XÜlasə XX əsrin ilk iki onilliyi Azərbaycan xalqının tarixinə milli özünüdərketmə və oyanış


”BAKI MÜSƏLMAN QADIN XEYRİYYƏ CƏMİYYƏTİ”



Yüklə 341,31 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix31.01.2017
ölçüsü341,31 Kb.
#7264
növüXülasə
1   2   3

5. ”BAKI MÜSƏLMAN QADIN XEYRİYYƏ CƏMİYYƏTİ” 

Başlıca məqsədi xeyriyyəçiliklə yanaşı müsəlman qadınları arasında 

savadlılığı  və maarifçiliyi yaymaq, şagirdlərə maddi yardım göstərmək olmuş 

”Bakı Müsəlman Qadın Xeyriyyə  Cəmiyyəti”nin də maarifçilik hərakatında 

xüsusi xidmətləri olmuşdur. Nizamnaməsi hakimiyyət orqanları tərəfindən təs-

diq edildikdən sonra, 1914-cü il noyabrın 21-də “Bakı milyonçusu Murtuza 

Muxtarovun həyat yoldaşı Liza xanım Muxtarovanın sədrliyi altında fəaliyyə-

tini davam etdirmiş  cəmiyyətin maarifçilik sahəsində  ən mühüm xidmətlərin-

dən biri 1917-ci ildə Bakıda yoxsul qızlar üçün peşə məktəbi açması olmuşdur. 

Lakin məktəb 1918-ci il dəhşətli mart faciəsindən sonra fəaliyyətini dayandır-

mağa məcbur olsa da cəmiyyətin tarixində əlamətdar bir hadisə kimi qalmışdır. 


XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí                                                

M. Babaålí

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 

 

238 


6. NƏTİCƏ  

Xeyriyyə  cəmiyyətlərinin fəaliyyətinə münasibətlə bağlı bir məqama 

aydınlıq gətirməyə ehtiyac hiss edirik. Təəssüflər olsun ki, Azərbaycanın bolşe-

viklər tərəfindən işğalı ilə  fəaliyyətinə son verilmiş xeyriyyə  cəmiyyətlərinə 

onillərlə qara yaxılmış, onların millətin tərəqqisi və maarifçiliyin inkişafı nami-

nə göstərdikləri tarixi xidmət şübhə altına alınmışdır. Təbii ki, qızıl qasırğanın 

tüğyan etdiyi bir dövrdə bu cəmiyyətlərin fəaliyyəti haqqında obyektiv fikir 

söylənməsini gözləmək sadəlövhlük olardı. Lakin ədalət naminə qeyd etməliyik 

ki, həmin dövrdə aparılmış bir sıra araşdırmalarda bu cəmiyyətlərin mədəni-

maarif sahəsindəki xeyriyyəçilik fəaliyyətləri müsbət hadisə kimi təqdir olun-

muşdur. Bununla bərabər, həmin araşdırmalarda cəmiyyətlərin işində bolşevik-

lərin də  fəaliyyətinə diqqətin cəlb olunmasına, bir növ onların bolşeviklərin 

təsiri altında olmaları fikrinin formalaşdırılmasına səy göstərildiyini də etiraf 

etmək lazımdır. Xüsusilə, “Nəşri-maarif” və “Nicat” cəmiyyətlərinin geniş xalq 

kütləsi, o cümlədən fəhlələr arasında savadsızlığın ləğvi sahəsində apardıqları 

işə  əsaslanaraq onların müəyyən mənada inqilabi ideyaların, marksist ədəbiy-

yatın yayılmasına xidmət etdikləri fikri geniş yayılmışdır. M.Əzizbəyovun 

1912-ci ildə “Nəşri-maarif”cəmiyyətinin idarə heyəti üzvü seçilməsi və yaxud 

“Nicat” cəmiyyətinin fəaliyyətində M.Əzizbəyovla yanaşı, S.M.Əfəndiyev, 

A.D.Axundov, M.B.Axundov kimi hümmətçilərin iştirak etmələri də yuxarıdakı 

tezisin tərəfdarları tərəfindən dəlil olaraq qəbul edilmişdir. Əslində isə biz bura-

da müəyyən mənada həqiqətin təhrif olunduğunun, əsrin əvvəllərində Azərbay-

canın ictimai, mədəni həyatında baş vermiş müsbət dəyişikliklərin bilavasitə 

milli bolşeviklərin adları ilə bağlanması cəhdinin şahidi oluruq. Həqiqətdə milli 

bolşeviklərin burjuaziya, ziyalı  və üləmaların nümayəndələri ilə birlikdə xey-

riyyə  cəmiyyətləri quraraq xalqı maariflənməsi prosesində  iştirak etmələrini 

milli təəssübkeşlik duyğularından qaynaqlandığını qeyd etmək lazımdır. 

Digər tərəfdən, həmin prosesdə bolşevik təmayüllü ziyalıların da iştirak 

etmələri son dərəcə  təbii və anlaşılan bir hadisədir. Çünki onlar da bolşevik 

olmadan öncə bu millətin övladları idilər və bütün mümkün vasıtələrlə istıb-

dada, mütləqiyyətə qarşı mübarizə aparırdılar. Lakin biz bu mübarizənin 

əsaslandırılması  əsnasında onların düçar olduğumuz cəhalətin və  səfalətin 

səbəbkarı qismində istismarçı zümrə kimi milli sahibkarları, din xadimlərinin 

simasında  İslam dinini ittiham etmələri ilə razılaşmamız da mümkün deyildir. 

Çünki bu fikrin ortaya atılması  bılavasitə xalqımızın müstəqilliyinə  qəsd 

etmiş,onun maddi sərvətlərini talamış, mədəniyyətini, dilini, dinini təqib etmiş, 

özünə qarşı isə kölə və ya əsir münasibəti bəsləmiş çar rejiminin məsuliyyətini 

azaltmağa xidmət edir. Əslində, yuxarıda qeyd etdiyimiz hər üç təbəqənin 

ümumi problemlərin həlli  ətrafında birləşdiklərini, lakin həmin problemlərin 

həlli əsnasında üstünlük verdikləri üsullara görə ixtilafa düşdüklərini düşünmə-

miz doğru olardı. Məhz bunun nəticəsi idi ki, çox keçmədən cəmiyyətdə böyük 

nüfuza malik olan milli burjuaziya nümayəndələri tərəfindən M.Əzizbəyovun 

“Nicat” cəmiyyətindəki fəaliyyətinə son verilməsinin  şahidi oluruq. Bir incə 

məqamı da unutmamaq lazım idi ki, həmin cəmiyyətlərin ərsəyə gəlməsi heç də 



M. Babaålí                                                XX Äsrin Ävvällärindä Azärbaycanda Milli 

Oyaníå vä Maarifçilik Häräkatí 

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 



 

239 


asan başa gəlməmiş  və  zənginlərin bu qəbil fəaliyyətlərə maliyyə yardımı 

göstərmələri birdən-birə baş verməmişdir. Təbii ki, gərgin zəhmət bahasına başa 

gəlmiş xeyirxah bir işin sonradan sinfi mübarizə müstəvisinə çəkilməsi heç də 

xalqın mənafeyinə xidmət etmirdi və bolşeviklərin çoxsaylı  səhvlərindən biri 

kimi qiymətləndirilməlidir. Hər halda göstərdikləri yardımların gələcəkdə 

onların  əleyhinə dönəcək bir hərəkata çevriləciyini gördükləri halda milli 

burjuaziya nümayəndələrinin buna göz yumacaqlarını düşünmək  ən azından 

sadəlövhlük olardı. Bizcə, xalqımızın az qala bütün problemlərinin kökünü ayrı-

ayrı din xadimlərində deyil, məhz  İslam dinində axtaran bolşeviklər din 

xadimlərinin mövcud şəraitlə barışmaları və maarifçilik prosesində fəal iştirak 

etmələri faktı ilə  də hesablaşmalı  və xeyriyyə  cəmiyyətlərinin işinə mane 

olmamalı idilər. Qeyd etdiyimiz ziddiyyətlərə baxmayaraq, yüksək milli 

təəssübkeşlik hissilə  fərqlənən, xalq üçün ürəyi yanan ziyalı, milli burjuaziya 

nümayəndələri və üləmaların birgə fəaliyyət göstərməsi bu hərəkatın ən böyük 

uğurlarından oldu. 

 

ƏDƏBİYYAT 

 

Ağayev Ə. Pedaqoji fikrimiz: dünənimiz, bugünümüz. B., 2000 



 

Azərbaycan Sovet Ensiklopediyası.c.1-10, B.ı, 1976-19845. 

 

Ali Haydar Bayat. Hüseyinzade Ali Bey. Atatürk Kültür Merkezi Başkanlığı Yayını, 



Ankara,1998 

 



Betül Aslan.1.Dünya Savaşı Esnasında  “Azerbaycan Türkleri”nin “Anadolu 

Türkleri”ne “Kardaş Kömeği(Yardımı)” ve Bakü Müslüman Cemiyet-i-Hayriyesi. 

Atatürk Kültür Merkezi Başkanlığı Yayınları, Ankara, 2000 

 

Бабашов М. Бакинское мусульманское духовное общество «Саадет». Материалы 



республиканской научно-методической конференции «Актуальные вопросы теории 

и методики преподования языков и литератур народов стран Ближного и Средного 

Востока, Б., 1990, с.14-16 

 



Babaşov M. Bakı müsəlman ruhani “Səadət” cəmiyyəti. ”Elm” qəzeti.1991,13 

 



Babaşov M. Milli təhsilimizin inkişafında xeyriyyəçi-maarifpərvər qurumların rolu. 

Qafqaz universitetinin quruluşunun II ildönümünə həsr olunmuş elmi-metodik konfransın 

materialları, B., 1995, s.1-2, 

 



Babaşov M. Ahund Mir Muhammed Kerim el-Bakuvinin hayatı ve eserleri. Qafqaz 

Üniversitesi ilmi seminarlar toplusu, Baku, 1998, sah.192-201 

 

Əhmədov Hüseyn.Azərbaycan məktəb və pedaqoji fikir tarixi (dərs vəsaiti).I hissə, 



B.,2001 

 



İlkin Qılman. Bakının üç üləması.”Ədəbiyyat və incəsənət” qəzeti, 1990, 32 

 



İlkin Qılman. Bakı və bakılılar. “Zaman” nəşriyyatı, B.,1999 

 



İlkin Qılman. Şəxsiyyət. Şur”nəşriyyatı, B.,”1995 

 



İlkin Qılman. Xeyriyyə və maarif cəmiyyətləri. ”Bərəkət”qəzeti, 10 sentyabr 1991-ci il 

 



”İrşad” qəzeti. 1906-cı ilin müxtəlif sayıları 

 



İsmayıl Mahmud, İbrahimov Marat. El atası, Azərbaycan Dövlət Nəşriyyatı, B., 1994 

 



İsmayılov Rəşid bəy.Azərbaycan tarixi. Azərbaycan Dövlət Nəşriyyatı, B,1993 

XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí                                                

M. Babaålí

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 

 

240 


 

Məmmədov X. Sultan Məcid Qənizadə. B,1983 



 

Məhərrəmov N.,Babaşov M. Qafqaz müsəlmanlarının atası, ”Ədəbiyyat” qəzeti,1991, №6 



 

Mustafayev Q. XX  əsrin  əvvəllərində Azərbaycanda islam ideologiyası  və onun 



tənqidi. B.,1973 

 



Nərimanov N. Hacı Zeynalabdin Tağıyevin 50 illik məişətə  və  cəmaətə xidmətləri. 

B.,1994  

 

Ordubadi M.S. Qanlı illər  (1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman 



davasının tarixi), B.,1991  

 



Rəsulzadə M.Ə. Stalinlə ixtilal xatirələri, ”Elm” nəşriyyatı, B., 1991 

 



Sarabski H.Q. Köhnə Bakı, B., 2000 

 



Seyidov F.Ə. Qori seminariyası və onun məzunları. “Maarif” nəşriyyatı, B.,1988 

 



Süleymanov M. Ağa Musa Nağıyev. B., 1994. 

 



Süleymanov M. Hacı Zeynalabdin Tağiyev. B., 1996 

 



Süleymanov M. Eşitdiklərim, oxuduqlarım gördüklərim.B.,1989 

 



Süleymanova S. Azərbaycanda ictimai-siyasi hərəkat  (XIX yüzilliyin sonu XX 

yüzilliyin əvvəlləri). B.,1999 

 

Tağıyev  Ə.S.  XX  əsrin  əvvəllərində Azərbaycanda olan cəmiyyətlərin maarifçilik 



fəaliyyətiə dair (Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin ali 

məktəblərinin “Elmi əsərlər”i). XI seriya, B., 1978 

 

Hüseyn  Ərəblinski.  Aktyorun həyat və  fəaliyyətinə dair sənədlər məcmuəsi. 



Azərbaycan Dövlət Nəşriyyatı.B., 1967 

 



Cavadov Cavid. Azərbaycanda xeyriyyəçilik hərəkatı  (XIX  əsrin sonu və XX əsrdə). 

B., 1999


 

 

Yüklə 341,31 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin