ƏBDÜLƏLĠ BƏY ƏMĠRCANOV
Odlar yurdu, № 24, dekabr 1989.
Dövrünün tanınmış siyasi və ictimai xadimi olan Əbdüləli bəy Əmircanov
Şirəli bəy oğlu 1870-ci ildə Şəkidə anadan olmuşdur. O, 1876 - 1883-cü illərdə
Şəki şəhər məktəbində oxumuş, sonra Tiflisdə Aleksandrovski Müəllimlər
İnstitutuna daxil olmuşdur. Əbdüləli bəy sonralar Azərbaycanın məşhur maarif
xadimləri kimi tanınmış S.M.Qənizadə (1866-1924), H.Mahmudbəyov (1864-
1928) və S.Əbrührəhmanbəyovla (1860 - 1922) birlikdə oxumuş və yaxındam
dostluq etmişdir.
1888-ci ildə təhsilini başa vuran Əbdüləli bəy Əmircanov Şəki şəhər
məktəbinə müəllim təyin olunmuşdur. Məktəbdə azərbaycanca dərs keçilməsi, rus
dilinin öyrədilməsi, tarix, coğrafiya, təbiətşünaslıq və riyaziyyatın tədrisi sahəsində
onun xidmətləri böyükdür.
Ə. Əmircanov XIX əsrin sonlarında Lənkərana köçmüş, müəllim işləmiş,
görkəmli maarifçi Teymur bəy Bayraməlibəyovla (1862 - 1937) birlikdə bir çox
mədəni – maarif tədbirlərini həyata keçirmişdir. O, həmin şəhərdə də ailə
qurmuşdur.
XX əsrin əvvəllərində Bakıya köçən Əmircanov şəhərin rus – azərbaycan
məktəblərində dərs deməklə yanaşı, dövlət idarələrində və müxtəlif şirkətlərdə
mühasib vəzifələrində də işləmişdir. O, Bakıda bir sıra mədəni – maarif
cəmiyyətlərinin I (1906-cı il) və II (1907-ci il) qurultaylarında yaxından iştirak
etmişdir.
1917-ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdi. Ə. Əmircanov
siyasi hadisələrə qoşuldu. 1918-ci il martın 18-dən 22-dək Bakıda cəbhədən
qayıdan nizami erməni əsgəri birlikləri 30 minə yaxın azərbaycanlını qırdı. Onlar
S. Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşunu tərkibinə daxil edilmişdilər.
Şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri də Ə.Əmircanov idi. O,
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
75
martın 27-də yaranmış Milli müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin
üzvü idi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
Bitərəf Ə.Əmircanov Azərbaycan Respublikası nazirlər şurasının sədri Fətəlixan
Xoyskinin (1875 - 1920) təşkil etdiyi II hökümət kabinəsində (17. VII. 1918)
maliyyə naziri təyin olundu. Onun rəhbərliyi altında Azərbaycan hökümət bankı
fəaliyyətə başlamışdır.
Bakı 15. IX. 1918-ci ildə oyuncaq Sentrokaspi diktaturası qüvvələrindən
təmizləndikdən sonra, Azərbaycan respublikası höküməti Gəncədən Bakıya
köçmüş və Ə. Əmircanov öz vəzifəsini burada icra etmişdir. Həmin il oktyabrın 6-
da hökümət kabinəsində bəzi dəyişikliklərlə əlaqədar Ə. Əmircanov öz
vəzifəsindən azad olunmuş, həmin gündən dövlət nəzarətçisi vəzifəsini tutmuşdur.
Ə. Əmircanov 1918-ci il dekabrın 7-də Bakıda təntənəli sürətdə açılmış
Azərbaycan parlamentinə üzv seçilmişdir. O, parlamentdə bitərəflər qrupuna daxil
idi.
1918-ci ilin dekabrında F.Xoyskinin kabinəsi istefaya çıxdığı üçün Ə.
Əmircanov tutduğu vəzifəni tərk etmişdir.
1919-cu ilin ortalarında xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün Ə.
Əmircanovun yaxından iştirakı ilə Bakıda ―Dəyanət‖ şirkəti yaradılmışdır. Həmin
dövrdə Bakıda həyata keçirilən bir sıra mədəni – maarif tədbirlərinin
təşkilatçılarından biri də Ə. Əmircanov idi.
1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra Ə. Əmircanov
Azərbaycanı tərk edərək İstanbula köçmüş və 1948-ci ildə orada vəfat etmişdir.
Mövsüm Əliyev.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali
məktəblərə hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
76
ƏKBƏRAĞA ġEYXÜLĠSLAMOV
Odlar yurdu, № 22, noyabr, 1988.
Dövrünün tanınmış siyasi və ictimai xadimi Əkbərağa İbrahim oğlu
Şeyxülislamov 1891-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Orta təhsilini
İrəvan gimnaziyasında başa vurduqdan sonra 1912-ci ildə Peterburq Yol
Mühəndisliyi İnstitutuna daxil olmuşdur.
1917-ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdi. Gənc Əkbərağa
yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq institutda bütün dərs kursunu başa
vurduğuna baxmayaraq, ali məktəbi bitirmək haqqında diplomu almadan vətənə
qayıtmalı oldu.
1918-ci ilin fevralında Ə. Şeyxülislamov Zaqafqaziya seyminin üzvü
seçilmişdir. O, həmin il fevralın 28-də seym tərəfindən təsdiq olunmuş müsəlman
fraksiyasının tərkibindəki ―Hümmət‖ (menşevik) partiyasına daxil idi. Ə.
Şeyxülislamov Zaqafqaziya seymi tərəfindən Türkiyə höküməti ilə sülh danışıqları
aparmaq üçün 1918-ci il martın 1-də yaradılmış nümayəndə heyətinin tərkibinə
daxil idi. O, həmçinin Zaqafqaziya hökümətində daxili işlər nazirinin müavini
vəzifəsini icra etmişdir.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
Əkbərağa Şeyxüslislamov bitərəf F.Xoyskinin təşkil etdiyi birinci kabinədə torpaq
və əmək naziri vəzifəsini tutmuşdur. Həmin il iyunun 17-də kabinə bütövlüklə
istefaya çıxdığı üçün tutduğu vəzifəni tərk etmişdir. Ə. Şeyxülislamov 1918-ci il
dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv
seçilmişdir. O. parlamentdə sosialist fraksiyasının tərkibinə daxil idi. Ə.
Şeyxülislamov parlamentin açılışında daxil olduğu fraksiyanın adından hərarətli
nitq söyləmişdir.
Ə. Şüyxülislamov 1918-ci il dekabrın 12-də Bakıda keçirilmiş siyasi
partiyaların Demokratik müşavirəsində ―Hümmət‖ (menşevik) partiyası adından
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
77
çıxış edərək sosialistlərin hökümət tərkibinə daxil olmasını tələb etmişdir. O,
görkəmli siyasi və ictimai xadim Əlimərdanbəy Topçubaşovun (1862 - 1934)
rəhbərliyi altında Azərbaycan respublikası nümayəndəliyinin tərkibində 1919-cu
ildə açılacaq Versal sülh konfransında iştirak etmək üçün Parisə yola düşmüşdür.
Nümayəndəlik İstanbul, Neapol və Roma şəhərlərindən keçərək, 1919-cu ilin
martında çətinliklə Parisə gəlmişdir. Azərbaycan nümayəndəliyinin konfrans
ərəfəsində burada çap etdirdiyi kitablar böyük əhəmiyyət kəsb edirdi. Fransızca
buraxılmış ―Qafqaz Azərbaycanı respublikası‖ kitabı Qərbi Avropa dillərində
xalqımız və torpağımız haqqında ilk məlumat idi. Bundan başqa ―Qafqaz
Azərbaycanı respublikasının Paris sülh konfransına memorandumu‖ (ingiliscə və
fransızca), nümayəndəliyin məsləhətçisi Ceyhun Hacıbəylinin (1891 - 1962) ―İlk
müsəlman respublikası Azərbaycan‖ (fransızca) kitabları da nəşr olunmuşdur.
Həmin kitablarda və digər yazılarda milli dövlət ―Azərbaycan Demokratik
Respublikası‖ adı altında sabitləşmişdir.
Əkbərağa Şeyxülislamov 20-ci illərdə Parisdə Azərbaycandan II
İnternasionalın üzvü olmuşdur. Onun ikinci dünya müharibəsinə qədər Parisdə
rusca nəşr olunan ―Azərbaycan‖ (№ 2) jurnalında çıxmış ―Azərbaycan necə
quruldu‖ adlı məqaləsi xalqımızın tarixini öyrənmək üçün çox qiymətlidir. Bu
yazıda 1918-ci ilin 26- 28 may günlərində baş vermiş tarixi hadisələrin gedişi
müfəssəl işıqlandırılmışdır. Buna görə də həmin məqalə Ankarada nəşr olunan
―Mücahid‖ (№ 49 – 50, 1962) jurnalında yenidən çap edilmişdir.
Əkbərağa Şeyxülislamov 1961-ci il martın 2-də vəfat etmiş və Parisin
yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunmuşdur.
Öz dövrünün görkəmli siyasi və ivtimai xadimi Mustafa bəy Vəkilov
(1896 - 1965) Ceyhun bəy Hacıbəylinin dəfnində iştirak edərkən Ə.
Şeyxülislamovun qəbrini də ziyarət etmişdir. O, Ceyhunbəyin vəfatının ildönümü
münasibətilə ―Mücahid‖ (№ 53 – 54, 1963) jurnalında çap etdirdiyi ―Parisdə bir
məzar daha‖ adlı məqaləsində yazmışdır: ―Bir az o tərəfdə Əkbərağa
Şeyxülislamov yatır. Yurdunun qurtuluşu uğrunda gənc yaşlarından bəri bir çox
məşəqqətlərə köks gərmiş cəfakeş, idealist Əkbərağa‖
Bu yaxınlarda Ə. Şeyxülislamovun foto – şəklini axtarıb tapan və onun
ölüm ilini dəqiqləşdirib bu sətirlərin müəllifinə yazan YUNESKO –nun əməkdaşı,
həmyerlimiz Ramiz Abutalıbova dərin minnətdarlığımızı bildiririk.
Mövsüm Əliyev.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
78
ƏHMƏDBƏY PEPĠNOV
Odlar yurdu, № 15, (446) avqust 1989.
Əhmədbəy Ömər oğlu Pepinov 1893-cü ildə Gürcüstanın Axalkalaki
mahalının Bolazur kəndində anadan olmuşdur. O, ―Molla Nəsrəddin‖ jurnalının
banilərindən biri görkəmli Azərbaycan jurnalisti və ictimai xadimi Ömər Faiq
Nemanzadənin (1872 - 1938) bacısı oğludur. Ərəb – fars dilində yazıb oxumağı da
Əhmədbəy dayısından öyrənmişdir. Tiflis gimnaziyasında təhsil aldığı illərdə Cəlil
Məmmədquluzadənin (1866 - 1932) ailəsi ilə yaxınlıq etmişdir. 1913-cü ildə
Ə.Pepinov Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuş və eyni vaxtda
iqtisadiyyat fakültəsində də oxumuşdur. O, Moskvadan ―Aşıq söz‖ qəzetinə
məqalələr yazaraq“Axalkaləkili Əhməd Cövdət”imzası ilə çap etdirmiş,
azərbaycanlı tələbələrin təşkil etdiyi ―Azərbaycan həmyerlilər təşkilatının‖ əsas
rəhbərlərindən biri olmuşdur. Ə.Pepinovun yaxından iştarakı ilə tələbələr
Moskvada ―Azərbaycan etnoqrafik konsert gecələri‖ və bir çox mədəni tədbirlər
həyata keçirmişlər.
Ə. Pepinov ali təhsilini başa çatdırıb 1918-ci ilin əvvəllində Bakıya
qayıtdı və Zaqafqaziyada baş verən siyasi hadisələrdə yaxından iştirak etməyə
başladı. Həmin il fevralın 28-də Zaqafqaziya Seymi tərəfindən təsdiq olunmuş
müsəlman fraksiyasında o, ―Müsəlman sosialist blokuna‖ daxil idi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
Həmin ilin yayında Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadənin (1884 -
1955) rəhbərliyi altında Türkiyə höküməti ilə dostluq münasibətləri yaratmaq üçün
İstanbula yola düşən nümayəndə heyətinin tərkibinə Ə. Pepinov da daxil idi. O,
19178-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan
parlamentinə üzv seçilmişdir. Bir az sonra isə Ə. Pepinov parlamentin katibi
vəzifəsini icra etmişdir. Həmin dövrdə o, Azərbaycan parlamentinin sədri
vəzifəsini icra edən Həsənbəy Ağayevin (1875 - 1920) qızı, sonralar isə ilk
azərbaycanlı qadın musiqişünası olan X.Ağayeva ilə evlənmişdir.
Ə.Pepinov ADR nazirlər şurasının sədri Nəsibbəy Yusifbəylinin 5təşkil
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
79
etdiyi ikinci kabinədə ( 22. 12. 1919) əmək və torpaq naziri təyin olunmuşdur.
Azərbaycanda ilk ali məktəb olan Bakı Dövlət Universitetinin təşkil
edilməsində (1919) Ə.Pepinovun müəyyən xidmətləri vardır. Parlamentdən
Universitetin təşkili məsələsinin müzakirəsinin sürətləndirilməsində və bu
məqsədlə pul vəsaiti ayrılmasında Ə.Pepinovun böyük əməyi vardır.
1918- 1920-ci illərdə Bakıda təntənəli ―Azərbaycan gecələri‖ konsertinin
və bir çox müsamirələrin təşkili də onun adı ilə bağlıdır.
1920-ci il martın 30-da N. Yusifbəylinin hökümət kabinəsinin istefaya
çıxması ilə əlaqədar Ə.Pepinov tutduğu vəzifəni tərk etmişdir. O, həmin il aprelin
əvvəllərində Azərbaycan parlamentinin üzvü Rəhimbəy Vəkilovla birlikdə Sovet
Rusiyası höküməti ilə danışıqlar aparmaq üçün Qroznı şəhərinə getmişdir.
Azərbaycan parlamentinin təşəbbüsü ilə görülmüş bu tədbirdən məqsəd Samur
körpüsünün şimal tərəfində dayanmış 11 Qızıl Ordunun Bakı üzərinə gözlənilən
yürüşünü ləngitmək və nizami Azərbaycan ordusu hisssələrini Dağlıq Qarabağdan
təcili Bakıya qaytarmaq idi. Məlum olduğu kimi, beynəlxalq imperalizmin
göstərişi ilə həmin ilin martında Daqlıq Qarabağda Azərbaycan əleyhinə böyük
üsyan qaldırılmışdı. Bu avantürüst plandan məqsəd nizami Azərbaycan ordusu
hissələrini Bakıdan çıxartmaq idi. Həmin ilin martında qanlı Əsgəran döyüşündən
sonra daşnak qoşunlarının tamamilə darmadağın edildiyinə baxmayaraq,
Azərbaycan ordusu hissələrini Bakıya qayıtmağa macal tapmamışdı. Bu vaxt
Bakıda cəmisi iki minə yaxın əsgər qalmışdı. Onlar da dövlət idarələrini
qoruyurdular. ADR –in paytaxtı Bakı tam müdafiəsiz idi...
1920-ci il aprelin 27-də baş verən hadisədən sonra Bakıya qayıdan
Əhmədbəy Pepinov Azərbaycanda mədəni – maarif və nəşriyyat işlərinə rəhbərlik
etmişdir. 20-ci illərdə onun ―Maarif və mədəniyyət‖, ―Bakinski raboçi‖ və .s
mətbuat orqanlarında xeyli məqaləsi dərc olunmuşdur. Həmin illərdə təqiblərə
məruz qalan Əhmədbəy Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçmüş və
orada yaşamışdır. 1934-cü ildən o, Alma – Atada Qazaxıstan SSR maarif nazirinin
müavini vəzifəsində işləmişdir. Öz dövrünün tanınmış şəxsiyyətlərindən biri olan
Ə.Pepinov 1938-ci ildə Stalin represiyası nəticəsində həlak olmuşdur.
Mövsüm Əliyev
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali
məktəblərə hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
80
HƏMĠDBƏY ġAHTAXTĠNSKĠ
Odlar yurdu, № 16, (447) avqust 1989.
Həmidbəy Ağa Xəlil oğlu Şahtaxtinski 1880-ci il mart ayının 12-də
Azərbaycanın Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olmuşdur. Orta
təhsilini Naxçıvan gimnaziyasında başa vurduqdan sonra o, İrəvan müəllimlər
seminariyasında oxumuş, orada ―Müsəlman xeyriyyə cəmiyyəti‖ nin üzvü
seçilmişdir. Sonra H. Şahtaxtinski Odessa Universitetinin hüquq fakültəsinə daxil
olmuşdur. Odessa həyatı onun bir siyasi və ictimai xadim kimi formalaşmasında
dərin iz buraxmışdır.
Həmidbəy Şahtaxtinski Universitetdə yaradılmış
―Azərbaycan həmyerlilər təşkilatı‖nın başçılarından və fəal üzvlərindən biri idi.
H. Şahtaxtinski 1912-ci ildə ali təhsilini başa vurub Gəncəyə gəlir, şəhərin
ictimai – siyasi həyatında yaxından iştirak edir. O Yelizavetpol (Gəncə) dairə
məhkəməsində andçı – müvəkkilin köməkçisi vəzifəsində iki ilə yaxın işlədikdən
sonra Bakıya köçərək burada dairə məhkəməsində eyni vəzifədə işə başlayır.
1917-ci ildə Rusiyada fevral – burjua inqilabı baş verdi. Həmin ilin mart
ayından bütün partiyalar açıq fəaliyyətə keçdilər. Yeni partiyalar da təşkil
olunmağa başladı. Rusiyanın müstəmləkə xalqları öz müstəqil dövlətlərini
yatarmaq və azad yaşamaq uğrunda mübarizəyə başladılar. Məhz belə bir dövrdə
H. Şahtaxtinski siyasi fəaliyyətə başlamışdı. Bildiyimiz kimi, keçmiş Rusiya
imperiyasına daxil olan və çarizmin milli – müstəmləkə zülmünə məruz qalan
xalqların böyük əksəriyyəti dil, adət, ənənə cəhətcə bir – birinə yaxın olan
müsəlmanlardan ibarət idi. Buna görə də bu xalqlar imperializmə və müstəmləkə
zülmünə qarşı mübarizədə islam dini bayrağı altında birləşirdilər. Fevral – burjua
inqilabından sonra təsis edilən ―Rusiyada müsəlmanlıq partiyası‖ 1917-ci il
noyabrın axırlarından etibarən özünü ―İttihad‖ partiyaası adlandırdı, siyasət
meydanına bu adla qədəm basdı. Partiyanın proqram və əməli fəaliyyətinə sırf
islam ideologiyası və siyasəti hakim kəsilmişdi. Qarabəy Qarabəyovun (1874 -
1953) sədr olduğu bu partiya M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi ―Türk ədəmi –
mərkəziyyət partiyası‖ ―Müsavata‖ qarşı zidd cəbhə tuturdu. ―Müsavat‖ partiyası
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
81
Rusiyanı Federativ şəkildə qurmaqla onun tərkibində Azərbaycana muxtariyyət
tələb edirdisə, ―İttihad‖ partiyası hər şeyi islam ideologiyasında görürdü və xalqın
milli dirçəlişinə zidd çıxırdı.
H. Şahtaxtinski Azərbaycan milli şurasının üzvü idi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu.
H. Şahtaxtinski bitərəf F. Xoyskinin təşkil etdiyi ikinci (17. 6. 1918) və üçüncü
(26. 12. 1918) hökümət kabinələrində maarif nazirinin müavini vəzifəsini icra
etmişdir. O, 1918-ci il dekabrın 7- də təntənəli sürətdə açılmış Azərbaycan
parlamentinə üzv seçilmiş, nazirlər şurasının sədri Nəsibbəy Yusifbəylinin təşkil
etdiyi birinci hökümət kabinəsində də (14. 4. 1919) həmin vəzifədə işləmişdir. H.
Şahtaxtinski o dövrdə Azərbaycan Respublikasının şəhər və kəndlərində ana
dilində məktəb və seminariyaların açılmasına və digər mütərəqqi tədbirlərin həyata
keçirilməsinə böyük əmək sərf etmişdir. Azərbaycanın ilk ali məktəbi olan Bakı
Dövlət Universitetinin təşkilində onun xidmətini qeyd etmək lazımdır.
H. Şahtaxtinski nazirlər şurasının sədri N. Yusifbəylinin 1919-cu il
dekabrın 22-də təşkil etdiyi ikinci hökümət kabinəsində maarif və dini etiqad naziri
təyin olunmuşdur. Bir müddət sonra, 1920-ci il martın 5-də istefaya çıxmışdır.
Həmidbəy Şahtaxtinski o dövrdə Bakıda mövcud olmuş bir çox mədəni və
maarif cəmiyyətlərinin rəhbərliyinə daxil idi.
1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra H. Şahtaxtinski Bakı
Dövlət Universitetində dərs deyən ilk azərbaycanlı kadrlardan və ana dilində ilk
mühazirə oxuyan müəllimlərdən biri idi. 1930-cu ildə ona professor adı
verilmişdir. H. Şahtaxtinski universitetdə dərs deməklə yanaşı 1926-cı ildə burada
tibb fakültəsini də bitirmişdir.
H. Şahtaxtinski Stalin repressiyası nəticəsində 1941-ci ildə həbs edilmiş
və 1943-cü il fevralın 3-də Arxangelsk vilayətində həlak olmuşdur.
Mövsüm Əliyev.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali
məktəblərə hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
82
AZƏRBAYCAN ĠSTĠQLALININ MÜBƏYYĠN
ƏQDNAMƏ
Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı – ayrı
hissələrə ayrılması ilə, Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcüb bir
vəziyyəti – siyasiyyə hasil oldu. Kəndi qüvveyi – məxsusilərinə tərk olunan
Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq
Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Və qayeyi siyasiyyənin
inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Cümhuriyyəti cüzindən
çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü.
Rusiya ilə Osmanlı imperatorluğu arasında zühür edən müharibənin
təsviyyəsi üzündən hasil olan vəziyyəti hazirə siyasiyyə və məmləkət daxilində
bulunan Azərbaycan dəxi bulunduğu xarici və daxili müşkülatdan çıxmaq üçün
xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təqyin edir.
Buna binaən areyi – ümumiyyə ilə intixab olunan Azərbaycan Şurayi –
Milliyyeyi – İslamiyyəsi bütün cəmaətə elan edir ki:
1.
Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət həqqinə malik olduğu
kimi, Cənubi – Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil
müstəqil bir dövlətdir.
2.
Müstəqil Azərbaycan dövlətinin şəkli idarəsi Xalq Cümhuriyyəti olaraq
təqrir edilir.
3.
Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilaxəssə həmcuvar
olduğu millət və dövlətlərlə münasibət hissinin təsisinə əzm edər.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
83
4.
Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi
gözləmədən qələmrounda yaşayan bütün vətəndaşlarına hüquqi siyasiyyə
və vətəniyyə təmin eylər.
5.
Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə
millətlərə sərbəstnamə inkişafları üçün geniş meydan buraxır.
6.
Məclisi – müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında
areyi – ümumiyyə ilə intixab olunmuş Şurayi – Milliyyəyə qarşı məsul
höküməti - müvəqqətə durur.
Bu əqdnamə 1918 sənəsi mayis ayının 18-də Tiflisdə elan olunmuşdur.
―Azərbaycan‖ qəzeti, 4oktyabr, 1989-cu il.
www.onlinekurs.az Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə
hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları
|