Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

Sənəd № 427

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Tutu Xanım Məşədi Hüseyn qızı, 20 yaşım var, Bakı sakini, Çadro-

vaya küçəsi, 220 №-li evdə yaşayıram, savadsızam.

Bu il mart ayının ortalarında on nəfər silahlı erməni əsgəri Tatar-

skaya küçəsi, 55 №-li evə girdilər və mənim 27 yaşlı ərim Ağa Kərim 

Xanbaba oğlunu, onun 70 yaşlı atası Xanbaba Almaz oğlunu, 18 yaşlı 

Baba Rəşid oğlunu və Rəşid Eyvaz oğlunu apardılar. Onların hamısı-

nı küçədə öldürdülər, Xan Babanın cəsədini isə lap evin qarşısından 

tapdım. Onların hamısını evdən səhər saat 8-də çıxarmışdılar, axşam 

saat 10-da isə erməni əsgərləri yenidən gəldilər və məni əsir götürüb 

apardılar, Mailov teatrında üç gün saxladılar. Ermənilər mənim iki 

min rubl pulumu, üç min rubl dəyərində zinət əşyalarımı, qızıl və gü-

müşümü əlimdən aldılar, kostyumları, tikiş maşınını və bütün ev ava-

danlığını apardılar.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 130.

Sənəd № 428

Dindirmə protokolu

1918-ci il, 23 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Xanım Hüseyn qızı, 50 yaşım var, Bakı şəhəri, Çadrovaya küçəsi, 157 

№-li evdə yaşayıram, savadsızam.


185

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

Bu il Bakıda mart qırğınları zamanı ermənilər mənim qardaşım Əbdül 

Hüseyn oğlunu öldürülmüş və bizim 15.000 rubl məbləğində əmlakımızı 

qarət etmişlər. Onların siyahısını işə əlavə etməyi xahiş edirəm.

Oxundu. Xanım Hüseyn qızı. Savadsızdır.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 63.



Sənəd № 429

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zəhra Ələkbər qızı, 45 yaşım var, Bakı şəhəri, Çadrovaya küçəsi, 83 

№-li evdə yaşayıram.

 Bakıda mart qırğınları zamanı ermənilər mənim ərimi və oğlanlarımı 

öldürdülər, mən isə azyaşlı qızlarımla dul qaldım. Ermənilər mənim mən-

zilimi cəmi 30.750 rubl məbləğində qarət etmişlər. Mən əmlakımın siya-

hısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənə 30.750 

rubl məbləğində zərərin ödənilməsini xahiş edirəm.

Oxundu. Zəhra Ələkbər qızı. Savadsızdır.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 63.

Sənəd № 433

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

186


Sona Xanbaba qızı, Bakı sakini, Tatarskaya küçəsi, 55 №-li evdə ya-

şayıram, 35 yaşım var, savadsızam. 

 Bu il, mart ayının deyəsən 20-də yuxarıda göstərilən evin həyətinə si-

lahlı erməni əsgərləri gəldilər və 80 yaşlı atam Xan Babanı, 25 yaşlı qar-

daşım Əli Kərimi, 55 yaşlı ərim Kərbəlayı Rəşidi və 17 yaşlı oğlum Baba-

nı apardılar. Bu, səhər saat 7-də olmuşdu. Erməni əsgərləri mənə dedilər 

ki, onları əsir götürürlər. Mən ermənilərə yalvardım ki, onları evdə qoy-

sunlar, ancaq onlar məni döydülər. Yuxarıda adları çəkilən doğmalarımı 

ermənilər küçəyə çıxardılar və 55 №-li evin yanında atamı öldürdülər. 

Ərimi ermənilər Bağırov bağçasının yanında öldürdülər. Qardaşımın və 

oğlumun cəsədlərini tapa bilmədim. Həmin günün axşamı yenidən mə-

nim evimə otuza yaxın erməni gəldi və evi qarət etməyə başladılar. Er-

mənilər təqdim etdiyim siyahıdakı köhnə qiymətlə 3200 rubl dəyərində 

bütün qiymətli əşyalarımızı apardılar; bu ərizənin işə əlavə olunmasını 

xahiş edirəm; məni isə azyaşlı: altı aylıq, üç və doqquz yaşında körpələrlə 

əsir apardılar və iki gün saxladılar.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 107.

Sənəd № 435

Dindirmə protokolu

1918-ci il, 26 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zeynəb Xanım Əkbər qızı, 20 yaşım var, Bakı sakini, Tatarskaya 

küçəsi, 90 №-li evdə yaşayıram.

Bu ilin mart ayının 21-də otuz nəfər silahlı erməni əsgəri yuxarıda 

göstərilən evə gəldilər, mənim mənzilimi 24.425 rubl dəyərində qarət etdilər 

və 1 yaş yarımlıq qızım Teyraxanımı ayaqlayıb əzdilər. Dağıdılıb-sındırılmış 

əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. 

Eşitdiyimə görə erməni əsgərləri mənim qonşularımın evlərində də uşaq-



187

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

ları ayaqlayaraq əziblər. Mən ayaqlanan qızımın çığırtısını indi də eşidirəm.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 76.



Sənəd № 436

Dindirmə protokolu

1918-ci il, 26 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Sona Xanım Nəcəf Qulu qızı, 40 yaşım var, Bakı sakini, Tatarskaya 

küçəsi, 91 №-li evdə yaşayıram, savadsızam. 

Bu ilin mart ayının 21-də otuz nəfər silahlı erməni əsgəri yuxarıda 

göstərilən evə gəldilər, mənim mənzilimdən siyahısını təqdim etdiyim 

və işə əlavə olunmasını xahiş etdiyim 15.800 rubl dəyərində əşyalarımızı 

qarət etdilər və 1 yaş yarımlıq nəvəm Teyraxanımı ayaqlayıb əzdilər, məni 

və qızımı əsir götürdülər. Mənim nəvəm erməni əsgərlərinin ayaqları al-

tında əzablar içində öldü. Mənim çəkdiyim dərd və dəhşəti ermənilərin 

qəhqəhələri daha da dərinləşdirirdi. 

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 76.

Sənəd № 438

Dindirmə protokolu

1918-ci il, 7 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

188


Xırda Xanım Zərbalı qızı, 60 yaşım var, Bakı şəhəri, Tatarskaya küçəsin-

də 65 №-li evdə yaşayıram.

Bu ilin martında ermənilər tərəfindən törədilmiş müsəlman qırğınları 

başlanandan iki gün sonra erməni əsgərləri bizim evimizə gəldilər, ərim 

Muxtar Hüseyn oğlunu Quran oxuduğu zaman öldürdülər; iki güllə hət-

ta Quran kitabına dəymişdi. Barışıq elan edildikdən sonra oğlum Hüseyn 

bizə gəlmişdi. Ermənilər onu özləri ilə apardılar və barışığa baxmayaraq, 

oğlumu da öldürdülər. Mənim bütün əmlakım ermənilər tərəfindən qarət 

edilmişdir və mənə 15.250 rubl dəyərində ziyan vurulmuşdur. 

Oxundu. Savadsızdır. Onun əvəzinə N. İsmayılov imzaladı. 

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 126.



Sənəd № 443

Dindirmə protokolu

1919-cu il, 6 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zibeydə Məmməd Vəli, 40 yaşım var, Bakı şəhəri, Qoqolevskaya 

küçəsində 121 №-li evdə yaşayıram.

Keçən il mart hadisələri zamanı ermənilər bizim 2-ci Parallelnaya, ev 

2, ünvanda yerləşən mənzilimizə soxularaq mənim ərim Heydər Nağı 

oğlunu və qızımı öldürdülər, mənzili isə qarət etdilər. Oğurlanmış əm-

lak təqdim olunan siyahıda göstərilmişdir. Mənə 18.100 rubl məbləğində 

zərər vurulmuşdur. 

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 66.


189

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 446

Dindirmə protokolu

1918-ci il, 3 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Dostxanım Ağa Kərim qızı, Bakı sakini, 28 yaşım var, Bakıda, Su-

raxanskaya küçəsində, Babayevin evində yaşayıram, savadsızam.

Mart ayının ortalarında, çərşənbə axşamı səhər tezdən otuz nəfərə 

yaxın erməni bizim həyətimizə doldu və ərim Məmməd İbrahimi və oğ-

lum Əli Babanı mənzildən çıxararaq öldürdülər. Mən 3 yaşlı qızım və 4 

yaşlı oğlumla qaçdım. O vaxt mən Hacı Saleh Babayevin Suraxanskaya 

küçəsindəki evində kirayədə qalırdım. Mənim mənzilimi tamamilə ta-

lan etdilər. Qarət olunmuş əşyaların siyahısını təqdim edirəm və işə əlavə 

olunmasını xahiş edirəm. Onlar Babayevi də öldürdülər.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 84.

Sənəd № 451

Dindirmə protokolu

1918-ci il, 19 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Sona Xanım Nur Məmməd qızı, 41 yaşım var, Bakı sakini, Bakı şəhə-

rində, Mariinskaya küçəsi, 4 №-li evdə yaşayıram, savadsızam. 

Günü və tarixi yadımda deyil, bu ilin mart ayının ortalarında erməni əsgər-

ləri bizim evimizə soxuldular, mənim qohumum Məşədi Bala Baba Avtun Əli 

oğlunu öldürdülər, məni və mənim uşaqlarımı isə əsir apardılar, qadınları baş-

larını örtməyə və çəkmə geyməyə qoymadılar. Erməni əsgərləri, məni ölümlə 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

190


hədələyərək, 900 rublumu, iyirmi qızıl pulumu, beş qızıl üzüyümü, iki cüt qızıl 

sırğalarımı əlimdən aldılar. Bütün mənzilimi qarət etdilər və köhnə qiymətlə 

altı mindən yuxarı qiyməti olan əşyalarımı götürüb getdilər.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 166.



Sənəd № 448

Dindirmə protokolu

1919-cu il, 27 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ziba Məlik Məmməd qızı, 45 yaşım var, Bakıda, Suraxanskaya küçə-

sində 161 №-li evdə yaşayıram.

Deyəsən, 1918-ci il 21 martında 50 nəfərə yaxın erməni əsgərləri yuxa-

rıda göstərilən evə soxuldular və mənim mənzilimi 28.850 rubl məbləğin-

də tamamilə qarət etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm 

və işə əlavə olunmasını xahiş edirəm. Mən gizlənməyə macal tapdım və 

məni rus qadınları gizlətdilər. 

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 166.

Sənəd № 450

Dindirmə protokolu

1918-ci il, 28 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


191

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

Xədicə Hacı Soltan qızı, 17 yaşım var, savadsızam, Bakıda, Suraxans-

kaya küçəsi ev 195\52 ünvanda yaşayıram.

Bu il Bakıda mart qırğınları zamanı ermənilər mənim artıq qarət et-

dikləri ərimi, 35 yaşlı Əli Heydər Hacı Səlim oğlunu məscidin yanında və 

ərimin atasını, 65 yaşlı Hacı Səlim Nəcəfovu öldürmüşlər. Bundan əlavə 

ermənilər bizim evimizi 117.500 rubl məbləğində qarət etmişlər. Əmlakın 

siyahısının işə əlavə olunmasını xahiş edirəm.

Oxundu. Xədicə Hacı Soltan qızı. Savadsızdır. 

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 86.



Sənəd № 452

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Bibi Xanım Cavad bəy qızı, Bakı sakini, Mariinskaya küçəsi, 32 №-il 

evdə yaşayıram, 40 yaşım var, savadsızam.

 Bu il mart ayının 19-da səhər saat 8-də yuxarıda göstərilən evə erməni 

əsgərləri soxuldular və bizim hamımızı - müsəlmanları, əsir apardılar, ev-

lərimizi isə qarət etdilər. Mənim mənzilimdən köhnə qiymətlərlə 10.200 

rubl məbləğində əmlakım oğurlanmışdır. Onların siyahısını təqdim 

edirəm və işə əlavə olunmasını xahiş edirəm. Qarətçilər elə həmin er-

mənilər idi. Onlar bizim hamımızı - 11 müsəlmanı öldürmək istəyirdilər, 

amma əsgərlərin arasında bir gücü var idi və o, bizi öldürməyə qoymadı. 

Ermənilər bizim çadralarımızı dartıb açdılar və başı açıq Mailov teatrına 

apararaq, orada 3 gün saxladılar. 

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 102.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

192


Sənəd № 453

Dindirmə protokolu

1918-ci il, 31 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Dür Sədəf Molla Kərim qızı, 100 yaşım var, Bakı sakini, Mariinskaya 

küçəsi, 22 №-il evdə yaşayıram, savadsızam.

Günü və tarixi yadımda deyil, bu ilin mart ayının ortalarında evimizə 

erməni əsgərləri soxuldular, mənim nəvəmi öldürdülər, onun uşaqları-

nı, yəni 3 yaşından 9 yaşınadək üç qızı və 10 yaşlı oğlanı əsir götürdülər. 

Ermənilər mənzili tamamilə qarət etdilər və mənzildən köhnə qiymətlə 

14.870 rubl dəyərində əşyalarımızı apardılar. Əşyaların siyahısını təqdim 

edirəm və işə əlavə olunmasını xahiş edirəm.

Mən indi bir tikə çörəksiz qalmışam və nəvəmin uşaqları mənim hi-

mayəmdədirlər.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 63.



Sənəd № 454

Dindirmə protokolu

1918-ci il, 12 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Fatma Kərbəlayı Əli qızı, 50 yaşım var, Bakıda, Mariinskaya küçəsi, 

22 №-il evdə yaşayıram.

 Mart qırğınları zamanı, mənim rəhmətlik ərim Hacı Fərəc Əliyev və 

onun ikinci arvadı Umu Mirzəbəy qızı ilə birgə yaşadığımız evimizə (Umu 

qonşu mənzildə olurdu) silahlı ermənilər gəldilər, bizim bütün əmlakımı-



193

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

zı qarət etdilər və bizi 6-cı Polis bölməsinin idarəsinə əsir apardılar. Bizi 

Umu ilə bərabər evə buraxanda, biz gördük ki, Hacı Fərəc və onun Umu-

dan olan oğlu Mütəllib öldürülmüşlər. Mənim 100.000 rubl məbləğində 

əmlakım qarət edilmişdir, Umunun da bu məbləğdə əmlakını, onlardan 

əlavə 40.000 rubl nağd pulunu aparmışlar. Ermənilər göstərilən əmlakdan 

əlavə Hacı Fərəcin 5000 qızıl pulunu da götürmüşlər.

Oxundu. Savadsızdır. Onun əvəzinə imzaladı (imza). 

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 147.

Sənəd № 458

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Sara Hacı Ağası qızı, 27 yaşım var, Bakıda, Mariinskaya küçəsi, 99 

№-il evdə yaşayıram.

Bu il martın 22-də erməni əsgərləri yuxarıda göstərilən evə basqın 

etdilər, minim atam Hacı Ağası Fətulla oğlunu, 55 yaşlı, və bacım oğlu 

Ağa Hüseyn Bəndəli oğlunu, 19 yaşlı, qətlə yetirdilər, mənim mənzili-

mi isə 125.120 rubl məbləğində qarət etdilər. Məni əsir apardılar, və üs-

tümdəki 12.000 rublu götürdülər, eləcə də mənim başımdan 200 rubla 

aldığım “tirmə şalımı” açıb apardılar. Qarət olunmuş əmlakın siyahı-

sını təqdim edirəm.

Oxundu. İmza. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 38.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

194


Sənəd № 460

Dindirmə protokolu

1919-cu il, 22 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Cəvahir Məşədi Baba qızı, 18 yaşım var, Bakıda, Mariinskaya küçəsi, 

4 №-li dalan, 1 №-il evdə yaşayıram.

Keçən ilin martında erməni əsgərləri bizim evə soxuldular, mənim 

ərim Daşdəmir Mürvət oğlunu, 39 yaşlı, və qayınatam Mirzə Ağa Atam 

oğlunu, 56 yaşlı, qətlə yetirdilər və bizim siyahıda göstərilən əmlakımızı 

qarət etdilər. Mənə cəmi 54.900 rubl məbləğində zərər vurulmuşdur.

Oxundu. İmza. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 40.

 

Sənəd № 463

Dindirmə protokolu

1919-cu il, 23 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Fatma Xanım Zeynal Abdin qızı, 18 yaşım var, Bakı şəhərində, 

Verxnyaya-Priyutskaya küçəsi, 181 №-il evdə yaşayıram.

1918-ci ilin martında, yadımda deyil 18-də, yaxud 19-da, bir neçə si-

lahlı ermənilər bizim yuxarıda göstərilən ünvanda yerləşən mənzilimizə 

soxuldular, məni, anam Balaca Xanım Mustafa qızını və dul bacım Sona 

Xanımı azyaşlı qızı ilə bərabər əsir götürdülər, qardaşım Ağacanı və atam 

Zeynal Abdini isə küçəyə çıxardılar və bizim gözümüzün qarşısında öl-

dürdülər, sonra isə süngülərlə deşdilər. Mən əsirlikdən qayıtdıqdan son-

ra mənzilimizin tamamilə ermənilər tərəfindən qarət edildiyini gördüm; 



195

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

cəmi 4000 rubl məbləğində əmlak və 8000 rubl nağd pul aparılmışdır. 

Oğurlanın əmlakın dəyəri köhnə qiymətlərlə göstərilir, yeni qiymətlərlə 

isə onların dəyəri 40.000 rubl edir. 

Öldürülən atam və qardaşım milisdə xidmət edirdilər və ailənin do-

lanışığını onlar təmin edirdilər. Hazırda isə qətlə yetirilənlərin bütün 

ailəsinin, o cümlədən, bu ərizəni verənin, maddi yardıma ehtiyacı vardır. 

Ərizəmin işə əlavə edilməsini xahiş edirəm. 

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: A.Hacı-İrzayev, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 89-90.



Sənəd № 464

Dindirmə protokolu

1918-ci il, 2 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zeynəb Xanım Umudəli qızı, 20 yaşım var, Bakı sakini, Bakıda, 

Verxnyaya Priyutskaya küçəsi, 107 №-il evdə yaşayıram.

Bu ilin mart ayının 20-də erməni zabiti başda olmaqla, 20 erməni əs-

gəri yuxarıda göstərilən evə soxuldular, mənim ərim Abbasqulu Məmməd 

İbrahim oğlunu qətlə yetirdilər, bu ilin mart ayının 18-də dünyaya gətir-

diyim yeni doğulmuş körpəmi qucağımdan qapdılar və öldürdülər. Ermə-

nilər mənim mənzilimi tamamilə qarət etdilər, oğurlanmış əşyaların si-

yahısını təqdim edirəm.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 80.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

196


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin