Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 468,12 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix31.01.2017
ölçüsü468,12 Kb.
#7213
1   2   3   4   5   6

edilmiş monoqrafik əsərlər müəllifidir. 

Şöbənin təşkilatçı  rəhbəri və  əməkdaşı F. Köçərlinin elmi yaradıcılığı  şöbənin 

fəaliyyətindən ayrılmaz olub. Tədqiqatçının maraq dairəsi bütövlükdə  fəlsəfə  və  fəlsəfə 

tarixi elmləri olmasına baxmayaraq, o, Azərbaycan fəlsəfə tarixinin əsasən XıX-XX  əsr 

irsinin geniş  və müfəssəl tədqiqi ilə xüsusi məşğul olub. F.Keçərlinin tədqiqatları bu dövr 

fəlsəfə tariximizin müxtəlif ideya istiqamətlərini əhatə edir. Mirzə Fətəli Axundov, Nəriman 

Nərimanov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyov, Məmməd 

Səid Ordubadi, Əli Nəzmi, Əmər Faiq və başqa bu dövr filosof və mütəfəkkirlərimizin fəlsəfi 


və ictimai-siyasi görüşləri F.Köçərlinin çoxsaylı fundamental monoqrafik əsər və elmi 

məqalələrində öz əksini tapıb. Eyni zamanda müəllif Azərbaycan demokratik fəlsəfəsi ilə 

əlaqədar bu cərəyana marksizm-leninizmin təsirini və marksizm fəlsəfəsinin müxtəlif 

problemlərini də  tədqiq edərək, dövrün ideoloji inkişafı haqqında nisbətən dolğun və tam 

təsəvvür yaratmağa çalışıb.  Şöbədə ilk Azərbaycan tarixi oçerkləri və ilk çoxcildlik 

Azərbaycan fəlsəfə tarixinin hazırlanmasının təşkilində, yazılma və redaktəsində F.Köçərli 

və onunla bərabər Z.Göyüşovun böyük rolu olub. 

Z.Göyüşovun Azərbaycan fəlsəfə tarixi oçerklərinin 1-ci və 2-ci çildlərinin hazırlanması və 

redaktəsində  iştirakı, ilk mənbələrin çapı, Zərdabinin dünyakgörüşünə, etika 

kateqoriyalarına və Azərbaycanda etik fikrin tarixinə  həsr edilmiş çoxsaylı fundamental 

əsərləri, Azərbaycan fəlsəfə tarixinin müxtəlif dövr və problemlərini  əks etdirən və Sovet 

Azərbaycanının fəlsəfi fikrinə aid monoqrafiyası  və elmi məqalələri Azərbaycan fəlsəfə 

tariximizin yazılması üçün zəmin yaradırdı. 

Azərbaycanda etik fikrin tarixinin yaradıcısı kimi Z.Göyüşov məhz fəlsəfə tarixi şöbəsində 

püxtələşdi; onun bu şöbədə başladığı  və  fəlsəfə tarixi çərçivəsində apardığı  tədqiqatlar 

gələcəkdə etik fikir tarixi monoqrafiyasının yaranmasına və  Fəlsəfə  və Hüquq İnstitutu 

nəzdində özünün rəhbərliyi altında müstəqil etika şöbəsinin açılmasına səbəb oldu. 

Şö"bədə  fəaliyyət göstərmiş, fəlsəfə tarixi və estetika tarixi istiqamətlərində  tədqiqat 

aparmış f.e.d. Şükufə Mirzəyevanın  əsas maraq sahəsi Azərbaycan estetik fikir tarixi ilə 

bağlı olub və o, müəyyən dövr şöbədə  işlədikdən sonra müstəqil estetika şöbəsinə 

rəhbərlik edib. Şükufə Mirzəyevanın Nizami, Sadiq bəy Əfşar, Mirzə Fətəli Axundov və b. 

Azərbaycan mutəfəkkirlərinin irsinə  həsr etdiyi əsərləri fəlsəfə tarixində özünəməxsus yer 

tutur. 

Azərbaycan fəlsəfə tarixinin ən qədim dövrü və orta əsrlər fəlsəfəsi şöbədə aparıcı elmi işçi 



f.e.n. Solmaz Rzaquluzadənin tədqiqatlarında  əksini tapıb. S.Rzaquluzadənin çoxcildli 

Azərbaycan fəlsəfə tarixinin 1-ci və 2-ci cildlərinin paraqraflarını təşkil edən VII əsrə qədər 

Azərbaycan fəlsəfəsi, Xaqani, Məhsəti, Zəncani, Baba Kuhi Bakuvi, Eynəlqüzat, 

Şihabəddin Söhrəverdi, Məhəmməd Təbrizi,  Şəms Təbrizi, Nəsirəddin Tusinin fəlsəfəsi 

haqqında tədqiqat  əsərləri nəşriyyatdadır. S.Rzaquluzadə müxtəlif illərdə çap olunmuş 

Xaqani, Baba Kuhi dünyagörüşü, Azərbaycanda XI-XIII əsrlərdə panteizm tarixinə  həsr 

edilmiş monoqrafiyalar və çoxsaylı elmi məqalələr müəllifidir. Azərbaycan fəlsəfə tarixi 

elmində hazırda S.Rzaquluzadə Abbasqulu ağa Bakıxanovun dünyagörüşünün tədqiqi ilə 

maşğuldur. 

Şöbədə  əməkdaş olmuş f.e.d. Zakir Məmmədov  əsasən orta əsr Azərbaycan fəlsəfə  və 

məntiq tarixinə dair tədqiqat aparıb. Tədqiqatın nəticələri Z.Məmmədovun Bəhmənyarın 

fəlsəfi görüşləri, XI-XIII və  Qədim dövrdən XVIII əsrə  qədər Azərbaycan fəlsəfə tarixinə 

həsr edilmiş monoqrafiya, kitabca və  məqalələrində  əksini tapıb. Z.Məmmədov 

Bəhmənyar, Siracəddin Urməvi,  Şihabəddin Söhrəverdi Xünəci, Eynəlqüzat, Rəcəbli 

Təbrizi və b. Azərbaycan filosofları irsinin tədqiqi ilə  məşğul olub. Hazırda Z.Məmmədov 

Şərq fəlsəfəsi tarixi və dinşünaslıq şöbəsinə rəhbərlik edir. 

Orta  əsr fəlsəfə  və  mədəniyyətinə dair tədqiqatla  şöbənin müdiri, f.e.d. Z.Quluzadə  də 

məşğul olur. Z.Quluzadənin monoqrafiya və  məqalələri  Şərq və  Qərb fəlsəfə  və 

mədəniyyət tarixinin konseptual və mübahisəli məsələləri, hürufilik fəlsəfəsi və onun 

Azərbaycanda nümayəndələri, Qasimi Ənvarın dünyagörüşü, XIII-XVI əsərlərdə  Şərq 

fəlsəfəsinin əsas inkişaf qanunauyğunluqları və Qərb-Şərq problemi; Şərq mədəniyyətinin 

nəzəri problemləri və nizamişünaslıq, VII-XVI əsr Azərbaycan fəlsəfə tarixi mövzularının 

araşdırılmasına həsr olunub. Son illər Z.Quluzadə  mədəniyyət tarixinin konseptual 

problemləri və "Füzulişünaslıq" monoqrafiyası üzərində  işləməklə yanaşı, çoxcildli 

Azərbaycan fəlsəfə tarixinin I və II cildləri üzərində məsul redaktor kimi çalışıb. 


Şöbənin elmi işçisi f.e.n.mərhum  Ş.İsmayılov  əsasən XIII-XIV əsrlər Azərbaycan fəlsəfi 

fikrinin tədqiqi ilə  məşğul olub. Ş.İsmayılov Mahmud Şəbustərinin "Gülşəni-raz" 

poemasının rus dilinə tərcüməçisi və Şəms Məqribi irsini tədqiq edən ilk alimlərdən idi. 

Müxtəlif dövrlərdə  şöbədə  əməkdaşlıq etmiş  və orta əsr fəlsəfəsi ilə  məşğul olmuş f.e.n. 

Şeyxzair Hacıyev  Şihabəddin Söhrəverdinin fəlsəfi görüşlərini, f.e.d.,prof. Camal 

Mustafayev Nizaminin fəlsəfi və etik görüşlərini və mütəfəkkir-şairin fəlsəfi görüşlərinin 

müasirliklə  əlaqəsini, f.e.n. mərhum Rəşid Məmmədov Füzulinin etik görüşlərini, Alim 

Xasayev  Əbdürəhman Talıbovun ictimai-siyasi görüşlərini, Yusif Quliyev XX əsrin 

əvvəlində Azərbaycanda demokratik fikir, f.e.n.mərhum Fərman Eyvazov Nəsirəddin 

Tusinin fəlsəfi və etik görüşlərini, f.e.n. Münəvvər Abdullayeva Əvhədinin dünyagörüşünü, 

f.e.n. Zakir Qasımov Xətib Təbrizinin dünyagörüşünü, f.e.n. Arif Bəşirov Qərbi Avropa 

ədəbiyyatında sufizm fəlsəfəsinin işıqlanmasını, f.e.n. İsmayıl Ağayev İsmaililik fəlsəfəsini, 

f.e.n. Ülviyyə  Ağabəyova Yusif Qarabağı dünyagörüşünü tədqiq edib bu barədə kitab, 

kitabça və məqalələr çap etdiriblər. 

XVII əsrdən XIX əsrin I rübünə qədər Azərbaycan fəlsəfə tarixi əsasən f.e.d.prof. mərhum 

Əhməd  Əminzadənin  əsərlərində  və xüsusən bu dövrə  həsr edilmiş monoqrafik 

tədqiqatında  əks edilib. Müəllif Azərbaycan fəlsəfə tarixi elmində ilk dəfə Yusif Qarabaği

Saib Təbrizi, Zeynalabdin Şirvani və  tədqiq etdiyi zaman dairəsində onlarla fəlsəfi, elm 

aləminə az məlum olan mütəfəkkirlər haqqında elmi məlumat verib və tədqiqat aparıb. 

XIX əsr Azərbaycan fəlsəfə tarixini şöbədə əməkdaşlıq etmiş fəlsəfə elmləri doktoru, prof. 

mərhum  Ənvər  Əhmədov tədqiq edib. Ə.Əhmədov,  əsasən, maarifçilik fəlsəfəsi və 

Abbasqulu ağa Bakıxanovun dünyagörüşü problemləri ilə  məşğul olub. Eyni zamanda o, 

Azərbaycanda marksist fəlsəfənin yayılması, orta əsr  ərəbdilli fəlsəfənin konseptual 

məsələləri və s. problemlərə dair əsərlər yazıb. 

XIX  əsr fəlsəfə tarixində M.F.Axundovun irsi və yerini öyrənən çoxsaylı  tədqiqatlar 

mövcuddur. 

XIX  əsrdə Azərbaycan fəlsəfə tarixini tədqiq edən  şöbə  əməkdaşları  sırasında filologiya 

e.n. mərhum Əli Əjdər Səyidzadənin əsərləri də müəyyən yer tutur. Müəllifin Mirzə Şəfi və 

ya Bodenştedt haqqında monoqrafik tədqiqatı, fəlsəfə tarixini təmsil edən Zülfüqar Şirvani, 

Nəsimi, Füzuli və b. məlum mütəfəkkirlərə aid məqalələri vardır. 

XIX-XX  əsr Azərbaycan fəlsəfə tarixi f.e.d., prof. əməkdar elm xadimi mərhum Midhət 

Ağamirovun  əsərlərində  tədqiq edilib. Müəllif Azərbaycanda marksist fəlsəfəsinə  həsr 

edilmiş monoqrafik əsərlərilə yanaşı, Azərbayçan romantizmi cərəyanı  və onun görkəmli 

nümayəndələri Məhəmməd Hadi, Abbas Səhhət, Hüseyn Cavid və Abdulla Şaiqin irsi 

haqqında monoqrafiyalar yazmışdır. Eyni zamanda M.Ağamirov M.Ə.Sabir irsinin fəlsəfi: 

aspektdə ilə tədqiqatçılarından olub.  

Şöbə  əməkdaşı olmuş f.e.d.prof. Nurqələm Mikayılov Azərbaycanda marksist fəlsəfəsinin 

yayılması  məsələsini tədqiq etmişdir.  Şöbədə  əməkdaşlıq etmiş f.e.d. Qeysər Xəlilovun 

monoqrafiya və elmi məqalələrində geniş  səpkidə Azərbaycanda humanizm problemləri, 

xüsusən Azərbaycan «maarifçilik və inqilabi demokratizm cərəyanlarında fəlsəfi humanizm 

ideyaları və Azərbaycan Renessansı əksini tapıb. 

Şöbədə  əməkdaşlıq etmiş  mərhum Hüseynağa Həsənov kitablarında XIX-XX əsr 

Azərbaycan ideoloji və  fəlsəfi fikrinin rəngarəng və  təzadlı istiqamətlərini  əks etdəyə nail 

olmuşdur. Müəllif XIX-XX əsr mətbuatının tədqiqi əsasında dövrün fəlsəfi ideoloji həyatında 

Qərb və  Şərq təsirlərini, Azərbayçanda maxizm, pozitivizm, pan-islamizm və s. fikir 

cərəyanlarının mahiyyətini açıqlayıb. 

Şöbənin  əməkdaşı f.e.n. Müstəqil Ağayev XIX-XX əsr fəlsəfi fikrində milli məsələ, sosial 

azadlıq və bərabərlik problemi, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə irsini və hazırda 

Hüseyn Cavid dünyagörüşünü tədqiq edir. Deyilən problemlər üzrə monoqrafik əsərlər və 


məqalələr hazırlamışdır.  

Şöbənin  əməkdaşı  Əmirşah  Əmirəhmədov Füzuli irsini-fəlsəfi və teoloji aspektlərinin 

tədqiqi üzərində işləyir.  

XIX-XX əsr Azərbaycan fəlsəfə tarixi fikri şöbənin bir sıra əməkdaşlarının tədqiqat mövzusu 

kimi secilib. Səbəb bu dövrün fəlsəfi fikrinə yeni baxışın xüsusi əhəmiyyət və vacibliyi və 

çoxçildlik Azərbaycan fəlsəfə tarixinin XIX-XX əsrlərini  əhatə edən cildlərinin 

hazırlanmasıdır. Şöbənin əməkdaşlarından akademik F.T.Köçərli M.Ə.Sabirin, f.e.n. Rəfail 

Əhmədov S.Ə.Şirvaninin, f.e.n. Nicat Məmmədov M.Ə.Rəsulzadənin dünyagörüşünü 

tədqiq edirlər. 

Eyni zamanda şöbədə metodologiyanın işlənməsi sahəsində  də  tədqiqatlar aparılır. 

Şöbənin elmi işçisi f.e.n. Arzu Hacıyeva germenevtik metod və onun Azərbaycan fəlsəfi 

poeziyasının tədqiqində yeri və rolu mövzusu üzərində işləyir. 

60-cı illərdən başlayaraq  şöbədə Azərbaycan fəlsəfə tarixinə dair çoxsaylı  tədqiqatlarla 

yanaşı,  İranda fəlsəfi fikrə aid də araşdırmalar aparılıb. Bu tədqiqatlar  İran marksist 

filosoflarının irsini (bu məsələ f.e.d.,prof.Əbdülhüseyn Agahi və f.e.d.,prof. Ə.Əminzadənin 

monoqrafik  əsərləridə  tədqiq edilib), İran Azərbaycan fəlsəfi  əlaqələrini (xüsusən 

M.F.Axundovun irsi ilə bağlı baxın: f.e.n.Şəmsəddin Cəfərov və f.e.n. Rüstəm  Əminov 

tədqiqatlarına) və bilavasitə İran fəlsəfi fikrini əhatə edir. 

Adı  çəkilən tədqiqatlar arasında  şöbənin  əməkdaşı a.e.i., f.e.n. Həsən Hüseynovun 

tədqiqatları müntəzəmliliyi ilə  fərqlənir. H.Hüseynov monoqrafiyaları  və çoxsaylı elmi 

məqalələrində müasir İran sosiologiyası, müasir İran sosial-siyasi həyatında islamın yeri və 

rolu,  İran dini-siyasi və  fəlsəfi fikrində "islam inqilabı" konsepsiyası, islam amili və müasir 

ideoloji mübarizə, S.M.Taleqaninin dini-siyasi təlimi və sosial fəlsəfəsi, "Suveren dövlətlər" 

dini-siyasi konsepsiyası: mif və reallıqlar, islam və yeni təfəkkür (bu mövzunun üzərində iş 

davam etməkdədir) mövzularını işləyib və öz tədqiqatları ilə hazırda şöbə fəaliyyətinin İran 

fəlsəfəsi istiqamətini təmsil edir. 

İllər ərzində şöbədə aparılan tədqiqatlar fəlsəfə və fəlsəfə tarixi elminin müxtəlif və müstəqil 

sahələrini əhatə etdiyindən şöbə potensialı əsasında ateizm, estetika, etika, Şərq fəlsəfəsi 

və dinşünaslıq şöbələri yarandı. 

Ötən illər boyu şöbə əməkdaşları tərəfindən 2000-dən çox samballı monoqrafiya, kitabça, 

çoxsaylı elmi məqalə və tezislər çap edilib. Əməkdaşlarımız respublikada və respublikadan 

kənar elmi konfranslarda çıxışlar ediblər. 

Şöbə işçilərinin uzun illər ərzində əgsər halda ilk mənbələrin ilkin elmi tədqiqinə əsaslanan 

əsərləri Azərbaycan fəlsəfə elminin təşəkkül və inkişafını əks etdirir. 

Şöbədə aparılan tədqiqatlar və  şöbənin çap məhsulu fəlsəfə tariximizin müxtəlif konkret 

problemlərini və dövrlərini əhatə edir. 

Elmimiz qarşısında duran əsas problem isə Azərbaycan fəlsəfə tarixini tam şəkildə 

qədimdən bu günədək əks etdirən əsərlərin yaranmasıdır. 

Bu mürəkkəb və şərəfli vəzifənin reallaşması üçün şöbə iki ciddi cəhd göstərib; 

Təxminən  1960-cı illərdə  şöbədə bütövlükdə Azərbaycan fəlsəfə tarixinin oçerklərini 

yazmaq planı  tərtib edildi. Bu plana müvafiq iş 2 cilddən ibarət Azərbayçan fəlsəfə tarixi 

oçerklərinin çapa redaktə edilməsi ilə bitdi. 

1966-cı ildə oçerklərin birinci-qədim dövrdən XVIII əsrə  qədər Azərbaycan fəlsəfə tarixini 

əhatə edən cildi nəşr edildi və çoxsaylı oxucuların sərəncamına verildi. 

Təəssüflə qeyd etməliyik ki, oçerklərin 2-ci cildi müxtəlif obyektiv və subyektiv səbəblər 

üzündən nəşr edilmədi. 

Lakin, buna baxmayaraq şöbənin elmi planları fəlsəfə tariximizi əhatə edən çoxçildli əsərin 

yaranmasına yönəldildi. Bu proses uzun və mürəkkəb oldu. Zaman keçdikcə müəlliflər 

dünyasını, ölkə iqtisadi-siyasi quruluşunu və ideologiyasını dəyişdi. Elmin metodologiyası, 


dəyər meyarları, tədqiqat obyektinə münasibət, tədqiqat üsulları müzakirələr obyektinə 

çevrildi. 

Ötən illər  ərzində  şöbəyə çoxcildlikdə çap üçün təqdim edilmiş  və  şöbə  tərəfindən çapa 

məsləhət görülmüş  əsərlər, eyni ilə çoxcildliyin müzakirə  və  qəbul edilmiş plan-prospekti 

yeni dövrün tələbləri işığında bir daha düşünülməli oldu və çoxcildliyin müxtəlif calarlı 

problemlərinə yenidən qayıtmaq ehtiyacı yarandı. Çoxcildliyin, xüsusən XIX-XX əsrləri 

təmsil edən cildlərin üzərində aparılan işin müəyyən hallarda tamamilə  həm metodoloji, 

həm obyekt seçimi baxımından yenidən qurulması tələbi nəşrin çıxması üçun ciddi ənkələ 

çevrildi. Digər tərəfdən hazırda Azərbaycan mədəniyyət tarixini təmsil edən elmlər arasında 

zəruri uzlaşmanın təmin edilməməsi də  fəlsəfə tariximizin çoxcildlik şəklində çapa 

hazırlanmasına ciddi mane olan amillərdəndir. 

Deyilənlərə baxmayaraq, Azərbaycan çoxcildli fəlsəfə tarixinin 1-ci cildi artıq çapa təqdim 

edilib, 2-ci cild üzərində redaktə  işləri tamamlanıb, 3-cü və 4-cü cildlər üzərində  iş 

getməkdədir. 

Çoxcildliyin baş redaktoru şöbə əməkdaşı akademik F.Köçərli, 1-ci və 2-ci cildlərin məsul 

redaktoru şöbə əməkdaşı f.e.d. Z.Quluzadə, 3-cü cildin məsul redaktoru f.e.d. İ.Rüstəmov, 

4-cü cildin məsul redagtoru f.e.d. Ə.Abasovdur. 

Əsasən  şöbə  əməkdaşlarının fəaliyyətinin məhsulu olan çoxcildliyə müəllif və redaktor 

simasında respublikanın  şöbədə  işləməyən mütəxəssisləri - Azərbaycan EA-nın həqiqi 

üzvü, f.e.d., prof. A.Daşdəmirov, müxbir üzvlər, f.e.d., prof. F.Qasımzadə, f.e.d., prof. 

M.Səttarov, prof. M.İsmayılov, hüquq e.d.,prof. A.Rzayev və b. dəvət edilib. 

Şöbənin təşəbbüsü ilə  dəfələrlə beynəlxalq elmi konfranslar keçirilib və  nəticədə müxtəlif 

ölkələrin mədəniyyətini təmsil edən alimlərlə  fəlsəfə tarixinin metodoloji problemlərinin 

tədqiqinə və orta əsr Şərq fəlsəfəsi tarixinə həsr edilmiş toplular dərc edilib. 

1992-ci ildə  şöbə  tərəfindən geçirilmiş beynəlxalq elmi konfransın qərarına müvafiq şöbə 

və institutun əməkdaşlarının təşəbbüsü ilə  "Şərq fəlsəfəsi problemləri" jurnalı azərbaycan 

və rus dillərində dərc edilir və altı dildə - ərəb, fars, türk, inkilis, fransız, alman - dillərində 

geniş xülasələrlə tamamlanır. 

Şöbənin kadr hazırlığı sahəsində işindən danışarkən aşağıdakı məqamları qeyd etməliyik: 

1. Fəlsəfə üzrə mütəxəssilərin  əksər sayı,  şöbə  tərəfindən onun işçilərinin iştirakı ilə 

aparılan fəlsəfə tarixindən namizədlik imtahanlarını verib. 

2.  İnstitutda fəlsəfə tarixi üzrə hazırlanan namizədlik və doktorluq dissertasiyalarının 

hamısı, respublika miqyasında isə - əksəri şöbədə müzakirədən keçərək müdafiəyə təqdim 

edilib. 


3. Fəlsəfə tarixinə aid respublikada çapa təqdim edilən tədqiqatların böyük bir qismi 

şöbədə elmi müzakirədən kecib və şöbənin rəyi ilə çapa təqdim edilib. 

4.  Şöbə  işçilərindən A.O.Makovelski və  Ə.K.Zəküyev müstəsna olmaqla, demək olar ki, 

hamısının namizədlik və doktorluq dissertasiyaları  şöbə  tərəfindən müdafiəyə tövsiyyə 

edilib. 

Son  15 ildə  şöbənin 20 nəfərə yaxın aspirant və dissertantı namizədlik dissertasiyası 

üzərində çalışıb və müdafiə edib. 

Hazırda şöbənin aspirantı R.T.Məmmədovun "Zərdüştlüyün fəlsəfi aspektləri" mövzusunda 

namizədlik dissertasiyası müdafiəyə  təqdim edilib. A.Məmmədova və C.Hacıyev 

dissertasiya üzərində işləyirlər. 

Eyni zamanda şöbə  əməkdaşlarından  Ə.Əmirəhmədov namizədlik, M.Ağayev, 

R.Əhmədov, A.Hacıyeva, N.Məmmədov doktorluq dissertasiyaları üzərində işləyirlər. 

Hazırda  şöbə  aşağıdakı  tərkibdə  fəaliyyət göstərir: elmi məsləhətçi, akademik F.Keçərli, 

b.e.i., f.e.d., prof. Ə.Şakirzadə,  şöbə müdiri, f.e.d. Z.Quluzadə, aparıcı elmi işçi, f.e.n. 

S.Rzaquluzadə, aparıcı e.i., f.e.n. H.Hüseynov, b.e.i., f.e.n. M.Ağayev, e.i. f.e.n. 


N.Məmmədov, e.i., f.e.n. R.Əhmədov, e.i., f.e.n. A.Hacıyeva, e.i. Ə.Əmirəhmədov, şöbənin 

laborantları G.S.Allaverdiyeva , X.N. İsmayılova. 

Şöbənin qarşısında duran vacib məsələlər: 

1. Metodologiya və tədqiqat metodlarının təkmilləşdirilməsi.  

2. Çoxcildliyin II - IV cildlərinin plan-prospektinin təshihi, hazır materialların müzakirəsi. 

3. Hazır cildlərin tərcüməsinin təmini. 

4.  Şöbəyə Azərbaycan fəlsəfə tarixinin müxtəlif dövrlərinin tədqiqi üçün mütəxəssislərin 

cəlb edilməsi. 

5. Şöbənin institutdaxili və xarici elmi əlaqələrinin möhkəmləndirilməsi. 

 

 



 

ZAKİR MƏMMƏDOV  

ŞƏRQ FƏLSƏFƏSİ TARİXİ VƏ DİNŞÜNASLIQ 

 

Şöbə  1997-ci ilin yanvarından fəaliyyət göstərir. Hal-hazırda burada 8 əməkdaş 



çalışır.Onlardan biri elmlər doktoru, ikisi elmlər namizədi, böyük elmi işçi, biri isə kiçik elmi 

işçidir. Üç aspirantdan ikisi eyni zamanda kiçik elmi işçidir. Şöbənin bir baş laborantı həm 

də dissertantdır. Kənar müəssisələrdən yeddi nəfər  Şərq fəlsəfəsi və dinşünaslıq 

məsələləri üzrə şöbənin dissertantıdır. 

Şöbə müdiri, f.e.d. Zakir Məmmədov institutda 60-cı illərdən bəri Azərbaycan, ümumiyyətlə 

Şərq fəlsəfəsi tarixinin və dinşünaslığın müxtəlif məsələləri üzrə  tədqiqat aparır. 

Z.Məmmədovun zənkin fəlsəfi irsimizin üzə  çıxarılmasında böyük xidmətləri olmuşdur. O, 

Eynəlqüzat Miyanəci /1099-1131/,  Əbuhəvs Sührəvərdi /1145-1234/,  Şihabəddin 

Sührəvərdi /1154-1191/,  Əfzələddin Xunəçi /1193-1248/, Siracəddin Urməvi /1198-1283/ 

və başqa azərbayçan filosoflarının  əsərləri, habelə  Bəhmənyarın üç kitabdan /məntiq, 

metafizika, fizika/ ibarət «Təhsil» traktatı  əsasında «Azərbayçanda XI-XIII əsrlərdə  fəlsəfi 

fikir» monoqrafiyasını yazmışdır. «Orta əsr Azərbaycan filosofları  və mütəfəkkirləri» 

/azərbaycança  1986, rusca 1993/ kitabında körkəmli  şəxsiyyətlərin  əksəriyyəti /Əhməd 

Bərdici, Məhəmməd Bərdəi, Əbunnəcib Sührəvərdi, Əminəddin Təbrizi, Tacəddin Urməvi, 

Şəmsəddin Xoylu, Nəcməddin Naxçıvani,  Şihabəddin Xoylu, Mühyiddin Bərdəi, 

Məhəmməd Qarabaği, Kəmaləddin Ərdəbili, Əhməd Ərdəbili və b./ haqqında ilk məlumatı 

da Zakir Məmmədov vermişdir. 

Z.Məmmədovun monoqrafiyalarından «Bəhmənyarın fəlsəfəsi» çapdan çıxmış  /1983/, 

Eynəlqüzat Miyanəci,  Əbuhəfs Sührəvərdi,  Şihabəddin Sührəvərdi,  Əfzələddin Xunəci, 

Siracəddin Urməvi, Rəcəbəli Təbrizi haqqında monoqrafiyaları  nəşriyyat çətinlikləri ilə 

əlaqədar olaraq əlyazması şəklində qalmış, bəziləri isə kitabçalar halında çap olunmuşdur. 

Z.Məmmədovun «Azərbayçan fəlsəfəsi tarixi» kitabı onun otuz ildən çox müddətdə  aşkar 

etdiyi azərbaycan filosoflarının və mütəfəkkirlərinin zəngin fəlsəfi irsinə dair tədqiqatlardan 

xülasədir. 

Kitabda qədim dövrdən XIX əsrin sonlarına qədər Azərbaycan fəlsəfəsi tarixinin inkişaf yolu 

izlənilir, ideoloji cərəyanlar, təlimlər, onların azərbaycanlı nümayəndələrinin dünyagörüşü 

Şərq fəlsəfi fikri zəminində araşdırılır, feodalizm dövründə xristian aləmində yalnız dini 

fəlsəfə /sxolastika və mistika/ yayıldığı halda, azərbaycan filosoflarının yaratdığı panteizm 

və  işraqilik kimi qeyri-dini fəlsəfi təlimlərin mövcud olduğu, bəşər fəlsəfəsi tarixini 

zənginləşdirdiyi göstərilir. 

Zakir Məmmədovun 200-dən çox elmi və nəzəri məqaləsində də Azərbaycan, ümumiyyətlə 

Şərq fəlsəfəsi tarixinin və dinşünaslığın  əsas problemləri mühüm yer tutur. Onun ərəb 

dilindən azərbaycan dilinə etdiyi tərcümələrdən Abbasqulu ağa Bakıxanovun «Tərəzinin 


mahiyyəti» məntiq traktatı,  Şihabəddin Sührəvərdinin «İşıq heykəlləri» və b. əsərlər nəşr 

edilmişdir. 

Z.Məmmədovun təşəbbüsü ilə  Şihabəddin Sührəvərdinin vəfatının 800 illiyi qeyd edilmiş, 

Bəhmənyarın anadan olmasının  1000 illik yubileyi ilə  əlaqədar filosofun adı  Fəlsəfə  və 

hüquq İnstitutuna verilmişdir/1992-ci il/. 

Şöbədə  Şərq ölkələrində dini, dini-fəlsəfi və  fəlsəfi təlimlərin, cərəyanların onlara mənsub 

filosof və mütəfəkkirlərin yaradıcılığının ilk mənbələr  əsasında hərtərəfli və  dərindən 

öyrənilməsi nəzərdə tutulur. İki istiqamətdə  fəaliyyət göstərmək məqsədi qarşıya 

qoyulmuşdur: 

1. Mövzularla bağlı konkret tədqiqatların aparılması.  

2. Tədqiqatlarla  əlaqədar aktual, zəruri materialların xüsusən ilk mənbələrin azərbaycan 

dilinə tərcümə edilməsi. 

Şərq fəlsəfəsinin dini, elmi fikrinin əsaslı araşdırılması bu regionun mədəni ölkələrindən biri 

olan Azərbaycanın digər ölkələrlə qarşılıqlı  əlaqədə, vəhdətdə yaratdığı  mənəvi dəyərləri 

düzgün müəyyənləşdirmək, obyektiv qiymətləndirmək baxımından vacibdir. 

Şöbənin əsas tədqiqat mövzuları: 

1. Zakir Məmmədov. Orta əsr  Şərq fəlsəfəsi və  fəlsəfə tarixində onun əhəmiyyəti /«Şərq 

fəlsəfəsi» kitabına müqəddimə/; Orta əsr türk qaynaqlarında fəlsəfi fikir /monoqrafiya/. 

2. Zakir Qasımov. Müsəlman  Şərqinin dini-fəlsəfi və ictimai-siyasi fikrində imamət 

/monoqrafiya/. 

3. Nina Pyatak. Azərbaycanda pravoslav-xristian kilsəsinin fəaliyyətinin sosial-siyasi 

aspekti /monoqrafiya/. 

4. Aytək Məmmədova. Nəsirəddin Tusinin dünyagörüşü /dissertasiya/. 

5. Sevinc Quliyeva. Əbdürrəhman Bədəvinin yaradıçılığında qədim və orta əsrlər fəlsəfəsi 

tarixi problemləri /dissertsiya/. 

6. Elşən Mustafayev. İslam sxolastikasında insanın iradə azadlığı/dissertasiya/. 

7. İlhamə Sültanova. Şeyx Əhməd Əhsai və şeyxilik təlimi /dissertasiya/. 

8. Vüqar İsayev. Əşəri və əşərilig təlimi /dissertasiya/. 

Göstərilən mövzularla yanaşı A.Məmmədova "Nəsirəddin Tusinin şagirdi Qütbədin 

Şirazinin həyatı  və yaradıçılığı", "Qütbəddin  Şirazinin fəlsəfi görüşlərinə dair"; S.Quliyeva 

"Ə.Bədəvinin çap etdirdiyi fəlsəfi traktatların elmi əhəmiyyəti barədə"; E.Mustafayev 

"Quranda Allahın atributlarının olub-olmaması barədə" elmi işlər hazırlamışlar. 

Şöbənin kənar müəssisələrdə çalışan dissertantlarından A.Əlizadə "Bibliya və Quranın 


Yüklə 468,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin