Milli Şurası arasında baş vermiş qanlı mart toqquşmasının”, “sentyabr dəh-
şətləri” ilə heç bir əlaqəsi yox idi: “Martda şəhərin özündə hakimiyyət uğ-
runda silahlı toqquşma baş vermişdi və bu toqquşma soyğunçuluğun eybəcər
formasına çevrilmişdi. Bu mübarizədə sayı 2000-dən çox olmayan müsəlman
və min iki yüzə yaxın rus və erməni öldürülmüşdü”. (100)
Daha sonra Baqrat “Müsavat” partiyasına, Azərbaycan Hökumətinə və
ümumiyyətlə azərbaycanlılara qarşı bütöv bir silsilə böhtan və yalan dolu
ittihamlar irəli sürərək, guya evlərinə qayıdan “ermənilərin bütün yolla-
rını kəsən” müsavatçıların “ucbatından” bolşeviklərə qoşulmuş erməni
əsgərləri istisna olmaqla, erməni əhalisinin bu hadisələrdə iştirakını ta-
mamilə inkar edirdi.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
46
Burada qeyd etmək lazımdır ki, Bakı Erməni Milli Şurasının və “Daş-
naksütun” partiyasının Bakıda mart faciələrinin təşkilində rolu, erməni
ziyalı və kübar təbəqələri nümayəndələrinin əlisilahlı azərbaycanlı qır-
ğınlarında iştirakı, o cümlədən erməni elitasının özünün “erməni qara
camaatı” adlandırdığı sadə erməni əhalisinin bu hadisələrdə kütləvi
çıxışı təkzibedilməz faktlar və sübutlarla təsdiq edilirdi. Məhz elə bu sü-
butların əsasında Azərbaycanın məhkəmə-istintaq orqanları Bakının er-
məni əhalisi arasında həbslər aparırdı ki, bu da ermənilərin, o cümlədən
yepiskop Baqratın hədsiz hiddətinə səbəb olmuşdu. FTK-nın sənədlərin-
də öz təsdiqini tapmış bu mövzu üzərində dayanmadan istər həmin dövr
Baqratın və digər erməni xadimlərinin, istərsə də bizim günlərdə erməni
müəlliflərinin 1918-ci ilin mart hadisələrində Bakı ermənilərinin iştirakı-
na dair məsələlərdə istifadə etdikləri iki arqumentə diqqət yetirək.
Yuxarıda qeyd edildiyi kimi, Bakıda üç gün ərzində 12 000 dinc azər-
baycanlı əhalinin, o cümlədən qoca, qadın və uşaqların qətlə yetirildi-
yi 1918-ci il mart hadisələrində erməni əhalisinin iştirakını kökündən
inkar edən bir çox erməni xadimləri, Baqrat da daxil olmaqla, guya bu
məsələdə “azərbaycanlıların nankorluğundan” sarsıldıqlarını bəyan
edirdilər, çünki, sən demə həmin günlərdə ermənilər nəinki heç kimi
öldürməmiş və ya qarət etməmişdilər, əksinə, hətta 20.000 müsəlmanı
xilas etmişdilər!? (101)
Azərbaycan kübar cəmiyyətinin nümayəndələrinin mart hadisələri za-
manı həqiqətən öz erməni dostlarının evlərində və mənzillərində sığınacaq
tapdığına dair ayrı-ayrı hallar, eləcə də erməni aristokratiyasının 1918-ci
ilin sentyabrında azərbaycanlı dost və tanışlarının bağ evlərində və imarət-
lərində gizlənməsi kimi faktlar çoxlarına məlum idi və bunu tərəflərdən
heç biri inkar etmirdi. Eyni zamanda sadə erməni, daha sonra azərbaycanlı
əhalinin də mart və sentyabr hadisələri zamanı öz qonşu və dostlarını xə-
bərdar və xilas etmələrinə dair də bir çox nümunələr var idi. Bu zaman di-
gər millətlərin nümayəndələri olan Bakı sakinlərinin hər iki tərəfə - mart-
da azərbaycanlılara, sentyabrda ermənilərə yardım etməsi də məlum idi.
Lakin, 1918-ci ilin sentyabrında Bakıda guya 20 000 (sonradan 30 000 və 35
000) erməninin öldürülməsi qarşısında mart hadisələrində qətlə yetirilmiş
müsəlmanların sayını cəmi 2000 nəfər göstərməsi hətta Baqratın vicda-
nına buraxılarsa belə, ermənilərin “xilas etdiyi” 20 000 (bəzi sənədlərdə 14
000) müsəlman rəqəminin haradan alındığı böyük sual doğurur.
47
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
Erməni sənədlərini diqqətlə tədqiq etdikdə aydın olur ki, 14 000 və ya
20 000 “xilas edilmiş” müsəlman dedikdə Bakıda mart qırğınları zamanı
zorla evlərindən çıxarılmış və şəhərin böyük sahələri olan müxtəlif bina-
larına gətirilərək burada yerləşdirilmiş dinc azərbaycanlı sakinlər nəzərdə
tutulur. Bakıdakı teatrlar, kinoteatrlar, məktəblər, polis məntəqələri, Şəhər
Duması, vağzal, sirk və s. ictimai binalar, ayrı-ayrı zəngin ermənilərin
malikanələri və hətta hamamlar evləri dağıdılmış, qarət edilmiş, yaxınla-
rı vəhşicəsinə qətlə yetirilmiş minlərlə azərbaycanlıların, xüsusilə qadın,
uşaq və qocaların gova-gova gətirildiyi və yığıldığı yerlərə çevrilmişdi. Bu
binalarda çox vaxt ac-susuz, bağlı qapılar arxasında, erməni əsgərlərindən
ibarət gözətçilərin nəzarəti altında saxlanılan bu adamlar həmin günlər-
də əsir hesab edilir və belə də adlandırılırdı. Yalnız sonradan, müsəlman-
ların kütləvi surətdə əsir alınmasında iştirak edən erməni xadimləri bu
əməllərin arxasında duran əsl mənanın fərqinə vardıqda, onları guya ki,
dinc müsəlman vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün zə-
ruri olan tədbirlər kimi izah etməyə çalışacaqlar və elə buradan da “xilas
edilmiş 14 000 və ya 20 000 müsəlman haqqında” əfsanə yaranacaqdır.
Lakin, “xilas olunanların” özlərinin çoxsaylı ifadələri müsəlman əha-
lisinin silahlı erməni quldur dəstələri tərəfindən məcburi şəkildə məhz
əsir götürüldüklərini və bu işin istehza və təhqirlərlə, təhdidlərlə, bir
çox hallarda isə qətllər törədilməklə müşayiət olunduğunu sübut edir.
Belə ifadələrin çoxunda göstərilirdi ki, ermənilər zorakılıqla müsəl-
man qadınların çadralarını başlarından qapıb cırır, onları hörükləri ilə
bir-birinə bağlayır və başıaçıq, ayaqyalın şəhərin küçələrində gəzdirərək
əsir aparır, yol boyu geri qalanları, ayaqlaşa bilməyənləri tüfənglərinin
qundaqları ilə döyür, yıxılanları güllələyirdilər. Gözləri qarşısında ata və
qardaşları, ər və oğulları qətlə yetirilmiş qadınlar əsirlikdə ürək partla-
masından ölür, dəli olurdular, gənc qadınların qucaqlarındakı azyaşlı
körpələr və uşaqlar acından, susuzluqdan və qorxudan keçinirdi, bu za-
man isə erməni ziyalıları öz arvadlarını azərbaycanlıların “rüsvayçılığı-
na” tamaşa etməyə gətirirdilər. (102)
Bakının müsəlman əhalisinə qarşı əvvəlcədən planlaşdırılmış zorakı-
lıq aktının bir hissəsi olan və yaxşı təşkil edilən bu əməllərin arxasında
ermənilərin o qədər də gizlətmədikləri məqsədləri açıq-aşkar görünür-
dü və bu məqsəd “haqq işi uğrunda” vuruşan erməni mübarizlərinin iç
üzünü aydın göstərirdi. Boşaldılmış yiyəsiz evlər və bütöv məhəllələr er-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
48
məni quldur dəstələrinə soyğunçuluq, qarət və müsəlmanların əmlakını
mənimsənək üçün, həmçinin üç-dörd gün ərzində saysız avtomobillərdə,
fayton və arabalarda aparılması mümkün olmayan qalan şeylərin darma-
dağın və məhv edilməsi üçün geniş imkanlar açırdı.
Lakin, guya “insanpərvərlik niyyəti ilə” “müsəlmanların xilas edilmə-
si” haqqında əfsanə ermənilər tərəfindən ən müxtəlif variantlarda səs-
ləndirilməkdə və yayılmaqda davam edirdi. Erməni terrorizminin ideo-
loqlarından biri, Şaqan Natali ləqəbi ilə məşhur olan Akop Ter-Akopyan
o zaman bütün Bakı türklərinin “başını kəsmədiklərinə” görə öz təəssü-
fünü heç gizlətmirdi: “Biz bildiririk və əminik ki, bunu bacardıq və öz
gücümüzlə bacardıq. Çünki bilirik: bunu sahibi olduğumuz Bakıda, on
minlərlə türkü kazarmalarda topladığımız yerdə edə bildik və – ah! ci-
nayətkarcasına alicənablıq! – onları ədalətli erməni qisasından qorumaq
üçün qapılarda gözətçilər qoyduq. Türkləri qoruduq, həyatlarını mühafizə
etdik, onlar isə minnətdarlıq əlaməti olaraq Bakının küçələrini 25 000 er-
məninin qanına boyadılar”. (103)
Qatı daşnak, görkəmli türk və azərbaycanlı xadimlərinin məhv edilmə-
si üzrə “Nemezis” əməliyyatının rəhbəri və təşkilatçısı, minlərlə müsəl-
manın, o cümlədən Azərbaycan dövlət xadimləri Fətəli Xan Xoyskinin,
Həsən bəy Ağayevin, Behbud bəy Cavanşirin və digərlərinin qətllərinin sə-
bəbkarı Akop Ter-Akopyan yalnız bir məsələdə haqlı idi: həmin günlərdə
Bakının “sahibi” həqiqətən məhz ermənilər idi, amma türklərə qarşı “ali-
cənablıq” məsələsi şübhəsiz ki, ermənisayağı “gözdən pərdə asmaqdan”
başqa bir şey deyildi. Əgər azərbaycanlı əsirlərin sağ qaldıqlarına görə,
minnətdar olmalı bir qüvvə var idisə, o da birmənalı şəkildə, ermənilər
deyil, rus əsgər və matrosları idi. Məhz Bakıda olan rus qoşunları mart
qırğınlarının ikinci gününün axşamı aldadıldıqlarını və S.Şaumyan başda
olmaqla erməni-bolşeviklər tərəfindən böyük oyuna cəlb olunduqlarını
başa düşərək əllərində silah müsəlman əhalisinin müdafiəsinə qalxdılar.
Və azərbaycanlıların qırğınları da yalnız 4 gündən sonra Bakı Sovetinin
özü tərəfindən deyil, iki Türküstan alayının qəti tələbi və artıq vəziyyəti
başa düşmüş Xəzər donanmasının rus dənizçilərinin hədə-qorxusu nə-
ticəsində dayandırılmışdı. “Bu hədələr kifayət qədər ciddi idi, çünki bu
iki döyüşkən alayda 8000-dən artıq döyüşçü cəm edilmişdi”. “Ərdahan”
və “Krasnovodsk” hərbi gəmiləri şəhərin şərqində yerləşən limanlara
yaxınlaşdılar, “dənizçilər təhdid edirdilər ki, əgər ermənilər müsəlman
49
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
qırğınına son qoymazlarsa, onlar şəhərin erməni hissəsinə toplardan
atəş açacaqlar.” (104)
Bu mövzunu davam etdirməyə yəqin ki, daha ehtiyac yoxdur.
Bakıda mart hadisələrində erməni amilini inkar edən erməni xadim-
lərin və müəlliflərin ikinci arqumenti, tanınmış azərbaycanlı milyonçu,
neft sənayeçisi, ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev
tərəfindən guya mart qırğınlarından bir həftə sonra Tiflisə, Zaqafqaziya
Seyminin adına göndərdiyi və mənşəyi məlum olmayan aşağıdakı məz-
munlu teleqramdır: “Bakıda sakitlik yaranmışdır. Vilayətin xoş güzəranı
naminə, mən şəxsən ümumxalq qarşısında bəyan etməyi özümə borc bi-
lirəm ki, Bakı hadisələri erməni-tatar (azərbaycanlı - müəl.) toqquşması
xarakteri daşımamışdır. Bütün döyüşlər zamanı tatarlar tatar məhəllələ-
rində yaşayan ermənilərə toxunmamışlar. Erməni hissələri isə 14 000-dən
çox müsəlmanı xilas edərək onlara sığınacaq vermişdir və onlar İran kon-
sulunun vasitəçiliyi ilə qaytarılmışlar. Mən öz səsimi hər yerdə və hər cür
qisasçılıq və düşmənçilik əməllərinə dərhal son qoyulması yolunda qaldı-
rıram. Bunun ümumi maraqlara uyğun olduğunu düşünərək, sizdən əhali
arasında sülh və əmin-amanlığın bərqərar olması üçün hər cür köməklik
göstərməyinizi xahiş edirəm. Qoy hər kəs öz dinc həyatına qayıtsın”. (105)
Bu teleqramın həqiqətən H.Z.Tağıyevə aidiyyəti bir sıra səbəblərdən
şübhə doğurur. Əvvəla, 1918-ci il mart faciələri günlərində Tağıyevin bü-
tün ailəsi böyük matəm və son dərəcə dərin sarsıntı içində idi. Həmin
ərəfədə onun oğlu, müsəlman diviziyasının zabiti Məhəmməd Tağıyev
silahla ehtiyatsız davranması səbəbindən faciəli şəkildə həlak olmuş-
du. Məhz onun silahdaşlarının, M.Tağıyevin cənazəsini müşayiət edərək
Lənkərandan Bakıya dəfnə gəlmiş müsəlman diviziyasının 48 zabit və əs-
gərinin tərksilah edilməsi mart hadisələrinin başlanmasına səbəb olmuş-
du. Həmçinin qeyd edilməlidir ki, bu dəstənin başçısı Hacının kürəkəni,
onun qızı Leyla xanımın əri, digər Bakı milyonçusu Şəmsi Əsədullayevin
oğlu Əli Əsədullayev idi və bu Azərbaycan zabiti mart hadisələri başlanan
andan demək olar ki, bir sutkaya yaxın öz döyüşçüləri ilə birgə bolşe-
vik-erməni qüvvələrinə silahlı müqavimət göstərmişdi. H.Z.Tağıyevin özü
bu günlərdə evindən bayıra çıxmamış və tanınmış neft sənayeçisi Am-
barsum Melikovun onun ardınca göndərdiyi oğlanları – Georqiy və Ser-
geyin öz atalarının adından təhlükəsizlik naminə onların evinə getmək
təklifini qəbul etməmişdi.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
50
Yeri gəlmişkən qeyd edilməlidir ki, həmin günlərdə Erməni Milli
Şurasının və “Daşnaksütun”un Bakı Komitəsinin rəhbərlərindən biri
olan Ambarsum Melikovun evində “Daşnaksütun”un qərargahı yerlə-
şirdi və bir çox tanınmış azərbaycanlı əsirləri məhz buraya gətirirdilər.
Bu sonuncular arasında rus ordusunun zabiti, şahzadə Mansur Qacar
da olmuşdur ki, sonralar o, yalnız yəhudi dostları sayəsində erməni əs-
gərləri tərəfindən qaçılmaz ölümdən qurtulması və əsir qismində Me-
likovun evində saxlanma şəraiti haqqında ətraflı ifadə vermişdi. Son-
ralar həmçinin Melikovlar ailəsinin özünün – ata və iki oğulun – mart
günlərində müsəlmanların qətlə yetirilməsində şəxsən iştirakı təkzi-
bedilməz sübutlarla təsdiq edilmişdi. Melikov-ata Bakını vaxtında tərk
edə bilmişdi, oğulları isə Azərbaycanın İstintaq orqanları tərəfindən
həbs edilmişdilər.
Bu zaman 80 (başqa mənbələrə görə - 95) yaşı olan qoca Tağıyev, şü-
bhəsiz ki, Melikovlar haqqında bütün bu təfərrüatları bilmirdi. Amma
istənilən halda o, öz evini tərk etməmişdi və həmin günlər artıq bir çox
kübar və zəngin azərbaycanlıların evlərini talan etmiş ermənilər Hacının
zəngin ev-sarayına hücum etməyə cəsarət etməmişdilər. Tağıyev həddən
artıq böyük və tanınmış şəxsiyyət idi. Lakin bu, heç də tədbirli və uzaq-
görən ermənilərə bu böyük azərbaycanlının adını öz məqsədlərinə uyğun
şəkildə istifadə etməyə mane olmamışdı.
Burada qeyd edilməlidir ki, geniş dünyagörüşünə malik və maarifpər-
vər bir insan olan Tağıyevin əslində savadı yox idi və adı çəkilən teleqra-
mın Hacının özü tərəfindən göndərilməsi bu baxımdan da inanılmaz gö-
rünür. Bundan əlavə həmin teleqramın göndərilməsi heç bir sübut-dəlil,
yaxud hər hansı başqa bir mənbə tərəfindən təsdiq olunmurdu. Eləcə də,
mart hadisələrindən dərhal sonra şəhərdə bolşevik Bakı Sovetinin tək ha-
kimiyyətliliyi bərqərar edilmişdisə və bu hakimiyyət Zaqafqaziya Seymini
tanımırdısa Bakı əhalisi arasında sülhün yaradılması haqqında xahişdən
ibarət olan teleqramın ümumiyyətlə Tiflisə, Zaqafqaziya Seyminə göndə-
rilməsinin nə mənası var idi?
Əgər Tağıyevin yeni hakimiyyət haqqında hələ “heç nə bilmədiyi” fərz
edilərsə, o zaman Hacı şəhərdə nə baş verdiyi, və xüsusilə də “ermənilərin
xilas etdiyi 14 000 müsəlmanlar” haqqında məlumatı haradan və kimdən
öyrənə bilərdi? Həmin günlər demək olar ki, Bakının bütün azərbaycanlı
əhalisi, o cümlədən Tağıyevin özünün yaxın ətrafı, əsasən ermənilərdən
51
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
ibarət olan yeni hakimiyyətdən xilas olmaq məqsədilə kütləvi surətdə və
təşviş içində tələsik şəhəri tərk etdiyi halda, qırğınların 9-cu günü guya
Bakıda hökm sürən hansı “sakitlikdən” söhbət gedə bilərdi? 27 martda
(köhnə tarixlə) Bakıdan Zaqafqaziya Seyminə göndərilmiş teleqram hansı
yolla eserlərin Tiflisdəki “Знамя труда” (“Əmək bayrağı”) qəzetinin redak-
siyasına düşmüşdü və artıq martın 29-da dərc edilmişdi? Ermənilər guya
azad etdikləri 14 000 müsəlmanı “İran konsulunun vasitəçiliyi ilə” kimə
və necə geri qaytarmışdılar (!)?
Yuxarıda qeyd edildiyi kimi, bu dövr İranın Bakıdakı konsulu əslən
azərbaycanlı olan Məhəmməd Said-əl Vəzarə Marağayi idi və o, əksəriy-
yəti etnik azərbaycanlı olan minlərlə İran vətəndaşlarının da qətlə yeti-
rildiyi mart günlərində qan tökülməsinin qarşısının alınmasında ən fəal
surətdə iştirak etmişdi. 1940-cı illərdə iki dəfə İranın baş naziri olmuş
bu tanınmış siyasi və dövlət xadimi sonralar, Tehranda nəşr etdirdiyi
özünün “Siyasi xatirələr”ində 1918-ci ilin Bakıdakı mart hadisələrinə də
xüsusi diqqət yetirmişdi. Bu xatirələrdən məlum olur ki, qırğınlar dayan-
dırıldıqdan sonra konsul tərəfindən xüsusi komissiya yaradılmış və bu
komissiya “Bakının küçə və həyətlərindən 5000-dən artıq müsəlmanın -
iranlı və qeyri-iranlı - meyitini toplamış və müsəlman adəti üzrə dəfn et-
mişdir”. (106) Konsulun özünün mart hadisələri qurbanlarının meyitləri
yanında çəkdirdiyi fotoşəkillər sonradan poçt-kartlar şəklində nəşr edil-
miş və tarixi sənədə çevrilərək, bütün dünyanı dolaşmışdır. Lakin keçmiş
İran konsulunun xatirələrində mart hadisələri kifayət qədər ətraflı təsvir
edildiyi halda baş verdiyi təqdirdə son dərəcə mühüm sayılacaq hadisə –
guya ermənilər tərəfindən “sığınacaq” tapmış 14 000 müsəlmanın “geri
qaytarılmasında” konsulun vasitəçilik missiyası haqqında bir kəlmə də
olsa deyilmir.
Ən nəhayət, “Hacı Zeynalabdin Tağıyev” birmənalı şəkildə “Bakı ha-
disələrinin” “erməni-tatar toqquşması xarakteri daşımadığı” iddiası ilə
“Bakı hadisələrinin” xarakterini müəyyən etməkdə çox “tələsməmişdimi”?
Axı 27 mart (9 aprel) – bədnam teleqramın göndərildiyi gün – Bakı şəhəri
artıq minlərlə Şamaxı qaçqınları ilə dolu idi. Bu qədim Azərbaycan şəhəri
erməni-molokan birləşmələri tərəfindən yandırılmış və tamamilə məhv
edilmişdi, onun müsəlman əhalisi isə bakılılar kimi mart günlərinin dəh-
şətlərini yaşamışdılar. Məlumdur ki, millət atası hesab edilən hörmətli Hacı
Zeynalabdin öz xalqının düçar olduğu müsibətlər və faciələr qarşısında on
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
52
minlərlə həmvətənlərinin acınacaqlı vəziyyətindən sarsılaraq, Bakı və Şa-
maxının zərər çəkmiş müsəlman əhalisini həmin günlərdə gəmilərlə İran-
dan gətizdirdiyi ərzaq məhsulları və zəruri mallarla təmin etməyə çalışır və
onlara hər vasitə ilə yardım göstərirdi. Böyük həyat təcrübəsinə malik olan
müdrik Hacı Zeynalabdin Tağıyev bütün bu gördüklərindən və eşitdiklərin-
dən sonra bəyan edə bilərdimi ki, “Bakı hadisələri” və ya “Şamaxı hadisələ-
ri” “erməni-tatar toqquşması xarakteri daşımamışdır”?
Bütün deyilənlər bunu deməyə əsas verir ki, “Tağıyevin teleqramı”
adlı teleqram, ən əvvəl özlərini əvvəlcədən “güclü arqumentlə” sığorta-
lamış ermənilərin özlərindən başqa heç kimə gərək deyildi. Digər tərəf-
dən, məhz ermənilər və onların şəxsində həmin Bakı Soveti, Zaqafqaziya
Seyminin azərbaycanlı üzvlərinin şəhərin bolşevik-daşnak qüvvələrindən
azad edilməsi üçün Bakıya qoşun göndərilməsinə nail olmaq cəhdlərin-
dən xəbərdar olaraq, “hər yerdə və hər cür qisasçılıq və düşmənçilik əməl-
lərinə dərhal son qoyulması” və Seym tərəfindən “əhali arasında sülh və
əmin-amanlığın bərqərar olmasına” dəstək verilməsində maraqlı idilər.
«Daşnaksütun» partiyasının Bakı Komitəsinin, Bakı şəhəri və onun ra-
yonlarının İnqilabi Müdafiə Komitəsinin həmin günlərdə Tiflisə, Zaqafqa-
ziya Seyminin sədrinə və «Daşnaksütun» partiyasının Tiflis bürosuna
Bakı istiqamətində Bakı hərbi hissələrinin təcili geri çağırılmasına dair
göndərdikləri teleqramlar və Bakıdakı erməni-bolşevik qüvvələrinin bu
sahədə digər addımları deyilənlərə aydın sübut idi. (107)
Mart hadisələrinin xarakterinə gəldikdə isə, bu hadisələrin mahiy-
yətinə dair həm bolşevik, həm də erməni izahını kökündən inkar edən
təkzibedilməz arqument kimi Şamaxı, Quba hadisələrini və bolşevik-er-
məni birləşmələrinin 1918-ci ildə Azərbaycanın digər qəzalarında həyata
keçirdiyi qırğınları göstərmək olar. Şamaxıda və Qubada istər qırğınlar
ərəfəsində, istərsə də talanlar zamanı hər hansı siyasi hərəkatın və ya
mübarizənin baş vermədiyi nəzərə alınmaqla, yalnız Bakıda deyil, Azər-
baycanın digər şəhər və qəzalarında dinc müsəlman əhalisinin kütləvi
şəkildə qırılması və məhv edilməsi bolşeviklərin “vətəndaş müharibəsi”
kimi səciyyələndirilən bütün iddialarını boşa çıxarırdı. Elə bu səbəblər-
dən də erməni xadimlərinin həmin hadisələri “bolşeviklərlə müsavatçılar
arasında hakimiyyət uğrunda mübarizə” kimi qələmə verərək guya “er-
mənilərin tam neytrallıq nümayiş etdirməsi” iddiaları boşboğazlıqdan
başqa bir şey kimi qiymətləndirilə bilməz.
53
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
Buradan aydındır ki, nə üçün Şamaxı və Bakı Erməni yeparxiyasının
keçmiş arxiyepiskopu Baqrat Bakı erməni yeparxiya rəisi olduqdan son-
ra, müxtəlif instansiyalara çoxsaylı müraciətlərində Şamaxıda baş vermiş
hadisələrdən tam sükutla yan keçir, nadir hallarda Şamaxı qəzasından
olan erməni qaçqınlarının hüquqlarından danışarkən belə onların nə
zaman, hansı şəraitdə və hansı səbəbdən qaçqın düşməkləri məsələsinə
yenə də toxunmurdu.
Lakin, kifayət qədər ağıllı, və xüsusilə hiyləgər adam olan Baqrat, di-
gər erməni xadimlərindən fərqli olaraq bilirdi ki, Qafqazda baş verən ha-
disələrdə erməni amilini tamamilə inkar etmək mümkün deyildir. Odur
ki, Bakıdakı xarici ölkə missiyalarının rəhbərlərinə müraciətlərində o,
1918-ci il mart hadisələrini ermənilər üçün sərfəli kontekstdə izah edərək,
bu məsələyə artıq beynəlxalq siyasət mövqeyindən qiymət verməyə çalı-
şırdı. Belə ki, Bakı və Bakı rayonunda Müttəfiq qoşunlarının Komandanı
general Tomsona 23 noyabr 1918-ci il tarixli təbrik müraciətində Baqrat
Bakıda mart hadisələrinin mahiyyətini təhrif edərək, yazırdı: “Hələ mart
hadisələrinədək, kiçik bir qrup istisna olmaqla, yerli müsəlmanların türk
xəfiyyələri tərəfindən rəhbərlik edilən böyük və şüurlu hissəsi hər yer-
də və fəal şəkildə Türkiyənin Qafqazın və Şərqin digər müsəlman məm-
ləkətlərini ələ keçirməyə yönəlmiş siyasi maraqlarına xidmət edirdi. Əks
mövqeyə malik olan və öz zəif gücü ilə Müttəfiq dövlətlərinin tərəfində
mübarizə aparan ermənilər, təbii ki, həm Türkiyədə, həm də Qafqazda
özlərinə qarşı müsəlmanların vəhşi qəzəbini oyatmış, onların çox güc-
lü qisasının və barbar fanatizminin qurbanı olmuşlar. Mart hadisələri və
sonrakı hadisələr yalnız həqiqətin gizlədilməsi və erməni-türk düşmən-
çiliyinin və davasının əsas səbəbindən göz yayındırılması üçün əlverişli
bəhanədir”. (108)
Belə çıxırdı ki, azərbaycanlılar türklərin tərəfdarı olduğu üçün yalnız
Antanta ölkələri ilə deyil, həm də böyük dövlətlərin “müttəfiqi” olan er-
mənilər ilə də düşməndirlər. Beləliklə, ermənilər “cinayətkar türk-müsa-
vat hökuməti” tərəfindən bütün zərbələri “öz üzərlərinə” götürməklə, ”bö-
yük siyasətin qurbanına” çevrilmiş olurdular. Bu bəyanatların arxasınca
isə artıq Azərbaycan hökumətinin həbs etdiyi ermənilərin hamısının
azad olunması, Bakını tərk etmiş bütün erməni əhalisinin geri qayıtma-
sı üçün şərait yaradılması, onlara dəymiş zərərlərin ödənilməsi və s. bu
kimi tələblərin uzun siyahısı gəlirdi.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
54
Qeyd edilməlidir ki, Bakıda yaranmış siyasi vəziyyətdən tezliklə baş Dostları ilə paylaş: |