SADƏ QURULUŞLU RİTORİK SUAL CÜMLƏLƏRİNİN BƏDİİ
ƏDBİYYATDA İŞLƏNMƏ ŞƏKİLLƏRİ (B.VAHABZADƏ VƏ
İ.ƏFƏNDİYEV YARADICILIĞINDA)
Mehriban CƏFƏRLİ
Qafqaz Universiteti
mehribanceferli@gmail.com
AZƏRBAYCAN
İfadə məqsədinə görə sual cümlələrinin üç növü qеyd оlunur: həqiqi suallar, ritоrik suallar və
təhrikеdici suallar. 1. «Ritоrik» yunan sözüdür, «rhеtоr» «оratоr» dеməkdir. 2. «Ritоr» qədim
yunanlarda və rоmalılarda «danışıq gözəlliyi müəllimi»nə vеrilən ad оlmuşdur. 3. Ritоrik sual
cümlələri quruluşca sual şəklində оlmalarına baxmayaraq, məzmunca sual ifadə еtməyən cümlələrdir
və bu baxımdan оnlar həqiqi sual cümlələrindən fərqlənir. Sual cümlələrinin bu növündə cavab tələb
оlunmur, bu cavab sualın özündə implisit tərzdə düşünülür. Ritоrik suallarda məntiqi hökm ifadə
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
976
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
еdilir. Bu baxımdan həmin üslubi fiqurun sintaktik-məntiqi fiqur kimi tədqiqi məqsədəuyğun
hеsabеdilir. Bir qisim еlmi əsərlərdə ritоrik suallarda yalnız təsdiqin inkar fоrmasında, digərlərində isə
yalnız inkarın təsdiq fоrmasında ifadə еdilməsi qеyd оlunmuşdur. Lakin Azərbaycan bədii dil
nümunələri sübut еdir ki, ritоrik suallı cümlələrdə həm təsdiq, həm də inkar sual fоrmasında təqdim
оlunur və bununla da fikir daha ifadəli, еmоsiоnal-еksprеssiv çalar qazanır. Bu sintaktik
kоnstruksiyalar xüsusi üslubi priyоm kimi, bədii əsərlərdə daha dərin ifadə üçün, оxucunun diqqətini
bu və ya digər məsələyə, hadisəyə cəlb еtmək, оna daha dərindən təsir еtmək məqsədilə işlənir. Təsdiq
və ya inkarda dеyilməli fikir ritоrik sual cümlələri vasitəsilə daha təsirli və qəti şəkildə ifadə оlunur.
Bu nitq fоrmasının ifadə gücü, еmоsiоnal təsir qüvvəsi də məhz bundadır. Ritоrik sual cümlələrinin
cavabı danışana qabaqcadan məlum оlur. «... ritоrik sual cümlələrinin işlədilməsində məqsəd, həqiqi
sual cümlələrindən fərqli оlaraq, təhrikеdici nitqin yönəldildiyi şəxsdən müəyyən sоrğulara, «məchul
mətləblərə» cavab almaq dеyil, əksinə, sözün gеniş mənasında оna «cavab vеrmək», fikrə bir həqiqət
qüvvəsi, təkzibеdilməzlik əlavə еtməkdir. Danışana tamamilə məlum оlan, оnun təxminində həqiqi,
rеal görünən bir fikrin, təsdiq və ya inkar hökmün «yanlış» fоrmaya salınması ifadəyə bir hərəkət,
intеnsivlik gətirir, məzmunu əlavə hissi infоrmasiyalarla, kоnnоtativ çalarlarla zənginləşdi-
rir».(Abdullayev S.Ə Ekspressiv təsdiqlik və ekspressiv inkarlıq ( Azərbaycan dili materialları
əsasında ) : Filol. Elm. Nam. ... dis. Bakı, 1970, 237 s).
Ritоrik sualın funksiyası diqqəti cəlb еtmək, təsiri qüvvətləndirmə еmоsiоnal tоnu artırmaq,
həyəcan, cоşqunluq yaratmaqdır. Bu kimi məqsədlərlə istifadə olunan sual cümlələrinin qrammatik
quruluşuna görə iki növə bölünür; sadə quruluşlu ritorik sual cümlələri, mürəkkəb quruluşlu ritorik
sual cümlələri.
Sadə quruluşa malik olan ritorik sual cümlələri cümlə üzvlərinin iştirakına görə müxtəsər və
geniş ola bilir. Hər iki cümlə formasından müxtəlif məqsədlər üçün geniş şəkildə istifadə olunur.
Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, nəsr və dram əsərlərində müxtəsər formalı ritorik sual
cümlələrinin işlənmə tezliyi eyni deyildir: Sənin rənginmidir əks edən göyə? (B. Vahabzadə
“Göygöl”), Nədir yolumun adı? (B. Vahabzadə “Mənim yolum”), Görəsən, o, heç olmasa, mənim
varlığımı duyurmu? ( İ.Əfəndiyev “Kiçik bir poema” hekayəsi ), Bəlkə Fərəc haqlı imiş? Bəlkə
doğrudan da mən dəliyəm? (İ. Əfəndiyev “Sən həmişə mənimləsən) – cümlələri sadə müxtəsər
cümlələrdir.
Yoxsa mənim qələbəmin təntənəsi sənin üçün mənasızdır? ( İ.Əfəndiyev “Qarı dağı” hekayəsi ),
Heç ilin bu vaxtında da bu cür qəmgin olarlarmı? (İ. Əfəndiyev “Atayevlər ailəsi” dramı), Sən mənim
odumsan, hərarətimsən, Odsuz alışarmı quru taxtalar? (B. Vabahzadə “Ürək” şeiri), Eşqim mənim
amalım olubdur, bunu danmam, Bəs neyləyək amalımız əmmayə düşəndə? (B.Vahabzadə “Düşəndə”
rədifli qəzəli) – cümlələri isə B.Vahabzadə və İ.Əfəndiyev yaradıcılığında ritorik sual cümlələrinin
sadə geniş formasına nümunədir. İstər nərs əsərlərində, istər lirik əsərlərdə, istərsə də dram əsərlərində
ritorik sual cümlələrinin sadə geniş formasına daha çox təsadüf olunur. Həm İ. Əfəndiyev, həm də də
B. Vahabzadə yaradıcılığında ritorik sual cümlələrinin bu növü kamil şəkildə yaradılmışdır.
Həqiqi sual cümlələrində olduğu kimi ritorik sual cümlələri də sadə cümlənin şəxsə görə
növlərində verilir. Belə nümunələri həm B.Vahabzadənin, həm də İ.Əfəndiyevin yaradıcılığında
görmək mümkündür. “Dur”- demək olarmı heç,hava ilə bərabər Enib qalxan civəyə? Qəlbi salmaq
olarmı, Balaca çərçivəyə? (B.Vahabzadə “Həkimlə söhbət” şeiri), Əsl sənətkarı yolsuz, cığırsız, Heç
gördünüzmü? (“Nəsənsə, özün ol” şeiri), Səni bircə kərə görən oldumu, Həyatın dolaşıq macərasında?
(“ “Hə” ilə “Yox” arasında“ şeiri), Dünyada tikməkdən, qurmaqdan gözəl nə var? (İ.Əfəndiyev
“Atayevlər ailəsi” dramı ), Evimə haram tikə qoymamışam. Mən bu birçəklərimi namusla ağartmışam.
İndi mənim oğluma el oğrusu desinlər? ( İ.Əfəndiyev “Bahar suları” pyesi ).
B.Vahabzadə və İ.Əfəndiyev yaradıcılığını bəzəyən bu nümunələrdə sadə cümlənin şəxsə görə
növlərindən daha çox xəbər əsasında formalaşan qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxsiz cümlələr
verilmişdir.
