Sənəd № 10
Dindirmə protokolu
1918-ci il. 8 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı
çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307
və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Ağabəy Səfərəliyev, 41 yaşlı, Bakı şəhərində, Şamaxinskaya küçəsin-
də, şəxsi evimdə yaşayıram.
Mart atışmaları zamanı mən heç yerə çıxmamışam, daima Şamaxin-
kada, öz evimin ətrafında olmuşam. Biz, müsəlmanlar, bir neçə gün Tate-
vos Əmirovun erməni hərbi dəstəsi ilə atışmalı olduq. Bu dəstə Lalaevin
Şamaxinskaya və Kubinskaya küçələrinin kəsişməsində yerləşən evində
oturmuşdu və oradan Şamaxinkadakı evləri atəşə tuturdu. Atışma bu il
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
106
mart ayının ortalarında, bazar günü başladı və çərşənbə gününədək, sülh
bağlanana qədər davam etdi. Lakin bundan sonra da ermənilər vəhşilik-
lərini davam etdirirdilər: Məs., mənim evimin yaxınlığında, Məhəmməd-
li kəndinin sakini Dövlətəlinin evində ermənilər ev sahibinin 14 nəfər-
dən ibarət bütün ailəsini qətlə yetirmişlər. Hər gün şəhərə ətraflarda
öldürülmüş insanların meyitləri gətirilirdi. Şəhərin yanında yaralanmış
müsəlmanları da gətirir və Böyük bazarda, qadın həkimi Kaqanın müa-
licəxanasında
54
yerləşdirirdilər. Müsəlmanlarla ermənilər arasında sülh
bağlanandan artıq ay yarım sonra ermənilər Şamaxıdan qaçan müsəl-
man ailələrinin yerləşdiyi Şamaxı məscidinə
55
gəlmiş və başqaları ilə
birlikdə guya məsciddə olan bir neçə cavan qadının onlara verilməsini
tələb etmişlər. Uzun yalvar-yaxardan sonra ermənilər, ertəsi gün saat 12-
də qadınların ardınca yenidən məscidə gələcəklərini bildirərək getmişlər.
Yalnız Şaumyan kimi görkəmli ermənilərə, doktor Nərimanova
56
və başqa-
larına kömək üçün müraciət sayəsində qadınları onları gözləyən rüsvay-
çılıqdan xilas etmək və onların hamısını Çəmbərəkənd məscidinə keçir-
mək mümkün olmuşdur və ermənilər daha ora gəlməmişlər.
Məscidləri və bəzi küçələri gəzərkən mən olduqca eybəcər hala sa-
lınmış meyitlərə təsadüf edirdim: qadınlar döşləri, burunları, qulaqları
kəsilmiş, gözləri çıxarılmış halda uzanmışdılar. Ermənilər nə uşaqla-
ra, nə qocalara, nə qadınlara aman vermirdilər və hamını eybəcər hala
salırdılar. Meyitlər hər tərəfdə, bir neçə gün, hətta bir həftəyə yaxın,
yığışdırılmamış qalmışdı və buna görə küçələri dəhşətli üfunət bürü-
müşdü. Mənimlə qonşuluqda yaşayan mühəndis Keyl küçələri gəzir
və ətrafa səpələnmiş eybəcər meyitlərin şəklini çəkirdi. Mantaşevin
57
Binəqədi mədənlərində işləyən mühəndis-texnoloq Ovanov artıq sülh
bağlanandan sonra mənə dedi ki, Şamaxinkaya gəlməyə və məni xilas
etməyə imkanı olmadığına görə təəssüf edir. O, izah etdi ki, onun özünə
və başqa şəxslərə daşnaksakanlar tərəfindən müsəlmanları əsir götür-
mək tapşırılmışdı, əgər müsəlmanlardan kimsə bu zaman müqavimət
göstərsəydi, onu öldürmək lazım idi.
2-ci Qarşılıqlı Kredit Cəmiyyətində iş yoldaşım Çiknoverov mənim
müsəlmanların bolşeviklərlə mübarizəsi vaxtı ermənilərin nə üçün
bitərəf qalmadıqları sualıma açıq cavab verdi ki, ermənilər ona görə
müsəlmanlara qarşı çıxış ediblər ki, əvvəla, 1905-ci
58
ilə görə onlarla he-
sablaşmaq istəyirdilər, və ikincisi, bir də ona görə ki, müsəlmanların on-
107
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
lara qarşı hücumunu qabaqlamaq istəyirdilər. Eyni sözləri mənə Pitoyev
və K˚ Neft Sənayesi Cəmiyyətinin
59
mühəndisi Emiko Ambarsumov da
təkrar etmişdir.
Eybəcər hala salınmış qadın meyitlərinin arasında mən cinsiyyət
yoluna taxta salınmış cəsədlər görmüşdüm. Mənə danışırdılar ki, ermə-
nilər gecələr bir neçə dəfə çörək dükanlarına növbələrdə duran insanla-
rın cərgəsinə yaxınlaşır və gözlərinə dəyən cavan müsəlman qız-qadın-
larını özləri ilə aparırdılar. Mənim iş yoldaşım Çiknoverovun adı Sergey
İvanoviçdir.
Oxundu. A.Səfərəliyev.
Komissiya üzvləri: Prokuror müavini А.Kluge, andlı iclasçı Məmməd
Xan Təkinski (imzalar).
Komissiyanın sədri: Ələkbər Xasməmmədov(imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 11-12
Sənəd № 11
Dindirmə protokolu
1918-ci il. 27 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı
çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307
və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Manafov Rza Qulu oğlu, Bakılıyam, 48 yaşım var, Bakı şəhərində,
Suraxanskaya küçəsi, ev № 178 ünvanda yaşayıram.
Martın 18-də axşam saat 8-də atışma başlandı. Mən öz kontoru-
mu bağladım və evə, Suraxanskaya küçəsinə, tələsdim. Bütün gecəni
tüfəng və pulemyotlardan atəş atırdılar. Bizə deyirdilər ki, atan bolşe-
viklərdir və ermənilər müsəlmanlara öz bitərəfliyi barədə məlumat ve-
riblər. Qonşu evlərdə, mənim öz evimdə ermənilər yaşayırdı, lakin biz
onları müsəlmanların dostu hesab edərək, onlara toxunmurduq. Bazar
ertəsi, səhər tezdən ermənilər müsəlmanlara qarşı hücuma keçdilər və
yalnız çərşənbə axşamı Suraxanskaya və Tatarskaya küçələrində yaşa-
yan müsəlmanlar başa düşdülər ki, ermənilər bizi aldadırdılar və er-
mənilər müsəlmanlara qarşı çıxıblar. Mən başqa müsəlmanlarla bir-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
108
likdə öz rayonumuzu ermənilərdən müdafiə etmək üçün səngərlərdə
idim və biz çərşənbə axşamınadək öz mövqelərimizi müdafiə edirdik.
Çərşənbə günü biz öz səngərlərimizi təmizlədik və bu vaxt ermənilər
evlərə basqınlar etməyə və müsəlmanları evlərindən çıxarmağa baş-
ladılar. Mənim dalandarımı ermənilər mənim həyətimdə öldürdülər.
Məni və mənim ailəmi əsir götürdülər və Mailov teatrına apardılar,
eləcə də mənim qardaşımın ailəsini, ümumilikdə təxminən 52 nəfərə
yaxın adamı, əsir apardılar. Ermənilər bizi ona görə öldürmədilər ki,
bizi əsir götürən 30-a yaxın silahlı ermənilərin arasında mənim köh-
nə tanışlarım var idi. Bizi Serkovnaya küçəsi ilə aparırdılar, bizim qa-
bağımızda başqa müsəlman dəstəsi gedirdi və bu dəstənin arasında
mən Ramana kəndindən olan İsmayılı, arvadı və qızı ilə birlikdə gör-
düm. Onları müşayiət edən ermənilər Hacı Abbasqulu Rzayevin evinin
yanında İsmayılı öldürdülər, arvadını isə bizim dəstəyə qatdılar. Serko-
vnaya küçəsində ermənilər tərəfindən qətlə yetirilmiş müsəlmanların
meyitləri uzanıb qalmışdı. Bütün bu insanları ermənilər evlərindən
çıxarıb küçədə öldürürdülər. Məni Mailov teatrına apardılar və bizi
orada 3 gün saxlayandan sonra buraxdılar. Mailov teatrından qayıt-
dıqdan sonra mən evləri gəzməyə və müsəlman qonşularımdan xəbər
tutmağa başladım. Küçələr qətə yetirilmiş müsəlmanların cəsədləri
ilə dolu idi, evlərdə də öldürülmüş müsəlmanların, qadın və uşaqların
cəsədləri var idi. Meyitlərin arasında mən Məşədi Tağı Nağı oğlunun
arvadını və onun 6 yaşlı oğlunu tanıdım. Mən başqa müsəlmanlarla
birlikdə öldürülmüş müsəlmanları dəfn etməyə başladım. Mən öz ra-
yonumda meyitlərin sayını müəyyən etməmişəm, ancaq mən özüm 18
meyit çıxarmışam və arabalarda onları dəfn etməyə aparmışıq. Mənim
mənzilim tamamilə talan olunmuşdur, əşyalarımın siyahısını təqdim
edirəm və onu işə əlavə etməyi xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
Komissiyanın sədri: Ələkbər Xasməmmədov(imza)
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 37-38.
109
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 12
Dindirmə protokolu
1918-ci il, 31 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Vəli Mikayılov, 43 yaşlı, Bakı şəhəri, Bondarnaya küçəsi,
ev № 40 ünvanda yaşayıram. 4-cü polis sahəsi.
Martın 18-də, axşam, müsəlman qırğınları başlayanda mən “İsmail-
liyə”də növbətçi idim; mən “Müsavat”
60
partiyasının üzvü kimi növbə çə-
kirdim. Sonra mən Qalaya keçdim və ermənilərlə müsəlmanlar arasında
sülh bağlanana qədər orada qaldım. Mən evdə olmayanda silahlı ermə-
nilər mənim evimə hücum etmiş və bütün mənim əmlakımı oğurlamış-
lar. Mənim kirayənişinlərim – yəhudilər, mənim ailəmi gizlətməyə mü-
vəffəq olmuşlar. Yəhudilərin dediyinə görə, onlar talançıların arasında
axtarış polisində xidmət edən bir neçə nəfər ermənini tanımışlar. Mənim
ümumən köhnə pula altmış min rubl dəyərində əmlakımı qarət etmişlər.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 5.
Sənəd № 14
Dindirmə protokolu
1918-ci il, 6 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bala-bəy
61
Aşurbəyov, 36 yaşında, Bakıda, Qoqolevskaya küçəsindəki
şəxsi evimdə yaşayıram.
Ermənilərin müsəlmanlara qarşı mart çıxışları zamanı mən öz ailəm-
lə birlikdə Persidskaya küçəsinə, bacımın evinə getmişdim. Mənim olma-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
110
dığım müddətdə evimə 40 nəfər erməni əsgərlərindən ibarət dəstə gəlmiş
və bütün mənzilləri gəzərək, ailəmlə birlikdə məni və qardaşım Əlı-bəyi
axtarmışlar. Həmçinin şəhər rəisinin keçmiş köməkçisi polkovnik Olonq-
renin mənzilinə girərək, bizi çarpayıların altında belə axtarmışlar. Er-
mənilər mənim mənzilimdən, köhnə qiymətlə, ümumilikdə 60.000 rubl
dəyərində gümüş, müxtəlif qadın parçaları, qadın alt geyimi, mənim kost-
yumlarımı aparıblar. Hələ qırğınlar başlayanadək şəhərdə ermənilərin
müsəlmanlara qarşı çıxış etməyə hazırlaşdıqları barədə şayiələr gəzirdi.
Elə bu zaman biz ermənilərin şəhərin müsəlmanlar yaşayan hissəsindən
ermənilər yaşayan hissəyə köçdüyünü görürdük. Ermənikəndin yaxınlı-
ğında ermənilərin səngərlər qazdıqları da aşkar olunmuşdu. Buna görə də
mart hadisələri bizi qəfildən yaxalamadı və mən ailəmlə birlikdə qırğın-
lar başlamazdan iki saat əvvəl evdən çıxıb getməyə müvəffəq oldum.
Oxundu. Bala-bəy Aşurbəyov. İmza.
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 148.
Sənəd № 15
Dindirmə protokolu
1918-ci il, 12 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağa Şərif bəy Aşurbəyov, Bakılı, 48 yaşım var, Bakıda Spasskaya
küç., ev № 34 ünvanda yaşayıram.
12 oktyabr 1918-ci il tarixli ərizədə ifadə edilənləri təsdiqləyirəm. Mə-
nim iki əmioğlum – Yüzbaşı bəy və Cavad bəy Aşurbəyovlar ermənilər
tərəfindən qətlə yetirilmişlər. Bu il mart ayının ortalarında axşamüstü
mənim evimə iyirmiyə yaxın silahlı erməni gəldi, revolverlə hədələyərək,
şkafları və kassanı açmağı əmr etdilər. Mən onların tələblərini yerinə ye-
tirdim və onlar ərizədə göstərilən əmlakımı özləri ilə apardılar. Mən bu
vaxtadək heç yerə şikayət etməmişəm. İndi olduğu kimi, o zaman da
Spasskaya küçəsi ev № 34-də yaşayırdım. Məni qarət edən ermənilərdən
111
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
bəzilərini üzləşmə zamanı tanıya bilərəm, amma adlarını bilmirəm. Mə-
nim və qardaşım Ağası bəyin qarət edilmiş əmlakımızın ümumi dəyəri
300.000 rubla bərabərdir. Şikayət etməmişəm, çünki qorxurdum, həm də
şikayət etməyə adam yox idi. Bütün hakimiyyət ermənilərin əlində idi.
Oxundu. İmza.
Komissiya sədri: Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 20.
Sənəd № 16
Dindirmə protokolu
1918-ci il, 6 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı
çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o Cinayət Prosessual Məcəlləsi-
nin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmiş-
dir:
Hüseyn bəy Aşurbəyov, 47 yaşım var, Bakı şəhəri, Kamenistaya
küçəsi, ev № 112 ünvanda yaşayıram.
Bu ilin mart ayında ermənilərin müsəlmanlara qarşı çıxışları zamanı,
çərşənbə axşamı, martın 20-də silahlı erməni dəstəsi bizim evimizə gəldi
və bütün əmlakımızı talan etdi. Nağd pulla 27.000 rubl götürdülər, sonra
isə 190.000 rubl dəyərində müxtəlif paltarlar, ev əşyalarını, zinət əşyala-
rını apardılar. 34 yaşlı qardaşım Cavad bəy evdə qalmışdı: ermənilər onu
əsir adı ilə evdən apardılar, lakin sonra haradasa yolda öldürdülər; biz in-
diyədək onun cəsədini tapa bilməmişik. Hələ mart hadisələrinədək mən
eşidirdim ki, ermənilər 1905-ci ili təkrarlamağa, yəni müsəlman qırğınla-
rına başlamağa hazırlaşırlar. Bundan əlavə, mənə məlumdur ki, qırğınlar
başlamazdan bir neçə gün əvvəl erməni ailələri bütün əşyaları ilə birlikdə
şəhərin yuxarı hissəsindən, müsəlmanların yaşadığı hissədən aşağı, er-
mənilər yaşayan hissəyə köçürdülər.
Oxundu. İmza. Hüseyn bəy Aşurbəyov.
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v.121.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
112
Sənəd № 17
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
(İbrahim bəy Musa Xan bəy oğlu Aşurbəyov) İsmayıl İbrahim bəy
oğlu Aşurbəyov, 33 yaşlı, Bakı şəhərində, Qubernskaya küçəsi, ev 56\6
ünvanda yaşayıram.
Mənim atam İbrahim bəy xəstədir və istintaqa gələ bilmir. Mən Bakı-
da mart qırğınları zamanı onun Qubernskaya küçəsindəki 53 № li evində
ermənilər tərəfindən qarət edilmiş və ümumi məbləği 80.400 rubl olan
əmlakının siyahısını təqdim edirəm. Qarət vaxtı biz hamımız zirzəmidə
idik, hadisələrin ikinci günü isə ermənilər bizi tapdılar və əsir apardılar
və orada qarət etməyə cəhd göstərdilər. Bizi hələ zirzəmidə olarkən rus əs-
gərləri və bir nəfər kirayənişin xilas etdi. Bizim əmlakımızın siyahısının
işə əlavə edilməsini və 80.400 rubl məbləğində dəymiş ziyanın ödənilmə-
sini xahiş edirəm.
Oxundu. İmza. İsmayıl bəy İbrahim bəy oğlu Aşurbəyov.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, prokuror müav.
А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v.15.
Sənəd № 18
Dindirmə protokolu
1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zal Həsənov, 47 yaşlı, Bakıda, Qoqolevskaya küçəsi, 9 № li evdə ya-
şayıram.
113
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Bazar günü, bu il martın 18, axşam, şəhərdə atışma başlayanda, qarşı
evdə yaşayan Artyom Yoanisyan mənim evimə gəldi və xəbərdarlıq etdi ki,
qırmızı qvardiyaçılar bizim evdə axtarış aparmaq istəyirlər, belə ki, guya
bizim evdə pulemyotlar gizlədilmişdir. Onda Mirzə Əsədullayev
62
ailəsi
ilə, az sonra mən də öz ailəmlə, və Əli Əsədullayevin arvadı Qavriil Ba-
bayeviç Beqlyarovun evinə getdik. Gecə bizə, Əsədullayevin evinə qırmızı
qvardiyaçılar dəstəsi gəldi və bütün mənzildə axtarış apardı. Silah tap-
mayan əsgərlər çıxıb getdilər. Səhər evə erməni əsgərləri gəldilər və evdə
hər şeyi alt-üst edərək bizim əşyalarımızı qarət etməyə başladılar. Mən
qarət olunmuş əşyalarımın siyahısını təqdim etmişəm. Biz pəncərələrdən
erməni əsgərlərinin bizim evin pəncərələrinə necə tüfəng və pulemyot-
lardan atəş açdıqlarını, bizim pərdələri cırdıqlarını, bizim əşyalarımızı və
paltarlarımızı evdən çıxardıqlarını görürdük. Ümumilikdə bizə təxminən
1.500.000 rubl məbləğində ziyan vurulmuşdur.
Çərşənbə axşamı, səhər saat 9-da Beqlyarovun mənzilinə bir dəstə er-
məni əsgərləri gələrək məni əsir aparmaq istədilər. Beqlyarov və onun
kürəkənləri – doktor Şahnazarov və o birisi, Sergey Tarasoviç, soyadı
yadımda deyildir, dedilər ki, onlar məni, öz qonaqlarını evdən burax-
mayacaqlar. Sonra “daşnaksakanların” bürosuna zəng etməyə başladı-
lar, bundan sonra ermənilər məni Beqlyarovgildə qoyaraq getdilər; gö-
rünür onlar bunu büronun göstərişi ilə etdilər. Təxminən gündüz saat
2-də Sergey və Georgiy Melikov qardaşları dörd əsgərlə mənim dalım-
ca gələrək məni arvadımla bərabər öz evlərinə apardılar və biz talanlar
bitənə qədər orada qaldıq. Melikovlargilə gedərkən yolboyu mən çoxlu
müsəlman meyitləri gördüm.
Hələ ondan əvvəl kəndlərdən müsəlmanlar, eləcə də şəhər camaatı,
mənim yanıma gəlir və soruşurdular ki, doğrudanmı ermənilər müsəl-
man qırğınlarına hazırlaşırlar. Mən hamıya cavab verirdim ki, bu doğru
deyil, çünki ermənilərin bunu etməsi üçün heç bir səbəb yoxdur. Hələ ba-
zar günü, axşam saat 8-də, Əli Əsədullayevin arvadı teleqrafla öz atasın-
dan – Hacı Zeynalabdin Tağıyevdən evdə qalmağın təhlükəli olub-olma-
dığını soruşmuşdu, çünki lap yaxınlıqda atışma səsi eşidilirdi. Hacı cavab
vermişdi ki, o, öz evində qalsın, belə ki, təhlükəli heç nə gözlənilmir, hə-
mişəki kimi bir az atıb, qurtaracaqlar.
Mən Şəmsi Əsədullayevin
63
qızı ilə evliyəm. Əlavə edim ki, Suraxanska-
ya küçəsi, 208 № li evdə mərhum Şəmsi Əsədullayevin dul arvadı – Mey-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
114
ransa xanım Əmiraslan qızı yaşayır. Erməni əsgərləri onun mənzilinə də
basqın etmiş, bütün mebeli sındırmış və bütün əşyalarını qarət etmişlər.
Qarət edilmiş əmlakın siyahısı həmçinin Fövqəladə Komissiyaya təqdim
edilmişdir. Ermənilər Meyransanı ayaqyalın, “Daşnaksütun”un bürosuna
əsir aparmışlar.
Oxundu. İmza. Zal Həsənov.
Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 136-137.
Sənəd № 19
Dindirmə protokolu
1918-ci il, 6 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şahzadə Mansur Qacar
64
, 12-ci Aktır Qusar polkunun keçmiş ko-
mandiri, polkovnik, 47 yaşlı, Bakıda, Kamenistaya küçəsində, Manuçar
Avakovun evində yaşayıram.
Bu il mart ayının ortalarında şiddətli atışma başlandı və ermənilər bol-
şeviklərlə birlikdə müsəlmanlara qarşı hücuma keçdilər. Bu zaman mən
Nikolayevkski döngəsi, ev № 14-də yerləşən “Metropol” mehmanxana-
sında yaşayırdım. “Metropol” mehmanxanasının ikinci nömrəsi boş idi
və mən, Maks Manaseviç, andlı iclasçı Nikolay Ananyev və artist D.Taqi-
anosova ilə birlikdə ikinci nömrədən döyüşün gedişini müşahidə edir-
dik. Mən adları çəkilən şəxslərlə birlikdə gördüm ki, Jorj Melikov yum-
şaq şlyapada, yağışlıqda və uzunboğaz çəkmələrdə, əlində silah bir neçə
silahlı daşnaksakanla birlikdə “Metropol” mehmanxanasının qarşısında,
Nikolayevskaya küçəsində yerləşən Kələntərov pasajının
65
tinindən çıxdı,
pasajın zirzəmi mərtəbəsinin girişinin aşağı pillələrində oturdu və on-
lar Nikolayevskaya küçəsi boyunca atəş açmağa başladılar. Eyni zaman-
da “Metropol” mehmanxanasının damından və Nikolayevskaya küçəsinə
perpendikulyar yerləşən “Qrand Otel” mehmanxanasının pəncərələrin-
dən də pulemyotlar şaqqıldayırdılar. Ertəsi gün səhər tezdən iyirmi dörd
115
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
nəfər silahlı erməni məni tutdular, mehmanxana otağımda axtarış apar-
dılar və şübhəli heç nə tapmayaraq, “Vəhşi diviziyanın”
66
zabiti olduğumu
düşünüb, məni öldürmək istədilər. Andlı iclasçı Ananyev erməni dilində
bir xeyli onları razı salmağa çalışdı ki, məni öldürməsinlər və daşnaksa-
kanların bürosuna aparsınlar. Uzun təkidlərdən sonra ermənilər məni
daşnaksakanların bürosuna apardılar və Tiqran Melikovun mənzilində
yerləşdirdilər; Mənim əşyalarımı axtararkən ermənilər qızıl saatımı və
qızıl portsiqarımı götürüblər; qızıl portsiqar Axtır alayının zabitlərinin
mənə hədiyyəsi idi.
Oxundu. İmza. Polkovnik Şahzadə Mansur Qacar.
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: Məmməd Xan Təkinski,
Prokuror köməkçisi А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 6-7.
Sənəd № 20
Dindirmə protokolu
1918-ci il, 10 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İsmayıl Dadaş oğlu Tağıyev, 42 yaşım var, Bakı şəhər sakini, Bolşaya
Krepostnaya küçəsi, № 38 ünvanda yaşayıram.
Mart hadisələrindən 2-3 ay əvvəl mən tez-tez erməni ailələrinin: S.İ.
Tatevosovlar və A.N.Arafelovların məclislərində olurdum. Rusiyada baş
verən hadisələrə dair söhbətlərdə həmişə deyirdilər ki, Bakıda bundan
da pis olacaq. Mən elə bir şey gözləmədiyim və qabaqcadan görə bilmədi-
yim üçün, deyilənləri inkar edir və onların fikri ilə razılaşmırdım. Lakin
onlar, xüsusilə də, Mariya Konstantinovna Arafelova inadla dediyində tə-
kid edirdi və nə isə dəhşətli bir şeydən ehtiyat edirdi. Hadisələrdən sonra
mən Rostovdan gəlmiş və “Metropol”da yaşayan bir rəfiqəmdən öyrən-
dim ki, o da, aşağıda adları çəkilənlər şəxslərlə - andlı iclasçı N.Q. Anan-
yevin köməkçisi Mariya Petrovna Taqianosova, M.Manaseviç və şahzadə
Mansur Mirzə Qacar ilə birlikdə “Metropolda” olmuşdur və onlar Georgi
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
116
Ambarsumoviç Melikovun digər ermənilərlə birlikdə müsəlmanlara atəş
açdığını görmüşlər. Həmçinin, martın 19-da və 20-də mənim Bazarnaya
küçəsində yerləşən və R.P.Lalayevin N. evində mənim tərəfimdən icarəyə
götürülmüş və içində yüz əlli min rubl (150.000 rubl) dəyərində müxtə-
lif malların olduğu anbarlarım qarət edilmiş, sonra isə yandırılmışdır. Bu
malların siyahısını o vaxt üç ərizədə (çünki itən malların sayını dərhal
müəyyən etmək mümkün deyildi) İcraiyyə Komitəsinə təqdim etmişəm.
Oxundu. İmza. Bakılı tacir İsmayıl Dadaş oğlu.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 17.
Dostları ilə paylaş: |