Sənəd № 84
Dindirmə protokolu
1918-ci il, 27 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
148
Əhəd Bağır oğlu, 31 yaşım var. Bakılıyam, Bakıda, Çadrovaya küçəsi,
ev 170 ünvanda yaşayıram.
Martın 18-də axşam saat 6-da şəhərdə atışma başlandı. Martın 19-20-
də səhər tezdən bolşeviklərin və ermənilərin hücumu başlandı. Mən öz
mənzilimdə idim və çərşənbə axşamı 10-a yaxın silahlı erməni bizim
evin həyətinə soxuldular, biz müsəlmanların üstünü axtardılar, pulları-
mızı götürdülər və bizi Çadrovaya küçəsi ilə Bakıxanovun evinə apardılar
və evin zirzəmisinə saldılar. Biz, on altı (16) nəfər müsəlman, zirzəmiyə
daxil olduqda, ermənilər qapı və pəncərələrdən bizə atəş açmağa başla-
dılar. Biz, yaralananlar və ölənlər, yerə yıxıldıq. Bir neçə tüfəng atəşindən
sonra ermənilər çıxıb getdilər və Manafovun evini yandırmağa başladılar.
Ermənilər Bakıxanovun evini bir rus qadınının sayəsində yandırmadılar:
o, evi yandırmamağı xahiş edərək, bu evdə aptekin yerləşdiyi göstərdi. Zir-
zəmidə cəsədlərin altında əzilmiş Əli Hüseyn Ağa Dadaş oğlu qışqırmağa
başladı ki, biz onu çıxaraq. Onun qışqırtısına ermənilər yenidən qayıtdılar
və yenidən bizə atəş açmağa başladılar. Zirzəmidə olan 16 nəfərdən yalnız
dörd nəfər sağ qalmışdı. Mən sağ qalmış üç müsəlmanla birlikdə axşam
saat səkkizədək sakitcə zirzəmidə oturduq, axşam saat səkkizdə mən rus
dilində danışan qadın səsləri eşitdim. Mən qadınları səslədim, onların bi-
zim qonşularımız olduğunu gördüm, onlar bizi mənzillərinə apardılar və
orada gizlətdilər.
Oxundu. İmza.
Komissiya üzvləri: A. Kluge, Məmməd Xan Təkinski (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 39.
Sənəd № 109
Dindirmə protokolu
1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Pələng Hüseynov, 38 yaşım var, Bakıda, Vorontsovskaya küçəsində,
Lazarevin evində yaşayıram.
149
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Çərşənbə axşamı, martın 20-də mən Şıx Balayevin Verxnyaya-Priyuts-
kaya küçəsindəki evinin yanında dayanmışdım. Bu vaxt Tatarskaya küçə-
si tərəfdən erməni əsgərləri dəstəsi göründü və bizə tərəf atəş atmağa
başladı. İki güllə mənim sol əlimə dəydi. Şıxın dediyinə görə, bu dəstənin
başında o, Stepya Lalayevi və Seryoja Melikovu görmüşdür.
Mən özüm Armyanskaya küçəsində 1 №-li evdə yaşayırdım. Ermənilər
ora basqın etdilər və mənim bütün ev və qiymətli əşyalarımı apardılar.
Ümumiyyətlə 150.000 rubl məbləğində əmlakımı oğurlayıblar. Əlim qətiy-
yən işləmir.
Oxundu. Savadsızdır. Onun yerinə imzaladı (imza).
Komissiya üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 135.
Sənəd № 112
Dindirmə protokolu
1918-ci il, 12 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı
çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o Cinayət Prosessual Məcəlləsi-
nin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmiş-
dir:
Ağa Əli oğlu, 47 yaşım var, Bakı şəhərində, Tatarskaya küçəsi, ev №
75, (6-cı polis sahəsi) ünvanda yaşayıram.
Mart qırğınlarının ikinci günü, mən ailəmlə birlikdə qonşu evə, rusla-
rın yanına getdiyimiz gün, evimizə çoxlu erməni soxuldu və bizi əsir gö-
türərək, yeni erməni kilsəsinin qarşısındakı erməni məktəbinə apardılar.
Əgər axtarış milisinin rəis köməkçisi Xijnyakov bizimlə getməsəydi, bizi
yolda öldürəcəkdilər; Xijyanov erməniləri bizə toxunmağa qoymurdu. Biz
evdə olmadığımız zaman 12.607 rubl məbləğində bütüm əmlakımızı qarət
etdilər. Ermənilər qonşu həyətdə müsəlmanları mənzillərindən çıxarır və
elə həyətdəcə hamının gözü qabağında güllələyirdilər; onlar həmçinin öz
ərlərini müdafiə etmək məqsədilə onları qucaqlayan və beləliklə onlarla
birlikdə ölən bir neçə qadını də qətlə yetirdilər.
Oxundu. Savadsızdır. Onun əvəzinə imzaladı (imza).
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
150
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 148.
Sənəd № 146
Dindirmə protokolu
1918-ci il, 31 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı çə-
kilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o Cinayət Prosessual Məcəlləsinin
307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Hacı Ağa Manafov, 25 yaşım var, Bakı şəhəri, Serkonaya küçəsi, ev
№ 171, (6-cı polis sahəsi) ünvanda yaşayıram.
Bu il mart ayının 19- da, səhər saat 9-a yaxın bizim evə 9 nəfər silahlı
erməni soxuldu və bizim bütün əmlakımızı qarət etməyə başladılar. Son-
ra məni, qardaşlarımı və əmim oğlanlarını, ümumilikdə beş nəfəri Mailov
teatrına apardılar. Küçədə məni bir erməni süngü ilə kürəyimdən yaraladı,
digər üç erməni isə qardaşım Hənifəni tüfəngdən açılan beş güllə ilə öldür-
dü. Sonradan, artıq məni Mailov teatrına apardıqdan sonra, qarət zamanı
ermənilərdən biri bacım Ağa Bacının sinəsinə üç süngü yarası yetirmişdir.
Bizim köhnə qiymətlə altmış min rubl dəyərində əşyalarımızı qarət ediblər.
Oxundu. İmza. Hacı Ağa Manafov.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 59.
Sənəd № 151
Dindirmə protokolu
1919-cu il, 22 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Firidun Hacı Süleyman oğlu İmanov, 38 yaşım var, Bakıda, Serkov-
naya küçəsi, 185 №-li evdə yaşayıram.
151
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Ötən il mart hadisələri zamanı ermənilər mənim evimə soxularaq, bü-
tün əmlakımı qarət etmişlər. Qarət olunmuş əşyaların siyahısını təqdim
edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənə ümumilikdə 42.400
rubl dəyərində ziyan vurulmuşdur.
Mənim evimlə yanaşı dayım Hacı Hənifə İmanovun mənzili yerləşirdi.
Ermənilər onu – 60 yaşlı qocanı, onun 60 yaşlı arvadı Böyük Xanımı, 50
yaşlı o biri arvadı Hürsümü, 29 yaşlı oğlu Mirzə Ağanı və onun satıcısının
oğlunu qətlə yetirmişlər.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 83.
Sənəd № 166
Dindirmə protokolu
1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İsmayıl Yusif oğlu Məmmədov, Bakılı, 26 yaşlı, Staraya-Poçtovaya
küçəsi, 87 №-li evdə yaşayıram.
Bu il mart ayının 18-də şəhərdə atışma başlandı. 19 martda səhər
tezdən ermənilər bizim məhəlləni mühasirəyə aldılar. Atamla birlik-
də Staraya-Poçtovaya küçəsi ilə qaçmağa çalışdıq, lakin ermənilər ata-
mı öldürdülər, məni isə başımdan yaraladılar. Mən qaçıb gizlənə bildim.
Xanlarovun evində mənim içində 11.000 rubl dəyərində mal olan ticarət
müəssisəm var idi. Ermənilər mənim malımın hamısını çıxarıb apardı-
lar və Xanlarovun evini yandırdılar. Verdiyim ərizədə ermənilər tərəfin-
dən qarət olunmuş əşyalarımın siyahısı göstərilmişdir və bu ərizəmin işə
əlavə olunmasını xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: M. Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 103.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
152
Sənəd № 174
Dindirmə protokolu
1919-cu il, 4 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağa Kərim Məşədi Dərya oğlu Mehdiyev, 34 yaşlı, Bakı şəhər sakini,
Nijnyaya-Priyutskaya küçəsində, 116 №-li şəxsi evimdə yaşayıram.
1918-ci ilin mart ayının 20-də Bakı şəhərində təxminən günorta saat
2-də ermənilərin silahlı quldur dəstəsi mənim kürəkənim Əliyulla Cövzəli
oğlunun Nijnyaya-Priyutskaya küçəsindəki 118 №-li evinə soxularaq, onun
özünü, qardaşları Əliyoldaşı və Qurbanəlini, qaynı Məmməd Həşimi və təsa-
düfi qonaqları olan Bakı quberniyasının Kürdəxanı kənd sakini Fərəcullanı
qətlə yetirmişlər. Bu cür vəhşiliklər törədərək və Sarı Məşədi Dərya qızını
əsir götürərək, onlar ümumilikdə 52.250 rubl məbləğində ziyan vurmaqla,
mənzili tamamilə qarət etmişlər. Sarı Məşədi Dərya qızının ərizəsinin qarət
edilmiş əşyaların siyahısı ilə birlikdə işə əlavə olunmasını xahiş edirəm.
Savadlı adama oxundu. İmza.
Komissiya üzvləri: M. Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 59.
Sənəd № 198
Dindirmə protokolu
1918-ci il, 26 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həsən Mikayılov, 40 yaşım var, Bakıda, Bondarnaya və Mariinskaya
küçələrinin kəsişməsində, 46\67 №-li evdə yaşayıram.
Bu il mart ayının 20-də, çərşənbə axşamı, səhər saat 10-a yaxın bi-
zim evə, mənim və qardaşlarım: 50 yaşlı Məlik Məmməd və 38 yaşlı
153
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Tağının yaşadığımız evimizə əsgər formasında 10-15 silahlı erməni
gəldi, onlar hələ həyətdə atəş açmağa başlamışdılar. Bu vaxt bizim qa-
dınlarımız və uşaqlarımız artıq zirzəmidə gizlənmişdilər. Ermənilər
mənzilə daxil olaraq, qardaşım oğlunu, 16 yaşlı Məmməd Rzanı tutdu-
lar, silahlarını ona tuşlayaraq, ondan atasının, qardaşım Məlik Məm-
mədin harada olduğunu göstərməyi tələb etdilər. Bu zaman qardaşım
pərdənin arxasında duraraq gizlənmişdi. Ermənilərin oğlunu öldür-
mək istədiklərini görəndə Məlik Məmməd gizləndiyi yerdən çıxdı,
bundan sonra onu dərhal balkona çıxardılar və oradaca berdanka ilə
güllələdilər. Mən bu vaxt evimizin damından qonşu evin damına keç-
dim. Ertəsi gün elə oradaca başqa bir erməni dəstəsi məni qonşumuz
Hacı Əli İsmayıl ilə birlikdə tutdu və Mailov teatrına apardı. Təsadüfən
gördüyüm Seryoja adlı axtarış polisinin xəfiyyəsindən məni müşayiət
etməsini xahiş etməsəydim, şübhəsiz ki, məni teatra gedən yolda öl-
dürəcəkdilər. Böyük qardaşımı öldürəndən sonra elə həmin erməni
dəstəsi evimizin aşağı mərtəbəsində olan digər qardaşımı – Tağını tut-
muşdu. Tağını da arvadı və qızı ilə birlikdə Mailov teatrına aparmış-
dılar, lakin yolda qətlə yetirmişdilər. Əlavə olaraq onun üzərində olan
bütün pullarını və qiymətli əşyalarını zorla almışdılar.
Öz kirayənişinlərimdən, yəhudilərdən, öyrəndim ki, mən evdən qa-
çıb gedəndən sonra ermənilər əllərində siyahı bir neçə dəfə gəlmiş və
Mikayılovların üçüncü qardaşının – Həsənin harada olduğunu soruş-
muşlar. Mənim 5000 rubl pulum itib. Pul və əşyalarla beş min pulumu,
Məlik Məmmədin nağd olaraq 9000 rubl pulunu, 25 min rubl dəyə-
rində zinət əşyalarını, qardaşım Tağının 2500 rubl pulunu və 5 və ya
6 min rubl dəyərində əşyalarını qarət ediblər; bundan əlavə, mənim
anamın mirvari boyunbağısını, üzüklərini və ümumilikdə beş min
rubl dəyərində digər əşyalarını qarət ediblər. Onu öldürmək istəyir-
dilər, amma o, ermənilərə yalvararaq xəstə olduğu üçün öldürməməyi
xahiş edib. Məni əsir götürəndə 5000 rubl pulumu zorla aldılar. Məni
tutan ermənilərdən birinin Velikoknyajeskaya küçəsində, Tağıyev pa-
sajının
87
qarşısında bərbərxanası var idi: o, dolu bədənlidir, yanağında
isə çapıq var.
Oxundu. İmza. Həsən Mikayılov.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 30-31.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
154
Sənəd № 227
Dindirmə protokolu
1918-ci il, 11 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şərif Xudaverdi oğlu, 35 yaşım var, Bakıda, Bolşaya Morskaya küçə-
si, 89 №-li evdə yaşayıram.
Mart qırğınlarının birinci günü, gecə saat 12-də, mənim evimə ermə-
ni əsgərləri gəldilər, mənim faytonla birlikdə dörd atımı apardılar, həm-
çinin 11 xalça, balışlar, paltarlar və ümumilikdə 15.500 rubl məbləğində
digər əşyalarımı götürüb apardılar. Sonra onlar məni küçəyə çıxardılar və
tüfənglə düz başıma atış açdılar: güllə sağ qulağımın dibindən girib sol
qulağımın yanından çıxdı. Ermənilər bizim evdə aralarında bir qadın və
iki oğlan uşağı olan səkkiz müsəlmanı bir otağa yığaraq, oradaca güllələ-
dilər. Sonra məni əsir götürərək şəhər nəqliyyatı binasına
88
apardılar.
Oxundu. Savadsız olduğu üçün Bağırov imzaladı (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 142.
Sənəd № 243
Dindirmə protokolu
1918-ci il, 17 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Heybət oğlu, 56 yaşlı, Budaqovskaya küçəsi, 59 №-li evdə yaşayı-
ram, Bakı.
1918-ci il mart ayının 18-də axşam atışma başlandı və gecə mən ailəm-
lə birlikdə, öz zinət şeylərimizi və başqa əşyalarımızı (təqdim edilmiş si-
yahıda sadalanan və 42.445 rubl məbləğində dəyəri olan) özümüzlə gö-
155
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
türərək, yuxarıda göstərdiyim evdən Bolşaya Morskaya küçəsindəki 84
№-li evə keçdik. Martın 19-da erməni əsgərləri Bolşaya Morskaya küçəsi,
84 №-li evə soxularaq, qardaşlarım 30 yaşlı Qadaşı və 32 yaşlı Pənahı və
evin sahibi 65 yaşlı Məşədi Əsəd Qəhrəmanı öldürdülər. Qardaşım Qada-
şın arvadı Gövhər Ağa Mirzə qızını güllə ilə sinəsindən vurdular və o bu
günədək xəstədir. Erməni əsgərləri məni qarət etdilər və işə əlavə olun-
masını xahiş etdiyim siyahıda göstərilən əşyalarımı apardılar.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 7.
Sənəd № 245
Dindirmə protokolu
1918-ci il, 16 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Əbdül Rza, 70 yaşlı, Buzovna kəndinin sakini.
Bu ilin mart ayının ortalarında mənim oğullarım Molla Ağa və Mirzə
Əli alış-veriş üçün Buzovna kəndindən Bakı şəhərinə gəlmişdilər. Bakıya
gələn gün axşam şəhərdə atışma başladı. Mənim oğullarım gecələmək
üçün Hüseyn Bala Babaxan oğlunun Budaqovskaya küçəsindəki evinə
gəliblər və orada gecələyiblər. Növbəti gün səhər Hüseyn Balanın evinə
silahlı erməni əsgərləri gəlmiş və mənim iki oğlumu, onlardan əlavə Hü-
seyn Balanı və Dadaş Balanı - iki qardaşı öldürmüşlər, üçüncü qardaş Ağa
Bala isə qaçmağa macal tapa bilmişdir. Erməni əsgərləri mənim oğulla-
rımın beş min rublunu götürmüş və kostyumlarını əyinlərindən çıxar-
mışlar. Bu gün Molla Ağanın ailəsi və uşaqları tamamilə aclıq çəkir. Molla
Ağanın dörd qızı, bir oğlu və arvadı qalmışdır.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: Məmməd Xan Təkinski,
А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 146.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
156
Sənəd № 261
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mehdi bəy Hacı Ağa bəy oğlu Bakıxanov, 40 yaşım var, Bakı şəhəri,
Zamkovskaya küçəsi, 29 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart hadisələri zamanı mənim qardaşım Məmməd bəy Hacı
Ağa bəy oğlu Bakıxanov Buzovna kəndinin ictimai dükanının tapşırığı ilə
Bakı şəhərinə gəlmiş və burada öldürülmüşdür. Onun 6000 rubl pulunu
qarət etmişlər, əvvəl pulunu cibindən çıxarmış, sonra öldürmüşlər. Pullar
Buzovna kəndinin ictimai dükanına məxsus idi.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 9.
Sənəd № 268
Dindirmə protokolu
1918-ci il, 3 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hümmət Hacı Xuda Qulu oğlu Dövlətov, 16 yaşım var, Bakı şəhərin-
də, Kanitapinskaya küçəsi, 94 №-li evdə (6-cı polis məntəqəsi) yaşayı-
ram.
Mart qırğınlarının üçüncü günü bizim evimizə 10 nəfərə yaxın tüfəng-
lərlə və xəncərlərlə silahlanmış erməni gəldi və qardaşlarım 30 yaşlı
Rüstəmi, 22 yaşlı Hacı Ağanı və 20 yaşlı Həsəni öldürdülər, sonra isə mən-
zili qarət etdilər. Mən bu vaxt zirzəmidə gizlənmişdim. Rüstəm başından
5 güllə yarası, sinəsindən və sol ayağından üç xəncər yarası almışdı; Hacı
157
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Ağanın üzündə bir güllə yarası, Həsənin isə başında 5 güllə yarası var idi.
Ermənilər bizim 2000 rubl nağd pulumuzu və 8020 rubl dəyərində müxtə-
lif əşyalarımızı apardılar.
Oxundu. Hümmət Dövlətov (imza).
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 90.
Sənəd № 284
Dindirmə protokolu
1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Möhbəli Loğman oğlu, 35 yaşım var, Qala kəndinin sakini,
Bakıda, 9-cu Kanitapinskaya küçəsi, 6 №-li evdə yaşayıram, savadsı-
zam.
Bu il mart ayının 19-da 70 nəfərə yaxın erməni əsgəri yuxarıda göstər-
diyim evə soxularaq, 60 yaşlı atam Loğman Kərbəlayı Yusif oğlunu, 55 yaş-
lı anam Əminə Avolya qızını, 6 yaşlı qızım Raziyəni qətlə yetirdilər, özü
də qızım Raziyəni mismarla otağın divarına mıxladılar. Məni yaraladılar
və mən özümü ölülüyə vurdum. Mənim hər iki ayağıma 2 güllə dəymişdi
və sol ayağımı bu günədək müalicə edirəm. Ermənilər həmçinin 40 yaşlı
qardaşım Bəyəlini öldürdülər, mənim və ölümündən qabaq atamın 38.000
pulumuzu götürdülər. Atam və mən pullarımızı ermənilərə verdik ki, bizi
öldürməsinlər, lakin erməni əsgərləri pullarımızı aldıqdan sonra atamı
öldürdülər. Qətldən sonra mənzili qarət etdilər və təqdim etdiyim siyahı-
da göstərilən 118.700 rubl dəyərində əşyalarımızı apardılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.198.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
158
Sənəd № 296
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağamalı Bəyəli oğlu, 34 yaşım var, Bakı şəhəri, Pojarnıy döngəsi, 13
№-li şəxsi evimdə yaşayıram.
Bakıda 1918-ci ilin mart qırğınları zamanı ermənilər mənim evim-
də 75 yaşlı qayınanamı qətlə yetirmiş, məni və başqalarını isə əsir gö-
türmüşlər. Yolboyu xəndəklərdə çoxlu sayda öldürülmüş müsəlmanla-
rı görürdüm. 4 sutka əsirlikdə oldum. Orada xeyli yaralı müsəlman var
idi. Biz 4 sutka ərzində yalnız 1\8 funt çörək almışdıq və aclıqdan atla-
rın yemini toplayır, bu qayda ilə qidalanırdıq. Ermənilər mənim mən-
zilimi və emalatxanamı qarət etmişlər. Mən oğurlanmış əmlakın siya-
hısını və dəyərini 2 vərəqdə sizə təqdim edirəm. Mənim əşyalarımın
əvvəlki qiyməti 15.700 rubldur. Hal-hazırda mənim əmlakımın dəyəri
78.500- rubldan az deyildir və bu məbləğin mənə ödənilməsini xahiş
edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 88.
159
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Dostları ilə paylaş: |