Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

Sənəd № 21

Dindirmə protokolu

1918-ci il, 3 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı 

çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o, Cinayət Prosessual Məcəllə-

sinin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstər-

mişdir:

Əbdül Cabbar Babayev, Bakılı, Bakıda, İçəri şəhər (Qala), Sobornaya 

küçəsi, 25 №-li evdə yaşayıram, 52 yaşım var.

 Bu il mart ayının ortalarında axşam saat 5-6-da mən tüfəngdən atılan 

atəş səsləri eşitdim. Gecə saat 11-də mənim köhnə tanışım Pyotr Moise-

yeviç Zorabov qaçıb bizə gəldi və Ambarsum Serqeyeviç Melikovun sabah 

səhər ermənilərin müsəlmanlarla birlikdə bolşeviklərə qarşı gözlənilən 

hücumu barədə ona dediklərini mənə xəbər verdi. Həqiqətən, ertəsi gün 

səhər ermənilər hücuma keçdilər, ancaq müsəlmanlarla birlikdə bol-

şeviklərə qarşı deyil, bolşeviklərlə birlikdə müsəlmanlara qarşı. Mənim 

evim və bu evdə yerləşən mənzilim atəşə tutulurdu və mən özüm gördüm 

ki, İşxan Qarabəyov qaynı Nikolayla (onun soyadını bilmirəm) öz evinin 

damından mənim mənzilimə tüfənglərdən atəş açırlar və bu güllələrdən 

mənim qardaşım Əbdül Qafar telefonla danışdığı vaxt öldürüldü. Güllələ-

rin izi ilə Qarabəyovun evindən atılan atəşlərin istiqamətini müəyyən 

etmək olar. Mənim mənzilimi talan etmiş, 250.000 rubl məbləğdən artıq 



117

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

əmlakımı evdən aparmışlar. Sülh bağlanandan sonra Maks Manasoviç 

mənə danışırdı ki, özünün yaşadığı “Metropol” mehmanxanasından Ni-

kolayevskaya küçəsi boyu müsəlmanlara yaylım atəşləri açan silahlı er-

məni dəstəsini görüb və o, Manaseviç, bu dəstənin arasında Ambarsum 

Serqeyeviç Melikovun oğlu Jorju tanıyıb. 

Barışıqdan bir neçə gün sonra mən öz ailəmlə kəndə köçdüm və ora-

da bir kəndlidən eşitdim ki, Ambarsum Melikov özü də silahlanmış və 

erməni dəstəsi ilə müsəlmanlara qarşı vuruşmuşdur. Kəndən şəhərə 

qayıtdıqdan sonra mən bunu da eşitdim ki, ingilislərin təkidi ilə bir 

dəstə adam Zabrata göndərilmişdir və orada bu adamlar bir dərədən er-

mənilər tərəfindən doğranmış və dərəyə atılmış 22 müsəlman meyiti-

nin tikələrini çıxarmışlar. Ramana ərazisində də çoxlu müsəlman qa-

dın, uşaq və kişi doğranaraq öldürülmüşdür. Pyotr Moiseyeviç Zorabov 

mənə danışırdı ki, onun mənzilinə bir rus qadını, Cavad Aşurbəyovun 

yaxşı tanışı, gələrək Aşurbəyovun taleyi barəsində öyrənmək istəmişdir. 

Və Zorabovun arvadının yanında həkim Tiqran Ter-Zaxaryantsın denşi-

ki xəbər verib ki, o, yəni denşikin özü, digər ermənilərlə birlikdə barışıq-

dan sonra Cavad Aşurbəyovu və doktor Kərim bəy Sultanovu öldürüblər 

və hər ikisinin meyitini yanan “Dağıstan”

67

 mehmanxanasının alovla-



rına atıblar. Denşikin bu bəyanatından sonra Cavad Aşurbəyovun tanışı 

huşunu itirərək yıxılmış, doktor Ter-Zaxaryants isə demişdir ki, doktor 

Sultanov onun yaxşı tanışı idi. 

Oxundu. İmza. Ə.Babayev. 

Komissiya üzvləri: Məmməd Xan Təkinski, 

Prokuror köməkçisi А.Kluge (imzalar) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 3-4.

Sənəd № 22

Dindirmə protokolu

1918-ci il, 7 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

118


Şıx Balayev, 39 yaşım var, Bakı şəhərində, Verxnyaya-Priyutskaya 

küçəsi, 97 №-li evdə yaşayıram.

Bu il martın 19-da səhər saat 9-da tüfənglə silahlanmış Stepan Lalayev, 

Tatevos Əmirov, Sergey Melikov və Arustam Tərcumanov və onlarla bir-

likdə əsgər paltarında olan daha 9-10 nəfər silahlı erməni mənim evimə 

gəldilər. Onlar evimdən daha qiymətli əşyaları çıxarıb aparmağa, qalanla-

rını sındırmağa başladılar. Onlar üç dəfə mənim evimi yandırmış və hər 

dəfə mənim kirayənişinlərim və bir neçə rus əsgərlərinin sayəsində onu 

xilas etmək mümkün olmuşdur. Bundan başqa ermənilər gözlərinə dəyən 

hər bir tatarı öldürürdülər. Mənim evimin yanında Sergey Melikovun mə-

nim dayım oğlu Tələt Hüseynova, sonra isə Ağadadaş Hacı Qurban oğluna 

necə güllə atdığını və onları yaraladığını mən özüm görmüşəm. Bir qədər 

keçdikdən sonra bu dəstə Ağadadaşın evinə girdi və onun özünü və ata-

sı Hacı Qurban oğlunu öldürdü. Mən sonradan evdən Şamaxinkaya qaça 

bildim, buna görə də sağ qaldım. Mənim evimdən qarət edilmiş əşyaların 

siyahısını təqdim edirəm. Ümumiyyətlə mənə 1.200.000 rubl məbləğdə 

ziyan dəymişdir, bu məbləği Lalayevin və onun yoldaşlarının mülkiyyəti 

hesabına ödəməyi xahiş edirəm. 

Oxundu. İmza. Şıx Balayev. 

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 125.

Sənəd № 24

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Əli bəy Səlimbəyov, diş həkimi, 41 yaşlı, Bakıda Mixaylov-

skaya küçəsi, №- 11 ünvanda, Aşumovun evində yaşayıram. 

1918-ci i mart qırğınları vaxtı mən tələbəmlə birlikdə öz mənzilimdə 

idim. Bazar ertəsi günü səhər saat 6-da mən kabinetdəki pəncərəyə yaxın-

laşdım və küçədə silahlı erməni əsgərlərinin kütləsini gördüm; mənə ay-



119

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

dın oldu ki, şəhərdə bolşeviklər deyil, ermənilər hücuma keçiblər və bir 

müsəlman kimi məni ölümcül təhlükə gözləyir. Elə oradaca, mən tüfənglə 

silahlanmış Stepan Lalayevin Ermansın aptekinin

68

 yanında durduğunu 



gördüm, biz şəxsən tanış olmasaq da, bir-birimizi üzdən tanıyırdıq. S.La-

layev də məni pəncərədə gördü və sol əlini yuxarı qaldıraraq barmağı ilə 

məni hədələdi. Səhər saat 11-də ermənilər mənim mənzilimin giriş yolunu 

dağıtmağa başladılar, oranı dağıtdıqdan sonra giriş qapısını sındırmağa ça-

lışdılar. Qapının bir hissəsi sındırılmışdı, lakin qapının zənciri basqınçıla-

ra mənzilə soxulmağa mane olurdu və bunun sayəsində mən və tələbəm 

salamat qaldıq. Elə həmin gün küçədən mənim mənzilimə 4 atəş açıldı və 

telefon xətti zədələndi. Gecə biz evin zirzəmisində gizləndik. Bura başqa sa-

kinlər də yığışmışdılar və biz burada gecə yarıyadək qaldıq, gecə saat 12-dən 

isə Nusembaumun bu evin 4-cü mərtəbəsində yerləşən mənzilində olduq. 

Çərşənbə axşamı mən səhər saat 4-də durdum və bütün günü, həmçinin 

ertəsi, çərşənbə günü, mühəndis Qaysın mənzilində gizləndim. Çərşənbə 

axşamı səhər saat 4-də ermənilər yenidən mənim mənzilimə gəlmiş, ling-

lər və baltalar ilə qapımı sındırmış, evə girmiş və hər şeyi dağıtmışlar. Mə-

nim əmlakım evdən aparılmış, mebel isə məhv edilmişdir. 

Mən altı səhifədə əmlakımın ətraflı siyahısını təqdim edirəm və onun 

işə əlavə olunmasını xahiş edirəm. Əmlakımın ümumi dəyəri 309.200 

rubl təşkil edir və bu məbləğin mənə ödənilməsini xahiş edirəm. 

Oxundu. İmza. M.Səlimbəyov. 

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 30.

Sənəd № 25

Dindirmə protokolu

1918-ci il, 21 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Tağı Həsən oğlu, şamaxılı, 45 yaşlı, Bakı şəhəri Kras-

no-Krestovskaya küçəsi, ev № 15 ünvanda yaşayıram.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

120


Mənim Nikolayevskaya küçəsində, Hüseynov qardaşlarının evində parça 

mağazam var. Bu il mart ayının ortalarında, bolşeviklər müsəlmanlara qarşı 

çıxış etdiyi zaman mən öz mənzilimdə idim. Mənim mənzilimlə yanaşı isə 

Əziz bəy Tahirovun mənzili idi. Mən və binanın sakinləri Tahirovun telefon 

olan mənzilinə tez-tez girirdik və mən eşidirdim ki qırğının birinci günündən 

barışıq elan edilənədək, daşnaksakanların nümayəndələri Tahirova müsəlman-

ların bolşeviklərə qarşı çıxış etdiyini, bütün ermənilərin müsəlmanlara qo-

şulduğunu və bolşeviklərə qarşı vuruşduğunu deyirlər. Bolşeviklərlə döyüşün 

üçüncü günü mən və digər müsəlmanlar öyrəndik ki, ermənilər bizi aldadır-

dılar və ermənilər özləri şəhərin Avropa hissəsində yerləşən evlərə soxulur, bu 

evlərin mənzillərindən dinc müsəlmanları, qadın və uşaqları bayıra çıxarır və 

öldürürdülər. Demək olar ki, bütün ermənilər müsəlmanlara qarşı silahlı çıxış 

edirdilər və mən barışığın birinci günü hətta ziyalı erməniləri, məhz: and-

lı iclasçı Mixail Ter-Sarkisovu, andlı iclasçı Arutçevi, Antonovun uşaqlarını və 

adlarını bilmədiyim digərlərini görmüşdüm. Bütün bu erməniləri mən Niko-

layevskaya küçəsində əllərində tüfəng, “xaki” rəngli kostyumda və uzunboğaz 

çəkmələrdə, əsgər paltarında görmüşdüm. Onlar əsgərlərə göstərişlər verirdilər. 

Digər erməni, rus və yəhudilərdən eşitmişdim ki, Nikoilayevskaya küçə-

sində yerləşən “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını zabit 

Styopa Lalayevin başçılıq etdiyi ermənilər yandırmışlar. Adı çəkilən binaya 

benzin tökmüş və od vurmuşlar. Mən həmçinin eşitmişəm ki, yuxarıda ad-

ları çəkilən ermənilərin sərəncamı ilə Bala Əhməd Muxtarovun Persidskaya 

küçəsində yerləşən evinə silahlı ermənilər göndərilmişdir, çünki onlar bilir-

dilər ki, Muxtarovun evində xeyli ziyalı müsəlmanlar yığışmışdı. Barışıq za-

manı ermənilər Muxtarovun evindən demək olar ki, müsəlmanların hamı-

sını guya əsir götürmək adı ilə küçəyə çıxardılar və Sobornaya meydanında 

qətlə yetirdilər. Barışıqdan sonra, türklər gələnədək, altı ay ərzində ermənilər 

gecələr evlərə soxulur və sistemli şəkildə müsəlmanları küçəyə çıxarır, hara-

sa aparır və öldürürdülər. Qətlə yetirilmiş bəzi müsəlmanları biz tapa bilmir-

dik və sonradan öyrəndik ki, ermənilər müsəlmanları öldürür, meyitlərini isə 

xəndəklərə atırmışlar. Mənim tanışlarımdan Eyvazov ermənilər tərəfindən 

aparılmışdır və indiyədək onun meyitini tapmaq mümkün olmamışdır. Er-

mənilər həmçinin kəndlərə gedən və kəndlərdən gələn müsəlmanları da öl-

dürürdülər və bu müsəlmanların meyitləri Sabunçu, Suraxanı və Binə kənd-

lərində olan su quyularından tapılmışdır. Mart ayının ortalarında ermənilər 

mənim mağazamı talan etdilər və bütün malı həyətdən çıxardılar. Bu barədə 



121

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

ilk dəfə evlər komitəsi tərəfindən akt tərtib edilmiş və bolşeviklərə göndəril-

mişdi. Bolşeviklər dindirmə yolu ilə mağazanın köhnə qiymətlə 97.000 rubl 

məbləğində ermənilər tərəfindən talan edilməsi faktını müəyyən etmişdilər 

və mən bu barədə ərizə ilə müraciət edirəm və onun işə əlavə edilməsini xa-

hiş edirəm. Mənə danışırdılar ki, ermənilər hamilə qadınların qarınlarını ya-

rır və hamilə qadınların qarnından körpəni dartıb çıxarırdılar. Hacı Əjdərin 

tikdirdiyi məsciddə

69

 müsəlman qadınlara və qızlara təcavüz edilmişdi. Ermə-



nilər məscidi ayaqyoluna çevirərək, onu murdarlamışdılar. “Kaspi” qəzetinin 

redaksiyasında olan 12.000 ədəd Quran kitabları bina ilə birlikdə ermənilər 

tərəfindən yandırılmışdı. Yandırılmış Quran kitablarının qalıqları zirzəminin 

dağıntıları altındadır. Mart hadisələrinədək ermənilər şəhərin müsəlmanlar 

yaşayan hissəsindən köçməyə başlamışdılar. Məsələn, mənim evimin qarşı-

sında oturan erməni bərbər mart hadisələrinə altı gün qalmış köçüb getmiş-

di. Ermənilərin belə hərəkətlərindən sonra anlamışdıq ki, ermənilər müsəl-

manlara qarşı hücuma hazırlaşırlar.

Oxundu. İmza.

Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza)

Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: Andlı iclasçı M.Təkinski, 

А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 23-24.

Sənəd № 26

Dindirmə protokolu

1918-ci il, 3 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Abbas Eyvaz oğlu, bakılıyam, Pozenovskaya küçəsi, ev № 20.

Bu il martın ortalarında limanların birində tüfənglə atışmalar başladı, 

buna görə mən Naberejnaya küçəsindəki kontorumu bağlayıb evə yollan-

dım. Atışma ertəsi gün axşam da davam etdi. Üçüncü gün səhər mən Sisia-

novskaya və Nikolayevskaya küçələrinin kəsişməsində yerləşən və türk hərbi 

əsirlərinin qaldığı karvansaraya

70

 getməyə hazırlaşırdım. Bu vaxt Nilolayev-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

122


skaya küçəsinin hər tərəfindən atəş səsləri gəlirdi. Mən tindən boylananda 

gördüm ki, “Metropol” mehmanxanasından Nikolayevskaya küçəsi boyu 25 

silahlı erməni əsgəri üzü yuxarı qalxır, onların başında həmçinin tüfənglər-

lə silahlanmış Artyom Nikolayeviç Ter-Akopov, Fridun Antonov və Jorj Meli-

kov gedirdilər. Onlar Nikolayevskaya küçəsi ilə fasiləsiz göyə yaylım atəşləri 

atırdılar. Mən dərhal oradan qaçdım. Sonra eşitdim ki, mənim getmək istədi-

yim karvansarada ermənilər 8 nəfər türk hərbi əsirlərini, 3 iranlı təbəələri və 

2 müsəlman qadını öldürüblər. Ermənilər mənim Nikolayevskaya və Bazar-

naya küçələrinin kəsişməsində yerləşən mağazamı, kontorumu və anbarımı 

talan ediblər. Kontordan 8 xalça və 17 kisə un aparıblar, mağaza və anbardan 

düyü, çay və s. ərzaq məhsulları aparıblar, ümumilikdə mənə məxsus təx-

minən 150.000 manat məbləğində əmlak və ərzaq məhsulları qarət olunub. 

Hələ mart hadisələrinə 2 ay qalmış mən görürdüm ki, ermənilər şəhə-

rin müsəlman hissəsi sayılan yuxarı hissədən öz əşyaları ilə aşağı hissəyə, 

əsasən Telefonnaya küçəsinin rayonuna köçürlər. Mənim suallarıma onla-

rın çoxu belə cavab verirdi ki, şəhərin aşağı hissəsinə ona görə köçürlər ki, 

erməni komitəsinin fikrincə orda yaşamaq daha mühasib ola bilər. Bundan 

əlavə, ermənilər ruslara da, müsəlmanların onları öldürə biləcəyi barədə xə-

bərdarlıq edərək, şəhərin aşağı hissəsinə köçməyi məsləhət görürdülər. Bu-

nunla onlar rus əhalisini müsəlmanlara qarşı qaldırmaq istəyirdilər. Yuxa-

rıda adları çəkilən şəxslərdən Ter-Akopov ixtisasca mühəndisdir. 

Türk qoşunları Bibiheybətə girdikdən 2 gün sonra mənim əmim oğlu, 

Pozenovskaya küçəsindən yuxarıda, Çəmbərəkənddə yaşayan Cəfərqulu 

İbrahim oğlunun evinə 4 nəfər erməni, onların arasında bir general Arut-

yunyants və Evanqulov adlı başqa birisi, gəlmişlər. Onlar guya Cəfərqulu-

nun casusluqla məşğul olduğunu və türk ordusuna müxtəlif məlumatlar 

verdiyini bildirərək onu özləri ilə aparmışlar. Bir neçə saatdan sonra onlar 

geri qayıtmış və Cəfərqulunun arvadına demişlər ki, guya ki, Cəfərqulu-

dan evdə pul saxladığını öyrənmişlər. Sonra onlar evdə axtarış apararaq 

evi alt-üst etmiş və divarın taxçasında, döşəklərin arasında kredit biletlə-

ri ilə 12.285 rubl tapmışlar. Onlar pulları götürmüş və Cəfərqulunun arva-

dını öldürərək çıxıb getmişlər. 

Oxundu. İmza.

Komissiyanın sədri: Ə. Xasməmmədov (imza)

Komissiyanın üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 1-2.



123

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 27

Dindirmə protokolu

1918-ci il, 27 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əshəddin Hacı oğlu Mustafayev, 22 yaşım var, Bakı şəhərində, Qor-

çakovskaya küçəsi, 12 № li evdə yaşayıram. 

Bu ilin mart ayında mən Ağa Hüseyn Babayevin Nikolayevskaya və Za-

vedenskaya küçələrinin tinindəki evində yaşayırdım. Martın 19-da gün-

düz saat 3-də bizim evə 14 nəfər erməni əsgəri gələrək mənə bildirdilər 

ki, bizim həyətdə 3 nəfər tatar yaşayır və sakinlərdə 11 tüfəng vardır; on-

lar bunu da dedilər ki, əgər biz tüfəngləri verməsək bizim hamımızı əsir 

aparacaqlar. Evdə cəmi bir, doktor Nəriman bəy Nərimanovun

71

 tüfəngi 



tapıldığı üçün ermənilər bu tüfəngi götürdülər, sonra məni, əmim Məci-

dulla Osman oğlunu, Hacı Xan Qurban oğlunu, Üzeyir Hacı Müştaq oğ-

lunu, Rəhim Rəhimxan oğlunu, Ağa Hüseyn Babayevi, doktor Nərimano-

vun qardaşını, mühəndis Sərkisyanın bağbanını Nikolayevskaya küçəsi 

ilə aşağıya doğru apardılar. Mühəndis Sərkisyan mart hadisələri başla-

mazdan bir neçə gün əvvəl ailəsi ilə birlikdə şəhərin ermənilər yaşayan 

hissəsinə köçmüşdü, öz əşyalarını qorumaq üçün isə bağbanı mənzilində 

qoymuşdu. Yolüstü ermənilər ağ bayraqla gedən üç nəfər yaşlı müsəlman-

dan ibarət nümayəndələri də həbs etdilər. Velikoknyajeskaya prospektinə 

çatdıqda, erməni əsgərləri bizi Kələntərov pasajının qarşısında bir sıraya 

düzdülər və tüfənglərdən bizə yaylım atəşi açdılar. Mən partlayan güllə ilə 

sağ qolumdan və sağ tərəfdən yaralandım, Məcidulla Osman oğlu part-

layan güllə ilə sağ ayağından yaralandı. Üzeyir, Babayev, bağban, Rəhim 

və Hacı Xan yerindəcə ölmüşdülər, sonuncunun bütün kəlləsi dağılmışdı. 

Sonra bizi qarət etdilər; mənim 1500 rubl dəyərində brilyant qaşlı üzüyü-

mü əlimdən aldılar. Öldürülənlərin əşyalarından başqa geyimlərini, hətta 

alt paltarlarını çıxardılar. Bizi əsir götürən dəstənin başçısı Ofitserskaya 

küçəsindəki ev sahibi erməni Sergeyevin oğlu idi. Mənim əmim Məci-

dullanın qızıl saatını, qızıl üzüyünü, gümüş portsiqarını və d. əşyalarını 

– cəmi 10.000 rubl məbləğində, və 5000 rubl nağd pulunu qarət etmişlər. 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

124


Oxundu. Əshəddin savadsız olduğu üçün onun əvəzinə M.Q. Zalbəyov 

imzaladı.

 Komissiyanın sədri: Ə. Xasməmmədov (imza)

 Komissiyanın üzvləri: А.Kluge Məmməd Xan Təkinski, (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 42-43.

Sənəd № 28

Dindirmə protokolu

1919-cu il, 8 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Osman Osmanov, 26 yaşlı, Temir-Xan-Şurada yaşayıram.

Keçən il martın 19-da, səhər, mən doktor Bəybala bəy Sultanovun 

Vorontsovskaya küçəsində yerləşən mənzilinə gəldim. Orada qarət-

lə məşğul olan yüz nəfərə yaxın erməni əsgərlərini gördüm. Bəziləri-

nin əlində qızıl zəncirlər, saatlar, alt paltarları, dəsmallar var idi. Bu 

dəstənin başçısı Stepan Lalayev idi. Mən onu yaxşı tanıyaram: orta 

boyludur, yanağında çapıq var. O, hamıya əmrlər verirdi. Mən ermə-

niyə oxşadığım üçün heç kəs mənə toxunmadı. Evin həyətində mən 

öldürülmüş bir uşaq gördüm. Elə orada bir kişi meyiti də var idi, görü-

nür, o da öldürülmüşdü. Mən buradan çıxıb getməyə tələsdim, belə ki, 

qorxurdum ki, müsəlman olduğumu bilsələr, məni də öldürərlər. Bun-

dan 3 gün sonra mən yenidən doktor Sultanovun mənzilinə gəldim. O 

zaman mən doktorun özünün meyitini gördüm. O, öz evinin damında 

uzanıb qalmışdı. Cibləri astarına çevrilmişdi. Onun haradan yaralan-

dığını mən görmədim. Sonralar eşitdim ki, deyilənə görə, doktor Sulta-

novu guya Stepan Lalayev şəxsən özü öldürmüşdür. 

Oxundu. İmza. O.Osmanov.

Komissiyanın üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 68.

 


125

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 29

Dindirmə protokolu

1918-ci il, 18 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olara zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

İsmayıl bəy Şeyda bəy oğlu Məmmədbəyov, 27 yaşım var, Bakıda, 

Suraxanskaya küçəsində, dalan 15, 2\3 № li evdə yaşayıram.

Bu ilin mart ayında mən qardaşım Qasım bəylə Çadrovaya küçəsin-

də, Krasnovodskya küçəsinin tinindəki evdə yaşayırdıq. Çərşənbə ax-

şamı, martın 20-də, gündüz saat 12-də bizim həyətə 20-25 nəfər ermə-

ni əsgəri basqın etdi, hamımızın üstünü axtardılar, mənim 5200 rubl 

nağd pulumu çıxardılar, sonra məni, qardaşım Qasım bəyi, əmim Əb-

dül Xalıq bəy Məmmədbəyovu və onun oğlu İlyas bəyi küçəyə çıxart-

dılar və dedilər ki, bizi əsir aparırlar. Küçədə bizi 70 nəfərə yaxın si-

lahlı erməni əsgərlərindən ibarət bir kütlə əhatə etdi, onlardan biri, 

ətrafımdakı ermənilərin çiyninin üstündən mənə revolverlə atəş açdı 

və məni sağ çiynimdən ağır yaraladı. Mən əvvəlcə özümü kütlənin 

içinə atdım, sonra Krasnovodskaya, daha sonra isə Bondarnaya küçələ-

ri ilə qaçmağa başladım. Sonra Aşurbəyovun Armyanskaya küçəsinin 

yaxınlığındakı evinə girdim. Bütün bu vaxt ərzində güllələr mənim 

yanımdan bulud kimi keçirdi və onlardan yalnız biri mənim sol çiy-

nimə dəymişdi. Mənim arxamca güllə atanların arasında mən bir ta-

nış erməni gördüm, sonradan öyrəndiyim kimi, bu, 1-ci gimnaziyanın 

tələbəsi Paroyants idi. Mən qaçandan sonra həmin bu ermənilər tərə-

findən mənim qardaşım Qasım bəy 3 güllə ilə, əmim Əbdül Xalıq bəy 

1 güllə ilə, onun oğlu isə 3 güllə ilə öldürülmüşlər, sonuncunun kəlləsi 

tamamilə dağıdılmışdı. Mənim anamı və bacımı əsir götürərək Mai-

lov teatrına aparmışlar. Biz evdə olmadığımız müddət ərzində evimizi 

tamamilə talan etmiş, 15.510 rubl məbləğində qiymətli zinət əşyaları 

və başqa əmlakımızı qarət etmişlər. Mənim öldürülmüş qardaşım Qa-

sım bəyin cibində 6000 rubla yaxın pul var idi və bu pulun bir hissəsi 

onun şəriki Mikayılova məxsus idi. Bu pullar da ermənilər tərəfindən 

oğurlanmışdır.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

126


Oxundu. İmza. İsmayıl bəy Məmmədbəyov. 

Komissiyanın sədri: Ə. Xasməmmədov (imza)

Komissiyanın üzvü: А.Kluge (imza) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 164.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin