Suyu ağaclı yerdən, qızı qardaşlı yerdən - keçm işdə
arxalı nəsildən evlənm ək daha üstün sayılırdı (103, s.70).
Suyu arxa çevirmək -işləri yola salmaq, m aneələri aradan
götürmək
Güldən incə ürəyin Azər elin sevirdi,
Zay olmadı əməyin, suyu arxa çevirdi (352, s.333).
Suyu boş -tez yola gələn, hər sözü qəbul eləyən, əxlaqi
cəhətdən möhkəm olmayan.
Suyu bulandırır ki, balıq tutsun ■ öz mənafeyi üçün ara
qarışdırır, nifaq salır. Suyu qiymətinə - çox ucuz.
Ərıquri fəravan, əriki su kimi ərzan,
Səhraları pur laləvü-reyhandır, Əlican! (301, s. 161).
Suyu qurumuş dəyirman - heç bir xeyir gəlm əyən.
Qadam ağzıva, suyu qurumuş dəyirmana oxşayır (9,
s. 176).
Suyumuz bir arxa getmədi - yola gedə bilmədik, birlikdə
işi görə bilmədik.
Suyun lal /lam axanı, adamın yerə baxanı - el arasında
deyilir ki, yerə baxan adamlar ümumiyyətlə xain, ikiüzlü olurlar.
Yaxşı deyiblər, suyun lal axanı, adamın yerə baxanı (9,
s. 168-169).
Suıyun şırıltısına qulaq as - gələcəkdə başqa şeylər
olacaq, vəziyyət belə qalmayacaq.
Suıyu süzülə-süzülə - peşiman.
Firuzu gönnoyə çox ümid eləyən Həmid m ətbəədən suyu
süzülə-süzülə qayıtdı (1, s.207).
Suyu süzülə-süzülə getmək - peşimanlıq əlaməti.
Suyun süzülə-süzülə dükandan çıxıb evə getdim (201,
səh. 202).
Suyu üfürüb içmək - çox ehtiyatlı olmaq, qorxmaq.
O qədər yanmışam odsuz-ocaqsız,
454
‘Beftruz
4
ür(jdetjitnbri
Suyu da üfürüb içirəm daha (294, s.49).
Süpürgə çəkmək - hər şeyi yığıb aparmaq.
Bir hırsız dükanı soyub, soğana çevirmiş (2, səh. 16).
Suyu süzülmüş siiçan kimi olmaq - həddən artıq
islanmaq. Arxasınca getdiyi işdən naümid qayıtmaq.
Suyu üfürə-üfürə içmək - həddindən artıq ehtiyat
eləmək.
Şəhər su idarəsi xəbərdarlıq edir ki, bir neçə ay ərzində
suyu üfürə-üfürə içmək lazımdır (9, s.51).
Suyu üfürməmiş içə bilməyən,
İblisi ilbizdən seçə bilməyən,
Yuxuda Arazı keçə bilməyən
Bir dost itirmişəm dost hesabında (184, s.344).
O qədər yanmışam odsuz-ocaqsız,
Suyu da üftiriib içirəm daha (294, s.49).
Süddən ağzı yanan qatığı püfləyə-püfləyə yeyər - bir
yerdən xətər görən adam ehtiyatla davranar.
Süd gecə - ay işıqlı, bəyaz gecə.
Süd gölündə üzmək - maddi vəziyyəti çox yaxşı olmaq.
Xanporvor bəyimin sənə o qədər şəfaəti var ki, sən süd
gölündə üzürsən (335, s.87).
Süd gölünə düşmək - gözlənilmədən bütün işlərin yoluna
düşməsi, firavan yaşamaq.
Olduqca əlverişli şərait
Düşmüşəm süd gölünə eynicə xamuş olanı,
Kəsdirin parə et ey eşq rüsva, rüsva (223 s.92).
Süd gölünün içinə düşüb üzürsən, yetıə sənə azcır? (129,
s.412).
Südlii inək -xeyir verən.
İnsan ərbablar üçün o vaxta qədər ki, işləyir, siıdlü inək
səviyyəsinə enir.
Onlar ərbabların qulları, bunlar xanın südlü inəyi (353).
Südlü sümük oynamaq - faydasız bir işə əl qoymaq.
Bir də kor olanla südlü sümük oynama, qardaş,
Alma çolağı boynuva, çıxma dama, qardaş (168, səh. 841).
455
‘Befauz
9
bqtfi
Südü daşmaq - birinə m əhəbbət göstərm ək, ö p m ək ,
bağrına basmaq.
Südünü göyə sağmaq - olan bir şeyi verm ək istə m əm ə k ,
səhvini boynuna almamaq.
Süfrədə əlini saxla, m əclisdə dilini -tam ahkarlıq etm ə,
danışığına fikir ver (103, s.68).
Süfrəni yuxarı başdan düzərlər, aşağı başdan yığarlar -
böyüklərin ehtiramını saxlamaq vacibdir.
Süfrəyə salam etmək - birinin minnətli çörəyini yem ək.
Sər verib, süffeyi namərdo salam etmədilər,
Afərin hümməti valasına, mərdanələrin (151, səh. 119).
Sümük kimi boğazda qalıb nə ata bilirəm, nə uda
bilirəm - yaxın bir adamı ilə məsələnin olması.
Zindəganlıq qurata bir şey olub,
Niyə lazım qurata, bilməyirəm
Bir sümükdür ki, boğazlarda qalıb
Kim ata, ya kim uda bilməyirəm (306).
Sümüklərim islandı - isti su gördüm, hamama getdim
rahatlandım.
Sümüklərin sürməyə dönməsi - ölüb torpaq olmaq,
yaman günə, pis günə düşmək.
Qabar əl kəndliyə düşdü,
Yumuşaq əl onlara.
Sünnəyə döndü sümüklər,
Qurudu qanlarımız.
Sümük sındırmaq - təcrübə qazanmaq.
Çox zaman qoymaq, zəhmət çəkmək
Namərd oğlu biz bura bir ətək pul qoymuşuq, sümük
sındırmışıq (72, c.lll, s.61).
Sümsüyünü sallamaq - qaşqabaq tökmək.
Vəli, iş adını eşidəndə sümsüyünü salladı (46, s.217).
Sümüyə çıxartmaq - ətini yemək, bir dəri, bir sümük
olmaq.
4 5 6
’Beftruz tö q q i
’Sirfjdafim kri
Bir gün bizlərdən biri icbari iş ordusunda torsuz eşiyə
çıxdı. Az zamanda mığmığalar onu didib sümüyə çıxartdılar
(157, səh. 10).
Sümüyümüzə girib - qanımıza işləyib, ruhumuza hopub.
Sümüyünə düşmək - bir oyun havasının xoşa gəlməsi.
“Lambada” həm kişilərin, həm də qadınların sümüyünə
düşmüşdü (91, s.31).
Biz sümüyümüzə düşən hava tapa bilmirik (296, s.309).
Sümüyünə dammaq - bir şeyin baş verəcəyini hiss etmək.
- Nəsə var, - dedi, yoox, sümüyümə damıb mənim (296,
s.314).
Sümüyünə işləmək/ qana, iliyə işləmək -canına hopmaq
Vətəni müdafiə etm ək ata-babalarımızın
sümüyünə
işləmişdi.
Sünbülündən su daman -
çox gözəl, təmiz, səliqəli
geyinən kəslərə ünvanlanır.
Süpürgə çöpü - arıq adam.
Özü də süpürgə çöpü, napnazik, bilmirsən harasına yeyir?
(84, s.27).
Süpürgə-saqqal - səliqəsiz, topa-uzun saqqal.
Mustafa bəyin məqalələrinin altında
«Süpürgə saqqal»
imzası qoyulmuşdur (297, səh.33).
Sürüdən ayrı düşəni qurd yeyər - tifaqı dağılan millətə
düşməri qalib gələr.
Sürüdən ayrılan körpə quzunu
Ya qurt qapar, ya quş qapar- demişlər (Fəqani).
Sürüşquluya dəm vermək - aradan çıxmaq.
Gördüm iş şuluqdur. mən yavaşcadan sürüşquluya dəm
verdim (72, c.III, s. 126).
Sürüyə qurd gəldi, vay bir keçilinirı gününə - toplumda
baş verən ağır fəlakətlərdə ən ağır zərbəni yoxsullar göriir.
457
!Befavz
l m
-Ş-
Şadara göz - yekə göz.
Şu gözlər sanki daş süzgəcinin şadara gözləridir,
İnsan o süzgəclərdən keçir, safa çıxır.
Şaddığına şitlik eləm ək - sevinmək əv əzin ə camaatı
özünə güldürür.
Şah bağışladı, şah qulam bağışlamadı - bağçı bağına
qıydı, bağban bir giləyə qıymadı.
Şahburun - bumu həddən artıq iri.
İran şahı Məmmədrzanın burnu həddən artıq böyük
olduğuna görə böyük burunlu adama şahbumn və ya Amerika
şeypuru deyərdilər.
Şahə qalxmaq - atın iki ayağını göyə qaldırmağına
deyilir.
Şah gəldidən keçdi - bir adamın həddən artıq gec
gəlməsi.
Mirza Rza Kirmani Nəsrəddin şahı öldürəndən sonra
şəhərdə qıtlıq başlayır. Həmişə olduğu kimi vəliəhd Təbrizdən
Tehrana gedib orada şahlığı davam etdirir. Müzoffərəddin şahın
Təbrizdən Tehrana getməsi çox çəkir. Şəhərin adamları
vəziyyətin düzəlm əsinə görə çox şeylərə o cüm lədən şahın
Təbrizdən Tehrana gəlməsinə ümid bağlayırlar. O vaxtdan hor
bir adamın bir yerə getməsi uzanırsa, belə deyirlər.
Şahındazhq etmək - yekəxanalıq, iddialılıq etmək.
Şahını bəyənmirsən, abbası qoy - azı bəyənmirsən, çox
ver.
Şah ikən şahbaz olmaq - çox çirkin adamın daha da
çirkinləşməsi zamanı işlənir.
Şah ilə şilə yeməmək -h ə r adamı bəyənməmək.
“Şah ilə şilə yemirəm, bığım bulaşar” deyən Şahqulu daha
hansı gəlir hesabına varlanıb- pullanıb karlana bilərdi? (253,
s.304).
458
'lür^deyim hri
Şah oğlu yelə qənşər durur - elə bil çox böyük iş görüb,
biri kiçik bir işi böyük saysa, belə deyilir.
Şah uçmaz, şahı müridləri uçurdar - şah düz olsa
yıxılmaz, onu ərafında oturanlar özləri yıxar.
Şaqqavatlı adam - çox gözəl, boy-buxunlu adam.
Ulu təbiət yenə öz vüqarı ilə, öz şaqqavatı ilə dayandı
(204, s.43).
Şaqqılıbadam - uşaqlıqda öskürməyin nədən gəldiyini
başa düşməyən analar, onun illətini göz dəym əkdən bilib, onu
aradan aparmağa göro, uşağın bo>nuna şaqqılıbadam (bir- birinə
yapışıqlı iki badam) salardılar (201, səh. 222).
Şaqqı sındırmaq - birinin istəyinin əksinə iş görmək.
M ən də atmışam söz tutarı tutur,
qıymadım açıq şıqqı
sındırım (338, s.50).
Şalvanm /ətəyini başına çevirmək - rüsvay etmək, biabır
olmaq.
Şam bahadı, korun nə vecinə - bir adam bir şeyin
dəyərini bilməsə onun nə vecinə?
Şam bahadı, korun nə vecinə (103, s.'73).
Şamı sönmək - evi yıxılmaq, əzizini itirmək.
Sənin şamın sönüb, mənim büsatım,
Sənin nurun itib, mənim səbatım (80, c.II, s.273).
Şami-qəriban - dərdli bir gecə, dini baxışdan aşurada
olan savaşın gecəsi.
Ya rəbb, son özün eylə xilas, qürbətə düşdüm,
Olsunmu güman şami-qəriban Qarabağda?! (A.Bakıxa-
novun seçilmiş əsərləri, səh. 345).
Şam kimi ərim ək -- qüssədən, dərddən, pis gündən
yaman hala düşmək.
Zavallı (Mirzə Cəlilin qardaşı M əşrutə inqilabının
iştirakçısı Mirzə Ə ləkbər - B.H.) gündən-günə şam kimi əriyirdi
(195, с.VI, səh. 148).
Bəs ki, zəmanə verdi qulaq burması mənə,
Oldum şəpəqulaq, qulağım döndü yelpəyə (168, səh. 93).
Şappadan - qəflətən.
459
Mən sözü şappadan adamın üzünə deyən adam am (9,
s.113).
Şapur-şapur - tök-dağıt ev, israfçı yer.
Olanda şapur-şapur,
Olmayanda haqqa şükür.
Şapusun / şlyapasını m əscidə atsalar, qayıdıb götü rm əz
- düşüncə yüksəkliyinə görə xürafata, məscidə görə m üsbət
nəzəri yoxdu.
Şar buraxmaq - bir yalan sözü yaymaq.
Hizbi Tudə şar buraxdı ki, şah dördü aban üçün
Əmcədiyyəyə gəlsə, oranı oda çəkəcəklər. Şah bəm am əsini bir-
birinə vıırub, ora gəbnedi (Məhəmmədə! i Fərzano).
Şəbeh çıxartmaq -
oyun çıxartmaq, ətrafdakılan
heyrətləndirmək.
Sən deyildin dünən adamışkavı gətirib oturtm uşdun
camaatın gözü qabağında, şəbeh çıxardırdın? (9, s.177).
Şeypurburun burnunun bacaları iri olan.
Şeytana papış tikmək - hiyləgər.
Əşi, bu Bağır şeytana papış tikirmiş, xəbərimiz yox im iş
(9, s.169).
Görüm nə tövür fənd quracaqsan, sən ki, şeytana papaq
tikənsən (335, s.123).
Şeytan atına minmək - cin atma minmək, əsəbiləşm ək,
bir sözün ucundan turnb xırdaçılığa getmək.
0 : şeytan atına minib, düşmədi ki, düşmədi,
İki ayağım bir başmağa dirəyib dedi (82, səh. 196).
Şeytan barmağı olmaq - əngəl törədən adamın bir işin
qabağa getməsinə maneçilik törətməsi.
Həsi, sən öləsən, burda bir şeytan barmağı vardır, bizə
papış tikirlər (82, səh. 194).
Şeytan fəhləsi - müftə işləyən adaıtı
Şeytan / dev qulağına qurğuşun - çox şükür, şər qüvvələr
eşitməsin.
Şeytan quyruğunu buladı - işlər pisləşdi
460
(Be/iruz
Bu gözəl bayram büsatının sonunda şeytan quyruğunu
buladı (288, s. 159).
Şəqqüil-qəmər eləmək - sual kimi işlənən zaman bu
anlamdadır ki, elə mühüm bir iş görməmisən,
İslami baxışa
görə, imamlardan, peyğəmbərlərdən biri barmağını aya tutaraq,
ayı ikiyə bölməyə işarədir.
Böylə qaşla-qamətə etsin nəzər,
San qiyamətdir olub, şəqqülqəmər (Qudsi).
Şələni bağlamaq - oğurluqla, rüşvət almaqla var-dövlət
yığıb aradan çıxmaq.
Çapdı iranlıların var- yoxunu, yağlı gedir,
Laybalay cibləri puldur, şələsi bağlı gedir (69, s.229).
Şələnin pıttamas! - işin düz gəlməməsi, ləngiməsi.
Çox çətindir çata onlar bu uzaq mənzilə ha,
Biriya, mən görürəm pıtlayacaqdır bu şələ (69, S.93).
Şənbə bacadan baxır - bu deyimi cümə gecəsi deyərlər.
Şənliyə su səpm ək - bir acı hadisə ilə bir şənliyin sona
çatması.
Yanıb kösövə dönmüş bir maral balasını gətirirlər, elə bil
şənliyə su səpilir (“Bilmirəm maral yaııa”, s.84).
Şəpəqulaq olmaq - yekə qulaq.
Şər deməsən xeyir gəlm əz - hər işin gərək pisini də
fikirləşəsən.
İşdir, şər deməsən xeyir gəlməz, şir sizi görsə, şir
qızlarının canına and verin (46, s.190).
Ş ə n id ə yarma sərmək - bəhanə gətirmək, bir zadı
verməmək üçün yalan, mümkün olmayan şeyləri bəhanə
gətirmək.
Şər qarışmaq - axşam düşməsi.
Daha gözləm ək olmaz, şər qarışdı, vaxt keçdi ( Ə.M. s.42).
M ünəvvər-Allah sənə and verirəm bu şər qarışan çağı
qərib imam Rzanın adma, bütün qəriblərin işinə fərəc ver (77,
s.15).
Şəstini sındırmaq - ürəyini sındırma, ləyaqətinə toxunma.
461
Şəvədən qara gözlərinə qıırban - şəvə qara rə n g d ə
qiymətli daş adıdır.
Biri şox naz edəndə ona m əsxərə üçün deyirlər.
Xanımın ətəyində bir sıra əşrəfi, boynunda qızıllı şəv ə si
var idi (Y.V.Çəmənzəminli).
Şipir- şuxum, hamısı bir tuxum - hamısı bir bezin
qırağıdır, ilanın ağına da lənət, qarasına da.
Şirağa - torpağından istifadə etməyən.
Şirağanın Marağada bağı var,
Üzümü yox, yarpağı var.
Şirazəsi dağılmaq - işləri alt-üst olmaq.
Şimri-Sənan - rəhmsiz. İmam Hüseyni öldürən m əşhur
ərəb sərkərdəsinin adıdır. Bu ad şiə müsəlmanların nəzərində
qəddarlıq, rəhmsizlik rəmzidir.
Şirbaz - dili ilə birini tovlamağa çalışan, yalandan
m əhəbbət göstərən
Şirim-şəhrə etmək - nəhayət dərəcədə birini vurmaq,
döymək.
Yaranın bir vəziyyətinə güneydə şirim şəhrə deyirlər.
Gedin, gedin gətirin tez bu bağa bir dəhrə,
Vurun bu qoz ağacın, eyləyin şirim-şəhrə (301, s. 111).
Şirin dilinə, çoxlu puluna? - nə insanlığın nə də var-
dövlətin var.
Şir yatanda çaqqal dönüb şir olar - şir yatanda çaqqallar
da fürsət tapıb şirə dönər.
M əskən salsın gərək hüma, səadətin sarayında (80, c.II,
s.49).
Şişə çəkm ək -- zülm eləmək, siyasi-ictimai mənasında
boğuntuda saxlamaq.
Şişə çəkib, çoxları eylər kabab,
Kaş olaydı diri hacı Tural?.
Göreydi eylər nə fəqan əskinaz? (Mirzə İsmayıl Qasir,
səh. 130).
Yar bizə sahib olubdu başı saçlı çağalar,
Cücələr tək bizi çəkməkdədirlər şişə, əmu (206, səh. 191).
Hefauz tfaqqi
462
(TSefmız 9bqqi
Şiş uzatmaq - Marağada göy qurşağına deyilir.
Cırdı yaxasın, fori yaşıl pərçəm uzatdı,
Zoğ verdi yoğun, qarı nənə quya şiş uzatdı (168).
Şit aşıq - ürəyə yatmayan, sırtıq.
Şorakənddə eşşək tapılmışdı, qalmışdı erkək, dişisi -
bir yerdə ki, əsas lazım olan şey tapılmır, başqa xırda şeyləri
soruşmaq mənasızdır.
Şorakərıd- bir susuz yer, məhsul
verməyən obadır. 1940-cı ildə fars şovinizminin çoxdan tətbiq
etdiyi siyasət əsasında Azərbaycan yenə də qurbanlıq əti kimi
parçalanmışdı. 1993-cu ildə Ərdobili əyalət etmək bəhanəsi ilə
Azərbaycandan ayırdılar.
Əsli kökdən Astara övladi Azərbaycan,
Hansı əllər eylədi Gilanə ehsan, Ərdəbil?
Bir Şorakəııd vermədi, vəchində də Gilaıı bizə,
Bu sözümdən sən ayıl, ol bir hərasan, Ərdəbil! (168).
Şorgöz - qadına, qıza pis gözlə baxan.
Şor sudan
qaymaq
tutmaq - bacarıqlı,
işbilən
mənasında.
Əli dadlı, üzü duzlu matandır,
Maşallah, şor sudan qaymaq tutandır (168, səh. 166).
Şot yalatmaq - birinin gününü qaraltmaq, zor demək,
əziyyət vermək.
Şpexterin/ inspektorun başını gətirmisən? - elə bil
böyük, mühüm bir iş görüb.
Bu istilab bəzən Mü
2
,əffəriyyənin qəbaləsini gətirməklə
də bərabər işlənir.
E.Müctəhidinin
yazdığına görə,
“şpexter”
fransızca
inspektor sözünün azorbavcanlaşmış formasıdır. Fətəli şah
zamanında rus sərdarlarından biri inşpextor ünvanında Qafqaza
məmur göndərilir. Fətəli şahı qorxu götürür, öz ətrafında olan
adamlardan onun şərini azaltmağı istəyir. Təsadüfən Molla
M əhəm m əd Əxbari çillə tutmaqc.an bir neçə gün sonra bir totiə
nəticəsində ölüb çillə qurtulmamışdan qabaq onun başını
Tehranda şaha verirlər (“Azərbaycan, əmsal və həkəmləri”,
s. 196-197).
‘BeAruz, J&qqi
тшт^штштт
Şuxumda şıllaq atmaq - bir adam adi işi görə bilm əjdb
böyük iddialar etsə deyərlər.
Bu oldu bizdə təməddün, m əsəldi düz yerdə,
Bizim ulaq gedə bilmir şuxumda, şıllaq atır.
Şuxum yerin illam - hiyləgər.
Şumda şərtləşm ək - hər hansı bir şərikli işə başlam azdan
əvvəl, oııu dərindən götür-qoy etm ək lazımdır.
Odur ki, deyiləm, şumda şərtləşək, xırmanda yabalaş-
mayaq (142, səh. 365).
Şüşəki salmaq - qaxınc vurmaq.
hər gələn ağzım büzdü bizə saldı şüşəki,
Nə be in şüruye şur, nə be in birıəməki (168, s.429).
Şüvəranm əcaz - uşaqbaz, hamı ilə həm əqidə olan.
464
Be/truz
-T-
Tabut zınqırovu - yaşlı bir adamın uşağı olması.
Təbrizdə Mirhəbib Dağçmın uşağı yox idi, bir gün dedim
ki, niyə evlənmirsən ki, uşağın ola. Dedi istəmirəm, öləndə
desinlər ki, uşağı onun tabut zınqırovu idi.
Ta gözün dörd olsun - yəni mənim meylim bunadır, sən
qəbul etmirsənsə, özün bilərsən.
Tağı ölmüş şamama - rəngi lap sapsarı, taqətdən düşmüş.
Rəngi oldu tağı ölmüş şamama (168, s.28).
Taxça-buxçada gəzmək -yenidən hər şeyi töküb yenidən
baxmaq.
Gəzirəm günlərin taxça-buxçasın
Bii' üskük seviinc yox, hor şey havadır (Urmulu).
Taxtaya bağlamaq - birinə danışmaq icazəsi verməyəndə
deyilir.
Tale köhləninin yolda qalınası ~ uğursuzluq.
Çatmadım dünyada məqsuduma, hey axtarıram,
Taleyin köhləni, yollarda qalıb, yorğundur (80, II, s.196).
Tale quşunun çiyinə qonması - işləri uğurlu gətirmək.
Tale quşu salmış başıma kölgə, görürsən,
Bir böylə gözəl hali, pərişan eləmə (80, c.II, s. 128).
Taleyini tapşırmaq - həyatını etibar etmək.
Ruma dərvişliyi Nəsimiyə tapşırmaqla Fəzl karvanının
taleyini də ona tapşırmışdı (144, s. 175).
Taleyi gülmək - bəxtin açılması.
Sonradan məhkəmə suçsuz buldu,
Gülərək taleyimiz yar oldu (Cavid, s.40).
Tambura
çalmaq
-
tambura
türklərin
musiqi
alətlərindəndir. Burda xoşagəlməz bir sözün danışılmasına, boş
danışmağa bir işarədir.
Ney və tambura en qədim və məşhur türk musiqi aləti
olmuşdur (346, səh. 350).
Gəl bənim sarı tamburam,
46:5
Sənin aslın ağacdandır,
Ağac dersəm könüllənmə,
Qırmızı gül ağacdandır (Pir Sultan, s. 198).
Tikan verdim, əkm ək aldım,
Tamburam, cıngı, cınqı!
Əkmək verdim, qoyun aldım,
Tamburam cınqı, cınqı (238, s.150).
Saqi dedi bəsdir, bu qədər tambura çalma.
Qismət, yazı insanı xəyalətə salandır (H.Səxamer).
İçim oyuq - boş,
Atam Sarı tambura,
Sən nə üçün inlirsən?
İçim oyuq, dərdim böyük
Bən anınçm inlərəm (125, səh 258).
Tamah dişini çəkib atmaq - səndən heç nə istəmirəm.
Ağalar (general-konsulluğun məmurları- B.H) tam ah
dişlərini
çəkm əli
və
öz
yerində
sakit
oturm alıdırlar
(N.Nərimanov).
Tana koraçı - bu deyim islam hakimiyyəti zamanında
yaranıb. Köhnə paltarları satan yerə deyilər.
Az-çox tana kora eyləyib milləti rahət.
Tanrına niyə təpik atırsan? - taleyinə niyə təpik atırsan?
Niyə yaxşı bir işdən, qismətdən imtina edirsən?
Tanrına niyə təpik atırsan? (129, s.412).
Tann böyük, altı gen - dünya təkcə buradan ibarət deyil ki?
Tanrının günü - hor gün.
Tarazın əmması - birinin işinin ləng getməsi.
Qəm-qüssə yeməkdən onib tarazın, fələk sarı çəkir dad
Qaradağlı (63, səh 72).
Tarixi -N adiri yarıya qədər oxumaq - savadsız deyiləm,
bir şey oxumuşam, özünü savadlı saymaq. Tarixi -N adir cəmi
bir neçə səhifədən ibarət olduğu üçün bu deyimi işlətmək gülüş
doğurur.
Tartan-partan danışmaq - boş söz danışmaq.
Be m ən tartən hacı quyəd bezur,
466
‘Befrnız
Nə rəftəm be Мекке, be həqqe şəkur (301).
Tasası /tası yatmaq - hirsi yatmaq, qəzəbi soyumaq,
heyfini almaq.
Biz dedik o baza müdiri tutulandan sonra bunun da tası
yatar, bu daha da qudurub (9, s. 180).
H əsən kişinin qızı nə qayırır, tasası yatıbdırmı? (129,
s.415).
Tası damdan düşmək - hamı mənim vəziyyətimi bilir,
rüsvay olmuşam.
Bu gün bir kimsədən yoxdur hərasım.
İş-işdən keçdi damdan düşdü tasım (83, s. 102).
Tas quzarişkərinm də tası düşdü damdan (168, səh. 81).
Tasına qum salmaq - diqqət göstərmək (Səid Zenganlı).
Ta (süheyl) çıxmaya, xurma kəsilməz - yəni hər işin bir
vaxtı var.
Taybaşı - boşqaba qoyulan meyvələrin ən yaxşısına
deyilər. Deyimdə isə mənfi mənada işlədilir. Dərdə-doyməyəıı,
faydasız.
Həqiqi mənada Azərbaycanda meyvənin yaxşısını səbətin
başına qoyub bazara gətirərdilər.
Son ki, dadaş şerdə çox naşısan,
Fikr eləmə ay bala taybaşısan (299, s.75).
Dostları ilə paylaş: |