Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   2   3   4   5   6   7   8   9   ...   34

Elə bu dövrdə 1905-1907-ci illər erməni-azərbaycanlı münaqişəsinin bi-

lavasitə şahidi olmuş bir çox azərbaycanlı xadimlər bu qırğınlarda maraq-

ları olan qüvvələrin məqsəd və planlarını daha dəqiq və konkret izah edir-

dilər. Məsələn, tanınmış azərbaycanlı ictimai xadim Xosrov bəy Dövlətov 

1905-1907-ci illərin hadisələri haqqında belə yazırdı: “…ermənilər ən ciddi 

şəkildə tərtib edilmiş proqram üzrə öz arzu və ideyalarının - Yelizavet-

pol və Tiflis quberniyalarının bütün dağlıq zolağını kəsib ayırmaq, Qars 

vilayəti ilə birlikdə Türk Ermənistanına birləşdirmək və orada müstəqil 

erməni dövləti yaratmaq - həyata keçirilməsinə hazırlaşırdılar, lakin Os-

manlı və Rusiya hökumətlərinin incə siyasəti və təzyiqi sayəsində buna 

nail ola bilmədilər”. (9) 

Digər azərbaycanlı xadim, tanınmış ədib Məmməd Səid Orduba-

di, azərbaycanlı neft sənayeçisi, milyonçu Murtuza Muxtarovun maddi 

dəstəyi ilə artıq öz dövrü üçün unikal olan sənədlər toplusu – erməni mil-

lətçilərinin ucbatından Azərbaycan xalqının başına gələn bəlalar haqqın-

da kitab hazırlamışdı. 1911-ci ildə Azərbaycanın bütün bölgələrindən və 

ermənilər də daxil olmaqla müxtəlif əhali qruplarından alınmış 245 mək-

tub və digər materiallar əsasında, isti izlərlə yazılmış bu kitabda on min-

lərlə günahsız insanın məhvinə, minlərlə evlərin, təsərrüfatların, kənd-

lərin dağıdılmasına səbəb olmuş faciəvi hadisələrin müəllif tərəfindən 

qərəzsiz xronikası yaradılmışdı. M.S.Ordubadi, faktların və hadisələrin 


13

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

təsviri ilə kifayətlənməyərək, millətlərarası toqquşmalara gətirib çıxaran 

səbəbləri təhlil etməyə çalışmışdı ki, onları aşağıdakı kimi qruplaşdırmaq 

olar: “Daşnaksütun” tərəfindən Qafqazda oynanılmış “qanlı teatr”; yer-

li hakimiyyət nümayəndələrinin etinasızlığı və fəaliyyətsizliyi; erməni 

fitnəkarlığını və hiylələrini vaxtında tanıya bilməmiş azərbaycanlıların 

sadəlöhvlüyü və təcrübəsizliyi, habelə silahlarının olmaması; Londonun, 

Parisin və Amerikanın fəal dəstəyi sayəsində Türkiyə və Cənubi Qafqazın 

ərazilərində “Böyük Ermənistan” yaratmaq məqsədilə, ermənilərin mux-

tariyyətə can atması. (10)

Diqqətəlayiqdir ki, əsasən öz xalqının başına gələn dəhşətli faciələr 

haqqında danışmağa hazırlaşan azərbaycanlı müəllif kitabın əvvəlində 

qeyd edirdi ki, o, qətiyyən qarşısına baş vermiş hadisələrdə öz xalqını mə-

suliyyətdən azad etmək və bütün günahı “erməni qonşularının” üzərinə 

yıxmaq kimi bir məqsəd qoymamışdır: “Bunu da bütün Qafqaz millətləri 

bilməlidir: mənim bu əsəri yazmaqda məqsədim millətimizi məsuliyyət-

dən qurtarmaq, insanpərvər kimi tanıtmaq, həmçinin erməni qonşuları 

məsul tutmaq, vəhşi və insaniyyətdən uzaq bir varlıq kimi nişan vermək 

də deyil...Mənim məqsədim onların və bizim bu xətalardan ötrü təəssüfə 

layiq bir halda gələcək qarşısında xəcalət çəkəcəyimizi deyib durmaqdır”. 

Müsəlmanların “elmsizlik və anlamazlıq səbəbindən bu bəlalara düşdü-

yünü”, ermənilərin isə “bir para yazıçıların xam xəyallarına qurban ol-

duqlarını” bildirən yazıçı belə bir inam ifadə edirdi ki, onun bu əməyi, hər 

iki millətə iki il ərzində yol verdiyi “öz səhv və xətasını düşünmək” üçün 

“mənəvi səmərələr və faydalar verəcəkdir”. (11) 

Təəssüflə qeyd edilməlidir ki, tarix azərbaycanlı yazıçının da, həm-

vətənləri kimi, öz ümidlərində sadəlövh olduğunu sübut etdi. Cəmi on 

ildən sonra Cənubi Qafqaz yenidən müharibə alovuna büründü və bu alo-

vun qızışmasına yenidən həmin “erməni qonşular”ın “xam xəyalları” sə-

bəb oldu. 

1905-1907-ci illərdən sonrakı dövrdə Qərbdə öz maraqlarını səmərəli 

şəkildə təşviq edən və Antanta ölkələri ilə, ilk növbədə, London və Parislə 

əlaqələrini nizama salan ermənilər, 1905-ci il inqilabına davam gətirmiş 

Rus mütləqiyyətinin yaxın gələcəkdə devrilməsi ümidlərinin doğrulma-

yacağına əmin olaraq, Rusiya hakimiyyətinə qarşı öz barışmaz münasi-

bətlərini dəyişdilər. Bu işdə II Nikolayın qarşısında ermənilərin maraqla-

rını açıq şəkildə müdafiə edən Qafqazın yeni canişini Vorontsov-Daşkovun 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

14

siyasəti də əhəmiyyətli dərəcədə rol oynayırdı. Vorontsov-Daşkov çara 



yazdığı məktublarında daima Cənubi Qafqazda rus hakimiyyəti ilə ermə-

ni icmasının maraqlarının üst-üstə düşdüyünü, habelə Türkiyədəki xris-

tian-həmməzhəblərinin müdafiəsinin zəruriliyini vurğulayır, Türkiyə ilə 

gözlənilən yeni müharibənin başlayacağı şəraitdə guya ki, ermənilərlə it-

tifaqdan Rusiyanın əldə edəcəyi faydaları geniş şərh edərək bildirirdi ki, 

“vaxtilə hərbi əməliyyatlar zamanı qoşunlarımıza fəal yardımları ilə bizə 

əvəzini ödəyən Türkiyə ermənilərinin himayə edilməsi kimi qədim rus si-

yasətinə qayıtmağın vaxtı çatmışdır”. (12)

Erməni millətçiləri, o cümlədən erməni din xadimləri özləri də II Ni-

kolaya buna bənzər məktublarla müraciət edirdilər. Belə ki, Türkiyəyə 

qarşı daha yaxşı təşkilatlandırılmış silahlı çıxışların hazırlanması kimi 

nəzərdə tutduqları yeni siyasi xəttin həyata keçirilməsinin Rusiya ilə ba-

rışmadan və ittifaq yaratmadan iflasa uğrayacağı məlum idi. Bu məqsədlə 

1912-ci ildə Erməni Milli Şurası və onun icraçı orqanı - Milli Büro yaradıl-

mışdı və bu qurum da öz növbəsində dəfələrlə Rusiya hökmdarına “onun 

sədaqətli övladlarının” adından müraciət edərək “türklərin zülmü altın-

da inləyən” bədbəxt qardaşlarının əzablarına son qoymaq üçün köməklik 

göstərilməsini xahiş edirdi. Vorontsov-Daşkovun səyləri, habelə Erməni 

Milli Şurasının fəaliyyəti çox tezliklə öz nəticələrini verdi və 1913-cü il-

dən başlayaraq çar hakimiyyətinin tam surətdə ermənilərə himayədarlıq 

siyasətinə qayıtması baş tutdu. Bu siyasət Birinci Dünya müharibəsinin 

əvvəlində xüsusilə aydın təzahür etdi və “erməni faktorundan” Türkiyəyə 

qarşı istifadə etməyi qəti qərara almış Rus hakimiyyəti hər vasitə ilə er-

mənilərin muxtariyyət və öz dövlətçiliyini yaratmaq haqqında gizli arzu-

larını qızışdırmağa başladı. II Nikolayın xüsusi Bəyannaməsi bu siyasətin 

ən yüksək nöqtəsi hesab edilə bilər, belə ki, Rus imperatoru birmənalı şə-

kildə erməniləri, çoxdan gözlədikləri muxtariyyətlə cəlb edərək, Türkiyəyə 

qarşı Rusiyanın tərəfində fəal çıxışlara təhrik edirdi: “Ermənilər! Çarın 

hakimiyyəti altında öz qan qardaşlarınızla birləşməklə, siz, nəhayət ki, 

azadlığın və ədalətin dadını biləcəksiniz”. (13) 

