231
xüsusi yeri olan həmin qurultayda alınmış qərarlar arasında qurultay tərəfindən
işlənmiş Azərbaycan dili proqramının təsdiqi, ana dilinin azərbaycanlılar üçün
əsas fənn hesab edilməsi və tədris planlarında ana dilinə ayrılmış saatların
artırılması, müsəlman əhalisinin sıx yaşadığı yerlərdə inspektorlardan birinin
müsəlman olması, ana dilindən dərs deyən müəllimlərin statusunun, məktəblərə
daxil olan müsəlman uşaqlarının sayının iki dəfə artırılması, şəhər və kənd
məktəblərində sənət verən şöbələrin, hər bir şəhərdə qız rus-tatar məktəbinin
açılması, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin
müsəlman mərkəzlərindən birinə keçirilərək müəllimlər seminariyasına çevril-
məsi və orada Azərbaycan dilinin əsas fənn kimi tədris edilməsi, müsəlman
müəllimləri üçün pedaqoji kursların təşkil edilməsi tələbləri olmuşdur(1,38-39).
Əsas gəliri üzvlük haqlarından, mühazirələrdən, konsert-tamaşalardan,
xalq əyləncələrindən, ticarət obyektlərindən, məscidlərindən gələn vəsaitin və
ianələrin hesabına formalaşan cəmiyyətin həmin gəliri bölüşdürməsi prinsipi də
maraq doğurur. Belə ki, cəmiyyət Nizamnaməyə əsasən əldə olunmuş ümumi
gəlirin 10 faizini aşağı siniflərdə oxuyan kasıb uşaqlara, 15 faizini kasıb müsəl-
man tələbələrinə, 15 faizini orta təhsil müəssisələrindəki kasıb şagirdlərə, 10
faizini kitab və kitabçaların nəşrinə, 40 faizini oxu zallarına və kitabxanalara
ayırırdı (31,83). Cəmiyyət üçün toplanmış gəlirin 10 faizi isə toxunulmaz kapi-
tal olaraq qalırdı. Əgər vəsatin sərf olunduğu sahələr arasında şərti müqayisə
aparası olsaq görərik ki, büdcəyə daxil olmuş ümumi gəlirin 40 faizi bilavasitə
xeyriyyəçiliyə, digər 40 faizi isə maarifçiliyə və 10 faizi nəşriyyat işinə sərf
olunurdu. Əhəmiyyət dərəcəsinə görə həmin dövrün təxirəsalınmaz ehtiyaclarını
nəzərə aldığımızda cəmiyyətin bu siyasətini başa düşmək mümkündür.
Cəmiyyət daha çox maarifçilik fəaliyyəti ilə məşğul olmasına baxma-
yaraq, milli mədəniyyətin inkişafı naminə də tarixi xidmətlər göstərmişdir. Bu
məqsədlə cəmiyyətin nəzdində təşkil olunmuş teatr bölməsinin fəaliyyətini
xüsusilə qeyd etmək lazımdır. Dövrünün tanınmış aktyorlarından Hüseyn
Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhulla və başqa
teatr həvəskarlarını toplamağı bacarmış bölmə benefislər keçirir və orada
yığılan pulları cəmiyyət vasitəsilə ehtiyacı olan məktəb uşaqlarına verirdi. Lakin
1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda H.Z.Tağıyevin teatrında
bilavasitə cəmiyyətin təşəbbüsü ilə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”
operasının göstərilməsini heç şübhəsiz ki, onun mədəniyyət sahəsindəki ən
böyük xidməti kimi qəbul edilməlidir. Bildiyimiz kimi, həmin tarıxı hadisə
təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin başlanğıcı
hesab edilir(2,10/148).
Fəaliyyətə başladığı ilk dövrdə milli maarif və mədəniyyət üçün son
dərəcə mühüm işlər görmüş cəmiyyət 1908-ci ildən etibarən “Nəşri-maarif”
cəmiyyəti ilə səmərəli əməkdaşlıq etmiş və bizcə, milli birlik istiqamətində
vacib addımlar atmışdır. Təəssüflər olsun ki, millətin maariflənməsinə çalışan
”Nicat”cəmiyyəti bəzi hallarda imkansızlıqdan, bəzən isə başqa xeyriyyə cə-
miyyətləri ilə yerli-yersiz çəkişmələrdən öz qarşısına qoyduğu vəzifələri yerinə
yetirə bilmirdi(9,229). Xüsusilə, son illərdə cəmiyyətdə maliyyə, siyasi fikir və
XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí
M. Babaålí
Journal of Qafqaz University
Fall 2003, Number 12
232
ideya məsələləri ətrafında tez-tez ixtilaflar baş verirdi. Təbii ki, bu da cəmiyyə-
tin üzvləri arasında böyük çətinliklər bahasına əldə olunmuş qarşılıqlı etimadı
sarsıdır, ən başlıcası isə, ziyalılarla varlı təbəqənin nümayəndələrinin münasi-
bətinə xələl gətirirdi. Nəhayət, 1916-cı il mart ayının 20-də cəmiyyətin rəhbər
orqanlarına keçirilmiş seçkilər ziyalılarla varlılar arasında əlaqələrdə gərginliyə
səbəb oldu. Belə ki, Behbud Ağa Cavanşirin cəmiyyətə sədr, İsa bəy Aşurbəyo-
vun sədrin köməkçisi seçilməsindən sonra ziyalıların İsa bəyin seçkilərdə
saxtakarlığa yol verdiyini, sıravi üzvləri pulla ələ alaraq yaxın adamlarını idarə
heyətinə seçdirdiyini iddia etmələrilə onsuz da kövrək əlaqələrə ciddi zərbə
dəydi. Hətta iki idarə heyəti üzvünün vəzifəsindən imtina etməsi və seçkilərin
nəticəsinin ləğv olunması belə cəmiyyətin əvvəlki illərdəki fəallığını bərpa
etməsi üçün kifayət etmədi.
Yenə cəmiyyətin müxtəlif obyektiv və ya subyektiv səbəblərdən H.
Ərəblinskini və M. Əliyevi Moskvaya təhsil almağa göndərməkdən boyun qa-
çırması sovet dövrü tədqiqatlarında cəmiyyətin əleyhinə istifadə olunmuşdur.
Və yaxud cəmiyyətin 1913-cü ildə Peterburq konservatoriyasında təhsilə başla-
mış Ü.Hacıbəyovu təqaüddən məhrum etməsi obyektiv izaha ehtiyacı olan mə-
qamlardandır. Eyni zamanda cəmiyyətin 1914-cü ildə Firudun bəy Köçərlinin
məktəbləri və ədəbiyyatşünaslıq üçün son dərəcə vacib olan “Azərbaycan
ədəbiyyatı tarixi materialları”adlı əsərinin nəşrini öhdəsinə götürdükdən sonra
bu məsələnin həllində yol verdiyi süründürməçilyi də inkar etmək mümkün
deyildir. Lakin inanırıq ki, cəmiyyətin fəaliyyətində saydığımız ayrı-ayrı qüsur-
ların və ya əlavə izahata ehtiyacı olan mətləblərin olmasına baxmayaraq, o,
Azərbaycan maarifçiliyi tarixində mühüm işlər görmüşdür və daima təqdirlə
yad ediləcəkdir.
Nəhayət, cəmiyyətin I dünya müharibəsi əsnasında döyüş böl-
gələrində zərər görmüş Anadoludakı qardaşlarımıza humanitar yardım göndər-
mək məqsədilə səfərbər olması ilə də haqlı olaraq qürur hissi keçirə bilərik.
3. BAKI MÜSƏLMAN RUHANİ CƏMİYYƏTİ “SƏADƏT”
Haqqında bəhs etdiyimiz dövrdə xalqın maariflənməsi işində böyük
xidmətləri olmuş xeyriyyə cəmiyyətlərindən biri də rəsmi olaraq 1907-ci ilin
iyun ayının 7-də Nizamnaməsi qeydə alınmış, ancaq dindar müsəlmanların və
seyidlərin üzv ola biləcəkləri Bakı Müsəlman Ruhani Cəmiyyəti ”Səadət”
olmuşdur. Cəmiyyətin təşkilinin özünəməxsus maraqlı bir tarixçəsi vardır. Belə
ki, 1906-cı ildə müsəlmanların təlim-tərbiyəyə ehtiyaclarını müzakirə edən
təşəbbüs qrupu ruhani mədrəsəsi tikmək qərarına gəlir. Bu tədbiri həyata
keçirdikdən sonra isə Təzəpir mədrəsəsini təmir etməyi qarşısına məqsəd qoyan
qrup müəyyən maneələrlə üzləşincə xeyriyyə cəmiyyəti qurmaq fikrinə düşür
(6,4). Beləliklə, cəmiyyət ideyasını gerçəkləşdirən qrupun hazırladığı Nizamna-
mə 1907-ci ilin iyun ayının 7-də təsdiq olunur.
Nizamnamənin 1-ci maddəsində də göstərildiyi kimi cəmiyyət Bakı şəhə-
rindəki dini məktəb və mədrəsələrin yeni əsaslar üzərində yenidən təşkil olun-
ması məqsədi ilə qurulmuşdur. Həmçinin zamanın ruhuna uyğun olaraq yeni
dini təhsil müəssisələrinin, müəllim institutları və başqa ali məktəblərin açıl-
M. Babaålí XX Äsrin Ävvällärindä Azärbaycanda Milli
Oyaníå vä Maarifçilik Häräkatí
Journal of Qafqaz University
Fall 2003, Number 12
233
ması da cəmiyyətin qarşısında duran vəzifələrdən idi(31,85). Bir ay sonra isə
Hacı Qasım bəy məscidinə toplaşan müsəlmanlar təsis toplantısı keçirərək
tanınmış üləmalardan mötəbər alim Axund Molla Ələkbər Abbasquluzadəni
sədr, Axund Molla Ağa Ağalizadəni isə sədr nüavini və dövrünün tanınmış din
xadimlərindən ibarət 14 nəfərlik idarə heyəti seçdilər. 24 fəxri, 98 həqiqi və 122
himmətli üzvü olan cəmiyyətin rəhbər orqanına üləmalarla yanaşı, ziyalılar və
Murtaza Muxtarov kimi sərvət sahibləri daxil olsalar da cəmiyyət özünün daha
çox dini təəssübkeşliyi ilə digər xeyriyyə cəmiyyətlərindən fərqlənirdi.
Cəmiyyət dini təhsilin inkişafına maraq göstərir və əsasən bu sahədə
xeyriyyəçilik fəaliyyətinə diqqət yetirirdi. Bu mənada cəmiyyətin idarə
heyətinin sentyabr ayında qəbul etdiyi ilk qərarlarından birinin Türkiyə
tədqiqatçısı Tahir Sünbülün özünün “Azərbaycan dosyası” adlanan kitabında ilk
üsuli-cədid məktəbi kimi təqdim etdiyi (28,160) “Mədrəseyi-səadət” adlı
məktəbin açılması ilə əlaqədar olması heç də təsadüfi deyildir. Mədrəsə digər
xeyriyyə cəmiyyətləri tərəfindən açılmış məktəblərdən fərqləndiyi üçün onun
üzərində xüsusilə dayanmaq istərdik. 1907-ci ildə Bakıda Lalayevin kirayəyə
götürülmüş ikimərtəbəli mülkündəki 14 otaqda fəaliyyətə başlamış mədrəsəyə
müdir olaraq Fransanın Sorbonna Universitetində təhsil almış fransız, fars, ərəb
və türk dillərini mükəmməl bilən, müasir elmi nailiyyətdən xəbərdar və əslən
iranlı olan Mirzə Ələkbər adında bir şəxs dəvət olundu. Müdir də daxil olmaqla
mədrəsədə 1908-1909-cu tədris ilində 7, sonrakı dövrdə isə 14 müəllüm
çalışırdı. Mədrəsədə güclü pedaqoji kollektiv toplanmışdı: Əli bəy Hüseynzadə
Türk, alman dillərini və tarixi, Fərhad Ağazadə ana dili, coğrafiya və
riyaziyyatı, Axund Hacı Molla Əbdürrəhim Hadizadə isə şəriəti tədris edirdi.
Fərhad Ağazadə dərs verməklə yanaşı mədrəsənin müfəttişi vəzifəsini də yerinə
yetir və proqramlar onun imzası ilə tədris olunurdu. Bundan başqa, 1908-1911-
ci illər arasında mədrəsədə riyaziyyat, rus dili və nəğmə dərslərini aparan
Üzeyir bəy Hacıbəyovun tədris proqramlarının təkmilləşdirilməsində xüsusi
rolu qeyd edilməlidir. Müxtəlif illərdə məktəbdə çalışmış Məmməd Hənifə
Terequlov rus dili, Əli Hüseynov hesab, Kazım bəy Məlikov coğrafiya və rəsm,
Molla Əbdül Rəhimov şəriət fənlərindən dərs demişlər. Mədrəsədə çalışan
müəllimlər arasında dövrünün tanınmış ziyalılarından Ceyhun bəy Hacıbəyov,
nakam şairimiz Mikayıl Müşfiqin atası Mirzə Qədir İsmayılzadə, Əli Terequlov,
Musa Rza Əsgərlinin və mədrəsənin həkimi Bəhram bəy Axundovun da
xidmətlərini təqdirlə yad etmək borcumuzdur.
Mədrəsənin təşkilində maarifpərvər tacir Məşədi Yusif Nəcəfov, Hacı
Rizvan Babazadə, axund Əbdürrəhim Hacızadənin də mühüm rol oynadıqlarını
qeyd etməliyik. Onlardan Məşədi Yusif Nəcəfov Axund Əbdürrəhim
Hacızadənin “Şəriət kitabı” dərsliyinin nəşri ilə əlaqədar bütün maliyyə
xərclərini ödəməsi tacir zümrəsinin bu qəbil fəalyyətlərə ürəkdən yardım etməsi
baxımından maraq doğurur.
Fəaliyyətə başladığı vaxtdan etibarən xalqın rəğbətini qazanmış mədrəsə-
yə təlabat gündən-günə artır və mövcud bina darısqallıq edirdi. Mədrəsənin
müdiri, sonralar İranın Balkan ölkələrində və Misirdə səfiri olmuş Mirzə
XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí
M. Babaålí
Journal of Qafqaz University
Fall 2003, Number 12
234
Ələkbər xan Bəhməndən və onu qısa müddət ərzində əvəz edən Axund Molla
Ağalizadədən sonra cəmiyyət mədrəsədə Türk dili müəllimi kimi fəaliyyət
göstərən Əli bəy Hüseynzadəni müdir vəzifəsinə təyin etdi. Çar hökumətinin
getdikcə artan təzyiqləri nəticəsində və ittihatçı dostlarının dəvətilə 1910-cu ilin
dekabr ayının 4-də, Türkiyəyə gedənə qədər, Əli bəy böyük uğurla həmin
vəzifədə çalışdı(3,17). Cəmiyyət idarə heyəti tərəfindən mədrəsənin o zamankı
Qanlı təpə küçəsində yerləşən binasında Əli bəy Hüseynzadənin şərəfinə Bakı-
nın tanınmış ziyalılarının iştirakı ilə möhtəşəm bir vida ziyafəti verildi. Yemə-
yin ardınca Bakı quberniyasının baş qazisi Mir Məhəmməd Kərim ağanın Əli
bəyin tarixi xidmət və fəzilətlərindən bəhs edən çıxışından sonra İran şəhbən-
dəri Mir Hüseyn xan Ağazadə və digərləri Əli bəyin qetməsindən təəssüflən-
diklərini, lakin digər bir islam ölkəsində xidmət edəcəyi üçün təsəlli tapdıqlarını
ifadə etdilər.
Mədrəsədəki təhsil sisteminin ən üstün cəhətlərindən biri onun ciddiliyi
və obyektivliyi ilə izah oluna bilər. Şagirdlər hər dərs ilinin sonunda may ayında
şifahi və yazılı imtahanlar verir və ancaq müvəffəqiyyət qazanandıqları təqdirdə
növbəti şöbəyə keçirdilər. Mədrəsənin şagirdləri 1-ci sinifdən etibarən üstündə
məktəbin adı yazılmış, düymələri sarı, hər qolunda bir düyməsi, bir də mavi
zolaq olan kitel və ortasında xüsusi nişan olan papaqdan ilarət xüsusi forma
geyərdilər. 3 hazırlıq şöbəsi və 4 əsas sinif ilə fəaliyyətə başlamış mədrəsə
ibtidai və natamam orta təhsil verirdi. Mədrəsədə təhsilini başa vurduqdan sonra
şagirdlər gimnaziya və realnı məktəbdə oxumaq hüququ əldə edirdilər. Türkiyə
maarif sistemini əsas alan mədrəsənin tədris planlarına nəzər saldıqda hazırlıq
şöbəsinin 1-ci ilində İslam dininin əsasları, Türk dili və hesab fənlərinə yer
verildiyinin şahidi oluruq. 1-ci ildə nəzərdə tutulmuş həftəlik 18 saatlıq dərsin
10 saatının bilavasitə Türk dilinə ayrılması cəmiyyətin ana dilinin tədrisinə
verdiyi əhəmiyyətdən irəli gəlirdi. İkinci və üçüncü il şöbələrində isə təhsil
proqramı bir qədər mürəkkəbləşirdi. Belə ki, dini elmlərdən şəriət fənnindən
başqa Qurani-kərim, xarici dillərdən isə Türk dili ilə yanaşı fars və rus dilləri də
tədris olunurdu. Bundan başqa, şagirdlərə ərəb dili, hesab, müsəlman və rus
hüsnxətti, naqqaşlıq və rəsm fənləri də öyrədilirdi. Nəhayət, üçüncü il şöbəsin-
dən sonra 1-ci sinif gəlirdi və orada şəriət, hesab, rəsm, Türk, rus, fars dili
fənlərinə alman dili, tarix, təbiət, coğrafiya, Rusiya tarixi də əlavə olunurdu. 2-
ci sinifdə həmin fənlərdən başqa fransız dili, 3-cü və 4-cü siniflərdə isə qədim
tarix, riyaziyyat və həndəsə fənləri tədris olunurdu. Mədrəsənin tədris planından
da görüldüyü kimi təhsil müddətində şagirdlərə dini elmlərlə bərabər dünyəvi
elmlər də öyrədilirdi. Ən başlıcası isə, burada təhsil alan şagird ana dilindən
başqa beş xarici dil öyrənmək imkanı əldə edirdi ki, bu da o dövr üçün son
dərəcə lazımlı idi. 1910-cu ildə cəmiyyət “Şah məscidi”-nin nəzdində iki
sinifdən ibarət əlifba şöbəsi və bakılı Hacı Səməd Heydərov adlı bir xeyirxah
şəxsin 55 min manata tikdirərək kupçisi ilə birlikdə məktəbə bağışladığı binada
“Səmədiyyə”adlı yeni bir şöbə açdı(5,15). Mədrəsənin Bakıda açılmış digər
”Nur”adlı bir şöbəsi də Hacı İmamverdi məscidinin nəzdində fəaliyyət göstə-
M. Babaålí XX Äsrin Ävvällärindä Azärbaycanda Milli
Oyaníå vä Maarifçilik Häräkatí
Journal of Qafqaz University
Fall 2003, Number 12
235
rirdi. Mədrəsənin nəzdində fəaliyyət göstərən axşam kursları da əhalinin savad-
landırılması işində yaxından iştirak edirdi.
Xalqın maariflənməsi prosesində yaxından iştirak edən cəmiyyətin mənə-
vi dəyərlərə bağlılıgı və açdıgı məktəblərdə istifadə olunan dərsliklərin əsasən
İstanbuldan və Təbrizdən gətirdilməsi Qafqaz Daxili İşlər Komissarlığının
Tədris Dairəsinin diqqətindən kənarda qala bilməzdi. Bakı şəhər bələdiyyə
idarəsi müxtəlif bəhanələrlə xeyriyyə cəmiyyətlərinin, o cümlədən “Səadət” cə-
miyyətinin açdığı məktəblərdə yoxlamalar aparır, tədris planları və proqramları,
müəllimlərin kimliyi, dərsliklərin kim tərəfindən yazılması haqda müfəssəl
məlumat tələb edirdi. Maraqlıdır ki, o dövrün maarifçi-demokratları da bir sıra
hallarda cəmiyyətin fəaliyyətini qəbul etmir, onu molla hazırlamaqda ittiham
edirdilər. 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında nəşr olunmuş “Səkkiz yüz
molla” adlı məqalə də məhz bu qəbil münasibəbin nəticəsi idi.
“Səadət”cəmiyyətinin bilavasitə iranlı tacirləri səfərbər edərək Cənubi
Azərbaycandan gəlmiş fəhlələrin uşaqları üçün Bakıda “İttihad”, Tiflisdə
“Ittifaq”adlı məktəblər açması, ümumiyyətlə , müsəlmanlar arasında maarifçilik
fəaliyyəti sahəsində onun ciddi planlarının olduğuna dəlalət edirdi. Təəssüflər
olsun ki, pedaqoji kollektivi əsasən cənublu soydaşlarımızdan formalaşan
“İttihad” məktəbi haqqında geniş məlumata sahib deyilik. Bakıdakı məktəbdən
fərqli olaraq Tiflisdə açılmış “İttifaq” məktəbi xüsusi nəzarət altında fəaliyyət
göstərmişdir. Təbrizdən Hacı Mirzə Məhəmməd Əli Hacı Şeyx Əli oğlu adlı
birisinin müdir olaraq dəvət edilməsi, məktəbdə türk himni və mahnılarının
xorla oxunması, bütün müsəlman dünyasının birliyi və nicatı üçün duaların dilə
gətirilməsi, Bakıda nəşr olunan gündəlik “Sədayi-həqq”adlı qəzetin alınması,
nəhayət məktəbdə Əhməd Hilminin “Ədib” adlı kitabından dərs vəsaiti kimi
istifadə olunması dövlət idarələrinin ciddi narahatçılığına səbəb olmuşdur.
Məktəbin şahzadə Fərrux bəy Qacarın yaşadığı evdə yerləşməsi və Cənubi
Azərbaycanın Təbriz və Səlmasdan gəlmiş müəllimlərin tədris prosesində
iştirak etmə faktı məktəbin panislamist ideyaların daşıcıyısı olduğuna dair
hökumət dairələrində qənaət formalaşdırmışdır. Məhz buna görə də məktəb çar
xəfiyyə idarəsinin ”Şuşinski” ləqəbli agentinin nəzarəti altına keçmişdir. Şiə
Ruhani İdarəsinin üzvü Axund Molla Məmməd Həsən Mövləzadənin “İttifaq”
məktəbinə himayədarlıq etməsi də onun ardıcıl panislamist kimi qələmə
verilməsinə səbəb olmuşdur(28,160). Nəhayət, hökumət 1912-ci ilin 30
oktyabrında Mövləzadənin evində axtarış apardıqdan sonra mövcud rejimə ciddi
təhlükə mənbəyi kimi gördüyü məktəbin bağlanmasına nail olmuşdur.
Təhsil pullu olsa da cəmiyyət mədrəsədə imkansız, lakin istedadlı
şagirdləri öz hesabına oxudurdu. Sadəcə cəmiyyətin 1907-1910-cu illər
ərzindəki fəaliyyətinə dair hesabatdan bəlli olur ki, ilk üç ildə məktəbdə təhsil
alan şagirdlərdən birinci ildə 126 nəfərdən 46, ikinci ildə 132 nəfərdən 108 və
üçüncü ildə isə 300 nəfərdən 200 şagird bilavasitə cəmiyyətin maddi yardımı
hesabına oxumuşdur(6,4). Ödənişli təhsil alan şagirdlərdən əldə olunan vəsait
1907-1908-ci tədris ilində 11721,1908-1909-cu tədris ilində 5051,1909-1910-cu
təris ilində isə 3566 manat təşkil etmışdir. Yenə həmin illərdə birinci dərs ilndə
XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí
M. Babaålí
Journal of Qafqaz University
Fall 2003, Number 12
236
105, ikinci dərs ilində 289, üçüncü dərs ilində isə 335 nəfər olmaqla məktəbdən
məzun olanların ümumi sayı 729 nəfər olmuşdur(5,16).
Mədrəsə üçün kirayəyə götürülmüş mövcud binanın darısqal olduğunu və
özünün müstəqil binaya sahib olması zərurətini nəzərə alan cəmiyyət rəhbərliyi
1910-cu ildə yeni binanın tikmək haqda qərar verdi. Həmin yığıncaqda iştirak
edən bir nəfər bənnanın hərəkəti isə milli şüurun oyanmasının və sıravi soydaş-
larımızın təmənnasız yardım etmə duyğusunun bariz örnəyi olması baxımından
son dərəcə ibrətamizdir. Belə ki, yığıncaqda iştirak edən bir çox varlılardan səs
çıxmadığı bir şəraitdə şəhərdə iki mülkünün olduğunu bəyan edən həmin bənna
onlardan birinin yeni bina tikilib istifadəyə verilənə qədər xırda balalara
verməyi öhdəsinə götürdü. Binanın əvvəllər qəbiristanlıq olmuş indiki göz
xəstəxanasının yerində tikilməsi qət olundu. Binanın layihəsini hazırlamaq
Əhməd bəy Zivərbəyova tapşırıldı. Binanın bünövrəsi qoyuldu və tkinti işlərinə
başlandı, iki mərtəbəsi yenicə hazır olmuşdu ki, I dünya müharibəsi baş verdi.
Hökumətin qərarına əsasən təcili olaraq binanın damının örtülərək yaralı
əsgərlər üçün hərbi xəstəxanaya çevrilməsi səbəbindən mədrəsə öz fəaliyyətini
köhnə binada davam etdirməyə məcbur oldu(27,169-170).
Cəmiyyətin həyata keçirdiyi digər bir tədbir də kitabxana açılması ilə
bağlı olmuşdur. Kitabxananın açılmasından sonra oradakı kitabların toplanması
praktikası da tamamilə xeyriyyəçilik ənənlərinə uyğun həyata keçirilirdi. Ayrı-
ayrı ziyalılar kitabxanaya kitab bağışlama kampaniyası başlatdılar. Qısa bir
müddət ərzində kitabxananın fondunda ərəb, fars, türk və rus dillərində külli
miqdarda maraqlı kitablar toplandı(6,4).
Cəmiyyətin Bakıdan başqa digər bölgələrdə də şöbə açdığına dair mənbə-
lərdə məlumatlara rast gəlmək mümkündür. Lakin təəssüflər olsun ki, ümumiy-
yətlə xeyriyyə cəmiyyətlərinin, o cümlədən “Səadət” cəmiyyətinin, Azərbay-
canın digər guşələrindəki maarifçilik fəaliyyəti haqqında lazımi araşdırma
hələlik aparılmamışdır. İnanırıq ki, gələcək tədqiqatlarda bu boşluq doldurula-
caq və xalqımızın maarifçilik tarixində müstəsna rol oynamış cəmiyyətlərin
bölgələrdəki fəaliyyətləri də layiq olduğu qiyməti alacaqdır.
4. “SƏFA” CƏMİYYƏTİ
Həmin dövrdə maarifçilik fəaliyyətilə məşğul olmuş xeyriyyə cəmiy-
yətlərindən biri də 1910-cu il 12 iyulunda əsasən maarifpərvər ziyalılar tərə-
findən təsis edilmiş “Səfa”cəmiyyəti idi. Başlıca məqsədi milli mədəniyyəti və
maarifi inkişaf etdirmək olan “Səfa”cəmiyyətinin ilk işi Bakıda eyni adlı mək-
təb açmaq oldu. Bu hadisənin başqa tarixi bir yönü də “Səfa”nın xeyriyyə
cəmiyyətlərinə aid xüsusi məktəblər arasında özünün müstəqil binası olan ilk
məktəb statusunu qazanmış olması ilə bağlıdır. Ancaq məktəb binasının kimin
tərəfindən tikdirilməsi məsələsində müraciət etdiyimiz mənbələrdə bir-birini
təkzib edən ziddiyyətli fikirlər mövcuddur. Ümumiyyətlə, həmin dövrdə Bakıda
fəaliyyət göstərmiş xeyriyyə cəmiyyətləri ilə əlaqədar maraqlı və zəngin məlu-
mat vermiş yazıçı Qılman İlkinə görə, iki mərtəbədən ibarət həmin bina 1910-cu
M. Babaålí XX Äsrin Ävvällärindä Azärbaycanda Milli
Oyaníå vä Maarifçilik Häräkatí
Journal of Qafqaz University
Fall 2003, Number 12
237
ildə varlı ziyalılardan Əlibala Zərbəliyev tərəfindən tikilərək cəmiyyətə bağış-
lanmışdır (11,219). Mərhum yazıçı Manaf Süleymanov isə Qaziyevin böyük
Çəmbərəkənd küçəsindəki mülkünün yaxınlığında yerləşən məktəbin səkili
binasının mərtəbəyarımlıq olduğunu yazmışdır(27,23).
1914-cü ildən sonra isə maarifçilik fəaliyyətini bir qədər də genişləndirən
cəmiyyət Biləcəri, Binə, Qobu kəndlərində məktəb, Quba qəzasının Dəvəçi kən-
dində rus-müsəlman məktəbi açmağa müyəssər oldu(9,230). 1914-cü il yanvarın
6-da şəhər dumasının yığıncağında cəmiyyətin fəaliyyətinin dayandırılaraq
bazasında “Cəmiyyəti- Səfa”adlı yeni bir cəmiyyətin təsis edilməsi, onun bütün
əmlak və vəsaitinin yeni cəmiyyətə verilməsinə dair qərarından sonra cəmiyyət
1918-ci ilə qədər fəaliyyətini bu ad altında sürdürmüşdür. “Cəmiyyəti- Səfa” da
öz sələfinin maarifçilik fəaliyyətlərini davam etdirmiş, yaşlı və böyüklər üçün
axşam kursları açmış, mövcud məktəblərin birini rus-tatar məktəbinə çevirmiş-
dir (28,165). Bu mənada cəmiyyətin 1917-ci ilin yazında müsəlmanlar arasında
Azərbaycan və rus dillərində savadsızlığın ləğvi və qızlara tikiş, əl işi öyrətmək
məqsədilə açdığı kurslar onun maarifçilik sahəsində gördüyü son tədbirlərdən
oldu. Düzdür, həmin kursların ömrü çox da uzun sürmədi, lakin qısa müddət
ərzində də olsa cəmiyyət imkansız valideynlərin uşaqlarının müəyyən qismini
pulsuz oxutmağa nail oldu. “Səfa” cəmiyyətinin bilavasitə özünün müstəqil şə-
kildə açdığı və yaxud maliyyələşdirdiyi təhsil müəssisələrindən başqa, cəmiy-
yətin ayrı-ayrı üzvləri tərəfindən Bakı şəhərində tikilən məktəblərə də yardım
göstərildiyini qeyd etmək lazımdır.
Cəmiyyətin nəzdində dövrünün görkəmli aktyorları, yazıçı və dramaturq-
ları öz ətrafında birləşdirmiş xüsusi teatr truppası fəaliyyət göstərirdi. Cəmiyyət
təşkil etdiyi tamaşalara “Nicat” cəmiyyətinin nəzdində fəaliyyət göstərən bəzi
aktyorları da dəvət edirdi. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu da iki cəmiyyət
arasında lüzumsuz gərginliyə və yersiz çəkişmələrə səbəb olurdu. Bununla bəra-
bər, opera müğənnilərin səslərini qrammafon vallarına yazdıran cəmiyyətin mil-
li opera sənətimizin inkişafında inkarolunmaz rol oynadığını da xüsusilə qeyd
etməliyik.
Dostları ilə paylaş: |