Bu hissəyə qədər qeyd edilən sadə cümlələr üzvlənən cümlələr idi. Şifahi nitqdə olduğu kimi
bədii əsərlərdə də belə cümlələr daha çox işlədilir. Bunlar dil üçün səciyyəvi olan normal cümlələrdir.
Lakin dilimizdə üzvlənməyən cümlələrin iştirakı da təkzibedilməzdir. Təktərkibli cümlələrin bir
növünü də söz-cümlələr təşkil edir. Sual məqamında işlədilən söz cümlələr iki yolla yaranır; 1) Təsdiq
sözlərin sual mənasında işlədilməsi ilə : Hə, qızlar, nə var, yenə su cüllütü kimi bir-birinizdən
ayrılmırsınız?, A balam, niyə hesabı içəri verirsiniz, hə? ( İ.Əfəndiyev “ Bahar suları” pyesi), 2) Necə,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
977
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
necə məgər, necə bəyəm, necə yəni, doğrudan, xeyir ola, deyilmi sual sözləri və ya söz birləşmələri
ilə: Necə yəni?! Mənim nişanımı geri qaytarmaq?! ( İ.Əfəndiyev “Üçatılan” povesti ), O günləri
xatırlamaq sənin üçün də ağırdır, deyilmi? ( İ.Əfəndiyev “Bahar suları” pyesi), Nəzakət. Siz bizim
söhbətimizi Nargiləyə demişiniz? Həsənzadə. Xeyr, deməmişəm. Necə məgər? ( İ.Əfəndiyev “Sən
həmişə mənimləsən” ).
Hər hansı bir cümlənin tərkibindəki məntiqi cəhətdən mühüm olan üzvü nəzərə çarpdırmaq, nitqə
yüngüllük, səlislik, yığcamlıq vermək, lazımsız təkrarların qarşısını almaq məqsədilə işlədilən
yarımçıq cümlələr də bədii ədəbiyyatımızda geniş şəkildə işlədilmişdir. Yarımçıq cümlələrin hər iki
növündən; həm kontekstual yarımçıq cümlələrdən, həm də elliptik yarımçıq cümlələrdən istifadə
olunmuşdur; Bu körpüsalanlar da qəribə adamlardır! Belə sözləri hardan tapıb oxuyurlar? (
“Körpüsalanlar” romanı), Mən nə istəyirdim? İnsanların qəlbində, ruhunda nə kimi xariqüladəliklər
axtarırdım? ( “Bahar buludları” ), O, mənə nə qədər ümidlər verdi. Bəs sonu? Tapmaq çətin olur,
itirmək asan. İndi ağlayırsan... Ancaq nə fayda, Özü yıxılanın ağlamağından? Bəs körpə? (
B.Vahabzadə “Atılmışlar” poeması).
İstər məişətdə adi danışıqda, istərsə də bədii ədəbiyyatda həqiqi sual cümlələrindən daha çox
istifadə olunmasına, ritorik sual cümlələrinə məişətdə az müraciət edilməsinə baxmayaraq, bədii
ədəbiyyatda ritorik sual cümlələrinə aid nümunələr kifayət qədərdir.
SIFIR (ELLİPİK) TƏKRARLAR
Leyla SƏMƏDLİ
Bakı Slavyan universiteti
leyla.samadli@gmail.com
AZƏRBAYCAN
Cümlələrdə yarımçıqlıq dilçilərin diqqətindən kənar qalmayan bir mövzu olub və bu da öz
növbəsində o sahəyə marağın olmasını bəlli edən bir faktdır. Elmi ədəbiyyatda ellipsisi həm də sıfır
ellipik təkrarlar da adlandırırlar. Məsələn Ş. Balli onu “сыфыр ишаря” , R. Yakobson “сыфыр
анафорик (вя йа дейктик) ишаря” adlandırır.
Ellipsis barədə alimlər müxtəlif fikirlər söyləyirlər. A.A. Leontiev ellipsisi mənfi emfaza minus
işarəli (-) emfaza kimi qiymətləndirir. Fonetik söz,morfem sözlərinin birləşmələri mənasında- sintaqm
və cümlə vahidlərinin tərkib hissələrinin hər birində qeyri-tarazlıq müşahidə olunur ki və bu da fonetik
reduksiya ilə nəticələnir. Cümlədə ellipsis özünü iki cür göstərir tam və natamam. Ellipsisin
işlədilməsi müəllifin ilkin şərtlərinə əsaslanır. Oxucu kontekstdən əldə etdiyi məlmata əsasən müəyyən
bilgiyə sahib olur və o bilgi əsasında nəticə çıxarır. V. Q. Admoni elliptik cümlələrin tərkibində zəruri
üzvlərin və ya onların hansısa tərkib elementinin iştirak etmədiyini qeyd edir. Elliptik cümlələr ikinci
dərəcəli üzvlərə malik ola bilərlər,yəni geniş cümlələr ola bilirlər. Bu tipi cümlələrin əsas
xüsusiyyətləri ondan ibarətdirki kontekstin təsiri altında cümlənin elementlərindən biri öz ifadəsini
tapmır. Yəni o olmadan müvafiq məntiqi-qrammatik cümlənin məna və formal olaraq bitkinlik əldə
etmədiyi elementi öz ifadəsini tapmır.
Elliptik təkrarlar son dərcə geniş istifadə olunan təkrarlardır , cünki onlar kontekstin, cümlənin ,
bəzən bütün baş üzvlərin yerini doldurur. E. A. Trofimovanın qeydlərində bele yazılır: “elliptik
variantlar həm sözdə həm söz birləşməsində, həm sadə, həm mürəkkəb cümlədə, həm də mürəkkəb
sintaktik bütöv daxilində mümkün olduğundan ingilis dilində aşağıda qeyd olunmuş şəkildə formlara
bölünür.
1.
Üslub cəhətdən qısaldılmış sözlər- lab(labaratory) adv (advertisement)
2.
Üslub cəhətdən qısaldılmış fel forması- shall/will’in ‘ll kimi yazılması, do not/ does not yerinə
don’t doesn’t yazəlması və s.
3.
Mübtədası,mübtəda və köməkçi feli və ya sadəcə köməkçi feli ellipsisə uğramış sadə
cümlələr.
A)
– got everything here-he announced (hər şeyi gotürdüm-o bildirdi)
B)
I ‘m pretty well thank you (yaxşıyam çoxsağol)
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
978
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
C)
-What have you been doing here since morning?
-just been playing with my toys
4. Bağlayıcıları və ya nisbi əvəzlikləri ellipsisə uğramış cümlələr.
5. Üslubi cəhətdən qeyd olunmuş dialoji biliklərin sintaktik bütövdə normativ vahidin ellipsisi
kimi çıxış etməsi;
-they say you helped them to bunk?
-me?
Ellipsisi təyin etmək üçün pozisyon analizi metodikası istifadə olunur. T. Şopen ellipsisin iki
növünü fərqləndirir ; analipsis (irəli ellipsis) və katalipsis (geri ellipsis)
She (is beautiful) and Lucca (-) too. (is beautiful düşünülür) analipsis- o gözəldir, həmçinin Luka
daI think that Joan (-) and you think that Marvin (will finish first ) məncə Coan və sən Marvinin
birinci bitirəcəyini düşünürsünüz. – katalipsis (geri ellipsis) – boşluqda will finish first düşünülur.
Bu növ ellipsis mətn səviyyəsində özünü göstərir. Araşdırmalara görə mətnlərdə ən çox analipsis
tətbiq olunur.
Azərbaycan dilində hər hansı cümlə üzvünün iştirak etməməsi yaxud ellipsisi ilk baxışdan bu
cümlələri adlıq cümlə şəxssiz cümlə, söz cümlələrə bənzətməyimizə səbəb olur. Lakin bu belə deyil
onlar bir birinə müəyyən cəhətə görə bənzəsələr də təbii ki aralarında fərq var. Əşyanın, hadisənin
mövcud olduğunu, varlığını- intonasiyanın köməyi ilə təsdiq edən sadə tərkibli cümlələr adlıq
cümlələr adlanır. Mübtədası olmayan, fikir predmeti xəbərlə təsəvvür edilən tək tərkibli sadə cümlələr
isə şəxssiz cümlələr adlanır. Adlıq cümlələrdə sadəcə mübtədanın iştirak etdiyini görürük , cümlənin
xəbəri olmur, şəxssiz cümlələrdə isə əksinə - xəbər iştirak edir, cümlə mübtədasız olur.
B. Hacıyevin fikrinə görə adlıq cümlələr paralel rabitə ilə əmələ gələn mətnlər üçün səciyyəvidir.
Bəzi mətnlər bütövlükdə adlıq cümlələrdən ibarət olur, digərlərində isə adlıq cümlələr onlara yaxın
olan cümlə növləri ilə birləşir.
Söz cümlələr bir sözdən (və ya sabit söz birləşməsindən) ibarət olub sintaktik cəhətdən
üzvlənməyən cümlələrdir və əsasən fərqləndirilmiş söz və ifadələrdən (hə,yox,bəli,xeyir,baş üstə və s.)
ibarət olur. Söz cümlələrin əsas xüsusiyyəti onları təşkil edən sözlərin nominativ mənaya maik
olmasındadır. Məhz bu səbəbdən belə cümlələr ədatlar , nidalar və modal sözlərlə ifadə olunur. Bu da
fikrin qısa ,emosional və surətli ifadəsinə imkan verir.
Yarımçıq cümlələr buraxılmış üzvləri mətnə, situasiyaya, cümləni təşkil edən üzvlərin forma və
məzmununa əsasən bərpa oluna bilən cümlələrdir. Yarımçıqlıq da üzvlənən cümlələrin xüsusiyətidir.
Çünki burda baş və ikinci dərəcəli üzvlərin buraxılmasından və asanlıqla mətnə əsasən bərpa oluna
bilməsindən söhbət gedir.
Sıfır təkrarları təhlil edərkən ellipsis üzərində durmuş oluruq və ona görə də bu barədə bir qədər
ətraflı danışmaq məqsədə uyğun olardı. Ellipsislə bağlı T. Əfəndiyeva qeyd edir ki ; “ ellipsis yarımçıq
cümlə ilə bağlı bir hadisədir. Yunan sözü “elleipsiz” (buraxımış) sözündən əmələ gəlmiş bu termin
elliptik cümlələrin bir qrupunu təşkil edən konstruksiyadır və bunlara dilçilik ədəbiyyatında elliptik
cümlələr deyilir.
T.Əfəndiyeva yarımçıq və elliptik cümlələr arasındakı oxşar və fərqli cəhətləri aşağıdakı kimi
olduğunu qeyd edir.
1) yarımçq cümlələrdə mübtədanın, xəbərin buraxılması müşahidə olunur. Elliptik cümlələrdə isə
xəbər buraxılmış olur.
2) xəbəri buraxılmış yarımçıq cümlələrdə xəbər əvvəki cümlədə və ya kontekstdə olduğu halda
eliptik cümlələrdə buraxılmış xəbər əvəldən gələn cümlələrdə olmur, kontekstin ümumi məzmununa
əsasən aşkar edilir və bərpa olunur.
Dil ünsiyyət vasitəsi inkişaf və mübarizə üsulu kimi qeyd edilir. Ünsiyyət vasitəsi kimi dil
dəqiq,səlis və aydın olmalıdır. Nitq hadisəsi isə həm ictimailiyə həm də fərdiliyə meyl edir. Məhz ona
görə ellipsisə daha çox dildə yox nitqdə rast gəlinir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
979
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCANDA DİL SİYASƏTİ VƏ DİL SİTUASİYASI:
CİDDİ MÜQAVİMƏTLƏR MÜSTƏVİSİNDƏ (1950-Cİ İLLƏR,
STENOQRAMLARIN DİLİ İLƏ)
Cahid KAZIMOV
AMEA Nəsimi adına Dilçilik İnstitutu
cahid@ismayiloglu.com
AZƏRBAYCAN
Azərbaycanda bütün dövrlərdə dil siyasəti və dil situasiyasının əsaslarını müəyyənləşdirmək mü-
əyyən problemlərlə üzləşib. Ona görə problemə bu məsələ çevrilib ki, məsələn, sovt dönəmində
dövlətin dil siyasətini tam şəkildə müəyyənləşdirmək üçün dövlətin ideologiya, mədəniyyət, elm və s.
məsələ-lərinə həsr edilmiş tədbirlərinin materiallarını - bu kimi mənbələri əldə etmək çətinliyi
mövcuddur.
Həmin dönəmdə dil siyasətinin respublikamızla əlaqədar çətinliyini və mürəkkəbliyini dərketmə
istiqamətində böyük demokrat yazıçı, alim, ictimai-siyasi xadim Mirzə İbrahiovun dil mücadiləsinin
bir sıra incəliklərini yada salmaq lazım gəlir.
Dil məsələsində də Bakı hökumətinə o zaman rəhbərlik edən Şaumyan dilimizin o zaman işlək-
liyinə qəti şəkildə mane olur. Donosbazlıq onun birinci vəzifəsinə çevrilir, bütün tədbirlərin Azərbay-
can dilinə apralıması haqqında məlumatı MK-ya çatdırır. «Azərbaycanda yerli radio verilişlərinin 13
saatından rus dilində verilişlərə 28 dəqiqə və erməni dilində 28 dəqiqə ayrılır».
Məhz bu dövrdə (50-ci illər) ikidillilik (bilinqvizm) məsələsi də gündəmdə idi. Tədbir və yığın-
caqlarda səsləndirilirdi ki, «Hər cür şərait yaratmaq lazımdır ki, milli-rus qoşadilliyi hər bir regionun
xüsusiyyətləri nəzərə alınmaqla ahəngdar və təbii inkişaf etsin, formalizmdən azad olsun. Dövlət həya-
tının ictimai və mədəni həyatın müxtəlif sahələrində milli dillərin işlədilməsinə daha çox qayğı göstə-
rilməlidir. Xalqın adını daşıyan, respublikanın ərazisində yaşayan başqa millətlərin vətəndaşlarının, bi-
rinci növbədə uşaqların və gənclərin həmin xalqın dilinin öyrənilməsi təqdir edilsin. Bütün bunlar
tədris dilinin sərbəst keçirilməsinin demokratik prinsiplərinə qarşı qoyulmamalıdır».
Beləliklə, sovet dövründə (50-ci illər) Azərbaycan dilindən dövlət dili kimi istifadədə təcridolun-
ma, kənarlaşma prosesləri baş vermişdir. Bu dövr həqiqətən də ziddiyyətli bir dövrdür, mühüm dil
məsələlərinin müzakirəsi məhz bu dövrün də payına düşür. Dil siyasətində də sövet dövlətinin ikili
standartlardan çıxış etməsi hakim rus-erməni şovinist dairələrinin təsiri altında, öncə, türk-müsəlman
xalqlarının milli-mənəvi, əxlaqi dəyərləri ilə yanaşı, milli ana dilinin işləkliyinə hər vəchlə mane
olmaq, bu dili sıxışdırmaq, «sovet insanını, sovet xalqını» formalaşdırmaq adı altında, məqsədyönlü
formada milli respublikalarda ruslaşdırma siyasətini həyata keçirməkdən başqa bir şey deyildir. İslam-
çılıq və türkçülük ideyalarının sıxışdırılması nəticəsində əks-təsir, yəni türk-müsəlman xalqlarının
qabaqcıl nümayəndələrində, ziyalılarında, ədiblərində milli fikir axtarışları, milli duyğular, milli təəs-
süfkeşlik hissləri güclənməyə başladı, milli dil, ana dili, yerlərdə ana dilinin dövlət dili kimi tanınması
uğrunda gözə görünən və gözə görünməz şəkildə mübarizə başladı.
AZƏRBAYCAN ATALAR SÖZLƏRİNDƏ ŞƏXS ADLARI
Günel ƏLİYEVA
Sumqayıt şəhəri, 28 №li orta məktəb
AZƏRBAYCAN
Xalqın dünyagörüşü, fəlsəfi baxışı, onun əhatə etdiyi mühitə, insana, təbiətə, tarixə münasibəti,
cəmiyyət üzvlərinin adları, əhatə dairəsinin genişliyi və məhdudluğu, əmələ gəlmə mənbələri və
tərkibi, adlarda baş verən fonetik, leksik-semantik dəyişmələri, mənşəcə tərkibi, milli-mədəni
leksikanın anlayışlarını, quruluş tiplərini, morfoloji baxışlarını, psixologiyasını, başqa xalqlarla
paralellik təşkil edən sabıt struktur, sözlərin yaranma yollarını, qanunauyğunluqlarını, yayılmasını,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
980
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
onların xüsusi çəkisini, türkdilli abidələrdə adların tipoloji xüsusiyyətlərini, təbiətin insana təsiri ilə
bağlı adların yaranmasını və sair etnik-linqvistik və psixoloji səciyyəni açmağa kömək edir. Bütün bu
qeyd edilən cəhətlərin aşkarlanması üçün ayrılıqda çox geniş tədqiqat aparılmalıdır.
Burada V.A.Nikonovun “Первый закон антропонимики, как и всей ономастики-историзм”
fikri özünü doğruldur.
Məhz tarixi məlumat hər adın etimoloji şərhinə açar verir.
Şəxs və məkan anlayışı bildirən isimlər dildə daim müxtəlif məna yükü daşıyır.
Atalar sözlərinin onomastik laydakı antroponim mikrolayı ilə əlaqəsi üç şəkildə özünü göstərir:
Tarixi şəxsiyyətlərin adı ilə bağlı atalar sözləri müxtəlif istiqamətlərdə inkişaf edərək, xalqın milli
ənənələrini, dünyagörüşünü, psixoloji yaşını, iqtisadi, siyasi, mənəvi səciyyəsini, həyat tərzini əks
etdirən əlamətlərlə uyğun şəkildə ifadə etdiyi üçün məcazlaşma xüsusiyyəti qazanır, ümumiləşmiş
məzmun kəsb edir və xüsusi isimlər-adlar burada aparıcı rolu öz üzərinə alır, bununla da xüsusi çəkisi
artır. Məsələn:
I.”Hər oxuyan Molla Pənah olmaz”.- bu atalar sözündə adı çəkilən Molla Pənah /Vaqif/ XVIII
əsrdə yaşamış şairin adı ilə bağlıdır. Xalq öz şairini təqdir etmiş və yaxın sifətləri adında cəmləşdirdiyi
üçün onu xüsusi seçilmiş şəxs kimi yaşatmış və ondan örnək götürməyə meyilli olmuşdur.
II. XVIII əsrdə yaşamış və yadelli işğalçılara qarşı ölüm-dirim mübrizəsi aparmış Rövşənin adı
ilə bağlı bir çox atalar sözləri mövcuddur, lakin bunlar Koroğlu ləqəbi-adı altında yaranmışdır.
Məsələn:
“Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu”. Bu atalar sözü Azərbaycan şifahi xalq
ədəbiyyatının bədii sərvəti sayılan “Koroğlu” dastanı əsasında yaranmışdır.
Çünki oldun dəyirmançı//Çağır gəlsin dən Koroğlu.
Verdin Qırı, aldın Dürü//Döy başına yan Koroğlu.
Koroğlunun adı ilə bağlı atalar sözlərinin hamısında mərdlik, cəsarət, xeyirxahlıq, cəngavərlik
motivləri duyulur və onunla bağlı başqa bir çox vahidlər də yaranmışdır:
“Ölər Koroğlu, getmə Vətəndən”.
“Hər daşın dibində bir Koroğlu var”.
“Atasının gözünü çıxaran hər adama Koroğlu deməzlər”.
“Koroğlu üçəcən deyib”.
“Koroğlunu tutmağa bir Keçəl Həmzə gərək”.
“Koroğlu deyib: basılanı kəsməyin”.
Bu atalar sözləri nəyi və kimisə fərqləndirmək məqsədi güdsə də, yenə Koroğlu burada bir simvol
kimi istifadə edilir; həm də Koroğlu şəxsiyyəti əsasında yaranan köçürmə mənadan danışılır.
III. “Dağ Məhəmmədin yanına getməsə, Məhəmməd dağın yanına gedər”.
Bu məsəl, əvvəlcə özünü təkəbbürlü aparan adamın sonradan güzəştə gedib sadə hərəkət etməyə
məcbur olduğu və ya əksinə, daha hörmətli adamın özündən qat-qat kiçik adamın ayağına getməyə
məcbur olduğu zaman işlədilir.
B) Atalar sözlərinin bir hissəsində xüsusi isimlər iştirak etsə də, onlar məzmuna qarşı neytral
mövqe tutur, yəni məzmunla sıx bağlana bilmir, bəzən qafiyə xətrinə, bəzən satirik və yumoristik
üslubda məcaz yaratmaq məqsədilə işlənir. Məsələn:
a) “Ölməz, itməz, Xədicə görər nəvə-nəticə”. Burada xüsusi isim yalnız qafiyə xətrinə işlənmiş,
məzmuna qarşı neytral mövqe tutmuş və görülən işin sonunu gözləmək mənası ifadə etmişdir. Burada
atalar sözləri ictimai məzmunla yüklənir, qeyri-müstəqim mənalı ictimai-sosioloji məzmun kəsb edir.
b) ”Mus-mus deyincə birdəfəlik Mustafa de” atalar sözü fikirdə qətilik tələb etmək, fikri açıq
söyləmək məzmunu ifadə edir.
c) “Bir həsirdir, bir Məmməd Nəsir” atalar sözü hər şeydən məhrum, həyatda heç bir maddi
neməti olmayan və bir şeyə gümanı gəlməyən insan haqqında deyilir.
d) Əli və Vəli adları ilə bağlı atalar sözləri də xüsusi üslubi yük daşıyır. Hər atalar sözünün üslubi
yük daşımasını “insanların bədii fikrə və bədii düşüncənin onlara münasibəti”ni əks etdirir. “Əli
aşından da olur, Vəli aşından da” atalar sözünün strukturunda iştirak edən Əli və Vəli xüsusi adları
fikri çatdırmaq üçün , ritmik bölükdə ahəng yaratmaq üçün işlənmiş və hər şeydən məhrum olan, əli
hər şeydən çıxan adam haqqında söylənilir. Və ya “Əli papağını Vəli başına qoyur, Vəli papağını Əli
başına”. Atalar sözü “əslində normal vəziyyətdə olmayıb bir təhər yola verilən və başa çatdırılan işi
görən adam haqqında deyilir.”
|