Azər Turan



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix31.01.2017
ölçüsü2,06 Mb.
#7202
1   ...   11   12   13   14   15   16   17   18   19

* * * 
 
1915-ci  ildə  dünyaya  gələn  Səlim  Turan  Əli  bəy  Hüseynzadənin  üç 
övladından biri və tək oğludur. 
Orta  təhsilini  əvvəlcə  Bəyazid  Nümuneyi-Zükur  məktəbində,  sonra 
Qalatasarayda  alıb.  İstanbul  Gözəl  Sənətlər  Akademiyasını  bitirib.  Rəngkarlıq, 
heykəltaraşlıqla  yanaşı  miniatür,  təzhib,  əbru  kimi  ənənəvi  sənətlərlə  də  məşğul 
olub.  Rəisül-Xəttat  Hacı  Kamil  Əfəndidən  (Kamil  Aktik)  xətt,  İsmayıl 
Altunbəzərdən  təzhib,  Nəcməddin  Oxyaydan  əbru  və  cild  dərslərini  alıb.  Fatih 
divanına miniatürlər çəkib. 
Səlim  Turan  1940-cı  ildə  Türkiyədə  "Yenilər  qrupu"nun  yaradıcılarından 
biri  kimi
235
  tanındı.  Onu  Əli  bəy  Hüseynzadənin  vurğunlarından  biri,  çağdaş  türk 
düşüncəsinin  məşhurlarından  olan  Hilmi  Ziya  Ülken  hamıdan  əvvəl 
dəyərləndirmişdi. 

145 
 
1947-ci  il  aprelin  1-də  Parisə  köçən  Səlim  Turan  Ekol-De-Boze  Ali 
Rəssamlıq Məktəbində rəngkarlıq və heykəltaraşlıq ixtisasları üzrə təhsil almışdı. 
Parisdə  məşhur  alman  rəssamı,  abstraksionist,  taşizmin  yaradıcılarından 
Hans Hartunqla tanış olan Səlim Turanın dostları sırasında simvolizmin təmsilçisi 
Andre Jid, sürrealizmin banilərindən Araqon, ekzistensialist Sartr, kubizmin banisi 
Pikasso və başqaları vardı. 
Səlim  bəy  Pikassonun  xanımı  Françoisə  Ranson  Akademiyasında  dərs 
demişdi.  Səlim  Turanın  yaddaşında  Pikasso  ilə  birgə  keçirdiyi  günlərin  gözəl 
xatirələri vardı: "Pikasso ara-sıra məni və arkadaşım Qoetzi bəzən qəhvəyə, bəzən 
də  yeməyə  dəvət  edirdi.  Özü  yeməyi  zeytun  və  bir  az  çörəklə  keçişdirirkən,  biz 
istədiyimizi  yeyirdik.  Zaman-zaman  Valorisdəki  emalatxanasına  gedib  çalışmalar 
yapardıq.  Bir  gün  Mark  Şaqal  gəlmişdi,  at  rəsmi  çəkmək  istədi,  amma  alınmadı. 
Bunun üzərinə Pikasso aldı və bir eşşək rəsmi çəkdi..."
236
 
Səlim Turan  ünlü  fransız  rəssamları ilə bir sırada  Ranson  Akademiyasının 
müəllimlərindən idi. 
Səlim  bəyin  mücərrəd  rəsmlərdən  ibarət  ilk  sərgisi  1950-ci  ildə  Parisdə 
Breteau qalereyasında keçirilmişdi. 
Onun  üslubunu  mücərrədlə  konkretin  vəhdətini  yaradan  bir  üslub  olaraq 
dəyərləndirirlər.  "Çarpıcı  axıcılıq,  rəng  harmoniyası  Səlim  Turanın  yaradıcılığına 
xas xüsusiyyətlərdir".
237 
 
* * * 
 
Səlim bəy impressionizmin banilərindən Eduar Manenin aşiqiydi. 
 
* * * 
 
Sorbonn universitetindəki divar rəsmləri də Səlim Turanındır. 
 
* * * 
 
1975-ci  ilə  qədər  Paris,  Nyu-York,  London,  Bordo,  Viviuan,  Edinburq, 
Pitsburq,  Təl-Əviv  və  Brüsseldə...  15  fərdi  sərgisi  keçirilən  Səlim  Turanın 
Türkiyədə şəxsi sərgilərinin təqdimi 1981-ci ildən etibarən başlanıb. 
Səlim  Turan  Fransanın  və  İtaliyanın  müxtəlif  guşələrini  —  küçə  və 
meydanlarını  bəzəyən  çoxlu  heykəltaraşlıq  əsərlərinin  müəllifidir.  Lille  texniki 
universitetinin  həyətindəki  heykəllər  də  Səlim  Turanındır.  Onu  türk 
heykəltaraşlığında bənzərsizlərdən biri hesab edirlər. 
O bir Səlim Turan idi ki, "Sezanda kainatı, Rembrantda dünyanı görərsiniz. 
Səlim  Turan  isə  kosmik  qasırğanın  içərisində  dünyanın  bir  alt  ifadəsini  göstərir" 
(Səma Olqaç). 

146 
 
Filosof  rəssam  Səlim  Turanın  əlavə  ifadə  vasitələrindən  könüllü  imtina 
etməsi onun dahi sənətçiliyinin təzahürüdür. Eyni zamanda, rəssam Səlim  Turanın 
təxəyyülünü  kətana,  kağıza  köçərkən  nizamlayan  qüvvə  böyük  sənətkarın  filosof 
təfəkkürüdür.  Burada,  bu  mücərrədlikdə  düşünmək  üçün  mürəkkəblik  deyil,  
sadəliyin (bəlkə də aydınlığın) özü imkan yaradır. Səlim Turanın əslən Azərbaycan 
kökənli  olmasını  nəzərə  alsaq,    deməli,  mücərrəd  rəsmin  —  abstraksionizmin 
dünyadakı  birincilərindən  biri  bizdəndir.  Səlim  Turan  da  qəribədir  ki,  atası  kimi 
yalnız  dünyada  olmadığı  dönəmdə  iftixar  qaynağımıza  çevrilir.  Belə  bir  tale 
sənətkarın  hansı  dərəcədə  xoşbəxtliyidir,  deyə  bilmərəm.  Onu  bilirəm  ki, 
millətimiz  üçün  bunu  ancaq  kədərli  iftixar  adlandırmaq  olar.  Hər  halda,  bu 
hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. 
 
* * * 
 
Səlim  Turan  "Sarı  qız"  əfsanəsinin  içərisində  əfsanələşmiş  bir  sənətkardır. 
O,  Sarı  qıza  çoxlu  rəsmlər,  abidələr  həsr  edib.  Sanki  Sarı  qıza  sevgisinin  etirafı 
olaraq,  Səlim  bəy  öz  şəxsi  vəsaiti  ilə  taxtaçı  türkmənləri  üçün  bir  etnoqrafiya 
muzeyi də açdı. Taxtaquşlar kəndində 1991-ci ildə yaradılmış bu muzey Türkiyədə 
dövlət  yardımı  olmadan  açılmış  ilk  etnoqrafiya  muzeyi  idi.  İndi  Səlim  Turanın 
adını daşıyır. 
Səlim  Turanın  "Sarı  qız"  motivlərinə  romantik  sevgisindən  bəhs  edən 
türkiyəli  sənətşünasların  diqqətdən  qaçırdığı  bir  məqam  var  ki,  onu  xatırlatmağı 
lazım bilirəm. "Troya pərisinin hekayəsi"nin (Homer. "İliada") sərbəst və həm də 
çox sərbəst tərcüməsini yapan Əli bəy Hüseynzadə izahlarının bir yerində yazırdı: 
"Məmləkət" qəzetəsinin 27 şubat 1919-cu il tarixli və 18 nömrəli nüsxəsində Baha 
Said  bəy  "Anadoluda  gizli  məbədlər"  ünvanlı  məqaləsində  "Qırx  könüllü" 
türklərdən,  "Taxtaçı"  türkmənlərdən,  "Sarı  qız"  məbədindən  və  "Sarı  Qızın 
yanyatır sürəgi"ndən bəhs ediyor. 
Çingiz  xana  aid  Alankova  mənaqibini  xatırladan  bu  Sarı  Qız  Məbədi  daha 
İda  dağının  aid  olduğu  Qaz  dağı  silsiləsində  bir  çamlı  təpədə  bulunur.  Qədim 
yunanlılarla türklərin bu dağa aid etiqadlarındakı müşabihət şayani-təqdirdir!.. Hər 
iki tərəf burasını eşq makdəsinin təcəlligahı ədd edərlər". 
Sarıqız  əfsanəsinin  Türkiyədə  ən  mötəbər  araşdırıcısı  Baha  Səid  yuxarıda 
xatırlatdığım  kimi,  Əli  bəyin  yaxın  dostlarından  biri  idi.  Səlim  Turan  hələ  çox 
balacaykən Baha Səidlə doğma münasibətlərdə olmuşdu... 
 
* * * 
 
Səlim  Turan  doğulduğu  İstanbula  33  il  gələ  bilmədi.  Gəlməsinə  izn 
vermədilər.  Amma  o,  bunu  başqalarının  və  Türkiyənin  başına  qaxınc  etmədi. 
Susdu. Bu barədə danışmadı. Həsrətini çox çəksə də, Səlim bəyin Bakıya gəlişi də 

147 
 
mümkün olmadı. Ancaq buna çox can atdığı Abbas Zamanova göndərdiyi 24 mart 
1978-ci il tarixli məktubdan da aşkar görünür: 
"Möhtərəm qardaşım Zamanov. 
Maaləsəf  bir  sənə  də  keçdi.  Bəzi  üst-üstə  gələn  hadisələrdən  bu  günədək 
yazamadığımdan üzgünəm. 
İlkin,  qarım  bir  qəza  keçirdi.  Bacağını  qırdı.  O  iyiləşdiyində  33  sənədir 
getməmiş olduğum Türkiyəyə girmək üçün bir fürsət edildi. Keçən temmuz ayında 
2  ay  üçün  oraya  getdik.  Orada  ailədən  və  sənətkar,  yazar  qəzetəçilər  ayrı-ayrı 
aradılar  və  məşğul  oldular  və  açmış  olduğum  davanı  qazandım.  Daha  sonra  bir 
sərgi açdım. Çox bəyənildi. Həpsi satıldı. Nəhayət, 7 ay sonra Parisə döndük.  
Parisə  gəldiyimizdə  bir  çox  adminstrativ  işlər  birikmiş  bulduq.  Onları 
yapdıqdan sonra gözümdən əməliyyat oldum... Şimdi çox iyi görüyorum gözlüklə. 
Göz əməliyyatından bir ay sonra qarnımda bəzi narahatlıqlar oldu, doktorlar tədavi 
ediyordu, birdən artdı. Klinikdə əsaslı bir kontrol yapıldı və az qalsın qalın bağısaq 
dəlinəcək və ya tıkanacaqmış... Bu təhlükədən qurtardılar. Şimdi tədavi ilə kontrol 
ediyorlar. Böylə  iyi gedərsə     əməliyyat  yapmayacaqlar. Onun  üçün  uğraşıyorlar. 
İştə əzizim, bizə arxa-arxaya gələn hadisələri izah etdim. 
İnşaallah, yaza qədər tamamilə iyiləşir və sonbahara Azərbaycana bu səfər 
artıq gəlmək olur. 
Yeni  il  münasibətilə  sizə  və  bütün  ailənizə  sağlıq  və  səadət 
təmənnalarımızla hörmət və sevgimizi sunarız. Səlim... Paris". 
 
* * * 
 
Səlim Turan təvazökar bir ömür yaşadı. Hətta haqqında yazılmış kitabda o, 
"öz  sərgisinin açılışına  belə  gec gəlib bir  kənardan izləyəcək qədər alçaqkönüllü, 
dəbdəbədən uzaq bir adam" — deyə tanıtdırılır. 
Ona  Albert  Marçhois  kimi  fransız  şairləri  şeirlər  qoşub,  sənəti  haqqında 
Avropanın  məşhur  sənətşünasları  —  Madelin  Russo,  Robert  Virinat,  Klaude, 
Vessel... yazıb. 
 
* * * 
 
1992-ci  ilin  iyul  ayında  Səlim  Turanla  İstanbulda  görüşən  əmisi  nəvəsi 
Cəmilə  xanım  deyir  ki,  Səlim  çox  bilirdi,  ağıllı  və  az  danışan  idi.  Səsi  qeyri-adi 
gərəcədə xoş - ipək kimi yumşaq və həzindi... 
Məmməd  Səlim  bəy  türk  qızı  Şahiqa  xanımla  ailə  qurmuşdu.  İndi  Parisdə 
Səlimsiz yaşayan Şahiqa Turan da keramik və çini qablara naxış çəkən tanınmış bir 
rəssamdır. Səlim Turan "xanımı bənzərsiz insan Şahiqa xanımla  birlikdə tam  bir 
ermiş ömrü yaşayırdı".
238 
 

148 
 
* * * 
 
Sonacan  Parisdə  ikiotaqlı  mənzilində  iddiasız  bir  ömür  sürdü.  Daha 
doğrusu, birində yaşadı, digərində  yaradıcılıqla məşğul oldu... 
 
* * * 
 
Səlim Turan 1994-cü ilin oktyabrında dünyasını dəyişdi. Cənazəsi Türkiyə 
prezidenti  Süleyman  Dəmirəlin  himayəsi  ilə  Parisdən  İstanbula  gətirilən  böyük 
rəssam Qaracaəhməd qəbristanında atası Əli bəyin məzarına dəfn olunub.
*
 
 
P.S.  Səlim  Turanın  1975-ci  ildə  Fransada  qurduğu  bir  abidə  var.  "Tezis 
Antitezis  və  Sintez"  adlanır.  Monumental  və  mistik  görkəmli  bu  abidənin  təməli 
Səlim Turanın atasının 1904-cü ildə irəli sürdüyü məsələlərin fəlsəfəsinə söykənir. 
Yusuf Akçura demişkən "...Əli bəy... tezis və antitezisləri yüksək bir sintez halında 
birləşdirmişdir" ,
239
 Əli bəy bunu elmdə, Səlim Turan isə özünün "Tezis. Antitezis. 
Sintez"ini  islam  ümmətindən,  türk  millətindən  və  Qərb  mədəniyyətindən olmaqla, 
Avropanın mərkəzində gerçəkləşdirdi... 
 
Sözardı 
 
Bakıda və doğulduğu Salyan torpağında Əli bəy Hüseynzadənin ev-muzeyi 
yoxdur. Ancaq olmalıdır. Həyatı kəşməkəşlər qoynunda keçmiş, yazıb-yaratdıqları 
da  özü  kimi  cəlayi-vətən  olmuş,  dünyaya  səpələnmiş  bu  tarixi  şəxsiyyətin 
yaradıcılığını  -  məqalələrini,  məktublarını,  bədii  əsərlərini,  məruzələrini...  daha 
sistemli  tədqiq  etmək,  öyrənmək,  bir  yerə  toplamaq  baxımından  onun  ev 
muzeyinin,  yaxud  Əli  bəy  Hüseynzadə  irsini  araşdıran  elmi  təsisatın  yaradılması 
zəruridir. 
Avqust-noyabr 2007,  
Bakı-Neftçala-Salyan-Bakı 
 
                                                           
*
  Səlim  Turanla  vida  mərasimində  Azərbaycanı  xalq  yazıçısı  Anar,  Abbas  Abdulla  və  Tofiq  Abdin 
təmsil edirdi. Atatürk Kültür Mərkəzində keçirilən ayrılıq törənində Anar çıxış etmişdi — müəllif. 
 

149 
 
Qaynaqlar 
 
1.
 
Xeyrulla Məmmədov. "Nəhr gur çeşmələrdən yaranır". "Azərbaycan №1, 2000. 
səh.178 
2.
 
Akçuraoğlu Yusuf. "Hüseynzade Ali beg". "Türk yurdu", с VIII, s.2555. 
3.
 
Yusif Vəzir Çəmənzəminli. "Əsərləri". 3-cü cild, Bakı, 1966. səh.93 
4.
 
Mirzə  Fətəli  Axundov.  "Məqalələr  məcmuəsi".  Bakı,  1962.  Azərbaycan  SSR 
Elmlər Akademiyasının nəşriyyatı. səh.302. 
5.
 
Mirzə Fətəli Axundov. "Əsərləri". 3 cilddə. 3-cü cild, səh.265-266. Bakı, 1962. 
Azərbaycan Elmlər Akademiyası Nəşriyyatı. 
6.
 
Şeyxülislami-Zaqafqaz  axund  Əhməd  Hüseynzadə.  "Məktubat".  "Əkinçi" 
qəzeti, 1 yanvar 1876 
7.
 
Hüseynzadə Əli bəy. "Məsaülül-həyat". "Füyuzat", 1907, №13. 
8.
 
Seyid  Əzim  Şirvani.  "Əsərləri".  3  cilddə.  2-ci  cild,  səh.350-351.  Azərbaycan 
SSR Elmlər Akademiyasının nəşriyyatı. Bakı, 1969 
9.
 
S.M.Qənizadə. "Gəlinlər həmayili". Bakı, 1986. səh.233. 
10.
 
"Ziya" qəzeti, 1881. 6 yanvar, №3. 
11.
 
 F.Ə.  Seyidov.  "Qori  Müəllimlər  seminariyası  və  onun  məzunları".  Bakı, 
"Maarif" nəşriyyatı, 1988. səh.13. 
12.
 
 Axundov Mirzə Fətəli. Göstərilən kitab, səh.278. 
13.
 
 E. Əhmədov. "XIX əsr Azərbaycan məktəbi". Bakı, "Maarif", 1985. səh. 43-44. 
14.
 
 Xeyrulla Məmmədov. Göstərilən məqalə, səh.174 
15.
 
 Hüseynzadə Əli bəy. "Nümunə məktəbi". "Həyat", 1906, №185. 
16.
 
Şəmsəddin  Hüseynzadə.  "Əli  bəy  Hüseynzadənin  qısa  avtobioqrafiyası". 
Əlyazma, 1970. 
17.
 
Gülməmməd Məmmədli. "Şeyxülislam Axund Molla Əhməd". "Azərbaycan", 1 
iyun  1990.  Ofeliya  Bayramlı.  "Əli  bəy  Hüseynzadə  və  Şeyx  Əhməd  Səlyani". 
"Ədəbiyyat qəzeti", 13 oktyabr 2006. 
18.
 
Ş.  Mehdiyev.  "Şəxsiyyətlər,  düşüncələr".  "Ədəbiyyat  və  incəsənət"  qəzeti,  3 
aprel, №14, 1970. 
19.
 
 Akçura  Yusuf. "Türkçülüyün tarixi". Bakı, "Hüquq", 2006. 
20.
 
 Ə.Turani. "Məktubi-məxsus". "Türk" qəzeti, № 56. 24 təşrini-Sani 1904. 
21.
 
 Ə.Hüseynzadə. "Şiller". "Füyuzat", №5, 1906. 
22.
 
 Ə.Hüseynzadə.  "Ebedi  güzellikler"  dəftəri.  Əlyazma.  "Bioqrafik  muhteser 
malumat", səh. 1. 
23.
 
 Selim Turan. Tuğray sanat qalaresi yayınları, s.15. İstanbul, 1992. 
24.
 
 Ə.Hüseynzadə. "Bakines" qəzetinin redaksiyasına məktub. 1907. 
25.
 
 Ə.H. "Bakı Vilayəti məbusları". "Həyat", № 119, 1906. 
26.
 
 Əli bəy Hüseynzadə. "İttihad və tərəqqi" nasıl quruldu? Türkiyədə yayınladığı 
əsərləri, səh.149. Türk dünyası Araştırmaları Vakfı, İstanbul, 1992. 

150 
 
27.
 
 Ə.  Mirəhmədov.  Ə.Hüseynzadə  haqqında  oçerk.  "Fikrin  karvanı"  kitabında, 
səh.66. "Yazıçı", Bakı, 1984. 
28.
 
 Aslanov Mirabbas. Həqiqəti yazaq. "Xalq qəzeti", 19 may 1992. 
29.
 
 "Türkyılı", 1928. 
30.
 
 Ə.Hüseynzadə.  "Nümunə  məktəbi".  Ə.Bayatın  "Ə.Hüseynzadə"  kitabında, 
səh.47. Atatürk Kültür Merkezi Başkanlığı, Ankara, 1998. 
31.
 
 Rasim Mirzə. "Türkçülüyün babası". Bakı, 2000, "Elm". 
32.
 
 Ə.Hüseynzadə. "Molla Nəsrəddin"ə təşəkkür". "Həyat", 1906, №125. 
33.
 
 Əli  bəy  Hüseynzadə.  "Rusiya  cəmaitinin  vəsaiti-inqilabi".  "Həyat",  1905, 
№111 
34.
 
 Abdullah  Cevdət.  "İhyayi  Layemut:  Hekim  Edib  Eli  Bey  Hüseynzade". 
"İctihad", c: 2, sayı 5, 1908. 
35.
 
 Abdulla Şaiq. "Füyuzat" məcmuəsi. Xatirələrim, s.200. "Gənclik", Bakı, 1973. 
36.
 
 Aslanov Mirabbas. Göstərilən məqalə. 
37.
 
 Akçura Yusuf. "Türkçülüyün tarixi", səh.232-233. Bakı, 2006. 
38.
 
 Əlabbas Müznib. "Əli bəy Hüseynzadə". "Övraqi-nəfisə" jurnalı, 1919, №5. 
39.
 
 Hilmi Ziya Ülken. "Türkçülügün və türk sosializminin babası Ali Turan", səh.7 
40.
 
 Abdullah  Cevdet.  "İhya-yi  Layemut:  Hekim  Edib  Ali  Bey  Hüseynzade". 
"İctihat", c:2, sayı 5, 1908. 
41.
 
 Akçura  Yusuf. Göstərilən əsəri, səh.231. 
42.
 
 Ziya Cökalp. "Türkçülüyün əsasları", s.28. Bakı, 1991, "Maarif". 
43.
 
 Əziz  Mirəhmədov.  "Türklüyə  xidmət  nümunəsi".  Ə.  Hüseynzadənin  "Türklər 
kimdir və kimlərdən ibarətdir" kitabına ön söz, səh.5. Bakı, 1997, "Mütərcim". 
44.
 
 Ə.Hüseynzadə. "Kuhi-Qaf və Simurğ". "Həyat", 1906, №143. 
45.
 
 Ə.Hüseynzadə.  "İttihad  ve  Tereqqi"  nasıl  kuruldu?".  Türkiyədə  yayınladığı 
əsərləri, s.154. İstanbul, 1980. 
46.
 
Ə.Hüseynzadə. "Əski Tibbiyə" Türkiyədə yayınladığı əsərləri, s. 51. İstanbul, 
1980. 
47.
 
Ənvər Ziya Karal. "Büyük Osmanlı Tarihi". c: 4. səh.513-514. Atatürk Kültür, 
Dil ve Tarih Kurumu Yayınları. 
48.
 
Bayat Аli Haydar. "Huseynzade Ali Turan ve Türkiyede yayınladığı eserleri", 
s.150 
49.
 
Hilmi Ziya Ülken. "Türkçülügün və türk sosializminin babası Ali Turan", səh.7 
50.
 
Əli bəy Hüseynzadə. "Ebedi güzellikler" dəftəri. Əlyazma. "Bioqrafik muhteser 
malumat", səh. 4. 
51.
 
Abdin Tofiq. "Ah İstanbul... İstanbul", s. 94. Bakı, 2005, "Avropa". 
52.
 
O.Bayramlı.  "Qırmızı  qaranlıqlar  içində  yaşıl  işıqlar"  kitabına  müqəddimə, 
s.25. Bakı, 1996, "Azərnəşr". 
53.
 
Nur  Rıza.  "Hayat  ve  Hatıratım".  3  cilddə.  1-ci  cild.  "Rıza  Nur  kendini 
anlatıyor", səh 115. "İşaret" yayınları, İstanbul, 1992. 

151 
 
54.
 
Şevket  Süreyya  Aydemir.  "Makedoniydan  Ortaasyaya  Ənvər  Paşa".  "Remzi" 
kitabevi, 2000. 1 с səh.164. 
55.
 
Necib  Fazıl  Kısakürek.  "Ulu  hakan".  Büyük  Doğu  yayınları,  İstanbul,  2003. 
s.246 
56.
 
Hilmi Ziya Ülken. "Türkçülügün və türk sosializminin babası Ali Turan", səh.9 
57.
 
"Böyük Lorousse". c.23, səh. 11754. "Milliyet". 
58.
 
"Osmanlı  Ansiklopedisi".  c:  8.  səh.  80.  Tarih.  Medeniyet.  Kültür.  İstanbul, 
1994. Ağac Yayınçılık Ltd. Şti. 
59.
 
Əli  bəy  Hüseynzadə.  "Ebedi  güzellikler"  dəftəri.  Əlyazma.  "Bioqrafik 
muhteser malumat", səh. 2. 
60.
 
Kamal  Karpat.  "Osmanlı".  İslam  Ansiklopedisi,  12/1.  səh.366.  Milli  Egitim 
Basımevi, İstanbul, 1988 
61.
 
M.E.Yurdakulun eserleri - 1, Şiirler, s.251. Türk Tarih Kurumu, Ankara, 1969, 
Hazırlayan Feyziye Abdullah Tansel. 
62.
 
O.  Bayramlı.  "Ə.B.Hüseynzadənin  həyatı  və  türkçülük  fəaliyyəti".  "Qırmızı 
qaranlıqlar içində yaşıl işıqlar" kitabına müqəddimə, səh. 26. Bakı, 1996, Azərnəşr. 
63.
 
Əli  bəy  Hüseynzadə.  "Ebedi  güzellikler"  dəftəri.  Əlyazma.  "Bioqrafik 
muhteser malumat", səh. 8. 
64.
 
Əli  bəy  Hüseynzadə.  "Ebedi  güzellikler"  dəftəri.  Əlyazma.  "Bioqrafik 
muhteser malumat", səh. 10. 
65.
 
Bayat Аli Haydar. "Huseynzade Ali Turan ve Türkiyede yayınladığı eserleri", 
s.30. İstanbul, 1992, Türk Dünyası Araşdırmaları Vakfı. 
66.
 
Ə.Hüseynzadə. "Nicat - məhəbbətdədir". "Füyuzat", 1906, №6. 
67.
 
Ə.Hüseynzadə. "Novruzi-inqilab". "Füyuzat", 1907, №12. 
68.
 
Əli  bəy  Hüseynzadə.  "Ebedi  güzellikler"  dəftəri.  Əlyazma.  "Bioqrafik 
muhteser malumat", səh. 2. 
69.
 
Ə.  Mirəhmədov.  Ə.  Hüseynzadə  haqqında  oçerk,  "Fikrin  karvanı"  kitabında, 
səh 68. Bakı, 1984, "Yazıçı". 
70.
 
Rıza Tahsin Gencer. "Mirat-ı Mekteb-i Tibbiye", s. 63,140-142. İstanbul, 1991 
71.
 
Bayat Аli Haydar. "Huseynzade Ali Turan ve Türkiyede yayınladığı eserleri", 
s. 21. İstanbul, 1992. 
72.
 
Əli  bəy  Hüseynzadə,  "Ebedi  güzellikler"  dəftəri.  Əlyazma.  "Bioqrafik 
muhteser malumat", səh. 2. 
73.
 
Hüseyn Bayqara. "Azərbaycan istiqlal mübarizəsi tarixi", səh.146. Bakı, 1992 
74.
 
M.Aslanov. "Üzeyir Hacıbəyov gündəlik yazmış olsaydı", səh. 40. "Şur", Bakı, 
1994. 
75.
 
Bakudə müəllimlər ictimaı "Füyuzat" №30, 19 oktyabr 1907. 
76.
 
M. Aslanov. Göstərilən kitab, səh.69. 
77.
 
Hilmi  Ziya  Ülken.  "Türkiyede  çağdaş  düşünce  tarihi",  s.274-275.  Ülken 
yayınları, 2001. 

152 
 
78.
 
Yusif  Vəzir  Çəmənzəminli,  "Əsərləri".  3-cilddə.  1-ci  cild,  səh.152. 
"Avrasiyapress", Bakı, 2005. 
79.
 
Ə. Hüseynzadə. "Bakı vilayəti məbusları". "Həyat", 1906, N 119. 
80.
 
Azərbaycan  ədəbiyyatı  tarixi.  II  cild.  səh.410.  Azərbaycan  SSR  Elmlər 
Akademiyasının nəşriyyatı, Bakı, 1960. 
81.
 
Hüseyn Cavid. "Əsərləri". 5-ci cild, səh.258. Bakı, 2005, "Lider nəşriyyat". 
82.
 
Səadət Qarabağlı. "Həmişəyaşar Leyli və Məcnun". "Xalq qəzeti", 25 yanvar 
1998. "Şərqin 95 yaşlı ilk operası". "Musiqi dünyası", səh.58. 2003, №1-2. 
83.
 
Əlabbas Müznib. "Yazıçılarımız və yazılarının əhəmiyyəti". "İqbal" qəzeti, 31 
oktyabr 1913. 
84.
 
Manaf  Süleymanov.  "Eşitdiklərim,  oxuduqlarım,  gördüklərim...".  səh.170. 
Bakı, 1989. Azərbaycan Dövlət Nəşriyyatı. 
85.
 
Ə.Müznib. "Əlibəy Hüseynzadə". "Övraqi-nəfisə" jurnalı, 1919, № 5. 
86.
 
Sadəddin Nüzhət Ergün. "Türk şairləri". c.2. səh.477. İstanbul, 1936. 
87.
 
Əlabbas Müznib. "Yazıçılarımız və yazılarının əhəmiyyəti". "İqbal" qəzeti, 31 
oktyabr 1913. 
88.
 
Abdulla Şaiq. "Xatirələrim", səh. 201. Bakı, 1973. 
89.
 
А.Гусейнзаде. Что такое младотуречества. "Каспи", 27 март 1905. №55. 
90.
 
İslam  Ağayev.  "Əlabbas  Müznib:  həyatı,  yaradıcılığı,  əsərlərindən  seçmələr", 
səh.185. Bakı, 2003, "Elm" nəşriyyatı. 
91.
 
Əli  bəy  Hüseynzadə.  "Ebedi  güzellikler"  dəftəri.  Əlyazma.  "Bioqrafik 
muhteser malumat", səh. 4. 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin