Bununla yanaşı, M.Ə.Rəsulzadə açıq şəkildə etiraf edirdi ki, “Müsa-
vat” partiyasının məhz Azərbaycanın muxtariyyəti ideyasını müda-
fiə etməsinin mart hadisələrinə gətirib çıxarması kimi ittihamlar qis-
mən həqiqətə uyğundur: “Əgər biz azadlığımızın düşmənləri qarşısında
itaətkarcasına başımızı əysəydik, bəlkə də, bu hadisələr olmazdı. Lakin
biz bunu edə bilməzdik. Biz o dövr açıq şəkildə Azərbaycan üçün mux-
tariyyət tələb edirdik. Bununla da biz düşmənlərimizin sayını artırır-
dıq. Bizim düşmənlərimiz deyirdi ki, Azərbaycanın muxtariyyətini yal-
nız bəzi şəxslər öz maraqları üçün arzulayırlar və bu, bütün Azərbaycan
xalqının arzusu deyildir. Lakin onlar çox yaxşı bilirdilər ki, xalq “Mü-
savat”ın ardınca gedir. Onlar, bizimlə mübarizə aparmaqla, Azərbaycan
xalqı ilə mübarizə aparırdılar”. ( 60)
M.Ə.Rəsulzadənin bu etirafı, əslində 1918-ci ilin mart hadisələrinin
xarakterini səciyyələndirir ki, bu məsələdə mübarizə aparan tərəflərin
mövqeyi ən ciddi şəkildə ziddiyyət təşkil edirdi. Burada qeyd etmək la-
zımdır ki, faktlar, şərait və hadisələrin xronikası nəzərə alınarsa, mart ha-
disələrinə dair bolşeviklər tərəfindən irəli sürülmüş “vətəndaş müharibə-
si”, yaxud erməni millətçi qüvvələrinin təkid etdikləri “ermənilərin tam
neytrallığı şəraitində bolşeviklərlə müsavatçılar arasında hakimiyyət uğ-
runda mübarizə” kimi izahlar heç bir məntiqə sığmır. Bu nöqteyi-nəzər-
dən mart hadisələrini Cənubi Qafqazın bütün müsəlman əhalisini məhv
etmək niyyəti güdən məqsədyönlü siyasət kimi xarakterizə etmiş Azər-
baycanlı milli qüvvələrin verdiyi qiymət son dərəcə məntiqli və ədalətli
hesab edilə bilər: “…kadetlərdən tutmuş bolşeviklərədək və daşnaklardan
tutmuş sosialistlərədək… sinfi məsələlər hətta arxa plana çəkilmişdir və
indi artıq mübarizə ayrı-ayrı siniflərlə yox, Azərbaycan türkləri ilə və sosi-
al zəmində yox, milli, hətta dini zəmində aparılır “. (61)
Bakı bolşeviklərinin rəhbəri S.Şaumyan öz növbəsində - “Bizim siyasə-
timiz –vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinədirsə, deməli,
düşmənlərimizin nökəridir” – deyə iddia edərək (62) eyni zamanda Bakı-
da azərbaycanlıların kütləvi surətdə qırılmasının bütün məsuliyyətini er-
məni tərəfinin üzərinə atmağa çalışırdı: “Doğrudur, biz onlardan istifadə
etməyə məcbur idik; çünki onlar bizim müttəfiqlərimiz olmuşdular, lakin
onlar mübarizəyə milli ünsür gətirdilər və buna görə də beynəlmiləlçili-
yin təntənəsi naminə milli şuraların və polkların möhkəmlənməsinə yol
vermək lazım deyildir. Erməni Milli Şurası müstəqil həbslər, axtarışlar
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
30
aparır, müsadirə edir və i.a., buna qarşı tədbir görmək lazımdır”. (63) Bu
sözlər S.Şaumyan tərəfindən 19 aprel 1918-ci il tarixində fəhlə, əsgər və
matros deputatları Sovetinin iclasında səslənmişdi.
“O vaxt ki, Bakıda nəhayət, qayda-qanuna bənzər bir şey bərpa edildi,
küçələr minlərlə meyitlərdən təmizləndi, yanğınlar söndürüldü, onda So-
vet şəhərdə ən möhtəşəm qüvvə kimi yüksəldi. Müsəlmanlar məğlubiy-
yətə uğradı və tam tərksilah edildi, ermənilər isə zəiflədi”. (64)
Real hakimiyyəti əlində cəmləşdirən Bakı Soveti dərhal F.X.Xoyski-
nin başçılıq etdiyi şəhər Dumasını buraxdı və bununla da Bakıda Sovetə
müxalif olan sonuncu orqan ləğv edildi. Bolşeviklər, sanki özlərini axı-
dılmış müsəlman qanına görə rüsvayçılıqdan və məsuliyyətdən kənara
çəkməyə çalışaraq, eyni zamanda hakimiyyət uğrunda mübarizədə artıq
yeganə rəqiblərindən azad olaraq, Erməni Milli Şurasını da idarəçilikdən
kənarlaşdırdılar, ermənipərəst qəzetlər bağlandı, daşnakların silahlı bir-
ləşmələri isə qismən tərksilah edildi və qismən də Qızıl Ordunun tərki-
binə daxil edildi. (65)
Lakin bununla mart hadisələrindən sonra, bolşeviklərlə daşnakların
yollarının ayrıldığını və Bakı Sovetinin rəhbərliyində artıq “erməni fak-
toruna” son qoyulduğunu düşünmək səhv olardı. Bunu 25 aprel 1918-ci il
tarixində yaradılmış Bakı Xalq Komissarları Sovetinin tərkibi açıq-aydın
təsdiq edirdi. Belə ki, S.G.Şaumyanın sədri olduğu Sovetdə 12 komissar
(nazir) postundan yarısını ermənilər tuturdu, özü də bütün mühüm ha-
kim postlara (sədr, xarici işlər, ordu və donanma, hərbi-inqilab komitəsi,
dəmiryolu və dəniz nəqliyyatı, Fövqəladə Komitə, Dövlət Nəzarəti) məhz
onlar nəzarət edirdilər. Yerli əhalinin nümayəndələrinə – azərbaycanlılara
cəmi iki, həm də xüsusi əhəmiyyəti olmayan vəzifələr – şəhər təsərrüfa-
tı (N.Nərimanov) və kənd təsərrüfatı (M.H.Vəzirov) verilmişdi. Sonradan
M.Əzizbəyov Bakı quberniyasının komissarı təyin edilmişdir.
Bakı Soveti Xalq Komissarlarının ilk gördüyü iş, Moskvanın birbaşa
tapşırığı ilə, neft sənayesinin milliləşdirilməsi oldu və Bakı nefti lazım
olan həcmdə Rusiyaya daxil olmağa başladı.
Erməni birləşmələrinin sadəcə adı dəyişdirildi və elə həmin erməni
komandirlərinin – Amazaspın, podpolkovnik Bek-Zurabyanın və Arut-
yunyanın rəhbərliyi altında “sovet qoşunları” kimi üç briqada yaradıldı.
Korpusun komandiri polkovnik Kazaryan, qərargah rəisi isə polkovnik
Avetisov idi. (66) Həmin bu qoşunlar tezliklə Bakı Soveti tərəfindən öz
31
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
hakimiyyətinin Azərbaycanın regionlarında möhkəmləndirilməsi üçün
fəal surətdə istifadə edildi. Məsələn, türk əhalisinə qarşı qəddarlığı ilə
məşhurlaşmış daşnaksakan Amazaspın komandanlığı altında Qubaya
göndərilən 3 minlik qoşun yalnız “Daşnaksütun” partiyasına aid olan er-
mənilərdən ibarət idi və bu qoşun tərəfindən keçirilmiş cəza aksiyası nə-
ticəsində Quba qəzasında 4 minə yaxın dinc müsəlman əhali qətlə yeti-
rildi. Hələ Quba hadisələrinə qədər S.Lalayevin, T.Əmirovun və digərlərin
başçılıq etdiyi seçmə erməni quldur dəstələri tərəfindən Şamaxı şəhəri və
onun 110 kəndi darmadağın edilərək tamamilə yandırılmışdı. Azərbayca-
nın digər şəhər və iri qəsəbələri – Lənkəran, Salyan, Kürdəmirin, habelə
Ərəş, Nuxa, Göyçay, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarının da aqi-
bəti belə faciəli oldu.
Bakı quberniyasında qələbə çalan bolşevik-erməni qüvvələri tez-
liklə Yelizavetpola – Gəncəyə üz tutdular və Qarabağ erməniləri ilə söv-
dələşərək, Azərbaycan milli qüvvələrinin əsas istehkamının ələ keçirilmə-
sinə hazırlaşmağa başladılar.
Lakin, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaran-
ması və Azərbaycan xalqının öz milli hüquqları və müstəqilliyi uğrunda
ölüm-dirim mübarizəsinə qalxması respublikada siyasi vəziyyəti kökün-
dən dəyişdi. Azərbaycan milli qüvvələri öz növbəsində Türkiyənin hərbi
yardımı ilə öz respublikalarının paytaxtını – Bakı şəhərini bolşevik-daş-
nak hakimiyyətindən azad etmək üçün hazırlığa başladı.
Həmin dövr Bakının özündə hadisələr sürətlə bir-birini əvəz edir,
şəhərdə gündən-günə gərginlik və xaos güclənirdi. 1918-ci ilin martından
sentyabrınadək Bakı və onun ətraf kəndlərinin müsəlman əhalisi ermə-
ni quldur dəstələrinin tam mənası ilə girovuna çevrilmişdi. Rus generalı
Lyadovun təsvir etdiyi kimi, “daşnak zabitlərinin başçılıq etdiyi və demək
olar ki, yalnız heç bir döyüş qabiliyyəti olmayan erməni cəbhəçilərin-
dən ibarət Bakı Sovetinin qoşunları ətraf kəndlərdə soyğunçuluqla məş-
ğul olur və müsəlman kəndlisini daha da qəzəbləndirirdi”. (67) Şəhərdə
hökm sürən qanunsuzluq və özbaşınalıq, saysız-hesabsız müsadirələr və
açıq-aşkar qarətlər daha da dərinləşən ərzaq böhranı ilə müşayiət olunur-
du. Çörək yalnız orduya verilirdi, əhali aclıq çəkirdi və vəziyyət getdikcə
daha çox təhdidedici xarakter alırdı. Hər gün şəhərə Qafqaz cəbhəsini
yarmış türk qoşunlarının yaxınlaşması barədə xəbərlər gəlirdi. Bu məlu-
matlara Gəncədən əks hücuma keçmiş azərbaycanlı silahlı qüvvələrinə
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
32
türklərin yardımı haqqında xəbərlər də əlavə olunurdu. Yayın ortalarında
Bakı şəhərinin özündə Bakı Sovetinin mövqeyi güclü surətdə sarsılmışdı.
Digər siyasi qüvvələrin (sağ eserlərin, menşeviklərin və s.) bolçeviklərə
qarşı çıxış və qəsdlərinin qarşısı alınsa da, nə çar ordusunun polkovniki
L.Biçeraxovla qısamüddətli saziş, nə də Sovet Rusiyasının geniş miqyaslı
yardımına ümidlər özünü doğrultmadı. İyulun sonunda, Qızıl Ordunun
azərbaycanlı-türk qoşunlarının qarşısında tab gətirə bilməyəcəyi aydın
olduqda, qeyri-bolşevik rusların və ermənilərin ingilisləri Bakıya dəvət
etmək tələbləri qarşısında özünün tam tənəzzülünü göstərmiş bolşevik
hakimiyyəti öz səlahiyyətlərini könüllü surətdə təhvil verdi. Bu qərarın
necə qəbul edilməsi haqqında versiyalardan biri aşağıdakı sənəddə ifadə
edilirdi: “Bolşeviklərin gücü qalmamışdı, bolşevik hakimiyyətinin dəyiş-
dirilməsi – şəhərin ingilislərə təhvil verilməsi məsələsi müzakirə edilirdi.
İyun ayının 29-u axşam Şaumyan, Caparidze, Şeboldayev, bütün partiya-
ların, hərbi hissələrin və Erməni Milli Şurasının nümayəndələri (Rostom,
Petrov, Amazasp, Əmiryan və digərləri) hospitalda, general Baqratuninin
çarpayısının ətrafında toplaşmışdılar. Bu görüş haqqında qeyddə deyilir-
di: “General Baqratuni sual verdi: “Bizim cəbhədə nəyimiz var? Cavab belə
oldu: “Bir neçə yüz nəfər”. Onda Baqratuni yaxın günlər ərzində bolşe-
viklərin hansı qüvvələrə ümid etdiklərini soruşdu. Ona cavab verdilər ki,
Şimali Qafqazdan, sonra isə Həştərxandan və Muğandan 1000-1500 nəfər
gözləyirlər. General Baqratuni dedi ki, bu azdır və buna ümid etmək olmaz
… İngilislərin dəvət edilməsi məsələsi qəti şəkildə qoyuldu. Şaumyan ca-
vab verdi: “İngilisləri heç bir halda”. General Baqratuni qeyd etdi ki, mənə-
vi təkan zəruridir. O zaman türkləri geri oturtmaq üçün yerli qüvvələr də
kifayət edərdi. Bolşeviklərin artıq belə ruhlandırıcı elementi qalmamışdı.
İştirakçılardan qeyri-bolşeviklər Şaumyanın hakimiyyətdən getməsini
tələb etdilər. Şaumyan bəyan etdi ki, o, hakimiyyətdən gedir”. (68)
Yeni qurulan və “Sentrokaspi diktaturası” adlanan hakimiyyətin ömrü
cəmi ay yarım çəkdi və bu dövrdə o, yalnız iki əməli ilə – azacıq da olsa,
şəhər əhalisini ərzaqla təmin edə bilməsi və Bakının müdafiəsinə kömək
göstərilməsi üçün ingilisləri dəvət etməsi ilə yadda qaldı. İngilislər Ermə-
ni Milli Şurasının İrana ezam olunmuş üzvləri M. Ter-Poqosyanın və S.A-
raratyanın “dəvətini” qəbul etdilər. Belə ki, onları Bakıya siyasi maraqlar-
dan başqa, həm də “böyük ehtiyac duyduqları neft və benzin cəlb edirdi.
İngilislər gəlişlərinin şərtlərindən biri kimi benzini qoymuşdular. Onlar
33
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
deyirdilər ki, benzin çatışmazlığı onların qoşunlarının gecikməsinin əsas
səbəblərindən biridir və ayda 25 min pud benzin tələb edirdilər. Lakin,
avqust ayı ərzində, onların dəvət edilməsi haqqında qərar qəbul ediləndə
və onların dəstələri gəlməyə başladıqda, onlara 25 min yox, əvəzinə heç nə
ödənilməyən 62.420 pud benzin ayrılmışdı, və nəticədə onların qoşunları-
nın gəlişi nəinki sürətləndi, əksinə, tezliklə tamamilə kəsildi”. (69)
Avqustun əvvəlində İrandakı ingilis silahlı qüvvələrinin komandanı gene-
ral Denstervilin başçılığı ilə Bakıya daxil olan ingilis qoşunları şəhərdə qar-
şılaşdıqları vəziyyətdən heyrətə gəldilər: demək olar ki, yalnız ermənilərdən
ibarət olan qoşunlar tamamilə qeyri-mütəşəkkil idi, heç bir əsgər əmrlərə
tabe olmurdu və heç bir zabitin öz əmrlərində təkid etməyə cürəti çatmır-
dı. İngilis zabitləri “cəbhənin böyük ərazilərini boş buraxaraq, həmin zaman
hansı mitinqdəsə siyasi nitqlər dinləyən və ya rəfiqələri ilə şəhərdə çay içən
Bakı müdafiəçilərinin qəribə hərbi etikasına” mat qalmışdılar. (70) Lakin,
“Bakının şanlı müdafiəçiləri” öz döyüş postlarını yalnız mitinqlərə, və ya öz
rəfiqələrinə görə boş buraxıb getmirdilər. Onlar bütöv dəstələrlə cəbhə xətti-
nin yaxınlaşdığı Bakı kəndlərinə basqınlar törədir, müsəlman əhalisinin qət-
lə yetirməklə, qarət etməklə, evlərinə od vurmaqla məşğul olurdular. Erməni
əsgərlərinin “öz döyüş postlarını boş qoyaraq, pulemyotlarını və silahlarını
özləri ilə apararaq”, tez-tez “istirahətə” getdikləri Bakı kəndlərinin sakinlə-
ri – silahsız və müdafiəsiz türklərin qarşısında “qəhrəmanlıqları” haqqında
saysız-hesabsız faktlar sanki general Denstervilin bu şəhadəti ilə “tamamla-
nır”: “Yerli qoşunlar, əksər hallarda ermənilər səngərlərin qazılması ilə çox az
məşğul olurdular və onlar buna məcbur edildikdə belə cavab verirdilər: “Biz
nə üçün səngər qazmalıyıq? Biz ümumiyyətlə səngər qazmaq istəmirik, bu
qorxaqların işidir, biz isə döyüşmək istəyirik”. Onlar zəncirvarı qaydada qa-
yaların arxasında düzülür və oradan havaya atəş açırdılar. Onlar bu manevri
adətən türklər hücuma keçmək barəsində heç düşünmədikləri və ən yaxın
türk əsgərinin bizdən üç min yard məsafədə olduğu vaxtlarda edirdilər... Bir
dəfə türklər öz mövqelərindən çıxdılar və günün günorta çağı açıq dərə ilə
hərəkət etməyə başladılar… Erməni batalyonuna komandanlıq edən zabit-
lərimdən biri öz adamlarına səngərlərdən çıxmağı və əks-hücuma keçməyi
əmr etdi. Qoşunlar hərəkət etməkdən imtina etdilər və onların nümayəndəsi
qışqırdı: “Necə yəni oraya gedin? Axı orada türklər var!”. (71)
İngilis generalı, “vaxtı dəyərləndirməyən və boş şeylərlə məşğul olan”
yerli hakimiyyətlə nə qədər mübarizə aparsa da, şəhərin “müdafiəçiləri”
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
34
kimi öz hərbi borclarının yerinə yetirilməsi naminə “erməni qoşunları-
nın döyüş ruhunu” yüksəltməyə çalışsa da, son nəticədə qoşunlarını Ba-
kıdan çıxarmaq haqqında öz qərarını verdi. Lakin bundan əvvəl, “diktator-
lara və cürbəcür komitələrə”, yəni yerli hakimiyyətə aşağıdakıları bildirdi:
“Mən imkan verə bilmərəm ki, mənim adamlarımın həyatı faydasız yerə
qurban verilsin. Biz buraya türklərə qarşı vuruşmaqda sizə kömək etmək
üçün gəlmişdik, sizin vətəndaşlarınızın əylənməsi üçün müharibə apar-
mağa yox.” (72)
1918-ci il sentyabrın 14-də bir neçə saatlıq ağır döyüşlərdən sonra in-
gilis qoşunları cəbhədən çıxdılar və gəmilərə yüklənərək Bakı buxtasını
tərk etdilər. İngilislər getdikdən sonra “xristian” Bakısı heç iyirmi dörd
saat da davam gətirə bilmədi.
Beləliklə, faciəli mart hadisələrindən beş ay sonra, çox ağır və mürək-
kəb siyasi şəraitdə, inanılmaz səy və böyük iradə sayəsində, öz siyasi, təş-
kilati, diplomatik istedadlarının bütün gücünü tətbiq edərək, Azərbay-
canın milli elitasının görkəmli nümayəndələri, “Müsavat” partiyasının
rəhbərləri, Azərbaycanın silahlı qüvvələri ilə birlikdə və türk qoşunlarının
– türk hərbi komandanlarının rəhbərlik etdikləri Qafqaz İslam Ordusu-
nun qətiyyətli dəstəyi ilə 15 sentyabr 1918-ci il tarixdə Bakını “Sentrokas-
pi Diktaturasının” qüvvələrindən azad etdilər.
Şəhər uğrunda sonuncu şiddətli döyüşlərin getdiyi günlərdə, S.Şaum-
yan, Caparidze, Korqanov və digərləri başda olmaqla, mart faciələrinin
səbəbkarları olan bolşevik komissarları iki dəfə şəhəri tərk etməyə cəhd
göstərərkən “Sentrokaspi Diktaturası” hökumətinin əmri ilə həbs edil-
dilər, sonra isə gəmidə Krasnovodska aparılaraq orada eserlərdən ibarət
yerli Zakaspi hökuməti tərəfindən güllələndilər. Tarixə “26 Bakı Komissar-
ları” adı ilə düşmüş bu dəstənin içində tanınmış daşnak, Bakıda və Şa-
maxıda azərbaycanlı əhalisinin kütləvi qırğınlarına bilavasitə rəhbərlik
etmiş Tatevos Əmirov da var idi.
* * *
Bakının azad edilməsi istər şəhərin tarixində, istərsə də ümumilikdə
Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olmaqla
müstəqil Azərbaycan dövlətçiliyinin qurulması uğrunda milli qüvvələrin
mübarizəsində bütöv bir dövrün qalibiyyətlə başa çatdığının və yeni bir
35
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
dövrün başlanğıcının tərənnümü oldu. Bu, həqiqətən böyük tarixi hadisə-
nin birinci ildönümündə “Azərbaycan” qəzeti yazırdı: “Əgər 28 may ta-
rixini biz müstəqilliyimizin rəsmi elan edilməsi günü hesab ediriksə, 15
sentyabr gününü, Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin
Bakıya daxil olduğu günü dövlət quruluşunun bünövrəsinin və əsasları-
nın qoyulması günü kimi hesab etmək olar”. (73)
Bununla belə, həmin tarixi günlərin tam mənzərəsini yaratmaq üçün,
əlbəttə ki, həmin günlər baş verən digər hadisələri də xatırlatmaq zəruri-
dir. Aydındır ki, Bakının alınması, erməni əhalisi də daxil olmaqla, qurban-
lar verilmədən başa gəlməmişdi. Qanlı mart hadisələrinin vurduğu yaralar
azərbaycanlıların qəlbindən və yaddaşından hələ silinməmişdi. Şəhər özü,
xüsusilə də onun ətraf kəndləri, qaçmağa macal tapmamış erməni əsgərlə-
ri ilə dolu idi və onlar, can verən yaralı vəhşi heyvan kimi qarşısına çıxan
hər kəsi öldürür və hər şeyi talan edirdilər. Bakının azad edildiyi ilk günlər-
də şəhərdə hökm sürən tam sərbəstlik şəraitində mart faciələrini yaşamış,
sonrakı aylarda daima əzilmiş və təhqir edilmiş yerli müsəlman əhalisinin
bir hissəsi şəhərdə olan az saylı türk əsgərləri ilə birlikdə öz intiqam və qi-
sas yanğısını söndürmək üçün şəhərin erməni məhəllələrinə hücum et-
dilər. Yenidən qan töküldü, bu dəfə əsasən erməni əhalisinin qanı.
Lakin üç gündən sonra Bakıya daxil olan Azərbaycan hökuməti kütləvi
qırğına son qoydu. Sonralar, Azərbaycan Parlamentinin açılışı zamanı na-
zirlər kabinetinin başçısı F.X.Xoyski hökumətin məruzəsi ilə öz çıxışında
bu məsələyə də toxundu. Lakin “çoxlu sayda kasıb və evsiz-eşiksiz müsəl-
manların zərər çəkdiyi” mart hadisələrinə görə “heç də məyus olmayan”
və “qələbənin böyüklüyü” ilə qürrələnən Bakı Sovetinin rəhbəri S.Şaum-
yandan fərqli olaraq, Azərbaycan hökumətinin rəhbəri həmin hadisəyə
belə münasibət bildirdi: “Doğrudur, şəhər alınarkən yalnız məyusluq və
təəssüf doğuran bəzi hadisələr baş verirdi. Hökumət bunu gizlətmir və bu
kədərləndirici faktların üstündən keçməyi ləyaqətsizlik hesab edir. Bu da
doğrudur ki, bir çoxları ağır əzablara düçar olmuşlar… Lakin hökumətin
bu hadisələrin qarşısını tam surətdə alması mümkün idimi? Düşünürəm
ki, bu hadisələrə ədalətli gözlə baxanlar təsdiq edərlər ki, dünyada heç bir
hökumət onların qarşısını ala bilməzdi. Axı burada müsəlmanlar qırıl-
mışdı, onların insani hüquqları tapdanmışdı. Şəhər üç ay çəkən döyüşlər-
dən sonra alınmışdı və əhalinin qəzəbi ən yüksək həddə çatmışdı. Burada
əsgər, təəssüf ki, heç nə edə bilmədi. Həm də hökumət şəhərə yalnız üç
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
36
gündən sonra daxil oldu. Buna qədər olanlar bundan sonra artıq baş ver-
mədi. Hökumət şəhərə daxil olan kimi qəti qərarlar qəbul etdi və nəticədə
əmin-amanlıq və təhlükəsizlik təmin edildi”. (74)
Həqiqətən də, Azərbaycan hökuməti şəhərdəki vəziyyətlə tanış olaraq,
Bakı şəhərinə gəldiyinin elə ertəsi günü aşağıdakı məzmunda hökumət
bəyanatı elan etdi: “Respublikanın paytaxtı Bakı şəhərinə daxil olmuş
Azərbaycan hökuməti şəhərin və onun ətraf kəndlərinin əhalisini xəbər-
dar edir ki, Azərbaycanda yaşayan bütün vətəndaşlar, millətindən və dini
etiqadından asılı olmayaraq, eyni hüquqlara malikdirlər. Hökumət bütün
vətəndaşların həyatını, əmlakını və hüquqlarını eyni səviyyədə qoruya-
caqdır. Qarətçilər, qatillər və ümumiyyətlə nizam-intizamı, ictimai qayda-
ları pozan şəxslər, ölüm hökmü də daxil olmaqla, hərbi dövrün bütün sərt
qanunları üzrə cəzalandırılacaqlar”. (75)
F.X.Xoyski tərəfindən imzalanmış və əməldə yerinə yetirilmiş bu bə-
yanat, uzun müddət anarxiya və qarışıqlığın hökm sürdüyü şəhərdə qay-
da-qanunun bərpa edilməsi istiqamətində vacib addım idi. Cinayətkar-
ların cəzalandırıldığının əyani olması üçün şəhərin müxtəlif yerlərində
– Quba meydanında (Füzuli meydanı), Quru bağda (Parapet-Fəvvarələr
meydanı), dəmir yol vağzalının qarşısındakı meydanda, dənizkənarı bul-
varda, Qaraşəhər körpüsünün yanında dar ağacları quruldu. Onların hər
birində yellənən meyitlərin sinəsində onun törətdiyi cinayətdən xəbər
verən taxta lövhəcik asılmışdı. Dar ağacından asılanların bəzilərinin qar-
şısında onun qarət etdiyi əşyalar qoyulmuşdu. Asılanların arasında türk
ordusunun qanunu pozmuş əsgərləri də var idi. (76)
Lakin, hökumətin tez bir zaman ərzində şəhərdə qarət və soyğunçu-
luğun qarşısını almaq üçün gördüyü təsirli tədbirlərə baxmayaraq, er-
mənilər, “yeni türk-tatar vəhşiliklərini dünyaya” bəyan etməklə, növbəti
təbliğat kampaniyasına başlamaq üçün təbii ki, sentyabr hadisələrindən
istifadə etdilər.
Erməni Milli Şurası bu hadisə ilə əlaqədar olaraq xüsusi Anket ko-
missiyası təsis etdi və bu komissiya şəhərin erməni əhalisi arasında sor-
ğu keçirərək belə bir nəticəyə gəldi ki, Bakı alınan günlərdə şəxsiyyətlə-
ri müəyyən edilmiş “5248 nəfərədək” erməni öldürülmüşdür. Bu cərgəyə
“ən azı, 1500-dək Bakıda sığınacaq tapmış Şamaxı və Göyçay qaçqınları”
da əlavə edildi. Komissiya bu rəqəmlərə daha “2240 nəfəri” - “naməlum
şəkildə öldürülmüş, ... subay və ya burada doğmaları olmayan əsgər və ya
37
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
fəhlələri” əlavə etdi, yəni “əgər qətllər şəhərin küçələrində, kənarlarında
və şəhərin ətraflarında (mədənlərdə) baş vermişsə – siyahılar tərtib edilən
zaman (onlar haqqında) heç kim məlumat verə bilməzdi”. (77) Dəqiq de-
yilərsə, meyitləri tapılmayan və barəsində heç kimin məlumat vermədiyi,
sayı yalnız mülahizə edilərək hesablanmış qurbanlar! Beləliklə, komissiya
tərəfindən öldürülənlərin ümumi sayı 8988 nəfərə çatdırıldı. Bu rəqəmə
“itkin düşən” və ya “yoxa çıxan” daha 3572 nəfər əlavə edilmişdi ki, onlar-
dan 357 nəfəri tezliklə sağ və salamat “tapıldı”. Beləliklə, Anket Komissiya-
sı, “hər iki kateqoriyadan olanların – öldürülən və itkin düşənlərin” sayını
ehtimal edərək və hesablayaraq, yuvarlaqlaşdıraraq və ümumiləşdirərək,
“12560 nəfərdən ibarət olduqca sanballı rəqəm” aldı. (78)
Dostları ilə paylaş: |