bir neçə generallar – general-leytenant Ə.Şıxlinski, general-mayor H.Talışınski
və general-mayor Ağausubov var idi. 1917-ci ilin sonu -1918-ci ilin əvvəlində qə-
rargahı Tiflisdə yerləşirdi. 26 iyun 1918-ci il tarixində Müsəlman korpusunun
əsasında Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri yaradılmışdır.
38
Lalayev Stepan Balabəyoviç – (1892-1919), Rus ordusunun keçmiş za-
biti (kornet), 1905-ci ildə Bakıda erməni-müsəlman toqquşmalarının fəal
385
QEYDLƏR
iştirakçısı və təşkilatçısı, həmin toqquşmalarda öldürülmüş tanınmış daş-
naksakan və millətçi Balabəy Lalayevin oğlu. «Daşnaksütun» və Erməni
Milli Şurasının üzvü. 1918-ci ildə mart-iyul aylarında Bakıda və Şamaxı-
da, sentyabr-noyabr aylarında Petrovskda müsəlman qırğınlarında silah-
lı erməni dəstələrinə rəhbərlik etmiş, yüzlərlə insanı, o cümlədən öz ta-
nışlarını, şəxsən, xüsusi qəddarlıqla öldürmüş, doğramış, öz qurbanlarına
görünməmiş zülmlər vermişdir. Şamaxıda törətdiyi dəhşətli cinayətlərinə
görə bolşeviklərin Fövqəladə Hərbi-İstintaq Komissiyası tərəfindən həbs
olunmuş, lakin S.Şaumyanın şəxsi göstərişi ilə dərhal azad edilmişdir.
1918-ci ilin sonunda Bakıda Fövqəladə Təhqiqat Komissiyasının təqdimatı
əsasında ingilislərin Müttəfiq qoşunları tərəfindən yenidən həbs edilərək
Azərbaycan Cümhuriyyətinin istintaq-məhkəmə orqanlarına təhvil veril-
mişdir. 1919-cu il noyabr ayının sonunda Gəncə həbsxanasında ölmüşdür.
39
Nikolayevski kilsəsi nəzərdə tutulur. 1858-ci ildə İçərişəhərdə - Qala-
da, qala qapılarının qarşısında tikilmiş, 1920-ci illərin sonlarında dinə qarşı
kampaniya gedişində Sovet hökuməti tərəfindən sökülmüşdür.
40
“Kaspi”- ictimai-siyasi, ədəbi qəzet, 1881-1919-cu illərdə Bakıda rus
dilində nəşr olunmuşdur, əvvəlcə ayda 2 dəfə, 1881-ci ilin iyulundan həftə-
də 3 dəfə, 1884-cü ildən isə gündəlik çıxmışdır. Müxtəlif vaxtlarda qəzetin
redaktorları və naşirləri V.Kuzmin, V.Liçkus-Xomutov, A.Vaynberq, Ə.M.b.
Topçubaşov, H.b.Məlikov(Zərdabi), Ə.b.Hüseynzadə və b. olmuşlar. Ticarət
- sənaye burjuaziyasının maraqlarını əks etdirirdi. 1897-ci ildə H.Z.Tağıyev
qəzeti almış və qəzetin redaktorluğunu Ə. M.b.Topçubaşova həvalə etmişdir.
XIX əsrin 90-cı illərindən etibarən qəzetin istiqaməti getdikcə milli çalar-
lar almış, milli maraqların birliyi ideyası tərənnüm edilmişdir. Azərbaycan
ziyalılarının görkəmli nümayəndələri H.b.Məlikov(Zərdabi), F.b.Köçərli, M.
Mahmudbəyov, Ə.Ağayev(Ağaoğlu), M.Şahtaxtinski, C.Məmmədquluzadə
və b. qəzetlə yaxından əməkdaşlıq etmişlər. 1905-1907-ci illərdə Ermənis-
tan-Azərbaycan qarşıdurması zamanı qəzet baş vermiş hadisələrin mahiy-
yətini açıqlamış, təkzibolunmaz faktlar əsasında erməni ideoloqlarının ya-
lan, təxribatçı təbliğatını ifşa etmiş, yalnız Qafqazın deyil, bütün Rusiyanın
rusdilli cəmiyyətinə əsl həqiqəti çatdırmışdır. Bunun nəticəsi olaraq bəzi
erməni müəlliflər “Kaspi” vasitəsi ilə üzrxahlıq etmək məcburiyyətində
qalmışlar. 1917-1918-ci ilin yanvarında qəzet Sovet hakimiyyətinə və bolşe-
vik partiyasına qarşı çıxmışdır. 1918-ci il Bakıda mart hadisələri zamanı
Nikolayevskaya küçəsində (İstiqlaliyyət) “Kaspi” qəzetinin redaksiyasının
və mətbəəsinin yerləşdiyi, həmçinin “Müsavat” partiyasının rəsmi orqanı
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
386
“Açıq söz” qəzetinin nəşr olunduğu bina erməni silahlı dəstələri tərəfindən
tamamilə yandırılmışdır. Sonralar bina uçurulmuş və yerində M.Ə.Sabir
adına bağ salınmışdır. Qəzet öz nəşrini 1919-cu ildə, maliyyə səbəblərindən
dayandırmışdır.
41
Melikov Ambarsum Sergeyeviç – (? -?) Erməni neft sənayeçisi, Zuğul-
ba su kəmərinin sahibi. Erməni Milli Şurasının və “Daşnaksütun” partiya-
sının Bakı Komitəsinin rəhbərlərindən biri. 1918-ci il mart hadisələri zama-
nı “Daşnaksütun”un qərargahı onun Bakıdakı mülkündə yerləşirdi və əsir
götürülmüş tanınmış azərbaycanlılar bura gətirilirdilər. Mart qırğınlarının
təşkilatçılarından biri, oğlanları – Georgi və Sergeylə birlikdə azərbaycanlı-
ların öldürülməsində şəxsən iştirak etmişdir. 1918-ci ilin sentyabrında Ba-
kının Türk-Azərbaycan qoşunları tərəfindən azad edilməsi ərəfəsində Həş-
tərxana qaçmış, oğlunun ifadəsinə görə orada bolşeviklər tərəfindən həbs
edilmişdir. Oğlanlarından biri – Georgi Ambarsumoviç Melikov Fövqəladə
Təhqiqat Komissiyası tərəfindən həbs olunmuşdur.
42
“Hümmət”- müsəlman dünyasında ilk sosial-demokrat təşkilatı.
1904-cü ilin oktyabrında bir qrup inqilabı ruhlu azərbaycanlı ziyalının
səyləri ilə yaradılmışdır. Təşkilatın Bakı özəyi 11-12 nəfərdən ibarət olmuş,
1905-1907-ci illərdə fəal üzvlərinin sayı 60 nəfərə çatmışdır. Bakı təşkila-
tının şöbələri Yelizavetpol, Şuşa, Naxçıvan və Culfada fəaliyyət göstərir-
di. Bir sıra mətbu orqanları var idi. Üzvlərinin sayına və siyasi fəallığına
görə 1905-ci ildə yaranmış Tiflis şöbəsi daha nüfuzlu hesab edilirdi. Tiflis
“Hümmət” təşkilatı formal olaraq Gürcüstan sosial-demokratları üçün sə-
ciyyəvi olan menşevik təmayüllü idi. Menşevik “Hümmət” bolşeviklərdən
fərqli olaraq 28 may 1920-ci ildə Azərbaycan Respublikasının müstəqilli-
yinin elan olunmasında iştirak etmiş və Milli Şurada öz fraksiyalarını ya-
ratmışdır. Mübarizənin parlament üsullarına üstünlük verən Tiflis “Hüm-
mət” təşkilatının görkəmli üzvləri Azərbaycan Respublikasının 7 dekabr
1918-ci ildə işə başlamış ilk parlamentinin sosialist fraksiyasına da daxil
olmuşlar. 1920-ci ilin yanvarında bolşevik “Hümmət”, RK(b)P Bakı təşkilatı
və “Ədalət” İran Sosial-Demokratik Partiyası Azərbaycan Kommunist par-
tiyasında birləşmişlər. Tiflis “Hümmət” təşkilatının bəzi nümayəndələri də
1920-ci ildə bolşeviklərin sırasına qoşulmuşdur. 1918-ci il mart hadisələrin-
dən tam çaşqınlıq halına gələn bolşevik “Hümmət”in rəhbərləri şəhərin
və onun ətrafının dinc müsəlman əhalisinin qırğınına qarşı etirazla çıxış
etmişdir. Ümumiyyətlə götürdükdə isə, mart hadisələrinin qiymətləndiril-
məsində Bakı Sovetinin rəhbərlərinin mövqeyini dəstəkləmiş və baş ver-
387
QEYDLƏR
miş qanlı hadisələrin törədilməsində “Müsavat” partiyasını əsas müqəssir
hesab etmişlər.
43
Milli Tatar polku - ilk milli (azərbaycanlı) hərbi hissələrindən biri.
Bax: İlk müsəlman süvari polku.
44
Qlaz və Koqan xəstəxanası – tibbi müəssisə, Spasskaya küçəsi (Zər-
gərpalan) 2 ünvanında yerləşirdi. Hazırda həmin ünvanda Uroloji klinika-
nın binası yerləşir.
45
Finkelşteyn Boris Konstantinoviç – tanınmış həkim, cərrah, tibb
elmləri doktoru, Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının xəstəxana-
sında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən açı-
lan universitetdə tibb fakültəsinin professoru olmuş, hökumət tərəfindən
müasir tibb avadanlığının alınması üçün Qərbi Avropaya ezam olunmuş-
dur. Həmin ezamiyyətdən sonra öz səfəri və Qərbi Avropa tibb elminin na-
iliyyətləri haqqında ətraflı hesabat yazmışdır.
46
Şaumyan Stepan Georgiyeviç – (1878-1918), tanınmış bolşevik xadi-
mi, Bakı bolşevik təşkilatının rəhbərlərindən biri. 1917-ci ilin martında qi-
yabi surətdə Bakı fəhlə deputatları Soveti rəyasət heyətinin sədri seçilmiş,
həmin ilin dekabrında Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq
Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə müvəqqəti fövqəladə ko-
missar təyin olunmuşdur. 1918-ci ilin aprelindən Bakı Xalq Komissarları
Sovetinin sədri. 1918-ci il martın 30-dan 31-nə keçən gecə azərbaycanlıla-
ra qarşı hərbi əməliyyatlara rəhbərlik etmək üçün “Bakı və onun rayon-
larında ali hərbi-siyasi orqan” adı ilə “İnqilabi Müdafiə Komitəsi” yarat-
mışdır. 1918-ci il Bakı mart hadisələri günlərində Bakı və onun ətraflarında
azərbaycanlı əhalinin kütləvi qırğınlarını həyata keçirən bolşevik-erməni
birləşmələrinin fəaliyyətini bilavasitə idarə etmişdir. Onun göstərişi ilə
həmin günlər erməni-molokan qüvvələri Şamaxı və onun kəndlərində
azərbaycanlılara qarşı qırğınlar törətmişlər. 1918-ci il aprel ayının sonla-
rı-mayın əvvəlində onun təşəbbüsü ilə Amazaspın cəza dəstələri Quba qə-
zasına göndərilmiş və qəzanın müsəlman əhalisi kütləvi qırğınlara məruz
qalmışdır. Azərbaycanlı qırğınlarına dair özünün nifrət dolu açıqlamaları
ilə məşhurdur. 1918-ci ilin iyulunda Bakıda Sovet hakimiyyətinin süqutun-
dan sonra “Sentrokaspi diktaturası” hökuməti tərəfindən həbs olunmuş,
20 sentyabr 1918-ci il tarixində 26 Bakı komissarları sırasında Türkistanda,
Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.
47
Seyidov Mir Əbdül Əziz Mir Seyfəddin oğlu (Əziz Alpoud) – (1895-
1988), Azərbaycan milli hərəkatının iştirakçılarından biri, hüquqşünas,
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
388
Tartu və Xarkov universitetlərində təhsil almışdır. «Əhrar” partiyasının
üzvü. 1918-ci il Bakıda mart hadisələri günlərində, Lənkəranda yerləşən
müsəlman süvari polkunun zabiti kimi Bakıda ezamiyyətdə olmuş, bolşe-
vik-erməni hərbi hissələrinə silahlı müqavimət göstərmişdir, həmin ha-
disələr zamanı əmlakı qarət olunmuşdur, Fövqəladə Təhqiqat Komissiya-
sına ifadə vermişdir. 1918-1921-ci illərdə Azərbaycan Dəmir yol idarəsində
hakim işləmişdir, 1921-ci ilin oktyabrında Bakıda bolşevik hakimiyyətinə
qarşı üsyan hazırlayan gizli təşkilatın üzvü olmuş, üsyan ərəfəsində digər
yoldaşları ilə birlikdə həbs olunmuşdur. Günahı sübut edilməsə də Sibirə
sürgün edilmişdir. 4 il düşərgə həyatından sonra Azərbaycan milli qüvvələ-
rinin gizli təşkilatının köməyi ilə sürgündən azad olmuş, başqa adla Ba-
kıya gəlmiş və tezlikdə İrana mühacirət etmişdir. 1925-ci ilin sonlarında
Türkiyəyə, daha sonra Almaniyaya getmişdir. 1926-27-ci illərdə Saksoniya-
da, Freyberq dəriçilik institutunda təhsil almış, dəri emalı üzrə mütəxəs-
sis kimi Türkiyəyə qayıtmışdır. Mustafa Kamal Atatürklə şəxsən tanış idi.
1937-ci ildə Berlinə getmiş, Qafqazın mühacir təşkilatlarının fəaliyyətində
iştirak etmişdir. 1939-cu ildə Türkiyəyə qayıtmış, ömrünün sonuna qədər
burada yaşamış, öz ixtisası üzrə təcrübəli mütəxəssis kimi tanınmış, elmi
fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan siyasi mühacirətinin Türkiyə və
Avropadakı mərkəzləri ilə sıx təmas saxlamışdır. Türkiyənin Milliyyətçi
Hərəkat Partiyasının üzvü olmuşdur. Bir neçə elmi əsərlərin və ədəbi tər-
cümələrin müəllifidir. Bütün həyatı boyu gündəlik yazmış, sonralar onla-
rı nəşrə hazırlamışdır. Həmin əlyazmalardan birinin əsasında 2011-ci ildə
Bakıda Əziz Alpoud adı ilə “Həyatımın hekayətləri” adlı xatirələr kitabı (Za-
kir Sadaxlının tərcüməsi və tərtibi ilə) nəşr olunmuşdur. Böyük və taleyük-
lü hadisələrlə zəngin bir dövrü əhatə edən bu əsər parlaq publisist-memuar
ədəbiyyatı nümunəsi olmaqla yanaşı, faktoloji baxımdan tarixi-mənbəşü-
naslıq əhəmiyyətinə də malikdir.
48
“Fantaziya” – hamam, Suraxanskaya küçəsində, Armyanskaya küçə-
sinin tini (Dilarə Əliyeva-Mirzə İbrahimov) yerləşirdi. 1918-ci il mart qır-
ğınları zamanı müsəlmanları əsir kimi oraya gətirmiş və işgəncələr ver-
mişlər. Hazırda – fəaliyyət göstərir.
49
İran konsulu – Məhəmməd Said əl-Vəzarə Marağayi (1881- 1974)
nəzərdə tutulur. İranın tanınmış siyasi və dövlət xadimi, 1940-cı illərdə baş
nazir. 1918-ci ildə İranın Bakıda konsulu. Əslən Azərbaycan şəhəri Marağa-
dandır, uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası
burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi
389
QEYDLƏR
(Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və
konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun
binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M.S.Marağayi kon-
sulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə
birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qır-
ğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehran-
da nəşr etdirdiyi “Siyasi xatirələr”ində 1918-ci il mart faciələri günlərində
şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və
həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edil-
məsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən
artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş,
bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart ha-
disələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi
şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır. M.S.Marağayi böyük çətin-
liklə şəhərə giriş-çıxışa qadağa qoymuş erməni-bolşevik hökumətindən
sərnişinlərlə dolu gəmilərin İran limanlarına yola salınmasına icazə al-
mışdır. Bir neçə gün ərzində 5 mindən 10 minə qədər insan - İran təbəələ-
ri və yerli müsəlmanlar Bakını tərk edərək Astara, Ənzəli və İranın digər
şəhərlərində sığınacaq tapmışlar. FTK-nın sənədlərindən məlum olur ki,
Bakıda iranlı təbəələrin və şəxsən İran konsulunun özünün təqib olunma-
sı sonrakı aylarda da, türk-Azərbaycan qoşunları şəhəri azad edənədək da-
vam etmişdir.
50
Əmirov Tatevos Minayeviç – (1873-1918), “Daşnaksütun” partiyası-
nın üzvü, anarxist, terrorçu əməliyyatların rəhbəri. Qardaşı bolşevik Arsen
Əmiryanın təsiri altında bolşeviklərlə əməkdaşlıq etmiş, süvari dəstəsinin
komandiri olmuşdur. 1918-ci ildə Bakı və Şamaxıda xüsusilə ağır cinayətlər
törətmiş erməni silahlı dəstələrinin rəhbərlərindən biri, müsəlmanların
xeyriyyə cəmiyyəti binasını - “İsmailiyyə”ni şəxsən yandırmışdır. Stepan
Lalayanla birlikdə Şamaxı şəhərinin üzərinə ikinci hücuma rəhbərlik et-
miş, şəhərin dağıdılmasında, yaşayış məhəllələrinin və məscidlərin yandı-
rılmasında, dinc əhalinin öldürülməsində şəxsən iştirak etmişdir. Bakının
Türk-Azərbaycan qoşunları tərəfindən azad olunması ərəfəsində Bakı ko-
missarları ilə birlikdə “Türkmən” gəmisində Bakını tərk etmişdir. Gəminin
kapitanı onun Həştərxana üzmək əmrini yerinə yetirməmiş və gəmi Kras-
novodska gəlmişdir. Burada komissarlarla birgə həbs edilmiş və 20 sent-
yabr 1918-ci il tarixdə 26 Bakı komissarları sırasında Zakaspi eser hökuməti
tərəfindən güllələnmişdir.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
390
51
Qafqaz müsəlmanlarının qurultayı – 1917-ci il 15-20 aprel tarixdə
Bakıda keçirilmişdir. Qurultayın təşəbbüskarlarından və təşkilatçıların-
dan biri 1917-ci il martın 27-də yaradılmış Bakı Müsəlman İctimai Təşki-
latlarının Müvəqqəti Komitəsi olmuşdur. Azərbaycanın siyasi partiyaları
və ictimai təşkilatlarından başqa qurultayda Şimali Qafqaz, Gürcüstan,
Ermənistan müsəlmanlarının nümayəndələri iştirak etmişlər. Qurultay-
da müzakirə olunan əsas məsələ Rusiyanın gələcək siyasi quruluşu və ki-
çik xalqların hüquqları idi. Rusiyanın siyasi quruluşu haqqında məruzə-
ni M.Ə.Rəsulzadə etmişdır. Qafqaz müsəlmanlarının milli-siyasi idealları
ifadə olunan bu məruzə əsasında Qurultayın qəbul etdiyi qətnamədə Ru-
siya dövlət quruluşunun forması kimi müsəlman xalqlarının mənafeyini
təmin edən federativ əsaslarla demokratik respublika hesab edilmişdir.
Qurultayda həmçinin Qafqaz müsəlmanlarının Müvəqqəti hökumətə, mü-
haribəyə, Rusiyanın digər xalqlarına münasibəti, xalq təhsili, qadınların
vəziyyəti, fəhlə və torpaq haqqında məsələlər də müzakirə olunmuşdur.
52
Təzəpir – Bakıda monumental cümə məscidi, Nabat xanım Rzayeva-
nın vəsaiti hesabına, mülki mühəndis Zivər bəy Əhmədbəyovun layihəsi
əsasında 1905-1914-cü illərdə Nijnyaya Tazapirskya (Aşağı Təzəpir - Mirzə
Fətəli) küçəsində tikilmişdir. Mart hadisələrinin elə ilk saatlarında “Təzə-
pir”in binası və məscidin ətrafındakı məhəllələr top atəşinə tutulmuşdur.
“Təzəpir” məscidinin ətraf küçələri və həyətləri sakinlərin meyitləri ilə
dolu idi. Qırğınlar qurtardıqdan sonra bütün meyitlər məscidin həyətinə
yığılmış və öz yaxınlarının cəsədlərini axtaran insanlar buraya gəlirmiş-
lər. Hazırda – fəaliyyətdə olan məscid.
53
Tağıyev Hacı Zeynalabdin Məhəmmədtağı oğlu - (1838-1924), Azər-
baycan sahibkarlığının görkəmli nümayəndəsi, neft sənayeçisi, milyonçu,
ictimai xadim, xeyriyyəçi, maarifçi. 1877-ci ildə 2-ci, 1882-ci ildə 1-ci gildiya
tacir rütbəsi almışdır. 1870-ci illərin sonunda 3 neft zavodunun sahibi idi.
1886-cı ildə “H.Z.A.Tağıyev” şəxsi ticarət evi tikdirmiş, 1890-cı illərdə Şu-
şa-Yevlax dəmir yolu çəkilişi üzrə layihə təklif etmiş, “Kaspi” qəzetini almış,
milli ziyalıları onun rəhbərliyinə cəlb etmiş, milli tekstil sənayesi, tikinti,
kənd təsərrüfatı, balıqçılığın inkişafına sərmayə qoymuşdur. Bakıda telefon
xətlərinin və şollar suyunun çəkilişi, ticarət pasajı (indiki Bakı univerma-
ğı), bank binası, Tağıyev teatrı (indiki Musiqili komediya teatrı), müsəlman
qızları üçün ilk təhsil məktəbi (indiki AMEA Əlyazmalar İnstitutu) bina-
larının inşası onun adı ilə bağlıdır. Azərbaycan ziyalılarının bir çox nü-
mayəndələrinin, gələcək dövlət və siyasi xadimlərin – Nəriman Nərimanov,
391
QEYDLƏR
Əli Mərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Məşədi Əzizbəyov, Beh-
bud Ağa Cavanşir, Qarabəy Qarabəyov, Mirzə Davud Hüseynov, Xudadat bəy
Məlik-Aslanov, Mir Həsən Vəzirov, Şövkət Məmmədova, Ruhulla Axundov
və d. - təhsil haqqını ödəmiş, İran və Təbrizdə məşrutə hərəkatının (1905-
1911) iştirakçılarına maddi yardım göstərmişdir. AXC dövründə müstəqil
milli hökumətin milli müstəqillik siyasətini dəstəkləmiş, təntənəli dövlət
tədbirlərində iştirak etmişdir. 1918-ci ilin mart ayının ortalarında H.Z. Ta-
ğıyevin ailəsində baş vermiş faciə, müsəlman “Dikaya diviziya” polkunun
zabiti olan oğlunun ölümü və dəfni, bolşevik-daşnak qüvvələri tərəfindən
Bakı və Şamaxıda mart hadisələrinin törədilməsi üçün bəhanə kimi is-
tifadə edilmişdir. Bütün azərbaycanlılar üçün bu ağır vaxtda H.Z.Tağıyev
İrandan gəmilərlə ərzaq məhsulları və ilk tələbat malları gətirdərək zərər-
çəkənlərə, Bakı və ətraf kəndlərin məzlum hala salınmış əhalisinə, habelə
Şamaxı qaçqınlarına zəruri yardım göstərmişdir. Azərbaycanda Sovet ha-
kimiyyəti qurulduqdan sonra Tağıyevin bütün müəssisələri milliləşdiril-
mişdir. Ona Mərdəkandakı bağında yaşamağa izn verilmiş, Tağıyev 1924-cü
il sentyabr 1-də həmin bağda vəfat etmişdir. H.Z.Tağıyevin Qorçakovskaya
(H.Z.Tağıyev) küçəsi, 4 ünvanda yerləşən və bütün məhəlləni əhatə edən
malikanəsi 1893-1902-ci illərdə mülki mühəndis İ.V.Qoslavski tərəfindən
tikilmişdir. AXC dövründə bu evdə hökumətin ən hörmətli qonaqları qəbul
olunmuşdur. Hazırda həmin binada Azərbaycan Milli Elmlər Akademiya-
sının Azərbaycan tarixi muzeyi və Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi
yerləşir.
54
Kaqanın müalicəxanası – qadınlar üçün tibbi müəssisə, M.F. Kaqa-
na məxsus idi, Kolyubakinskaya küçəsində, Mariinskaya küçəsinin tini,
(N.Rəfibəyli- Rəsul Rza) yerləşirdi.
55
Şamaxı məscidi – “Şirvanlılar” – Kamenistaya 103 (Bəşir Səfər oğlu),
Persidskaya, (M.Muxtarov) küçələrinin tinində yerləşirdi. 1897-ci ildə, şəhə-
rin bu hissəsində məskunlaşan, xüsusilə Şamaxıda 1902-ci il zəlzələsindən
sonra, şamaxılılar tərəfindən tikilmişdir. 1918-ci ilin mart hadisələrindən
sonra on minlərlə Şamaxı qaçqını üçün sığınacaq yeri olmuşdur. Hazırda
fəaliyyət göstərmir.
56
Doktor Nərimanov – Nərimanov Nəriman Nəcəf oğlu – (1870 - 1925),
görkəmli ictimai, siyasi və dövlət xadimi, yazıçı, publisist, həkim nəzərdə
tutulur. Odessada Novorossiysk universitetində oxumuşdur. “Hümmət”
təşkilatının üzvü, İran “İctimaiyyun-Amiyyun “Mücahid” partiyasının
əsasını qoyanlardan biri. 1909-cu ilin əvvəllərində İranın inqilabi hərəka-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
392
tında iştirakına görə Tiflisdə həbs edilmiş, həmin ildə Həştərxana sürgün
olunmuş, burada geniş ictimai-siyasi fəaliyyətini və həkimlik təcrübəsini
davam etdirmişdir. Həştərxan Xalq universitetinin idarə heyətinin səd-
ri, 1919-cu ildə Həştərxan şəhər Dumasının üzvü olmuşdur. 1913-cü ildə
Bakıya qayıtmışdır. 1917-ci ilin martında “Hümmət” (bolşevik) təşkilatı
komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü seçilmişdir, Bakı
Müsəlman İctimai Təşkilatları bürosunun tərkibinə daxil idi. 1917-ci il iyu-
lun 3-dən “Hümmət” qəzetinin redaktoru, oktyabrından Bakı şəhər Duma-
sının üzvü. 1917-ci il payızından - 1918-ci il yazına kimi Bakı bolşeviklə-
rini müdafiə etmiş, 1918-ci il mart hadisələri günlərində bolşevik-erməni
qüvvələri tərəfindən həyata keçirilən və bütün Azərbaycan xalqına qarşı
silahlı müharibəyə çevrilən milli düşmənçilik siyasətinin qarşısını alma-
ğa çalışmışdır. Qarşıdurmanın və şəhərdəki gərginliyin güclənməsinə yol
verməmək məqsədilə onun martın 30-da təşkil etdiyi müsəlman sosia-
listləri ilə Şaumyan və Caparidzenin birgə yığıncağı nəticə verməmişdir.
Nərimanovun öz mənzili erməni silahlı dəstələri tərəfindən basqına mə-
ruz qalmış, onun özü gizlənə bilmiş, qardaşı əsir götürülmüşdür. Sonradan
yazdığı kimi, “bir saatdan sonra yol. Şaumyan məni ailəmlə birlikdə “Sovet
hakimiyyətinin müdafiəçiləri” olan daşnaklardan xilas edir”. Azərbaycan
əhalisinə qarşı vəhşiliklərin miqyasından dəhşətə gələn Nərimanov Şaum-
yana, Caparidzeyə, Stalinə məktublarında mart hadisələrinə, sonradan isə
bu cinayətlərin qəzalarda davam etdirilməsinə görə “1918-ci ildə Bakıdakı
Sovet hakimiyyəti cavab verməlidir” yazmış, bu hadisələrin “Sovet haki-
miyyətini gözdən saldığını və ləkələdiyini” bildirmişdir. Bununla belə, hə-
min hadisələrin ümumən qiymətləndirilməsində bolşeviklərin mövqeyin-
dən çıxış etmiş, əsas müqəssirlər kimi milli partiyaları – “Daşnaksütun”
və “Müsavat”ı göstərmişdir. 1918-ci il martın axırlarında yaradılmış Bakı
şəhəri və Rayonlarının İnqilabi Müdafiə Komitəsinin üzvü kimi silahlı er-
məni milli hərbi hissələrinin ləğv edilməsi haqqında Komitənin göstəri-
şini imzalamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi müxa-
lifətdə olmuşdur. 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsinin
ilk günlərində AXC-nin bir çox siyasi və dövlət xadimlərinin sovet rəhbər-
liyi tərəfindən fiziki məhv edilməsi və repressiyalara məruz qalmasının
qarşısını almış, onların mühacirət etməsinə şərait yaratmışdır. Azərbaycan
Müvəqqəti İnqilab Komitəsinin sədri, sonra Azərbaycan SSR Xalq Komis-
sarları Sovetinin sədri olmuş, 1922-ci ilin martından Zaqafqaziya Sovet Fe-
derativ Sosialist Respublikası İttifaq Sovetinin sədrlərindən biri olmuşdur.
393
QEYDLƏR
1922-ci ilin dekabr ayından SSRİ MİK-nin 4 sədrindən biri - ZSFSR-dən sədr
– seçilmişdir. 1925-ci il martın 19-da Moskvada vəfat etmiş, orada, Kreml
divarının önündə dəfn edilmişdir.
57
Mantaşev A.İ. və K˚ – neft sənayesi və ticarət cəmiyyəti. 1899-cu ildə
təsis olunmuşdur. İdarə heyəti Tiflisdə idi, istehsalat fəaliyyətinin mərkəzi
Bakı şöbəsi idi. Balaxanı, Sabunçu, Ramana və Bibiheybətdə mədənləri var
idi. Keşlə kəndində neftayırma zavoduna, Ağ şəhərdə kerosin-yağ zavoduna
və s. malik idi. Xaricə neft və neft məhsulları ixrac edirdi. Azərbaycan İnqi-
lab Komitəsinin 27 may 1920-ci il tarixli dekreti ilə milliləşdirilmişdir.
58
1905-ci il – 1905-ci ilin fevral ayında Bakıda erməni və müsəlman
(azərbaycanlı) əhalisi arasında başlanan, sonradan bütün Cənubi Qafqaz
ərazisini əhatə edərək erməni-müsəlman qırğınlarına çevrilən silahlı
toqquşmalar nəzərdə tutulur. 1905-1907-ci illərdə Bakı, Yelizavetpol və İrə-
van quberniyalarında 158 azərbaycanlı və 128 erməni kəndi dağıdılmış,
müxtəlif hesablamalara görə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordu-
bad, Eçmiədzin, Cavanşir, Qazax qəzalarında 3 mindən 10 minədək insan, o
cümlədən qadın, uşaq və qoca, qətlə yetirilmişdir.
59
Pitoyev və K˚ – neft sənayesi və ticarət cəmiyyəti. 1907-ci ildə təsis
olunmuşdur. Sabunçu, Ramana və Bibiheybətdə mədənləri var idi. 1920-ci
ilin may ayında Sovet hökuməti tərəfindən milliləşdirilmişdir.
60
“Müsavat” - (ərəbcə bərabərlik), Azərbaycan milli-demokratik par-
tiyası, 1911-ci ildə Bakıda yaradılmışdır. İlk özəyini keçmiş hümmətçilər
Abbasqulu Kazımzadə, Tağı Nağıoğlu və Məmmədəli Rəsulzadə (Rəsuloğlu)
təsis etmişlər. Partiyanın ilk proqramı və nizamnaməsi qeyri-leqal kitab-
ça şəklində 1912-ci ildə nəşr olunmuşdur. 1913-cü ildən partiyanın dəyiş-
məz lideri Məhəmməd Əmin Rəsulzadə - Azərbaycanın görkəmli siyasi
və dövlət xadimi, AXC-nin yaradıcılarından biri, Azərbaycan Milli Şurası-
nın sədri, Azərbaycan Parlamentində “Müsavat” və bitərəflər fraksiyasının
sədri, jurnalist, siyasi publisist – olmuşdur. Məhəmməd Əmin Hacı Mol-
la Ələkbər oğlu Rəsulzadə (1884-1955), rus-tatar məktəbini və Bakı texniki
məktəbini bitirmişdir. 1902-ci ildə “Müsəlman gənclik təşkilatı” adlı gənc
azərbaycanlı gənclər dərnəyini yaratmış, 1904-cü ildə RSDFP nəzdində
“Müsəlman sosial-demokrat “Hümmət” qrupunun yaradılmasında iştirak
etmişdir, bu dövrün mətbuatında (“Hümmət”, “Təkamül”, “Yoldaş”, “İrşad”,
“Tərəqqi” qəzetləri) fəal nəşr olunmuşdur. 1908-1911-ci illər İran inqilabın-
da iştirak etmiş, İran Demokrat Partiyasının yaradıcılarından biri, bu par-
tiyanın MK-nin üzvü, ilk Avropa tipli İran qəzetinin – “İrane-nou” – redak-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
394
toru olmuşdur. 1911-ci ildə Türkiyəyə mühacirət etmiş, burada “Türk ocağı”
təşkilatına daxil olmuş, “Türk yurdu” jurnalında nəşr olunmuşdur. 1913-cü
ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumi-
dən sonra Bakıya qayıtmış, “Müsavat” partiyasının rəhbərliyinə keçmiş-
dir. 1915-1918-ci illərdə “Açıq söz” qəzetini - “Müsavat” partiyasının faktiki
orqanını buraxmışdır. Rusiyada Fevral inqilabından (1917) sonra Qafqaz
müsəlmanlarının Bakı (1917, aprel) və Rusiya müsəlmanlarının Moskva
(1917, may) qurultaylarında iştirak etmiş, onun məruzələri əsasında Ru-
siyanın federativ dövlət quruluşunun zəruriliyi haqqında qurultay qət-
namələri qəbul edilmişdir. 1917-ci ilin iyun ayında “Müsavat” “Türk Ədə-
mi-Mərkəziyyət” partiyası (1917-ci ilin aprel ayında Gəncədə yaradılmışdır)
ilə birləşdikdən sonra, “Türk-Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın I qu-
rultayında (1917, 26-31 oktyabr, Bakı) Mərkəzi Komitənin sədri seçilmiş-
dir. Zaqafqaziya Seyminin işində iştirak etmiş, AXC-nin yaradıldığını elan
edən Azərbaycan Milli Şurasının sədri seçilmişdir. Osmanlı dövləti ilə Ba-
tum danışıqlarında və müqaviləsinin bağlanmasında (1918, 4 iyun) iştirak
etmiş, bu müqaviləyə əsasən Türkiyə tərəfi Bakı Sovetinin bolşevik-daşnak
hökuməti tərəfindən kütləvi qırğınlara məruz qalmış Azərbaycan xalqına
hərbi yardım göstərmişdir. Beynəlxalq İstanbul konfransında (1918, iyun)
Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş, Azərbaycan Parlamenti-
nin yaradılmasında fəal iştirak etmiş, onun açılışında (1918, 7 dekabr) par-
laq nitq söyləmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
həbs edilmiş, Stalin tərəfindən azad edilərək Moskvaya göndərilmiş, orada
Milli İşlər Xalq Komissarlığında işləmişdir. 1922-ci ildə gizli yolla Finlandi-
yaya keçərək oradan da Türkiyəyə mühacirət etmişdir. Mühacirət illərində
(1922-1955) “Azərbaycan Milli Mərkəzini” (İstanbulda), “Müsavat” Partiya-
sının Xarici Bürosunu yaratmış, partiyanın Azərbaycandakı gizli təşkilat-
larının işini istiqamətləndirmiş, Parisdə “Prometey” təşkilatının yaradıl-
masında (1926) fəal iştirak etmiş, İkinci Dünya müharibəsinin ərəfəsində
və illərində Azərbaycan mühacirətinin Polşada, Fransada, İsveçrədə, Alma-
niyada, Rumıniyada fəaliyyətinə rəhbərlik etmişdir. 1947-ci ildə Türkiyəyə
qayıdaraq Azərbaycan Milli Mərkəzini (Ankara, 1949) yaratmış, Ümumi
Qafqaz Konfransının (Münhen, 1952) işində fəal iştirak etmiş, 1953-cü ildə
ABŞ-a səfər edərək “Amerikanın səsi” radiosu ilə AXC yaradılmasının 35 il-
liyi münasibətilə Azərbaycan xalqına müraciət etmişdir. Azərbaycan siyasi
publisistikasının parlaq nümayəndəsidir. 1903-1920-ci illərdə yalnız Azər-
baycan mətbuatında 1200-dən artıq məqalə nəşr etdirmişdir. Mühacirətdə
395
QEYDLƏR
“Yeni Qafqasya” (1923), “Azəri türk” (1928), “Odlu yurd” (1929), “Qurtuluş”
(1934), “Müsavat bülleteni” (1936), “Azərbaycan” (1950) jurnallarını və “İs-
tiqlal” (1932) qəzetlərini buraxmış, bu nəşriyyələrdə yüzlərlə məqaləsi dərc
olunmuşdur. “Azərbaycan Cümhuriyyəti”, “Əsrimizin Siyavuşu”, “Çağdaş
Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi”, “Stalinlə ixtilal xa-
tirələri”, “İran türkləri”, “Qafqaz türkləri” və s. kitabların, “Azərbaycan şairi
Nizami” elmi əsərinin müəllifidir. 1955-ci il martın 6-da Ankarada vəfat et-
mişdir. Onun rəhbərlik etdiyi “Müsavat” partiyası 1917-ci il Oktyabr inqi-
labından sonra milli-ərazi muxtariyyəti mövqeyində duraraq Azərbayca-
nın müstəqilliyi uğrunda çıxış etmişdir. Partiya Azərbaycan, Ermənistan
və Gürcüstanın daxil olacağı Cənubi Qafqaz dövlətləri Konfederasiyası
şəklində muxtariyyəti məqbul saymışdır. Partiyanın I qurultayında (1917,
25-31 oktyabr) qəbul edilmiş proqramı fəhlə və torpaq, milli və dini, mülki
hüquqlar və s. məsələləri əhatə edən 9 bölmədən və 76 bənddən ibarət idi.
“Müsavat”ın fəal iştirakı ilə Zaqafqaziya Komissarlığı Seymi - Zaqafqaziya
Demokratik Federativ Respublikası, ən nəhayət 1918-ci il 28 may tarixdə
Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. 1918 (sentyabr) – 1920 (aprel)
illərdə partiya AXC koalisiya hökumət kabinələrinin özəyini təşkil etmişdir.
Azərbaycan sovetləşdirildikdən sonra (1920, 28 aprel) respublikada partiya-
nın gizli təşkilatları fəaliyyət göstərmiş, onların üzvləri 1920-30-cu illərdə
Sovet hakimiyyəti tərəfindən təqiblərə və həbslərə məruz qalmış, 1937-ci
il repressiyalarından sonra partiyanın daxildə fəaliyyətinə son qoyulmuş-
dur. Partiyanın Xarici Bürosu Türkiyə, İran, Polşa və Fransanın müxtəlif
şəhərlərində öz təşkilatlarını yaratmışdır. 1936-cı ildə Varşavada keçirilən
partiyanın qurultay səlahiyyətli konfransında onun yeni proqramı qəbul
edilmiş və yeni icra orqanı – Divan – seçilmişdir. Xarici Büro Azərbaycan
mühacirətini vahid təşkilat ətrafında birləşdirməyə, Sovet rejimi və bolşe-
vizmə qarşı mübarizə aparan başqa xalqların xarici nümayəndəlikləri ilə
əməkdaşlıq etməyə nail olmuşdur. 1918-ci il Bakıda mart hadisələri ərəfə-
sində “Müsavat” partiyası bolşevik hakimiyyəti ilə açıq hərbi qarşıdurma-
ya hazır olmadığı üçün toqquşmaların qarşısını almağa çalışmış, əhaliyə
təmkinli olmaq, təxribatlara uymamaq çağırışları ilə müraciətlər etmişdir.
Bir çox faktlar və hadisələrin gedişi mart qırğınlarının məhz “Müsavat”
partiyası tərəfindən təhrik edildiyi kimi ittihamları təkzib edir. Partiyanın
özü bu hadisələrin xarakterini Cənubi Qafqazın bütün müsəlman əhalisi-
nin məhv edilməsinə yönəlmiş məqsədyönlü siyasət kimi müəyyən etmiş-
dir. Partiyanın mühacir mətbuatında, eləcə də M.Ə.Rəsulzadənin əsərlərin-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
396
də 1918-ci il hadisələri geniş və hərtərəfli işıqlandırılmış, siyasi mühacirət
hər il 31 mart tarixini ümummilli matəm günü kimi qeyd etmiş, xatirə
gecələri keçirmiş, “İstiqlal” qəzetinin (Münhen) 1933-cü il 1 aprel tarixli 31-
ci sayı tamamilə Bakıda 1918-ci mart hadisələrinin 15-ci ildönümünə həsr
olunmuşdur.
61
Aşurbəyov Bala-bəy Teymur-bəy oğlu - (1882—1937), tanınmış Azər-
baycan zadəgan nəslinin nümayəndəsi, neft sənayeçisi, milyonçu, xeyriy-
yəçi. Qardaşı Əli-bəylə birlikdə “Ə.-b. Və B.-b. Aşurbəyov qardaşları” neft-
çıxarma kompaniyasının sahibi. 1901-ci ildə təsis edilmiş bu kompaniya
1914-cü il üçün ildə 1 milyon 684 pud neft hasil edirdi, mədənlərdə 200
nəfərdən artıq fəhlə çalışırdı. Xeyriyyəçilik fəaliyyəti ilə tanınırdı. Aşurbə-
yov təqaüdçüləri arasında gələcək ictimai xadimlər – Mir Əsədulla Mirqa-
sımov, Hənifə Pirverdiyev, Ruhulla Axundov və b. var idi. Bakı şəhərində
və ətrafında (Mərdəkanda) bir neçə mülkün sahibi idi. 1918-ci il mart ha-
disələrində ailəsi ilə birgə Sabunçuda gizlənməyə məcbur olmuşdu. Yaşadı-
ğı şəhər mülkünü tam talanlardan qızlarının mürəbbiyəsi fransız J.Qreylo
xilas etmiş, evin girişinə Fransa bayrağı sancmaqla mülkün böyük hissəni
qorumağa müvəffəq olmuşdu. Lakin erməni əsgərləri Bala-bəy və Əli-bəyin
mənzillərini talan etmişdilər. Yalnız yarım ildən sonra, AXC hakimiyyəti
zamanı B.b.Aşurbəyov ailəsi ilə birgə evinə qayıda bilmişdir. FTK-na ifadə
vermişdir. Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra Aşurbəyovla-
rın bütün mülkiyyəti müsadirə edilmiş, hər iki qardaş həbs olunmuşlar. Az
sonra N.Nərimanovun köməyi ilə həbsdən azad olunmuş və ailəsi ilə birgə
İstanbula getmişdir. 1925-ci ildə ailəsi ilə vətənə qayıtmış, 1935-ci ildə keç-
miş sahibkar kimi həbs olunmuş və Karakandaya sürgün edilmişdir. 1937-
ci ildə Karakanda vilayəti üzrə UDİXK yenidən həbs olunmuş, həmin il
avqustun 13-də Xüsusi Üçlük tərəfindən vətənə xəyanətdə ittiham edilərək
ən yüksək cəzaya – güllələnməyə məhkum edilmişdir. Ölümündən sonra
bəraət almışdır.
62
Əsədullayev Mirzə Şəmsi oğlu - (1875 - 1936), sahibkar, ictimai xadim.
Azərbaycanın neft sənayeçisi, milyonçu Şəmsi Əsədullayevin böyük oğlu.
Əmək fəaliyyətinə atasının neft mədənlərində başlamışdır. Bakı müsəlman
xeyriyyə cəmiyyətinin sədri. 1917-ci il fevral inqilabından sonra Müsəlman
Milli Şurası Müvəqqəti İcraiyyə komitəsinin üzvü seçilmişdir. 1918-ci ildən
Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının sədri. Bu Şuradan Azərbaycan
Cümhuriyyət Parlamentinə üzv seçilmişdir, “Müsavat” və bitərəflər fraksi-
yasına daxil idi. 3-cü Hökumət kabinəsində ticarət və sənaye naziri (1918,
397
QEYDLƏR
dekabr –1919, mart) vəzifəsini icra etmişdir . Azərbaycan milyonçusu Musa
Nağıyevin qızı ilə evli idi. 1920-ci ildə bolşeviklər tərəfindən həbs edilmiş-
dir, qısa müddətdən sonra azad edilmiş, hökumətin rəsmi icazəsi ilə Fran-
saya getmişdir, Parisdə vəfat etmişdir.
63
Şəmsi Əsədullayev – (1841–1913), iri sahibkar, neft sənayeçisi, icti-
mai xadim. Bakıda bir neçə neftayırma emalatxanası, Suraxanı, Sabunçu
və Ramanada 37 buruğu, Xəzər dənizində neft və neft məhsulları daşıyan
gəmiləri vardı. Xeyriyyəçiliklə məşğul olmuşdur. “Nəşri-maarif” müsəl-
man maarifçilik cəmiyyətinin fəal üzvü. 1903-cü ildə Moskvaya köçmüş,
Moskvada və Peterburqda sahibkarlıq fəaliyyəti, həmçinin xeyriyyəçiliklə
məşğul olmuş, bir neçə mülk tikdirmiş, yoxsul təbəqələrin uşaqları üçün
məktəb açdırmışdır. Moskvada Malaya Tatarskaya döngəsində tikdirdiyi
evi o zaman təzə yaradılmış Tatar Mədəniyyət Cəmiyyətinə bağışlamış-
dır. Bu binada tatar məktəbi, kitabxana, konsert salonu və yetimlər üçün
uşaq evi fəaliyyət göstərmişdir. Ümumrusiya müsəlmanlarının 1-ci qurul-
tayında (1905, Nijni - Novqorod) iştirak etmişdir. Sahibkarlıq fəaliyyətinin
coğrafiyası Xəzər dənizinin İran sərhədlərindən tutmuş Lodza qədər əhatə
etmişdir. 1913-cü ildə Yaltada vəfat etmişdir.
64
Qacar Mansur Mirzə Xanbaba Xan oğlu, şahzadə – (1869- 1931), hər-
bçi, türk-azərbaycanlı şah sülaləsi - Qacarlar nəslinin nümayəndəsi. Yeliza-
vetqradda (Kirovoqrad şəhəri, Ukrayna) kornet rütbəsində süvari məktəbi-
ni bitirmişdir. 1905-ci il Rys-Yapon müharibəsinin iştirakçısı, Port-Arturda
döyüşmüş, iki ordenlə - ikinci dərəcəli Müqəddəs Anna və Müqəddəs Vla-
dimir – təltif olunmuşdur. Yaralanandan sonra Qafqaz hərbi dairəsinə
xidmətə göndərilmişdir. Birinci Dünya müharibəsinin iştirakçısı. Döyüş
meydanında göstərdiyi şücaətə görə qızıl silahla təltif olunmuş, 12 saylı
Tver qusar polkunda xidmət etmişdir. 1917-ci il Fevral inqilabından sonra
Bakıya qayıtmışdır. AXC dövründə ordu sıralarında xidmət etmişdir. Sovet
hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Komissarları Sovetində
müxtəlif mülki vəzifələrdə çalışmışdır. Mart hadisələri zamanı erməni əs-
gərləri tərəfindən saxlanılmış, dostlarının köməyi ilə ölümdən xilas olmuş,
əsir aparılmışdır. Şahid və zərərçəkən qismində FTK-na ifadə vermişdir.
65
Kələntərov pasajı – Aşumovskaya meydanındakı (Gənclər meydanı)
binada yerləşirdi, mağazaların üz tərəfləri eyni zamanda Nikolayevskaya
(İstiqlaliyyət) və Olqinskaya (M.Ə.Rəsulzadə) küçələrinə çıxırdı. Sonralar
binanın üst mərtəbələri tikilmişdir Sovet dövrüdə və hazırda bu binada
Azərbaycan Həmkarlar İttifaqları Şurası yerləşir.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
398
66
“Dikaya diviziya”- “Vəhşi diviziya” - Birinci Dünya müharibəsi döv-
ründə (1914-1918) Qafqazın yerli müsəlman əhalisindən təşkil edilmiş sü-
vari diviziya. Çar hakimiyyəti devrildikdən sonra diviziya Azərbaycana qa-
yıtmış və yaranmaqda olan milli silahlı qüvvələrin bir hissəsi olmuşdur.
67
“Dağıstan” – mehmanxana, Vrangelevskaya, Bazarnaya və Çelyayev-
skaya küçələrinin (Ə.Cavad, Azərbaycan və M.Dilbazi) kəsişməsində, Xan-
larovun evində yerləşirdi, “müsəlman” mehmanxanası sayılırdı, mart
hadisələri günlərində tamamilə yandırılmışdır. Hazırda onun yerində beş-
mərtəbəli yaşayış binası yerləşir.
68
Ermansın apteki – Velikoknyajeskaya küçəsində (M.E.Rəsulzadə) La-
layev pasajında yerləşirdi.
69
Hacı Əjdər bəy məscidi – “İttifaq” - Hacı Əjdər bəy Aşurbəyovun və-
saiti ilə, mülki mühəndis Zivər-bəy Əhmədbəyovun layihəsi əsasında 1912-
1913-cü illərdə Kanitapinskaya rayonunda, Krasnovodskaya və 8-ci Kani-
tapinskaya (S.Vurğun və Dağıstan) küçələrinin tinində tikilmişdir. Mart
hadisələri günlərində məsciddə qonşu məhəllələrin sakinləri, əsasən, qa-
dınlar və uşaqlar gizlənsələr də, təqiblərdən qurtarmamış və erməni qul-
dur dəstələrinin zorakılığının qurbanı olmuşlar. Hazırda – fəaliyyətdə olan
məscid.
70
Karvansara - Sisianovskaya küçəsində (Təbriz Xəlilbəyli) Lalayevlər
ailəsinə məxsus binada yerləşən və öz icarədarının adı ilə tanınan “Abbas
Eyvazovun karvansarası” nəzərdə tutulur. Bütün məhəlləni əhatə edən hə-
min binada müxtəlif kontorlar, idarələr, mağazalar da yerləşirdi. Sovet döv-
rü və hazırda həmin binada “Araz” kinoteatrı, ticarət obyektləri, mənzillər
yerləşir.
71
Doktor Nəriman bəy Nərimanov - Azərbaycanın görkəmli ictimai, si-
yasi dövlət xadimi, tazıçı, publisist, həkim Nəriman Nəcəf oğlu Nərimanov
nəzərdə tutulur. Ətraflı bax: Doktor Nərimanov.
72
“Təbriz” – mehmanxana, Hacı Hacıağaya mənsub idi, “müsəlman”
mehmanxanası hesab edilirdi. Nikolayevskaya (İstiqlal) küçəsindəki bina-
da, “İsmailiyyə”nin yaxınlığında yerləşirdi. Sonradan sökülmüşdür. İndi
həmin yerdə - M.Ə.Sabır bağı yerləşir.
73
«Evropa” – “Avropa” mehmanxana, Lalayevski keçidində (Natəvan
döngəsi) Lalayevlər ailəsinə məxsus ikimərtəbəli binada yerləşirdi. Onun
yaxınlığında, Milyutinskaya küçəsində (T.Əlyarbəyov) Musa Nağıyev tərə-
findən “Novo-Evropa” adlı yeni üçmərtəbəli mehmanxana tikildikdən son-
ra, “Staro-Evropa” adlandırılmışdır. Hazırda – yaşayış evi. Üstü yenidən ti-
399
QEYDLƏR
kilmiş “Novo-Evropa” – “Göy-göl” mehmanxanasının binasında “Luk-oyl”
Rusiya neft şirkətinin Bakı nümayəndəliyi yerləşir.
74
İngilis qoşunlarının qərargahı nəzərdə tutulur. 1918-ci il avqustun
əvvəllərində Sentrokaspi Diktaturası hökumətinin dəvəti ilə Şimalı İranda
Britaniya qoşunlarının komandiri general-mayor Denstervilin rəhbərliyi
altında Bakıya gəlmişdir. Bu qoşunlar Türk-Azərbaycan hərbi qüvvələrinə
qarşı Bakının müdafiə olunmasında hökumətə kömək etməli idi. 1918-
ci il sentyabrın 14-də Bakının azad edilməsi ərəfəsində cəbhə xəttini tərk
edərək İrana qayıtmışlar.
75
Mirbax Vilgelm – (1871-1918), qraf, alman diplomatı. 1915-1917-ci illərdə
Afinada alman səfiri. Brest-Litovskda Sovet Rusiyası ilə danışıqlarda iştirak
etmişdir. Brest sülhü imzalandıqdan sonra, 1918-ci ilin aprelindən - Mos-
kvada alman səfiri. 1918-ci il 6 iyulda sol “eserlər” tərəfindən – bu yolla Al-
maniya ilə Sovet Rusiyası arasında silahlı münaqişə yaratmaq məqsədi ilə
- öldürülmüşdür. FTK sənədləri arasında Mirbaxın qatillərinin ermənilər
olduğuna dair şəhadət vardır.
76
“Bibiheybət” – şiə müsəlmanların möhtəşəm ziyarətgahı – qədim Bi-
biheybət məscidi. Xəlifələrin təqibindən qaçan Yeddinci imam - Musa Ka-
zımın qızı Həzrəti Həkimə xanımın sərdabəsi üzərində tikilmişdir. Müqəd-
dəs qəbirlərin sayına görə - burada Məhəmməd Peyğəmbərin nəslinin dörd
nümayəndəsi dəfn olunmuşdur – islam dünyasında bənzər ziyarətgahlar
arasında üçüncü yeri tutur. Məscidin VIII əsrin sonlarına aid olan ilkin ti-
kilisi qalmamışdır. Keçən əsrlər ərzində məscid-kompleks Səfəvi hakimləri,
Şirvanşahlar tərəfindən bir neçə dəfə bərpa edilmişdir. XX əsrin əvvəllərin-
də Bakı xeyriyyəçisi Dadaşovun vəsaiti ilə sərdabədən şimalda yeni məscid
binası tikilmiş, sərdabə və köhnə məscid yenidən qurulmuşdur. 1936-cı ilin
sentyabr ayında Sovet hakimiyyətinin dinə qarşı apardığı kampaniyanın
gedişində Bibiheybət məscidi partladılmışdır. 1998-ci ildə Azərbaycan Pre-
zidenti Heydər Əliyevin sərəncamı ilə məscidin yenidən tikilməsinə baş-
lanmışdır. 14 iyul 2008-ci il tarixdə “Bibiheybət” kompleksinin açılışı ol-
muşdur.
77
«Rekord” – kinoteatr, Bolşaya Morskaya (Bülbül pr.) küçəsi, Birjevaya
meydanında (Sahil) yerləşirdi. 1912-ci ildə dairəvi formada taxtadan tikil-
miş bina əvvəlcə sirk üçün nəzərdə tutulmuş, 1914-cü ildə yenidənqurma
işlərindən sonra 2000 nəfər tamaşaçı tutumu olan kinoteatra çevrilmiş-
di. Mart hadisələri günlərində kinoteatrın binasına əsir götürülmüş azər-
baycanlılar gətirilirdi. Erməni əsgərlərinin binanı, içərisindəki insanlarla
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
400
birlikdə yandırmaq cəhdinin qarşısı qırmızı qvardiyaçılar, rus əsgərləri
tərəfindən alınmışdır. Kinoteatrın binası 1923-cü ildə, yerləşdiyi keçmiş
Birjevaya meydanının (1917-ci ildən “Hürriyyət” meydanı, 1920-ci ilin
sentyabr ayında Aşqabaddan Bakıya gətirilmiş komissarların cəsədlərinin
dəfnindən sonra 26 Bakı Komissarı meydanı) genişləndirilməsi və yenidən
qurulması ilə əlaqədar sökülmüşdür.
78
“İsgəndəriyyə” – mehmanxana, Bazarnaya və Kolyubakinskaya
küçələrinin kəsişməsində (Azərbaycan, N.Rəfibəyli) yerləşirdi, Hacı Məm-
məd Sadıq Zərbəliyevə məxsus idi, “müsəlman” mehmanxanası sayılırdı.
1918-ci il mart hadisələri günlərində bütünlüklə yandırılmışdır. Hazırda bu
binanın yerində çoxmərtəbəli yaşayış binası yerləşir.
79
“İslamiyyə” – mehmanxana, Bazarnaya küçəsində, Quberniya və Poç-
tovaya küçələrinin kəsişməsində (Azərbaycan, Nizami, S.Tağızadə) yerləşir-
di. 1884-1885-ci illərdə mülki mühəndis N.P.Tverdoxlebov və A.S.Kandinov
tərəfindən tikilmişdir. Hacı Mustafa Rəsulova məxsus idi, “müsəlman”
mehmanxanası sayılırdı. 1918-ci il mart hadisələri günlərində bütünlüklə
yandırılmışdır. Hazırda bu binada mənzillər, ticarət obyektləri yerləşir.
80
“Hacınski-Çələkən” – aksioner cəmiyyəti, tanınmış Bakı sənayeçisi
və xeyriyyəçi İsa bəy Hacınskiyə (1861-1919), məxsus idi. Bakı şəhər Duma-
sının və Bakı qradonaçalnikliyində Barışdırıcı komissiyanın üzvü, Bakı
birjasında arbitraj komissiyasının üzvü, fəxri barışdırıcı hakim İ.b.Hacıns-
ki bir neçə neft sənayesi və ticarət firmalarının və kompaniyalarının, Ab-
şeronda və Çələkən yarım-adasında (Zakaspi vilayəti) neft mədənlərinin,
kerosin zavodu, balıq vətəgələri və s. mülkiyyətçisi idi. “Hacınski-Çələkən
neft kompaniyası”na 1.25 milyon funt-sterlinq ingilis kapitalı mənsub idi.
81
Yeni gömrük – yeni, ikinci Bakı gömrükxanasının binası 1-ci Çernoqo-
rodskaya və 2-ci Zavodskaya (Y.Səfərov – F.Qəmbərov) küçələrinin tinində
yerləşirdi. Köhnə gömrükxana – Naberejnaya II Aleksandra (Neftçilər pros-
pekti), 47 ünvanda idi. Mart qırğınlarından sonra yaxın küçələrdən meyit-
lər bu binanın həyətinə yığılmışdı və öz doğmalarını axtaran insanlar ora-
ya gəlirdilər.
82
“Vulkan” – mexaniki çuqun-mis tökmə zavodu, Çornıy Qorodda (Qara
şəhər), 10-cu Zavodskaya (Ələddin Quliyev) küçəsi 10-da yerləşirdi. Mart ha-
disələrindən sonra erməni silahlı dəstələri tərəfindən vəhşicəsinə öldürül-
müş minlərlə insanın meyitləri bu zavodun həyətinə yığılmışdı. Onların
çoxunu tanımaq mümkün deyildi. Öz doğmalarını axtaran insanlar bura-
ya gəlirdilər.
401
QEYDLƏR
83
“Bahi” – minarəsiz məscid, yaxud ibadət evi. XIX əsrin ikinci yarısın-
da İranda yaranmış “bəhailik” dini təliminin tərəfdarlarına mənsub idi. Bu
təlimin banisi – Bəhaulla kimi tanınan Mirzə Hüseyn Əli, müqəddəs kitabı
– “Kitab-e Əqdəs” olmuşdur. Məscid-mədrəsə bəhailərin, o cümlədən Bakı
neft sənayeçisi Musa Nağıyevin vəsaitinə tikilmiş, Çadrovaya küçəsi (Mir-
zağa Əliyev) 216 saylı kiçik bir evdə yerləşirdi. Küçə tərəfdən evin baş qapısı
üzərində fikrə dalmış nurani bir qocanın - bir növ Şeyx Bəhaullanın qo-
relyefi həkk edilmişdi. Sənəddə göstərilən ərazidə - “Poxlı Dərə”də bu adda
məscid olmamışdır. Güman etmək olar ki, söhbət ibadət evindən gedir.
84
“Neft” – Ruskoye Tovarişestvo – Rus Birliyi - şirkət, 1883-cü ildə təş-
kil olunmuş, fəaliyyətə nəqliyyat və ticarət müəssisəsi kimi başlamış, son-
ralar Bakı mədən rayonunda mədənlər və zavodlar almış, neft hasilatı və
emalı ilə məşğul olmuşdur. Bakının Sabunçu, Suraxanı kəndlərində, həm-
çinin Qroznı, Fərqanə və Uxtada mədənləri var idi, baş idarəsi Peterburqda
yerləşirdi. Azərbaycan İnqilab Komitəsinin dekreti ilə 27 may 1920-ci il ta-
rixdə milliləşdirilmişdir.
85
Hürriyyət meydanı – 1918-ci ildə Birjevaya meydanı adlanırdı, hazır-
da Sahil bağı.
86
Mixaylovskaya xəstəxanası – Balaxanskaya küçəsində, Tatarskaya
küçəsinin tini, (Füzuli, Əlimərdan bəy Topçubaşov) yerləşirdi. Bakıda ən
qədim tibb müəssisəsi, müqəddəs Nina məktəbi Nikolayevskaya küçəsin-
dəki yeni binaya köçdükdən sonra, onun binasını tutmuşdu. Xəstəxananın
geniş ərazisində müxtəlif vaxtlarda (1881-1913) N.A. fon der Nonne, İ.V.Qos-
lavski, Zivər bəy Əhmədbəyovun layihələri əsasında ayrı-ayrı korpuslar
tikilmişdir. Hazırda – binada doğum evi yerləşir. 1918-ci il mart qırğınları
qurtardıqdan sonra ətraf ərazilərdə öldürülmüş müsəlmanların meyitləri-
ni xəstəxananın həyətinə yığmışlar, qohumları öz yaxınlarının cəsədlərini
burada axtarırdılar.
87
Tağıyev pasajı – H.Z. Tağıyevə mənsub ticarət müəssisəsi, Velikoknya-
jeskaya – Olqinskaya (M.Ə.Rəsulzadə) küçəsində, Merkuryevskaya və Bara-
tinskaya (Z.Əliyeva, Ə.Əlizadə) küçələrinin tinində 4 saylı binada yerləşirdi.
1896-1898-ci illərdə mülki mühəndis K.B.Skureviç tərəfindən tikilmişdir.
Sovet dövründə - Bakı univermağı, hazırda – mağazalar şəbəkəsi. Pasajla
üzbəüz Velikoknyajeskaya – Olqinskaya küçəsində yerləşən və 1912-ci ildə
mülki mühəndis K.A.Borisoqlebski tərəfindən tikilmiş “Olqinskaya cər-
gələri”ndə ticarət-məişət obyektləri, restoranlar və s. yerləşirdi. Sovet döv-
ründə və hazırda bu binada Xəzər Gəmiçiliyi idarəsi yerləşir.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
402
88
Şəhər Nəqliyyatı müəssisəsi (Qorodskoy oboz) – 5-ci və 6-cı Kanita-
pinskaya küçələrinin arasında, Tatyaninskaya küçəsinin tinində (V.Plotni-
kov, Y.Tağızadə, S. Hacıbəyli) yerləşirdi.
89
Müqəddəs Nina məktəbi – Bakıda qadın təhsil müəssisəsi. Nikolayev-
skaya küçəsi, (İstiqlaliyyət) 33 ünvanlı binada yerləşirdi. Keçmiş xəstəxana
binası, 1880-cı ildə mülki mühəndis D.Buynov tərəfindən yenidən qurul-
muş, bir neçə korpus birləşdirilərək Müqəddəs Nina təhsil müəssisəsi üçün
yararlı edilmişdir. Hazırda - 132 və 134 saylı orta ümumtəhsil məktəblərinin
binası.
90
Biçeraxovun dəstəsi - Birinci Dünya müharibəsində çar Rusiyasının
İran ərazisində apardığı hərbi əməliyyatlarda iştirak edən kazak dəstə-
si. Oktyabr çevrilişindən sonra buraxılmışdır. İrandakı ingilis hərbi qüv-
vələrinin komandanlığı polkovnik L.Biçeraxovun (osetin kazaklarından)
başçılıq etdiyi 1500 nəfərlik kazak dəstəsini öz tərəfinə çəkmişdir. İngilis
generalı Denstervilin gizli tapşırığını yerinə yetirən Biçeraxovun dəstəsi
Bakı Xalq Komissarlar Sovetindən türk qoşunlarına qarşı birgə əməliyyat
aparmaq üçün razılıq alaraq, 1918-ci il 5 iyulun 5-də Ələt stansiyası yaxın-
lığında Xəzər sahilinə çıxmışdır. Ermənilərdən ibarət Qırmızı Ordu tərə-
findən hərbi yardım almayan Biçeraxovun dəstəsi, məğlubiyyətə uğramaq
təhlükəsi qarşısında iyulun 30-da ona tapşırılmış cəbhə xəttini tərk etmiş
və Dağıstanda antisovet qoşunları ilə birləşmək üçün Port-Petrovsk (Ma-
haçqala) istiqamətinə yönəlmişdir. General Biçeraxovu həmin qərarın qə-
buluna sövq edən səbəblərdən biri də Şaumyanın başçılıq etdiyi Bakı Xalq
Komissarlar Soveti ilə əlaqələrinin həddindən artıq pozulması idi. İngilis
generalı Denstervilin şəhadətinə görə “Bakıda onun hərəkətlərini məkrli
hesab edir, özünü isə xain adlandırırdılar; ancaq biz özümüz də bu insan-
ların hansı qəbildən olduğunu yalnız sonralar anladıq və qoşunlarımızı
faydasız qurban getməkdən xilas etmək üçün Bakını tərk etməyə məcbur
olduq”. 1918-ci il noyabrın 17-də Biçeraxovun hərbi dəstəsi ingilis qoşun-
ları ilə birgə yenidən Bakıya daxil olmuşdur. Bu dəfə onun hərbi qüvvəsi-
nin əksəriyyəti Bakı azad edildikdən sonra şəhərdən qaçmış ermənilərdən
ibarət idi. Dəstə ilə birlikdə Bakı, Şamaxı və Petrovskda müsəlman qırğınla-
rının bəzi təşkilatçıları da Bakıya qayıtmışlar. Nəzarətsiz dəstə Bakı və ətraf
kəndlərin sakinlərinə qarşı öz azğınlığı və qəddarlığı ilə fərqlənmiş, hətta
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərini də təhqir etmək hal-
larına yol vermişdir. Denikinin Könüllü ordusu komandanlığına tabe olan
Biçeraxovun dəstəsinin Bakıda qalmasında maraqlı olmayan ingilis ko-
403
QEYDLƏR
mandanlığı, Biçeraxovun dəstəsinin və erməni hərbi hissələrinin tərksilah
olunması və şəhərdən çıxarılması haqqında AXC Hökumətinin notasını
dəstəkləmişdir. L. Biçeraxov təltif olunmaq adı ilə Londona dəvət edilmiş,
onu əvəz edən general Erdeliyə isə 1919-cu il fevralın 28-də öz qoşunlarını
24 saat ərzində Azərbaycan ərazisindən çıxarmaq haqqında ultimatum ve-
rilmişdir. Ultimatum dərhal yerinə yetirilmişdir.
91
Şaxsey- vaxsey - Kərbəla döyüşündə (680-ci il) dördüncü xəlifə Əlinin
oğlu İmam Hüseynin öldürülməsi münasibətilə şiə müsəlmanların məş-
hur dini matəm ayini (qəməri təqviminin birinci ayı – məhərrəmin ilk on
günü keçirilir). Şaxsey-vaxsey ayini Əli və Hüseynin həyatından bəhs edən
və Kərbəla qırğınları təsvir olunan şəbihlər və “Şah Hüseyn, Vay-Hüseyn”
qışqırıqları ilə özünə işgəncə verməklə Hüseynin dəfnini təqlid edən mə-
rasimlə müşayiət olunur.
92
Yefimov qardaşlarının sirki - taxta bina, Birjevaya küçəsində (Üzeyir
Hacıbəyov) yerləşirdi. 1920-ci illərin sonlarında sökülmüşdür. Hazırda hə-
min yerdə Rabitə Nazirliyinin binası yerləşir.
93
Vəzirov Mir Həsən Seyid Kazım oğlu - (1889-1918), siyasi xadim, sol
eser. 1917-ci ildən bolşeviklərlə əməkdaşlıq etmişdir. Müsəlman ictimai təş-
kilatları İcraiyyə Komitəsinin katibi (1917-ci il 14 iyuldan), Bakı Sovetinin
yeni İcraiyyə Komitəsinin üzvü (1917-ci ilin noyabrından), Bakı qəzası kəndli
deputatların I qurultayının İcraiyyə Komitəsi sədrinin müavini (may 1918).
Bakı Xalq Komissarları Sovetinin tərkibində torpaq komissarı kimi torpaq
haqqında dekreti imzalamışdır. 1918-ci il 20 sentyabr tarixində 26 Bakı ko-
missarları sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.
94
Mahmudbəyov Həbib bəy Hacı İbrahimxəlil oğlu – (1864 - 1928), ta-
nınmış maarifçi, pedaqoq, Bakı şəhər Dumasının üzvü. Sultan Məcid Qəni-
zadə ilə birlikdə Bakıda 1887-ci ildə rus-tatar məktəbinin yaradıcılarından
biri, İçəri şəhərdə (Qalada) ilk rus-tatar məktəbinin direktoru, 1905-1916-cı
illərdə 2-ci dərəcəli Bakı şəhər məktəbinin direktoru. Bakı şəhər Dumasın-
da məktəblər komissiyasının üzvü, Azərbaycan müəllimlərinin I qurul-
tayının nümayəndəsi. 1916-cı ildən pedaqoji fəaliyyətdən uzaqlaşmışdır.
Sovet hakimiyyətinin ilk illərində (1921-1927) Ali pedaqoji institutun direk-
tor müavini işləmişdir. 1928-ci ildə Bakıda vəfat etmişdir. 1918-ci il Bakıda
mart hadisələri günlərində onun evi ermənilər tərəfindən qarət olunmuş-
dur, qızı FTK-na ifadə vermişdir.
95
Bakı Neft Sənayeçiləri Qurultayı Şurası - Bakı neft sənayeçiləri qu-
rultayının daimi icra orqanı, Rusiya burjuaziyasının 1884-cü ildə Bakıda
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
404
yaradılmış ilk sahibkar təşkilatlarından biri. Həmin il Bakıda keçirilmiş
Bakı neft sənayeçilərinin I qurultayında yaranmışdır. Hər il çağırılan qu-
rultayların məqsədi bütövlükdə Bakı neft sənayeçilərinin geniş maraq da-
irəsinə daxil olan məsələlərin müzakirəsi və neft sənayeçilərinin məna-
feyinin hökumət orqanları qarşısında müdafiə edilməsi idi. Əvvəllər Şura
neft istehsalçılarının geniş dairəsinin maraqlarını əks etdirmişdir. Lakin
tezliklə senz sisteminin (hüquqi məhdudiyyətlər) tətbiqi nəticəsində qu-
rultaylarda və onların orqanlarında rəhbər mövqelər iri firmalara keçmiş-
dir. Uzun illər ərzində (1890-cı ildən başlayaraq) Şuraya ermənilər, o cümlə-
dən P.O. və A.O.Qukasov qardaşları rəhbərlik etmişlər. 1918-ci ildə Bakı Xalq
Komissarları Soveti onun fəaliyyətini nəzarətə götürmüşdür. Azərbaycan
İnqilab Komitəsinin 1920-ci il 27 may tarixli fərmanı ilə ləğv edilmişdir.
96
Tatarlar – azərbaycanlılar nəzərdə tutulur. Çar Rusiyası hakimiyyəti
dövründə azərbaycanlıları belə adlandırırdılar.
97
Aleksandr-Nevski kilsəsi - pravoslav kilsə, 1888-1898-ci illərdə Persi-
dskaya küçəsində (M.Muxtarov ) memarlıq üzrə akademik R.R. Marfeldin
layihəsi (Novoafon kilsəsinin surəti) əsasında, mülki mühəndis İ.V. Qoslav-
ski tərəfindən inşa edilmişdir. 1888-ci ildə Bakıda kilsənin təməl qoyma
mərasimində Rusiya imperatoru III Aleksandr iştirak etmişdir. Kilsə 1920-
ci illərin sonlarında Sovet hökumətinin dinə qarşı mübarizə kampaniya-
sının gedişində partladılmış, onun bünövrəsində 1950-ci illərdə bir neçə
məktəb binaları tikilmişdir. Hazırda həmin binalarda 189, 190 nömrəli və
Bülbül adına məktəblər yerləşir.
98
Topçubaşov Əlimərdan bəy Ələkbər bəy oğlu- (1863-1934), görkəmli
ictimai, siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilə-
rindən biri. AXC parlamentinin sədri (1918-ci il 7 dekabr - 1920-ci il 28 ap-
rel). “Kaspi” qəzetinin baş redaktoru, Bakı şəhər Dumasının üzvü, Rusiya
imperiyasının müsəlman liderlərindən biri, Rusiya imperiyasının müsəl-
man qurultaylarının təşkilatçısı və fəal iştirakçısı, Bakı Quberniyasından
I Dövlət Dumasının deputatı. AXC dövründə yerinə yetirdiyi vəzifələr: hö-
kumət kabinəsi tərkibində əvvəlcə portfelsiz nazir, 1918-ci il avqustun 20-
dən xarici işlər naziri. Avqustun 23-dən AXC-nin fövqəladə səfiri və səla-
hiyyətli naziri kimi İstanbula ezam olunmuşdur. 1918-ci il dekabrın 7-də
qiyabi olaraq Azərbaycan Parlamentinin sədri seçilmişdir. 1918-ci ilin de-
kabrın 28-də Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin
sədri təyin olunmuşdur. 1919-cu il mayın 28-də AXC-nin yaranmasının bi-
rinci ildönümü günü ABŞ prezidenti Vudro Vilsona Memorandum və Cə-
405
QEYDLƏR
nubi Qafqazda ilk demokratik müsəlman dövləti haqqında materialları, o
cümlədən Fövqəladə Təhqiqat Komissiyasının sənədlərini təqdim etmişdir.
1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
Parisdə mühacirətdə qalmış, Azərbaycan mühacirətinin siyasi həyatında
fəal iştirak etmişdır. 1934-cü ildə Parisdə vəfat etmişdir. Mart hadisələri za-
manı erməni əsgərləri tərəfindən həbs olunmuşdur.
99
Mamona - bəzi qədim xalqlarda sərvət, dövlət allahı, tamahkarlıq, ac-
gözlük mənasında da işlədilir.
100
Larionovun xəstəxanası – doktor P.A.Larionovun cərrahlıq və qadın
xəstəxanası, Bazarnaya və Qubernskaya küçələrində (Azərbaycan və Niza-
mi) yerləşən tibbi müəssisə. Bakının keçmiş İctimai Şəhər rəisi, andlı ic-
lasçı Y.N.Smirnovun xanımına məxsus idi. Hazırda – stomatoloji klinika.
101
Korqanov (Korqanyan) Qriqori Nikonoviç – (1886-1918), bolşevik
xadimi. 1917-ci il fevral inqilabından sonra Qafqaz inqilabi ordu təşkilat-
larının yaradılmasında fəal iştirak etmişdir. 1918-ci il martın 30-dan 31-
nə keçən gecə azərbaycanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmək
üçün “Bakı və onun rayonlarında ali hərbi-siyasi orqan” adı ilə yaradılmış
“İnqilabi Müdafiə Komitəsi”nə daxil idi. Bakıda 1918-ci ilin mart hadisələri
günlərində dinc azərbaycanlı əhalisinə qarşı şəhərin müsəlman hissələ-
rində hərbi əməliyyatlar aparan Qızıl Ordunun bolşevik-daşnak briqadala-
rının hərbi əməliyyatlarına başçılıq etmişdir. 1918-ci ilin aprelindən Bakı
Xalq Komissarları Sovetində hərbi-donanma işləri üzrə xalq komissarı. Şa-
umyanla birlikdə Amazaspın cəza dəstələrinin Quba qəzasına göndərilmə-
si haqqında qərar qəbul etmişdir. Bakının azad olunması uğrunda gedən
döyüşlərdə Türk-Azərbaycan silahlı qüvvələrinə qarşı hərbi əməliyyatların
təşkilatçılarından biri olmuşdur. 1918-ci il sentyabrın 20-də 26 Bakı Komis-
sarları sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.
102
Əhmədov Əsədulla – (?-?), tanınmış ictimai-siyasi xadim, Bakı şəhər
Dumasının üzvü. Bakı müsəlman xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü,
“Nəşri-maarif” müsəlman maarifçilik cəmiyyətinin təsisçilərindən biri.
Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü. Azər-
baycan Xalq Cümhuriyyəti dövründə AXC Parlamentinin deputatı. Bitərəf-
lər fraksiyasına daxil idi, bu fraksiyada baş vermiş parçalanmadan sonra
“Müsavat” fraksiyasına keçmişdir.
103
Kojemyako D.İ. – ( ? - ? ), bolşevik, RSDFP üzvü, peşəsi üzrə çilingər,
bir sinifli xalq məktəbini bitirmişdir. Partiya tapşırığı ilə həmkarlar ittifaq-
larında, həmçinin istintaq orqanları, hərbi tribunallar, əmək məhkəmələ-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
406
rində müstəntiq işləmişdir. 1918-ci ildə Bakıda bolşevik hakimiyyətinin
Bakı və Şamaxı hadisələrindən sonra, əsasən müsəlman əhalisini, xüsusilə
Bakıya və Azərbaycanın digər qəzalarına axışmış minlərlə Şamaxı qaçqın-
larını sakitləşdirmək məqsədilə yaratdığı Fövqəladə Hərbi Təhqiqat Komis-
siyasının (FHTK) sədri təyin edilmişdir. Komissiya Stepan Lalayev başda
olmaqla erməni hərbi hissələrinin Şamaxının dinc müsəlman əhalisinə
qarşı törətdikləri amansız vəhşilikləri, o cümlədən içi qadın və uşaqlarla
dolu Şamaxı məscidinin tamamilə yandırılması faktlarını araşdırmalı idi.
Komissiyaya daxil olan, o cümlədən Şamaxının rus keşişindən alınmış
sənəd-şəhadətlər əsasında Kojemyako istintaq apararaq S.Lalayevi həbs et-
mişdir. Lalayev elə kabinetdən S.Şaumyana zəng etmiş, Kojemyakonu tele-
fona çağıran Şaumyan onu “bu nə oyunlardır, Lalayevi həbs etmək ayıbdır”
deyə məzəmmət etmişdir. S.Lalayev azadlığa buraxılmış, bir neçə gündən
sonra FHTK ləğv edilmişdir. Sovet dövrü Kojemyako yenidən Ədliyyə Xalq
Komissarlığı (ƏXK) orqanlarında işə göndərilmişdir. Hüquq kurslarında
dərs demiş, Sovet Ticarət İşçiləri İttifaqında hüquq məsləhətçisi işləmiş-
dir. 1926-cı ildə ƏXK-da qanunvericilik şöbəsinə hüquq məsləhətçisi təyin
edilmişdir. 1927-ci ilin yanvarında bu sahədə zəruri nəzəri və praktiki bilik-
lərə malik olmadığını əsas gətirərək işləməkdən imtina etmişdir: “Mənim
ƏXK-na öz iradəmlə deyil, partiya tərəfindən göndərildiyim üçün... hesab
edirəm ki, mən kommunist kimi partiya qarşısında bütün öhdəliklərimi
yerinə yetirmişəm və mənim ƏXK-da bundan sonrakı fəaliyyətim onun bü-
dcəsi üçün artıq xərcdir. Məvacib alıb, heç bir fayda gətirməməyi isə mən
namuslu kommunist kimi bacarmıram...” Lakin, ƏXK Az.KP MK-nın razılı-
ğı olmadan Kojemyakonun işdən azad olunmaq barədə xahişini yerinə ye-
tirməmiş, onun özbaşına işə gəlməməyi isə partiya intizamının pozulması
kimi qiymətləndirilmişdir. Kojemyakonun Bakı şəhəri üzrə Xalq hakimi
vəzifəsinə keçirilməsi məsələsi - bu orqanda “bir nəfər də partiya üzvünün
olmadığı” nəzərə alınmaqla – müzakirə olunmuşdur. Sonrakı taleyi məlum
deyildir.
104
Heydərov İbrahim Qasım bəy oğlu – (1879 - ?), yol mühəndisi, Dağıs-
tandan və Zaqatala dairəsindən III Dövlət Dumasının deputatı, sosial-de-
mokrat fraksiyasına daxil idi, sonra müsəlman fraksiyasına keçmişdir.
Bakı şəhər idarəsinin üzvü. 1907-ci ildən “Nəşri-maarif” müsəlman maa-
rifçilik cəmiyyətinin idarə heyətinin üzvü. 1914-cü ilin yanvarından “Səfa”
müsəlman xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü, 1916-cı ilin martın-
dan “Nicat” müsəlman xeyriyyə cəmiyyətinin sədr müavini. Qafqaz müsəl-
407
QEYDLƏR
manları qurultayında (1917, 15-20 aprel) rəyasət heyətinin üzvü seçilmişdir.
1917-ci ildə Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Dağıstan vilayətində
Müvəqqəti hökumətin komissarı təyin edilmişdir. Zaqafqaziya Seymində
sosialistlər blokuna daxil idi, 1918-ci il aprelin 26-da yaradılmış Zaqafqazi-
ya Demokratik Federativ Respublikası hökumətində dövlət nəzarəti naziri
postunu tutmuşdur. Bakıda mart hadisələri ilə əlaqədar, 1918-ci il aprelin
20-də Zaqafqaziya Seymi tərəfindən Bakı Soveti ilə danışıqlar aparmaq
üçün Bakıya ezam olunmuş, burada bolşeviklər tərəfindən həbs edilmiş-
dir. Şimali Qafqaz Dağlı Respublikasında poçt-teleqraf naziri. Paris Sülh
Konfransına danışıqlara göndərilən nümayəndə heyətinə daxil idi. Dağlı
Respublikası hökuməti dağıldıqdan sonra Bakıya qayıtmış, AXC-nin icti-
mai-siyasi həyatında fəal iştirak etmiş, xeyriyyə işləri ilə məşğul olmuşdur.
1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
Fransaya mühacirət etmişdir.
105
Fövqəladə Hərbi Təhqiqat Komissiyası – nəzərdə tutulur. Bolşevik
hökuməti tərəfindən 1918-ci ildə əsasən Şamaxı hadisələrini təhqiq etmək
üçün yaradılmışdır. 1918-ci ilin mart-aprel aylarında şəhərin və qəzanın
müsəlman əhalisinə qarşı görünməmiş vəhşiliklər törədilmiş, Şamaxı
şəhəri isə tamamilə yandırılmışdır. FHTK sədri D.İ.Kojemyako tərəfindən
Şamaxı qırğınlarının əsas təşkilatçılarından biri Stepan Lalayev həbs edil-
miş, lakin S.Şaumyanın şəxsi müdaxiləsindən sonra azadlığa buraxılmış-
dır. Bu hadisədən az sonra FHTK ləğv edilmişdir. Bakılıların şikayətinə görə
saxlanılmış digər ermənilər də azadlığa buraxılmışlar. Ətraflı bax: Kojem-
yako D.İ.
106
Fövqəladə Hərbi Təhqiqat Komissiyası – nəzərdə tutulur.
107
Rus-tatar məktəbi (rus-müsəlman məktəbi) – XIX əsrin ikinci yarı-
sında rus ictimai-pedaqoji fikrinin və mütərəqqi məktəb təcrübəsinin tə-
siri ilə Azərbaycanda yaradılan xüsusi məktəb növü. İlk məktəblər 1875-ci
ildə Qazax qəzası, Salahlı kəndində, 1887-ci ildə isə Bakıda açılmışdır. Son-
radan bütün Azərbaycanda yayılmış bu məktəblərin yaradılması və inki-
şafı müəllimlər Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadənin
adı ilə bağlıdır. Əvvəlcə 1 sinifli (tədris müddəti -2 il), sonra ikisinifli (təhsil
müddəti - 4 il) olan məktəblərdə azərbaycanlı şagirdlər ana dilində təhsil
alır, Azərbaycan, fars və rus dilləri, hesab, coğrafiya, tarix və şəriət tədris
edilirdi. Oğlanlar və qızlar ayrı oxuyurdular.
108
Şah məscidi - şəhərin tarixi hissəsi olan İçəri şəhər Qalasında Şir-
vanşahlar sarayının ansamblına daxildir (XV-XVI əsrlər). Mart hadisələri
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
408
zamanı məscidin minarəsi artilleriya mərmilərindən zədələnmişdir.
109
“Şərq cəmiyyəti” – “Vostoçnoye obşestvo”, əmtəə anbarlarının, əmtəə
mallarının borca verilməklə sığortalanması, daşınması cəmiyyəti, 1893-cü
ildə yaradılmışdır, malların saxlanması üçün anbarları vardı, Rusiyaya və
xaricə dəmiryolu, su və maşın yolları vasitəslə malların daşınması, neft
məhsullarının satışı, borc verilməsi ilə məşğul olmuş, malların alış-verişi
üzrə komisyon tapşırıqlarını yerinə yetirmişdir. İdarəsi Peterburqda, kon-
toru Bakıda yerləşirdi. 1917-ci ilin yanvar ayından “Qafqaz və Merkuri” cə-
miyyəti ilə birləşmişdir. 1920-ci ilin may ayında Sovet hökuməti tərəfindən
ləğv edilmişdir.
110
Qafqaz və Merkuri - gəmiçilik cəmiyyəti, 1859-cu ildə Xəzər dənizin-
də və Volqa, Oka, Kama çaylarında yük və sərnişin daşınması məqsədilə
təsis edilmişdir. İdarəsi Peterburqda, kontoru Bakıda yerləşirdi. Cəmiyyət
1917-ci ilin yanvar ayının 1-dən “Əmtəə anbarlarının Şərq cəmiyyəti” ilə
birləşmişdir. 1920-ci ilin may ayında Sovet hökuməti tərəfindən ləğv edil-
mişdir.
111
Srvantsyan Amazasp – (1873-1921), rus ordusunun keçmiş zabiti,
“Daşnaksütun” partiyasının üzvü, qatı millətçi, terrorçu. Osmanlı İmpe-
riyası Van şəhərində anadan olmuşdur. Gənc yaşlarından erməni millət-
çi-terror hərəkatında iştirak etmiş, Türkiyə hakimiyyətinin təqiblərindən
qorxaraq İrəvana, sonra isə Şuşa şəhərinə getmişdir. 1905-1907-ci illərdə
türk və azərbaycanlı əhalisinə qarşı törətdiyi çoxsaylı qanlı təcavüzkar
əməlləri ilə tanınmışdır. 1908-ci ildə digər daşnak xadimlərlə birlikdə çar
hökuməti tərəfindən həbs edilmiş və 15 il müddətinə Sibirə sürgün edil-
mişdir. 1913-cü ildə oradan qaçmağa müvəffəq olmuş, əvvəl Avropaya, 1914-
cü ildə Konstantinopola getmişdir. Birinci Dünya müharibəsi zamanı 3-cü
erməni könüllü drujinasının komandiri olmuş, 1915-ci ildə Van, Bitlis və
Xizən döyüşlərində iştirak etmiş, yeli türk əhalisinə qarşı qırğınlar törət-
mişdir. 1917-ci ilin fevralında Rusiyada, Alaşkert rayonunda polis dəstələri-
nin başçısı təyin edilmişdir. 1918-ci ilin əvvəlində Bakıya gəlmiş, burada er-
məni hərbi birləşmələrinə başçılıq etmişdir. Bakıda Erməni Milli Şurasının
üzvü olmuşdur. Qızıl Ordunun 3-cü briqadasının komandiri kimi 1918-ci
il mart-sentyabr aylarında Bakıda və Azərbaycanın regionlarında erməni
silahlı dəstələrinin dinc müsəlman əhaliyə qarşı hücumlarına rəhbərlik
etmişdir. 1918-ci il may ayının əvvəllərində Quba qəzasında müsəlman
qırğınları törətmişdir. Xüsusi qəddarlığı ilə ad çıxarmışdır. Başçılıq etdiyi
silahlı dəstəni “cəza dəstəsi”, özünü erməni xalqının qəhrəmanı və onun
409
QEYDLƏR
maraqlarının müdafiəçisi adlandırırdı. Hücuma keçən və 1918-ci ilin sent-
yabrın 15-də Bakını azad edən Qafqaz İslam Ordusu və azərbaycanlıların
hərbi hissələri qarşısında cəbhəni tərk etmiş, əsgərlərini başsız qoyaraq
İrana qaçmışdır. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Ermənis-
tana qayıtmış, Nor Bəyazid regionunda Ermənistan ordusunun komandi-
ri təyin olunmuşdur. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra
həbs edilmiş, 1921-ci ilin fevralında Yerevan həbsxanasında erməni kom-
munistlər tərəfindən öldürülmüşdür.
112
Rus-Asiya Bankı – Bakı şöbəsi 1910-cu ildə açılmışdır, idarə heyəti
Peterburqda yerləşirdi. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun
tarixli dekreti ilə ləğv edilmişdir. Bankın 1903-1905-ci illərdə tikilmiş bina-
sı Qorçakovskaya küçəsi, 3 ünvanda (Hacı Zeynalabdin Tağıyev) yerləşirdi.
Hazırda həmin binada Azərbaycan Beynəlxalq Bankının Mərkəzi şöbəsi
yerləşir.
113
Diktatura dövrü - 1918-ci il avqust ayının 1-də, Bakıda Sovet hakimiy-
yətinin süqutundan sonra yaradılmış “Sentrokaspi Diktaturası” – “Mərkəzi
Xəzər və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsinin Diktaturası” adlanan
hökumətin hakimiyyətdə olduğu vaxt – 1918 ci il, 1 avqust - 15 sentyabr –
nəzərdə tutulur. Partiya mənsubiyyətinə görə bu hökumət daşnaklar, sağ
eser və menşeviklərdən, milli mənsubiyyətinə görə erməni və ruslardan
ibarət idi. Hərbi qüvvələrini, əsasən Bakı Kommunası dövründə formalaş-
mış erməni-daşnak dəstələri təşkil edirdi. Bakının müsəlman əhalisinə
qarşı son dərəcə kəskin münasibət tutmuş, bu dövr erməni özbaşınalıqla-
rı, müsadirə adı ilə talanlar, qarətlər və qətllər davam etmişdir. Diktatura
liderləri Azərbaycan və Türkiyə hərbi qüvvələrindən ibarət Qafqaz İslam
Ordusunun Bakıya doğru irəliləyişinin qarşısını almaq üçün İrandakı in-
gilis hərbi qüvvələrini Bakıya dəvət etmişlər. 1918-ci il 4 və 17 avqust ta-
rixlərdə Şimali İranda Britaniya qoşunlarının komandanı general Dens-
tervillin rəhbərliyi ilə Bakıya daxil olan ingilis qoşunları, artıq bir aydan
sonra “heç bir qüvvənin Bakını türklərdən xilas etmək iqtidarında olma-
dığına” inanmışlar. Həmin dövr General Denstervillin xatirələrində ətraflı
təsvir edilməklə, erməni-rus oyuncaq Diktatura hökuməti və onun əsasən
ermənilərdən ibarət ordusu haqqında geniş təsəvvür yaradır. “Öz ordula-
rını mənasız yerə qurban verməkdən xilas etmək xətrinə Bakıdan getmək
məcburiyyətində qalan” ingilislər sentyabrın 15-nə keçən gecə ağır döyüş-
lərdən sonra cəbhə xəttini tərk edərək gəmilərə yüklənmiş və İrana – Ən-
zəliyə qayıtmışlar. Diktatura hökuməti ingilislərin bu hərəkətini satqınlıq
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
410
kimi qiymətləndirmiş, onların gəmilərini atəşə tutmuş, lakin elə həmin
gün məğlubiyyətlərini dərk edərək Bakıdan qaçmışdır. 1918-ci il sentyabrın
15-də Bakı şəhəri Qafqaz İslan Ordusu tərəfindən azad edilmişdir.
114
Tomson Ser Uilyam Montqomeri - (1877-1963) nəzərdə tutulur. İngi-
lis zabiti, general-leytenant, 1917-1918-ci illərdə Böyük Britaniya ekspedi-
siya korpusunun İranda ali komandanı. 1918-ci il noyabrın 17-də Mudros
barışıq müqaviləsinə əsasən Bakıya yeridilmiş Müttəfiq qoşunlara başçılıq
etmişdir. Qafqazı və Azərbaycanı Rusiyanın (qeyri-bolşevik) bir hissəsi he-
sab edirdi. Bakıya daxil olduqdan sonra özünü şəhərin general-qubernato-
ru elan etmiş, Bakı şəhərində və quberniyasında bütün inzibati, məhkəmə
və icra hakimiyyətini öz nəzarəti altına almışdır. Şəhərdə hərbi vəziyyət
tətbiq olunmuşdur. Generalın Azərbaycan Cümhuriyyətinə olan ilkin mən-
fi münasibəti, Bakıda siyasi vəziyyətlə və AXC rəhbərliyi ilə tanışlıqdan
sonra qısa müddət ərzində dəyişmişdir. 1918-ci il dekabrın 28-də Azərbay-
can hökuməti Azərbaycan ərazisində müttəfiq komandanlıq və İngiltərə
hökuməti tərəfindən yeganə qanuni hakimiyyət kimi tanınmışdır. 1919-cu
ilin mayında Böyük Britaniya hökumətinin ingilis qoşunlarının Qafqaz-
dan çıxarılması haqqında, şəxsən razı olmadığı, qərarına əsasən Azərbay-
canı tərk etmişdir.
115
Aleksandr-Nevski pasajı – Aleksandr-Nevski cərgələri – Vrangel-
skaya küçəsi 19 (Əhməd Cavad) ünvanda yerləşirdi, 1911-1913-cü illərdə
mülki mühəndis A.A.Nikitin tərəfindən tikilmişdi. Sovet dövrü bu binada
trikotaj fabriki yerləşirdi. Hazırda həmin binanın yerində yaşayış binası
tikilmişdir.
116
Məmmədzadə Mirzə Bala oğlu – (1898-1959), Azərbaycan milli azad-
lıq hərəkatının xadimi, publisist, jurnalist. 1914-cü ildə Bakıda rus-tatar
məktəbini bitirmiş, təhsilini Bakı texniki sənaye məktəbində rus dilində
davam etdirmişdir. Dövri mətbuatda məqalələrlə çıxış etmişdir. Azərbay-
canda Xalq Cümhuriyyəti yarandıqdan sonra “Azərbaycan” qəzetinin müx-
biri, “Gənclər yurdu” jurnalının (Müsavat Partiyasının “Gənclər cəmiyyə-
ti”nin orqanı) redaktoru, Azərbaycan Parlamentində stenoqrafçı. 1919-cu
ilin oktyabr ayından “Müsavat” partiyasının Bakı komitəsinin üzvü. Azər-
baycan sovetləşdirildikdən sonra “Musavat”ın gizli təşkilatının rəhbəri.
1920-ci illərdə Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçi, orta
məktəblərdə müəllim işləmiş, “Yeni yıldız” jurnalında Azərbaycan tarixi
haqqında silsilə məqalələrlə çıxış etmiş, “Azərbaycan türk mətbuatı” (1922)
kitabını nəşr etdirmişdir. Sovet orqanları tərəfindən “İstiqlal” qəzetinin giz-
411
QEYDLƏR
li mətbəəsi aşkar edildikdən sonra həbs edilmiş, lakin azadlığa çıxmışdır.
1924-cü ildə siyasi mühacirət etmişdir. “Yeni Qafqaziyyə”(1923-1927), “Azəri
türk” (1925-1929), “Odlu yurd” (1929-1933), “İstiqlal”(1932-1934) və s. müha-
cirət mətbuatında fəal iştirak etmişdir. 2000-dən artıq məqalənin, bir neçə
kitabın, o cümlədən “Milli Azərbaycan hərəkatı” (1938) - əsərinin müəllifi-
dir. 1949-cu ildə Ankarada yaradılmış “Azərbaycan kültür dərnəyinin” təş-
kilatçılarından biri. M.Ə. Rəsulzadənin vəfatından sonra (1955) “Müsavat”
partiyasının və Azərbaycan Milli Mərkəzinin rəhbəri. 1954-1959-cu illər-
də Münhendə SSRİ-ni öyrənən İnstitutda müxtəlif vəzifələrdə işləmişdir.
Münhendə “Azadlıq” radiosunda çalışmışdır. İstanbulda vəfat etmişdir.
117
“Molot”- 1903-cü ildə təsis olunmuş mexaniki və çuquntökmə zavod-
ları birliyi. Balaxanı, Ramana və Qroznıda mexaniki zavodları var idi. 1920-
ci ilin may ayında Sovet hökuməti tərəfindən milliləşdirilmişdir.
118
12 aprel nəzərdə tutulur. Sənəddə bütün tarixlər köhnə təqvimlə - 13
gün fərqlə verilir.
119
“Vperyod”- qəzet, “Daşnaksütun” partiyası Bakı Mərkəzi Komitəsi-
nin orqanı. 1919-cu ilin yanvar - aprel aylarında Bakıda çap olunmuşdur. 41
sayı çıxmışdır.
120
Tarix düzgün göstərilməyib. Qafqaz müsəlmanlarının qurultayı 1917-
ci il, 15-20 aprel tarixdə Bakıda keçirilmişdir.
121
Müsəlman dili - Azərbaycan dili nəzərdə tutulur
122
Azərbaycan Respublikası Hökumətinin Fövqəladə Təhqiqat Komissi-
yasının səlahiyyətlərinin artırılmasına dair 21 mart 1919-cu il tarixli qərarı
nəzərdə tutulur. Bu qərara əsasən FTK məhkəmə-istintaq hakimiyyətinin
cinayət-prosessual məcəlləyə əsasən malik olduğu bütün hüquqlarla tə-
min edilirdi.
123
Azərbaycan Respublikası Ədliyyə nazirinin Fövqəladə Təhqiqat Ko-
missiyasının sədrinə 25 iyun 1919-cu il, 3166 № li məktub-təklifi nəzərdə
tutulur. Bu məktubda FTK üzvlərinin məruzələri əsasında Qərarların ha-
zırlanması və istintaq aktlarının bu qərarlarla birlikdə sonrakı icraat üçün
Azərbaycan Məhkəmə Palatası Prokuroruna göndərilməsi təklif olunurdu.
124
Tomson Ser Uilyam Montqomeri nəzərdə tutulur. Bax: qeyd 113.
125
F.P. Kokkerel nəzərdə tutulur. Polkovnik, 1916-1918-ci illərdə İranda
ingilis Xüsusi müstəmləkə polisinin rəisi. İngilis polis hakimiyyəti İran-
dan İraqadək əraziləri əhatə edirdi. 1918-ci ilin noyabrında Müttəfiq qoşun-
ların tərkibində Bakıya gəlmiş, Bakıda Müttəfiq dövlətlərin polis komissarı
təyin edilmişdir.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
412
126
Qanun ixtisarla verilir - yalnız müvafiq maddələr göstərilir.
127
Cəfərov Məmməd Yusif Hacıbala oğlu – (1885-1938), görkəmli icti-
mai-siyasi xadim, AXC-nin yaradıcılarından biri, Azərbaycan Parlamenti
sədrinin köməkçisi. Bakı kişi gimnaziyasını və Moskva Universitetinin
hüquq fakültəsini bitirmişdir. IV Dövlət Dumasının deputatı, Rusiyada Fev-
ral inqilabından sonra Müvəqqəti hökumət tərəfindən yaradılmış Xüsusi
Zaqafqaziya Komitəsinin üzvü. Qafqaz müsəlmanları qurultayının işində
iştirak etmişdir (15-20 aprel 1917-ci il, Bakı şəhəri). Zaqafqaziya Komissarlı-
ğında ticarət və sənaye komissarı. Zaqafqaziya Seyminin üzvü, müsəlman
fraksiyasına daxil idi. Məmməd Əmin Rəsulzadənin sədrliyi altında Mü-
vəqqəti Milli Şuranın İcraiyyə Komitəsinə daxil olmuşdur. 27 may 1918-ci
il tarixdə Azərbaycanın müstəqilliyi haqqında Akt qəbul etmiş Azərbaycan
Milli Şurasının üzvlərindən biri. Birinci Azərbaycan Hökumətində ticarət
və sənaye naziri, 1918-ci ilin iyununda hökumət istefaya getdikdən sonra
Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəsi (iyun 1918-ci il – mart
1919-cu il). Dördüncü Azərbaycan Hökumətində Xarici işlər naziri. 1920-ci
ilin fevralından aprel ayınadək Azərbaycan Parlamenti Sədrinin birin-
ci köməkçisi (müavini) olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra
təsərrüfat orqanlarında hüquq məsləhətçisi işləmişdir. 1938-ci ildə Bakı
şəhərində vəfat etmişdir.
128
Vəkilov Məmməd Ağa Mustafa Ağa oğlu – (1862-1941), maarifçi, icti-
mai xadim. Qazax qəzasının Salahlı kəndində anadan olmuş, 1883-cü ildə
Qori gimnaziyasını bitirmiş, Kutaisi qəzasında kənd müəllimi, sonra Qori
seminariyasında müəllim işləmişdir. Kutaisi hərbi Qubernatorluğunda
mülki müşavir rütbəsində, Qafqaz Canişininin dəftərxanasında, hərbi-xalq
məsələləri üzrə İdarənin Xüsusi şöbəsində mülki kollec asessoru rütbəsin-
də tərcüməçi işləmişdir. Qafqaz canişini Vorontsovun təşəbbüsü ilə 20 fev-
ral 1906-cı il tarixində keçirilmiş erməni-müsəlman danışıqlarında Qafqaz
türk-müsəlman xalqlarının nümayəndə heyətinə daxil idi. 1912-ci ildən
Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri olmuş, bi-
rinci dünya müharibəsi dövründə müxtəlif tədris müəssisələrində müəl-
limlik etmişdir. 1918-1920-ci illərdə Azərbaycan Parlamentində dəftərxana
müdiri olmuşdur. Sovet hakimiyyətinin ilk illərində qızlar gimnaziyasında
dərs vermiş, təqaüdə çıxmışdır. 1941-ci ildə Bakı şəhərində vəfat etmişdir.
413
COĞRAFİ ADLARIN GÖSTƏRİCİSİ
Dostları ilə paylaş: |