Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

Qaqqapapaq  -  təhqir əlaməti,  söyüş.
Aşjıq  Ələsgər  çox  varlı  və  nüfuzlu  bəyə  «Haydı, 
qaqqapapaq»  misrası  ilə  başlayan elə  bir  söyüş  də  demişdir  (14, 
1-ci cild,  səh.  30).
Qaqqıldamaq  -  Azərbaycanın  cənubunda  tüfəngin  və 
müsəlsəlin  (avtomatın)  səsinə deyilir.
Ata-bala danışarkən qaqqıldadı bir müsəlsəl.
Gənc  igidin  göz  önündə  yatdı  yerə  neçə  heykəl  (273,
s.26).
Qalan  işə  qar yağar  -  işi  vaxtında görmək  lazımdır (148,
s.37).
Qalını/xahnı  öz  xabına  sığallarlar  -  hər  kəsin  dilini 
taparlar.
Qalsın  palaz altında - sirri açmamaq.
Baş  tutardı  çox  yaxşı,  tutmazdı  qalardı  palaz  altında  (335,
s.61).
Qəmişliyə keçinək -  əsl mətləbdən yayınmaq.
Burax görüm əmi,  sən lap qəmışlığa keçdin,
Apar vur öz başına,  bu yamaqlı torbanı (168,  s. 144).
Qana çalxamaq -  özünü xətərə salmaq.
Özüvü  xətərə  salma,  Allahı  sevirsən,  özünü qana çalxama, 
baban goru xatiri üçün, gizlən pərdənin  dalısında (5,  S.98).
338
‘Behruz
7ür£fajimbri
Qaııa  çəkrnək  -  xarakter  baxımından  nəslə,  ata-babaya 
oxşamaq.
Qanad gərmək - himayə eləmək, müdafiə etmək.
Qanadı qırılmış  -  ruhdan düşmüş.
Öksüzəm m ən də,  qırılmış qanadım,
G etim  mümkünsə...  (75, c.IV, s.96).
Qanadını qırmaq -  arzuları gözündə qalmaq.
Kərəm indi satın gəzir ölümü,
Fələk qırdı qanadımı,  qolumu (35,  s.530).
Qanadının altına al -  himayə  et.
Allah  Petkanm  atasına  rəhm ət  eləsin,  alıb  səni  qanadının 
altına (1,  s.56).
Qanadı sınmaq >  ruhdan düşmək,  zərbə almaq.
Yoxsa sınmış qanadım dəydi  sənin gül üzünə,
Bir toxunmaqla mayor inciyər insan,  Qarabağ!
Arzumuz əl-ələ verməkdədir bir də  sən ilən 
Bağlayaq  dostluğa,  qardaşlığa peyman Qarabağ!  (  Bəhmən 
Zamani).
Bu gözəl mənzərənin seyrinə dalmaz, baxmaz,
Kim bilir bəlkə də sınmış qanadı,
Bəlkə do qəlbində dərindir yarası  (264).
Qanadlı  sözlər  -  xalqın  ürəyində  iz  qoyan,  ümid  verən
söz.
Qana düşmək -  xataya düşmək.
Boşasam qorxuram oğlanlarından,
Boşaya bilmirəm,  qana düşmüşəm (32,  s. 15).
Qan  ağlamaq  -■  çox  şikayətlənmək,  iztirab  çəkmək, 
hədsiz kədərli olmaq,  yalandan özünü çox yoxsul  göstərmək. 
Ələsgərəm,  qan ağladım,ölüncə  şad  olmadım,
Dostlarında fələk mənə  qara baxdı dünyada (32,  s.31). 
Heydərbaba dalınca qan ağladı,
Ancaq  ayaq izlərini saxladı (328,  s.87).
Mən burda qan ağlaram,
Sən orda gül gejələr.
339

‘Befouz  ffaqqi
Göycə  və  Qarabağ  şivəsində  «c»  hərfinin  yerini  «j»  əvəz 
edir (39,  səh.  675).
Qana  qan  etm ək  -  birindən  intiqam  almaq,  əski 
zamanlarda  hakim  olan  düşüncə  əsasında,  hər  pisliyin  cavabını 
pisliklə verməyə işarədir.
Edibdir bağrımı qan ləblərin, qoy bir içim qanın.
Bu  başsız  bir  m əm ləkətdə  qanıma  qan  etməyim,  neynim? 
(289,  səh.  36.
Qan  beyninə  vurmaq 
-  qan  beyninə  çıxmaq,  hədsiz 
dərəcədə əsəbiləşm ək və fiziki  mənada beyinə qan sızmaq.
Çünki baxacaq qeyzilə qə nd tayına tacir,
Qanı çıxacaq beyninə, murdar olacaqdır (300,  səh.  64).
Kərəm  bunu eşidən  kimi  qan başına sıçradı (117,  s. 147).
İbrahimin  isə  qan  beyninə  vurdu  və  o,  cilovsuz  qəzəblə: 
Əmir Teymur əməl adamıdır,  Şeyx!  - dedi (144,  s. 112-113).
Qancıqlanmaq  -  pis zarafat etmək,  sözünün  yerini,  oturub 
durmağını bilməmək.
Qan  çanağı - davakar, çox əsəbi.
Çıxsam öldürəcəkdi,  zalı m  oğlu  qan  çanağı  idi.  qan...(298,
s.95).
Bir çanaq qandır,  cında qızı,
Alışdı-yandı,  yandı,  cında  qızı (92,  səh.  359).
Qan  dağarcığı  - davakar,  savaşqan, təhlükəli adam.
Qan  damazlığı -  davakar,  söz gəzdirən,  ara vuran.
Qan əkmək  -  düşmənçilik toxumu səpmək,  hörmətsizlik 
etmək.
H əsrət çəkdin,  ortalığa qs.n əkdin,
Qara nöqtə qoydun,  ağ ürəyimdə  (14,  1-cicild,  səh.  131).
Qanı  bonunda  qalmaq  -   birinin  ölümünün  günahını 
birində görmək.
Biz getdik qam qaldı,
Kor yolun qanı qaldı,
Öldürdün sən Tənhayi
Boynunda qanı qaldı  (33,  S.69).
Qanı dolmuş -  birini çox qəzəbləndirmək.
Heftruz  Phaai
Su gedər yarğan  eylər,
Bayqular yarğan eylər.
Gəl qayıt, qanı dolmuş 
Eşidər yar,  qan eylər (33,  s. 120).
Qanı durulsun -  kefi durulmaq.
Öldür  də,  qanın bəlkə durulsun (75, c.IV, 53).
Qan düşm ək -  böyük bir dava-  dalaş 
Saçlarıma dən düşür,  dən  düşür,  yaman düşür.
Hər baxanda anamın ürəyinə qan düşür (328,  s. 18).
Qanı getmək -hədə-qorxu.
Biz dünyadan gedən təki 
Dünyanın qanı gedəcək (260,  s.71).
Qanı  içəriyə  getməli  -ağır  vəziyyəti  üzə  gətirməmək. 
Millətin başı  kəsilib,  qanı  içəri gedir.
Qanı  qan  ilə  yumazlar  -  Türklər  ictimai  problemləri 
çözməyə  dahiyanəliklə  baxaraq  bu  ata  sözlərini  Avropa 
alimlərindən  çox  qabaq  tarixdə  səbt  ediblər.  Beləliklə,  onlar 
bunu  deyiblər  ki,  qatili  qətlə  yetirmək  yeni  bir  cinayətə  əl 
vurmaqdır.
Gözün  qanlı yaşın tökmə ayağa,
Ey  Şükuhi,  sən müdara eylə çay ilə,
Yumazlar qan ilən qam ( Şvıkühi,  s.46).
Qanıqara  olmaq  -  kefsiz,  dilxor,  hansısa  bir  pis  olaydan 
bikefləmiş.
Qan tökmək qanunla yasaq olandan,
Qanları  qaraltmaq  dobolub yaman (328,  s.341
Gəlib mənim  şikayətlərimi  eşitdi,  qam  qaraldı  (1,  s.224).
Cığatay qanıqara halda küçəyə çıxdı (269,  səh.  172).
Qanı qaynamaq  -  coşmaq;  doğma gəlmək.
Baxışından  ismət yağır,
Gülüşündən rəhm ət yağır.
Yerişindən qanlar qaynır,
Duruşundan izzət yağır (345,  s  111).
Bayaqdan başıma dolanan fculut
Səni görən kimi  qanım qaynadı (260,  s.15).
341

‘Behruz  fb q q i
Тит/
Odur bax o qıza,  bax o gəlinə,
Baxdıqca qaynayır insanın qam (337,  c.I,  s.59).
Q anı qiymətinə  - həddən artıq baha.
Heyf,  kimdi  anlayan  ki,  qan  elə  qanı  qiymətinedi  (84,
s.75).
Qanına  boyanmaq  -  qanına qəltarı  olmaq,  ağır zərbədən 
ölümcül hala düşmək
O ölkə ki,  xalq qanına boyana,
Lənət olsun,  onun başın  qoyana (353,  səh  57).
Qanına qəltan olmaq  -  qanını tökmək,  bıçaqla vurmaq..
Qərb  demokratiyasının  nümunəsi  isə,  Abadan  fələlərinin 
əhval  və  vəziyyətidir  ki,  orada  fələləri  öz  qanlarına  qəltan 
edirlər ( “Rəhbər”,  №776).
Qanında donuz qanı var -  soyuğa dözümlü,  üşüməyən.
İslami  düşüncələr  və  mövhumat  əsasına  görə  donuz  əti 
yeyən kişinin nə qeyrəti olur nə də  soyuq  başa düşür.
Qanına susamaq  - öldürməyə hazır olmaq.
El bu yandan  susayıblar fuqəranın qanma,
Zəlzələ, zəlzələ saldı  dirili ərkanına (168.  s.922).
25  il  əvvəl  mənim  qanıma  susamışdı,  ondan  qabaq  da 
əliqanlı  di  (1,  s.289).
Qanına yerikləmək -  birinin ölümünü istəmək,  öldürmək 
fikrində olmaq
Amma  vallah,  fürsət  tapsan,  sən  də  haman  müsəlman 
qanına yerikləyən ermənilərin birisən (195,  c.II, s.  105).
Q anını  başa  salmaq  -  birinə  şər  yaxmaq,  birini  əziyyətə 
salmaq.
Bəs ki bizi həlim görür, başımıza qanın  salır (69,  s. 121).
Qanı  birinin  başına  salmaq  -  günahı  kiminsə  üzərmə 
yıxmaq.
Qanmı şüşəyə tutmaq -  zülm eləmək,  birinin  həmişə köl­
gəsini  qıhnclamaq.  M əhəmməd  şah  və  Nəsrəddinşah  zaman­
larında  Allahyar  xan  Təbrizin  qeyrətli  və  məşhur  lotularından 
idi.  Tehrandan  göndərilən  Rəcəbəli  darğa  xalqın  qanmı  şüşəyə
342
Türkdeymhri
Be/iruz
tutur,  bir  gün  Allahyar  xan  bazarda  olan  dalanına  gedib  onu 
öldürür.  O vaxtdan oranın adı Qanlı dalan olur.
Qanmı  şişə yə tutdu fələk o tiflilərin,
Ac  qalıb,  qaçdı  uşaqlar  dodağından  qanı  (S.Ə.Şİrvani,
s.73).
Qanı su yerinə axıtmaq -  çox qan tökmək.
Savaşırdı,  vuruşurdu,  qanı su yerinə axıdardı (148,  s.65).
Qanı yol vermək - insafı götürməmək.
Qanım tərs işləyir - hirslənmək, əsəbiləşm ək.
Qan iyi gəlimək -- təhlükəli, qorxulu.
Deyirsən:  sən Allah, əlimi öpmə,
Əlindən deyəsən qan iyi gəlir (260,  s.50).
Qan  kimi  -  gün  qabağında  isinmiş  suya,  on  yetişmiş 
qarpıza deyilir.
Qanqal  otlasa  da  dəvə  ağızlı  olmayıb  -  hələ  əlim dən  bir 
iş gəlir.
Qan-qan demək -  dava-dalaş  salmağa çalışmaq,  ona  şərait 
yaratmaq.
Cəllad tək gözün necə qan-qan deyir gözümə,
Əzbəs ki, qan içib nə qədər içsə qanrnıri  (147).
Desə do tufan qan-qan,
Çəkinm ə  qaranlıqdan  (353,  s.52).
Qanı  qaralmaq  -  kefi  pozulmaq,  yeni  şeyləri  qəbul etmək 
istəməmək.
Cahanda var hələ  qəlbi qaralar,
Ki  hər bir tazodən qanı qaralar.
Qanlı  canlı olmaq -  sağlam vo güclü  olmaq.
Qanlı-qadalı -  ölüm-itimli,  təhlükəli.
Sizi  öz  əlimlə  bir  yana  çıxarmağa  ömrüm  çatmayacaq, 
qələbə  şərbətini  mənsiz içəcəksiniz (144,  s.150).
Həyat suyu axır bal  dodağından,
Baxışları qanlı- qadalı qızlar (234,  s.426).
Q anlı  te a tr  -  bir  faciə  yaratmaq,  bir  millətin  torpağını 
işğal  etmək üçün müxtəlif hiylələrə ə l vurmaq.
343

Heftruz  Jbqqi
^Ш ^^ЬпЬН
Birinci  səbəb erməni  daşnaklarının  müstəbid bir üsul-idaro 
təşkil  etdiyidir ki,  Qafqazda  bir taqım qanlı teatrlar oynadı (233, 
s.2-3).
Qan  ocağı -  hər addımda dava salan  adam.
Doğrudan  da bu  oğru əmiuşağının  ocağı,  deyilənlərə görə, 
həmişə qan ocağı olubdur (253,  s.281).
Qan oldu? -  nə oldu, böyük bir xəta olub?
Bənd oldu könül bir gülə,  səs tutdu mahalı,
Guya  ki,  bu  dünyada  qan  oldu,  qada  düşdü  (72,  c.III, 
s. 188).
Qan salmaq -  böyük dava-dalaş salmaq.
Bir belə can alan olmaz,
Bir belə qan salan olmaz (148,  s.34).
Mümkün isə cəhd eyləyir salmağa,
Ortaya qan bir,  iki,  üç kərə (72, c.III,  s.268).
Qansız  
insafsız,  mərhəmətsiz,  şərəfsiz,  qeyrətsiz, 
nənəsinin əmcəyin kəsən.
«Təki  biz  uşaqlarımızı, 
hərəmlərimizi 
həlak  olma 
burulğanından  qurtaraq,  imkansızlar  qalıb, 
düşmən  əsiri 
olsunlar»  -  xəyal  edən  qansıziar  özlərinə  insan  və  islam  adı 
verməkdən əslən çəkinmirlər (232,  səh.  32).
Qan-tər  içində  olmaq  -  zəhmətlə  çörək  pulu  qazanıb 
yorulmaq.
Lakin od içində  zəhmət çəkənlər 
İsti gün  altında qan-tökənlər (77,  səh.  7).
Qan uddurmaq -  zülm etmək.
Bu  qılınc  ilə  sən bəylərə,  paşalara qan udduracaqsan  (174,
s .ll) .
Qan yatırmaq -  sülh yarar.maq.
İgid odur qan yatıra,  iş düzə
H ər  qovğaya  qarışmağın  yəni  nə? 
(Şair  Məhəmməd,
s.43).
Qapan  it  dişini  göstərməz  -  bir  iş  görmək  istəyən  adam 
boş hay-küy salmaz
Qapaz altı -  əl buyruqçusu.
344
Bağır  bəyəm   göydən  qızıl  zənbillə  düşüb,  hamımızın 
qapaz altısı  deyildi? (9,  s. 177).
Qapazı başına vurmaq - əlsiz-ayaqsız.
Vur  qapazı  başına,  al  çörəyi  əlindən.  Adım  da  qoyublar, 
Fağır Bağır (9,  s. 127).
Qapı  dalına  düşmək  -  pulsuzluqdan,  utanmaqdan  evə  və 
ya başqa lazım  olan yerə getməmək.
M əsrəf çoxaldı,  boşladıq Təbrizi həm, Tehranı həm,
Düşdük  qapı  daldasına,  çıxdıq  vətəndən  ba  dideyi-tər
(301).
Qapı  dalında  qalmaq 
-  bir  pis  əm əldən  və  ya 
yoxsulluğun ucbatından birinin evinə getməyə üzü olmamaq.
M ünəvvər  -   Oğul.  Allah  başım  qarışdırmasın.  No  olub? 
Yeddi yetimlə qapı dalında qalmamısan ki?  (77,  səh.  16).
Qapıdan  keçməzin  adını  qoyarlar  Xırdaxanım  -  zahiri 
ilə  batini,  adı  ilə  özü,  rəftarı  uyğun  gəlməyən  adam  haqqında 
işlənir.
Qapını  almaq  -  qocalıq,  qış,  düşmən  qapım  alıb,  qalib
gəlib.
Ay  qış,  qıçın  sınaydı,
Gəldin qapını aldm.
Ay qar üzün qaralsın,
Xalqı  bəlaya saldın ( Ə.Əmirxizi, əlyazma).
Qapın  vurulsun -  evin yıxılsın,  yaman günə  düşəsən. 
Dünya yolların yorulsun,
Suların  axsın  durulsun,
Ev yıxan,  qapın vurulsun,
Bu qapıya gəlin gəlməz (260,  s.98).
Qapısının dabanını çıxartmaq -  çox gəlib-getmək.
Day elçilər qapımızın dabanını çıxartmışdılar (9,  s  169). 
Q apm aq - kobud cavab vermək, nifrət  göstərmək.
Qara  atın  gümüş  nalı  əskik  idi  /düzəlib  hər  yarağım, 
qalıb  saqqal  darağım
Qara  atın gümüş nalı əskik idi (103,  s.69).
Qara baxmaq -  kəc baxmaq, taleyi kəm olmaq.
345

‘Behruz  Jhqqi
7ür^dajim&ri
Ələsgərəm,  qan ağladım,  ölüncə şad  olmadım,
Dostlarımla fələk mənə  qara baxdı dünyada (32,  s.31). 
Qara  baxt  -  talesiz,  txhnik  bir  kədərə,  dərdə  tuş  olmaq, 
işləri gətirməmək.
Əzizi,  qara baxtım,
Açılmaz qara baxtım,
Ölübdü Əkbər oğlum 
Yatıbdı qara baxtım (33,  s. 102).
Ağ köynəyi düymə düymə açıldı
Qara baxtın kim bağladı bu qızın (260,  s.90).
Qarabaxt  dağlara  çıxsa,  dağları  duman  atar  -  talesiz 
adam hər yerdə talesizdi.
Qarabaqara - addım addım izləmək.
Qara  bardaq  sındırmaq 
-  qədim   ənənələrə  görə, 
xoşagəlməz insanın ardınca bir qara bardaq sındırıb,  onun əksinə 
xoşagələn qonaq üçün arxasınca su atardılar.
Yamanın  dalınca qızım,  hər zaman,
Rəsmdir çalınar,  bir  qara bardaq (57,  səh.  51).
Qara basmaq -  qorxulu yuxu görmək.
Nədi bu gördüyüm xiyaldı  belə,
Qara basmış məni, nə  haldı belə ( Səlmaslı  Mahmud). 
Qarabaş -  qulluqçu.
Nola bir evdə qoyaydız qarabaş,
Verməyəydiz məni bu əbləhə kaş (267,  s. 181).
Qara bayram -  təzə ölüsü ölənlərin Novruza bir çərşənbə 
qalmış  tutduqları  mərasim.  Təbrizdə  bu  bayramda  qəhvə 
verirlər.
Qaraboğaz -  qaraxəbər, pisniyyətli insan.
Tamah daşdı,  qəzəb coşdu get-gedə.
Ömrü boyu qaraboğaz, bədxəbər (48,  səh. 15).
Qara  çadırda  qırmızı  yamaq  -  iki  müxtəlif  xarakterli 
adamın  evlənməsi.
Qara çalı kim» -maneə yaradan,  aranı kəsən.
Qaraçı -  hay-  küyçü,  qışqır- bağır salan.
I
346
Qaraçı  çalır,  qurd  oynur  -  qarmaqarışıq  bir  yığva,  hər 
şeyin bir-birinə qarışması.
Qaraçı inəyi - hər cür istifadə eləmək.
Qaraçılar  inəkdən  hər  cür  istifadə  edərlər,  həm   yük 
daşıyar,  həm  cinsi əlaqədə olar, həm  də  sağarlar.
Qaraçı  köçü 
-  qatmaqarışıq  olan  vəziyyətdə  sələrə 
çıxmaq.
Onların  ancaq  kiçik  bir  otaqları  var  idi.  Qaraçı  köçü  kimi 
birtəhər şüşəbənddə yerləşdik (197,  s. 143).
Qaraçı  qaraçıya  öpüş  verməz/  çıraq  öz  dibinə  kölgə 
salmaz - özünə, öz ailəsinə,  millətinə xeyir verməyən.
Qaraçuxa  -  inanca  görə,  hər  bir  insan  dünyaya  gələndə 
onunla bərabər ömrünün  sonuna  qədər onu  qoruyan,  kölgə  kimi 
onu  izləyən  bir  məfhum  da  mövcud  olur.  Urmiya  Federal 
Hökumətində  (1196-1213)  ordunun  lap  savaşan,  döyüşkən 
hissəsinə Qaraçuxa deyirdilər.
Ömrümün qaraçuxası idin,
Ömrümün qaraçuxası.
Səni  küçə-küçə  gəzdirərdim  özümlə  şəhər-şəhər  (Lalə 
Cavanşir,  258  ).
Qaraçuxam  yatıb  
yəni  şansım,  iqbalım,  naxışım 
məndən  üz döndəribdir.
Arzum  karvanı  batdı,  Qaraçuxam  yaman  yatdı  (331,  səh. 
110.  № 94-95)..
Qara daban -  ayağı  ağır, bəd uğur.
Qara  dağ  çəkm ək  -   Türklərdə  qara  böyük,  qüdrətli 
mənasındadır.
Aşığam Qaradağı,
Gəncəni  Qaradağı,
Sinəmin üstə çəkdin
Əlif tək  qara dağı (33,  s.122).
Qaradağ  qədəri  malın  olsa,  nəsibindən  artıq  yeyə 
bilməzsən  -   yəni  bir  adamın  varı  nə  qədər  çox  olursa-olsun, 
taleyi özündən  asılı deyil.
347

Qara dalaq etmək -  ayaqdan salmaq,  yormaq.
Quyruq  doğmasından  sonra  Savalana  çıxmazlar,  yayın  45- 
indən  sonra Sürəyya,  Pərvin  xuşəsi göydə quyruq k im i görsərıir. 
Havalar  soyumağa  doğru  gedir.  Ellər  yaylaqdan  qışlağa  qayıdır. 
Bu  ulduza  Elqovan,  Şamtərzi,  Karvanqıran,  Quyruqdondu  da 
deyərlər.
Qara  daş  atm aq  -  qədim ənənələrə  görə,  düşmənin  bir 
daha  gəlməməsini  istəmək  üçün,  onun  dalısınca  qara,  daş  və  ya 
qara duvaq  atırdılar.
Qara  daş -  türklərdə və  bəluclarda uğursuzluq  əlamətidir.
Qabağında neçə cəllad düzülüb,
Qəlbləri bir qara daşdan da betər,
Yoxdur insafdan əsər (82, səh.  165)
Qara  daşı  yastıq  etmək  -  çətin  günə  düşmək,  ev-eşikdən 
əl çəkib çöldə ytmaq.
Yar yolunda verdim  başı,
Yastıq etdim qara daşı.
Qara  dəstələr  -   xarici  düşmənlərin  və  ya  milli  azadlığa 
mane  törədənlərin əlinin  çomağı.
Qara  dəstələr  təşəkkülündə  müttəhim  olan  sabiq  poçt  vo 
teleqraf  vəziri  Müxbirül-səltəııə  ingilis  səfarətxanasına  qaçıb 
gizlənib (257, c.l, s.392).
Qaradinməz -  danışmayan,  qaş-qabaqlı.
Onun  xasiyyətindən  dilgir  idi,  bunlar  ikilikdə  danışmağa 
söz tapmırdılar ( 62,  s.210)
Qara  doğramaq  -  mövhum xətərlər ilə  birini  bir işdən  və 
ya qərarından çevirmək.
Qara  eşşək  başına  cilov  vursan,  qatır  olmaz  - 
həı
adamın  özünün bir çıxarı  var.  Onu paltarla dəyişmək olmaz.
Qara əm cək -  uşağı diri  qalmayan.
Qaragün ■  yaman gün,  ağrılı gün,  faciəli bir gün.
Mən  qaragün,  ağ günlərə  çıxanda,
Vurar qara gözlərimə,  ağ gələr (349, səh. 22).
Qara günlü -  talesiz,  zülm çəkən.
Fə ləkdən gileyliyəm,  mənə günü qara verib,
348
‘Befmız 
9
bqqi
Tür^deyMm
Mömini zəlil edib,  sum günahkara verib (32,  s.33).
Qara  günün  sıxması 
-  yoxsulluqdan,  işin  uğursuzlu­
ğundan qol-qanadm sınması.
Qar getməsə,  yerdən çiçək çıxammaz,
Heç məngənə qara gün tək sıxamrnaz  (  Səhaf).
Qara  gününü  qablamaq / qabqarmaq -  bir bədbəxtliyin 
gəlməsinə  hazırlaşmaq,
-Qara  günü  qablaşdır,  Çopur  Abdulla,  pələng  Rzaqulu 
qənimindir (1,  s.13).
Ölsə  rnəşdi Haşim,  qara günün  qablar,
Görməzsən onu bir də güləndə Məmmədəli (301,  s. 102).
Qarağac  kimi  qabıq  qoymaq -  çox  işləyib  günün  altında 
yanmaq.
İşləməkdən qarağac kimi  qabıq qoyuruq,  ayda bir tula payı 
da muzd almırıq (148,  s. 116).
Qara xəbər  -  bəd xəbər, bir insanın  ölüm xəbəri.
Ali bir iıısan,  dahi ədib vəfat elədi,
Ah,  ah, nə qara xəbər (165,  səh.  213.)
Qara kağız - bəd  xətər, birinin matəm, qara xəbəri.
Ümmanlar qodərdir kədərin sənin,
Yeddi qara kağız,  yeddi bəd xəbər (48,  səh.  86).
Qarakasa - uğursuz," xəsis.
Qara  Ikölgə  -  lünıpən,  başqalarının  qazancına  yeyib-içən, 
müftə  yeyən.  Qara  kölgələrin  hərəkətləri  müxtəlif  olsa  da, 
məqsədləri  birdir.  Şairələrin  vaxtını  zay  etmək,  özgələrin 
bədbəxt  və  pis  vəziyyətlərindən məmnun  və  xoşhal  olurlar  (65, 
№3,  səh.  9-10.  1917).
Qaraqabaq - deyib-gülməyən, özü özü ilə danışan.
Dostlar mənə qaraqabaq deməyin
Mən gülürəm, ürək gülmür neyləyim?  (285,  s.42).
Yox,  o yaman qaraqabaqdır (9,  s.21).
Q ara  qarğa  -  arıq  və uzun adam.
Q ara  qeyd  (qayğı)  canımı  alıb  -  çox  narahat  olnaq,  acı
bir xəbər, hadisə gözləmək.
349

'Beftruz  tfxjcfi
Qaraqışqırıq  salmaq  -  həyasızlıq  etmək,  yersiz  qışqırıb- 
bağırmaq.
Bu nədir, nə qara-qışqırıq salmısan? (269,  səh.  277).
Qara  qızın  dərdi  varm ış  -   birinin  gizli  sözünün  m əlum  
olması.
Qara  qızın  dərdi  varmış,  az  (ay  qız),  səni  kimdi  alan?  (9, 
s. 155).
Qara  qorxu  gəlm ək  -  qaş  göz,  yaxud  danışmaqla  birini 
qorxutmaq.
Bütün günahkarlar içində  tək mən
Dayanıb  duraram  qara  qorxusuz  (  Vazeh,  “Nəğm ələr”,
s.42).
Qara  quyruq  -  İran  -İraq  savaşında  işsizlik  və  bahalıq 
xalqı  məcbur  eləmişdi  ki,  bir  tikə  çörək  tapmaq  üçün  bir  neçə 
yerdə  çalışsınlar,  şəxsi  maşınlarından  da  taksi  kimi  istifadə 
etsinlər.
Təbriz  valisinin  göstərişi  ilə  şəxsi  maşınlardan  taksi  kimi 
istifadə  edənlər  məcbur  olurlar  maşınlarının  gil-gillərini  qara 
boyamaqla bir az benzin  alsınlar.  Bu deyim  o zaman yaranıb.
Qara  ləçəyə  xanını  dedik,  gəldi  başımıza  bəla  oldu  - 
qanmaz  adama  hörmət  elədik,  başımıza  bəla  oldu.  İndi  bizi 
bəyənmir.
Qara  ləkə  ağ  ləkəni 
b a s m a s ın
  -gün  bulud  altında 
qalmasın,  həqiqət unudulmasın.
Bəli,  işin  əsl  həqiqəti  budur  ki,  qara  ləkə  ağ  ləkəni 
basmasın  (195,  c.II,  s. 126).
Qaramal  -  xəlqin  ənənəsinə  hörmət  qoymayan,  dilsiz- 
ağızsız.
Qara  maşında  eninə  aparmaq  -   ölünü-  basdırmağa 
aparmaq.
Zindan  rəsi:  əvvəl  deyərlər,  yoldaşlarıvı  de,  səni 
bağışlarıq,  adamdan  etiraf alandan sonra onu qara maşında eninə 
apararlar ( T ə
Qaranquşcan  ömrii  qalmayıb - ölməyinə az qalıb.
350
‘Beftruz  Ifbqqi
<шятт21тштт
A  qız,  axmaq  olma,  xanın  qaranquşcan  ömrü  qalmayıb 
(335,  s.308).
brizin zindan rəisi Hacı Həsən).
Qaranlıq  yerə  daş  atmaq  -  xəbəri  olmadan  gümanla 
danışmaq.
Qaranlıq  quyuya  daş  atınaq  -  fikirləşməyib  iş  goran, 
ölçməyib- biçən.
Leyk qaranlıq yerə daş atdılar,
Doğrusu bunlar dəxi bədzatdılar (267,  s,129).
Qara  nöqtə  qoymaq  -  birisinin  ürəyinə  dəymək,  ürək 
sındırmaq  mənasındadır.
H əsrət çəkdin,  ortalığa qan əkdin,
Qara nöqtə qoydun,  ağ ürəyimdə  (14,  1-ci cild,  səh.  131).
Qara  palaz  yumaqla  ağarmaz  -  yoldan  çıxmış,  heç  bir 
qayda-qanuna boyun əyməyən adamı yola gətirmək olmaz.
Qara pula dəym əz -  heç nəyə yaramaz.
Son deyilsənmi tutan acizi-miskin əlini?
Yoxluğundur  o  fəqirə  qəmü-nikbət,  qara  pul!  (257,  c.I,
s.27).
Koroğlu,  indi  namərd  dünyası,  bic  əyyamıdır.  Bundan 
sonra igidlik bir qara pula dəyməz.  M ən bu gündən  Koroğluluğu 
yerə qoyuram (174,  s.314).
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin