Sənəd № 311
Dindirmə protokolu
1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Teymur Mürsəli oğlu, 33 yaşım var, Bakı şəhəri, Fabriçnaya küçəsi,
85 №-li evdə yaşayıram.
Bu ilin martında ermənilər müsəlmanlara çıxış edən zaman, mən evdə
olmadığım vaxt, qonşularımın – Qazan tatarlarının dediklərinə görə, mə-
nim evimə erməni əsgərləri gəlmiş və üç qardaşım Mehdi, Həsənqulu və
Əbülfəzi və bacım oğlu Ağa Kərim Abbas Əli oğlunu öldürmüşlər. Mənə
30.000 rubl dəyərində ziyan vuraraq, evimi və dükanımı qarət etmişlər.
Qardaşlarımın öldürüldüyü günün ertəsi anam, üçüncü günü isə atam
dünyalarını dəyişmişlər. Məni qırğınların elə birinci günü, ermənilərdən
qaçarkən, yaralamışdılar: güllə sol ayağımın pəncəsini zədələmişdi. Qar-
daşlarımın və bacım oğlunun meyitləri üzərində güllə, xəncər və süngü ya-
raları var idi.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 131.
Sənəd № 318
Dindirmə protokolu
1918-ci il, 31 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Rəcəb Kəlbalı oğlu, 36 yaşım var. Bakılıyam, Bakı şəhəri, Lagernaya
küçəsi, 6 №-li evdə yaşayıram.
Bu il mart ayının ortalarında, dəqiq gün yadımda deyil, bazar günü
atışma başlandı. Mən Lagernaya küçəsi, 6 №-li şəxsi evimdə arvadım və
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
160
uşaqlarımla yaşayırdım. Mənim evimlə yanaşı anam Xanı İmam Əli qı-
zının evi var idi, və o, burada oğlu Hacı Baba Kəlbalı oğlu ilə yaşayırdı.
Mən anamın evində hay-küy eşitdim və evimin damından anamın həyə-
tinə boylanarkən orada silahlı erməniləri gördüm. Onlar anamın və qar-
daşımın üzərinə atıldılar və hər ikisini öldürdülər. Oradaca adlarını bil-
mədiyim başqa müsəlmanları da qətlə yetirdilər. Ermənilər məni damda
görəndə mənə tərəf atəş açdılar. Mən dərhal aşağı düşdüm və ermənilə-
rin məni və arvadımı öldürəcəyini bildiyimdən, arvadım və üç uşağım-
la küçəyə qaçdıq. Küçədə ermənilər bizə atəş açdılar, arvadımı və üçyaşlı
uşağımı öldürdülər.
Ermənilər anamın evindən bütün əşyaları çıxardılar, onların siyahısı-
nı sizə təqdim edirəm və işə əlavə etməyinizi xahiş edirəm.
Oxundu. İmza. Rəcəb Kəlbalı oğlu.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 62.
Sənəd № 335
Dindirmə protokolu
1919-cu il, 26 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Bala Dadaş oğlu, 24 yaşım var, Bakı şəhər sakini, 3-cü Parallelna-
ya küçəsi, 96 №-li şəxsi evimdə yaşayıram. Müsəlmanam, savadlıyam.
1918-ci ilin qanlı mart hadisələrinin ikinci günü, yəni mart ayının
19-da səhər tezdən silahlı ermənilər yuxarıda adı çəkilən küçəni mü-
hasirəyə aldılar və müsəlmanların evlərinə atəş açmağa başladılar. Mən
43 yaşlı anam Bilqeyis Baba qızı, 16 yaşlı bacım Səfurə Dadaş qızı və iki
azyaşlı qardaşlarımla birlikdə, qaçaraq xilas olmaq məqsədilə, evdən ba-
yıra çıxdıq. Küçədə ermənilər bacımı uzaq məsafədən güllə ilə vurdular,
məni və anamı isə yaraladılar. Lakin mən özümü itirmədim: yaralı ana-
mın və balaca qardaşlarımın qoluna girdim, və çox çətinliklə ölümün
161
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
pəncəsindən qurtara bildik. Mən və anam bu günədək hələ də yaralar-
dan özümüzə gələ bilməmişik, ağrılardan əziyyət çəkirik: mən dirsək-
dən yuxarı sol qolumdan yaralanmışam, anam isə sinəsindən yara alıb.
Biz, fiziki və mənəvi zərərlərdən başqa, həm də maddi ziyan çəkmişik:
ermənilər bizim bütün əmlakımızı qarət etmişlər və mən bu əmlakımı-
zı ötən ilin mart ayının qiymətləri üzrə 132.700 rubl dəyərində qiymət-
ləndirirəm. Qarət edilmiş əşyalarımızın siyahısını və mənim ərizəmi
işə əlavə etməyinizi xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 26.
FƏSİL II
AZƏRBAYCANLI
QADINLARIN
ŞAHİD İFADƏLƏRİ
163
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 372
Dindirmə protokolu
1919-cu il, 5 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Humay Xanım Sultanova, 26 yaşım var, Bakı şəhərində, Vorontsovs-
kaya küçəsi, 10 №-li evdə yaşayıram.
Hələ mart qırğınları başlayanadək mən və ərim ermənilərin müsəl-
manlara qarşı çıxışlarının gözlənildiyi barədə şayiələri eşidirdik. Lakin,
ərimlə mən dağıstanlı olduğumuza görə, düşünürdük ki, ermənilər bizə
toxunmazlar. Buna görə də sakitcə öz mənzilimizdə qalırdıq və qiymətli
əşyalarımızı gizlətmirdik. Martın 17-də və 18-də ermənilərlə müsəlmanlar
arasında atışmalar baş verirdi, amma ərimlə mən hələ də heç bir təhlükə-
sizlik tədbirləri görmürdük. Çərşənbə axşamı, martın 20-də, səhər saat
7-yə yaxın, ixtisası həkim olan ərim Bəybala bəy, mənim otağıma gəldi və
geyinməyimi məsləhət gördü. Belə ki, şəhərdə atışma başlanmışdır, odur
ki, geyimdə olmaq daha yaxşıdır ki, təhlükə yarandığı halda evdən gedə
bilək. Bir qədər keçdikdən sonra ərim mənə dedi ki, evdən getmək lazım-
dır, çünki ermənilər evlərə soxulmağa başlayıblar və qarətlə məşğuldurlar.
Biz qonşu damdan mühəndis Qolginin mənzilinə keçdik. Məni və oğlu-
muz Məhəmməd Mirzəni burada yerləşdirərək, ərim yenidən mənzilimizə
qayıtdı ki, daha qiymətli əmlakımızı götürsün. Bu zaman bizim evimizə
həyətdən, küçədən və giriş qapısından silahlı ermənilər doluşmağa baş-
ladılar. Mən oğlumla otağa girdim, Qolgin və onun adını bilmədiyim bir
tanışı, qonşuluqda yerləşən dəyişik paltar tikən emalatxananın sahibi
ilə şüşəbənddən bizim mənzilə tərəf baxmağa başladılar. Bu zaman bo-
ğuq atəş səsi eşidildi və mən Qolginin və emalatxananın sahibinin doktor
Sultanovun, mənim ərimin öldürüldüyünü necə qışqırdıqlarını eşitdim.
Mən ərimin yanına getməyə can atdım, lakin məni buraxmadılar. Bir az
sonra erməni əsgərləri Qolginə yaxınlaşdılar və ondan Sultanovun ailəsi-
nin harada gizləndiyini göstərməyi tələb etdilər.
Belə olan halda Qolgin bizim hamımızın evdən getməsini məsləhət
gördü. Oğlumla mən və Qolgin arvadı və iki uşağından ibarət olan ailə-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
164
si ilə birlikdə onların mənzilində çıxdıq və parapetin yanından keçərək
Torqovoya küçəsinə yollandıq, məni burada Qolginin tanışı olan qadının
mənzilində qoydular. Mən gecəni orada keçirdim və ertəsi gün tezdən əri-
min universitet yoldaşı Nikolay Aleksandroviç Lavrovun mənzilinə get-
dim və orada beş gün qaldım. Evimizə qayıdarkən mənzilimizi dəhşətli
vəziyyətdə gördüm. Hər şey qırılmış, sındırılmış, bağı aşağı çevrilmişdi.
Bütün qiymətli əşyalarımız, xalçalar və paltarlarımız yoxa çıxmışdı. Mən
qarət edilmiş bütün əşyalarımızın siyahısını sizə təqdim edirəm və işə
əlavə olunmasını xahiş edirəm. Ümumilikdə 182.570 rubl dəyərində əşya-
larımız qarət edilmişdir. Bundan əlavə, ermənilər ərimin cibindən 70.000
rubl nağd pulunu çıxarmışlar.
Qolgin, feldşer Mixaylov və tacir Şirinbəyov görmüşdülər ki, bizim
mənzilə soxulan əsgərlərə əlində revolver tutmuş Stepan Lalayev başçı-
lıq edir. Ərim bizim yanımıza, Qolginin mənzilinə keçməyə hazırlaşanda
Lalayev onu saxlamış və revolverdən onun başına atəş açmışdır, bundan
sonra ərim yerə yıxılmışdır. Lalayevi müşayiət edənlərdən kimsə ərimin
yerli müsəlman olmadığını, dağıstanlı olduğunu söyləyərək, onu müdafiə
etmək istədikdə, Lalayev onu da öldürəcəyini qışqırmış və bundan sonra
erməni susmuşdur. Həyətə düşən Lalayev həmin revolverlə adını bilmədi-
yim dalandarı, onun arvadını və iki aylıq körpəsini güllələmişdir.
Mart hadisələrindən sonra Temir-Xan-Şuraya getdim. Getməzdən əv-
vəl, bizim evdə yaşayanların hamısı, aşağıda, mənə danışırdılar ki, onlar
da Lalayevi yaxşı tanıyıblar, onun mənim ərimi və ailəsi ilə birlikdə da-
landarı necə öldürdüyünü görüblər. İndi isə, artıq mən Şuradan qayıtdıq-
dan sonra, onlar hamısı ərimi öldürənin Stepan Lalayevə yalnız oxşadığı-
nı deyirlər. Mən bunu onunla izah edirəm ki, bütün şahidlər Lalayevdən
və onun qohumlarından qorxurlar.
Hal-hazırda Temir-Xan-Şurada iki bacı – Nisə Xanım (Nina) və Əminə
Xanım (Emma) Acıyevalar yaşayırlar. Onlar hər ikisi, əvvəllər oxuduq-
ları Bakıdakı Müqəddəs Nina
89
məktəbində eşidiblər ki, Stepan Lalaye-
vin orada oxuyan bacısı hamıya danışırmış ki, Vorontsovskaya küçə-
sində yaşayan doktor Sultanovu, yəni mənim ərimi, onun qardaşı özü
öldürmüşdür. Lalayevlə birgə onun dostu zabit Arzumanov da evlərə
girir və qarətlə məşğul olurdu. Mən bunu bir çox tanışlarımın, eləcə
də Lalayevin cangüdəninin sözlərindən bilirəm. O, bu barədə Petrovsk-
da Didikov adlı bir inquşa danışmışdır; bu, Biçeraxovun
90
dəstəsi Pet-
165
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
rovskda olarkən baş vermişdir və Stepan Lalayev də həmin dəstədə idi.
Mən eşitmişəm ki, Lalayev Petrovskda da qətl və qarətlərlə məşğul ol-
muşdur. Orada dostu Digityanla birlikdə bir çox tanınmış müsəlmanları
qətlə yetirmişdir. Ayrıca qətl və qarət hallarını göstərə bilmərəm. Əlavə
edirəm ki, biz Qolginin mənzilinə bazar ertəsi günü, martın 19-da get-
mişdik, lakin, axşam saat 6-da ərim bolşeviklərlə müsəlmanlar arasında
barışıq elan edildiyini gördükdə, biz evimizə qayıtmışdıq. Biz Qolginin
mənzilinə apardığımız bütün qiymətli əşyalarımızı və pullarımızı elə
bu vaxt geri gətirmişdik.
Oxundu. Humay xanım Sultanova (imza).
Fövqəladə Təhqiqat Komissiyasının sədri:
Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: А.Kluge, А. Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 62-64.
Sənəd № 374
Dindirmə protokolu
1918-ci il, 14 noyabr Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xədicə İsmayıl qızı, 20 yaşım var, Bakıda yaşayıram.
Mart hadisələri zamanı mənim ərim İsgəndər Qasım Qulu oğlu iki
gün müdafiə olundu, sonra silahlı ermənilər bizim evə soxuldular, ərimi
beş güllə ilə yaraladılar və həyətimizdə 12 qonşumuzu qətlə yetirdilər: öl-
dürülənlərin arasında uşaqlar və hamilə qadınlar da var idi. Ərim ağır ya-
ralara baxmayaraq hələ 20 gün yaşadı və sonra aldığı yaralardan xəstəxa-
nada öldü. Mən qaçmağa müvəffəq olmuşdum, bununla belə küçədə top
mərmisindən yara almışdım və xəstəxanaya gətirilmişdim. Bizim evimiz-
dəki bütün əmlakımızı qarət etmiş və atımızı öldürmüşdülər. Dəymiş zi-
yan 10.000 rubldan çoxdur. Mənim ərizəmi qarət edilmiş əşyaların siyahı-
sı ilə birlikdə işə əlavə etməyinizi xahiş edirəm.
Oxundu. Savadsızdır.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
166
Komissiya üzvü: А.Kluge (imza).
Xədicə İsmayıl qızı öz ifadəsinə aşağıdakıları əlavə etdi:
Mart hadisələrindən sonra mən Lənkərana getmişdim və oradan yal-
nız 2 həftə sonra Bakıya qayıtdım. Bakı alınmamışdan əvvəl 2000 erməni
əsgəri Lənkərana gəldi və özbaşınalıq etməyə, müsəlman əhalisini ələ sal-
mağa başladı. Onlar yeməkxanalara girir, yeyib-içir və pulunu ödəmədən
çıxıb gedirdilər; çörək alır və onun pulunu vermirdilər. Sonra onlar türk-
lərdən müdafiə olunmaq üçün müsəlmanları səngər qazmağa məcbur
edirdilər. Hətta o həddə çatmışdı ki, ermənilər şaxsey
91
zamanı müsəl-
manlara öz dini ehtiyaclarını həyata keçirməyə maneçilik törətməyə baş-
lamışdılar. Bununla belə müsəlmanlar məscidlərdə toplaşdıqda və orada
öz dini mərasimlərini keçirdikdə, erməni əsgərləri məscidlərə soxuldular
və onları qarət etdikdən sonra, yandırmağa cəhd göstərdilər. Lakin gür-
cülər buna mane olaraq məscidi müdafiə etməyi bacardılar; iş hətta atış-
ma həddinə çatdı. Mən yalnız erməni əsgərlərinin müsəlman qadınını
öldürdükləri bir hadisəni xatırlayıram.
Mart hadisələri zamanı ermənilər Bakıda qardaşımın iki yaşlı oğlunu
divara mıxlamışdılar və bu yolla ona ölənədək əzab vermişdilər (şahid ifa-
də verərkən ağladı). Türklərin Bakıya ilk hücumundan əvvəl Quba qəza-
sında ermənilər mənim altmış beş yaşlı əmimi tikə-tikə doğramışlar.
Oxundu. Savadsızdır. Onun əvəzinə imzaladı (imza).
Komissiyanın sədri: Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: М.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 157.
Sənəd № 375
Dindirmə protokolu
1918-ci il, 4 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xanımana Ağarza qızı, 33 yaşım var, Bakı şəhəri, 4-cü Paralellnaya
küçəsində, Bəhram Atam Oğlanın evində yaşayıram, savadsızam.
167
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Bu il mart ayının 19-da səhər 10-11 radələrində otuza yaxın silahlı er-
məni əsgəri yuxarıda göstərilən evə soxuldular, yeddi nəfər müsəlman ki-
şisini, və o cümlədən mənim 70 yaşlı atam Ağa Rzanın tüfəngin qundağı
ilə başını parçalayaraq, öldürdülər, altı nəfər qadını, iki azyaşlı uşağı qətlə
yetirdilər. Ermənilər uşaqları süngü ilə öldürdülər. Mənim iki min rublu-
mu zorla aldılar, atamın isə cibindən dörd min səkkiz yüz rubl (4800 rubl)
pulunu çıxardılar. Məni əsir apardılar və mənim mənzilimi qarət etdilər.
Qarət edilmiş əşyaların siyahısı təqdim edirəm və işə əlavə olunmasını
xahiş edirəm, əşyaları yeni qiymətlə beş min manat dəyərində qiymət-
ləndirirəm. Yolboyu məni və digər qadınları qundaqlarla vururdular və
yerə yıxılan qadınları hörüklərindən tutaraq qaldırırdılar.
Erməni əsgərləri bütün qonşu evlərə də girir, müsəlmanları, cinsindən və
yaşından asılı olmayaraq, öldürür, onların əmlakını qarət və məhv edirdilər.
“Poxlu Dərə” rayonunda demək olar ki, müsəlmanların hamısını qırmışdılar
və elə bir ev yox idi ki, ermənilər kimisə öldürməsinlər, əksinə, elə evlər var ki,
ermənilər evdəkilərin hamısını qətlə yetirmişlər. Erməni əsgərləri müsəlman-
ların çox olduğu evlərə od vururdular. “Poxlu Dərə” rayonu demək olar ki, bü-
tünlükdə ermənilər tərəfindən məhv edilmişdir və bu rayondan çox az sayda
müsəlman sağ qalmışdır. Evlərdə və küçələrdə müsəlman kişilərin, qadın və
uşaqların, və hətta südəmər körpələrin eybəcər hala salınmış meyitləri uzanıb
qalmışdı. Bütün dəhşətlər haqqında danışmaq çox çətindir. Ağırdır.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 13.
Sənəd № 376
Dindirmə protokolu
1918-ci il, 2 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ümsalma Məşədi Novruz qızı, 35 yaşım var, Budaqovskaya küçəsi,
ev № 197 ünvanda yaşayıram, savadsızam, Bakı sakiniyəm.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
168
Bu ilin mart ayının ortalarında biz səhər tezdən silahlı ermə-
ni əsgərlərini gördük. Ərimlə və oğlumla birlikdə mənzilimizi tərk
edib şəhərin “Poxlu Dərə” adlanan hissəsinə qaçdıq. Ermənilər “Pox-
lu Dərəyə” soxuldular və müsəlman kişi, qadın və uşaqları öldürməyə
başladılar. Ermənilər bizə atəş açır, xəncərlə doğrayır, süngülərlə deşir-
dilər. Müsəlmanlar vahimə içində evlərindən qaçır, ermənilər isə onla-
rı küçələrdə haqlayır və yerindəcə öldürürdülər. Ermənilər müsəlman-
ların qoyub çıxdıqları evlərdə qalan uşaqların hamısını öldürürdülər.
Mən erməni əsgərinin süngüdə havaya qaldırdığı üçgünlük körpəni
görmüşəm. Ermənilər mənim 40 yaşlı ərim Hüseyn Qulu Atam oğlunu
və 22 yaşlı oğlumu küçədə öldürdülər. Mən gizlənməyə macal tapdım.
Ermənilər mənim mənzilimi başdan ayağa qarət etdilər, apara bilmə-
diklərini isə qırıb-tökdülər. Mən indi tamamilə yoxsul, dilənçi vəziyyə-
tində qalmışam.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 78.
Sənəd № 377
Dindirmə protokolu
1918-ci il, 13 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fatma Kərbəlayı Tağı qızı, 50 yaşım var, “Poxlu Dərə” rayonu, Fab-
riçnaya küçəsi, 32 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayında silahlı ermənilər məni əsir apardılar və həmin
vaxt ərzində demək olar ki, bütün mənzilimi qarət etdilər; mənzilimdən
ərizədə siyahısını göstərdiyim 8.000 rubl dəyərində əşyalarımı oğurla-
mışlar. Əsirlikdə bizi bir gün susuz və çörəksiz saxladılar; amma bu, yal-
nız iki gün oldu. Mənim kürəkənim – Cəfər Məşədi Rəhim oğlu ermənilər
tərəfindən öldürülmüşdür.
İfadə oxundu. Savadsızdır.
169
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 197.
Sənəd № 378
Dindirmə protokolu
1918-ci il, 19 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Anaxanım Nur Məmməd qızı, 50 yaşım var, Bakı sakini, Bakıda ya-
şayıram, savadsızam.
Bu il mart ayının ortalarında, silahlı erməni əsgərləri səhər tez-
dən şəhərin müsəlmanların yaşadığı “Poxlu Dərə” adlanan hissəsini
mühasirəyə aldılar. Mənim digər müsəlmanlarla birlikdə olduğum
evin həyətinə erməni əsgərləri soxuldular və bütün müsəlman kişilə-
ri, 15-16 nəfəri, o cümlədən mənim 60 yaşlı ərimi, 18 yaşlı oğlumu öl-
dürdülər və iki qadını da qətlə yetirdilər. Qalan qadınları qundaqlarla
döyməyə və pullarını və zinət əşyalarını əllərindən almağa başladılar.
Bütün qadınları hörükləri ilə bir-birinə bağlayaraq, başıaçıq və ayaq-
yalın əsir apardılar. Yolboyu müsəlmanların cəsədləri uzanıb qalmış-
dı, bizi isə dayanmadan qundaqlarla vurur və dinimizi təhqir edirdilər.
Ermənilər mənim 15.000 rubl pulumu aldılar və mənzilimi təxminən
20.000 rubl məbləğində qarət etdilər. Mən indi tamamilə yoxsul və
qundaq zərbələrindən sonra xəstə vəziyyətdə qalmışam. “Poxlu Dərə”-
də müsəlman kişilərdən demək olar ki, heç kim sağ qalmamışdır. Mən
bütün dəhşətlər haqqında danışa bilmirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 165.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
170
Sənəd № 379
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nisə Xanım Şahgəldi qızı, 50 yaşım var, Bakıda, Kirpiçnaya küçəsin-
də, Şahgəldinin evində yaşayıram, savadsızam.
Bu ilin mart ayının 19-da, yüz nəfərə yaxın erməni əsgəri yuxarıda
göstərilən evə soxularaq, mənim 50 yaşlı ərim Məşədi Nabat Əli Hey-
dər oğlunu, mənim oğlum Xəlili və dörd nəfər fəhləni – Həsəni, Sadıqı,
Məşədi Hüseyni və Əzizi öldürdülər. Ermənilər məni, 11 yaşlı qızımı və 8
yaşlı oğlumu əsir apardılar, mənzilimi isə 9.240 rubl dəyərində qarət et-
dilər. Erməni əsgərləri ərimin cibindən 6000 rubl pulunu çıxartmışdılar.
Ərimin çörəkxanası var idi və bundan əlavə xalça alveri ilə də məşğul
olurdu. Qarət edilmiş əşyaların siyahısını təqdim edirəm və işə əlavə
olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 153.
Sənəd № 383
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xırda Atamoğlan qızı, 40 yaşım var, Bakı şəhəri, Kirpiçnaya küçəsi,
ev № 2 ünvanda yaşayıram.
Mart ayında ermənilər mənim kürəkənim Əliverdini və 10 yaşlı nəvəm
Gülmirzəni qətlə yetirmişlər. Sonra canilər təqdim etdiyim siyahıda
171
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
göstərilən və dəyəri 3.450 rubl olan əşyalarımızı qarət etmişlər.
Savadsızdır.
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza)
Komissiya üzvü: А.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 94.
Dostları ilə paylaş: |