklifolunantəlimproqramları lüğətlərdənnecə istifadə etmənivə tərcümə
üsulunutələbələrə öyrətməkdə yardımçıdır. G.Korpasagörə, tərcüməçilər özlərilüğətlərdən
faydalı istifadə edə bilmirlər. Lüğətlərinistifadəsiməktəbvə universitetlərinkurrikulium (tədris
planı) sisteminininteqralhissəsideyil. Həttatərcümə məktəblərində lüğətlərinistifadəsi qayda-
ları haqqındaxüsusikurslarkeçirilir. Aydındırki, sözlərinmənalarınındüzgüntapılması elektron
lüğətlərinaxtarış panelindənməntiqi şəkildə istifadəsindənasılıdır. Tərcüməçilər öz lüğət-
lərində olanboşluğuvə limiti, həmçininonlardanfaydalı istifadə qaydalarını bilməlidirlər.
DİLÇİLİK TERMİNOLOGİYASINDA ABREVİATURALAR
Elvin ATAKİŞİYEV
Gəncə Dövlət Universiteti
elvinatakishiyev@mail.ru
AZƏRBAYCAN
Dilçilik terminologiyasında müşahidə olunan üsullardan biri də abreviaturalardır. Abreviatura
termini italyan dilindən alınma hesab olunur. Öz növbəsində italyan dilindəki abreviatura sözü də
latın dilindən keçmədir, başqa sözlə desək, latın mənşəlidir. Belə ki, latın dilindəki brevis sözü “qısa”
mənasındadır. Bəzi dilçilər bu sözü latın dilindəki abbrevio “ixtisar edirəm” sözü ilə əlaqələndirir.
Dilçilikdə abreviaturaların müxtəlif növlərini fərqləndirirlər: hərfi abreviaturalar, hərfi-səsli
(qarışıq) abreviaturalar və səsli abreviaturalar. Abreviaturaların aşağıdakı növləri vardır: 1.Hərfi
ixtisarlar; 2.Qarışıq ixtisarlar; 3.Heca-termin ixtisarları. Abreviaturanın göstərilən növləri bu və ya
digər dərəcədə tədqiq etdiyimiz dillərdəki dilçilik terminlərində də özünü göstərir. Terminologiyada
abreviatura üsulu termin yaradıcılığında başqa üsullardan fərqlənir. Çünki bu üsulda bu və ya digər
anlayışın ifadəsi üçün yeni termin yaratmaq deyil, terminologiyada artıq mövcud olan terminləri eyni
məzmunda, lakin qısaldılmış şəkildə əlverişli şəklə salmaq nəzərdə tutulur. Onlar yeni anlayış ifadə
etmirlər və söz birləşməsi şəklində formalaşan terminlərin ixtisar formasıdır. Oxşar fikrə İ.Qasımovda
da rast gəlirik. Terminologiyada abreviaturaların əhəmiyyətini qeyd edən müəllif yazır: “Bu yolla
terminlərin çoxalması dildə söz yaradıcılığının digər üsullarından xeyli fərqlənir. Belə ki, digər
üsullarla termin yaratma zamanı dilin leksik qatı bu və ya digər yeni vahidlərlə zənginləşirsə,
abreviatur dildə hazır şəkildə mövcud olan dil vahidlərinin eyni məzmunda, lakin başqa formada –
qısaldılmış şəkilıdə meydana çıxmasıdır”. Qeyd eləmək lazımdır ki, Azərbaycan dilçiliyində
abreviatura üsulu ilə yaranan ixtisarları terminin ixtisar forması kimi deyil, yeni termin kimi qəbul
edən dilçilər də var. Başqa sözlə desək, bu dilçilər abbreviaturaları dilin lüğət tərkibinin zənginləşməsi
yollarından biri hesab edirlər. Məsələn, M.Qasımova görə, ayrı-ayrı dillərdə elmi-texniki terminlərin
yaradılması üsullarından biri də sözlərin ixtisarı, yəni abreviaturadır. M.Qasımov xüsusi qeyd edir ki,
abreviatura üsulu ayrı-ayrı terminoloji sistemlərdə sözə qənaət edilməsinə, çoxsözlü terminlərin kon-
kret terminlərlə əvəz olunmasına şərait yaradır. Azərbaycan dilçilərindən H.Həsənov da analoji fikri
müdafiə edir. Belə ki, o da abreviaturaları terminyaratma üsullarından biri hesab edir. Y.Məmmədli
abreviaturları sintaktik yolla söz yaradıcılığının bir qolu hesab edərək abbreviaturları sintaktik yolla
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
975
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
terminyaratmanın bir üsulu kimi araşdırmaya cəlb edir. Bu fikrə “Müasir Azərbaycan dili” əsərində də
rast gəlirik. Bu əsərdə abbreviaturalar “mürəkkəb ixtisarlar” adı altında verilir və onlar sintaktik üsulla
yaradılan yeni sözlər kimi təqdim edilir: “Sintaktik üsulla yaradılan yeni sözlərin bir hissəsini də
mürəkkəb ixtisarlar təşkil edir”. Lakin müəllif elə buradaca abreviaturların dildə anlayışın yeni ifadəsi
olmadığını qeyd edərək bu dil vahidlərinin digər sözyaratma üsullarından fərqini də nəzərə çarpdırır və
bununla da abreviaturaların dildə xüsusi kateqoriya olduğunu göstərir: “Lakin başqa leksik
vahidlərdən fərqli olaraq mürəkkəb ixtisarlar anlayışın yeganə ifadəsi deyildir. Mürəkkəb ixtisar
sözlərlə yanaşı, dildə onun tam izahını təşkil edən söz birləşmələri də mövcud olur”. Azərbaycan
dilində abreviaturaları tədqiq edən M.M.Adilov leksik abreviaturaların dilin digər sözlərinə aid bütün
xüsusiyyətlərə malik olduğunu və abbreviasya hadisəsinin məhsulu olan abbreviaturaların dilin lüğət
tərkibinin zənginləşməsində xüsusi rol oynadığını qeyd edir. Azərbaycan dilində abreviatura əsasında
meydana çıxan dilçilik terminlərini müxtılif prinsiplər əsasında qruplara ayırmaq olar. Bunlardan
birincisi abreviaturanın hansı dildəki söz birləşməsi əsasında meydana çıxması prinsipidir. Bu
prinsiplə abbreviatura üsulu ilə meydana çıxmış dilçilik terminlərini iki qrupa ayırmaq olar:1.Hərfi
ixtisarlar:
Hərfi
ixtisarlar dilçilik terminologiyasında daha çox işlənir.Belə ixtisarlar
deyildikdə,terminlərin baş hərflərindən düzəldilən ixtisarlar nəzərdə tutulur.Bu da ondan irəli gəlir
ki,çoxsözlü terminlər əvəzinə onların tərkibinə daxil olan sözlərin baş hərflərindən ibarət terminlər
işlədilir. Məsələn, Beynəlxalq Fonetik Transkripsiya-BFB, Kazan Dilçilik Məktəbi-KDM,
DESKRİPTİV DİLÇİLİK MƏKTƏBİ-DDM, Dillərin Tipoloji Təsnifi-DTT, Füsey Nəzəriyyəsi –FN,
Funksional Dilçilik Məktəbi-FDM və s.
2. Heca-termin ixtisarlar. Bu ixtisarlarda terminlərdən birinin başlanğıc hissəsi alınıb bütöv
terminlə
birləşdirilir.
Məsələn,
hidroleksem,
hipersema,
hiperurbanizm,
subopdinativ,
desemantikləşmə, etnolinqvistika, paleoqrafiya, siqnifikasiya, sinsemantika, transformasiya və s. Qeyd
edək ki, abbreviaturalardan istifadə olunmasının həm üstün, həm də kəsir cəhətləri vardır. Dil
sisteminin lakonizm tələblərinə cavab verdiyinə görə onların işlədilməsi əlverişlidir. Lakin
abbreviaturaların daxili mənası bir çox hallarda geniş auditoriyaya məlum olmur, onlar şifahi nitqdə az
işlənirlər. S.Sadıqova yazır: “Belə abreviaturaların daxili mənası yalnız müvafiq mütəxəssislərə
məlum olur və ixtisas leksikasında sirr kimi gizli qalır. Daxili mənanın geniş ünsiyyət zamanı
motivləşməməsi bu cür vahidləri emosionallıq və ekspressivlik xüsusiyyətindən məhrum edir, “quru”
saxlayır, onların sırf termin funksiyası daşımasında mühüm rol oynayır. Belə ki, belə terminlərin daxili
məzmunu yalnız bu və ya digər elm sahəsində anlayışların qruplaşdırılması ilə, elmin özünün inkişafı
ilə əlaqədar dəyişir. Digər tərəfdən ixtisar terminlərin daxili formasının həmin xüsusiyyəti (“quru”),
ümumiyyətlə, elmi dildə ingilis, rus dili və ya başqa əcnəbi dil vahidlərinin orijinalda olduğu kimi,
hətta transkripsiya etmədən saxlanılmasını reallaşdırır”. Bütün bunlar Azərbaycan dilində dilçilik
terminlərində abbreviaturalardan geniş istifadə olunduğunu aydın şəkildə göstərir.
Dostları ilə paylaş: |