Mənbələr:
1. Şaumyan S.G.Seçilmiş əsərləri, Bakı, 1978, s.309.
2. Балаев А. Февральская революция и национальные окраины.
Мартовские события 1918 г. в Азербайджане. М., 2008, c. 6.
3. Bax.: Балаев А. Азербайджанское национальное движение в 1917-
1918 гг. Баку, 1998, c. 93.
4. Şaumyan S.G.Seçilmiş əsərləri,... s.272.
5. Казымзаде Ф. Борьба за Закавказье (1917-1921). Баку, 2011, c. 21.
6. Yenə orada.
7. Аманжолова IŞА. Из истории межэтнических конфликтов в
России (1905-1916 гг.). Россия: идеи и люди. Вып. 3, М., 1998, с. 108.
8. Yenə orada, s. 111.
9. Azərbaycan Respublikasının Dövlət Arxivi (Bundan sonra: AR DA),
f.1061, siyahı 1, iş.86, v.74.
10. Ordubadi M.S. Qanlı illər. Bakı, 1991, s. 8-11.
11. Yenə orada, s. 7.
12. İ.V.Voronsov-Daşkovun Nikolay Romanova məktubundan. Bax: Azər-
baycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990, s. 118-120.
13. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər
Arxivi, (Bundan sonra: AR Pİİ SSA), f.276, s.8, iş 463, v.18.
14. Лалаян А. Контрреволюционный «Дашнакцутюн» и империа ли-
cтическая война 1914-1918 гг. Bax: Azərbaycan tarixi sənədlər və
nəşrlər üzrə. Bakı, 1990, s.98.
15. AR DA, ф.894. s.10, iş 80, v.v.49-56.
16. Документы по истории Баку. 1810-1917. Баку, 1978, с. 30.
17. AR Pİİ SSA, f.277, siyahı 2, iş 26, v.2.
18. Nəcəfov B. Düşmənin iç üzü. I cild, Bakı, 2007, s.12.
19. Lenin V.İ. Əsərlərinin tam külliyyatı, s. 48, s. 302.
20. Декреты Советской власти. М., 1957, т. 1, с. 298-299.
21. “Известия Бакинского Совета” qəzeti, Bakı, 1918, 21 may.
22. Bax.: Балаев А. Февральская революция …, s.41.
23. “Бакинский рабочий” qəzeti, Bakı, 1918, 17 fevral.
24. “Армянский Вестник” jurnalı,Yerevan, 1999 г., № 1-2 (elektron versiyası).
25. AR Pİİ SSA, f.276, siyahı.8, iş 155, v. 8.
26. Yenə orada, f.276, siyahı 2, iş.20, v.44.
83
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
27. Şaumyan S.G.Seçilmiş əsərləri,... s. 260.
28. Большевики в борьбе за победу социалистической революции
в Азербайджане. Документы и материалы. 1917-1918 гг. Баку,
1957, s. 318.
29. Şaumyan S.G.Seçilmiş əsərləri,... s. 260.
30. Качазнуни Ов. Дашнакцутюн больше нечего делать! Баку, 1990, s. 21.
31. AR Pİİ SSA, f.277, siyahı 2, iş 27, v.16.
32. Казымзаде Ф. Борьба за Закавказье..., s.75.
33. Ətraflı bax: А.Балаев. Азербайджанское национальное
движение…; Февральская революция…; B.Nəcəfov. Düşmənin iç
üzü. IIcild, Bakı, 2006;
34. “Azərbaycan” qəzeti, Bakı, 1919, 6 dekabr.
35. Muradzadə Məhəmməd. Mart hadiseyi-əliməsi, Bakı, 1996, s. 29.
36. Большевики в борьбе …c. 333.
37. Балаев А. Февральская революция …, c. 35.
38. Bayat Kave. Qafqaz üzərində fırtına. İranın müstəqilliyin ilk dövrün-
də Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları ilə regional
münasibətləri. 1917-1921, Tehran, 2001, s..39 (fars dilində).
39. AR Pİİ SSA, f.277, siyahı 2, iş14, v.1-4.
40. Marağayi Said Məhəmməd. Siyasi xatirələr. Tehran, 1994, s. 49 (fars
dilində).
41. AR Pİİ SSA, f.277 siyahı 2, iş14, v.51.
42. Майкл Смит. Память об утратах и азербайджанское самосознание.
Азербайджан и Россия: Общество и государство. Москва, 2001, c.95.
43. Şaumyan S.G.Seçilmiş əsərləri,... s.259.
44. AR Pİİ SSA, f.276, siyahı 9, iş 3, v.25.
45. “Bahar” qəzeti, Хорасан, 1918, 21 aprel (fars dilində).
46. Marağayi Said Məhəmməd. Siyasi xatirələr, s. 49.
47. AR DA, ф.894, siyahı 10, iş148, v.30.
48. AR Pİİ SSA, f.277, siyahı 2, iş27, v.16-24.
49. “Наш голос” qəzeti, Bakı, 1918, 24 mart.
50. “Известия Бакинского Совета” qəzeti, Bakı,1918, 9 aprel.
51. “Жизнь национальностей” qəzeti, Moskva, 1919, 6 iyul.
52. Нариманов Н. Избранные произведения, Баку, 1989, т. II, с. 123.
53. “Hümmət” qəzeti, Bakı, 1918 г., 3 aprel.
54. Şaumyan S.G.Seçilmiş əsərləri,... s.265.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
84
55. Yenə orada, s. 260, 264, 265.
56. “Azərbaycan” qəzeti, Bakı, 1919, 6 dekabr.
57. Ратгаузер Я. Революция и гражданская война в Баку. 1917-1918.
Баку, 1927, c.145.
58. Bax: Азербайджанская Демократическая Республика. Архивные
документы Великобритании. Баку, 2008, c.70 (ingilis dilində)
59. Marağayi Said Məhəmməd. Siyasi xatirələr....s.48.
60. “Azərbaycan” qəzeti, Bakı, 1919, 6 dekabr.
61. “Azərbaycan” qəzeti, Bakı, 1918, 8 dekabr.
62. Şaumyan S.G.Seçilmiş əsərləri,... s.265.
63. Yenə orada, s.265.
64. Казымзаде Ф. Борьба за Закавказье..., c. 80.
65. “Бакинский рабочий” qəzeti, Bakı, 1918, 20 aprel.
66. Ermənistan Respublikası Mərkəzi Hərbi-Tarix arxivi (Bundan sonra:
ER MHTA), f.121, siyahı 2, iş 94, v.66; Bax: “«Армянский вестник» jur-
nalı,,1999, № 1-2.
67. Ратгаузер Я., Революция и гражданская война…, c. 194.
68. ER MHTA, f.121, siyahı 2, iş 94, v.36.
69. Yenə orada, v. 67.
70. Денстервиль. Британский империализм в Баку и Персии.1917-1918.
Воспоминания. Тифлис, 1925, c. 209.
71. Yenə orada, s.204, 223, 230.
72. Yenə orada, s.246.
73. “Azərbaycan” qəzeti, Bakı, 1919, 15 sentyabr.
74. “Azərbaycan” qəzeti, Bakı, 1919, 9 dekabr.
75. AR Pİİ SSA, f.276, siyahı 7, iş 253, v.1.
76. Bax: Süleymanov Manaf. Eşitdiklərin, oxuduqlarım, gördüklərim,
Bakı, 1987, s.238.
77. Ишханян Б. Великие ужасы в гор. Баку. Анкетное исследование
сентябрьских событий 1918 г., Тифлис, 1920, s.29-30.
78. Yenə orada, s. 55.
79. Казымзаде Ф., Борьба за Закавказье..., s. 75.
80. Ишханян Б. Великие ужасы…, s.4.
81. Погромы армян в Бакинской и Елизаветпольской губерниях в
1918-1920 гг. Сборник документов и материалов. Ереван, 2003, s. 82,
sənəd № (Bundan sonra: Погромы армян…).
85
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
82. AR Pİİ SSA, f.276, siyahı 9, iş 42, v.35.
83. Yenə orada, v. 33.
84. Yenə orada, v. 5-6.
85. Закавказский Сейм. Стенографический отчет. 20 марта 1918 г., s. 39.
86. AR DA, f.894, siy.10, iş144, v.14.
87. Yenə orada, v. 11.
88. Токаржевский Е.А. Бакинские большевики - организаторы
борьбы против турецко-германских и английских интервентов в
Азербайджане в 1918 г., Баку, 1949, s.85.
89. AR DA, f.894, siy.10, iş 144, v.10.
90. Ратгаузер Я. Указ. раб., с.160.
91. Rəsulzadə M. Azərbaycan Respublikası. Bakı, 1990, s.39.
92. AR DA, f.970, s.1, iş. 1, v.26-27.
93. AR DA, f.1061, s.1, iş. 105, v.1.
94. AR DA, f.1061, s.1, iş. 95, v.3.
95. AR DA, f.100, s.2, iş. 791, v.132.
96. AR DA, f.100, s.2, iş. 791, v.126-127.
97. AR DA, f.100, s.2, iş. 791, v.135.
98. Bax: “Погромы армян.... s.139, 141,142; Sənəd № 128, 130, 131.
99. Yenə orada, s.145-151, sənəd № 136.
100. Yenə orada.
101. Yenə orada.
102. См. Док. №№ 18, 53, 54, 55, 419, 452, 493 и др.
103. Шаган Натали. Турки и мы. www.nzhdeh.narod.ru/Shahan_natali
104. AR Pİİ SSA, f. 277, siy.2, iş 14, v.51; Байков Б. V. Воспоминания о
революции в Закавказье. Архив русской революции. М.,1991, т.
9-10, с. 114.
105. Газета «Знамя труда». 29 марта 1918 г., г. Тифлис.
106. Marağayi Said Məhəmməd. Siyasi xatirələr... s. 49
107. «Бакинский рабочий», 18 апреля 1918 г.; Погромы армян…, 33, 35,
док. №№ 25, 27.
108. Погромы армян…, с.145-151, док. № 136.
109. Yenə orada, s.158-161, sənəd № 145.
110. Yenə orada.
111. Yenə orada, s. 159.
112. Yenə orada.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
86
113. Yenə orada, s.161.
114. “Известия Совета рабочих и солдатских депутатов Бакинского
района” qəzeti, 1918, № 64.
115. “Армянский вестник” jurnalı, Yerevan, 1999, № 1-2; AR Pİİ SSA, f.276,
siyahı 8, iş155, v.8.
116. Дадаян Х. Армяне и Баку. 1850-ые годы-1920 г. Ереван, 2007, s.96.
117. Yenə orada, s. 93.
118. Saak (Ter-Qabrielyanın yol. Şaumyana məktubu. 28.04.1918. Rusiy
Dövlət İctimai-Siyasi Tarix arxivi, f. 71, siy. 33, iş 1716, v. 62.
119. “Знамя труда” qəzeti, Bakı, 1919, 27 avqust.
120. AR DA, f.100, s.2, iş.791, v.49.
121. AR DA, f.100, s.2, iş.791, v.29.
122. AR DA, f.100, s.2, iş.791, v.11-13.
123. AR DA, f.100, s.2, iş.791, v.v.13, 79.
124. AR DA, f.100, s.2, iş.791, v.123.
125. AR DA, f.100, s.2, iş.791, v.65.
126. AR DA, f.100, s.2, iş.791, v.15.
127. AR Pİİ SSA, f.277, s.2, iş.27, v.v. 334-335.
128. AR DA, f.1061, s.1, iş.95, v.8.
129. AR DA, f.895, s.3, iş.301, v.16-17.
130. AR DA, f.100, s.2, iş.791, v.77-78.
131. AR Pİİ SSA, f.277, s.2, iş.14, v.1-4.
132. AR DA, f.100, s.2 с, iş.122, v.2.
133. Yenə orada, v.43-44.
134. Yenə orada, v.16.
135. Балаев А. Февральская революция… s. 50.
136. “Azərbaycan” qəzeti, Bakı, 1919, 31 mart.
137. Майкл Смит. Память об утратах..., s. 97.
138. “Бакинский рабочий” qəzeti, Bakı, 1998, 26 mart.
139. Bax: Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990; Azerbay-
can belgelerinde ermeni sorumu (1918-1920). Ankara, 2001; 1918-1920-
ci illərdə azərbaycanlıların soyqırımı. Sənədlər və materiallar. Bakı,
2001; Азербайджанская Демократическая Республика, Баку, 1998;
А. Балаев. Азербайджанское национальное движение в 1917-1918 гг.
Баку, 1998; Yenə onun: Февральская революция и национальные
окраины. Мартовские события 1918 г. в Азербайджане. М.,
87
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
2008; B.Nəcəfov. Düşmənin iç üzü. I s., Bakı, 2007; II s., Bakı, 2006;
А.Халилов. Геноцид против мусульманского населения Закавказья
в исторических источниках. Баку, 2000; A.Paşayev. Açılmamış sə-
hifələrin izi ilə. Bakı, 2001; A.İsgəndərov. Azərbaycanda türk-müsəl-
man soyqırımı probleminin tarixşünaslığı. Bakı, 2006 və s.
140. Рустамова-Тогиди Солмаз. Март 1918 г. Баку. Азербайджанские
погромы в документах. Баку, 2009, 864 с.
141. Рустамова-Тогиди Солмаз. Куба. Апрель-Май 1918 г. Мусульманские
погромы в документах. Баку, 2010, 552 стр. с фотографиями.
142. Солмаз Рустамова-Тогиди. Азербайджанские погромы в
фотографиях и документах. Баку, 2012. (rus, ingilis və türk dillərində).
143. Azərbaycan Respublikasının Dövlər foto və kinosənədlər arxivi.
AMEA Tarix muzeyi .
144. “İstiqlal” qəzeti, Münhen, 1933, 1 aprel, № 31.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
88
Fövqəladə Təhqiqat Komissiyasının yaradılması
haqqında Azərbaycan Hökumətinin
QƏRARLARI
HÖKUMƏTƏ MƏRUZƏ
Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur
dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında məsuliyyətsiz erməni
hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmla-
kına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur
dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsa-
sında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə yönəldilir.
Ümumdövlət maraqları, əhalinin zərərçəkən qruplarının mənafeyi hök-
mən, elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, o, aşağıdakı-
larla məşğul olsun: 1. bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının
aparılması; 2. həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilmə-
si; 3. müqəssirlərin aşkar olunması və onların vurduqları zərərin ümumi
miqdarının müəyyənləşdirilməsi;
Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası
1
xarakteri daşımalıdır, ha-
belə bu komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus,
fransız, alman, və, təbii ki, türk dillərində) elan edilməli və geniş yayılma-
lıdır.
Bu komissiyanın təşkilinə yubanmadan başlamaq lazımdır, çünki, bu
gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir
çox işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər əşya-
yi-dəlillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola
bilsin ki, qətiyyən mümkün olmayacaqdır.
Əgər Hökumət bu təkliflə razılaşırsa, onda mən xahiş edərdim ki, hə-
min Komissiyanın yaradılması Nazirlərdən birinə həvalə edilsin və Ko-
missiyanın xərcləri üçün müvəqqəti olaraq 50 000 rubl pul ayrılsın.
Xarici İşlər Naziri M. Hacınski
2
Yelizavetpol, 15 iyul 1918-ci il
Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1,
iş 105, vərəq 1 (bundan sonra: AR DA, f. s. iş. v.)
89
FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ YARADILMASI HAQQINDA AZƏRBAYCAN HÖKUMƏTİNİN QƏRARLARI
Azərbaycan Respublikası Hökumətinin qərar jurnalından
ÇIXARIŞ
15 iyul 1918-ci il
Dinlənildi: Müsəlmanlara və onların əmlaklarına qarşı törədilmiş zo-
rakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyası-
nın təşkil edilməsi haqqında Xarici İşlər nazirinin məruzəsi.
Qərara alındı: Xarici İşlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırıl-
sın ki, Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdud-
larında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq halla-
rının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasını təşkil etsin.
Əsli ilə düzdür:
Katibin köməkçisi (imza).
AR DA, f. 1061, s.1, iş. 95, v.2.
QƏRAR
31 avqust 1918-ci il, Gəncə şəhəri.
Hökumətin 15 iyul 1918-ci il tarixli Qərarının icra olunması üçün sədr
– andlı iclasçı Ələkbər bəy Xasməmmədovdan
3
və aşağıdakı üzvlərdən
ibarət olan tərkibdə Fövqəladə Təhqiqat Komissiyası yaradılsın: Gəncə
Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev
4
və Andrey Fomiç
Novatski
5
, həmin dairə məhkəməsinin prokurorunun müavini Nəsrəd-
din bəy Səfikürdski
6
, Gəncə Köçürmə idarəsinin üzvü Nikolay Mixayloviç
Mixaylov
7
və Barışdırıcı hakimlər qurultayının keçmiş Sədri, həqiqi mülki
müşavir V.V.Qudvillo
8
və müəllim Məmməd Cavad Axundzadə. Gündəlik
maaş təyin edilsin: Komissiya Sədrinə – 60 rubl məbləğində, dövlət xid-
mətində olan komissiya üzvlərinə gündəlik 40 rubl, qalanlarına isə 50
rubl məbləğində. Səfərlər üzrə xərclər həqiqi qiyməti üzrə ödənilsin. Ko-
missiyaya katib, ekspertlər və ehtiyac olan digər şəxsləri dəvət etmək im-
kanı verilsin.
Xarici İşlər Naziri əvəzinə F. Xoyski
9
Komissiyanın Sədri: Ə.Xasməmmədov (imza).
AR DA, f. 1061, s. 1, i. 105, v. 2.
FƏSİL I
AZƏRBAYCANLI
SAKİNLƏRİN
ŞAHİD İFADƏLƏRİ
91
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 1
Dindirmə protokolu
1918-ci il. 7 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı
çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307
və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Kazım Ələsgər oğlu Axundov, 35 yaşım var, “Nikolay Bünyadov” gə-
misində Komandir köməkçisi (Bakı şəhəri, Verxnyaya Tazapirskaya
küçəsi 17).
Bu il mart ayının 17-də
10
axşam saat səkkiz radələrində mən bolşevik-
lərin Musa Nağıyevin
11
Birjevaya və Krasnovodskaya küçələrinin kəsişmə-
sində yerləşən evində
12
keçirilən yığıncağına getdim. Məni bolşeviklərin
yığıncağına buraxmadılar, çünki bu zaman orada sırf partiya iclası keçi-
rilirdi, mən isə Sosialist-inqilabçılar
13
partiyasının üzvü idim və bununla
belə Fəhlə, Əsgər və Matros Deputatların Bakı Sovetinin
14
də üzvü idim.
O zaman mən Musa Nağıyevin həmin evində, “Astoriya” mehmanxana-
sında
15
yerləşən Hərbi-İnqilab Komitəsinə
16
baş çəkdim. Bu vaxt Petrov-
skaya meydanı tərəfdə atışma başlandı. Ermənilərin və Avakyanın
17
söz-
lərinə görə müsəlman diviziyasının
18
süvariləri qırmızı qvardiyaçılara və
Nəzarət rotasına atəş açıblar. Avakyan Hərbi-İnqilab Komitəsində onun
yanına gələn bütün ermənilərə vəziyyətindən və peşəsindən asılı olma-
yaraq tüfəng və patron paylayırdı. Mən küçəyə çıxdım. Bütün evlərdən
ermənilər - hərbçi və mülki - əllərində silah küçəyə çıxırdılar. Mən, er-
mənilərin izdihamının içindən keçərək və Krasnovodskaya, Qoqolevskaya
və Mariinskaya küçələrini adlayaraq Molokanskaya küçəsi ilə getdim. Adı
çəkilən bütün küçələr silahlı ermənilərlə dolu idi və erməni kütlələrinin
izdihamı səbəbindən konkaların hərəkəti dayanmışdı. Mən Hərbi-İnqilab
Komitəsinə qayıtdım. Mənim xatırladığıma görə, təxminən gecə saat 12 ½
radələrində Hərbi-İnqilab Komitəsinə Abbas Qulu Kazımzadə
19
, Qasım Qa-
sımov, həkim Tağıyev, Behbud xan Cavanşir
20
, Ter-Mikaelyan və digərlərin-
dən ibarət olan nümayəndə heyəti gəldi. Az sonra həkim Leon Atabekyan
gəldi və Arakelyandan – İcraiyyə Komitəsi sədrinin köməkçisindən xahiş
etdi ki, hadisələr sülh yolu ilə yoluna qoyulsun, yoxsa ermənilərlə müsəl-
manlar arasında milli qırğın baş verəcəkdir. Atışma getdikcə güclənirdi və
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
92
güllələr vıyıldayırdı. Sonradan müsəlman diviziyasının süvarilərindən öy-
rəndim ki, Lənkərana yola düşmək üçün onlar “Evelina” gəmisinə minən
zaman erməni əsgərlərinin dəstəsi gəlmiş və süvarilərə silahlarını təhvil
verməyi təklif etmişdir. Süvarilər imtina etdikdə, erməni dəstəsi atəş aç-
mışdır. Süvarilər də öz növbəsində onlara tüfəng atəşi ilə cavab vermişlər.
Ermənilər “Evelina” gəmisinin durduğu Rusiya-Qafqaz Gəmiçilik Birliyi-
nin
21
limanını dörd tərəfdən, Merkuryevskaya və Mariinskaya küçələrinin
tinlərindən, Bolşaya Morskaya küçəsindən və 19 №-li limandan güllə atə-
şinə tutmuşlar. Süvarilərə 1500 nəfərdən ibarət ermənilər də atəş açırdılar.
Hərbi-İnqilab Komitəsində nümayəndə heyəti süvarilərin silahları təhvil
verməsinin şərtlərini hazırladı və nümayəndə heyətinin oraya gələcəyi
barədə süvariləri əvvəlcədən telefon vasitəsilə xəbərdar edərək, limana
yollandı. Nümayəndə heyəti gələn kimi hər iki tərəfdən atışma dayan-
dırıldı. Nümayəndə heyəti divizionun süvariləri ilə danışıqlar apararaq,
süvarilərin silahlarını təhvil verəcəyi təqdirdə, onların özlərinin sağ-sa-
lamat buraxılacağına zəmanət almaq üçün Hərbi-İnqilab Komitəsinə qa-
yıtdı. Yalnız martın 18-i səhər saat 6-da nümayəndə heyəti süvarilərdən
silah, patron və yəhərləri təhvil aldı. Mən səhər saat yeddidə evə gəldim
və günorta saat üçə qədər yatdım. Nümayəndə heyəti mənimlə birgə da-
ğılışdı və işin həll olunduğuna görə müsəlmanlar razı qaldılar. Martın
18-də günorta saat üçdə arvadım məni oyatdı və xəbər verdi ki, şəhərdə
hadisələr gözlənilir. Mən həyəcanlandım, çünki bilirdim ki, ermənilər ar-
tıq bir neçə ay idi ki, şəhərin ermənilər yaşayan hissəsinə, Ermənikəndə
və kəndlərə tüfənglər, pulemyotlar, patronlar daşıyaraq sürətlə silahla-
nırdılar. Mən şəhərdə öyrəndim ki, “İsmailiyyə”
22
Xeyriyyə cəmiyyətinin
binasında müsəlmanların iclası keçirilmişdir və Ter-Mikaelyan bu iclasa
gələrək Erməni Milli Şurasının
23
və “Daşnaksütun”
24
partiyasının adından
rəsmi şəkildə bildirmişdir ki, əgər müsəlmanlar çıxış edərsə, ermənilər də
müsəlmanlara qoşulacaq və bolşeviklərin qovulmasına kömək edəcəklər.
Müsəlmanlar minnətdarlıqlarını bildirmiş, lakin cavab vermişlər ki, çıxış
etmək fikirləri yoxdur. Şəhərdə müsəlmanlar nədənsə narahat idilər, la-
kin nə baş verdiyini heç cür anlamırdılar. Mən İcraiyyə Komitəsinə yol-
landım və yalnız Parapetə
25
kimi gedə bildim, çünki burada xeyli silah-
lı erməni var idi, onların yanından keçib getməyə risk etmədim. Mənim
saatımla saat 4.40 dəqiqədə Parapetin qarşısında olan erməni kilsəsinin
26
yaxınlığında, Erməni Milli Komitəsinin döyüşçü drujinası adlandırılan
93
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Yeqiş Paxlavuninin erməni dəstəsi silahlardan müsəlmanlara atəş açdı.
Demək olar ki, eyni vaxtda şəhərin “Şamaxinka” adlandırılan hissəsində
Levon Saatsazbəyovun erməni dəstəsi atəş açmağa başladı.
19 martda, səhər erkən, müsəlmanların hələ yatdığı vaxt, erməni əsgər-
lərinin hücumu başlandı. Ermənilər ilk hücumlarını şəhərin müsəlman-
lar məskunlaşan “Kərpicxana”, “Məmmədli” və “Poxlu Dərə” rayonlarında
həyata keçirdilər. Şəhərin bu və digər rayonlarını dənizdən “Ərdahan” və
“Janr” hərbi gəmiləri toplardan, Ermənikənd tərəfdən isə ermənilər top-
lardan atəşə tuturdu. Matroslar müsəlmanlara qarşı çıxış etmək istəmir-
dilər, lakin onlar yalnız ermənilərin fitnəkarlığı sayəsində çıxış etdilər,
çünki ermənilər onları inandırmışdı ki, müsəlmanlar Qalada olan bütün
rusların və xristianların hamısını qılıncdan keçiriblər. Amma matroslar
müsəlmanların ruslara toxunmadığına, əksinə, onlara yemək verdiklərinə
əmin olduqdan sonra toplardan atəş açmağı dayandırdılar. Martın 19-u
axşam müsəlmanlar bolşeviklərin ultimatumunu
27
tanımağa məcbur ol-
dular və sülh bağladılar, lakin ermənilər barışıqdan sonra da müsəlman-
ları öldürməkdə davam edirdilər. Martın iyirmisinə qədər müsəlmanların
əksəriyyəti belə düşünürdü ki, ermənilər onlara qarşı çıxış etməzlər və
buna görə də martın 20-dək ermənilərə atəş açmırdılar. Martın 20-də bü-
tün müsəlman evlərinin üzərində ağ bayraqlar göründü, lakin ermənilər
evlərə soxulmaqda və dinc müsəlmanları qətlə yetirməkdə, qadın və uşaq-
ları evlərdən bayıra çıxararaq, küçədə öldürməkdə, müsəlmanların evləri-
ni yandırmaqda davam edirdilər.
Hələ martın 19-da ermənilər demək olar ki, şəhərin “Kərpicxana”,
“Məmmədli” və “Poxlu Dərə” rayonlarını tamamilə məhv etdilər. Ruslar
və matroslar erməniləri dayandıra bilmirdilər, lakin harada mümkün idi,
müsəlmanlara kömək edirdilər. Martın 21-də aviasiya məktəbinin rəisi
mənə 4 dənizçi verdi və biz əlimizdə tüfəng Bazar küçəsinə yollandıq. Er-
məni əsgərləri burada müsəlmanların evlərini, dükanlarını və mağazala-
rını yandırır, qarət edir, müsəlmanların özlərini isə öldürürdülər.
Bazarnaya küçəsində biz üç erməni soyğunçunu güllələdik və bir er-
məninin kisəsindən üstündə insan ətinin qalıqları olan sırğa tapdıq. Er-
mənilər martın 24-dək dinc müsəlmanları qırmaqda davam etdilər və
yalnız 36-cı Türküstan alayının tələbindən və matrosların hədələrindən
sonra, həmçinin İcraiyyə Komitəsinin Sədri Caparidzenin
28
ciddi mü-
daxiləsindən sonra qırğınları dayandırdılar. Dənizçilər hədələyirdilər ki,
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
94
əgər ermənilər müsəlman qırğınlarını dayandırmazsa, toplardan şəhərin
ermənilər yaşayan hissəsini atəşə tutacaqlar. Bundan sonra “Ərdahan” və
“Krasnovodsk” hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limanlara
yaxınlaşdı. Martın 24-də dənizçilər mənə təyyarəçi Rozemblumun rəh-
bərliyi altında 10 silahlı matros verdilər və biz ayın 25-i səhər 6-dək şəhə-
rin Çəmbərəkənd rayonunu mühafizə etdik.
Martın 25-də mən Nikolayevskaya küçəsindən cəsədlərin yığışdırıl-
ması ilə məşğul olmağa başladım. Mən digər müsəlmanlarla birlikdə 3
müsəlman gimnaziya şagirdinin, süngülərlə deşik-deşik edilmiş və qı-
lınclarla doğranmış 11 müsəlmanın cəsədini, bir rus qadının, 3-5 yaşla-
rında üç müsəlman oğlan uşağının, 8 rus kişi, 19 müsəlman - iranlı tə-
bəələrin və müxtəlif peşələrin sahibi olan 67 müsəlman kişi cəsədlərini
yığışdırdım. Biz bu cəsədlərin hamısını avtomobillərdə məscidə apardıq.
Məndən başqa ermənilər də müsəlmanların cəsədlərini yığışdırır, ara-
ba və avtomobillərdə köhnə “Vulkan” limanına aparırdılar. Buraya 6748
nəfər müsəlman kişi, qadın və uşaq meyitləri gətirilmişdi. Martın 26-
da mən şəhərin “Məmmədli” və “Poxlu Dərə” rayonlarına yollandım ki,
müsəlmanlar burada martın 31-dək cəsədləri yığışdırıb qurtara bilmir-
dilər. Bu rayonlardan meyitləri müsəlmanlar qəbiristanlığa aparırdılar.
Mən şəhərin “Kərpicxana” adlanan rayonuna özümlə texnik Vladimir
Sokolovu apardım ki, cəsədlərin fotoşəkillərini çəksin. Sokolov üç şəkil
çəkdi. Birinci şəkil: Başında güllə yarası olan qadın cəsədi, bədənində beş
süngü yarası və doğranmış sağ körpücük sümüyü. Cəsədin sağ döşü üzə-
rində süngü ilə ayağından yaralanmış hələ sağ olan körpə var və anasının
döşünü əmir. İkinci şəkil: İki yaşlarında olan bir uşaq yeddi-səkkiz ver-
şok uzunluğunda mismarla otağın divarına mismarlanmışdır. Mismarın
papağından görünürdü ki, mismar elə burada atılıb qalmış daşla vurul-
muşdur. Üçüncü şəkil: Yataqda 13-14 yaşlarında qız cəsədi. Onun vəziyyəti
göstərirdi ki, bir neçə şəxs tərəfindən zorlanmışdır. Aralı qalmış ayaqla-
rının arasındakı yataq qana bulaşmışdı. Boynunda barmaq izləri var idi.
Bu şəkilləri Sokolov üç evdə çəkdi. Biz dördüncü evə girəndə, qarşımızda
aşağıdakı mənzərə açıldı: Böyük otağın döşəməsində 22-23 yaşlarında bir
qadının çılpaq cəsədi, iki qoca qarının və bələkdə olan körpənin ayaq və
əllərini üç it gəmirir, altı yaşlı qızın və səkkiz yaşında oğlanın cəsədləri.
Mən itləri güllələdim. Sokolov sifətini dəsmalla örtdü, hönkürərək otaq-
dan qaçdı və şəkil çəkməkdən imtina edərək, evinə getdi.
95
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
Mən tək qaldım və bir-bir evlərə girməyə başladım. Bütün evlərdə
müsəlmanların – kişi, qadın və uşaqların müxtəlif vəziyyətlərdə meyitləri
var idi və ətrafda bütün bu dəhşəti daha da gücləndirən ölü sükut hökm
sürürdü. Hələ indi də, doqquz aydan sonra, yadıma düşəndə belə, məni
dəhşət bürüyür. Bütün dəhşət və ölüm mənzərələrini təsvir etmək mə-
nim üçün çox ağırdır, yalnız onu deyə bilərəm ki, “Məmmədli” və “Pox-
lu Dərə” rayonları başdan ayağa dağıntılardan və meyitlərdən ibarət idi,
və meyitləri toplayan müsəlmanlardan başqa bu rayonlardan kimsə yox
idi. Geriyə qayıdarkən, Mərkəzi həbsxananın
29
yaxınlığında 400-dən artıq
kişi, qadın və uşaq meyitlərinə rast gəldim. Demək olar ki, bütün meyitlər
soyundurulmuşdu və başları qərbə doğru uzadılmışdı.
Ermənilər qarşılarına bütün müsəlmanları məhv etmək məqsədi qoy-
muşdular, lakin onlara şəhərin rus əhalisi və ruslardan ibarət olan hər-
bi hissələr mane olurdu. Ermənilər mart hadisələrindən sonra türklər
gələnədək, fürsət düşdükcə, müsəlmanları, əsas etibarı ilə şəhərdən kənd-
lərə köçmüş bütün müsəlmanları öldürür və qarət edirdilər. Məsələn, er-
mənilər “Bərk Dərə” adlanan yerdə pusqu quraraq, şəhərdən Qobu kən-
dinə gedib-gələn bütün müsəlmanları qətlə yetirir və qarət edirdilər.
Müsəlmanların ermənilər tərəfindən sistemli şəkildə qırılması və qarət
edilməsi İcraiyyə Komitəsini məcbur etdi ki, Ryabovun başçılıq etdiyi
dəstəni və 15 silahlı ilə məni şəhərin müdafiəsinə göndərsin. Ryabovun
dəstəsi 12 silahlı şəxsdən ibarət idi. Biz 18 ermənini mühasirəyə alaraq,
onların silahlarını götürdük və özlərini həbs etdik. Ermənilər müsəlman-
ları kəndlərdə də qətlə yetirirdilər, cəsədləri xəndəklərə və quyulara atırdı-
lar. Ermənilər gənc müsəlman qadınları öz evlərinə aparır və zorlayırdılar.
Ermənilər xeyli müsəlman qadınını Ermənikəndə aparmışdılar. Müsəl-
manlar özləri və təcavüzə məruz qalmış müsəlman qadınlar öz rüsvayçı-
lıqlarını gizlədir və ermənilər tərəfindən evlərindən əsir aparılaraq, onla-
ra nə edildiklərini danışmırlar.
Oxundu. İmza.
Fövqəladə Təhqiqat Komissiyasının sədri:
Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: Məmməd Xan Təkinski
30
, А.Аleksandroviç
31
,
А.Kluge
32
(imzalar).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər
Arxivi, fond 277, siyahı 2, iş 14, vərəq 49–52 (bundan sonra: AR Pİİ SSA...)
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
96
Dostları ilə paylaş: |