Journal of Qafqaz University
Fall 2003, Number 12
223
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA MİLLİ
OYANIŞ VƏ MAARİFÇİLİK HƏRƏKATI
Məmmədəli BABAŞLI
mbabasov@yahoo.com
Qafqaz Universiteti
Filologiya Fakültəsi
Bakı / AZƏRBAYCAN
XÜLASƏ
XX əsrin ilk iki onilliyi Azərbaycan xalqının tarixinə milli özünüdərketmə və oyanış
dövrü kimi daxil olmuşdur. İmperiyanın tarixində baş verən siyasi, ictimai dəyişikliklər öz
növbəsində Azərbaycanın mədəni həyatında xeyriyyəçilik və maarifçilik hərəkatının vüsət
qazanmasına gətirib çıxarmışdır. Çox keçmədən milli maarifçilik tariximizdə özünəməxsus
silinməz iz buraxmış mədəni-maarif cəmiyyətləri fəaliyyətə başlamış və təkzibolunmaz xidmətlər
göstərmişdir. Bu hərəkatın təşəkkül tarixinin və yayılma prosesinin obyektiv şəkildə tədqiq və
təbliğinin günümüz üçün də inkarolunmaz əhəmiyyəti vardır.
Açar sözlər: Cəmiyyət, xeyriyyəçilik, maarifçilik, məktəb
THE MOVEMENT OF NATIONAL AWAKENING AND ENLIGHTENMENT IN
AZERBAIJAN AT THE BEGINNING OF XX CENTURY
ABSTRACT
The first decade of the XX Century was recorded in history as the era of national
realization and awakening. The political and social changes in the Empire gave way to the
movement of charity and enlightenment in Azerbaijani social life. The national enlightenment
period has left traces that cannot be removed from our history. Social-intellectual institutions
emerged and they made undeniable service in history. It is of crucial importance for today to carry
out objective research on the foundation history and the spreading process of this movement.
Key Words: Society, charity, enlightenment, school
GİRİŞ
Məlum olduğu kimi, uzun sürən əsarət və imperiyanın yürütdüyü milli,
dini ayrı-seçkilik siyasəti Azərbaycan xalqının sosial-mədəni həyatında ciddi
geriliyə gətirib çıxarmışdı. İmperiyanın müstəmləkəçilik planlarının qurbanına
çevrilmiş Azərbaycanda xalqın cəhalət içində saxlanılması, onun milli və mənə-
vi dəyərlərindən məqsədyönlü şəkildə uzaqlaşdırılması siyasəti isə tam gücü ilə
davam edirdi. Milli tərəqqi naminə ziyalılar və vətənpərvər burjuaziya nüma-
yəndələri tərəfindən irəli sürülən təşəbbüslər bir qayda olaraq şübhə ilə qarşı-
lanır və ciddi maneələrlə üzləşirdi. 1891-ci ildən 1903-cü ilə qədər milli
mətbuat üzərində qoyulmuş yasaq və ilk qız məktəbinin açılması üçün aparılan
ardıcıl mübarizə də məhz bununla izah olunurdu.
XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí
M. Babaålí
Journal of Qafqaz University
Fall 2003, Number 12
224
Lakin XX əsrin başında rus-yapon savaşında çar Rusiyasının düçar
olduğu hərbi-siyasi məğlubiyyət ictimai həyatda dəyişikliklər zərurətini mey-
dana gətirdi. Belə ki, savaş əsnasında rus xalqının milli və dini duyğularını
qabartmaq məqsədilə hökumətin rəvac verdiyi təbliğat kampaniyası rus
milliyətçiliyinin artmasına gətirib çıxardığı kimi, qeyri-ruslar arasında da milli
oyanışa təkan verdi. Xalqlar həbsxanası adlanan imperiyada milli əsarətin
qüvvətlənməsi, çar Rusiyasının bir çox ucqarlarında olduğu kimi, Azərbaycanda
da güclü ictimai-siyasi hərəkatın yaranmasına gətirib çıxardı. Şübhəsiz ki, bu
şəraitin yetişməsində XIX əsrin ikinci yarısında, xüsusilə son iyirmi ilində,
Bakının neft şəhəri kimi dünyanın diqqətini özünə cəlb etməsinin və sənaye
mərkəzinə çevrilməsinin, nəhayət kapitalist münasibətlərinin təşəkkülünün də
böyük rolu oldu. Məhz bu dövrdə iri sənaye şəhərləri olan Bakı, Şamaxı, Nuxa,
Şuşa, Gəncə və Naxçıvan kimi şəhərlər Azərbaycanın mədəniyyət mərkəzlərinə
çevrilmişdir. Bütün bunlarla yanaşı, milli və mədəni oyanışda Rusiyada və
Türkiyədə təhsil almış ziyalıların öndərlik etdikləri mətbuatın oynadığı tarixi
rolu xüsusilə qeyd etmək lazımdır. Eyni zamanda çar hökümətinin erməni-
müsəlman qırğınlarının təşkilindəki mənfur rolu, ermənilərin xəyanətkarlığı və
Azərbaycan xalqına qarşı törətdikləri misli görünməmiş vəhşiliklər nəticəsində
milli təəssübkeşlik duyğularının güclənməsi də bu hərəkatın genişlənməsinə
təkan verdi. Bu baxımdan, senzuranın zəifləməsi nəticəsində 1905-1917-ci illər
arasında Azərbaycanda 63 adda qəzet və dərginin nəşrinin də maarifçilik
hərəkatına müsbət təsiri olduğunu qeyd etmək lazımdır(3,5). Xalqın oxuma-
yazma səviyyəsinin cəmi 4,5% olmasına baxmayaraq, türkçülük, islamçılıq,
sosializm və liberalizm ideyalarının carçısına çevrilmiş milli mətbuatın yüksə-
lən xətlə inkişafı sayəsində Rusiya müsəlmanlarının mərkəzi halına gəldiyi üçün
Bakı bilavasitə
sonuncu amilə borcludur.
İmperiyanın müxtəlif yerlərindəki inqilabi çıxışlarla qarşı-qarşıya qalan
hökumət xalqın tələblərinin bir qismini yerinə yetirməyə məcbur oldu. 1905-ci
ilin 17 oktyabr Manifesti adı altında tarixə düşmüş sənəddə xalqa vicdan, söz və
mətbuat azadlığı vəd edildi. Ümumiyyətlə, birinci rus inqilabı ərəfəsində və
dövründə, xüsusilə qeyd etdiyimiz Manifestdən sonra, yüksəliş dövrünü yaşa-
yan milli-demokratik, ictimai-mədəni hərəkat, maarif müəssisələrinin, məktəb-
lərin genişlənməsi, təhsilin ana dilində, pulsuz, hamılıqla olması tələblərini irəli
sürməyə şərait yaratdı və pedaqoji hərəkatın canlanmasına təsir göstərdi. Ölkədə
baş verən proseslərin nəticəsində maarifçi-demokratların illərlə gözlədikləri
tarixi fürsət ələ düşdü. Hələ XIX əsrin ikinci yarısında başlanan pedaqoji
hərəkat XX əsrin əvvəllərində daha da qüvvətləndi. Nəhayət ki, təəssübkeş
vətən övladlarının onillərlə xəyallarında yaşatdıqları ilk xeyriyyə cəmiyyyəti və
bunun ardınca çoxlu sayda mədəni-maarif cəmiyyətləri fəaliyyətə başladı.
İstanbuldan gətirilmiş mətbəə avadanlıqları milli dildə nəşrlərin sayının
artmasına və açılmış “üsuli-cədid” məktəblərinə türk müəllimlərinin dəvət olun-
ması isə milli şüurun güclənməsinə səbəb oldu (4,43). Sevindirici haldır ki,
bənzəri fəaliyyətlər sadəcə Bakı və Bakı ətrafında deyil, eyni zamanda
Azərbaycanın müxtəlif guşələrində maarifçiliyin inkişafına güclü təkan verdi.
M. Babaålí XX Äsrin Ävvällärindä Azärbaycanda Milli
Oyaníå vä Maarifçilik Häräkatí
Journal of Qafqaz University
Fall 2003, Number 12
225
Hətta bəzən ayrı-ayrı maarifsevərlər cəmiyyət olmadan da öz şəxsi təşəbbüsləri
sayəsində təqdirəlayiq işlər görə bildilər. Belə maarifçilərdən 1904-cü ildə
Qubada “Üsuli-cədid”, iki il sonra Ağdaşda “Darül-irfan” məktəbləri, həmçinin
qiraətxana və “Səadət” adlı qız məktəbi açmış Muxtar Əfəndizadənin adını
xüsusi ehtiramla yad etmək istərdik
Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, həmin illərdə Azər-
baycanın müxtəlif guşələrində qapılarını xalqın övladlarının üzünə açan elm və
ürfan yuvaları, axşam kursları həyata vəsiqə aldı. Millətin mənəvi sərvətini təşkil
edən, lakin maddi imkansızlıq ucbatından həyatda yerini tapa bilməyən istedadlı
Azərbaycan övladlarına sahib çıxıldı, təqaüdlər verildi. Bir sözlə, milli oyanış və
özünüdərketmə prosesi vüsət qazandı. H.Z.Tağıyevin təşəbbüsü ilə İstanbuldan
dəvət olunmuş Müəllim Cevdətin(Yınançalp) qurduğu “Füyuzat Dar-ul-
Muallimin” adlı müəllimlər məktəbinin milli şüurun oyanmasında və Azərbaycan
türkcəsinin İstanbul ləhcəsinə yaxınlaşmasında oynadığı rolu da xüsusilə qeyd
etmək lazımdır. Maraqlıdır ki, araşdırdığımız dövrdə baş verən maarifçilik və
xeyriyyəçilik hərəkatının özünəməxsus bir sıra xüsusiyyətləri də var idi. Əvvəla,
XX əsrin başlanğıcında bərqərar olmuş yeni sosial-iqtisadi, mənəvi-mədəni, elmi-
texniki inkişaf səviyyəsi maarifçilik üçün əlverişli şəraitin təminatçısı rolunda
çıxış edirdi. Böyük maarifçi Həsən bəy Zərdabinin atdığı toxumlar cücərmiş,
maarifin əhəmiyyətini dərk edən və bunun üçün maddi dəstəyini əsirgəməyən
milli burjuaziyanın varlığı reallığa çevrilmişdi. Eyni zamanda mövcud ehtiyaca
cavab verməsə də xalqın maariflənməsi yolunda hər cür məhrumiyyətə sinə gərən
maarifpərvər, savadlı milli pedaqoji kadr yetişmişdi. Çətinliklərlə müşayiət
olunmasına baxmayaraq, getdikcə din xadimləri arasında eyni vaxtda dini və
dünyəvi elmlərin öyrənilməsinin həyati zərurət olduğunu qəbul edənlərin sayı
artırdı. Azərbaycan maarifi qarşısında duran pedaqoji problemlərdə də kəmiyyət
və keyfiyyət dəyişikliyi baş verirdi. Təhsilin ana dilində aparılması ilə yanaşı,
təlimin məzmununun da ana dilində qurulması ön plana çıxırdı. Proqramların,
tədris planlarının, dərsliklərin hazırlanması və nəşri problemləri diqqət mərkəzin-
də duran təxirəsalınmaz məsələlər sırasında idi. XIX əsrdən başlayaraq mərkəzi
hökumət tərəfindən məqsədyönlü şəkildə aparılan ruslaşdırma siyasətinə müqavi-
mət mütləq inkarçılıqdan uzaqlaşaraq milli və dini təhsil istiqamətli məktəblərin
genişlənməsinə dönmüşdü. Dərsliklərdə işlədilən ana dilininin təmizliyinə, sadəli-
yinə və anlaşıqlı olmasına, orada milli koloritin öz əksini tapmasına təlabat artırdı.
Bir sözlə, həmin illər bütün dünya tarixi ilə həmahəng olaraq Azərbaycanın
siyasi-ictimai, iqtisadi və mədəni həyatının dəyişdiyi, xalq mənəviyyatının keyfiy-
yət baxımından yüksəldiyi illər oldu. Təbii ki, bütün bunların gerçəkləşməsində o
dövrün hüquqi tələblərinə uyğun qurulması baxımından ilk müsəlman xeyriyyə
cəmiyyəti sayılan ”Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin inkarolunmaz rolu
xüsusilə qeyd olunmalıdır. 1905-ci ilin oktyabrın 10-da fəaliyyətinə icazə verilmiş
cəmiyyətin Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər gördüyü tarixi işlər
əsasən xeyriyyəçilklə bağlı olduğu və xüsusi tədqiqatın mövzusunu təşkil edəcəyi
üçün onun üzərində çox dayanmaq istəmirik. Sadəcə bunu qeyd etməklə kifayət-
XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí
M. Babaålí
Journal of Qafqaz University
Fall 2003, Number 12
226
lənirik ki, cəmiyyət özündən sonra təşkil olunmuş digər xeyriyyəçi-maarifpərvər
cəmiyyətlərin yaranmasına təkan verdi, onların fəaliyyətinə yol göstərdi.
1. “NƏŞRİ-MAARİF” CƏMİYYƏTİNİN MAARIFÇİLİK
FƏALİYYƏTLƏRİ
Məmnuniyyət hissilə xatırlatmaq istərdik ki, XX əsrin əvvəllərində
Bakıda 30-dan artıq xeyriyyə cəmiyyəti fəaliyyət göstərirdi. Əhəmiyyətinin
dərəcəsinə görə bunların arasında 1906-cı il martın 4-də nizamnaməsi təsdiq
edilmiş, noyabrın 10-da isə Bakı dumasının zalında təntənəli açılışı olmuş tam
şəkildə “Nəşri- savad və maarif”, qısaca olaraq “Nəşri-maarif” adlanan xeyriyyə
cəmiyyətini xüsusilə qeyd etmək istərdik. Başlıca məqsədi Bakı şəhərində və
quberniyasında yaşayan müsəlmanlar arasında elm və maarifi, xüsusilə ibtidai
təhsili Azərbaycan və rus dillərində yaymaq, hər növ maarifçilik fəaliyyətini
dəstəkləmək olan cəmiyyətə Bakı quberniyasının baş qazisi və Bakı Müsəlman
Şiə Ruhani İdarəsinin sədri Axund Mir Məhəmməd Kərim Mircəfərzadənin ,
sədr, vətənpərvər ziyalı Əhməd bəy Ağayevin isə katib seçilməsi cəmiyyətin
uğurlu fəaliyyətinin təminatçısı oldu. Cəmiyyəti “cəmiyyəti-ehyayi-millət”
adlandıran Əhməd bəy çıxışında milli oyanışın həyati əhəmiyyət kəsb etdiyini
vurğuladı. Qazı ağanın və xəstə olduğu halda açılışa gəlmiş millət atası H.Z.
Tağıyevin çıxışları oradakıların qəlblərini kövrəltdi. Çıxışını ”Ey müsəlmanlar!
Siz də bir xabi-qəflətdən oyanın, ətrafa nəzər ediniz! Axır biz nə vəqtəcən cahil
olacağız? Özümü bu gün xoşbəxt hesab edib bu “Nəşri-maarif”cəmiyyətinə üç
min manat bəzl ediyorum”sözləri ilə tamamlayan elm və maarif hamisi
cəmiyyətə uğurlar arzuladı(14,1906,№262).
Ziyalı, üləma və milli burjuaziyanın tarixi əməkdaşlığının bəhrəsi olan
cəmiyyətin ilk sədrinin üləmadan olması , sonralar isə H.Z.Tağıyevin rəhbərliyi
altında fəaliyyətini davam etdirməsi məntiqli və ağlabatan bir addım idi. Belə
ki, bəzi mövhumatçı din xadimlərinin müqavimətini qırmaq, ilkin mərhələdə
imkanlı insanları Allah yolunda əvəzsiz, təmənnasız yardım göstərməyə vadar
etmək üçün bu təcrübə son dərəcə faydalı oldu. Xüsusilə , qız məktəblərinə
qarşı üzdəniraq din təəssübkeşlərinin təxribat və hücumlarının qarşısına sədd
çəkmək üçün də bu addım olduqca zəruri idi.
Fəaliyyətə başladığı ilk ildə cəmiyyət İçərişəhərdəki Hacı Banu məscidi-
nin, şəhərin aşağı hissəsindəki Hacı İmaməli məscidinin və şəhərin dağlıq
hissəsində yerləşən Hacı İbrahim(Təzə pir) məscidinin yanında olmaq üzrə
Bakıda hər biri bir sinifdən ibarərt 3 məktəb açdı(31,76). Cəmiyyət nizamnamə-
sinə uyğun olaraq fəaliyyətinin ilk illərindən etibarən Bakının kəndlərində
maarifçiliyə xüsusi diqqət yetirmiş və Balaxanıda 116 şagirdi olah 4 sinifli,
Əmircanda 82 şagirdi olan 3 sinifli və Buzovnada 24 şagirdi olan 3 sinifli
məktəblər açmışdır(31,77). Cəmiyyətin açdığı bütün məktəblərdə şagirdlərin
pulsuz təhsillə əhatə olunduğuna dair müxtəlif mənbələrdə zəngin məlumat
vardır(11,214). Yeni məktəblər açmaqla bərabər cəmiyyət mövcud məktəblərə
də maddi yardım göstərirdi. Cəmiyyətin 1908-1911-ci illərə aid hesabatlarından
M. Babaålí XX Äsrin Ävvällärindä Azärbaycanda Milli
Oyaníå vä Maarifçilik Häräkatí
Journal of Qafqaz University
Fall 2003, Number 12
227
məlum olur ki, sadəcə 1909-cu ildə bu qəbil yardımın ümumi həcmi 2221 manat
təşkil etmişdir(31,76-77). Cəmiyyətin fəaliyyətinə dair arxiv materiallarından
bəlli olur ki, 1912-13-cü tədris ilində cəmiyyətin himayəsi altındakı məktəblərin
sayı Balaxanıdakı qız məktəbi də daxil olmaqla 13, orada təhsil alan şagirdlərin
sayı isə 940 nəfər,1913-14-cü ildə müvafiq olaraq 16 məktəb və 1200 şagird
olduğu halda 1917-ci ildə məktəblərin ümumi sayı 26-ya(23-ü oğlan və 3-ü qız
məktəbi olmaqla), məktəblərə ayrılan maddi vəsaitin illik miqdarı isə 32091
manata çatmışdı(29,12). Əsasən bir və ikisinifli məktəblər açan cəmiyyət orada
oxuyan kasıb uşaqları pulsuz təhsillə yanaşı kitab da daxil olmaqla zəruri tədris
ləvazimatı və paltar ilə təmin edirdi. Bundan başqa, cəmiyyət ali məktəblərdə
təhsil alan maddi imkanı zəif tələbələrə də təqaüd verirdi. Cəmiyyətin əhatə
etdiyi coğrafi əraziyə Bakı şəhərindən başqa ətraf kəndlərdən Bilgəh, Balaxanı,
Bülbülə, Qala, Hövsan, Zabrat, Keşlə, Ramana, Suraxanı, Şağan, Şıxov və
Pirşağının daxil olduğunu görmək mümkündür.
Uşaqlara təhsil verməklə yanaşı cəmiyyət təhsil üçün vacib amillərdən
hesab olunan pedaqoji kadr hazırlığına da xüsusi əhəmiyyət verirdi. Bu sahədə
1907-ci ildə cəmiyyət tərəfindən açılmış və cəmi üç il fəaliyyət göstərmiş , bir
növ seminariya sayılan, ”Darül-muallimin”və 1908-1909-cu illərdə təşkil edil-
miş ”İslam” Azərbaycan müəllimlər kursunun əvəzolunmaz xidmətləri olmuş-
dur. Cəmi iki buraxılışı olmuş kursu 28 nəfər bitirmiş və məzunlara şəhadətna-
mələri cəmiyyətin sədri H.Z.Tağıyev, onun müavinləri Mehdibəy Hacınski və
İsa bəy Aşurbəyov imzalayıb təqdim etmişlər(31,78). Cəmiyyətin yetişdirdiyi
müəllimlər ”Nəşri-maarif”məktəbindən başqa, digər xeyriyyə cəmiyyətləri
tərəfindən açılmış “Nicat”və”Səadət” məktəblərində də təlim-tərbiyə ilə məşğıl
olmuş və pedaqoji kadrlara olan ehtiyacı qismən də olsa ödəmişlər. Cəmiyyətin
maarifçilik fəaliyyətləri sırasında azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil
alması da müəyyən yer tuturdu. Bu və ya digər şəkildə təhsilini davam etdirən
tələbələr tərəfindən müvafiq müraciət daxil olduqda onlara birdəfəlik maddi
yardım göstərilməsınə dair mənbələrdə çoxlu faktlara təsadüf edilir. Nəhayət,
cəmiyyətin fəaliyyətinin bəhrələrindən biri və bizcə ən mühümü pedaqoqların
diqqətini ana dilində dərsliklərin yazılması məsələsinə yönəltməsi olmuşdur.
Əsasən daimi üzvlük haqları və birdəfəlik könüllü ianələr hesabına fəaliy-
yət göstərən cəmiyyət zaman-zaman maddi çətinliklərlə də üzləşirdi. Bu hallar-
da maliyyə işlərini qaydaya salmaq üçün pullu müsamirələr, teatr tamaşaları,
gecələr və s. təşkil olunur, əldə olunan gəlir cəmiyyətin büdcəsinə daxil edilirdi.
Müsəlmanların dini bayramlarında toplanan ianələr də cəmiyyətin mühüm gəir
mənbəyini təşkil edirdi. H.Z.Tağıyevin bilavasitə rəhbərliyi altında həyata
keçirilən konsert və tamaşalar üçün öncədən Bakı şəhər idarəsindən müvafiq
icazə alınırdı. “Nəşri-maarif” cəmiyyətinin keçirdiyi tədbirlərdə Bakıda yaşayan
xarici konsulluqların nümayəndələri, quberniya rəhbərləri, başqa millətlərin
nümayəndələrinin iştirakı və onların da maddi yardım göstərmələrinə nail
olması təqdirəlayiq hadisədir. Bu mənada 1912-ci ildə keçirilən xeyriyyə
tədbirində Bakıdakı Türkiyə konsulu Əli Kamal bəyin, Bakı qubernatoru
Alışevskinin, vitse-qubernator R.Blioxun, Bakı şəhər rəisi P.Martınovun,
XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí
M. Babaålí
Journal of Qafqaz University
Fall 2003, Number 12
228
növbəti ildə isə yenə Əli Kamal bəy, Alışevski və İran konsulu Davud xanın
iştirakını xatırlatmaq yerinə düşərdi(31,81).
Cəmiyyətin alternativ mənbə əldə etmək məqsədilə keçirdiyi tədbirlər
arasında ”müsəlman gecələri” adı altında təşkil olunan tədbir xüsusilə maraq
doğurur. 1908-1917-ci illər arasında müəyyən fasilələrlə keçirilmiş 8 gecədə
təxminən 60 min manat toplanmış və müvafiq qaydada maarifçiliyə sərf
olunmuşdur(9,80). Cəmiyyət büdcəsinin daimi mədaxillərindən birini də mütə-
madi olaraq hər il novruz bayramı münasibətilə üzvləri və camaat arasında
keçirilən tədbirlərdən əldə olunan gəlir təşkil edirdi. Bütün bunlarla yanaşı,
müəyyən dövrlərdə cəmiyyətin maddi çətinliklərlə üzləşdiyinin də şahidi olmaq
mümkündür. Maddi imkanların tamamilə tükəndiyi bu cür çıxılmaz vəziyyətdə
cəmiyyət Əmircan və Buzovna kəndlərində olduğu kimi müvəqqəti də olsa son
çarə olaraq məktəbləri bağlamaq məcburiyyəti qarşısında qalmışdır.
Cəmiyyətin tarixində təqdirəlayiq hadisələrdən biri kimi 1909-cu ildə
Qars, Oltu və İğdırda açdığı şöbələr vasitəsilə rus əsarəti altında yaşayan qardaş
türk xalgına göstərdiyi insani yardım və müharibə əsnasında Qafqaz cəbhəsin-
dən Azərbaycana gətirilmiş yetim türk övladlarının təlim-tərbiyəsilə yaxından
məşğul olması qeyd edilməlidir. Türk tədqiqatçılarının da yazdıqları kimi,
cəmiyyət Qars və ətraf bölgələrdə yaşayan rus və erməni əhalisindən fərqli
olaraq yazma-oxuma nisbətinin cəmi 1 % olduğu türk vətəndaşlarının təhsilə
cəlb olunması, bu məqsədlə yeni məktəblərın açılması, əski mədrəsələrin fəaliy-
yətinin bərpası istiqamətində də ciddi işlər görmüşdür(4,189).
Cəmiyyətin fəaliyyətini başa vurması tarixinə dair müxtəlif mənbələrdə
bir-birindən fərgli rəqəmlər verilmişdir. Belə ki, Azərbaycan Sovet Ensiklopedi-
yasındakı “Nəşri-maarif” adlı maddədə cəmiyyətin fəaliyyətinin 1917-ci ildə
dayandırıldığı ifadə olunmuşdur(2,7/235). Bir sira mənbələrdə isə cəmiyyətin
1920-ci ilə qədər və ən başlıcası “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” başda
olmaqla digər xeyriyyə cəmiyyətlərilə yaxın əməkdaşlıq şəraitində çiyin-çiyinə
fəaliyyət göstərmiş cəmiyyət milli maarifçilik tarixində müstəsna rol oynamasi
qeyd olunmuşdur.
2. “NİCAT”CƏMİYYƏTİNİN MƏDƏNİ- MAARİFÇİLİK
FƏALİYYƏTLƏRİ
Bakı şəhərində təşkil olunmuş və xalqın tərəqqisi naminə fəaliyyət gös-
tərmiş maarifpərvər xeyriyyə cəmiyyətlərindən biri də “Nicat”cəmiyyətidir.
Bakı quberniyasında müsəlmanlar arasında maarifin yayılması, imkansız, lakin
istedadlı müsəlman tələbələrinin ibtidai, orta və ali təhsil almalarına yardım
etmək, ana dili və ədəbiyyatı, həmçinin teatr sənətinin inkişafına xidmət göstər-
mək məqsədilə qurulmuş cəmiyyətin təşəbbüskarları bir qrup şəhər ziyalısı və
xeyirxah sərvət sahibləri idi. 1906-cı ilin mart ayının 9-da qiraətxanada təsis
toplantısı keçirilmiş cəmiyyətin Nizamnaməsi həmin ilin avqust ayının 22-də
Bakı qubernatoru Alışevski tərəfindən təsdiq olunmuşdur(31,82). Cəmiyyətin
ilk təsis toplantısının mart ayının 9-da keçirilməsi və bilavasitə bundan sonra
M. Babaålí XX Äsrin Ävvällärindä Azärbaycanda Milli
Oyaníå vä Maarifçilik Häräkatí
Journal of Qafqaz University
Fall 2003, Number 12
229
onun maarifçilik fəaliyyətlərini gerçəkləşdirməsinə əsaslanan bir sıra tədqiqatçı-
larımız “Nicat”cəmiyyətini ilk mədəni-maarif cəmiyyəti olaraq qəbul edirlər.
Bu mülahizənin ümumən doğruluğunu şübhə altına amamaqla bərabər, bizcə
cəmiyyətin rəsmi qeydiyyat tarixinin əsas alınması daha məqsədəuyğun olardı.
Məhz bu baxımdan, xeyriyyə cəmiyyətlərinin sırasında “Nicat”cəmiyyətini
martın 4-də Nizamnaməsi təsdiq olunmuş ”Nəşri-maarif”cəmiyyətindən sonraya
daxil etməyi münasib bildik.
”Nicat”cəmiyyətinə növbə ilə Məmmədəli bəy Səlimbəyov (1906-1907),
Həsən bəy Ağayev (9 mart-12 noyabr1907), Məmməd Əmin Rəsulzadə (12
noyabr 1907-17 dekabr 1913), eyni zamanda Qasım Qasımov, İsa bəy
Aşurbəyov və Əlimərdan bəy Topçubaşov rəhbərlik etmişlər. Cəmiyyətin 1916-
cı ildə böyük qalmagala səbəb olmuş və sonradan nəticələri ləğv olunmuş illik
yığıncağında Murtuza Muxtarov cəmiyyətin fəxri sədri seçilmişdir.
Qarşısına qoyduğu məqsədi gerçəkləşdirmək üçün cəmiyyət imkan daxi-
lində mövcud məktəblərə maliyyə yardımı göstərir və yeni məktəblər açırdı.
Bilavasitə cəmiyyətin təşəbbüsü ilə kəndlərdə açılmış bir və ikisinifli məktəb-
lərin sayının otuza çatması “Nicat”cəmiyyətinin kənd əhalisi arasında savadın
yayılmasına verdiyi əhəmiyyətə dəlalət edirdi. Yeri gəlmişkən, böyük şair
Mirzə Ələkbər Sabir ömrünün son ilində cəmiyyətin Balaxanı kəndində açdığı
məktəbdə işləmişdir.
Keşlə, Gəncə, Şamaxı, Quba və s. yerlərdə açdığı bölmələri də yerlərdə
maarifçilik fəaliyyətləri göstərən cəmiyyətin təşəbbüsü ilə 1906-1910-cu illərdə
Gəncədə ”Mədrəseyi-ruhani”, Şamaxıda ”Üxüvvət”, Ağdaşda ”Darülfənn”,
Nuxada “Həqiqətüs-Sibyan”, Lənkəranda “Behcət” adlı məktəblər açılmışdır
(9,229).
Məktəblərin dərs kitabları və vəsaitləri ilə təminatı da cəmiyyətin diqqət
mərkəzində duran təxirəsalınmaz məsələlərdən idi. Bu məqsədlə cəmiyyətin
nəzdində təşkil olunmuş pedaqoji ədəbiyyat bölməsi Azərbaycan dilinin orfoq-
rafiyası və orfoepiyasının hazırlanması, xalq müəllimələrinə bu sahədə müvafiq
metodik göstərişlərin verilməsi istiqamətində təqdirəlayiq işlər görmüşdür. Gör-
kəmli pedaqoq, ədəbiyyatşünas Ə. Hüseynzadə və Ə. Kamalbəyin fəaliyyətində
yaxından iştirak etdikləri həmin şöbənin Azərbaycan türkcəsinin orfoqrafiyası
ilə bağlı təklifləri cəmiyyətin təsis etdiyi eyni adlı qəzetində müzakirəyə çıxarıl-
mışdır.
Cəmiyyət müsəlmanlar arasında savadsızlığın ləğvi məqsədilə böyüklər
üçün axşam kursları təşkil edir və onların fəaliyyətini maliyyələşdirirdi. 1907-ci
ildə yeni axşam kursları açmış cəmiyyətin həmin kurslarından iki il sonra isti-
fadə edən dinləyicilərin sayı 280-ə yaxın olmuşdur. 1910-1911-ci və 1911-
1912-ci tədris illərində isə kursdan istifadə edən dinləyicilərin sayı müvafiq
olaraq 240 və 115 nəfər olmuşdur. Adətən bisavad, az savadlı və savadlı adlı üç
qrupda fəaliyyət göstərən axşam kurslarında dinləyicilərə rus dili, Azərbaycan
dili və hesab fənləri tədris olunurdu. Dinləyicilərinin əksəriyyətini günəmuzd
fəhlələrin, xırda alverçilərin, sənətkarların və dükan satıcılarının təşkil etdiyi
XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí
M. Babaålí
Journal of Qafqaz University
Fall 2003, Number 12
230
kursların məşğələləri hər gün iki saat olmaq şərtilə həftədə üç dəfə keçirilirdi.
Qısa müddət ərzində dinləyicilərə yazma və oxumanın öyrədilməsi cəmiyyətin
axşam kurslarına rəhbərlik edən Abbas bəy Minasazovun və müəllimlərin ciddi
nailiyyəti idi.
Axşam kurslarından başqa, cəmiyyətin 4-cü rus-tatar məktəbində həmin
məktəbin müəllimi Əli Terequlovun rəhbərliyi altında həftədə sadəcə cümə
günü olmaqla üç saat müddətində təşkil etdiyi cümə kursları da tacir və sənət-
karların savadlandırılmasında inkarolunmaz rol oynamışdır(31,84-85).
Cəmiyyətin böyük əhəmiyyət verdiyi və uğurla həyata keçirdiyi fəaliyyət
növlərindən biri də ümumi qiraətxana və kitabxanaların açılması idi. Sonuncu
müəssisələrdə kütləvi qiraətlər təşkil olunur, gigiyena və yolxucu xəstəliklər,
xüsusilə traxoma,vəba haqqında mühazirələr oxunurdu. Lakin cəmiyyətin bu
nəcib təşəbbüsü heç də hər yerdə uğurla nəticələnmirdi. Cəmiyyətin Maştağa
kəndində böyük çətinliklə açdığı qiraətxananın sonrakı taleyi buna dəlalət edir.
Əhməd Dövlətoğlu adlı maarifpərvər kənd sakininin mülkündə kirayəyə
götürülmüş bir otaqda açılmış qiraətxana kənddə qarışıqlığa səbəb olduğundan
çox keçmədən bağlanmışdır. Qarışıqlığa səbəb isə kənd camaatının məhəllə
mollasına qiraətxanaya gedib oradakı qəzetləri oxumağın şəriətə uyğun olub-
olmamasına dair sualına mollanın verdiyi cavab olmuşdur. Cavabında molla
demişdir ki, ”qəzet oxumağın yerinə qəza namazını qılın, qiraət öyrənin, şəriətlə
biz müsəlmanlar Qurandan başqa heç bir şey oxumamalıyıq. Müsəlman olan
şəxs heç bir başqa əcnəbi yazı-pozu ilə tanış olmamalıdır. Əyər olarsa, o
kafirdir”(23,113). Təəssüflər olsun ki, H.Sarabskinin ”Köhnə Bakı” adlı kita-
bında təsvir etdiyi bu hadisə ilə başqa yerlərdə də qarşılaşmaq mümkün idi.
Lakin bir şey unudulmamalıdır ki, bu hadisənin ilk əmri ”Oxu!”olan və daima
elm öyrənməyi təşviq edən, mənsublarının dünya sivilizasiyasına təqdim etdiyi
möhtəşəm mədəniyyətlə gürur hissi keçirdiyimiz İslam dininə heç bir aidiyyəti
yox idi və ola da bilməzdi. Bu olsa-olsa həmin elmdən bəhrələnə bilməmiş,
daşıdığı məsuliyyəti dərk etmədən bu qədər asanlıqla başqalarını küfrdə ittiham
edən bir kənd mollasının subyektiv fikri idi. Balaxanı və Sabunçu rayon
kitabxanaları neftçi fəhlələrə xidmət sahəsində xüsusilə fərqlənirdi. Cəmiyyətin
bu sahədə fəallığının dərəcəsi haqda təsəvvür əldə etmək üçün sadəcə 1906-cı
ilin 11 mart-11aprel tarixləri arasında, daha döğrusu fəaliyyətə başladığı ilk ay
ərzində təşkil olunmuş mühazirələrdə 1.344 nəfərin, o cümlədən 1.129 azər-
baycanlının iştirak etdiyini xatırlatmaq yerinə düşərdi(29,10).
Cəmiyyətin çoxşaxəli maarifçilik fəaliyyətinin bir qolunu da Azərbaycan
müəllimlərinin I qurultayının keçirilməsi təşkil edir. I rus inqilabından sonra
hökm sürən yeni abi-hava təhsilin və müəllimlərin problemlərinin müzakirəyə
çıxarılması üçün münbit zəmin meydana gətirmişdi. Bununla əlaqədar olaraq
cəmiyyət təhsilin, kənd müəllimlərinin, dərsliklərin təxirəsalınmaz problem-
lərinin müzakirəyə çıxarılması və həlli istiqamətində tarixi bir addım daha atdı.
Hökumət dairələrinin maneçiliklərinə baxmayaraq cəmiyyət 1906-cı ilin 15-28
avqust tarixləri arasında Bakı şəhərində Azərbaycan müəllimlərinin ilk qurulta-
yını keçirməyə müvəffəq oldu(9,239). Azərbaycan pedaqoji fikir tarixində
M. Babaålí XX Äsrin Ävvällärindä Azärbaycanda Milli
Oyaníå vä Maarifçilik Häräkatí
Journal of Qafqaz University
Fall 2003, Number 12
Dostları ilə paylaş: |