Bütün səylərini onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilmə-

sinə yönəltmiş erməni millətçilərinin II Nikolayın vədlərini nə dərəcədə 

ciddi qəbul etdikləri artıq “Daşnaksütun” partiyasının çara müraciətin-

dən aydın görünürdü: “Bizim qəlbimiz elə bir güclü həvəslə dolmuşdur ki, 

bizim əziz vətənimizin payına düşən sınaq rus silahının yeni əzəməti və 


15

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

Rusiyanın Şərqdə tarixi vəzifələrinin həlli ilə başa çatsın. Qoy rus bayra-

ğı azad şəkildə Bosforda və Dardaneldə dalğalansın. Böyük Hökmdar, qoy 

Sizin əzminizlə Türkiyənin əsarəti altında qalmış xalqlar azadlıq əldə et-

sinlər.” (14)

Lakin, hadisələrin sonrakı gedişi göstərdi ki, Birinci dünya müharibəsi 

dövründə Qafqaz cəbhəsində erməni silahlı qüvvələrinin rus qoşunları-

na həqiqətən “fəal yardımına”, həmçinin Türkiyə və Cənubi Qafqaz əra-

zilərində dinc əhaliyə qarşı müstəqil, daha fəal çıxışlarına baxmayaraq, 

rus-erməni ittifaqı ağır itkilərdən və qanlı faciələrdən savayı nə Rusiya 

dövlətinə, nə Türkiyə və Cənubi Qafqaz xalqlarına, o cümlədən ermənilə-

rin özlərinə də heç nə vermədi. 

1917-ci ildə Rusiya imperiyasının süqutu ilə Cənubi Qafqazın tarixin-

də daha geniş miqyaslı münaqişə və müharibələr, həqiqətən böyük tarixi 

sarsıntılarla səciyyələnən yeni dövr başlandı. Dünya müharibəsi başla-

nandan keçən üç il ərzində ermənilər bilavasitə öz məqsədlərinə – ermə-

ni muxtariyyətinin Rusiya tərəfindən tanınmasına nail ola bilməsələr də, 

bu məsələdə qərb siyasətçilərinin və ictimaiyyətinin fikrini öz xeyrlərinə 

effektiv şəkildə hazırlamağa nail olmuşdular. Bu nailiyyət sonrakı illər-

də ermənilərin Türkiyənin “erməni vilayətlərində” olmasa da, hər halda 

Cənubi Qafqazda, bir çox hallarda öz qonşularının torpaqları hesabına 

öz dövlətçiliyini yaratmasında mühüm rol oynayacaqdı. Lakin, mühari-

bə hələ davam edirdi və erməni millətçiləri Türkiyənin geniş ərazilərində 

“Böyük Ermənistan” yaratmaq ümidlərindən hələ əl çəkməsələr də, artıq 

dərk edirdilər ki, yaranmış şəraitdə bu planların reallaşması olduqca çə-

tinləşmişdir. Bu məqam, onları öz fəaliyyətlərini Cənubi Qafqaza - həmin 

məqsədin həyata keçirilməsi üçün daha əlverişli şəraitin olduğu regiona 

keçirməyə vadar etdi. Belə ki, 1918-ci ilin mart ayına qədər ermənilər öz 

əsas niyyətlərindən birini – hələ mövcud olmayan erməni dövləti üçün 

Cənubi Qafqazın cənub-qərbində – Qarsda, İrəvan quberniyasında, Zəngə-

zurda, Göyçədə, Yelizavetpol quberniyasının bir sıra qəzalarında və Qara-

bağda dinc sakinlərin – azərbaycanlıların sıxışdırılması, zorla qovulması 

və kütləvi surətdə qırılması yolu ilə böyük ərazilərin yerli əhalidən təmiz-

lənməsini həyata keçirə bilmişdilər. 

1917-ci ildə Rusiyada bolşevik çevrilişindən sonra erməni və gürcü hər-

bi hissələrinin Qafqaz cəbhəsindən çaşqın və nizamsız şəkildə geri çəkil-

məsi nəticəsində, buna qədər daima türk torpaqlarında yaşayan və ya rus 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

16

ordusu tərəfindən ələ keçirilən türk vilayətlərində müvəqqəti məskun-



laşmış yüz minlərlə erməni əhalisi yenidən Qafqaza üz tutdu və burada, 

Türkiyədə 1915-ci ilin məlum hadisələrindən sonra yuxarıda göstərilən 

məntəqələri doldurmuş erməni qaçqınlarının cərgəsinə qarışdı. “Daşnak-

sütun”un silahlı dəstələrinin idarə etdiyi və cəbhədən qaçmış minlərlə 

erməni əsgəri tərəfindən dəstəklənən qəzəblənmiş, ümidsiz vəziyyətə çat-

dırılmış erməni əhalisinin nəhəng axını yerli - dinc, silahsız müsəlman 

əhalisinin üzərinə hücum çəkərək çox qısa müddət ərzində onu öz əzəli 

torpaqlarından qovdu. Məsələn, 1918-ci ilin mart ayınadək təkcə İrəvan 

quberniyasının 199 kəndi ermənilər tərəfindən talan edildiyindən yerli 

azərbaycanlılar tərəfindən məcburi şəkildə boşaldılmışdı. (15) Yuxarıda 

göstərilən bütün quberniya, qəza və kəndlərdə silahlı erməni dəstələrinin, 

həmçinin bütün bədbəxtliklərinin günahını türklər və azərbaycanlılar-

da görən və bu səbəbdən hər şeyə hazır olan erməni qaçqınların mövcud 

olması azərbaycanlıların məskunlaşdığı ərazilərin təmizlənməsi üzrə er-

məni millətçilərin planlarının həyata keçirilməsini xeyli yüngülləşdir-

mişdi. Bu baxımdan qətiyyətlə demək olar ki, gələcək Erməni dövlətçiliyi-

nin ərazi fundamenti məhz bu dövrdə qoyulmuşdu. 

1917-ci ildən sonra xüsusilə güclənmiş anarxiya, hakimiyyətsizlik və 

cəzasızlıq mühiti erməni millətçi qüvvələrinə azərbaycanlı əhalidən artıq 

təmizlənmiş ərazilərdən daha geniş sərhədlərdə nəzərdə tutduqları ermə-

ni dövlətinin yaradılması yolunda öz niyyətlərini həyata keçirmək üçün 

daha yeni və geniş imkanlar açırdı. Mübarizə davam edirdi, gələcək “Bö-

yük Ermənistan”ın taleyi şəhərlərdə, o cümlədən Bakıda həll edilirdi.

 

 * * *



1918-ci ilin əvvəlində ermənilər Bakıda kifayət qədər güclü siyasi, iq-

tisadi və ictimai mövqelərə malik idilər və şəhər həyatının demək olar 

ki, bütün sahələrində təmsil olunurdular. Bakı şəhərinin və onun ətraf 

kəndlərinin bütün əhalisinin sayına görə azərbaycanlı və rus əhalidən 

sonra ermənilər üçüncü yeri tuturdular. (16) Bakının erməni ictimaiy-

yətinin maraqlarını erməni aristokratiyası və elitasının demək olar ki, 

bütün nümayəndələrinin daxil olduğu Erməni Milli Şurası təmsil edir-

di. Ermənilər ticarət, sənətkarlıq, maliyyə sahələrində nəzərəçarpacaq 

rol oynayır, vasitəçilik və sələmçi funksiyalarını ifa edir və hətta bey-


17

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

nəlxalq sövdələşmələrə də müvəffəq olurdular. İşgüzar və tədbirli ermə-

ni burjuaziyası hələ Bakıda neft hasilatının yüksəlişinin ilk çağlarında 

neftlə zəngin ən yaxşı əraziləri ələ keçirməyi bacarmış və Bakının neft 

sənayesində imtiyazlı mövqe tutmağa nail olmuşdu. Təsadüfi deyil ki, 

bu sahədə əsas təşkilata – Neft Sənayeçiləri Qurultayı Şurasına ermə-

ni burjuaziyasının nümayəndələri rəhbərlik edir, onun “çoxsaylı müəs-

sisələrində bütün vəzifələri də erməni mühəndisləri, həkimləri, kontor-

çuları, hesabdarları və s. tuturdular”. (17)

Ermənilər şəhər hakimiyyətinin bütün sahələrində və orqanlarında da 

aparıcı mövqelərə malik idilər. Bakıdakı erməni kilsəsi “ermənilər üçün 

rəsmi dövlətçiliyi müvəffəqiyyətlə əvəz edən xüsusi teokratik qurum” 

olan “Eçmiadzin”in eyni funksiyalarını icra edirdi. (18) Bakıda bütün er-

məni siyasi partiya və təşkilatlarının, o cümlədən “Daşnaksütun”un yerli 

təşkilatları fəaliyyət göstərirdilər. Bundan əlavə ermənilər demək olar ki, 

bütün rus siyasi partiyalarının - ən müxtəlif cərəyan və istiqamətli - yerli 

təşkilatların üzvü idilər. Onlar xüsusilə bolşevik təşkilatında, o cümlədən 

Bakı Sovetinin özündə güclü şəkildə təmsil olunurdular, Bakı Sovetinin 

özünə isə erməni Stepan Şaumyan başçılıq edirdi. Bu, ilk baxışda subyek-

tiv sayılan amil, son nəticədə, 1918-ci ilin martında törədilmiş azərbay-

canlı qırğınlarında kifayət qədər həlledici rol oynayacaq.

O dövr üçün artıq tanınmış bolşevik lideri olan S.Şaumyan xalqların 

öz müqəddəratını təyin etmə hüququ kimi marksist prinsipinə qarşı 

son dərəcə barışmaz mövqeyi ilə seçilir, hətta bu prinsipin sadəcə ola-

raq rəsmən elan edilməsinə qarşı çıxış edirdi. Məhz bu mövqeyinə görə  

V.İ.Lenin onu hələ 1914-cü ildə tənqid etmişdi: “Rus marksistinə erməni 

toyuq satanın fikirləri üzərində dayanmaq ayıb deyilmi? …erməni cahilli-

yi üzündən Siz purişkeviçlərin və onların millətçiliyinin əlaltılarına çev-

rilirsiniz”. (19) 

Mart hadisələri ərəfəsində “Bakinski raboçiy” qəzetinin 15 mart 1918-

ci il tarixli sayında V.İ.Leninin milli məsələdə mövqeyinə görə Şaumyanı 

kəskin tənqid edən məktubu dərc olunmuşdu. Lakin tezliklə məlum oldu 

ki, xalqlara muxtariyyət verilməsi məsələsində S.Şaumyanın son dərəcə 

barışmaz mövqeyi yalnız digər xalqlara, o cümlədən Azərbaycan xalqı-

na münasibətdə əks olunurdu. Öz doğma erməni xalqına gəldikdə isə, 

bu “rus marksistinin” siyasi görüşlərində milli maraqlar sinfi maraqları 

üstələyirdi. Təsadüfi deyildir ki, rus qoşunları tərəfindən müvəqqəti işğal 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

18

edilmiş Türkiyə ərazilərində erməni muxtariyyətinin yaradılması planı-



nın həyata keçirilməsi üzrə tapşırığı məhz Şaumyan yerinə yetirməli idi. 

V.İ.Lenin və İ.V.Stalin tərəfindən imzalanmış 29 dekabr 1917-ci il tarixli 

“Türk Ermənistanı haqqında dekretdə” Rusiya Xalq Komissarları Sove-

ti erməni xalqına elan edirdi ki, “Rusiya Fəhlə və Kəndli hökuməti Ru-

siyanın işğal etdiyi “Türk Ermənistanı” ermənilərinin öz müqəddəratını 

təyin etmə hüququnu dəstəkləyir”. Lenin tərəfindən Qafqaz işləri üzrə 

fövqəladə komissar təyin edilmiş Şaumyana isə şəxsən “məzlum erməni 

xalqının əsrlər boyu gözlədiyi milli ideyaların həyata keçirilməsi üçün” 

erməni təşkilatlarına hər bir köməkliyi göstərmək” həvalə olunurdu. (20)

Beləliklə, Rusiya hakimiyyəti - çar hökuməti olmasa da, bolşevik hö-

kuməti - 29 dekabr 1917-ci il tarixli dekreti ilə nəhayət ki, Ermənistana 

Türkiyə ərazisində çoxdan gözlənilən muxtariyyət verdi və onu yaratmağı 

Qafqazın yeni bolşevik “canişininə” – “rus marksisti” və “erməni xalqının 

sadiq oğlu” Stepan Şaumyana tapşırdı. Lakin, bu “muxtariyyətin” həyata 

keçirilməsi üçün həmin dövr nə bolşeviklərin, nə də Şaumyanın ermə-

ni milli qüvvələrinin və “Daşnaksütun”un bütün hərbi imkanları nəzərə 

alınmaqla belə, heç bir real hakimiyyəti və qüvvəsi yox idi. Rusiyanın 

özü vətəndaş müharibəsi, anarxiya və hərc-mərclik məngənəsində çapa-

layırdı, ölkənin təsərrüfatı tam bərbad və pozulmuş halda idi, Bakı nefti 

“Rusiyanın bütün fabrik-zavod sənayesinin və nəqliyyatının əsas dama-

rını” təşkil edirdi (21); Moskvadan gələn göstərişlərdə Şaumyandan bütün 

Cənubi Qafqazda bolşevik hakimiyyətinin ölüm-dirim məsələsinin həll 

edildiyi Bakının özündə Sovet hakimiyyətinin möhkəmləndirilməsi üçün 

həlledici addımlar atılması tələb olunurdu. Təsadüfi deyil ki, məhz bu 

dövrdə bolşevik liderləri ən ciddi şəkildə Bakının və Bakı quberniyasının 

digər Xəzəryanı ərazilərinin Azərbaycandan təcrid edilməsi və daha sonra 

Rusiya Federasiyasının tərkibinə daxil edilməsi planlarını işləyib hazır-

layırdılar. Bakının Azərbaycandan təcrid edilməsi ideyası “Daşnaksütun” 

partiyası üçün də sərfəli idi, çünki bu, Cənubi Qafqazda Bakı və Yeliza-

vetpol quberniyalarının ərazilərinin gələcək erməni dövlətinin tərkibinə 

daxil edilməsinə dair onun öz planlarının həyata keçirilməsini yüngül-

ləşdirirdi. (22) 

Bakının erməni millətçilərinin və özəyi də ermənilərdən ibarət olan 

bolşevik təşkilatlarının “Müsavat” partiyası başda olmaqla müstəqilliyə 

can atan Azərbaycan milli qüvvələrinə qarşı münasibətdə də mövqeləri 


19

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

üst-üstə düşürdü. Az sonra onların Bakıda Azərbaycan milli qüvvələrinin 

darmadağın edilməsində və bu qüvvələrin sosial bazasının – müsəlman 

əhalisinin məhv edilməsində də tamamilə həmrəy olduqları aydınlaşdı. 

Belə ki, 1918-ci ilin fevralında “Bakinski raboçiy” qəzetinin səhifələrində 

açıq-aşkar “Azərbaycan muxtariyyətini arzu edən müsavatçılar bir yığın 

xarabalıqlar əldə edəcəklər” kimi bəyanat verən Şaumyanı (23) Azərbay-

canı həmin “xarabalıqlar yığınına” çevirməli olan və təcili surətdə ordu 

toplayan Erməni Milli Şurası tam dəstəkləyirdi. Erməni ordu korpusunun 

təşkili və erməni döyüşçülərin Qafqaza göndərilməsi ilə həmçinin Petroq-

radda olan yüksək rütbəli erməni hərbiçiləri məşğul olurdular. Məsələn, 

erməni korpusunun ehtiyacları üçün Petroqraddan bir neçə zirehli qatar, 

avtomobil, texniki vasitə və sursatlar, hətta sanitar qatarı göndərilmişdi. 

1918-ci il fevralın 6 və 7 –də keçmiş Rusiya ordusunun generalları İvan 

Baqramyan və Akop Baqratuni, həmçinin “Daşnaksütun” partiyasının 

yaradıcılarından biri Stepan Zoryan (Rostom) Bakıya gəlmişdilər. (24) 

Cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamağa və hazırlanan 

silahlı vuruşlarda onlardan istifadə etməyə cəhd göstərən Erməni Milli 

Şurası 1918-ci ilin mart ayının əvvəlində “Erməni əsgərlərinə” çağırış ilə 

müraciət etdi və üstüörtülü şəkildə onları silahlarını özlərində saxlamağa 

və erməni millətinin mənafeyinin müdafiəsi üçün tələb olunan hər yerdə 

tətbiq etmək üçün hazır olmağa çağırdı. (25) 

Eyni zamanda Bakı Sovetinin Qızıl Ordusunun mövcud və yeni his-

sələrinin formalaşdırılması işi gedirdi, ordu sıralarına çağırışla Avakyan 

məşğul olurdu. Nəticələr kifayət qədər səciyyəvi idi: “Qırmızı qvardiya” 

adı altında yaradılmış 10-12 minlik ordunun 70 faizini ermənilər təşkil 

edirdi. (26) Qızıl Ordunun qərargah rəisi, çar ordusunun polkovniki, daş-

nak birləşmələrinin komandanı və “Daşnaksütun” partiyasının üzvü Z.A-

vetisov, briqada və birləşmiş dəstələrin komandirləri – çar ordusunun pol-

kovniki Kazarov, türk-müsəlman əhalisinə qarşı öz vəhşilikləri ilə məşhur 

olan Amazasp, A.Əmirov və digərləri idi. Beləliklə, 1918-ci ilin martında 

Şaumyanın özünün şəhadətinə görə artıq bolşeviklərin sayı “təxminən 

6 min nəfər” olan hərbi hissələri, “Daşnaksütun”un isə “3-4 minlik mil-

li dəstələri” var idi ki, onlar da həmçinin bolşeviklərin sərəncamına ve-

rilmişdi. (27) Qızıl Ordu və erməni birləşmələri silahla bağlı çatışmazlığ 

hiss etmirdilər, çünki Sovet hökumətinin adına İrandan və Orta Asiyadan 

daxil olan bütün silah və sursatlar bolşeviklərə və daşnaklara təhvil veri-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

20

lirdi. Bununla kifayətlənməyən S.Şaumyan İ.Stalinə ünvanladığı 16 mart 



1918-ci il tarixli məktubunda RSFSR XKS-dən Qafqaz Ordusunun Hər-

bi-inqilab komitəsinin ehtiyacları üçün 10 milyon rubl ayrılmasını xahiş 

edirdi. (28) Milyonçu Mantaşevin və digər iri erməni neft sənayeçilərinin 

zavodları, habelə Bakıdakı erməni kilsəsinin zirzəmiləri erməni silahının 

mərkəzi silah anbarına çevrilmişdi . 

Beləliklə, bolşeviklər və daşnaklar bütün partiyalararası, siyasi və ide-

oloji ziddiyyətləri kənara qoyaraq Bakıda hərbi-siyasi ittifaq bağladılar və 

bütün güclərini “Müsavat” başda olmaqla Azərbaycan milli hərəkatına və 

bütün müsəlman əhalisinə qarşı yönəltdılər.

Artıq mart hadisələrindən sonra, baş vermiş faciənin ağlasığmaz miq-

yasları qarşısında hər hansı açıqlama verməyə məcbur olan Stepan Şaum-

yan etiraf edirdi ki, “Daşnaksütun”un iştirakı “vətəndaş müharibəsinə bir 

qədər milli qırğın xarakteri vermişdir. Lakin buna yol verməmək müm-

kün deyildi. Biz bilərəkdən buna yol verirdik. … Əgər onlar Bakıda üstün 

gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi”. (29)

“Daşnaksütun” partiyasının o vaxtkı liderlərindən biri olan Ovanes 

Kaçaznuni isə mart hadisələrində erməni birləşmələrinin iştirakına bu 

səbəbdən bəraət qazandırırdı: “Bakıda erməni əhalisinin təhlükəsizliyi 

nöqteyi-nəzərindən “Müsavat” diktaturası ilə müqayisədə bolşeviklərin 

diktaturası daha çox məqbul idi”. (30)

 Sözsiz ki, bu izahlar bolşeviklərlə daşnakları birləşdirən səbəblərin ki-

çik bir hissəsini əks etdirirdi, lakin ittifaq baş tutmuşdu və 1918-ci ilin 

martında Bakıda qeyri-mütəşəkkil, hazırlıqsız azərbaycanlı kütlələrinə 

qarşı artıq nizami hərbi bolşevik-erməni silahlı birləşmələri dururdu.

 Həmin vaxt müsəlmanların yeganə hərbi birləşməsi könüllülərdən 

təşkil edilmiş və Lənkəranda yerləşən “Vəhşi diviziya” adlanan müsəl-

man diviziyası idi və bolşevik rəhbərləri yaranmış ilk fürsətdən istifadə 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin