AZƏrbaycan demokratġk respublġkasi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix31.01.2017
ölçüsü0,85 Mb.
#7245
1   2   3   4   5   6   7   8   9   10

XUDADATBƏY RƏFĠBƏYOV 

Odlar yurdu, 8 aprel. 1989.  

Xudadatbəy  Ələkbər  oğlu  Rəfibəyov  1878-c  i  ildə  Gəncə  şəhərində 

anadan  olmuşdur.  Orta  təhsilini  Gəncə  klassik  gimnaziyasında  başa  çatdırdıqdan 

sonra,  Xudadatbəy  Xarkov  Universitetinin  tibb  fakültəsinə  daxil  olmuşdur.  O, 

universitetdə  azərbaycanlı  tələbələrin 

yaratdığı  həmyerlilələr  təşkilatının 

başçılarından  biri  idi.  X.Rəfibəyov  1903-cü  ildə  ali  təhsil  diplomu  alıb  doğma 

Gəncəyə qayıdaraq coşğun ictimai fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki, 

o, ilk azərbaycanlı cərrahlardan biri idi. X.Rəfibəyovun fəal iştirakı ilə 1906-cı ildə 

Gəncədə  dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin  məqbərəsini 

bərpa  etmək  üçün  xüsusi  bir  cəmiyyət  yaranmışdır.  Həmin  illərdə  Gəncədə 

fəaliyyət 

göstərmiş  ―Aktyorlar  cəmiyyəti‖nin  rəhbərlərindən  biri  olan 

X.Rəfibəyovun  dövri  mətbuatda  şəhərin  mədəni,  ictimai  həyatına  dair  çoxlu 

məqaləsi  çıxmışdır.  Gəncədə  ilk  tibb  cəmiyyəti  1914-cü  ildə  meydana  gəlmişdir. 

Şəhərin  rəsmi  adı  üzrə  ―Yelizavetpol  tibb  cəmiyyəti‖  adlanan  bu  cəmiyyət 

haqqında Azərbaycan tibb tarixinə aid kitablarda heç bir məlumata təsadüf edilmir. 

Halbuki, Tiflisdə çap olunan illik ―Qafqaz kalendarında‖ bu barədə geniş məlumat 

vardır. Həmin cəmiyyətin banisi X.Rəfibəyov, katibi isə dövrün tanınmış siyasi və 

ictimai  xadimi H.Ağayev idi. Tibb cəmiyyətinin  yarandığı ildə  çəkilmiş  fotoşəkil 

bizim  bizim  dövrə  qədər  gəlib  çatmışdır.  Fotoşəkildən  məlum  olur  ki,  həmin 

cəmiyyətin  tərkibindəki  üçüncü  azərbaycanlı  həkim  Peterburq  universitetinin 

məzunu gəncəli Musabəy Rəfiyev idi. Bu cəmiyyətin yaradılmasında əsas məqsəd 

tibb  xidmətini  xalqa  daha  da  yaxınlaşdırmaq  idi.  Xüsusən  Gəncədə  tez  –tez  baş 

verən  müxtəlif  epidemiyalar  nəticəsində  çoxlu  ölüm  hadisələri  baş  verirdi. 

Gəncədəki qeyri azərbaycanlı həkimlərin müalicəxanaları xüsusi xarakter daşıyırdı 

və  olduqca  baha  idi.  Bu,  əhalinin,  xüsusi  ilə  kasıb  təbəqənin  tibbi  yardımdan  və 

müalicədən  istifadə  etməsinə  imkan  vermirdi.  Buna  görə  də  Xudadatbəyin 

rəhbərliyi altında yaranmış yeni tibb cəmiyyəti geniş xalq kütlələrinə əsasən pulsuz 

xidmət  edirdi.  Hələ  indi  də  yaşlı  nəslə  mənsub  olan  gəncəlilər  X.Rəfibəyovun  bu 

xeyirxahlığını xatırlayırlar.  

 

 

 



 

 

 



1917-ci  ildə  Rusiyada  burjua  inqilabı  baş  verdi.  X.Rəfibəyov  həmin  ilin 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


56 

 

martında Gəncədə yaranmış Milli Müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü 



seçilmişdir.  Göstərmək  lazımdır  ki,  o,  heç  bir  partiyaya  mənsub  olmamış  və 

ömrünün axırına qədər bitərəf qalmışdır.    

 

 

 



 

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 

X.Rəfibəyov  nazirlər  şurasının  sədri  Fətəlixan  Xoyskinin  1918-ci  il  iyunun  17-də 

Gəncədə  Təçkil  etdiyi  ikinci  hökümət  kabinəsində  səhiyyə  naziri  vəzifəsini 

tutmuşdur.  

 

 



 

 

 



 

 

 



1918-ci  il  sentyabrın  15-də  Bakının  oyuncaq  Sentrokaspi  qüvvələrindən 

təmizlənməsindən  sonra  hökumət  Bakıya  köçmüş  və  X.Rəfibəyov  vəzifəsini 

burada icra etməyə başlamışdır. Nazirliyin tərkibində 5 şöbə, o cümlədən şəhər və 

məhkəmə  tibbi  şöbəsi,  kənd  tibb  şöbəsi,  tibb  statistikası  şöbəsi,  əzaçılıq  şöbəsi, 

baytarlıq və sanitariya şöbəsi var idi. Hər şöbəyə tanınmış həkimlər başçılıq edirdi. 

Nazirliyin  göstərişi  ilə  dövlət  hesabına  pulsuz  xəstəxanalar  açılmış,  yeni  tibb 

ocaqlarının  tikintisinə  başlanmışdı.  Kənd  yerlərində  əhaliyə  tibbi  xidmət  üçün 

müalicəxana  və  məntəqələr  təşkil  edilmiş  və  yenilərinin  açılmasına  hazırlıq 

görülmüşdü. Dərman və  tibb alətlərinin saxlanması üçün xüsusi anbar, ekspertiza 

aparmaq  üçün  xüsusi  laboratoriya  təşkil  olunmuşdu.  Gəncə  yaxınlığındakı 

Zurnabad kəndində taun əleyhinə məntəqə açılmışdı.  

 

 



 

1918-ci  il  dekabrın  ortalarında  F.Xoyskinin  başçılıq  etdiyi  hökümət 

kabinəsi istefaya çıxdığı üçün X.Rəfibəyov tutduğu vəzifəni tərk etmişdir.  

 

1919-cu  ilin  mayında  X.Rəfibəyov  Gəncə  quberniyasının  general  – 



qubernatoru  təyin  olunmuşdur.  O,  həmin  quberniyada  qanunların  pozulmamasına  

və  ictimai  asayişin  qorunmasına  çalışmışdır.  Demokratik  əqidəli  X.Rəfibəyov 

Gəncədə geniş xalq kütlələrinin dərin hörmətini qazanmışdır. O, 1920-ci il aprelin 

30-da  Gəncə  quberniyasında  müqavimət  göstərmədən  hakimiyyəti  yeni  yaranmış 

inqilab komitəsinə təhvil vermişdir.  

 

 



 

 

 



1920-ci  il  mayın  axırında  Gəncə  şəhərində  keçmiş  nizami  Azərbaycan 

ordusunun  3-cü  Gəncə  piyada  alayının  komandiri,  podpolkovnik  Cahangirbəy 

Kazımbəyovun başçılığı altında üsyan baş vermişdi. Xudadatbəy Rəfibəyovun bu 

üsyanla  heç  bir  əlaqəsi  olmadığı  halda  o,  həmin  dövrdə  qarışıqlıq  zamanı  həlak 

olmuşdur.  

Mövsüm Əliyev.  

 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 



hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları

57 

 

 



MƏMMƏD HƏSƏN HACINSKĠ 

Odlar yurdu, № 10 may 1989. 

Öz  dövrünün  tanınmış  siyasi  və  ictimai  xadimi,  məşhur  mühəndis 

Məmməd  Həsən  Cəfərqulu  oğlu  Hacinski  1875-ci  il  martın  3-də  Bakıda  anadan 

olmuşdur.  O,  Bakı  realni  məktəbini,  1902-ci  ildə  isə  Peterburq  Texnoloji 

institutunu  bitirmişdir.  Gənc  mühəndis  bir  neçə  ay  Moskvada  maarifpərvər 

Azərbaycan  varlılarından  Şəmsi  Əsədullayevin  (1840  -  1913)  neftayırma 

zavodlarının tikintisində çalışmış, həmin ilin axırlarında doğma Bakıya qayıdaraq, 

şəhər upravasının (bələdiyyə) tikinti şöbəsinin rəisi təyin olunmuşdur. 1904-cü ilin 

axırlarında  RSDFP  Bakı  komitəsi  nəzdində  ilk  müsəlman  sosial  –  demokrat 

təşkilatı ―Hümmət‖ yarandı. Onun əsas məqsədi Azərbaycanda, eləcə də Rusiyanın 

müxtəlif  yerlərində  yaşayan  müsəlmanları  inqilabı  hərəkata  cəlb  etmək,  onlar 

arasında  ana  dilində  təbliğat  və  təşviqat  işi  aparmaq  idi.  ―Hümmət‖  təşkilatının 

baniləri Mir Həsən Mövsümov (1882  - 1907), Məmməd Əmin Rəsulzadə (1884 - 

1955)  və  Məmməd  Həsən  Hacinski  olmuşlar.  (―Bakinçki  raboçi‖  qəzeti, 

108.3.1923)  M.Əzizbəyov,  N.Nərimanov,  S.M.Əfəndiyev  və  başqa  görkəmli 

inqilabçılar 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın ―Hümmət‖ adlı qəzeti 

də nəşr edilmiş (1904 – 1905-ci illərdə hektoqrafiya üsulu ilə cəmi 6 nömrə), lakin 

hələlik onun heç bir nömrəsi tapılmamışdır.  

 

 



 

 

M.H.Hacinski  Bakının  abadlaşmasına  böyük  diqqət  yetirirdi.  Onun 



rəhbərliyi  altında  1911-ci  ildə  Dənizkənarı  bulvarın  tikintisi  başa  çatdırılmışdır. 

1912-ci ildə Hacinskinin redaktəsi ilə Bakı küçələrinin abadlaşması haqqında şəhər 

upravası bir kitab buraxmışdır. O, 1913-cü ildə qısa müddət Bakı şəhər upravasının 

rəisi olmuşdur. M.H.Hacinski Bakıdakı Şirvanşahlar sarayının qorunub saxlanması 

və  bərpa  edilməsi  haqqında  təşəbbüs  irəli  sürmüşdür.  Bu  barədə  tanınmış 

Azərbaycan  jurnalisti  Xəlil  İbrahimin  1917-ci  ildə  çap  edilmiş  xatirələrində 

məlumat  verilir.  M.H.Hacinski  elə  həmin  dövrdə,  1911-ci  ildə  yaradılmış  gizli 

―Müsəlman demokratik ―Müsavat‖ partiyasına‖ daxil olmuşdur. 

 

 

1917-ci ildə Rusiya fevral – burjua inqilabı baş verdi. Həmin ilin martında 



―Müsəlman  demokratik  ―Müsavat‖  partiyası‖  açıq  fəaliyyətə  keçdi.  Martın  22-də 

milli  müsəlman  şurasının  müvəqqəti  icraiyyə  komitəsi  yaradıldı.  M.H.Hacinski 

sədr,  M.Ə.Rəsulzadə  isə  sədr  müavini  təyin  olundu.  Hacinski  apreldə  Qafqaz 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


58 

 

müsəlmanlarının  Bakı  qurultayında,  mayda  isə  Rusiya  müsəlmanlarının  Moskva 



qurultayında  fəal  iştirak  etmişdir.  O,  həmin  il  açılması  nəzərdə  tutulan  Rusiya 

parlamentinə Azərbaycandan millət vəkili seçilmişdir.  

 

 

 



M.H.Hacinski ―Türk ədəmi –  mərkəziyyət partiyası ―Musavat‖ ın birinci 

qurultayında  (26  –  31.  10.1917,  Bakı)  Mərkəzi  Komitənin  üzvü  seçilmişdir.  O, 

1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığında ticarət və sənaye 

komissarının müavini, seymin üzvü, 1918-ci il aprelin 22-də yaranmış Zaqafqaziya 

Federativ  Respublikası  hökümətində  ticarət  və  sənaye  naziri  vəzifələrini  icra 

etmişdir.  

 

 

 



 

 

 



 

 

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 



Hacinski  bitərəf  Xoyskinin  təşkil  etdiyi  birinci  kabinədə  xarici  işlər  naziri,  ikinci 

kabinədə (17 iyun) maliyyə naziri vəzifəsini tutmuşdur. O, həmin il dekabrın 7-də 

Bakıda  açılmış  Azərbaycan  parlamentinə  üzv  seçilmişdir.  Hacinski  nazirlər 

şurasının  sədri  Nəsibbəy  Yusifbəylinin  təşkil  etdiyi  ikinci  kabinədə  (23.12.19190 

daxili işlər naziri təyin olunmuşdur. M.H.Hacinski 1919-cu ilin dekabrında ―Türk - 

ədəmi  mərkəziyyət  partiyası  ―Müsavat‖  ın  2-ci  qurultayında  yenidən  MK  üzvü 

seçilmişdir.  

 

 



 

 

 



 

 

 



M.H.Hacinski 1920-ci il fevralın 18-də Mustafabəy Vəkilovun daxili işlər 

naziri  təyin  edilməsi  ilə  əlaqədar  öz  vəzifəsindən  azad  olunmuş,  həmin  gündən 

ticarət,  sənaye  və  ərzaq  naziri  vəzifəsini  tutmuşdur.  Nəsibbəy  Yusifbəylinin 

başçılıq  etdiyi  hökümət  kabinəsi  istefaya  çıxdığı  üçün  (30.3.1920)  M.H.Hacinski 

nazir vəzifəsini tərk etmişdir.   

 

    



 

 

 



 

1920-ci  il  aprelin  1-də  Azərbaycan  Respublikasının  yeni  hökumət 

kabinəsini  təşkil  etmək  Məmməd  Həsən  Hacinskiyə  tapşırıldı.  Bu  məqsədlə  o, 

Azərbaycan  parlamentinə  daxil  olan  bütün  partiya  və  fraksiyaların  rəhbərləri  ilə, 

həmçinin  bolşeviklərlə  də  danışıqlar  aparmışdır.  Hacinski  bolşevikləri  yeni 

hökumət  kabinəsinin  tərkibinə  daxil  etməklə,  Samur  körpüsünün  şimal  tərəfində 

dayanmış  XI  Qızıl  Ordunun  Bakı  üzərinə  yürüşünü  ləngitmək  və  nizami 

Azərbaycan ordusunu təcili Bakıya çağırmaq istəyirdi. Bolşeviklərdən rədd cavabı 

alan  M.H.Hacinski  aprelin  22-də  Azərbaycan  parlamentinin  sədrini  əvəz  edən 

M.Y.Cəfərova yeni hökumət kabinəsi yaratmağın mümkün olmadığını bildirmişdir. 

O,  həmçinin  ədəmi  –  mərkəziyyət  partiyası  ―Müsavat‖dan  çıxdığını  və  həmin 

andan bolşeviklər partiyasının üzvü olduğunu rəsmi şəkildə  elan etmişdir. Həmin 

gün  baş  vermiş  tarixi  hadisələrdən  sonra  o,  Azərbaycan  ali  xalq  təsərrüfatı 

şurasında  işləmişdir.  1923-cü  ildə  Zaqafqaziya  Dövlət  plan  Komitəsi  sədrinin 

birinci  müavini  olan  Hacinski  Azərbaycanda  şəhərlərin  abadlaşması  haqqında  bir 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


59 

 

çox  təşəbbüslərin  müəllifi  idi.  Hələ  o  vaxt  Gəncənin  və  yeni  salınacaq  Daşkəsən 



şəhərinin  Azərbaycan  sənayesi  üçün  gələcəkdə  böyük  əhəmiyyət  daşıyacağını  öz 

məqalələrində  dönə  -  dönə  göstərirdi.  M.H.Hacinskinin  20-ci  illər  mətbuatında 

Azərbaycanın tikinti – quruculuq həyatına aid çoxlu məqaləsi dərc edilmişdir.  

 

Ziddiyyətli  həyat  yolu  keçmiş  Məmməd  Həsən  Hacinski  Zaqafqaziya 



diyar Partiya Komitəsinin birinci katibi olan avanturist Lavrenti Beriyanın (1899  - 

1953)  göstərişi  ilə  həbs  edilmiş  və  1931-ci  il  martın  8-də  Tiflis  həbsxanasında 

həlak olmuşdur.  

Mövsüm Əliyev. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



60 

 

 



 

NƏRĠMANBƏY NƏRĠMANBƏYLĠ 

Odlar yurdu, № 23, dekabr 1989.  

Öz  dövrünün  tanınmış  siyasi  və  ictimai  xadimi  Nərimanbəy  Haşım  oğlu 

Nərimanbəyli  1889-cü  ildə  Qarabağın  dilbər  güşələrindən  biri  Şuşa  şəhərində 

anadan  olmuşdur.  Ailəsi  İrəvana  köçdüyü  üçün  onun  gənclik  illəri  bütünlüklə  bu 

şəhərdə  keçmişdir.  Onun  ayası  Haşımbəy  İrəvanda  azərbaycanlılar  üçün  ana 

dilində  məktəblərin  yaranmasında  və  xeyriyyə  cəmiyyətlərinin  təşkilində  fəal 

iştirak  etmişdir.  Haşımbəyin  Azərbaycan  məktəbləri  üçün  başqa  müəllimlərlə 

birlikdə  tərtib  etdiyi  ―Ana  dili‖  kitabı  hələ  1907-ci  ildə  İrəvanda,  sonralar  isə  üç 

dəfə  Tiflisdə  çapdan  çıxmışdır.  Onun  mətbuatda  xeyli  məqaləsi,  teatr  tamaşaları 

haqqında resenziyaları çap olunmuşdur.  

 

 



 

 

 



Nərimanbəy  Nərimanbəyli  belə  bir  ziyalı  ailədə  böyümüş  və  milli  ruhda 

tərbiyə  almışdır.  O,  orta  təhsilini  İrəvan  gimnaziyasında  başa  vuraraq  əvvəlcə 

Moskva  universitetinin  fizika  –  riyaziyyat  şöbəsində,  sonra  isə  Xarkov 

universitetinin 

hüquq  fakultəsində  oxumuşdur.  N.Nərimanbəyli  burada 

―Azərbaycan  tələbə  həmyerlilər  təşkilatı‖nın  rəhbərliyinə  seçilmiş  və  inqilabı 

fəaliyyətini  davam  etdirmişdir.  Bu  təşkilatda  N.Nərimanbəylinin  iştirakı  ilə 

azərbaycanlı  tələbələr  tərəfindən  verilən  tamaşaların  gəliri  I  dünya  müharibəsində 

zərər  çəkmiş  müəllimlərin  ailələrinə  paylanırdı.  Həmin  tamaşalardan  ―Qazana 

səyahət‖ əsəri daha məşhur olmuşdur.  

 

 

 



 

 

Ali  təhsilini  1915-ci  ildə  başa  vurub  İrəvana  qayıdan  Nərimanbəy 



Nərimanbəyli  bir  ictimai  xadim  kimi  coşğun  fəaliyyətə  başlamışdır.  O,  vəkil 

işləməklə  yanaşı,  ―Müsəlman  xeyriyyə  cəmiyyətinin‖  rəhbərlərindən  biri 

olmuşdur.  

 

 



 

 

 



 

 

 



1917-ci  ildə  Rusiya  fevral  –  burjua  inqilabı  baş  verdi.  Həmin  ilin  mart 

ayında  ―Müsəlman  demokratik  ―Müsavat‖  partiyası‖  açıq  fəaliyyətə  başladı.  Bu 

dövrdə Bakıya köçən N.Nərimanbəyli həmin partiyanın sıralarına daxil olmuşdur. 

O,  həmin  ilin  aprelində  Bakıda  çağırılan  Qafqaz  müsəlmanlarının  qurultayında, 

oktyabrda  isə  ―Türk  ədəmi  –  mərkəziyyət  partiyası  ―Müsavat‖  ın  birinci 

qurultayında fəal iştirak etmişdir.    

 

 

 



 

 

1918-ci  ilin  fevralında  Nərimanbəy  Nərimanbəyli  Zaqafqaziya  Seyminin 



üzvü  seçilmişdir.  O,  həmin  il  fevralın  28  –  də  Seym  tərəfindən  təsdiq  olunmuş 

müsəlman  fraksiyasının  tərkibindəki  ―Müsavat  və  bitərəflər  qrupu‖nun  üzvü  idi. 

 

1918-ci  il  mayın  28-də  Azərbaycan  Demokratik  Respublikası  elan  



olundu.  N.Nərimanbəyli  həmin  ilin  dekabrında  7-də  Bakıda  təntənəli  surətdə 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


61 

 

açılmış  Azərbaycan  parlamentinə  üzv  seçilmişdir.  O,  parlamentdə  ―Müsavat‖ 



fraksiyasının tərkibinə daxil idi.    

 

 



 

 

 



 Nərimanbəy  Nərimanbəyli  Azərbaycan  Respublikası  nazirlər  şurasının 

sədri  Nəsibbəy  Yusifbəylinin  (1881-  1920)  təşkil  etdiyi  kabinədə  (14.  IV.  1919) 

dövlət  nəzarətçisi  vəzifəsini  icra  etmişdir.  Həmin  ilin  dekabrın  ortalarında 

N.Nərimanbəyli tutduğu vəzifəni tərk etmişdir.  

 

 

 



 

N.Nərianbəyli  bir  ictimai  xadim  kimi  həmin  dövrdə  Bakıda  həyata 

keçirilən bir bir çox mədəni tədbirlərin fəal iştirakçısı olmuşdur.  

 

 



1920-i  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  Nərimanbəy 

Nərimanbəyli müxtəlif idarələrdə hüquq məsləhətçisi olmuş, lakin təqiblərə məruz 

qalaraq işdən çıxarılmış və öz sahəsində vəkil işləmişdir.  

 

 



 

Öz dövrünün taınmış siyasi və ictimai xadimi Nərimanbəy Nərimanbəyli 

1937-ci ildə Stalin repressiyası nəticəsində həlak olmuşdur.    

 

  



 

 

 



 

Mövsüm Əliyev 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 



hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları

62 

 

 



 

 

 



BEHBUDAĞA CAVANġĠR 

 

Odlar yurdu, № 12 iyun 1989. 



 

 

Behbudağa  Azad  oğlu  Cavanşir  1886-ci  ildə    Tərtər  nahiyəsinin  Azad 



Qaraqoyunlu  kəndində  anadan  olmuşdur.  O,  orta  təhsilini  Tiflis  real  məktəbində 

almış,  sonra  dünyada  ilk  ali  –  texniki  məktəb  olan  Frayberq  Dağ  –  mədən 

Akademiyasını  (Almaniya)  bitirmişdir.  O,  bu  akademiyanın  ilk  azərbaycanlı 

məzunudur. Behbudağa Cavanşir Almaniyadan İngiltərəyə gedərək təkmilləşdirmə 

kurslarında  oxumuşdur.  Qərbi  Avropadakı  həyatı  onun  bir  siyasi  və  bir  ictimai 

xadim  kimi  formalaşmasına  təsir  etmişdir.  B.Cavanşir  alman,  ingilis,  fransız,  rus 

və  gürcü  dillərini  mükəmməl  bilmişdir.  Erməni  dilini  isə  Bakı  kommunasının 

rəhbəri  S.Şaumyandan  öyrənmişdir.  O,  dəfələrlə  S.Şaumyanı  işə  düzəltmiş, 

sürgünlərdən  və  qazamatlardan  qurtarmışdır.  Bu  haqda  çoxlu  tarixi  sənəd  var. 

(Bax: Dubinskiy – Muxadze, ―Şaumyan‖, Moskva. 1986, səh. 13. 108.) 

 

1916 –cı ildə Azərbaycana qayıdan B.Cavanşir Bakı neft müəssisələrində 



baş  mühəndis  vəzifələrində  çalışmışdır.  Doğma  xalqının  maariflənməsi  uğrunda 

mübarizə  aparan  B.  Cavanşir  tezliklə  ―Müsəlman  xeyriyyə  cəmiyyətinin‖ 

rəhbərliyinə  seçilmişdir.  Onun  coşğun  fəaliyyəti  çar  xəfiyyələri  tərəfindən  ciddi 

izlənilirdi. 1920-ci ildə Bakıda rusca çapdan çıxmış ―Zaqafqaziyada rus siyasətinə 

dair  sənədlər‖  kitabında  (onun  digər  adı  ―Qara  kitabdır‖)  bu  barədə  məlumat 

vardır. (səh. 25 və 28). Oradan aydın olur ki, B.Cavanşir Ə.Ağayevin 1905-ci ildə 

gizli şəkildə yaratdığı‖Difai‖ partiyasının Mərkəzi Komitəsinə daxil idi. O, ―Nicat‖ 

cəmiyyətinin  və  ―Rus  texniki  cəmiyyətinin‖  Bakı  şöbəsinin  üzvü  seçilmişdir. 

Texniki cəmiyyətin elmi əsərlərində B.Cavanşirin xeyli məqaləsi çap olunmuşdur. 

 

B.Cavanşir  fevral  –  burjua  inqilabından  sonra  yaranmış  Milli  Müsəlman 



Şurası Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçildi.  

 

 



 

1918    -  ci  il  martın  18-dən  22-dək  S.Şaumyanın  başçılığı  altında 

bolşeviklər  tərəfindən  milli  məsələnin  düzgün  qoyulmaması  nəticəsində  meydana 

çıxan qırğında otuz minə yaxın azərbaycanlı həlak olmuşdu. Bu qırğının qabağını 

almağa çalışanlardan biri də B.Cavanşir idi. O, barışıq komitəsinin üzvü idi.  

 

B.Cavanşir  1918  –ci  ildə  iyunun  17  –də  Gəncədə  F.X.Xoyskinin  təşkil 



etdiyi  ikinci  hökümət  kabinəsində  daxili  işlər  naziri  vəzifəsini  tutmuşdur.  Onun 

müavini  general  –  mayor  Sadıxbəy  Ağabəyov  idi.  Onlar  Bakıda,  İçərişəhərdə 

podpolkovnik  Şükürbəy  Yüzbaşinskinin  rəisliyi  altında  polis  məmurları 

(qorodovoy) məktəbinin açılmasına ciddi diqqət yetirirdilər.    

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 



Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları

63 

 

 



Həmin  il  oktyabrın  6-da  hökümət  kabinəsində  bəzi  dəyişikliklərlə 

əlaqədar B.Cavanşir eyni zamanda  ticarət  və  sənaye  nazirliyini də  idarə  etmişdir. 

O,  yerli  sənayenin  inkişaf  etdirilməsinə  və  Azərbaycanın  xarici  ölkələrlə  ticarət 

əlaqələrinin yaradılmasına ciddi səy göstərmişdir.    

 

 

 



Bitərəf  B.Cavanşir  Azərbaycan  parlamentinə  üzv  seçilmişdir.  Həmin  ilin 

dekabrında  F.Xoyskinin  kabinəsi  istefaya  çıxdığı  üçün  B.Cavanşir  tutduğu 

vəzifələri tərk etmişdir.    

 

 



 

 

 



 

1919-cu ildə xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün B.Cavanşirin 

yaxından  iştirakı  ilə  Bakıda  ―Dəyanət‖  şirkəti  yaradılmışdır.  1918  –  1920  –ci 

illərdə Bakıda təntənəli ―Azərbaycan gecələri‖ konsertinin və bir çox cəmiyyətlərin 

təşkili onun adı ilə bağlıdır.   

 

 



 

 

 



 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  B.Cavanşir  neft 

sənayesi sahəsində işləmişdir. Həmin ilin ilin axırında N.Nərimanov müasir neft – 

mədən avadanlığı almaq üçün onu Almaniyaya ezam etmişdir. B.Cavanşir yolüstü 

İstanbulda dayanaraq, o vaxt Malta adasında sürgündə olan həmyerlisi Əhmədbəy 

Ağayevin  evində  yaşamışdır.  Bir  gecə  evdən  bayıra  çıxıb  küçə  ilə  gedərkən 

arxadan  daşnaksütun  partiyasının  üzvü  Toplaqyan  tərəfindən  güllə  ilə 

öldürülmüşdür...  Ə.Ağayevin  oğlu  Səməd  Ağaoğlunun  (1909  -  1982)  ―Babamın 

arkadaşları‖  (İstanbul,  1957  səh.  133.)  kitabında  göstərildiyinə  görə,  bu  hadisə 

1921-ci  il  yanvarın  axırında  və  ya  fevralın  əvvəlində  baş  vermişdir.  Xalqımız  öz 

görkəmli oğullarından birini də belə itirmişdir...  

 

Mövsüm Əliyev  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 



Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları

64 

 

 



 

 

 



 

 

 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin