Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə29/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   26   27   28   29   30   31   32   33   34

Sənəd № 867

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Xeyri Atababa oğlu, 30 yaş, Ramana kəndinin sakini, savadsızam.

Türklər hücuma keçdikdən sonra ermənilər geri çəkilməyə başladılar. 

Ermənilərin Sabunçudan Ramanaya tərəf geri çəkildiyini gördükdə, biz 

tələsik Ramana kəndini tərk etdik və qaçdıq. Ermənilər kəndə girdilər və 

bütün kəndi talan etdilər. Ermənilər mənim evimi tamamilə qarət etmiş, 

qapı və pəncərələri isə sındırmışdılar. Ermənilər mənim evimdən 46980 

rubl dəyərində əmlakımı qarət etdilər. Əşyalarımın siyahısını təqdim 

edirəm və işə əlavə olunmasını xahiş edirəm. Kənddən qaçmağa macal 

tapmamış bütün qoca, qadın və uşaqları erməni əsgərləri öldürmüşlər. 

Oxundu. İmza. 

Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 110.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

336


Sənəd № 889

Dindirmə protokolu

1918-ci il, 10 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi İbad Məmməd oğlu, 52 yaşım var, Ramana kənd sakiniyəm, 

161 №-li şəxsi evimdə yaşayıram, savadsızam.

Mart hadisələri zamani mən bağlarda idim. Ermənilər bizim kəndimizə hü-

cum edərək, 70-dən yuxarı kişi, qadın və uşaqları qətlə yetirmiş və onların cəsəd-

lərini xəndəklərə atmışdılar. Onlar təkcə bir evdə hər iki cinsdən 11 nəfəri öldür-

müşlər. Ermənilər həmçinin, kəndi qarət etmiş və kəndliləri tamamilə vəsaitsiz 

və ac qoymuşlar. Ermənilər bolşevizm bayrağı altında ruslarla birlikdə hərəkət 

edirdilər, sonradan isə məlum oldu ki, onlar öz millətçi məqsədlərini güdürmüş-

lər və toplardan, pulemyotlardan istifadə etməklə, müsəlmanları qırmaq qərarı-

na gəlmişlər. Biz müsəlmanların heç bir silahı yox idi, buna görə də ermənilərin 

qarşısında aciz idik. Ermənilər tərəfindən mənim xeyli əşyalarım oğurlanmışdır 

və mən bu əşyaların 7164 rubl dəyərində olan bir hissəsinin siyahısını təqdim 

edirəm ki, bu da oğurlanan əşyaların 1\4 hissəsindən azdır. Beləliklə, mənim əşya-

larımın itkisindən olan ziyan 30.000 rubla çatır. 

İfadə oxundu. Savadsızdır.

Komissiya sədri: Ələkbər bəy Xasməmmədov (imza) 

Komissiya üzvləri: Məmməd Xan Təkinski, A.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 32.

Sənəd № 894

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


337

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

Əmir Kərbəlayı Rəsul oğlu Bağırov, 22 yaşım var, Bakı qəzasının Ra-

mana kəndində yaşayıram.

Ermənilər sentyabr ayında mənim atam Kərbəlayı Rəsul Bağır oğlu-

nun evini qarət etmiş və 19 yaşlı bacım Dubanı və bacım qızı Brilyantı, 

yaş yarımlıq körpəni qətlə yetirmişlər. Qarət edilmiş əşyaların siyahısı 

təqdim edirəm. Onların dəyəri köhnə qiymətlərlə 54.543 rubl, yeni qiymət-

lərlə isə 103.000 rubl təşkil edir. 

Oxundu.


Dayım oğlu Hacı Mirzə Məmməd Məlikovun evi də həmin dövrdə 

qarət edilmişdir, onun təqdim edilmiş siyahıda göstərilən və 27.865 rubl 

dəyərində olan əşyaları yoxa çıxmışdır; bu əşyaların yeni qiymətlərlə 

dəyəri 81.000 rubl olmuşdur. 

Oxundu. İmza.

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 143.

Sənəd № 924

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Səməd Məşədi Musa oğlu, 30 yaşım var Bakı qəzasının Ramana 

kəndi, 10 №-li evdə yaşayıram.

Ermənilər Ramanada mənim ümumilikdə 2100 rubl dəyərində əşyala-

rımı qarət ediblər. Mən siyahını təqdim edirəm və işə əlavə olunmasını xa-

hiş edirəm. Mən qarət zamanı evdə olmuşam və hər şeyi öz gözlərimlə gör-

müşəm. Ermənilər qarət olunmuş əmlakı Ramanadan 10-12 gün ərzində 

daşıyıblar. Mən küçədə olurdum və hər şeyi özüm görürdüm. Mən “Molot”

116

 

şirkətinin Ramanadakı Amerika podratçı qazma işlərində çalışırdım. 



Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: Aleksandroviç, A.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 201.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

338


Sənəd № 961

Dindirmə protokolu

1918-ci il, 21 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Musa Adıgözəl oğlu, 25 yaşım var, Bakı qəzasının Ramana kəndində 

yaşayıram.

Ermənilər bu ilin sentyabr ayında Ramanada aşağıdakı şəxslərdən 

ibarət olan iki ailəni: Hacı Bala Muradəli oğlu, Cavahir Mir Yaqub qızı, 

Mirzə Adıgözəl oğlu, Duba Xanım Kərbəlayı Rəsul qızı, Brilyant Mirzə 

qızı, Cavahir Xanım İbrahim qızı, Hökümə Xanım Adıgözəl qızı, Pikə 

Xanım Adıgözəl qızı və Xələf Adıgözəl oğlunu qətlə yetiriblər. Həmin 

vaxt aşağıdakı şəxslərə aid olan 13.695 rubl dəyərində əşyalar da qarət 

olunmuşdur.

Oxundu. Savadsızdır.

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 54.

Sənəd № 1008

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Yusif Molla Rza oğlu, 36 yaşım var, Kamenistaya küçəsi, 50 

№-li evdə yaşayıram.

Mart hadisələri zamanı mənim Torqovaya döngəsində yerləşən mən-

zilimə erməni əsgərləri soxuldular və təqdim etdiyim siyahıda adları 

sadalanan və ümumilikdə 13.230 rubl dəyərində olan bütün əmlakımı 

qarət etdilər. Mən bu müddətdə Həştərxanda idim. Zərər yeni qiymətlə 

hesablanmışdır. 

Oxudum. 


339

FƏSİL V. BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ (1918-ci il mart-sentyabr ayları)

Əlavə edirəm ki, mən Həştərxandan Petrovsk şəhərinə türk qoşunlarından 

15 gün əvvəl gəlmişdim; Petrovsk şəhərinə mənimlə birlikdə 850 nəfər müsəl-

man gəlmişdi. Bizim hamımızı məsciddə yerləşdirdilər. Erməni əsgərləri öz 

rəisləri ilə birlikdə gün ərzində bir neçə dəfə oraya gəlir və 10-15 müsəlmanı öz-

ləri ilə götürüb gedirdilər. Mən onların arasında Stepan Lalayevi və sonradan 

Biçeraxovun dəstəsi ilə birlikdə Bakıya gəlmiş digərlərini görmüşdüm. Məlum 

oldu ki, onlar müsəlmanların bir hissəsini yolda güllələyir, o biriləri həbsxana-

ya aparır və orada ağır işgəncələr içində öldürürdülər. Mənim qardaşım Məm-

məd Əlini də həbsxanaya aparmışdılar, əvvəl dilini kəsmiş, sonra isə öldürmüş-

dülər. Həbsxanada xüsusi otaq var idi və Stepan Lalayev, Ruben Ağamalyans 

gecələr kiçik dəstələrlə buraya gətirdikləri müsəlmanları öldürürdülər. Onlar 10 

nəfərə yaxın müsəlmanı üst-üstə yığır, onları məftillə bağlayır, sonra isə mərc 

gəlirdilər ki, kimin tüfəngi daha çox adamı vurar. 

Sonra öldürülənləri kiçik anbar kimi istifadə olunan qonşu otağa atırdılar. 

Türklər Petrovsk şəhərinə gələndə ağzınadək eybəcər hala salınmış cəsədlərlə 

dolu olan bu kiçik anbarı aşkar etdilər. Bütün meyitlərin fotoşəkilləri çəkildi. 

Yuxarıda adları çəkilən ermənilər iki müsəlmanın əllərini bağlayır, sonra on-

lardan birini güllələyir, o birini isə bir qədər keçdikdən sonra xəncərlərlə də-

lik-deşik edirdilər. Bundan əvvəl onların pullarını alır və əvəzində sağ qoyacaq-

larını söz verirdilər. Həbsxananın anbarında tapılan meyitlərin hamısı eybəcər 

hala salınmışdı: bəzilərinin qolları, digərlərinin isə ayaqları kəsilmişdi; bir çox-

larının qarınları yarılmış, gözləri çıxarılmış, kəllə sümükləri qırılmış, dişləri 

vurulub sındırılmışdı. Əgər türklər Petrovsk şəhərini almasaydılar, ermənilər 

bizim hamımızı öldürməyə imkan tapacaqdılar. Mənə növbə çatmadı. Bununla 

belə ermənilər məni qarət etməyə macal tapdılar, onlar bonlarla 3000 rubl və 

Nikolay pulları ilə 1500 rubl pulumu, papağımı, çəkmələrimi, palto və pencə-

yimi götürdülər. Mərhum qardaşım Məmməd Əlinin cibində Kerenski pulları 

ilə 5000 rubla yaxın pul var idi. Onun meyitini aşkar edərkən bu pullar artıq 

onun üzərində yox idi. İndi belə xatırlayıram ki, biz Petrovsk şəhərində gə-

midən noyabrın 1-də enmişdik. Türklər Petrovsk şəhərinə gələndə bizə böyük 

qayğı göstərirdilər, 35 nəfərlik kiçik dəstələrlə Bakıya göndərirdilər. Əlavə olaraq 

bizə xüsusi buraxılış vərəqələri paylayırdılar. Mən öz adıma buraxılış vərəqəsi 

almışdım və onun əsasında özümlə Bakıya 5 qadın və 30 kişi apara bilərdim.

Oxundu. Öz buraxılış vərəqəmi təqdim edirəm. İmza.

Komissiya üzvləri: А.Kluge, Aleksandroviç, Məmməd Xan Təkinski (imzalar)

Arayış: İfadəyə xüsusi zərfdə saxlanılan sənəd əlavə edilmişdir. 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.15-16.


FƏSİL VI

Məhkəmə-istintaq 

sənədləri 


341

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ



Sənəd № 1012 

Fövqəladə Təhqiqat Komissiyasının Sədrinə

Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlar

haqqında həmin Komissiyanın üzvü A.E.Kluge tərəfindən

MƏRUZƏ

1918-ci ilin yanvarında, general Talışınski başda olmaqla, müsəlman 

korpusunun qərargahı Bakı şəhərinə gəlmişdi. Qərargahın rus zabitləri 

arasında guya əvvəllər jandarmeriyada xidmət etmiş şəxslərin olduğunu 

bəhanə edərək, müsəlman korpusunun bütün qərargahı, əksəriyyətini er-

mənilərin təşkil etdiyi bolşeviklər tərəfindən həbs edilmişdi. Ermənilərin 

“Daşnaksütun” partiyası, Sovet hakimiyyətini tanıyaraq, və sonrakı ha-

disələrdən də göründüyü kimi, müsəlmanlarla mübarizə aparmaq məqsə-

dilə bolşevik partiyası ilə birləşmişdi. Ermənilər müsəlman qərargahının 

həbsi ilə müsəlmanların bolşeviklərə və nəticə etibarilə, ermənilərə qarşı 

silahlı üsyana sövq etməyə çalışırdılar. Müsəlmanların çıxış etmədiyi-

ni görən ermənilər müsəlmanlara qarşı zorakılıqlar törətməyə, həm də 

köməksiz qoca, qadın və uşaqları qarət etməyə və qətlə yetirməyə başla-

dılar. Vəziyyət o yerə çatmışdı ki, müsəlmanlar hətta Bakı vağzalında belə 

görünə bilmirdilər; dəmir yolu ilə getmək arzusunda olanlar, Bakı vağza-

lında erməni əsgərləri tərəfindən öldürülmək və qarət olunmaq təhlükəsi 

qarşısında şəhərə yaxın dəmir yolu stansiyalarından birinə faytonla get-

məli olurdular. 

Müsəlmanlar çox gözəl başa düşürdülər ki, ermənilər onları silahlı çıxı-

şa təhrik edirlər, lakin, qardaş xalqların qırğınına səbəb olan müharibəni və 

onun nəticələrini arzu etməyərək, hər şeyə dözməyə çalışırdılar. Müsəlman-

ların mitinqlərində və məscidlərdə keçirdikləri yığıncaqlarında iştirak edən 

Bakının görkəmli xristian ictimai xadimlərinin sözlərinə görə, müsəlman 

natiqlərin hamısı müsəlman xalqını təmkinli olmağa, əziyyətlərə və zorakı-

lıqlara səbirlə dözməyə çağırırdı. Natiqlər xalqa izah edirdilər ki, ermənilər 

müsəlmanları açıq çıxışlara məcbur etməyə çalışırlar ki, sonra özləri onların 

üzərinə hücum etsinlər. Müsəlmanların davranışlarından görünürdü ki, on-

lar ermənilərlə baş verə biləcək böyük toqquşma haqqında dəhşətlə düşünür-

dülər və hər bir vəcdlə belə bir vəziyyətin qarşısını almağa çalışırdılar. Müsəl-


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

342


manların nümayəndələri, bolşeviklərə qarşı birgə hərəkət etmək məqsədilə 

dəfələrlə ermənilərlə ittifaq bağlamağa çalışsalar da, ermənilər hər dəfə bun-

dan yayınırdılar. (cild I, v. 154). 

Eyni zamanda, demək olar ki, bütün ermənilərin şəhərin müsəlman 

hissəsindən erməni hissəsinə köçməsi nəzərə çarpırdı; şəhərin müsəl-

man hissəsində yalnız ruslar, gürcülər və digər xristianlar qalmışdı ki, 

ermənilər dəfələrlə onlara da buradan köçməyi məsləhət görürdülər. Belə 

hallar da olmuşdu ki, ermənilər Bakıda mart ayında qarışıqlıqların ola 

biləcəyi haqda müsəlmanları xəbərdar edərək, onlara ailələrini bağ evlə-

rinə aparmağı məsləhət görmüşlər (s. I, v.1; s. II, v. 3).

Silahla ehtiyatsız davranması nəticəsində həlak olmuş yoldaşları 

Məmməd Tağıyevin cənazəsini Bakıyadək müşayiət etmiş müsəlman di-

viziyasının kiçik dəstəsi 1918-ci ilin martın 17-də Lənkərana geriyə yola 

düşürdü. Gəminin getməsinə az qalmış silahlı bolşeviklər limana gəldilər, 

müsəlman diviziyasından tərksilah olunmalarını tələb etdilər və divizion 

silahları təhvil verməkdən imtina etdikdə, tüfənglərdən və pulemyotlar-

dan atəş açdılar. Ertəsi gün, bazar günü, mart ayının 18-də şəhərin aşağı, 

erməni hissəsində silahlı erməni əsgərləri görünməyə başladı; onlar bü-

tün küçələrdə səngərlər qazır, torpaq və daşlardan təpələr düzəldirdilər. 

Bunu görən müsəlmanlar da öz növbəsində bəzi küçələrdə səngər qazma-

ğa başladılar, lakin yenə də ümid edirdilər ki, toqquşma baş verməyəcək 

və hər şey danışıqlarla yoluna qoyulacaqdır. Elə həmin gün “İsmailiyyə” 

Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında müsəlmanların iclası keçiri-

lirdi və bu iclasa Bakının keçmiş şəhər rəisi Hayk Ter-Mikaelyans gələrək 

Erməni Milli Şurası və “Daşnaksütun” partiyasının adından bildirmişdir 

ki, müsəlmanların bolşeviklərə qarşı çıxış edəcəyi təqdirdə, ermənilər 

müsəlmanlara qoşular və bolşeviklərin Bakıdan qovulmasında onlara 

kömək edərlər (s.I v.44; s.II, v.3,49). 

Ertəsi gün, bazar ertəsi, martın 19-da, sübh tezdən şəhərin müsəlman his-

səsinə əsl hücum başlandı; bu vaxt ermənilərin onlara qarşı səmimi müna-

sibəti barəsində yalan vədlərinə arxayın olan müsəlmanlar hələ yatırdılar; bu 

hücumda yalnız erməni əsgərləri iştirak edirdilər. Eyni zamanda ermənilə-

rin təhriki sayəsində şəhərin müsəlman hissəsini hərbi gəmilər mərmilərlə 

atəşə tuturdu, çünki ermənilər rus matroslarını inandırmışdılar ki, müsəl-

manlar rus əhalisini qırırlar. Sonradan, müsəlmanların ruslara toxunmadığı-

na əmin olanda, matroslar toplardan atəş açmağı dayandırdılar. 



343

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

Hücum çoxlu sayda pulemyotların dəstəyi ilə yaxşı silahlanmış, təlim 

keçmiş erməni əsgərləri tərəfindən şəhərin ucqarlarında, əvvəlcə, yalnız 

müsəlmanların məskunlaşdığı “Məmmədli” və “Poxlu Dərə” adlanan yer-

lərdə aparılırdı; Şəhərin adı çəkilən yerlərində ermənilər müsəlmanların 

evlərinə soxulur, bu evlərin sahiblərini qətlə yetirir, onları qılınc və xən-

cərlə doğrayır, bədənlərini süngülərlə deşir, uşaqları yanan evin alovuna 

atır, üç-dörd günlük körpələri süngülərə keçirirdilər. Valideynlərin qaça-

raq evdə qoyub getdiyi bütün südəmər körpələri öldürür, valideynlərin 

özlərini isə haqlayaraq, küçədə qətlə yetirirdilər. Şəhərin bu hissələrində 

demək olar ki, elə bir ev yoxdur ki, bu evdə ermənilər müsəlmanların ha-

mısını qırmasın, və çox az sayda müsəlman öz həyatını xilas edə bilmiş-

dir. Ermənilər, müsəlmanları qırmaqla yanaşı, onların əmlakını da məhv 

edir, qiymətli əşyaları isə özləri ilə aparırdılar. Sonradan, hələ təkcə bir 

yerdə, torpağa basdırılmış qulaqsız, burunsuz, qarnı yarılmış və uşaqlıq 

yolu kəsilərək çıxarılmış 57 müsəlman qadının cəsədi aşkar edilmişdir. 

Şahidlər deyirlər ki, ermənilər hansı səbəbdənsə öldürməyə macal tap-

madıqları qadınları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın 

əsir aparırdılar, bu zaman yolboyu onları tüfənglərinin qundaqları ilə dö-

yürdülər (s.I v.51,61, 165; s.II, v.3).

Şəhərin bu hissələrində qətlə yetirilmiş müsəlmanların sayını müəyyən 

etmək çətindir, belə ki, çoxlu sayda evlər vardır ki, sakinlərinin hamısı ermə-

nilər tərəfindən ucdantutma qətlə yetirilmişdir və indi bircə nəfər sakin qal-

mamışdır ki, qətlə yetirilənlərin adlarını öyrənmək mümkün olsun. 

Şəhərin digər müsəlman hissələrində erməni əsgərləri həmçinin pu-

lemyotların dəstəyi altında sürətli hücuma keçirdilər və müsəlmanları 

hər hansı bir məhəllədən sıxışdırıb çıxararaq, evlərə soxulur, müsəlman-

ları qətlə yetirir, sonra isə qarət edirdilər. Bu zaman ermənilər nə yaşı, 

nə də cinsi nəzərə almırdılar. Məsələn, Hacı Əmir Əliyevin evinə basqın 

edərək, onun özünü, 80 yaşlı qocanı, onun 60 yaşlı birinci arvadını və 70 

yaşlı ikinci arvadını öldürmüş, üç azyaşlı körpəni doğramış və Əliyevin 

gəlinini, 25 yaşlı qadını diri-diri divara mıxlamışlar (s. II, v.3).

Hücum edən erməni əsgərlərinə, əsas etibarilə, erməni ziyalılarının nü-

mayəndələri başçılıq edirdilər. Belə dəstələrdən biri Nikolayevskaya küçə-

sində yerləşən evə soxulmuş və 8 nəfər qadın və uşaqları qətlə yetirmişdir. 

Başqa bir dəstə Bala Əhməd Muxtarovun Persidskaya küçəsində yerləşən 

evinə girərək, müsəlman ziyalılarının doqquz nümayəndəsini küçəyə çıxar-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

344


mış və Sobornaya meydanında güllələmişdir. Həmin evdə doktor Tağıyev 

bolşeviklərin hakimiyyətini tanıdığını sübut edən sənədi çıxararaq erməni 

əsgərlərinə təqdim etdikdə, əsgərlər daşnaksakan olduqlarını və bolşevikləri 

tanımadıqlarını söyləyərək onu güllələmişlər.

Bala Əhməd Muxtarovun evində tutulan və sonradan güllələnən şəxs-

lərin arasında bu binanın sahibi, polkovnik Tabasaranski, rotmistr Sultan 

bəy Əmircanov, doktor Kərim bəy Sultanov, Cavad bəy Aşurbəyov və başqa-

ları var idi; Sultanovun və Aşurbəyovun cəsədləri “Dağıstan” mehmanxa-

nasının yanan binasının içinə atılmışdır (s.I, v.45; s.II, v.4). 

Mart qırğınlarında yaxşı təşkil edilmiş hərbi hissələrlə yanaşı “Daş-

naksütun” partiyasının üzvləri də iştirak edirdilər; bu hal həm şahidlərin 

ifadələri ilə, həm də fəhlə, əsgər və matros deputatları Sovetinin iclasla-

rından birində Sovetin sədri Stepan Şaumyanın qırğınlarda daşnaksakan-

ların iştirakını açıq etiraf etməsi ilə sübut olunur. Bununla belə, artıq 

qırğınlar dayandırıldıqdan sonra, erməni ziyalı cəmiyyətinin bir çox nü-

mayəndələri qəribə bir inadla iddia edirdilər ki, mart qırğınlarında ermə-

ni təşkilatları və erməni ziyalıları çıxış etməmişlər, qarətlərlə isə erməni 

qara camaatı və cəbhədən geri dönərkən müsəlmanların onları öz evlə-

rinə, öz kəndlərinə buraxmadığına görə müsəlmanlardan qisas alan ay-

rı-ayrı əsgərlər məşğul olmuşlar (s.I, v.153).

Mart hadisələri zamanı 11 minə yaxın müsəlman qətlə yetirilmişdir; 

onların əksəriyyətinin cəsədi aşkar edilməmişdir, çünki ermənilər onları 

yanan evlərin içinə, dənizə və quyulara atmışlar (s. II, v. 3).

Heydər Qulu Quliyevin dediyinə görə, o, şəhərin bir neçə rayonların-

da müsəlman mənzillərinə baş çəkərkən dəhşətli dərəcədə eybəcər hala 

salınmış meyitlərə rast gəlmişdir. Məsələn, o, öz bacısı oğlu Bəşər Cəfəro-

vun cəsədini başı bədənindən ayrılmış, qolu kəsilmiş halda və bədənin-

də üç süngü yarası ilə tapmışdı, həm də onun başını harasa aparmışdılar. 

Sonra o, cinsiyyət orqanı kəsilmiş kişi cəsədini, onun cinsiyyət orqanının 

yaxınlıqda öldürülmüş müsəlman qadının ağzına qoyulmuş vəziyyətdə 

görmüşdü. Digər yerdə boğazı kəsilmiş gənc müsəlman qadın uzanmış-

dı, onun sinəsi üzərinə isə xəncərlə doğranmış bir yaşlı oğlan uşağı elə 

vəziyyətdə qoyulmuşdu ki, uşağın ağzı qadının döşünün giləsində olsun. 

Bətnindən körpələri yarılıb çıxarılmış, döşləri, burnu, qulaqları kəsilmiş, 

uşaqlıq yoluna paya sancılmış müsəlman qadınların cəsədlərinə rast gə-

linirdi. Bir yerdə od pilətəsinin üzərində dəhşətli əzablardan can vermiş 



345

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

körpənin yanıb qaralmış cəsədi tapılmışdı. Digər yerdə ağac paya ilə qar-

nından torpağa mıxlanmış oğlan uşağının cəsədi uzanıb qalmışdı. Bir 

çox qadınların vəziyyətindən görünürdü ki, onlar ölüm qabağı zorlanma-

ya məruz qalmışlar (s.II, v. 18; s.I, v.12).

Martın 24-də Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin keçmiş 

üzvü, “Nikolay Bünyadov” gəmisinin komandir köməkçisi Kazım Axun-

dova Bakı şəhərinin “Çəmbərəkənd” adlanan dağlıq hissəsinin müdafiəsi 

üçün təyyarəçi Rozenblümun rəhbərliyi altında 10 silahlı matros göndə-

rilmişdi. Axundov, martın 25-dən Nikolayevskaya küçəsindən cəsədlərin 

yığışdırılmasına başlamışdır, bu zaman süngülərlə dəlik-deşik edilmiş və 

qılıncla doğranılmış 3 müsəlman oğlan - gimnaziya tələbələri, 11 tələbə 

qız, bir rus qadın, 3 yaşından 5 yaşınadək üç müsəlman oğlan, 8 nəfər rus 

kişi, 19 nəfər iranlı təbəələr - müsəlmanın və müxtəlif peşə sahibləri olan 

67 azərbaycanlı müsəlmanın cəsədlərini yığışdırmışdır.

Sadalanan cəsədlər avtomobillərdə məscidlərə aparılmışdır. Bundan 

əlavə, “Vulkan” cəmiyyətinin köhnə limanına 6748 müsəlman kişi, qa-

dın və uşaq meyitləri gətirilmişdir. Şəhərin “Məmmədli”, “Poxlu Dərə” 

rayonlarından müsəlmanların cəsədləri qəbiristanlığa daşınmışdır, bu-

nunla belə cəsədlərin yığışdırılması yalnız mart ayının 31-də

118


 başa çata 

bilmişdir. Axundov öz tanışı texnik Vladimir Sokolovu “Kərpicxana” adlı 

yerə aparmış və Sokolov burada üç fotoşəkil çəkmişdir. Birinci şəkildə ba-

şından güllə yarası almış, bədənində beş süngü yarası olan, sağ körpücük 

sümüyü sındırılmış qadın meyiti çəkilmişdir; meyitin sağ döşünün üs-

tündə ayağından süngü yarası almış, hələ sağ olan körpə uzanmışdır və 

anasının döşünü əmirdi.

İkinci şəkildə 7-8 verşok uzunluğunda iri Kazaçkov mismarı ilə divara 

mıxlanmış iki yaşında körpə təsvir olunmuşdur; mismarın papağından 

görünürdü ki, o divara yaxınlıqda yerə atılıb qalmış daşla vurulmuşdur.

Üçüncü şəkildə 13-14 yaşlarında qızın meyiti çəkilmişdir və qızın və-

ziyyəti onun bir neçə şəxs tərəfindən zorlandığını sübut edir; onun aralı 

qalmış ayaqlarının arasındakı döşək qanla örtülüb; onun boynunda bar-

maq izləri görünür.

Axundov Sokolovla birlikdə dördüncü evə daxil olduqda, onların qarşı-

sında aşağıdakı səhnə açılmışdı: böyük otağın döşəməsində 22-23 yaşla-

rında çılpaq qadının, iki qarının, altı yaşında qızın, səkkiz yaşlı oğlanın və 

südəmər körpənin cəsədi var idi; körpənin əl və ayaqlarını üç it gəmirirdi. 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

346


Təsvir edilən səhnə Sokolova o dərəcədə təsir etmişdir ki, o fotoşəkil çək-

məyə davam etməkdən imtina etmişdir (s.II, v. 49-52).

“Daşnaksütun” erməni inqilabi partiyasının Bakı mərkəzi komitəsinin 

orqanı olan “Vperyod”

119

 qəzetinin 33-cü nömrəsində Erməni Milli Şurası, 



mart hadisələrini öz istədiyi kimi təsvir etməyə çalışaraq, bəyan edir ki, “Daş-

naksütun” partiyasının fəal dəstəyi nəticəsində müsəlmanlar Erməni Milli 

Şurasının müdafiəsi altına alınmışlar; guya Şura müsəlman vətəndaşların 

müdafiəsi və himayəsi üçün hətta öz səlahiyyətli nümayəndəsini təyin et-

mişdir. Himayə olunan müsəlmanların əksəriyyəti şüurlu əsgər elementləri 

və erməni partiyalarının nümayəndələri tərəfindən xilas edilmişdir. Sülh və 

əmin-amanlıq bərqərar olduqdan sonra müsəlmanlar şəhərin erməni hissə-

sindən müsəlman hissəsinə yola salınmışlar.

Əsir müsəlmanların Erməni Milli Şurası tərəfindən himayə olunanla-

rın saxlanılması üçün ayrılmış Mailov teatrına, “Rekord” teatrına və digər 

yerlərə necə aparıldığı aşağıdakı faktlardan görünür:

Martın 19-da, günorta saat 3-də, Ağa Hüseyn Babayevin Nikolayevskaya 

və Zavedenskaya küçələrinin kəsişməsində yerləşən evinə 14 erməni əsgəri 

gəlmiş və onların dediyinə görə, bu evdə gizlədilən 11 ədəd tüfəngi axtarma-

ğa başlamışlar. Yalnız bir tüfəng tapmış ermənilər bu evdə yaşayan Əshəd-

din Mustafayevi, onun əmisi Məcidulla Osman oğlunu, Rəhim Rəhimxan 

oğlunu, Ağa Hüseyn Babayevi, doktor Nərimanovun qardaşını və mühəndis 

Sərkisyanın bağbanını həbs etmişlər. Mühəndis Sərkisyan mart hadisələri 

başlamazdan bir neçə gün əvvəl ailəsi ilə birlikdə şəhərin ermənilər yaşayan 

hissəsinə köçmüş, öz əşyalarını qorumaq üçün isə bağbanı mənzilində qoy-

muşdur. Həbs olunanları Nikolayevskaya küçəsi ilə aşağıya aparmış və yolüs-

tü ağ bayraqla gedən üç nəfər yaşlı müsəlmandan ibarət nümayəndələri də 

həbs etmişlər. Velikoknyajeskaya prospektinə çatdıqda, erməni əsgərləri əsir 

götürülənlərin hamısını Kələntərov pasajının qarşısında bir sıraya düzmüş 

və tüfənglərdən onlara yaylım atəşi açmışlar. Əshəddin Mustafayev və Məci-

dulla Osman oğlundan başqa qalanların hamısı qətlə yetirilmişdir: onlardan 

birincisi partlayan güllə ilə sağ qolundan və sağ böyründən, ikincisi isə part-

layan güllə ilə sağ ayağından yaralanmışdı. Təsvir edilən güllələnməni törə-

dən dəstənin başçısı Ofitserskaya küçəsindəki ev sahibinin oğlu zabit Serge-

yev idi (s. I, v.42).

Elə həmin günün axşamı silahlı ermənilər Bondarnaya küçəsi, 148 №-li 

evə girmiş və orada 50 nəfər müsəlman qadın, uşaq və kişiləri gördükdə, 



347

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

onların hamısını qarət etmiş, sonra isə Birjevaya meydanı istiqamətin-

də əsir aparmışlar. Ermənilər bu meydana gələrək, həmin dəstədən bütün 

kişiləri ayırmış və onları ayrıca aparmış və 12-ci lazaretin qarşısında on-

lara tüfənglərdən yaylım atəşi açmış, sonra isə süngülərlə sağ qalanların 

axırına çıxmışlar. Əsirlərin bu dəstəsində olan on dörd yaşlı Məmməd İb-

rahim Məşədi Mövlət oğluna 2 güllə və 18 süngü yarası vurulmuşdur; o, 

ermənilər getdikdən sonra sanitarlar və şəfqət bacıları tərəfindən 12-ci la-

zaretə aparılmış və orada onun həyatını xilas etmək mümkün olmuşdur. 

Məmməd İbrahimlə birlikdə gedən Məşədi Əli Cəlalzadənin qoluna və 

qasığına iki güllə vurulmuş və dörd süngü zərbəsi kürəyinə və bir süngü 

zərbəsi isə ayağına endirilmişdir; o da həmçinin 12-ci lazaretə çatdırılmış 

və onu sağaltmaq mümkün olmuşdur (s.I, v.35,48).

Müsəlmanların bu cür əsir aparılması Bakı şəhəri Azərbaycan-Türk qo-

şunları tərəfindən alınan günədək ermənilər tərəfindən həyata keçiril-

mişdir. Məsələn, 1918-ci ilin avqust ayının sonunda Bakı sakini Sadıq bəy 

Məmməd Rza bəy oğlu Bakıdan çıxaraq Pirşağıya ailəsinin yanına gedir-

miş. Məhəmmədli kəndində 17 erməni əsgəri onu və yanında olan 20 nəfərə 

yaxın digər müsəlmanları əsir götürmüş və onları Zabrat kəndinə aparmış-

dır. Oradaca onların hamısını kəndirlə bir-birinə bağlayaraq, tüfənglərdən 

onlara atəş açmışlar. Onların hamısı yerə yıxıldıqdan sonra isə süngü, xən-

cər və qılıncla axırlarına çıxmışlar. Bir güllə, iki xəncər, 18 süngü və iki qı-

lınc yarası almış Sadıq bəy Ramana kəndinin xəstəxanasına çatdırılmış və 

orada onu müalicə etmək mümkün olmuşdur (s.I, v.11).

Erməni ziyalıları köməksiz müsəlmanları qırmaqla, dənizçiləri və qızıl 

ordunun əsgərlərini onların üzərinə qaldırmaq istəyirdilər. Məsələn, martın 

19-da səhər İran konsulu və dənizçi Natanson Qalaya gəlmiş və müsəlman-

ların nümayəndələrinə bildirmişlər ki, şəhərdə müsəlmanların Qalada olan 

bütün rusları, habelə erməniləri qırdıqları barədə şayiələr gəzir. Buna cavab 

olaraq müsəlmanların nümayəndələri onların hər ikisini, aralarında ermə-

nilərin də olduğu, 240 xristian kişi, qadın və uşaqların qaldığı Mir Əli Nağı 

Hüseynovun evinə gətirmişlər. Xristianlarla yaxşı rəftar olunduğuna və 

yeməklə təmin edildiklərinə, və onların mərmilərdən qorunmaq üçün Hü-

seynovun evinə könüllü surətdə gəldiklərinə əmin olduqdan sonra, Natan-

son və konsul çıxıb getmişlər. Üç saatdan sonra onlar yenidən geri qayıtmış 

və bildirmişlər ki, erməni ictimai xadimlərindən iki nəfər onlara telefonla 

belə xəbər vermişdir ki, onlar, yəni konsul və Natanson Qaladan çıxıb get-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

348


dikdən sonra, müsəlmanlar bütün xristianları qırmışlar. Özlərinin qəsdən 

aldadıldıqlarına əmin olan konsul və Natanson ermənilərin hücumunun 

qarşısını almaq üçün Qalada 20 matros saxlamış, özləri isə çıxıb getmişlər 

(s. II, v.1).

Martın 20-də üç erməni əsgərinin müşayiət etdiyi erməni zabiti Ta-

tevos Əmirov “Kaspi” qəzetinin redaksiyasının binası ilə “İsmailiyyə” 

Müsəlman Xeyriyyə Cəmiyyətinin binası arasında olan dalana gəlmiş və 

“İsmailiyyə”nin binasına girmişdir; bir müddət sonra binanın pəncərələ-

rindən tüstü və alov görünmüşdür və yalnız Bakı müsəlmanlarının fəxri 

deyil, həm də bütün şəhərin bəzəyi olan bu əzəmətli bina yanaraq məhv 

olmuşdur. Yanğını söndürəcək heç kəs yox idi, çünki müsəlmanlar pu-

lemyotlardan və tüfənglərdən aramsız atəşə tutulan küçəyə çıxmaq im-

kanından məhrum idilər (s.II, v.2).

Daha sonra “Kaspi” qəzeti redaksiyasının binası və “Dağıstan”, “İsgəndə-

riyyə” və “İslamiyyə” adlı müsəlman mehmanxanaları da yandırılmışdır.

Yandırılmış binalar bütün Qafqaz müsəlmanlarının həyatında böyük 

rol oynayırdılar: 1. “İsmailiyyə” də bütün Qafqaz müsəlman komitələri 

yerləşirdi və bu binada həmin komitələrə məxsus pul və sənədlər saxlanı-

lırdı; bundan əlavə, binada bütün müsəlman yığıncaqları və qurultayları 

keçirilirdi: məsələn 1918-ci ilin fevral ayının 15-də açılmış Ümumqafqaz 

müsəlmanlarının qurultayı

120


 ; 2. “Kaspi” qəzetinin redaksiyasında müsəl-

man dilində

121

 müxtəlif kitablar çap olunurdu, yanğın zamanı isə onun zir-



zəmilərində ərəb dilində yenicə çapdan çıxmış 5000 Quran kitabı var idi 

və onların hamısı yanmışdır; 3. “İslamiyyə”, “Dağıstan” və “İsgəndəriyyə” 

mehmanxanalarında Bakıya gələn bütün müsəlmanlar qalırdılar; bu meh-

manxanaların dağıntıları arasında yanıb qaralmış xeyli müsəlman cəsədi 

tapılmışdır: məsələn, “Dağıstan” mehmanxanasının xarabalıqları arasında 

doktor Kərim bəy Sultanovun, Cavad bəy Aşurbəyovun, “Hacınski Çələkən” 

mədənlərinin idarə başçısı Abdulla bəy Bababəyovun və digərlərinin cəsəd-

ləri tapılmışdır. (s.II, v.2; s. I, v.45).

Ermənilər müsəlmanların evlərinə soxularaq bütün qiymətli əşyaları 

aparır, qalan əşyaları qırıb-tökür, əksər hallarda isə yandırırdılar. Şəhərin 

aşağı hissəsində, Sisianovskaya küçəsindən aşağıda, Hacı Zeynal Abdin 

Tağıyevin mənzili istisna olmaqla, qarət olunmamış müsəlman mənzili 

qalmamışdır. Bəzi rayonlarda, məsələn, Məmmədli rayonunda və yaxud 

bazarda müsəlmanların məskunlaşdığı bütün tikililər başdan-ayağa 



349

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

yandırılmış və qarət edilmişdir. Ümumilikdə, Bakı şəhərinin müsəlman 

əhalisinə köhnə qiymətlə 400.000.000 rubldan az olmayaraq, ziyan vurul-

muşdur (s.II, v.3).

Mart ayının 19-da öz silahlarını bolşeviklərə təhvil verməyə razılıq ver-

miş müsəlmanlarla bolşeviklər arasında sülh bağlanmasına baxmayaraq, 

ermənilər müsəlmanları öldürməkdə və qarət etməkdə davam edirdilər, 

həm də nəinki martın 22-nə, müsəlmanlarla onların aralarında barışığın 

elan edildiyi günə qədər, hətta sonrakı vaxtlarda da. Müsəlmanların çox-

saylı qarət olunması, qətlə yetirilməsi və yoxa çıxması halları Bakı şəhəri 

Azərbaycan-Türk qoşunları tərəfindən alınanadək baş vermişdir (s.II, v.51).

Müsəlmanların qardaş qırğınına son qoymaq cəhdlərinə erməni əsgər-

lərinin necə münasibət göstərdiyinə aşağıdakı fakt sübut ola bilər: Mar-

tın 20-də, çərşənbə axşamı, Molla Cavad Axund, Molla Hacı Mir Mövsüm, 

Hacı Hüseyn Tağıyev, doktor Atabekyan və İcraiyyə Komitəsinin üzvü 

Denejkindən ibarət olan nümayəndə heyəti Qaladan avtomobillə şəhə-

rin yuxarı hissəsinə göndərilmişdir. Zavedenskaya küçəsində altı erməni 

əsgəri nümayəndə heyətini saxlanılmış və heyətin hara getdiyini soruş-

muşdur. Nümayəndə heyətinin şəhərin müsəlmanlar tərəfindən tutul-

muş hissəsinə keçərək, müsəlmanlarla ermənilər arasında sülh bağlandı-

ğı üçün, onlara hərbi əməliyyatları dayandırılmaq təklifi etmək istədiyini 

eşidəndə erməni əsgərləri bildirmişlər ki, onlar nümayəndə heyətini bu-

raxmayacaqlar, çünki heç bir barışığı tanımırlar. Nümayəndə heyətinin 

üzvləri müsəlmanların Zavedenskaya küçəsinin axırındakı səngərlərinə 

tərəf yönəldikdə, erməni əsgərləri onların arxasınca atəş açmağa başla-

mış və səngərlərə qədər qaçaraq, orada gizlənməyə macal tapmış Molla 

Cavad Axund istisna olmaqla, nümayəndə heyətinin üzvlərinin hamısını 

qətlə yetirmişlər (s.II, v.4). 

Bütün yuxarıda göstərilənlər istər şahid ifadələri, istərsə də işə əlavə edil-

miş baxış, ekspertiza protokolları və çoxlu sayda yandırılmış evlərin və həd-

siz dərəcədə eybəcər hala salınmış cəsədlərin fotoşəkilləri ilə təsdiq edilir.

Şəhərin müsəlmanlar yaşayan hissələrini talan etmiş erməni əsgərləri-

nin başında tüfənglərlə və mauzerlərlə silahlanmış mühəndis Artyom Ter-A-

kopovun, Fridun Akopovun, Jorj Melikovun, Asatur Vaçyansın, andlı iclasçı 

Arutçevin, Yeqiş Paxlavuninin, Levon Saatsazbəyovun, tələbə Popovyanın, 

Ambarsum Melikovun, Stepan Lalayevin, praporşik Dovlatovun və Xristofor 

Dildarovun durduğu sübut edilmişdir (s.I, v.1,5,6; s. II v. 2, 23, 24, 50).



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

350


Mart hadisələri zamanı ermənilərin həyasızlığı o həddə çatmışdır ki, 

onlar hətta tanışları olan müsəlmanların da evlərinə soxulur, onların əm-

laklarını qarət edir və hər yerdə, sərasər hamını qətlə yetirirdilər.

Məsələn, martın 20-də Stepan Lalayev erməni əsgərlərinin böyük dəstəsi 

ilə Varantsovskaya küçəsində yaşayan doktor Bəy Bala Bəy Sultanovun mən-

zilinə soxulmuş, sonuncunu öz revolveri ilə güllələyərək yerindəcə öldürmüş-

dür. Sultanovun mənzilinin həyətinə enən Lalayev oradakı müsəlman bağba-

nı, onun arvadını və ikiyaşlı oğlunu şəxsən güllələmişdir. (s.I, v.62, 68).

Suraxanskaya küçəsində yaşayan Məşədi Əhməd Rəhim oğlunun mən-

zilinə 30 nəfərə yaxın silahlı erməni əsgəri girmiş və 34.840 rubl dəyərin-

də qızıl, gümüş və digər müxtəlif qadın əşyalarını götürmüşdür; Məşədi 

Əhməd cinayətkarların arasında qonşuları dərzi Hayk Yaramış oğlunu və 

baqqal Yexuş Samvel oğlunu tanımışdır (s. I, v.21). 

Həmin Yexuş digər silahlı ermənilərlə birlikdə Suraxanskaya küçəsin-

də yaşayan Ağa Hüseyn Hacı Səlim oğlu Nəcəfovun mənzilinə girmiş, so-

nuncunun 111.460 rubl dəyərində ən qiymətli əşyalarını götürərək, mən-

zil sahibinin qardaşını və atasını öldürmüş, onun özünü isə qadınlarla 

və uşaqlarla birlikdə Mailov teatrına göndərmişdir; onları həmin yerdə 3 

gün saxlamışlar (s.I v.22).

Bir neçə silahlı erməni, onların arasında praporşik Avakyan və çək-

mə emalatxanasının sahibi İsaak Baqdasarov, Serkovnaya küçəsin-

də yaşayan Məşədi Hüseyn Səfərəliyevin mənzilinə soxulmuş, onun 

186.000 rubl məbləğində bütün nağd pullarını və müxtəlif qiymətli əş-

yalarını zorla götürmüş və Səfərəliyevi ailəsi ilə birlikdə “Rekord” te-

atrına aparmışlar. Yolda Səfərəliyevi müşayiət edən ermənilərdən biri 

ona tüfəngdən atəş açmış və sağ qulağından yaralamışdır (s.I, v.25).

Həmin İsaak Baqdasarov digər silahlı ermənilərlə birlikdə Tatarska-

ya küçəsində yaşayan Mir Qasım İbrahim oğlunun mənzilinə gəlmiş və 

onun 150.000 rubl dəyərində olan bütün əmlakını qarət etmişdir (s.I, v.94).

Həsən Mikayılovun Bondarnaya və Mariinskaya küçələrinin kəsişmə-

sində yerləşən mənzilinə bir neçə silahlı erməni soxulmuşdur; onların 

arasında Olqinskaya küçəsində Tağıyev pasajının qarşısındakı bərbərxa-

nanın dolu bədənli, yanağı çapıqlı, sahibi də olmuşdur. Cinayətkarlar Mi-

kayılovun qardaşlarından birini - Məlik Məmmədi öldürmüş, o biri qar-

daşı Tağını isə arvadı və qızı ilə birlikdə Mailov teatrına aparmışlar; yolda 

onlar Tağını da öldürmüş və onun cibində olan 2500 rubl pulu götürmüş-



351

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

lər. Ermənilər Mikayılovların mənzilindən ümumilikdə 54.000 rubl dəyə-

rində nağd pul və digər qiymətli əşyalarını götürmüşlər (s. I, v.30).

Teymur Səlimovun Serkovnaya küçəsində yerləşən mənzilinə si-

lahlı ermənilər gəlmiş və 150.000 rubl dəyərində olan bütün əmlakını 

aparmışlar. Mənzildə olan dalandar Məmməd İrza qarətçilərin arasın-

da həmin evdə yaşamış Aleksandr və Levon Ter-Qazarovları və onların 

adı müəyyən edilməmiş üçüncü qardaşlarını tanımışdır; Məmməd İrza 

Aleksandr Ter-Qazarovun kiməsə telefonla mənzil sahiblərinin evdə ol-

madığını bildirərək, onu Səlimovun mənzilinə gəlməyə dəvət etdiyini 

eşitmişdir. (s. I, v.56).

Ağa Əli İsmayılovun Bondarnaya küçəsində yerləşən mənzilinə 

tüfənglərlə silahlanmış altı nəfər erməni gələrək, Ağa Əlini güllələmək 

istəmişlər. Onlar Nikolay pulları ilə 7080 rubl pulunu alaraq, onu öldür-

məməyə razılaşmış və yalnız süngü ilə kürəyindən yaralamışlar. Sonra 

mənzildən 17.780 rubl dəyərində olan bütün qiymətli əşyaları götürərək, 

ermənilər Ağa Əlini və onun ailəsini Mailov teatrına aparmış və orada on-

ların hamısını bir gün yarım saxlamışlar. İsmayılov qarətçilərin arasında 

bərbərlər ittifaqında xidmət edən dolu bədənli, üzü qırxılmış, çopur sifətli 

Arşak Avetisovu tanımışdır (s.I, v.91).

Çadrovaya küçəsində yaşayan Yaxşı Xanım Hacı Əli Mərdan qızı Ma-

nafovanın evinə tüfənglərlə silahlanmış bir neçə nəfər erməni soxulmuş, 

onun oğlu Ağaverdi Manafovu güllələmiş və onun 75.000 rubl dəyərində 

olan bütün əmlakını qarət etmişlər. Yaxşı Xanım qarətçilərin arasında öz 

kirayənişini, mart hadisələrindən sonra Qoqolevskaya küçəsi, dalan № 2, 

ev № 14 ünvanına köçmüş Aleksandrı tanımışdır (s. I, v.124).

Mart qırğınlarının üçüncü günü Bondarnaya küçəsində yaşayan Məm-

məd Tağı Kərimovun mənzilinə Kərimovun kirayənişini Levon Arutyuno-

viç Qaraxanovun gətirdiyi bir neçə silahlı erməni gəlmişdir. Qaraxanov 

ümumilikdə 49.000 dəyərində nağd pul və ən qiymətli əşyaları götürərək, 

Kərimovu Mailov teatrına göndərmiş və ona hərbi nümunəli gödəkcəsi-

ni əynindən çıxarmağı məsləhət görmüşdür, belə ki, onu müsəlman divi-

zionunun süvarisi kimi qəbul edib güllələyə bilərdilər. Sonra Qaraxanov 

Məmməd Tağının o vaxt praporşiklər məktəbində oxuyan qardaşını ax-

tarmağa başlamışdır. Qaraxanovun yoldaşları onu axtararaq Əmir Qulu 

Həsənovun yaxınlıqdakı mənzilinə gəlib çıxmış və orada Əmir Qulunu və 

onun iki oğlunu, Məhərrəm və Hüseyn Balanı qətlə yetirmişlər (s. I, v.124).



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

352


Elə həmin gün bir qrup silahlı erməni Tatarskaya küçəsində yaşayan 

Nəsir Kərbəlayı Kazım oğlunun mənzilinə gəlmiş və onun əmisi Həbibul-

la Molla Hacı Baba oğlunu və əmisi oğlu Hacı Baba Həbibulla oğlunu öl-

dürərək, 2000 rubl nağd pulunu və 7662 rubl dəyərində müxtəlif qiymətli 

əşyalarını götürmüşlər. Nəsir özü qaçıb xilas ola bilmişdir. O, cinayətkarla-

rın arasında Tatarskaya və Karantinnaya küçələrinin tinindəki baqqal dü-

kanının sahibi Yequşu, Samvelin oğlunu görmüşdür (s. I, v.125).

Martın 20-də bir dəstə silahlı erməni əsgərləri Serkovnaya küçəsində 

yaşayan Məşədi Məmməd Sadıq Talıbovu ailəsi ilə birlikdə əsir apararkən, 

onun kirayənişini, andlı iclasçı Varşamyanın qardaşı Levon Varşamyan 

Talıbovun 5.000.000 rubl dəyərində olan bütün qiymətli əşyaları qarət et-

mişdir; təkcə 30 funta yaxın qızıl oğurlanmışdır (s. I, v.162).

Martın 20-də Çadrovaya küçəsində yaşayan İsmayıl bəy Şeyda bəy oğlu-

nun mənzilinə 20-25 nəfər erməni əsgəri gəlmiş, mənzildə axtarış aparmış və 

İsmayıl bəyin 5200 rubl pulunu götürmüşlər. Sonra onlar İsmayıl bəyi, onun 

qardaşı Qasım bəyi, əmisi Xalıq bəy Məmmədbəyovu və sonuncunun oğlu 

İlyas bəyi küçəyə çıxarmışlar; burada onlar dərhal 70 nəfərə yaxın erməni 

tərəfindən əhatəyə alınmışlar. Bu kütlədən bir çoxları İsmayıl bəyə və onun 

yaxınlarına atəş açmağa başlamış və üç güllə ilə Qasım bəyi, bir güllə ilə Xa-

lıq bəyi və üç güllə ilə İlyas bəyi öldürmüşlər. Çiynindən güllə yarası almış 

İsmayıl bəy qaça bilmişdir. İsmayıl bəy ona güllə atanlardan I kişi gimnazi-

yasının tələbəsi Paronyanı tanımışdır (s. I, v.164).

Tüfənglərlə silahlanmış bir neçə erməni Nijnyaya-Priyutskaya küçə-

sində yaşayan Əliyoldaş Əliyevin evinə soxulmuş, onun özünü və dörd 

qardaşını qətlə yetirmiş və onların bütün əmlakını qarət etmişlər. Bu 

zaman onlar Əliyevin kirayənişini Yankel Samuiloviç Slavinskinin də 

əşyalarını götürmüşlər. Sonradan Slavinski qarətçilərdən birini küçədə 

tanımışdır və o, həbs edilmişdir; aydın olmuşdur ki, bu, Xaçatur Martiro-

sovdur. (s. II, v. 45).

Həmin vaxt Məşədi Məmməd Sadıq Həsənovun da əşyaları silahlı er-

mənilər tərəfindən qarət edilmişdir; cinayətkarların başında Sergey Meli-

kov dururdu (s. II, v.176).

Mart hadisələri zamanı erməni əsgərləri tərəfindən Əli Övsəd Davudzadə-

nin “Qrand Otel” mehmanxanasının birinci mərtəbəsində yerləşən baqqal dü-

kanı qarət edilmişdir; sonradan Stepan Lalayev Əli Övsətin kürəkəni İmamver-

di Zeynalova demişdir ki, dükan onun əmri ilə qarət olunmuşdur (s. I v. 112, 113).



353

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ

Mart qırğınlarının ikinci günü Qalada, kilsənin yanında yaşayan İşxan 

Qarabəyov qaynı Nikolayla birlikdə öz evinin damından qarşıdakı evdə 

yaşayan Əbdül Cabbar Babayevin mənzilinin pəncərələrini atəşə tutmuş-

dur. Əbdül Cabbarın qardaşı Əbdül Qafar kabinetə daxil olaraq telefonla 

danışmağa başlayarkən Qarabəyov və onun qaynı bir neçə atəş açmış və 

onu yerindəcə öldürmüşlər (s.I, v.3).

Əbdül Cabbar Babayevin sözlərinə görə onun yaxın tanışı Pyotr Moise-

yeviç Zorabov həkim Tiqran Ter-Zaxaryanın denşikinin guya digər ermə-

nilərlə birlikdə Cavad bəy Aşurbəyovun və doktor Kərim bəy Sultanovun 

öldürülməsində və cəsədlərin “Dağıstan” mehmanxanasının yanan bina-

sının içinə atılmasında özünün iştirakı barədə necə danışdığını eşitmiş-

dir. (s.I, v.4).

Yuxarıda şərh edilənləri nəzərdən keçirərək və:

 I. Yuxarıda təsvir edilən cinayətlərin törədilməsində: 1. Əli Övsəd Davu-

dzadənin, İmamverdi Zeynalovun və Ağa Hüseyn Tağıyevin ifadələri üzrə 

Stepan Lalyevin; 2. Abbas Eyvazovun ifadəsi üzrə Artyom Nikolayeviç Ter-A-

kopovun və Fridun Antonovun; 3. həmin Eyvazovun, polkovnik Mansur 

şahzadə Qacarın və Ağa Hüseyn Tağıyevin ifadələri üzrə Jorj Melikovun; 4. 

Əbdül Cabbar Babayevin ifadəsi üzrə İşxan Qarabəyovun, onun qaynı Niko-

layın və Tiqran Ter-Zaxaryanın denşikinin; 5.Mirzə Əhməd Hüseynzadənin 

ifadəsi üzrə Asatur Vaçyansın; 6. Ağa Hüseyn Tağıyevin ifadəsi üzrə Tatevos 

Əmirovun; 7. Məşədi Əhməd Rəhim oğlunun, Ağa Hüseyn Hacı Səlim oğlu 

Nəcəfovun və Nəsir Kərbəlayı Əzim oğlunun ifadələri üzrə baqqal Yexuş 

Samveloviçin; 8. həmin Məşədi Əhməd Rəhim oğlunun ifadəsi üzrə dərzi 

Hayk Yeramış oğlunun; 9. Məşədi Hüseyn Səfərəliyevin və Mir Qasım Seyid 

İsmayıl oğlunun ifadələri üzrə çəkməçi İsaak Baqdasarovun; 10. Əsxəddin 

Hacı oğlu Mustafayevin ifadəsi üzrə zabit Sergeyevin; 11. Teymur Səlimo-

vun ifadəsi üzrə Aleksandr Ter-Qazarovun, Levon Ter-Qazarovun və onların 

adı hələ də müəyyən edilməmiş üçüncü qardaşının; 12. Ağa Əli İsmayılovun 

ifadəsi üzrə bərbər Arşak Avetisovun; 13. Yaxşı Xanım Hacı Əli Mərdan qızı 

Manafovanın ifadəsi üzrə soyadı hələ də müəyyən edilməmiş Aleksandrın; 

14. Məmməd Tağı Kərimovun ifadəsi üzrə Levon Arutyunoviç Qaraxanya-

nın; 15. Məşədi Məmməd Sadıq Həsənovun ifadəsi üzrə Sergey Melikovun; 

16. Məşədi Məmməd Sadıq Talıbovun ifadəsi üzrə Levon Varşamyanın; 17. 

İsmayıl bəy Şeyda bəy oğlunun ifadəsi üzrə I oğlanlar gimnaziyasının tələ-

bəsi Paronyanın; 18. Ağa Hüseyn Tağıyevin ifadəsi üzrə Ambarsum Meliko-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

354


vun, praporşik Dovlatovun və Xristofor Dildarovun; 19. Mir Əbdül Əziz Seyi-

dovun ifadəsi üzrə tələbə Popovyanın; 20. Yankel Samuiloviç Slavinskinin 

ifadəsi üzrə Xaçatur Martirosovun; 21. Məşədi Hüseyn Səfərəliyevin ifadəsi 

üzrə praporşik Avakyanın; 22. Kazım Ələsgər oğlu Axundovun ifadəsi üzrə 

Yeqiş Paxlavuninin və Levon Saatsazbəyovun ifşa olunduğunu; 

II. Yuxarıda təsvir olunan cinayətlərin törədildiyi mart qırğınlarının 

müsəlman əhalisini dəfələrlə silahlı çıxışa sövq etməyə cəhd göstərərək, 

nəticədə onun əvvəlcə Bakıda, daha sonra ucqarlarda fiziki olaraq məhv 

edilməsinə, bütün əmlakının mənimsənilməsinə və onun bütün rifahı-

nın və siyasi üstünlüyünün təbii surətdə ermənilərin əlinə keçməsinə 

nail olmaq məqsədi ilə “Daşkansütun” partiyası və Erməni Milli Şurası 

tərəfindən hələ 1917-ci ildən başlayaraq hazırlandığını; 

III. 1918-ci ilin mart ayının 17-dən sonra cərəyan edən hadisələrin 

göstərdiyi kimi, müsəlmanların qətlə yetirilməsinin və müsəlmanların 

evlərinin darmadağın edilməsinin şəhərin bütün hissələrində, planauy-

ğun şəkildə, əvvəlcədən müəyyən edilmiş sistem üzrə, yaxşı təşkil edilmiş 

hərbi hissələr tərəfindən, həm də onların rəhbərliyi altında və Bakı şəhə-

rinin erməni əhalisi tərəfindən həyata keçirildiyini; 

IV. Buna görə də, yuxarıda təsvir olunmuş cinayətlərdən birinin və ya 

bir neçəsinin törədilməsində ifşa olunanların hamısının quldur dəstə-

sinin üzvləri kimi, həm də digər cinayətlərə görə cinayət məsuliyyətinə 

cəlb edildiyini nəzərə alaraq,

Hesab edirəm ki, Cəza haqqında Qanun Məcəlləsinin 13, 129, 927, 1452, 

1453, 1607, 1633 və 1636-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə 

görə yuxarıda adı çəkilən şəxslərin haqqında cinayət işi açılsın.

Fövqəladə Təhqiqat Komissiyasının üzvü А.Kluge (imza)

AR Pİİ SSA, f. 277, s. 2, iş 27, v. 16-24.


355

FƏSİL VI. MƏHKƏMƏ-İSTİNTAQ SƏNƏDLƏRİ



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin