açan ingilis generalı Tomson, Azərbaycan hökumətinə respublikada ye-
ganə qanuni hakimiyyət kimi tam etimad bildirdi ki, bu da ermənilər
arasında ciddi narazılıq yaratdı. Bununla yanaşı yepiskop Baqratın müra-
ciətlərində irəli sürülən tələblərin böyük hissəsinin təmin edilməsi üçün
də konkret addımlar atılmağa başlandı.
Lakin İngiltərə Komandanlığının Azərbaycan Hökuməti ilə birgə iş-
ləməsindən, ölkənin məhkəmə-istintaq orqanlarının işinə qarışmadığın-
dan, hətta sentyabr hadisələri nəticəsində çəkdikləri zərərə görə yüzlərlə
erməni ilə yanaşı 10-15 nəfər azərbaycanlının da təzminat almasından
son dərəcə narazı olan yepiskop Baqrat Bakıda yerləşən digər xarici mis-
siyalara müraciət edərək 1918-ci il hadisələrinin erməni versiyasını irəli
sürməkdə davam edirdi.
Məsələn, 9 dekabr 1918-ci il tarixində Bakı Erməni Milli Şurası adın-
dan Amerikanın Bakıdakı Missiyasına göndərdiyi Memorandumu, özünü
Şuranın fəxri sədri kimi təqdim edən yepiskop Baqrat, yalnız 1918-ci ilin
mart hadisələrinə həsr etmişdi. Bu Memorandumun ilk cümlələrindən
aydın olur ki, Bakı erməni yeparxiyasının rəisi “mart hadisələrindən bəhs
edən türk xadimlərinin əksəriyyətinin var gücü ilə, həm şifahi, həm də
mətbuat vasitəsilə ictimai rəydə ermənilərə qarşı qərəzli münasibət ya-
ratmağa çalışdıqlarından” açıq-aşkar narahat olmuşdur. (109)
Bakıda baş vermiş mart hadisələrinin mahiyyətini tanınmaz dərə-
cədə təhrif edərək və bu zaman, təbii ki, Şamaxıdakı mart hadisələrini
ümumiyyətlə xatırlamadan, Baqrat “Müsavat” partiyasını, daha sonra
“türk-azərbaycanlı hakimiyyətini” Azərbaycanın erməni əhalisinə qarşı
ağlasığmaz cinayətlərdə günahlandırırdı. Memorandumda yenə də guya
ermənilərin xilas etdiyi “20 min müsəlman”dan - özü də bu dəfə daha da
dəqiqləşdirilmiş rəqəmlərlə – “13 min nəfərə yaxın müxtəlif ictimai bi-
nalarda və 7 minə yaxın isə şəxsi evlərdə yerləşdirilmiş” - söz açılır, “Ta-
ğıyevin sirkulyar teleqramı” xatırlanır, Bakıda mart qurbanlarının hə-
min, xeyli azaldılmış sayı göstərilirdi. Həm də bu dəfə “həlak olmuş 2000
müsəlman” rəqəmi də Baqrat tərəfindən artıq “həddən artıq şişirdilmiş”
hesab edilirdi: “İki gün çəkən qanlı döyüşlərdə, Sovetin məlumatlarına
görə, 300-ə yaxın rus və erməni və 700 müsəlman, digər mənbələrin son
dərəcə şişirdilmiş hesab edilən maksimum hesablamalarına görə isə
təxminən 1200 rus və erməni, 2000-ə yaxın müsəlman həlak olmuşdur”.
55
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
Memorandumda dəfələrlə vurğulanırdı ki, “Bakıda qanlı mart toqquşma-
ları yalnız iki gün”, “silahsız, məzlum, dinc erməni əhalisinə qarşı aman-
sız və qorxunc dəhşətlər tam iki ay davam etmişdir”. Həmçinin, “məlum
olurdu” ki, 1918-ci ilin martında şəhərin müxtəlif yerlərində baş vermiş
yanğınlar yenə də “bir neçə erməni evini, müsəlman qərargahının yer-
ləşdiyi “İsmailiyyə” müsəlman binasını və bazarın bir hissəsini” məhv
etmişdir. (110)
Burada Baqratın ermənilərin mart hadisələrində guya “neytrallığını”
izah edən əsas arqumentinə də diqqət yetirmək lazımdır: “Məlum olduğu
kimi, mart ayında Bakı şəhərində bolşevik hökuməti ilə Müsəlman Milli
Şurası arasında hakimiyyət uğrunda mübarizə baş vermişdir. Ermənilə-
rin, milli kollektiv kimi, hakimiyyətə heç bir iddiası ola bilməzdi, çünki
onlar Bakı quberniyasında cüzi azlıq təşkil edirlər”. (111)
“Hakimiyyət uğrunda mübarizə” – 1918-ci ilin mart hadisələrinin ma-
hiyyətinin erməni yepiskopu tərəfindən verilmiş yeganə düzgün tərifidir.
Lakin, guya say azlığı səbəbindən ermənilərin hər hansı hakimiyyət id-
dialarının olmadığı haqda onun sonrakı bütün nəticələri erməniləri bu
hakimiyyət uğrunda mübarizədə əsas “oyunçuların” sırasından çıxarmaq
cəhdindən başqa bir şey deyildi. Və burada dəqiq məqsəd güdülürdü – ic-
timai rəyə, ilk növbədə isə Qərbin ictimai fikrinə belə bir mülahizə yerit-
mək ki, bu zaman ermənilərin yeganə arzusu “istər anarxiya və vətəndaş
müharibəsinin daxili qarışıqlığı şəraitində, istərsə də alman-türk xəfiy-
yələri tərəfindən yerli müsəlmanların intiqamından və qəzəbindən im-
kan daxilində öz fiziki varlığını qoruyub saxlamaq və əmlakını xilas et-
mək olmuşdur”. (112)
Öz əsassız ehtimallarını “sübuta yetirmək” üçün dəfələrlə adı çəkilən
“Tağıyevin sirkulyar teleqramından” savayı heç bir arqumenti olmayan
Baqrat artıq hamıya məlum faktların həyasızcasına saxtalaşdırılması-
na əl atırdı: “Hadisələrdə əsas rol oynamış bolşeviklərin 17 üzvdən ibarət
Qafqaz Vilayət Sovetinin tərkibində 2 tatar və yalnız 2 erməni var idi”. (113)
Bu zaman, mart hadisələrində əsas rolu heç də Qafqaz Vilayət Soveti-
nin deyil, 1918-ci ilin mart ayının 30-dan 31-ə keçən gecə “Bakı şəhəri və
onun rayonlarında ali hərbi-siyasi orqan” kimi yaradılmış və dinc azər-
baycanlıların qırılmasına rəhbərlik etmiş “İnqilabi müdafiə komitəsinin”
oynadığı, bu Komitənin 6 üzvündən isə 4-nün erməni olduğu - bolşevik-
lər S.Şaumyan, K.Korqanov (Korqanyan), sağ eserlərin lideri S.Saakyan və
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
56
“Daşnaksütun” partiyasının Bakı təşkilatının rəhbəri S.Melik-Eolçyan -
artıq heç xatırlanmırdı. (114) Bu da məlum idi ki, mart hadisələri günlə-
rində birləşmiş bolşevik-erməni qoşunlarına xüsusi olaraq Peterburqdan
gəlmiş generallar Akop Baqratuni, İvan Baqramyan komandanlıq etmiş,
Bakı Sovetinin Qızıl Ordusunun yaradılması ilə B.Avakyan məşğul olmuş,
qərargah rəisi polkovnik Z.Avetisyan, briqada və qarışıq dəstələrin ko-
mandirləri – polkovnik Kazaryan, Amazasp, A.Əmirov və digərləri olmuş-
lar. (115) Bu günlərdə həmçinin “Daşnaksütun” partiyasının yaradıcıla-
rından biri – Stepan Zoryan (Rostom) da Bakıya gəlmişdi. Bolşevik-daşnak
ordusunun sıralarına səfərbər edilmiş erməni əsgərlərinə yüksək ödəniş
– “ayda 800 rubl, üstəgəl hər ailə üzvünə görə 75 rubl və ərzaq təminatı”
təklif edilirdi. (116)
Ən nəhayət, Bakı Kommunasının rəhbər heyətinə Azərbaycanda ha-
kimiyyət uğrunda ən azı on beş erməni “mübarizi” –S.G.Şaumyan, K.Q.
Korqanyan, S.G.Osepyants, B.A.Avakyan, Т.М.Əmirov, А.М.Əmiryan,
A.М.Kostandyan, А.А.Boryan, А.İ.Mikoyan, Karinyan, Stamboltsyan, Ağa-
miryan, İhonesyan, Ter-Saakyants, Nuricanyan və digərləri daxil idi. (117)
Bakı Kommunasının silahlı qüvvələrinin Ali Baş Komandanı Akop Baqra-
tuni idi, həmçinin Qızıl Ordunun əsas komanda heyətinin və hərbi heyə-
tin 70%-dən çoxunu ermənilər təşkil edirdi.
Bütün bu faktlar, o cümlədən mart hadisələrinin əsl xarakteri, bəzi
erməni xadimləri tərəfindən, xüsusilə də Bakı Kommunasının gələcək
üzvü, həmin günlər Həştərxanda olan Saak Ter-Qabrielyan tərəfindən
də təsdiq edilirdi. Mart hadisələri ilə əlaqədar olaraq Bakını tərk etmiş və
Həştərxana gəlmiş rus vətəndaşlarının söhbətlərini eşidən Saak Ter-Qab-
rielyan 28 aprel 1918-ci il tarixində Stepan Şaumyana yazırdı: “İndi küt-
ləvi surətdə Bakıdan gələn rusların, sosial vəziyyətindən asılı olmayaraq,
heç birindən eşitməzsən ki, Bakıda sovet mübarizəsi gedir. Hamı bir səslə
deyir: “Bakıda erməni-tatar qırğını gedir və bu qırğın ermənilər tərəfin-
dən qəsdən törədilmişdir”. (118)
Bununla belə, bu hadisələrdən bir il sonra, təkcə erməni xadimləri de-
yil, rus siyasi partiyalarının yerli təşkilatlarının bəzi nümayəndələri də
həmin hadisələr ətrafında azərbaycanlılar tərəfindən edilən bütün çıxış-
ları və hərəkətləri təhrif etməsələr də, hər halda onları yatırtmağa və pər-
dələməyə çalışırdılar. Məsələn, sosial-inqilabçılar (eserlər) partiyasının
Bakı Komitəsinin “Znamya truda” (Əmək bayrağı) qəzeti “Hələ sağalma-
57
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
mış yaraların gözünü qoparmaq axı indi kimə lazımdır?” sualını vermək-
lə, Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətini, bu dəfə artıq başqa
bəhanə ilə töhmətləndirməyə çalışırdı: “Bu hadisələrin təhqiqi ilə bağlı
məsələyə hüquqi cəhətdən yanaşdıqda göstərmək olar ki, onların araşdı-
rılmasını yalnız o dövlət apara bilər ki, bu hadisələr onun ərazisində baş
vermiş olsun. İndiki halda, Şamaxı və Göyçay qəzalarının ərazilərində ha-
disələrin baş verdiyi zaman dövlət hakimiyyəti Azərbaycan Respublikası-
na deyil, Rusiya hökumətinə məxsus idi və deməli, hadisələrin araşdırıl-
ması hüququ da ona məxsusdur”. (119)
Qeyd edilməlidir ki, nə Bakının erməni və rus dairələrinin tənqid atə-
şinə tutduğu “hakimiyyət dairələrinin və onların təmsil etdikləri ictimai
cərəyanların”, nə də Fövqəladə Təhqiqat Komissiyasının ətrafında qaldırıl-
mış hay-küy onların bu istiqamətdə işinə qətiyyən təsir etmirdi. Əksinə,
Ədliyyə Nazirliyinə və FTK sədrinə Komissiyanın üzvlərindən araşdırdıq-
ları fakt və sübutları ümumiləşdirən məruzələr və raportlar daxil olmaq-
da davam edirdi. Bu məruzələrdə on minlərlə qətlə yetirilmiş və sağalmaz
ziyanlar vurulmuş insan taleləri, dəyəri milyonlarla ölçülən maddi zərər-
lər, yüz minlərlə qarət edilmiş, dağıdılmış evlər, yandırılmış kəndlər, məhv
edilmiş mədəniyyət və milli memarlıq abidələri, məktəblər, xəstəxana-
lar, məscidlər, sənaye, ticarət obyektləri və s. haqqında məlumatlar veri-
lirdi. Öz işini vicdanla yerinə yetirmiş cəmi bir neçə nəfərin – Fövqəladə
Təhqiqat Komissiyasının üzvlərinin topladığı minlərlə sənəd və sübutlar
yalnız hüquqi nöqteyi-nəzərdən deyil, həm də misilsiz tarixi-siyasi, diplo-
matik əhəmiyyət daşıyırdı.
Bu da xüsusi qeyd edilməlidir ki, Komissiya üzvləri son dərəcə ağır şə-
raitdə - xüsusilə kənd rayonlarında və qəzalarda - işləməli olur, çox vaxt
şəxsi sağlamlılarını və hətta həyatlarını təhlükə altına qoyur, bunun
müqabilində isə öz xərclərini zorla ödəyən cüzi gündəlik məvacib alırdı-
lar. FTK –nın sədri Ələkbər bəy Xasməmmədovun Ədliyyə Nazirliyi ilə ya-
zışmalarında “dolanacağın az qala iki dəfə bahalaşması, qəzalarda daima
qarın yatalağı epidemiyasının və digər xəstəliklərin tüğyan etməsi səbə-
bindən” Komissiya üzvlərinin aldıqları gündəlik məvacibin məbləğinin
artırılması və bu yolla maddi vəziyyətlərinin yaxşılaşdırılması haqqında
çoxlu sayda xahişlər səslənirdi. (120) Komissiya üzvlərinin əksəriyyəti
daim insanlarla ünsiyyətdə olduqlarından özləri tez-tez yoluxucu xəstə-
liklərə tutulur, həftələrlə “sıradan çıxır”, lakin hətta bu hallarda da iş da-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
58
yanmırdı. Nəqliyyatla bağlı problemlər FTK üçün ən ağrılı mövzulardan
biri idi. Ədliyyə Nazirinin FTK üzvlərinin sərəncamına müvəqqəti olaraq
avtomobilin verilməsi haqqında dəfələrlə etdiyi müraciətlərə Azərbaycan
hökumətinin İşlər İdarəsindən bir qayda olaraq, “boş avtomobillərin ol-
madığı səbəbindən” hər dəfə rədd cavabı gəlirdi.
Qəza və kəndlərdə vəziyyət daha ağır idi. “ Ən pis hava şəraitində, açıq
səma altında, yaxud qapı və pəncərələri olmayan evlərdə, döşəmə üzərində
işləmək və gecələmək lazım gəlirdi”, (121) fayton və arabalar “cah-cəlal” he-
sab edilirdi, Komissiya üzvləri kilometrlərlə yolu piyada getməli olurdular.
“Dilə gətirmək nə qədər ağır olsa da, bu məsələ son dərəcə vacibdir, hər
cür hava şəraitində bir mülkdən digər mülkə piyada gedərkən (qaloşla
keçmək mümkün deyil) uzunboğaz çəkmələr demək olar ki, sıradan çıxır,
halbuki indi çəkmənin bir cütünün qiyməti 1000 rubla yaxındır. Bu mə-
ruzənin müəllifinə keçən ay həmişəkindən də artıq yol getdiyi üçün çək-
mələrini təzələmək zəruridir, halbuki indi belə çəkmələrin qiyməti həd-
dən artıq bahadır”. (122)
Bu sətirlər Bakı və Gəncə quberniyalarının qəzalarında istintaq aparan
FTK-nın ən fədakar üzvlərindən biri M.N.Mixaylovun məruzəsindən götü-
rülmüşdür və həmin məruzə Mixaylov tərəfindən yazılmış yüzlərlə sənəd,
məruzə və hesabatlar arasında yeganə şikayət-xahişdir. Gündən-günə də-
rinləşən maliyyə böhranı şəraitində Azərbaycan hökumətinin son dərəcə
ağır iqtisadi vəziyyəti, dövlət xidmətində əvvəlki vəzifələrindən azad edil-
miş FTK üzvlərinə cəmi 50 rubl gündəlik məvacib verildiyi və Komissi-
ya sədrinin dəfələrlə müraciətindən sonra bu məvacibin 60, 70, sonra 100
rubladək, özü də yalnız “səfərlər zamanı” artırıldığı nəzərə alınarsa, “çək-
mə və s. bu kimi problemlərin həlli üçün” Komissiya üzvlərinə birdəfəlik
müavinətin verilməsi məsələsinin nə üçün bu dərəcədə yüksək səviyyədə
müzakirə edildiyinin səbəblərini anlamaq olar. (123)
Burada daha bir məqama diqqət yetirmək lazımdır. FTK-nın sədri ilə
üzvləri arasında yazışmalarda, xüsusilə də cinayətlərdə ittiham olunan
şəxslər haqqında söhbət gedərkən, Ələkbər bəy Xasməmmədov dəfələrlə
vurğulayırdı ki, Komissiya üzvü “qanunla və vicdanla, işin hallarına və
faktlara istinadən hərəkət etməlidir”. (124)
Qanun və vicdan! Fövqəladə Təhqiqat Komissiyasının istisnasız ola-
raq bütün üzvləri, sədr Ələkbər bəy Xasməmmədov başda olmaqla, öz
fəaliyyətlərində bu iki başlıca prinsipləri rəhbər tutmuşdur və Komis-
59
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
siya tərəfindən hazırlanmış məhkəmə-istintaq materialları da bunu
tam mənası ilə təsdiq edir. Artıq qeyd edildiyi kimi, peşəkar hüquq-
şünas olan Komissiya üzvləri bütün zorakılıq hallarını araşdırarkən
mövcud qanunlara və hüquqi normalara ən ciddi şəkildə əməl edir,
bu zaman həm zərərçəkənlərin, həm də ittiham olunanların hüquq-
larını nəzərə alırdılar. Bununla belə, qeyd etmək lazımdır ki, görüləsi
işin həddən artıq böyük miqyası, həcmi və ağır iş şəraiti qarşısında,
müstəntiqlərin məhdud sayı və xüsusilə cüzi əmək haqqı nəzərə alı-
narsa, bu qədər ağır yükün öhdəsindən yalnız sadə vəzifə borcu çər-
çivəsindən kənara çıxaraq işə son dərəcə vicdanlı və məsuliyyətli
münasibət nəticəsində, həmçinin yüksək insani keyfiyyətlərə malik
olmaqla gəlmək mümkün idi.
Şübhəsiz ki, istər Bakı şəhərində, istərsə də qəzalarda gündəlik olaraq
çoxlu sayda zorakılıq və vəhşiliklərin qurbanları və şahidləri ilə rastlaşan,
müsəlmanlara məxsus yüzlərlə dağıdılmış kəndlərə və müxtəlif tikililərə
baxış keçirən Komissiya üzvləri bu insanların çəkdikləri ağrılara və izti-
rablara biganə qala bilməzdilər. Təsadüfi deyil ki, onların tərtib etdiklə-
ri hüquqi sənədlərdə ermənilərin cinayətləri rəsmi-inzibati dildə təsvir
edilməklə yanaşı, müsəlmanların vəziyyətinə dair “dəhşətli”, “ümidsiz
hala çatdırılmış”, “həddən artıq ağır” və s. kimi ifadələr, ermənilərdən söz
gedən zaman isə “vəhşilik”, “amansızlıq”, “ağlasığmaz qəddarlıq” kimi ifa-
dələr də işlədilirdi.
Bu zaman nəzərə alınmalıdır ki, Komissiyanın üzvlərinin əksəriyyə-
tini azərbaycanlılar deyil, digər millətlərin nümayəndələri – polyak, rus,
yəhudi, alman və d. təşkil edirdi. Yəqin ki, Ələkbər bəy Xasməmmədov öz
“komandasının” üzvlərində məhz bu keyfiyyətləri – peşəkarlıq, ədalətli
və vicdanlı olmaq - yüksək qiymətləndirir və fürsət düşdükcə hər dəfə
yüksək dövlət orqanları qarşısında “Komissiyasının bütün heyətinin”
“nadir iş bacarığını, əməksevərliyini və çalışqanlığını” vurğulamağı
özünə borc bilirdi. (125)
Artıq qeyd edildiyi kimi, 1919-cu ilin may-iyun aylarından başlayaraq,
qəzalar üzrə materialların toplanması, qərar layihələrinin tərtib edilməsi
və bu işlərin Məhkəmə Palatasına təhvil verilməsi başa çatdıqca, FTK üzv-
lərinin bir hissəsi Komissiyadakı işdən azad edilərək öz köhnə vəzifələ-
rinə qayıdır, yaxud yeni təyinat alırdılar. Nəhayət, 12 oktyabr 1919-cu il
tarixli məktub ilə FTK sədrinə belə bir xəbərdar edilir ki: Ədliyyə Naziri
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
60
tərəfindən “Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu ilin noyabr ayının
1-dən ləğv edilməsi haqqında sərəncam verilmişdir”. (126)
Beləliklə, Azərbaycan hökumətinin 15 iyul 1918-ci il tarixli Qərarı ilə
yaradılmış Fövqəladə Təhqiqat Komissiyası onun üzərinə qoyulmuş və-
zifələri yerinə yetirdiyi üçün 1919-cu ilin noyabr ayının 1-də ləğv edilir. 20
noyabr 1919-cu il tarixli Qərara əsasən Bakı şəhərinin və ətraf kəndlərin
talan edilməsi haqqında istintaq işi artıq başa çatmış və Azərbaycan Məh-
kəmə Palatasının Prokuroruna təhvil verilmək üçün FTK sədrinə təqdim
olunmuşdu. (127)
FTK üzvləri tərəfindən toplanmış və təhqiq edilmiş sənədlərin böyük
hüquqi-məhkəmə əhəmiyyəti var idi və bu sənədlər az da olsa, cinayət-
karların bir hissəsini məsuliyyətə cəlb etməyə imkan verirdi. Bu cinayət-
karların arasında isə azərbaycanlıların kütləvi qırğınlarının - xüsusilə,
Bakı, Şamaxı şəhərlərində və Şamaxı qəzasında - təşkilatçılarından və
rəhbərlərindən bir neçə nəfər var idi. Onlardan bəziləri, o cümlədən, xü-
susi qəddarlığı ilə seçilən Stepan Lalayev öz əcəli ilə olsa da, həyatını həb-
sxana divarları arasında bitirdi və beləliklə cəzadan qaça bilmədi.
