1
AZƏRBAYCAN DEMOKRATĠK
RESPUBLĠKASI
Azərbaycan höküməti
1918 – 1920
BAKI. GƏNCLĠK. 1990.
2
Az. 2.
Az 39
T ə r t i b e d ə n l ə r: V. Allahverdiyev, Ş. Mehdiyev
R e d a k t o r u: H İ D A Y Ə T
A39 Azərbaycan Demokratik Respublikası: Azərbaycan höküməti (1918-
1920). B., Gənclik – Gənclik mərkəzi, 1990, 96 səh.
Kitabda tariximizin bir qaranlıq səhifəsinin bəzi tərəflərinin açılmasına cəhd
göstərilir. Təqdim olunan məqalələrdə Azərbaycan Demokratik Respublikasının
(1918-1920) təməlini qoyanlar, Azərbaycan parlamenti və onun işi haqqında qısa
məlumat verilir. Məqalələr Azərbaycan hökümətinin bütün nazirlərini əhatə etmir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
A
4702060204
SifariĢ yolu ilə -90
M 653 (12) - 90
ISBN 5 – 8020 – 0681 - 1
Gənclik 1990.
Gənclik mərkəzi
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
3
T ə r t i b ç i l ə r d ə n
1918-1920-ci illər Azərbaycanın siyasi və sosial tarixi çox mürəkkəb problem
olmaq etibarı ilə dərindən öyrənilməyə ciddi ehtiyac duyur. XX əsrin ilk onillikləri
üçün Şimali və Cənubi Azərbaycanda baş verən hadisələri anlamağa çalışmaq, bu
hadisələrə ümumbəşəri təfəkkürün bir hissəsi kimi baxmaq, insan cəmiyyətinin
demokratikləşməyə doğru inkişafına bir damla da olsa öz töhfəsini vermək bu gün
çox vacibdir.
Yeni əstrin əvvəlləri üçün bir tərəfdən mütləqiyyətin bir çox demokratik
dəyişikliklər etməyə məcbur olması, digər tərəfdən isə Azərbaycan şəraitində yeni
milli burjuaziyanın meydana çıxması və onun milli təfəkkürün inkişafına təsiri
cəmiyyətdə müəyyən siyasi qüvvələrin formalaşmasına və onların ―günəş altında‖
yer axtarmasına gətirib çıxarmışdı. Azərbaycan milli burjuaziyasının istedadlı
gəncləri oxumaq üçün dünyanın müxtəlif təhsil ocaqlarına göndərməsi olduqca
müvəffəqiyyətli addım olmuşdu. İlk dövrdə doğma vətənə qayıdan azərbaycanlılar
siyasi hərəkatda Rusiya sosial – demokratiyasının mövqeyini müdafiə etsələr də
sonralar ondan daha çox uzaqlaşır və milli – demokratik hərəkat genişlənirdi.
Təsadüfi deyil ki, artıq 1904 – cü ildə azərbaycanlı inqilabçıların demokratik
təşkilatı ―Hümmət‖ yaradılmışdı. İnqilabçı demokratların bir çoxu, o cümlədən M.
Ə. Rəsulzad. H. Hacınski və b. bu cəmiyyətin üzvləri olmuşdular.
Bakı neft sənayesinin daha sürətli inkişafı Qərbi Avropa həyat tərzi ilə
tanışlığı genişləndirir və istər – istəməz azərbaycanlıları qabaqcıl ictimai fikir və
sosial ədalət uğrunda mübarizəyə səsləyirdi. Məhz bununla izah olunur ki,
bolşeviklər Bakıda hakimiyyəti ələ keçirə bilmələrinə baxmayaraq, Azərbaycan
ziyalılarını bu ittifaqa cəlb edə bilmədilər. çünki müsəlmanlar daha demokratik
quruluş uğrunda mübarizəyə atılmışdılar.
1918 – ci ilin mart hadisələri Azərbaycan ziyalılarını sosializm və sovet
hakimiyyəti ideyasından çox – çox uzaqlaşdırdı. ―Türk ədəmi – mərkəziyyət
partiyası‖, ―Müsavat‖ bitərəf Azərbaycan ziyalısına arxalanıb hakimiyyət uğrunda
mübarizəyə başladı. Öz fəaliyyətinin əvvəlində Rusiya tərkibində muxtariyyət
uğrunda çarpışan ―Müsavat‖ partiyası 1918 – ci ilin ərəfəsi üçün artıq tam müstəqil
və demokratik Azərbaycan ideyasına qulluq etməyə başladı. Bu ideya xalq
arasında böyük razılıqla qarşılandı. ―Xalqlar dostuluğu‖ demaqoq şüarları ilə
pərdələnən Bakıdakı erməni ―bolşeviklərinin‖ Sovet höküməti özünün Azərbaycan
əleyhinə fəaliyyəti ilə xalqı milli hərəkata daha çox sövq edirdi. Bunu M. Ə.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
4
Rəsulzadə özü də gizlətməmiş və partiyanın ikinci qurultayında açıq demişdir:
“Bizim partiyamız sinfi deyildir. Bizim partiyamız millidir”.
Azərbaycan milli hərəkatın geniş yayılmasının səbəblərindən biri də budur ki,
bu ölkə müstəmləkə ölkəsi idi və məhz bunun nəticəsində, başqa xalqlar – rus xalqı
həyat şəraitinin yaxşılaşdırılması uğrunda sinfi mübarizəyə qalxanda, o da milli
azadlıq uğrunda çarpışmalı idi.
1918 –ci il. Mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
1920-ci il aprelin 27- də məlum hadisələr üzündən tarixi səhnədən getməli oldu.
Üstündən düz 71 il keçəndən sonra Azərbaycan xalqı yeni demokratik zəmində
mübarizə meydanına atılıb mayın 28- ni Azərbaycan dövlətinin yaranma günü elan
etməyi tələb etdi. Xalqın iradəsi qəbul olundu...
Amma böyük və ciddi təəssüf hissi ilə deməliyik ki, Azərbaycan tarixçisi düz
70 il çalışmışdı ki, bu həqiqəti yada salmasın. Bu isə tarixçinin özündə qul
psixologiyasının yaradılmasına gətirib çıxarmışdır. Yaddan çıxarmamalıyıq ki,
insan iki həqiqətə - təbiətə və tarixə xəyanət edə bilməz. Edərsə böyük
qurbanlar verər. Biz artıq bunun şahidi olmuşuq.
Diqqətinizə təqdim olunan bu toplu geniş oxucu kütləsi üçün nəzərdə tutulur
və tarixi həqiqəti bərpa etmək yolunda ilk addımlardan biridir.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
5
1. AZƏRBAYCAN HÖKÜMƏTĠ
“Ədəbiyyat və incəsənət”, 4 may 1990.
Azərbaycan milli demokratiyası Fevral inqilabından sonra Rusiyanın
federativ – demokratik əsaslarda yenidən qurulması təqdirində bu dövlətin
tərkibində milli muxtariyyət uğrunda mübarizə aparırdı. Siyasi proseslərin sonrakı
inkişafı göstərdi ki, onların ümid etdiyi demokratik və federativ Rusiya ideyası
illuziyadan başqa bir şey deyildir. Milli hərbi hissələr yaratmaq cəhdi qarşısında
1918-ci ilin martında təşkil edilmiş qırğınlardan sonra Azərbaycan milli
demokratiyası istiqlaliyyət uğrunda açıq mübarizə və milli hakimiyyət yaratmağın
milli qurtuluş üçün yeganə yol olduğunu dərk etdi. Azərbaycan nümayəndələrinin
təkidilə Zaqafqaziya seymi aprel ayının 9-da Zaqafqaziyanın suverenliyini elan
etdi. Lakin daxili ziddiyyətlər və xarici oriyentasiya məsələrindəki antaqonizmlər
Zaqafqaziya Federativ Demokratik Respublikasının tərkibindən çıxdıqdan sonra,
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın istiqlaliyyəti elan edildi. İstiqlal
bəyannaməsində
Azərbaycan
Demokratik Respublikasında ali icraedici
hakimiyyətin Müvəqqəti hökümətə məxsus olduğu bildirildi. Müvəqqəti hökümət
Azərbaycan Milli Şurası qarşısında məsul idi.
Azərbaycan Milli Şurası ADR –in ilk hökümətini təşkil etməyi şuranın
üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Elə həmin gün Fətəli xanın təklif etdiyi
Nazirlər Şurasının tərkibi təsdiq edildi (məsələyə əlavə olunmuş siyahıya baxın).
Müvəqqəti hökümət lazımi hazırlıq işləri gördükdən, ilk növbədə
Azərbaycanın öz istiqlaliyyətini elan etməsi və Azərbaycan Respublikasının
müvəqqəti paytaxtının Gəncə şəhərində yerləşməsi haqqında dünyanın əsas siyasi
mərkəzlərinə rəsmi bəyanat göndərdikdən sonra Gəncəyə köçdü. Lakin burada
müxtəlif irticaçı qüvvələr Azərbaycan Milli Şurası və Müvəqqəti hökümətin işini
pozmağa cəhd etdilər. İyunun 17-də Milli Şuranın müvəqqəti buraxılması və bütün
qanunverici hakimiyyətin Müvəqqəti hökümətin əlində cəmləşməsi haqqında qərar
qəbul edildi. Qərarda deyilirdi: ―Azərbaycanın keçirməkdə olduğu muşkulati-
daxilliyə və xariciyyəni nəzəri – etinayə alaraq Azərbaycan Şurayi – Millisi bütün
hüquq və səlahiyyətini Fətəli xan Xoyski təhti – sədarətində təşəkkül edən
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
6
kabinəyə həvalə və məzkur kabinəyi arayi – ümumiyyə üzərinə müstənəd –
bilətəxir Məclisi – müəsissan dəvət oluncaya qədər Azərbaycan həqqi –
hakimiyyətini kəndi əlində bulunduraraq kimsəyə tərk etməməyə müvəzzəf edir‖.
Elə buradaca Müvəqqəti hökümətin hüquq və vəzifələrinin ümumi istiqamətləri
göstərilirdi. Müvəqqəti hökümət hər vasitə ilə Azərbaycanın müstəqilliyini
qorumalı, siyasi azadlıqlar, torpaq və başqa vacib qanunları ləğv etməmək şərtilə
qalan məsələlərin həllində tam ixtiyar sahibi idi. Müvəqqəti hökümət 6 aydan gec
olmayaraq Müəssisələr məclisinə seçiklər keçirib, hakimiyyəti ona təhvil verməli
idi.
Nazirlər Şurasının tərkibində bəzi dəyişikliklər edildikdən sonra yeni
kabinə işə başladı. İyunun 19- da Azərbaycanda hərbi vəziyyət elan edildi. Bakı
quberniyası Xalq Komissarları Sovetinin Gəncə üzərinə hazırladığı hücumu dəf
etmək və daha sonraz Qafqaz İslam Ordusunun köməyilə Bakını azad etmək üçün
milli qoşun hissələrinin yaradılması sahəsində əməli işlər başladı. Sonrakı aylar
Müvəqqəti hökümətin Azərbaycanın paytaxtına sahib olması uğrunda
mübarizəsinə həsr edildi. Bakı uğrunda mübarizə aparmaqla yanaşı Müvəqqəti
hökümət dövlət aparatı qurmaqla məşğul idi. Bu sahədə ən böyük problem milli
kadrların çatışmaması ilə bağlı idi. Çar zülmünün Azərbaycana vurduğu ən böyük
zərbələrdən biri – dövlət aparatına yerli müsəlman əhalinin yaxın buraxılmaması
özünü kəskinliyi ilə hiss etdirirdi. Yeni yaranmış dövlət orqanları məmurlarının
xeyli hissəsini qeyri – yerli millətlərin nümayəndələri təşkil edirdi. Odur ki,
Nazirlər Şurasının 1918 –ci il 27 iyun tarixli fərmanında deyilirdi: ―Dövləti lisan
türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idareyi – daxiliyyə və sair dəvair
vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər höküməti müəssisələrdə
rus dili istimalına müsaidə edilsin‖. İki il ərzində dövlət orqanlarının işinin
tamamilə ana dilinə keçməsi nəzərdə tutulurdu. İctimai həyatın başqa sahələrinin
də milliləşdirilməsinə başlandı.
Müvəqqəti hökümətin diqqətini cəlb edən işlərindən biri də avfqust ayında
yaradılmış Fövqəladə Təhqiqat Komisiyyası idi. Bu komisiyyanın funksiyasına
yerli əhaliyə qarşı vəhşiliklərin, o cümlədən mart qırğınlarının dəqiq öyrənilməsi,
günahkarların müəyyən edilməsi və onların məhkəməyə verilməsi daxil idi.
Komisiyyanın təhqiqatları cəmləşdirilib, əsas Avropa dillərində çap olunmalı və
yayılmalı idi.
Ölkənin iqtisadi həyatını qaydaya salmaq üçün dağıdılmış dəmiryolunun
bərpa edilməsinin böyük əhəmiyyəti var idi. Dəmiryolunun bərpası ilə yanaşı bir
neçə ay ərzində poçt – teleqraf işləri də qaydaya düşdü. Gürcüstan ilə birlikdə
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
7
müvəqqəti bon buraxıldı, bu ölkənin maliyyə vəziyyətini bir qədər sabitləşdirə
bildi. Bajkı uğrunda mübarizə və Müvəqqəti hökümətin öz hakimiyyətini bütün
Azərbaycanda təsbit etməsi sentyabrın 15-dək çəkdi. Bu ərəfədə Müəssisələr
məslisinin çağırılması sahəsində işlərə başlamaq üçün Nazirlər Şurasının sədri,
daxili işlər naziri və xalq maarifi nazirindən ibarət komissiya yarandı. Bu
komissiyanın öz işini sürətləndirdiyi və ümumiyyətlə dövlət quruculuğu işinin
genişləndiyi bir şərairdə Azərbaycanın beynəlxalq vəziyyəti kökündən dəyişmiş
oldu. Dünya müharibəsinin bitməsi ilə Antanta adından Britaniya qoşunları Bakını
tutmalı idi. Düşmənin Bakını işğal etmək planına müqavimət göstərmək iqtidarında
olmadığından öz işini bərpa etmiş Azərbaycan Milli Şurası və Müvəqqəti hökümət
ingilislərin şəhərdə yaratdığı işğal rejimi şəraitində Azərbaycanın istiqlaliyyəti
uğrunda mübarizəni davam etdirdi.
Dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclası oldu. Azərbaycan
Milli Şurasının sədri M. Ə. Rəsulzadə böyük təbrik nitqi söylədi. Parlamentin
rəhbərliyi seçildikdən sonra Müvəqqəti hökümətin başçısı Fətəli xan Xoyski çıxış
etdi. Fətəli xan bu tarixi günə qiymət verərək nitqini aşağıdakı sözlərlə başladı:
―Bu gün öylə böyük və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda
da görə bilməzdik‖. O, Müvəqqəti hökümətin fəaliyyəti dövründə görülmüş
işlərdən bəhs edib, bütün hökümətin istefasını qəbul etməyi xahiş etdi. Fətəli xanın
nitqi aşağıdakı sözlərlə bitirdi: ―Hökümətin fəaliyyətində nə qədər qüsur və nöqsan
olmuşsa da yol göstərən işıqlı yıldızı bu olmuşdur: millətin hüququ. Istiqlalı və
xeyiri!‖.
Parlament Müvəqqəti hökümətin istefasını qəbul edib, yeni Nazirlər
Şurasının tərkibini müəyyən etməyi və hökümətə başçılığı yenidən Fətəli xan
Xoyskiyə tapşırdı. Fətəli xanın səhhətinin pisləşməsi ilə əlaqədar milli hökümətə
başçılıq etmək iqtidarında olmadığını bildirməsinə baxmayaraq, parlament
hökümətin təşkilini yenidən təkidlə Fətəli xana tapşırdı. Dekabrın 26 –da Nazirlər
Şurasınınsədri hökümt proqramı və hökümətin tərkibi haqqında parlamentdə çıxış
etdi. Hökümət proqramında Azərbaycanın müstəqilliyini möhkəmlətmək vəzifəsi
ön plana çəkilmişdi. Nazirlər Şurasının sədri elə buradaca göstərirdi: ―Fəqət
Azərbaycan istiqlaliyyəti ondan ibarət deyil ki, özümüz ilə özgə dövlətlər arasında
bir sədd çəkək. Aşkardır ki, müstəqil Azərbaycan höküməti ümüm dövlətlər ilə
rabitə husuluna çalışacaqdır. Bu rabitə əvvəlcə qonşu dövlətlər, ümumiyyətlə sabiq
Rusiya ərazisində təşəkkül tapmış dövlətlər, xüsusən Rusiyanın özünə hasil
olmalıdır‖. Müstəqilliyi möhkəmlətmək vəzifəsindən doğan qonşu dövlətlərlə
normal münasibətlərin bərqərar olması, Azərbaycanın istiqlaliyyətinin tanınması və
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
8
müstəqilliyin ilk şərtlərindən biri – milli ordunun yaradılması məsələsi hökümət
proqramında öz əksini tapdı. Daha sonra daxili siyasət (―Biz türk islamlar heç bir
zaman özümüzü vətənə övlad gibi görməyib, həmişə ögey olduğumuzu hiss
etmişik. Şimdi biz öylə şərait hasil etməliyik ki, vətənimizdə yaşayan millətlərin
həpsi özünü bir dərəcə vətən övladı gibi görsünlər. Biz özümüzə rəva
görmədiyimizi sairlərinə rəva görməməliyiz‖), maarif, ərzaq, yollar, ədliyyə,
maliyyə (―...verginin ən çoxu, ən ağırı dövlətlilərin öhdəsinə düşməlidir, nəinki
kasibların‖), fəhlə - kəndli (―...torpaq kəndliyə verilməzsə, fəhlənin həyatı təmin
edilməzsə, heç vaxt iş yeriməz‖) məsələri sahəsində hökümətin qarşısında duran
vəzifələr və onların həllinin əsas istiqamətləri göstərilirdi. Fətəli xan çıxışının
sonunda Nazirlər Şurasının yeni tərkibini parlamentin müzakirəsinə verdi. Geniş
müzakirədən sonra ―İttihad‖ fraksiyası bitərəf qalmaqla bütün fraksiyalar hökümət
proqramına və hökümətin tərkibinə etimad göstərdilər.
Azərbaycan höküməti koalisiyalı kabinə idi. Burada 3 nəfər rus naziri də
təmsil olunmuşdu (erməni nümayəndələrinə təklif olunmuş 2 nazir kürsüsündən
onlar imtina etdilər). Koalisiyalı yeni kabinə yeni partiya prinsipi üzrə deyil.
Parlament fraksiyalarının hökümət başçısına və və proqramına etimad prinsipi üzrə
təşkil edilmişdi.
Sonrakı, 1919-cu ilin mart və dekabr kabinə dəyişikliklərində də eyni
prinsip əsas tutuldu. Son iki kabinəyə ―Müsavat‖ partiyasının görkəmli xadimi
Nəsib bəy Yusifbəyli başçılıq etdi. N. Yusifbəylinin də hökümət proqramı Fətəli
xan Xoyskinin hökümət proqramına uyğun idi. Mövcud olduğu 17 ay ərzində
(1918-ci ilin dekabrı – 1920 –ci ilin apreli) müstəqil Azərbaycanın milli höküməti
hansı işləri görə bildi?
Azərbaycan hökümətinin fəaliyyətinin əsas
istiqamətlərini və gördüyü işləri qısaca sadalamazdan əvvəl hökümətin işə
başladığı tarixi şəraiti və Azərbaycanın beynəlxalq vəziyyətini xatıqlamaq
lazımdır.
Yuxarıda deyildiyi kimi, milli (mülki və hərbi) kadrlar, ümumiyyətlə
mütəxəssis çatışmırdı. Azərbaycan iqtisadiyyatı müharibə və inqilabı hadisələr
nəticəsində bərbad vəziyyətə düşmüşdü. Azərbaycanın beynəlxalq vəziyyəti son
dərəcə gərgin idi. Bir tərəfdən Ermənistanla daimi hərbi – siyasi münaqişələr, digər
tərəfdən isə şimal təhlükəsi dinc quruculuq işlərinə mane olurdu.
Bununla belə, Azərbaycan Demokratik Respublikası höküməti az vaxtda
tarixi əhəmiyyətə malik işlər görə bildi. Stalinin ―bu bir il yarımlıq hakimiyyətiniz
ərzində xalqa nə verə bildiniz?‖ sualının cavabında M.Ə. Rəsulzadə demişdi: ―Çox
şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
9
istiqlal dadızdırdıq‖.
Azərbaycanın istiqlaliyyəti Avropa ölkələri tərəfindən tanındı. Avropa
dövlətləri və xalqları Azərbaycan adlı bir ölkənin mövcud olduğunu bildi, bu
zəngin ölkənin azadlığa təşnə olan əhalisinin azad xalqlar sırasında yer tutmağa
layiq olduğunu təsdiq etdi. Qonşu ölkələrlə (Ermənistan və Rusiya istisna olmaqla)
mehriban münasibətlər yarandı. Dövlət orqanlarının ana dilinə keçməsi ilə
yanaşı, ictimai həyatın milliləşdirilməsinə başlandı. Milli kadr çatışmazlığı
problemini həll etmək üçqün məktəblər və kurslar açıldı. Azərbaycan Ordusu və
Hərbi Donanmasının yaradılması ən vacib işlərdən oldu.
Azərbaycan torpaqlarının ərazi bütövlüyünü qoruyub saxlamaq sahəsində
Azərbaycan höküməti əzmlə mübarizə aparırdı. Azərbaycan Demokratik
Respublikasının ərazisi 97,3 min kv. km. idi. Bundan başqa 15,6 min kv. km- lik
Azərbaycan torpaqları (Borçalı, Qarayazı, Sığnax, Şərur – Dərələyəz, Yeni
Bəyazid və s.) Gürcüstan və Ermənistanla mübahisəli ərazi sayılırdı və milli
hökümət bu ərazilərin ana vətənə qovuşması uğrunda mübarizəni davam etdirirdi.
Ölkənin inzibati - ərazi quruluşu yeni şəraitə uyğun olaraq dəyişdirildi. Qarabağda
erməni iğtişaşlarını yatırtmaq və Ermənistanın əlini bu torpaqlardan kəskəm üçün
burada xüsusi valilik yaradıldı, yerli ermənilərə mədəni sahədə muxtariyyət verildi.
Ölkənin maliyyəsini qaydaya salmaq və dağıdılmış iqtisadiyyatını bərpa
etmək sahəsində xeyli işlər görüldü. 1918 – ci ilin martında dağıdılmış neft
sənayesi və Bakı – Batum neft kəməri bərpa edildi. Bakı – Culfa dəmiryolunun
çəkilişi sürətləndirildi. Azərbaycan Dövlət Bankı yaradıldı, kənd təsərrüfatı üçün
xırda kredit bankları açıldı, şəhərlərdə əmanət kassaları şəbəkəsi bərpa edildi.
Xalq maarifinin milliləşdirilməsi və inkişafı üçün nəşriyyat – tərcümə
komissiyası yaradıldı. İbtidai və orta məktəblər üçün dərsliklər çap edildi, mövcud
məktəblərin xeyli hissəsi milliləşdirildi, yeni məktəblər açıldı, müəllim hazırlığı
üzrə ölkənin müxtəlif yerlərində 7 kişi və 1 qadın seminariyası təşkil edildi. Qori
müəlimmlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Türkiyədən 50
müəllim dəvət edildi, buradan dövlət kitabxanaları üçün xeyli kitab alındı, Bakı
Dövlət Universiteti təsis edildi, yüzə yaxın gənc Avropanın böyük təhsil
ocaqlarına göndərildi, ibtidai təhsilin yayılması və savadsızlıqla mübarizə
məqsədilə kəndlərdə müvəqqəti pedaqoji kurslar yaradıldı və s. və i. a.
Milli hakimiyyətin Vətən və millətə xidməti təbii idi. Bir əsrlik
müstəmləkə zülmündən hələ özünə gəlməmiş millətin aparıcı qüvvələrinin təmsil
olduğu Azərbaycan hökümətinin səhvləri də eyni dərəcədə təbii idi. Dövlətçilik
işindən yadırğadılmış və ekstremal əraitdə müstəqil dövlət yaratmaq işini boynuna
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq,
Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
10
götürmüş milli qüvvələrin təcrübəsizliyi, hətta siyasi sadəlövlüyü sonrakı faciələr
üçün əlverişli zəmin yaratdı. Milli dövləti daxilən möhkəmlətmək çağırışlarına
(Fətəli xan Xoyski, Şəfi bəy Rüstəmbəyli və b.) baxmayaraq, gənc Azərbaycan
demokratiyası demokratiya aludəçiliyi ilə destruktiv (pozucu) qüvvələrin əl – qol
açmasına şərait yaratdı. Bu qüvvələrin tam olmayan siyahısına Ermənistan
fitnəkarlığı və daxildəki erməni şeytanları, Türkiyə kommunistləri və hərbi əsirləri
və əlbəttə ki, ―sapı özümüzdən olan baltalar‖ daxil idi. Məhz onların birgə işi
nəticəsində 1920- ci il aprelin 1-də N. Yusifbəyli höküməti istefa verməyə məcbur
oldu. Təxminən bir aylıq hökümət böhranı şəraitində XI ordunun yürüşü
Azərbaycan Demokratik Respublikasının tarixə çevrilməsinə səbəb oldu.
Nəsib Nəsibzadə
tarix elmləri namizədi
Dostları ilə paylaş: |