Həmçinin qeyd edilməlidir ki, Qubaya göndərilmiş “Cəza dəstəsinin”
başçısı Amazaspa və onun silahdaşlarına qarşı Komissiya tərəfindən ci-
nayət axtarışı elan edilmiş, “keçmiş komissarlar” Şaumyan və Korqanov
haqqında isə onların ölümü səbəbindən cinayət işi açılmamışdı. Bütün
bu addımlar 1918-ci ilin mart-sentyabr aylarında bolşevik-daşnak qüv-
vələri tərəfindən törədilmiş qanlı hadisələrin bütün günahkarlarının cə-
zalandırılması barədə FTK-nın son dərəcə ciddi niyyətləri olduğundan xə-
bər verirdi. (128)
Lakin 1920-ci ilin əvvəlində baş vermiş və Azərbaycan Respublikası
üçün xüsusilə əlamətdar olmuş bir siyasi hadisə FTK-nın başladığı işə öz
“düzəlişlərini” etdi. 1920-ci il yanvar ayının 11-də Müttəfiq Dövlətlərin Ali
Şurası Azərbaycanın de-fakto müstəqilliyinin tanınması haqqında yek-
dilliklə qərar qəbul etdi. Bu tarixi hadisə ilə əlaqədar olaraq Azərbaycan
Parlamenti 9 fevral 1920-ci il tarixdə “Azərbaycanın müstəqilliyinin bey-
nəlxalq aləmdə tanınması münasibətilə əhaliyə bəxş edilən imtiyazlar
haqqında Qanun” qəbul etdi. Amnistiyanın elan edildiyinə dair bu qanu-
nun 2-ci maddəsinə uyğun olaraq həmin qanunun imzalandığı ana qə-
dər “milli düşmənçilik zəminində cinayət əməlləri” törətmiş bütün şəxs-
lər təqib və cəzadan azad edilirdilər, 10-cu maddəyə əsasən isə, Fövqəladə
61
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
Təhqiqat Komissiyasının icraatında yaranmış bütün cinayət işlərinə hə-
mişəlik xitam verilirdi. (129)
Beləliklə, FTK üzvlərinin inanılmaz səyi və son dərəcə ciddi fəaliyyə-
ti sayəsində məsuliyyətə cəlb edilmiş az saylı cinayətkarlar – 200 nəfərə
yaxın adam cinayət məsuliyyətindən azad edilir, həbsxanada saxlanılan-
lar azadlığa buraxılır, “pullu girov” ilə zaminə buraxılmış müttəhimlərin
isə pulları qaytarılırdı.
Bununla belə, amnistiya haqqında qanunun qəbul edilməsi ilə möv-
cud olduğu il yarım ərzində Azərbaycanın müsəlman əhalisinə qarşı törə-
dilmiş cinayətlərin araşdırılması, cinayətkarların müəyyən edilməsi və
onların məsuliyyətə cəlb edilməsi üzrə çox böyük iş görmüş Fövqəladə
Təhqiqat Komissiyasının bütün fəaliyyətinin heçə endirildiyini düşün-
mək tamamilə səhv olardı. Cənubi Qafqazın hüdudları daxilində ayrı-ayrı
siyasi və milli partiyaların bayraqları altında çıxış edən müxtəlif erməni
təşkilatları tərəfindən müsəlman əhalisinin, əsasən də, azərbaycanlıların
məhv edilməsinə dair məqsədyönlü siyasəti haqqında hədsiz sayda ma-
terialların yaradılması və tərtib edilməsi sahəsində FTK-nın fəaliyyətinin
əhəmiyyəti, şübhəsiz ki, yalnız hüquqi çərçivələrlə məhdudlaşmırdı.
Azərbaycan hökuməti Fövqəladə Təhqiqat Komissiyasının fəaliy-
yətinin nəticələrini, onun yaradıldığı zaman nəzərdə tutulduğu kimi,
müxtəlif Avropa dillərində və türk dilində dərc etdirmək və geniş yay-
maq niyyətini məlum səbəblərdən həyata keçirə bilməsə də, bununla
belə, Fransaya - Paris Sülh Konfransına yollanan Azərbaycan nümayən-
də heyəti Bakı, Şamaxı, Quba, Göyçay və Cavad qəzalarında müsəlman
əhalisinə qarşı erməni-bolşevik birləşmələri tərəfindən törədilən zora-
kılıq aktlarının araşdırıldığı FTK materialları ilə təchiz edilmişdi. Həm
böyük dövlətlərin başçılarına, həm də müxtəlif beynəlxalq qurumla-
ra təqdim edilən bu materiallar 6 cild istintaq materialı və 95 şəkildən
ibarət idi. 1919-cu ilin may ayında Azərbaycan Xarici İşlər Nazirliyi Pa-
risə - Azərbaycan nümayəndə heyətinin sərəncamına göndərmək üçün
FTK-nın əlavə materiallarını, o cümlədən 95 fotoşəkil və 80-ə yaxın di-
apozitiv hazırlamışdı. Bu baxımdan, FTK tərəfindən toplanmış sənədlə-
rin xaricdə yayılaraq erməni nümayəndə heyətinin və siyasətçilərinin
böhtan xarakterli hücumları qarşısında və əsl həqiqətin dünya ictima-
iyyətinə çatdırılmasında tutarlı sübutlar kimi öz funksiyasını yerinə ye-
tirdiyini söyləməyə tam əsas vardır. (130)
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
62
FTK-nın fəaliyyəti, həmçinin, ermənilərin vəhşiliklərini öz üzərində
hiss etmiş respublika əhalisi arasında da böyük ictimai və əxlaqi-psoxo-
loji məna kəsb edirdi. Fövqəladə Təhqiqat Komissiyasının özünün
mövcud olması və onun üzvlərinin cəmiyyətin ayrı-ayrı təbəqələri ilə,
azərbaycanlılarla sıx əməkdaşlıq etməsi artıq özlüyündə geniş əhali
kütlələri arasında ədalətin bərpa olunmasına inamı artırır və yeganə
qanuni hakimiyyət kimi Azərbaycan hökumətinə xalqın etimadını və
etibarını möhkəmlədirdi.
Burada FTK-nın fəaliyyətinin daha bir tərəfini nəzərdən keçirmək la-
zımdır. Məlumdur ki, Komissiya qarşısında “bütün zorakılıq hallarını
dəqiq qeydiyyata almaqla” yanaşı erməni-daşnak hərbi hissələri tərəfin-
dən dinc müsəlman əhalisinə vurulmuş maddi zərərlərin həcmini müəy-
yən etmək vəzifəsi də qoyulmuşdu.
Məsələn, mart qırğınları zamanı Bakıda müsəlman əhalisinə vurulan
maddi ziyanın həcmi o dərəcədə böyük idi ki, yüz milyonlarla ölçülürdü. Ba-
kılıların özləri tərəfindən isə yalnız məlum faktlar əsasında, rublun köhnə
dəyəri ilə 400.000.000 rubla yaxın təxmini ümumi rəqəm göstərilirdi. (131)
Bolşeviklərin Bakıda hakimiyyəti möhkəmləndikdən sonra, Bakı Soveti
tərəfindən yaradılmış Fövqəladə Hərbi-İstintaq Komissiyası müsəlmanlar-
dan qarət edilmiş əmlakın bir hissəsini, əsasən zinət əşyalarını ermənilər-
dən “müsadirə etmişdi”, lakin onları sahiblərinə qaytarmayaraq Rusiya
dövlət bankının Bakı şöbəsinə yerləşdirmişdi. 1918-ci ilin avqustunda Bakı-
da hökm sürən xaos və onları gözləyən təhlükə qarşısında bolşevik komis-
sarları özlərinə məxsus olmayan milyonlarla pulu götürərək şəhərdən qaç-
mağa cəhd göstərərkən, yəqin ki, Bakı bankında saxlanılan və ağzına kimi
zinət əşyaları ilə dolu olan 8 qutu və iki kisəni “yaddan çıxarırlar”.
Azərbaycan hökuməti əvvəlki hakimiyyətin hüquqi varisi kimi həmin
əşyaları dövlət xəzinəsi ehtiyacları üçün müsadirə edir. Lakin son dərəcə
böyük vəsaitlərə kəskin ehtiyacı olmasına baxmayaraq hökumət, hüquqi
dövlət prinsiplərinə sadiq qalaraq, 17 avqust 1919-cu il tarixdə 1918-ci ilin
mart hadisələri zamanı soyğunçuluq edənlərdən alınmış zinət əşyaları-
nın öz sahiblərinə qaytarılması haqqında məsələnin həll edilməsi üçün
Xüsusi Komissiyanın yaradılması haqqında Qərar qəbul edir. (132)
Zinət əşyalarının siyahılarının tərtib edilməsi, qiymətləndirilməsi
üzrə xeyli iş görən Xüsusi Komissiya 1919-cu ilin dekabr ayının sonun-
da “Keçid dövrü ərzində əllərindən alınmış qiymətli əşyaların sahiblərinə
63
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
qaytarılması qaydaları haqqında qanun layihəsini” Hökumətə təqdim
edir. (133) Hökumət öz nəşrləri və “Azərbaycan” qəzeti vasitəsilə bütün
zərərçəkmiş qiymətli əşya sahiblərinə həmin elan dərc olunandan üç ay
ərzində Komissiyaya müraciət etmək təklif olunur. Ədliyyə naziri Parla-
mentdə baxılmaq üçün Qanun layihəsinin sonuncu variantını 15 aprel
1920-ci il tarixində Hökumətə təqdim edir. Həmin layihədə qiymətli əşya-
ların geri qaytarılmasının hüquqi əsasları və qaydası, qiymətli əşyaların
mənsubiyyətinin müəyyən edilməsi zamanı mübahisəli məsələlərin həlli
və s. məsələlər açıqlanırdı. (134) Lakin, Qanun layihəsinin tarixindən ay-
dın olduğu kimi, hətta bu istiqamətdə belə ədalətin və qanunun bərqərar
olmasının tərənnümü sayılacaq həmin sənədi müzakirə və qəbul etmək
Azərbaycan Parlamentinə qismət olmadı.
1920-ci il aprelin 27 - də səhər erkən kommunist dəstələri Bakıda hərbi
çevriliş həyata keçirməyə başladılar. Günorta hərbi drujinalar artıq fakti-
ki olaraq şəhərdə və onun kənarlarında vəziyyətə tam nəzarət edirdilər,
Rusiyanın XI Qızıl Ordusu isə bu vaxt hələ suveren dövlət olan Azərbay-
can Respublikasının sərhədlərini keçmişdi. Axşam saat 11-də Azərbaycan
Parlamenti, yaranmış siyasi vəziyyəti nəzərə alaraq, qan tökülməsinə və
dinc əhali arasında qurbanlara yol verməmək məqsədilə, hakimiyyətin
Azərbaycan kommunistlərinə təhvil verilməsi haqda kommunistlərin ul-
timatumunu qəbul etdi.
Beləliklə, Azərbaycan xalqının həyatında üç ilə – 1917-1920 - sığan bü-
töv bir tarixi dövr başa çatdı. Böyük hadisələrlə və böyük faciələrlə əlamət-
dar olan bir tarixi dövr. Bu hadisələrin ən mühümü, sözsüz ki, demokratik
respublika formasında müstəqil Azərbaycan dövlətinin yaranması idi. Za-
man Azərbaycanın böyük övladlarına, millət atalarına öz parlaq ideya və
düşüncələrini həyata keçirmək üçün cəmi 23 ay vaxt buraxdı. Onlardan
yalnız 8 ayını Azərbaycan hökuməti öz paytaxtı Bakı şəhərində işğalçı qo-
şunların olmadığı şəraitdə işlədi. Lakin bu qısa dövr ərzində Avropa nü-
munəsində olan parlament yaradıldı, əsas dövlət strukturları və maliyyə
sistemi formalaşdırıldı, ordu təşkil olundu, 8 saatlıq iş günü tətbiq edildi,
Azərbaycan Universiteti təsis olundu, Azərbaycan dili dövlət dili elan edil-
di, məktəb islahatı aparıldı, vətəndaşlıq haqqında demokratik qanun və
Azərbaycanın Təsisedici orqanına seçkilər haqqında qanun qəbul edildi,
Muğan separatizmi aradan qaldırıldı və nəhayət, Azərbaycanın dünyanın
böyük dövlətləri tərəfindən de-fakto tanınmasına nail olundu.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
64
Amma AXC yaradıcılarının öz xalqı qarşısında ən mühüm xidmətlə-
rindən biri, yəqin ki, azadlıq və müstəqillik ideallarının yaradılması idi ki,
70 ildən sonra, dəyişmiş siyasi şəraitdə yenidən bu ideallar azərbaycan-
lıların yeni nəsillərinin ruhuna və varlığına hakim kəsildi və öz dövlət
müstəqilliyinin bərpasına gətirib çıxardı.
Bununla belə, Azərbaycan dövlətçiliyinin yarandığı və möhkəmləndiyi
dövr, eyni zamanda böyük faciəvi hadisələrlə də əlamətdar olmuşdur. Bu
hadisələr arasında Azərbaycan xalqının tarixinə yeni anlayış – soyqırımı
anlayışını daxil etməklə, Bakı şəhərində baş vermiş 1918-ci ilin mart ha-
disələri xüsusi yer tuturdu. Lakin bütün faciəviliyinə baxmayaraq mart
hadisələri də milli qüvvələrin sosial bazasını əhəmiyyətli dərəcədə möh-
kəmləndirməklə, müəyyən müsbət nəticələrə gətirib çıxardı ki, bunlardan
ən mühümü Azərbaycan milli hərəkatında ayrı-ayrı qüvvələrin birləşmə-
si prosesinin güclənməsi sayıla bilər. “Milli varlığın məhvedici təhlükə-
si qarşısında, müxtəlif siyasi partiyalar mart hadisələrinin mahiyyətinin
və nəticələrinin qiymətləndirilməsi işində vahid cəbhədən çıxış etdilər.
Məhz bu zəmində Azərbaycanın əsas siyasi partiyalarının milli hərəka-
tın inkişafının perspektivləri və məqsədləri baxımından mövqelərinin
yaxınlaşması baş verdi. Mart faciəsindən sonra “Müsavat” partiyası öz
fəaliyyətini Azərbaycanın tam dövlət müstəqilliyi kursuna yönəltdi. Ya-
ranmış vəziyyətdə milli müstəqilliyin əldə edilməsi demək olar ki, ölkə-
nin istisnasız olaraq bütün siyasi partiyalarının əsas məqsədinə çevrildi.
Məhz milli qüvvələrin mütəşəkkilliyi bu ideyanın tezliklə həyata keçiril-
məsinə gətirib çıxardı və artıq 1918-ci ilin may ayının 28-də Azərbaycanın
dövlət müstəqilliyi elan edildi”. (135)
Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu və 1920-ci illərdə 31 mart ta-
rixini ümummilli matəm günü kimi qeyd etdi. Bakıda mart faciələri
günlərində, habelə Şamaxıda, Qubada və respublikanın digər qəzaların-
da əzablı ölümlə həlak olmuş bütün qurbanların xatirəsi əziz tutulmaq-
la, M.Ə.Rəsulzadənin sözləri ilə deyilərsə, onlar eyni zamanda “Azərbay-
canın azadlıq və müstəqillik ideallarının qurbanları və şəhidləri” hesab
edildilər. (136)
“Mart hadisələri inqilab təqvimində artıq yalnız sadə bir dönüş nöqtə-
si deyil, “yaddaşın bir parçası”, yaxud “yaddaş yeri”, vətəndaş şüurunun və
milli tarixin başlanğıcı idi. Azərbaycan türkləri Böyük müharibə dövrünün
bütün qurbanları arasında öz şəxsi nadir milli qurbanını tapdı, və bu, onla-
65
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
ra Versalda Antanta dövlətlərini öz qiymətli təyini-müqəddərat hüquqlarını
böyük əziyyətlə qazandıqlarına inandırmağa imkan verdi”. (137)
Milli hakimiyyəti əvəz etmiş yeni siyasi qüvvələr 70 ildən çox müd-
dət ərzində Azərbaycan xalqının yaddaşından bu faciəli, eyni zamanda
əlamətdar hadisələri silməyə və ya onların mahiyyətini saxtalaşdırmağa
çalışdılar. Lakin tarix göstərdi ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərli-
yi özü Fövqəladə Təhqiqat Komissiyasını yaratmaqla, bu hadisələr haqqın-
da Həqiqətin sonrakı nəsillərə çatdırılmasının “qayğısına qalmışdı”. Bakı-
da, Şamaxıda, Qubada və Azərbaycanın digər şəhər və qəzalarında 1918-ci
ilin faciəli günlərini yaşamış və yaddaşında saxlamış insanların dili ilə
səsləndirilən bu Həqiqət FTK üzvləri tərəfindən sənədlərə köçürüldü. Bu
baxımdan, 1918-ci ilin qanlı hadisələrini tarixi sənədlərlə əbədiləşdirmiş
Komissiyanın bütün üzvlərinin adlarını bir daha və xüsusi ehtiramla
çəkmək zəruridir: Fövqəladə Təhqiqat Komissiyasının sədri, andlı iclas-
çı Ələkbər bəy Xasməmmədov, Gəncə Köçürmə İdarəsinin üzvü Nikolay
Mixayloviç Mixaylov, Gəncə Dairə Məhkəməsinin üzvü Andrey Fomiç
Novatski, Bakı Dairə Məhkəməsi Prokurorunun köməkçisi Aleksandr Yev-
genyeviç Kluge, andlı iclasçı Məmməd Xan Təkinski, Gəncə Dairə Məh-
kəməsinin üzvü İsmayıl bəy Şahmalıyev, andlı iclasçı Aley Adamoviç
Aleksandroviç (Litovski), hüquqşünas Abbas Əli bəy Hacı İrzayev, Gəncə
Dairə Məhkəməsi Prokurorunun köməkçisi Çeslav Boleslavoviç Klossov-
ski, həqiqi mülki müşavir V.V.Qudvillo, prokuror köməkçisi Bahadır bəy
Yusifbəyov, müəllim Mirzə Cavad Axundzadə, tərcüməçi-katib Əyyub bəy
Xanbudaqov, həmçinin bu işdə böyük əməyi olmuş texniki heyət.
* * *
Fövqəladə Təhqiqat Komissiyasının materialları, Azərbaycan Xalq Cüm-
huriyyətinin tarixinə aid olan bütün digər sənədlər kimi, yalnız XX əsrin
80-ci illərinin sonlarında, keçmiş SSRİ-də yenidənqurma siyasətinin baş-
lanması ilə əlaqədar əvvəllər bağlı olan arxiv fondlarından istifadə etmək
imkanı yarandığı zaman Azərbaycanın mütəxəssislərinin və alimlərinin
ixtiyarına verildi. Bütün Şərqdə ilk demokratik dövlət olan, cəmi 23 ay (1918
may – 1920 aprel) ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi
azərbaycanlı tədqiqatçılar üçün uzun illər qadağan edilmiş bir mövzu ol-
maqla bir çox istiqamətlərdə tədqiqatlar aparmaq zərurəti yaratdı.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
66
1988-ci ilin əvvəlində azərbaycanlılara qarşı erməni təcavüzünün yeni
mərhələsinin – Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar
olaraq bu tarixin ayrı-ayrı səhifələri və aspektləri xüsusi aktuallıq kəsb
etdi. Dağlıq Qarabağ problemi tarixinin əsaslı surətdə və sənədlərə əsasən
işıqlandırılması günün mühüm məsələsinə çevrildi. Azərbaycan Nazirlər
Soveti yanında Baş Arxiv idarəsinin rəhbərliyi, mütəxəssislərə respublika
arxivlərində saxlanılan sənədlərlə işləmək imkanı verməklə yanaşı, baş
verən siyasi hadisələr, xüsusilə Dağlıq Qarabağa muxtariyyətin verilmə-
si, müxtəlif dövrlərdə azərbaycanlıların Ermənistandan deportasiya edil-
məsi tarixi və s. bu kimi xüsusilə aktual olan mövzularda hökumət üçün
müvafiq məruzə və arayışlar hazırlamağa başladı.
Arxiv sənədləri açıldıqca və tədqiq olunduqca, azərbaycanlıların er-
mənilər tərəfindən kütləvi surətdə qırılması, sürgün edilməsi, öz doğma
torpaqlarından qovulmasına dair saysız acınacaqlı faktlar aşkar olunur-
du ki, bunu da soyqırımı kimi xarakterizə etmək olardı. 1918-ci ilin mart
hadisələri Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti sayəsində hüquqi
cəhətdən araşdırılmış və sənədlərlə rəsmiləşdirilmiş bir tarixi həqiqət ol-
maqla, heç bir halda bəraət qazandırılmayan, dəfələrlə Azərbaycan xalqı-
na qarşı həyata keçirilmiş və uzun müddət ərzində lazımi siyasi-hüquqi
qiymətini almamış qanlı təcavüzlər zəncirində xüsusi yer tuturdu.
Bu baxımdan olduqca diqqətəlayiqdir ki, məhz 1918-ci ilin mart ha-
disələri müasir Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən erməni
millətçilərinin əməllərinə siyasi qiymət verilməsi üçün əsas olaraq sayıl-
mışdır. 1998-ci ilin mart ayının 26-da, həmin hadisələrin 80 illiyi ərəfə-
sində, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladı-
ğı fərmana əsasən “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı
faciələrini qeyd etmək məqsədilə” 31 mart –azərbaycanlıların soyqırımı
günü kimi elan edilmişdir. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əs-
rlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq,
ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata
keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu
hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək
cəhdi göstərilmişdir” və qeyd edilirdi ki, “Azərbaycan Xalq Cümhuriyyəti-
nin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata
keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə
siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.” (138)
67
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
Ötən illər ərzində FTK sənədlərinin kiçik bir hissəsinin daxil olduğu
bir neçə sənədlər toplusu nəşr edilmiş, 1918-ci ilin mart hadisələri AXC-
nin tarixi, 1917-1920-ci illər Azərbaycanda milli hərəkat, erməni-azərbay-
canlı münasibətləri və s. bu kimi məsələləri araşdıran azərbaycanlı müəl-
lif və mütəxəssislərin tədqiqat obyekti olmuşdur və Fövqəladə Təhqiqat
Komissiyasının materialları da bu və ya digər dərəcədə həmin tədqiqat-
lara cəlb edilmişdir. (139) Lakin, böyük elmi-mənbəşünaslıq, habelə siya-
si-tarixi və diplomatik əhəmiyyət daşıyan bu sənədlər tam həcmdə nəşr
edilməmişdi.
FTK materialları sonuncu iki onilliyin hadisələri baxımından da öz
xüsusi aktuallığını qoruyub saxlayır, belə ki, Ermənistanın Azərbayca-
na və azərbaycanlılara qarşı 1988-ci ildən başladığı və bu günümüzədək
davam edən elan olunmamış müharibə hələ də öz həllini tapmamışdır.
Yuxarıda göstərilənlər nəzərə alınmaqla, FTK tərəfindən Bakıda 1918-ci
ilin mart hadisələrindən zərər çəkənlərin və şahidlərin toplanmış bütün
ifadələri müəllif tərəfindən sistemləşdirilərək ilk dəfə, müvafiq tədqiqat
və şərhlərlə 31 mart 2007- ci il – 30 mart 2008-ci il tarixdə “Zerkalo” qəze-
tinin 52 sayında dərc edilmişdir. Bu sənədlərin əhəmiyyəti və aktuallığı
həmçinin onların ayrıca toplu halında çap olunmasını şərtləndirmişdir.
2009-cu ildə müəllif tərəfindən hazırlanmış “Mart 1918-ci il. Bakı. Azər-
baycanlı qırğınları sənədlərdə” adlı sənədlər toplusu Azərbaycan Respub-
likası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən nəşr edilərək oxuculara təq-
dim edilmişdir. (140)
2010-cu ildə “Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” silsiləsin-
dən ikinci sənədlər toplusu nəşr edilmişdir və buraya “Quba şəhərinin və
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında” istintaq işinin bü-
tün sənədləri daxil olmuşdur. (141)
2011-ci ildə müəllif tərəfindən xarici arxivlərdə FTK-nın çəkdiyi və
1919-cu ildə Fransaya, Paris Sülh Konfransında Əli Mərdan bəy Topçu-
başovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinə göndərilmiş 102
fotoşəkil aşkar edilmişdir. Bütün bu şəkillər, onların Komissiya tərəfindən
çəkildiyi faktını təsdiq edən FTK-nın müvafiq sənədləri ilə birlikdə 2012-
ci ildə üç dildə – rus, ingilis və türk dillərində kitab-albom şəklində AR
MTN tərəfindən nəşr edilmişdir. Kitab-alboma həmçinin FTK üzvlərinin
Azərbaycanın qəzalarında baş vermiş faciəvi hadisələrini təsvir edən mə-
ruzələri də daxil edilmişdir. (142)
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
68
Son illər Fövqəladə Təhqiqat Komissiyasının sənədləri araşdırıldıq-
dan sonra müəyyən edilmişdir ki, 1918-ci il qırğınları nəticəsində 5 ay
ərzində əvvəllər qeyd olunduğu kimi 30 min deyil, 50 mindən artıq gü-
nahsız insanın – azərbaycanlıların zorakılıqla öldürülməsinə, ölkənin
müsəlman əhalisinə məxsus olan yüzlərlə yaşayış məntəqələrinin, min-
lərlə sosial, mülki, ticarət, mədəniyyət obyektlərinin, memarlıq abidələ-
rinin və i.a. məhv edilməsinə gətirib çıxaran dəhşətli terror hadisələri-
nin əsl miqyası və xarakteri haqqında həm Azərbaycan, həm də dünya
ictimaiyyətinin məlumatlandırılması işində son dərəcə mühümlüyü və
aktuallığından irəli gəlirdi.
Heydər Əliyev Fondu bu amili əsas tutaraq həmin topluların daha ge-
niş oxucu kütləsinə çatdırılması üçün müxtəlif dillərdə və sənədlər his-
səsində bir qədər ixtisar edilmiş variantda yenidən nəşrinə başlamışdır.
Bu kitaba 1918-ci ilin martında Bakıda və onun ətraf kəndlərində baş
vermiş faciəli hadisələri əhatə edən və onlara bu faciələri yaşamış insan-
ların gözü ilə baxmağa imkan verən FTK sənədləri daxil edilmişdir. Top-
ludakı sənədlərin məzmunu və xarakteri onların altı fəsildə sistemləşdi-
rilməsini şərtləndirmişdir. Bu zaman sənədlərin sıra sayı kitabın 2009-cu
ildə tam şəkildə nəşr olunmuş 1138 sənədin müvafiq sıra sayına uyğun
olaraq göstərilmişdir.
Sənədlər toplusunun I fəsli bu hadisələr zamanı şəxsən zərər çəkmiş,
eyni zamanda erməni silahlı quldur dəstələri tərəfindən şəhərin dinc
müsəlman əhalisinə qarşı, o cümlədən, bilavasitə öz qonşularına, yaxın-
larına və qohumlarına qarşı törədilmiş son dərəcə qəddar zorakılıqların
və cinayətlərin, vəhşiliklərin və qətllərin şahidi olmuş azərbaycanlıların
ifadələrini əhatə edir. Bu sənədlərin bəzilərində hadisələrin başlanması
və xronikası ətraflı şəkildə təsvir edilir, mübarizə aparan – bolşevik-er-
məni və azərbaycanlı tərəflər arasında toqquşmaların səbəbləri açıqlanır,
müsəlman qırğınında şəxsən iştirak etmiş “erməni elitasının” və “ermə-
ni qara camaatının” nümayəndələrinin konkret adları sadalanır. Məlum-
dur ki, “Evelina” gəmisindəki azərbaycanlı zabitlərinin tərksilah edilməsi
azərbaycanlıların kütləvi qırğınının başlanması üçün bəhanə kimi istifa-
də edilmişdi. Bu baxımdan həmin zabitlərin, həmçinin bolşevik-erməni
silahlı dəstələrinə müqavimət göstərən döyüş iştirakçılarının FTK-na ver-
diyi ifadələr xüsusi maraq kəsb edir. Bu sənədlər azərbaycanlıların silahlı
qüvvələrinin bu hadisələrin qarşısının alınması üçün real imkanlarının
69
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
olmadığını, 1918-ci ilin martında Bakının, istisnasız olaraq bütün azər-
baycanlı əhalisinin – kübar zümrələrdən tutmuş sadə adamlara qədər –
bütün təbəqələrin erməni zorakılıqlarının və talanlarının qurbanlarına
çevrildiyini bir daha sübut edir. (sənəd № № 1-70)
Sənədlərdən aydın olur ki, mart hadisələri azərbaycanlıların əksəriy-
yəti üçün gözlənilməz olmuşdur və müsəlman ictimaiyyətinin müxtəlif
zümrələrindən olan insanlar bolşeviklərin deyil, məhz ermənilərin xə-
yanətindən sarsılmışdılar, çünki onlar “sonuncuları düşmən kimi gör-
mürdülər”. Bununla bərabər, şahid ifadələri göstərir ki, azərbaycanlıların
əksəriyyəti talanlardan bir neçə gün qabaq “ermənilərin şəhərin müsəl-
man hissəsindən erməni hissəsinə köçdüyünü” müşahidə etmiş, şəhərin
“Ermənikənd” məhəllələrində “ermənilər tərəfindən qazılmış səngərləri”
görmüş, ermənilərin “1905-ci ili təkrarlamaq, yəni müsəlman qırğınları-
nı başlamaq” niyyətləri və “ermənilərin müsəlmanlara qarşı çıxışlara ha-
zırlaşdıqları barədə şəhərdə gəzən şayiələri” eşitmişdilər. (sənəd №№. 14,
16) Bir sıra ifadələrdə günahsız, silahsız və köməksiz insanlara, o cümlə-
dən qadınlara, qoca və uşaqlara, hətta südəmər körpələrə qarşı törədilmiş
qəddar, amansız və yırtıcı vəhşiliklərin təsviri erməni quldur dəstələrinin
“cəza tədbirlərinin” xarakterini qrup şəklində sadizm kimi müəyyən et-
məyə imkan verir ki, bu da “erməni işi uğrunda mübarizlərin” psixikası-
nın patologiyasını sübut edir. (sənəd №№. 1, 51-52, 57, 63, 66)
Sənədlərdən məlum olur ki, Bakının müsəlman əhalisi arasında on
minlərlə sakin yalnız hər hansı yolla şəhərdən çıxa bildiklərinə görə la-
büd ölümdən xilas olmuşlar. Lakin bu yolla qurtulmaq da hər kəsə qis-
mət olmamışdır və bu fəsildə təqdim edilən ifadələrdən göründüyü kimi,
şəhəri tərk etmək özü də təhlükəsiz deyildi. Erməni quldur dəstələri qadın,
qoca və uşaqlara rəhm etmədən, şəhərdən qaçmağa çalışan müsəlmanları
tutub saxlayır, qarət edir və sonra güllələyirdilər. Həmçinin qırğınların ilk
saatlarında və günlərində şəhərin küçələrində olmuş bütün müsəlman-
lar tutularaq qarət edilmiş və bir çox hallarda qətlə yetirilmişlər. Həmin
günlər şəhərə gəlmiş ətraf kəndlərin sakinlərindən itkin düşənlər, işdən
qayıtmayanlar, evə geri dönməyənlər haqqında çoxlu sayda ifadələr də bu
əməllərin nəticəsi olaraq verilmişdi. (sənəd №№ 51, 261, 648)
İstər şəhərin mərkəzi məhəllələrində, istərsə cəmiyyətin kasıb və im-
kansız təbəqəsindən olan sakinlərin məskunlaşdığı “Poxlu dərə”, “Məm-
mədli”, “Kərpicxana”, “Kanitapinskaya” (Qanlı təpə) adlanan sahələrində
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
70
yaşayan azərbaycanlıların bu fəsilə daxil edilmiş yüzlərlə ifadələri bunu
deməyə əsas verir ki, Bakı şəhərinin müsəlman əhalisinə qarşı silahlı
çıxışlar şəhərin müxtəlif hissələrində - həm mərkəzdə, həm də ucqarlar-
da eyni zamanda başlanmışdır. Bu isə öz növbəsində qanlı mart hadisələ-
rinin guya bolşeviklər tərəfindən idarə olunan rus əsgər və matrosları
tərəfindən törədildiyi barədə ilk növbədə ermənilərin özlərinin yaydığı
şayiələri, eləcə də silahlı toqquşmaların müsavatçılar tərəfindən törədil-
diyi barədə bolşeviklərin iddialarını təkzib edir.
Toplunun II fəslinə azərbaycanlı qadınların şahid ifadələri daxil ol-
muşdur ki, onlar da bütün şəhadət sənədlərinin beşdə bir hissəsini təş-
kil edir. Azərbaycanlı qadınların ifadələrinin ayrıca fəsildə verilməsi, ilk
növbədə mart hadisələrini azərbaycanlı qadınların gözü ilə təsvir etmək,
həmçinin müxtəlif yaşlı, əsasən savadsız və siyasətdən tamamilə uzaq,
sadə azərbaycanlı evdar qadınların hansı şəraitdə bolşevik-daşnak ittifaqı
tərəfindən törədilmiş “vətəndaş müharibəsinin” qurbanlarına çevrildiyi-
ni göstərmək məqsədi ilə şərtlənir. Ümumən, bir neçə sənəd istisna ol-
maqla, qalan ifadələrdə sözü gedən hadisələr heç də bütün təfərrüatı ilə
təsvir olunmur. Lakin hər bir qadın ifadəsində bir və ya bir neçə insanın
– ər, valideyn və uşaqların, yaxın qohum və qonşuların ölüm faktı qeyd
olunur ki, bu da öz gündəlik həyatı, yalnız öz ailəsinin və evinin maraqla-
rı ilə yaşayan, və bir anda öz əzizlərindən, əmlakından və yaşayış vasitələ-
rindən məhrum olmuş bu insanların keçirdiyi qorxu, ağrı, dəhşət və əzab-
larından xəbər verir. Bir çox şahidlərin ifadələri belə bir nəticə çıxarmağa
imkan verir ki, ermənilərin xəyanətkar hücumu ilə qarşılaşmış şəhərin
müsəlman əhalisi ilk saatlarda silahlı quldur dəstələrinin əsas hədəfinin
kişilər – xüsusilə gənc azərbaycanlılar olacağını düşünmüş, qoca, qadın və
uşaqlara toxunulmayacağına ümid edirmişlər.
Lakin qırğınların elə ilk günü qətlə yetirilənlərinin arasında həm qa-
dınlar, həm uşaqlar, həm də yaşlı kişilər var idi ki, bu da erməni-bolşevik
qüvvələrinin şəhərin azərbaycanlı əhalisini, cinsinə və yaşına baxmadan,
kütləvi surətdə qırmaq niyyətlərini bir daha sübut edir. İfadələrdən gö-
ründüyü kimi, bir çox qadınlar öz ərlərini, oğullarını və atalarını xilas et-
mək məqsədilə, ermənilərin ayaqlarına atılır, xahiş edir, yalvarırdılar, hət-
ta öz ərlərini müdafiə edərək, onları qucaqlayırdılar və beləliklə ərləri ilə
birlikdə həlak olurdular. İfadələrdən həmçinin aydın olur ki, azərbaycanlı
qadın və uşaqların əksəriyyəti yalnız bu hadisələrə bolşeviklər tərəfindən
71
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
cəlb edilmiş ayrı-ayrı rus əsgər və matroslarının fəal müdaxiləsi sayəsin-
də labüd ölümdən qurtara bilmişlər. Bu ifadələrdə (I fəsilldə olan ifadələr-
də olduğu kimi) demək olar ki, FTK-ya ifadə vermiş hər ikinci zərərçəkə-
nin, xüsusilə də qadınların “əsirliyə” məruz qaldığını vurğulaması diqqət
doğurur. “Əsir” sözünün xatırlandığı çoxsaylı ifadələrdən aydın olur ki,
mart qırğınları zamanı şəhərin geniş sahələrə malik olan bir çox binaları
– teatrlar, kinoteatrlar, məktəblər, polis məntəqələri, ayrı-ayrı zəngin er-
məni evləri, Şəhər Dumasının ictimai binası, vağzal və digər binalar, hətta
hamamlar da minlərlə bədbəxt, qarət edilmiş, öz yaxınlarının vəhşicəsinə
qətlə yetirildiyinin şahidi olmuş azərbaycanlıların, əsasən, qadın, uşaq və
qocaların gətirildiyi və günlərlə, bir çox hallarda ac və susuz saxlanıldığı
həbsxanalara çevrilmişdi. (sənəd №№ 378, 385, 416, 420, 433, 451, 453 və s.)
Müsəlmanların kütləvi surətdə əsir alınmasında iştirak etmiş bəzi er-
məni xadimləri sonradan bu əməlləri guya dinc müsəlman vətəndaşla-
rın təhlükəsizliyini təmin etmək məqsədi ilə görülmüş zəruri tədbir kimi
izah etməyə çalışırdılar. Halbuki, zərərçəkənlərin çoxsaylı ifadələri ilə sü-
but olunur ki, müsəlmanların əsir alınması silahlı erməni quldur dəstələ-
ri tərəfindən zorla həyata keçirilmiş, təhqirlərlə, istehza, hədə-qorxu, bir
çox hallarda isə qətllərlə müşayiət olunmuşdur. Bir çox ifadələrdə göstə-
rilirdi ki, erməni əsgərləri müsəlman qadınların çadralarını dartaraq cı-
rır, onları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın şəhərin
küçələrində gəzdirərək əsir saxlanılacaqları yerlərə qovur, yolboyu sün-
gülərlə döyürdülər. Əsir götürülənlər arasında öz yaxınlarının qətlindən
dəhşətə gələn, azyaşlı uşaqları qucaqlarında keçinən qadınlar arasında
dəli olmaq, ölmək kimi hallar baş verirdi. Erməni ziyalıları isə bu zaman
öz arvadlarını azərbaycanlıların “rüsvayçılığına” tamaşa etməyə gətirir-
dilər. (sənəd №№ 53, 54, 419 və s.)
Bütün bu ifadələr bunu iddia etməyə əsas verir ki, ermənilərin və qis-
mən bolşeviklərin hətta hərbi dövr üçün qeyri-adi sayılan, heç nə ilə
əsaslandırılmamış, lakin kifayət qədər yaxşı təşkil edilmiş bu əməlləri
müsəlman əhalisinə qarşı əvvəlcədən planlaşdırılmış zorakılıq aktının
bir hissəsi idi: bu əməllərin arxasında “haqq işi uğrunda” vuruşan ermə-
ni mübarizlərinin iç üzünü və əsas məqsədini dəqiq xarakterizə edən və
o qədər də gizlədilməyən məqsəd açıq-aşkar görünürdü. Əsir götürülmüş
və ya tamamilə məhv edilmiş azərbaycanlı ailələrin boş qalmış evləri
və bütöv məhəllələr müsəlmanların əmlakını mənimsəmək, soyğunçu-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
72
luq, qarət və üç-dörd gün ərzində avtomobillərdə, faytonlarda, arabalarda
aparılması mümkün olmayan bütün əmlakı darmadağın və məhv etmək
üçün erməni quldurlarına geniş imkanlar yaradırdı.
Kitabın III fəslinə müxtəlif millətlərdən olan bakılıların və xarici
vətəndaşların Bakıda 1918-ci ilin mart hadisələrinin qiymətləndirilmə-
si baxımından xüsusi əhəmiyyəti olan ifadələri daxil edilmişdir. Digər
millətlərdən olan Bakı sakinlərinin ifadələrinin sayının azlığı tamamilə
izah ediləndir, belə ki, mart günlərində bu əhali qrupunun həyatına və
əmlakına birbaşa və açıq təhlükə mövcud olmamışdır. Bununla yana-
şı, Bakıda yaşayan yəhudilər, ruslar, polyaklar, almanlar, gürcülər və b.
bolşeviklərin və erməni hərbi dəstələrinin terror obyekti olmasalar da,
FTK müstəntiqlərinə çox qiymətli ifadələr vermişlər və bu ifadələrdə va-
himəyə düşmüş, dəhşət və qorxu bürümüş müsəlmanların ermənilərin
vəhşiliyi və özbaşınalıqlarını təsvir etdikləri bütün faktlar bir daha öz
təsdiqini tapmışdır. Şəhərin başqa millətlərdən olan sakinləri neytral
tərəfin nümayəndələri kimi, baş vermiş hadisələrə obyektiv qiymət ver-
məyə, əhalinin müsəlman hissəsinə qarşı qırğınlar törədilməsinə sövq
etmiş ayrı-ayrı siyasi partiyaların və şəxslərin əməllərini xarakterizə et-
məyə çalışırdılar. Bu baxımdan Bakı sakini A.N.Kvasnikin ifadəsi xüsusi
maraq doğurur. Şəhərin kübar və işgüzar dairələrinə mənsub olan, “bir
çox erməni evlərinə girib-çıxan”, ifadəsindən hörmətli və ünsiyyətli bir
insan təsəvvürü yaradan A.N.Kvasnik özünün son dərəcə ətraflı şəhadə-
tində mart hadisələri ərəfəsində və günlərində Bakı cəmiyyətində hökm
sürən vəziyyətin ümumi mənzərəsini yaratmağa çalışır. Bu zaman ki-
fayət qədər məlumatlılıq və müşahidəçilik qabiliyyəti nümayiş etdirən
müəllifin, baş vermiş hadisələrə həm öz şəxsi münasibətini, həm də
Bakı şəhərinin bütün yəhudi əhalisinin münasibətini kifayət qədər
dəqiq ifadə etməklə, heç də “neytral”, dəqiq deyilərsə, biganə qalmadığı
aydın olur. (sənəd № 568)
Bu fəslin sənədləri arasında andlı iclasçı, Bakının keçmiş ictimai
şəhər rəisi Y.N.Smirnovun mart faciələri günlərində şəhərin rus əhali-
sinin azərbaycanlılara qarşı mərhəmət və rəğbət dolu münasibətini əks
etdirən ifadəsi xüsusi diqqətə layiqdir. (sənəd № 569) Azərbaycanlıların
özlərinin çoxsaylı ifadələrində olduğu kimi, bu fəsilldəki sənədlərdə də,
nifrət və tamahkarlıqdan ağlını itirmiş ermənilərin hədəfinə çevrilmiş
müsəlmanların həyat və əmlakının xilas edilməsində onların yəhudi,
73
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
rus, gürcü qonşularının, tanışlarının, və ya sadəcə olaraq təsadüfən yol-
dan keçən insanların fəal iştirakı və hadisələrə müdaxiləsinə dair çoxlu
nümunələr vardır. Faciəvi günlərin ayrı-ayı anlarını təsvir edən parlaq və
orijinal sənədlər olmaqla, bu ifadələr Bakının qeyri-müsəlman əhalisinin
1918-ci ilin mart hadisələrinə olan münasibətini dəqiq göstərmək baxı-
mından xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin ifadələrdə Ba-
kının müsəlman elitasının ayrı-ayrı tanınmış nümayəndələri haqqında
çoxlu sayda maraqlı faktlar mövcuddur. Sənədlər həmçinin onu da sübut
edir ki, həmin günlərdə şəhərin küçələrində həlak olanlar arasında digər
millətlərin nümayəndələri də var idi və onlardan əksəriyyətinin mənzi-
li və əmlakı erməni quldur dəstələri tərəfindən talan edilmişdi. FTK-ya
zərərçəkən qismində ifadə verənlər arasında ermənilərin də olması diqqə-
ti cəlb edir. (sənəd №№ 588, 593)
Bu fəslin sənədləri arasında xarici vətəndaşların, indiki halda – İran
təbəələrinin ifadələri xüsusi yer tutur. Mart hadisələri zamanı zərər-
çəkənlərin bu qrupunun ifadələrinin III fəslə daxil edilməsi ilə millə-
tindən və hətta vətəndaşlığından asılı olmayaraq, bütün müsəlman-
ların erməni talançılarının qurbanı olması faktı bir daha vurğulanır.
Artıq yuxarıda qeyd edildiyi kimi, mart hadisələri zamanı həlak olanla-
rın arasında çoxlu sayda İran təbəələri var idi və öz vətəndaşlarının təh-
lükəsizliyini təmin etmək üçün hətta İran konsulunun son dərəcə fəal
cəhdləri də onları qırğınlardan qoruya bilməmişdi. (sənəd № 8) Sənəd-
lərdən göründüyü kimi, ermənilər bəzi hallarda imkanlı İran vətəndaş-
larının mənzillərinə qəsdən hücum edir, “iranlıları” axtarır, yaşına, cin-
sinə və mənsəbinə, xahişlərə, yalvarışlara və hətta vətəndaşlıq haqqında
təqdim olunan sənədlərə məhəl qoymadan, onları dəstə-dəstə küçələr-
də, mehmanxanalarda qətlə yetirirdilər. İran vətəndaşlarının ifadələri
arasında Bakı Türk-Azərbaycan qoşunları tərəfindən azad edildikdən
sonra Petrovsk şəhərinə qaçmış, qəddarlığı ilə ad çıxarmış erməni qul-
duru, bədnam S.Lalayevin bu şəhərdə müsəlmanlara, o cümlədən iranlı
təbəələrə qarşı vəhşiliklərini təsvir edən Əli Əsgər Xuda Baxış oğlunun
ifadəsi xüsusi diqqətə layiqdir. (sənəd № 606)
Mart hadisələri zamanı İran vətəndaşları arasında qurbanların,
həmçinin öz yaxınlarını və əmlakını itirənlərin sayının kifayət qə-
dər çox olmasına baxmayaraq, ifadə vermiş şəxslərin sayının azlığı
ən əvvəl həlak olan iranlı təbəələrin əksəriyyətinin kasıb, imkansız
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
74
təbəqələrə mənsubiyyəti, iş dalınca gəlmiş bu insanların Bakıda qo-
hum və tanışlarının olmadığı ilə izah edilir. Mart qırğınlarının qurba-
nı olmuş bu insanlar, ümumən həlak olmuş İran vətəndaşlarının sayı
haqqında daha çox məlumatı olan Bakıdakı İran Konsulluğunun isə
FTK ilə əməkdaşlıq etməsinə dair hər hansı sənəd yoxdur. Bu da qeyd
olunmalıdır ki, mart qırğınları zamanı şəhəri tərk etmiş İran vətən-
daşlarının əksəriyyəti, şəhərdəki vəziyyətin hələ də sabit olmadığını
hesab edərək, geriyə qayıtmağa tələsmirdilər. Lakin, istər zərər çəkmiş
İran vətəndaşlarının öz ifadələri, istərsə də bakılıların ifadələrində on-
ların dəfələrlə xatırlanması 1918-ci ilin mart hadisələri zamanı ermə-
nilər tərəfindən məhv edilmiş müsəlman əhalisi arasında İran vətən-
daşlarının, əslində etnik azərbaycanlı qurbanların sayının kifayət
qədər çox olduğuna dəlalət edir.
Toplunun IV fəsli Bakıda 1918-ci ilin mart hadisələri günlərində
şəhərin həm azərbaycanlı, həm digər millətlərdən olan əhalisinə mən-
sub mülki, sənaye, sosial, ticarət və digər obyektlərə vurulmuş zərərləri
göstərən sənədlərdən ibarətdir. Məlum olduğu kimi, FTK qarşısında qo-
yulmuş vəzifələr arasında, “bütün zorakılıq hadisələrinin dəqiq qeydiyya-
tının aparılması” və “həmin zorakılıqların törədildiyi şəraitin müəyyən
edilməsi” ilə yanaşı, “müqəssirlərin aşkar olunması və onların vurduqları
zərərin ümumi miqdarının müəyyənləşdirilməsi” də qeyd olunurdu.
Təsadüfü deyil ki, Bakıda 1918-ci ilin mart hadisələri zamanı zərər-
çəkənlərin bütün ifadələrində onlara dəyən zərərin miqdarı, həcmi və
dəyəri göstərilmiş, FTK üzvləri isə ayrı-ayrı təcavüz hallarının və hadisələ-
rin geniş təfərrüatı verilməyən ifadələrdə belə, vurulan ziyan haqqında
məlumatları təsbit etmişlər. Sahibləri evdə olmadığı zaman qarət və talan
edilmiş mənzillər barədə çoxlu sayda faktların və sakinlərə dəyən ziyanın
göstərildiyi FTK sənədləri deyilənləri bir daha təsdiq edir. Lakin, mart ha-
disələri günlərində azərbaycanlıların məruz qaldığı itkilər və maddi zərər
yalnız bu faktlarla kifayətlənmirdi. Bu fəsildə təqdim edilən sənədlər Ba-
kıda mart hadisələri zamanı şəhərin müsəlman əhalisinə – iri sənaye-
çilərə, zavod, liman, neft mədənləri sahibkarlarından başlayaraq çoxsay-
lı mülki, sosial və ticarət obyektlərinin: ev, idarə, mehmanxana, məktəb,
restoran, bərbərxana, emalatxana, mağaza, anbar, dükan, tövlə və s. sahib-
lərinə vurulan maddi ziyanın miqyasını və əhəmiyyətini çox aydın nü-
mayiş etdirirlər.
75
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
1918-ci ilin faciəli mart günlərində müsəlmanlara məxsus olan binala-
rın qəsdən yandırılması və dağıdılması faktlarının təsbit edildiyi və FTK
üzvləri tərəfindən tərtib olunmuş aktlar IV fəslə aid olan sənədlər arasın-
da xüsusi əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, azərbaycanlıların mədə-
ni-ictimai və dini mərkəzini təcəssüm etdirən “İsmailliyə” - Müsəlman
Xeyriyyə Cəmiyyətinin binası, “Kaspi” və “Açıq göz” qəzetlərinin binaları,
habelə “Dağıstan”, “İsgəndəriyyə” və ”İslamiyyə” mehmanxanalarının bi-
nalarıdır. (sənəd №№ 621-624)
Kitabın V fəsli 1918-ci ilin martından sentyabrınadək bir neçə ay ər-
zində azğınlıq edən erməni silahlı dəstələrinin, erməni nizami birləş-
mələrinin hücumlarına məruz qalmış Bakı şəhərinin və Bakı kəndləri-
nin sakinlərinin ifadələrini əhatə edir. Sənədlərdən göründüyü kimi, Bakı
şəhəri və onun ətraf kəndlərinin müsəlman əhalisinin müsibət və izti-
rabları mart qırğınlarından sonra da bitməmiş və Bakı şəhəri 1918-ci ilin
sentyabrında azad edilənədək davam etmişdir. (sənəd № 807 və s.)
Məlumdur ki, 1918-ci ilin martında azərbaycanlı qırğınları yalnız
şəhərin özünün hüdudları ilə məhdudlaşmamışdır. Həmin günlər
erməni quldur dəstələri Bakı yaxınlığındakı ətraf kəndlərə də hücu-
ma keçərək müsəlmanların evlərinə basqın edir, şəhərkənarı yollarda
pusqu qurur, yoldan keçən müsəlmanları qarət edir və öldürürdülər.
FTK materialları arasında az saylı ifadələrdən aydın olur ki, 1918-ci
ilin martında Bakı kəndlərinin – Məmmədli (Məhəmmədi), Əhməd-
li, Balaxanı, Binəqədi, Bibiheybət, Hökməli, Digah, Zabrat, Sabunçu,
Ramana, Xırdalan və digər kəndlərin bir çox sakinləri erməni silahlı
dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar. FTK sənədləri arasında
iyirmidən çox Bakı kəndlərində mart günlərində baş vermiş qanlı ha-
disələr haqqında hər hansı - çox və ya az - ifadələrin yer almadığının
səbəbi bir mənalı şəkildə FTK üzvlərinin son dərəcə çətin iş şəraiti və
müstəntiqlərin çatışmazlığı ilə izah edilir. Məhz bu səbəbdən də Ko-
missiya üzvləri bütün sonrakı aylarda dəfələrlə erməni əsgərlərinin
basqınlarına məruz qalmış Bakı kəndlərinin sakinlərinin əksəriyyəti-
ni dindirə bilməmişlər.
Bununla belə, həmin kəndlərin sakinlərinin azsaylı ifadələri və xüsu-
silə, FTK-nın ən çox dindirdiyi Ramana kəndinin sakinlərinin ifadələri
Bakının ətraf kəndlərinin insan və maddi itkiləri haqqında az-çox ümu-
mi təsəvvür yaradır. Sənədlərdən aydın olur ki, Sabunçuda, Əhmədlidə,
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
76
Zabratda bilavasitə erməni qoşunlarının qərargahları yerləşmiş və onlar
bütün müsəlmanları – yerli sakinləri və yoldan keçənləri – bir neçə ay
qorxu içində saxlayırmışlar. Həmçinin, erməni əsgərləri avqust-sentyabr
aylarında cəbhədən geri çəkilərkən bütün bu kəndləri tamamilə darma-
dağın etmiş, qaçmağa macal tapmamış sakinləri isə amansız işgəncələrlə
qətlə yetirmişlər.
Bu fəsildə Bakı kəndlərinin – Balaxanı, Ramana və qismən Binəqədi
sakinlərinin FTK üzvlərinin təfsilatı ilə sənədləşdirdiyi çoxlu sayda şahid
ifadələri yer almışdır. Həmin sənədlərdə 1918-ci ilin yayında, Bakı şəhəri-
nin türk-azərbaycanlı qoşunları tərəfindən azad edilməsi ərəfəsində Bakı
şəhəri və onun ətraf kəndlərində baş vermiş hadisələr haqqında çoxsay-
lı və acınacaqlı məlumatlar vardır. Məs., məlum olur ki, erməni dəstələri
Bakının ən qədim və böyük kəndlərindən olan Ramanaya bir neçə dəfə –
1918-ci ilin mart, avqust və sentyabr aylarında – hücum etmişlər və kənd-
də daşı daş üstə qoymadan, qaçmağa macal tapmamış bütün sakinləri
ailəliklə qırmışlar. (sənədlər №№ 862, 863, 865-867, 885, 894, 924, 961 və s.)
Bakının digər qədim və neft yataqlarına görə ən zəngin kəndlərin-
dən sayılan Balaxanının artıq mart hadisələrini yaşamış və erməni
vəhşilikləri haqqında çox eşitmiş əhalisi iyul-avqust aylarında cə-
bhədən geri çəkilən erməni hərbi birləşmələri qarşısında öz evlərini
qoyub qaçırdılar. Bu kəndi tutmuş və kəndə aparan yolları bağlamış
erməni əsgərləri bir neçə gün ərzində bütün evləri və həyətlərdəki ti-
kililəri qarət və darmadağın etmiş, kənddən çıxmağa macal tapmamış
sakinləri isə amansızlıqla öldürmüşlər. Sənədlərdən həmçinin məlum
olur ki, silahlanmış sakinlər tərəfindən müdafiə olunan Maştağa, Bu-
zovna, Pirşağı və d. Bakı kəndləri erməni birləşmələri tərəfindən ar-
tıq hücuma məruz qalmış və xüsusilə cəbhə xəttində yerləşən ətraf
kəndlərin sakinləri üçün sığınacaq yeri olmuşdur. Bu vəziyyət Bakının
1918-ci il sentyabrın 15-də türk-azərbaycanlı ordusu tərəfindən azad
edilməsi ərəfəsində və sonrakı günlər davam etmiş, ingilis qoşunları
getdikdən sonra bir gün belə davam gətirə bilməyən Sentrokaspi hö-
kumətinin əsas hərbi qüvvələrini təşkil edən erməni birləşmələri gö-
rünməmiş zorakılıq və azğınlıq “nümunələri” göstərərək, 16-17 sent-
yabr tarixlərində geri çəkildikləri yolların üstündə yerləşən kəndlərə
basqınlar etmişlər (sənəd № 832 və s.). Həmin günlər erməni əsgərlə-
rinin istər ətraf kəndlərdə, istərsə şəhərin özündə qarətlərdən, zorakı-
77
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
lıqlardan, qətllərdən əl çəkmədiklərini sübut edən FTK sənədləri bunu
iddia etməyə əsas verir ki, 1918-ci ilin sentyabr günlərində özbaşınalıq
edən quldur, soyğunçu və qatillərin arasında xeyli sayda ermənilər ol-
muşdur və Bakıda 1918-ci ilin faciəli sentyabr hadisələrinə görə onlar
da məsuliyyət daşıyırlar.
Toplunun VI fəslinə “Bakı şəhərinin talan edilməsi haqqında”
FTK üzvləri, respublikanın prokurorluq orqanlarının və Azərbaycan
Məhkəmə Palatasının müstəntiqləri tərəfindən tərtib edilmiş məh-
kəmə-istintaq materialları daxil edilmişdir. Bu materiallar Bakıda
1918-ci ilin mart hadisələri zamanı törətdikləri cinayətlərdə kifayət
qədər ifşa edilmiş Bakı şəhərinin 24 nəfər erməni sakininin müttəhim
qismində məsuliyyətə cəlb edilməsi haqqında qətnamələr, həmin itti-
hamlar üzrə artıq həbs edilmiş şəxslərin dindirmə protokolları, şahid-
lərin təkrar dindirmə və üzləşmə protokolları, zərərçəkənlərin, həbs
edilənlərin qohumlarının və digərlərinin ərizələri və s. sənədlərdən
ibarətdir. Çoxsaylı sənədlər istər müttəhimlərin, istərsə də şahidlərin
şəxsiyyətlərinin, ünvanlarının, olduğu yerlərin təyin edilməsi, axtarı-
şı, istintaqa dəvət və cəlb edilməsi üzrə Azərbaycan məhkəmə-istin-
taq orqanlarının son dərəcə ağır, səbirli və gərgin fəaliyyətindən xə-
bər verir. Toplunun materiallarından göründüyü kimi, müstəntiqlərin
bütün səy və axtarışlarına baxmayaraq, mart hadisələri üzrə ittiham
edilənlərin əksəriyyətini nə Bakıda, nə də FTK-nın Gürcüstan Respub-
likasının istintaq orqanları ilə sıx əlaqə saxladığı Tiflisdə aşkar etmək
mümkün olmamışdır. Bu şəxslərin hər biri haqqında ayrılıqda axtarış
elan edilmiş və istintaq işləri xətm olunana qədər FTK onları inadla
axtarmışdır.
Bu fəslin sənədləri arasında 1918-ci ilin bir neçə ayı ərzində Bakı-
da və Şamaxıda qanlı faciələrin törədilməsində ən mənfur şəxs hesab
edilən Stepan Lalayevin ittiham olunması üzrə istintaq materialları
xüsusi əhəmiyyət daşıyır. Onun adı yüzlərlə şahid və zərərçəkənlərin
ifadələrində çəkilir və bu zaman silahsız dinc müsəlmanları – qoca,
qadın, uşaq, xəstə insanları xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetir-
miş qaniçən bir yırtıcının obrazı yaranır. S.Lalayevin istintaq işinə
aid olan sənədlər, eyni zamanda həmin dövr Bakı küçələrində açıq-aş-
kar və həyasızcasına gəzən erməni cinayətkarlarını məsuliyyətə cəlb
etməyə hazırlaşan FTK müstəntiqlərinin necə mürəkkəb şəraitdə iş-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
78
ləməli olduqlarını bariz surətdə nümayiş etdirir. Məlum olduğu kimi,
1918-i ilin noyabr ayının ortalarından etibarən Bakının hakimi özünü
şəhərin general-qubernatoru elan etmiş, Britaniya qoşunlarının Ko-
mandanı general V.M.Tomson idi. Yeni yaradılmış strukturun – Müttə-
fiq Dövlətlər Polisinin komissarı isə polkovnik Kokkerel təyin edilmiş-
di. Bakı və Şamaxıda müsəlman qırğınları törətmiş Stepan Lalayevin
təqsirinin təkzibedilməz sübutlarını təqdim etmiş FTK sədri Ə.b.Xas-
məmmədov polkovnik Kokkereldən onun həbsinə icazə almağa nail
olsa da və S.Lalayev Müttəfiq Dövlətlər Polisi tərəfindən 1918-ci ilin
noyabrının sonunda həbs edilsə də, məhbus özü və onun istintaq işi
ingilislərin sərəncamında qalmış və “araşdırılmaq” üçün Müttəfiqlə-
rin Hərbi Məhkəməsinə verilmişdi.
Fəslin sənədləri FTK-nın və Azərbaycan Ədliyyə Nazirliyinin Stepan
Lalayevin istintaq işinin və müttəhimin özünün “yerli hakimiyyət məh-
kəməsinə” qaytarılması məqsədilə nə kimi səylər göstərdiyini, ittihamçı
tərəfin öz mövqeyini son dərəcə dəqiq və savadlı şəkildə quraraq əsaslan-
dırdığını və bunun nəticəsi olaraq öz məqsədlərinə nail olduğunu aydın
surətdə əks etdirir. Qeyd edilməlidir ki, kitaba Stepan Lalayevin istintaq
işinin yalnız Bakı hadisələri ilə bağlı sənədləri daxil edilmişdir. İstintaqın
gedişi vaxtı Stepan Lalayev Bakı həbsxanasından Gəncəyə göndərilmiş,
onun işi xüsusilə mühüm işlər üzrə müstəntiqlərə həvalə edilmişdi. Top-
luda S.Lalayevin dindirmə protokolları, iş üzrə şahidlərin təkrar dindirmə
və üzləşdirilmə protokolları, həmçinin S.Lalayevin şiddətlənən zöhrəvi
xəstəlikdən Gəncə həbsxanasında ölməsi haqqında arayış və s. sənədlər
cəmlənmişdir. (sənəd №№ 1100, 1101 və s.)
Fəslin materialları arasında mart hadisələrində zərər çəkmiş, FTK-
na ifadə vermiş, lakin bu və ya digər səbəblərdən təkrar istintaqa gəl-
məyən, yaxud dəqiq şərh verməkdən boyun qaçıraraq, əvvəlki ifadələ-
rini tam şəkildə təsdiq etməyən azərbaycanlı şahidlərlə işləməli olan
müstəntiqlərin kifayət qədər mürəkkəb şəraitdə çalışdıqlarını təsdiq
edən sənədlər də böyük maraq doğurur. Bəzi şahidlərin ifadələrindən
göründüyü kimi, bu hallar ən əvvəl həbs edilənlərin qohumları, eləcə
də ermənilərin müxtəlif millətçi təşkilatları tərəfindən ayrı-ayrı yol-
larla şahidlərə təzyiq göstərilməsi ilə izah edilirdi. Maraqlıdır ki, Azər-
baycanın yüksək təbəqələrinin və yəhudi icmasının bəzi nümayəndələ-
ri, yalnız qorxudan deyil, “keçmiş xoş xatirələrə” rəğmən öz əvvəlki
79
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
ifadələrini bir daha təsdiq etməkdən boyun qaçırırdılar. (sənəd №№
372 və s.) Müqəssir olmadıqlarını inadla təkid edən və bəzən axtarıb
tapılması çətin olan əlavə şahidlərin dindirilməsini tələb edən ermə-
nilər də müstəntiqlərə az problem yaratmır, müttəhimlərin və onların
qohumlarının adından respublikanın istintaq-məhkəmə orqanlarına,
Azərbaycan Hökumətinə, Parlamentə və İngilis komandanlığına say-
sız müraciətlər, ərizələr, şikayətlər göndərməklə istintaqın gedişinə
təsir etməyə çalışırdılar. Bu xahişlərin hamısını nəzərdən keçirən
müstəntiqlər onların bir hissəsinin təmin olunmasını, xüsusilə də,
müttəhimlərinin bəzilərinin pullu girovla və ya polis nəzarəti altında
məhkəməyə qədər azad edilməsini mümkün sayırdılar.
VI fəsil FTK-nın icraatında olmuş bütün istintaq işlərinə xitam veril-
məsini şərtləndirmiş sənədlərlə yekunlaşır. (sənəd №№ 1137, 1138)
Sənədlərin dili və üslubu rus dilində (orijinalda) olduğuna yaxın saxla-
nılmışdır.
Sənədlərdə Bakı küçələrinin adları 1918-ci ildə işlənildiyi qaydada, rus
dilində, latın qrafikası ilə verilmişdir.
Sənədlərin sıra sayı həmin toplunun 2009-cu ildə nəşr edilmiş və 1138
sənəddən ibarət olan tam versiyası əsasında göstərilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Fövqəladə Təhqiqat Ko-
missiyasının yaradılması haqqında 15 iyul 1918-ci il tarixli rəsmi sənəd-
ləri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbay-
canlıların soyqırımı haqqında” 26 mart 1998-ci il Fərmanı kitabda ayrıca
təqdim edilmişdir.
Topluya, həmçinin mart faciələrinin nəticələrini əks etdirən foto-sənəd-
lər də daxil edilmişdir. Onların əksəriyyəti FTK üzvlərinin özləri tərəfindən
çəkilmiş və müvafiq aktlarla təsbit edilmişdir. (sənəd №№ 621-624)
1918-ci ilin mart-iyul aylarında Bakıda və respublikanın qəzalarında
Qafqazın məhz türk-müsəlman əhalisinin bolşevik-erməni qüvvələrinin
zorakılığının qurbanı olması nəticəsində yaranmış vəziyyətlə Avropa ic-
timaiyyətini tanış etmək məqsədilə 1919-cu ildə AXC XİN tərəfindən FTK-
nın 6 cilddə materialları və 95 şəkil (Bakı, Şamaxı və Göyçay qəzalarında
çəkilmiş) Fransaya - Paris Sülh Konfransında iştirak edən Azərbaycan nü-
mayəndə heyətinə göndərilmişdir. Yuxarıda qeyd edildiyi kimi, FTK üzvlə-
ri tərəfindən çəkilmiş fotoşəkillər respublikada qalmamışdır və yalnız 94
ildən sonra müəllif tərəfindən xarici arxivlərdən tapılmış və ayrıca nəş-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
80
rdə çap olunmuşdur. FTK-nın bu silsilədən olan və 1918-ci ilin martında
Bakıda baş vermiş faciəli hadisələrin nəticələrini əks etdirən fotoşəkilləri
məcmuəyə daxil edilmişdir.
Mənbələrdən aydın olduğu kimi, mart günlərində müxtəlif adamlar
tərəfindən də şəhərdə onlarla fotoşəkillər çəkilmişdir. Lakin respublika
arxivlərində onların cəmi bir neçəsi qalmışdır. (143)
FTK sənədləri arasında Kazım Ələsgər oğlu Axundovun verdiyi şahid
ifadəsində Bakıda isti izlərlə çəkilmiş üç fotoşəkil təsvir edilir (sənəd №
1). Maraqlıdır ki, Məmməd Əmin Rəsulzadənin Münhendə nəşr etdiyi
“İstiqlal” qəzetinin mart hadisələrinin 15 illiyinə həsr olunmuş sayında,
onun öz məqaləsində həmin fotoşəkillərin təsviri verilir. (144) M.Ə.Rə-
sulzadə qeyd edirdi ki, o, həmin günlərin faciəli hadisələrini fotoşəkil-
lərdə həkk etmiş bir çox iranlı, polyak, gürcü və hətta M.Kulqe soyadlı
bir nəfər “əcnəbini” tanıyır. Təəssüf ki, bu fotoşəkillərin taleyi hələ də
məlum deyildir.
Qeyd edilməlidir ki, həmin günlər İranın Bakıdakı konsulu M.S.Ma-
rağayinin küçə və həyətlərdən cəsədlərin toplanması və dəfn edilməsi
məqsədilə yaratdığı xüsusi komissiya tərəfindən də fotoşəkillər çəkilmiş-
dir. Onların biri - qətlə yetirilmiş insanların cəsədi üzərində duran konsu-
lun özünün təsvir edildiyi şəkil sonralar mətbəə üsulu ilə “Bakı şəhərin-
də müsəlmanların kütləvi qırğını” adlı “poçt-kart” şəklində çap edilmiş,
Bakı şəhərində müsəlmanlara qarşı törədilmiş cinayətlərin sübutu kimi
İranda və digər ölkələrdə geniş yayılmışdır. Həmin şəkil topluya daxil
edilmişdir.
Topluda FTK materiallarından foto-nümunələr də, o cümlədən Ko-
missiyaya ifadə vermiş bəzi şahidlərin foto-şəkilləri əlavə edilməklə,
təqdim edilir.
Sənədlərdə mətn üzrə qeydlər rəqəmlərlə işarə edilmiş və toplunun so-
nuna çıxarılmışdır.
Coğrafi adların göstəricisi Bakı şəhərinin küçə, meydan, şəhər məhəl-
lələrinin və bağlarının, habelə sənədlərdə adı çəkilən kənd, şəhər və
ölkələrin tarixi və müasir adlarından ibarətdir.
“Bakı şəhərinin və Bakı qəzasının əhalisinin 1916-cı ilə olan milli-dini
tərkibi” adlı əlavə Bakı şəhərində 1918-ci ilin mart hadisələri ərəfəsində
şəhər və qəza əhalisinin ayrı-ayrı qruplarının say nisbəti haqqında dəqiq
təsəvvür yaradır.
81
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
Sənədlər toplusuna Bakı şəhərinin 1918-ci ilə olan xüsusi məzmunlu
xəritəsi əlavə edilmişdir.
* * *
Müəllif öz iştirakı, köməyi və məsləhətləri ilə bu sənədlər toplusunun
hazırlanmasına və nəşrinə yardım etmiş hər kəsə öz dərin minnətdarlığı-
nı bildirir.
Solmaz Rüstəmova-Tohidi
tarix elmləri doktoru, professor
Azərbaycan Milli Elmlər Akademiyası
akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun aparıcı elmi işçisi
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
82
Dostları ilə paylaş: |