Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   35   36   37   38   39   40   41   42   43

Uzun qulaq  -  anlamaz,  qanmaz.
O da  o  səbobo  inanır ki,  qulaqları  çox uzundur  (195,  с. II,
s.51).
480
Tehruz  fhqqi
i
-u-
Üç  badam  bir  qoz  -  ürəyə  yatmayan  bir  durum,  mənasız 
bir mahnı  çalmaq.
M ənim bəxtimin rəngi üç badam, bir qoz oldu (340,  s. 17).
Üçlük gəlmək -  kələk gəlmək.
Əli ədə mənə üçlük gəlirsən? (9,  s. 143).
Ümidi qırılmaq -həyatda gözlədiyinin baş tutmaması.
Qırılır ümidi, tutulur yenə
Bir küncə qısılır bəyənibm yən (328,  s.326).
Ümidin  puç  olması  -  həyatda  bütün  istək  və'  arzuların 
məhv olması.
Ümid  körpüsü -  son ümid.
Elatın  dəvəsi  itmiş  di,  oxuya-oxuya gedirdi,  bir nəfərə  tuş 
gəldi,  dedi  qardaş  dəvə  görməmisən,  dedi  yox,  dedi:  amma 
dəvən  itsə də kefin çox  sazdı,  elat dedi:  ümid  körpüm  o  qabaqkı 
dərədədir.  O da yıxılsa,  gör neylərəm.
Ümidin xəzəl olması -- gözlədiyinin əksinə olması.
Ürəkbir -  çox yaxın,  birini  sevən,  yaman  gündə bir-birinə 
arxa olan
Ürəkdən  gəlməmək  -  utanmaq,  razı  olmamaq  əlaməti 
kimi  səslənir.
Gəlmədim məktubu yazmağa bəlkə,
Ürəyin gəlmədi, əlin gəlmədi (152,  səh 43).
Ürəkdən  tikan  çıxartmaq  -  birinin  qisasını  başqasından 
aknaq.
Ürəkdəkiləri  oxumaq  ~  başqasının  istək  və  arzularını 
başa düşmək,  anlamaq.
Ürəklərdən keçənləri oxuyaq  (264,  səh.  98).
Ürək-dirək  olmaq  -  arxa  olmaq,  təsəlli  vermək,  birini 
ovundurmaq, ümidvar etmək.
D ədə  Şəmşirin  oğlu  Qənbər  oğlu  dedi:  «Əgər  dövlət 
səviyyəsində  təcili  və  tutarlı  kömək  olmasa,  K əlbəcəri  faciəli 
şəkildə  itirəcəyik».  Prezident Elçibəy  ürək-dirək  verdi:  «Siz  nə
481

^ B e ia v z J ^ ^
Türlşjfc^’im hn
^
danışırsınız?  K əlbəcəri  itirmək,  Azərbaycam  itirm ekdir»(78, 
səh.  7-8).
Üi'ək-göbəyi düşmək -qorxmaq.
Çaydan  keçəndə  qurbağadan  qorxub  ürək-göbəyi  düşüb, 
dəli olub (17).
Alə,  ay  evin  tikilsin,  neynirsən  ürək-göbəyim iz  düşdü  ki 
(1,  s.13).
Av  oğul,  indiyəcək  haradasan?  Ürək-göbəyim   düşdü  (1, 
səh.  107).
Ürək qızdırmaq  - inanmaq, birini  təşviq eləm ək.
Əlizaman  oğlu,  madam  ki,  sən  mənə  ürək  qızdırıb  bu  cür 
sözlər deyirsən,  onda sənə bir sualım var (1,  s.294-295).
Ü rək qoyub  can  yandırmaq  -   biitün  varlığı  ilə  bir  yolda 
çalışmar].
Ü rək qoyub can yandırıb  hər bir  sözün mənasına,
Deyirəm  ki,  salam  verim  şeri-soııət  dünyasına  (337,  c.I, 
s. 119).
Ürəksiz -  qorxaq,  hissiyyatsız.
Adma bağlayım bir yeni  dastan,
Bir yığın  sümükdür ürəksiz insan (337, c.I,  s.39).
Ürək süfrə deyil -  ürəkdə olam  hər kəsə  açmaq  olmaz.
Bir buynuzlu qoçam mən 
Yerim yoxdu qaçam mən 
Yiirəyim süfrə deyil,
Hər gələnə  açam mən (33,  S. 123-124).
Ürək vermək  təsəlli  vermək,  dayaq olmaq.
Ürə  olmaq  -  odun  yaranda  əvvəlcə  odunda  yer  açan  şeyə 
ürə deyilir.  Mane olmaq mənasındadır.
Ürəyə 
dağ  vurmaq  -m üsibətlərlə  üz-üzə 
olmaq, 
dözülməz şəraitdə  qərar tutmaq.
Biz qanlarla yazılan bir kitab idik,
Axdıq,  tarix də  bizləri oxuya bilmədi,
O  da bir dağ idi  (1997-ci il 21  may.  Mirəli Seyidsəlamət). 
Ürəyə dammaq -  ilham  olmaq,  bir zadın baş verməsindən 
xəbərdar olmaq, barat olmaq, əyan olmaq, hiss etmək.
482
‘Behntz
tm
Ürəyimə dammışdı ki,  sən bu gün zəng edəcəksən,
Bu qızılgül kainatı bir cüt çələng edəcəksən  ( S.204).
Sanki onun ürəyinə nə isə dammış idi (197,  səh.  182)..
Ürəyə  xal  düşmək  -   niskilli  insan,  əzizini  itirən  kəslərə 
aid olan anlam.
Şaxta vurmuş çiçəklərə baxanda
Yarpaq kimi ürəyimə xal düşür (299,  səh.  33).
Ürəyi açıq -  təmiz ürəkli,  mehriban bir insan anlamında.
Bu  qazaxlar  yaxşı  camaatdır.  Oğul,  çox  ürəyiaçıq 
adamlardır (110,  səh.  125).
Ürəyi  ağzına gəlm ək -  iyrənmək; qorxmaq.
Ürəyi  ağzından çıxmaq -ço x  həyəcanlanmaq.
Qoca  İskəndər  Nayıbın  sinəsi  atlanmışdı,  ürəyi  ağzından 
çıxırdı.  Gözləri xorxun piyaləsi tək dolmuşdu (203,  s.68).
Ürəyi  atlanmaq  -  bitmə  ucadan,  ya  qışqıra-qışqıra  etiraz 
etmək.
Sürgünə  gedən  maralların  tükləri  par-par  parıldayırdı.  Bir 
adam,  bilmədim  kim  onlardan  birini  vurdu,  budarladı,  burda 
yenə  qoca  İskəndər  Nayıbı  qəhər  basdı,  ürəyi  atlandı,  ağladı 
(203,  s.71),
Ürəyi  ayağının  altına  düşmək  -  başqasının  xoşbəxtliyini 
istəm əyən,  qorxmaq.
Ürəyi  bəyaz  etmək  -   kədərdən,  nigarançılıqdan  nicat 
tapmaq.
Yudum  ürəyimi,  bəyaz  eylədi,  sildim  könül  pasın,  ayaz 
eylədi (117, səh 53)..
Ürəyi  boz  -qorxaq, mərhəmətsiz.
Məni  insafsız,  ürəyi to z  eyləməsin (52,  s. 126).
Ürəyi dabanına düşmək -  darıxmaq.
Ürəyi dağ boyda olmaq  -  fərəhlənmək,  hədsiz sevinmək.
Dayımla bərabər  at  sürərək  kənddən  çıxanda  ürəyim  dağa 
dönmüşdü (Ə.Məmmədxanlı).
Ürəyi dara çəkilmək -  çox əzab-əziyyət çəkmək.
Ah  bacım!  Ürəyin çəkildi dara,
Təpədən dırnağa geyindin  qara (337,  1,  s.33).
483

TürÇtCafimbri
Ü rəyi  kabab  olmaq  -   birinin  halına  yanmaq,  k im ə sə  
yazığı  gəlm ək  və  ya  yaşamının  ağırlığından  ürəyinin  tab 
gətirməməsi.
Kababı vədə verməkdən, bu zəxm i m ədəyə axər,
Yanarkən nari-həsrətdə özU istəyir kabab olsun (338, səh.  67). 
Ürəyi qırılmaq -  incimək.
Ürəyi qubarlanmaq -   kövrəlmək.
K ərəm   baxdı  ki,  öz  dağları  uzaqdan  görünür,  ürəyi  qu b ar 
eylədi (35,  s.501).
Ürəyi  quş  kimi çırpınmaq  - kiçik bir zaddan qorxmaq. 
Ürəyim  bərk sıxılır -  nigaranam,  darıxıram.
Ü rəyim  bərk  sıxılır.  Kaş  biz  də  fədailərin  yanında  olaydıq 
(77,  səh.  21)..
Ürəyim  dağa  döndii  -  ümidvar oldum,  qorxmadım. 
Ürəyim də yağ qalmadı -  dözümüm qalmadı.
Xurmatıda bağ olmaz,  qara salxım ağ olmaz.
Qaşı  sürmə  qız sevən,  ürəyində  yağ  olmaz (24,  səh  154). 
Ürəyim  əfil-əfil  ə sir  -  bir  adami  görmək,  bir  arzuya 
çatmaqdan ötrü həddən artıq darıxmaq.
Ü rəyim  bir z ən ə  qayğı, 
bir zərrə m əhəbbət üçün 
Əfil-əfil əsir (Səhənd).
Ürəyimin  bəndi  qırıldı  -   hər  hansı  bir  hadisədən 
qorxmaz, ürpəşmək.
Ürəyimin  bəndi tirə bağı  kəsildi (13,  səh.  34).
Ürəyim sənə qızır -  sənə inanıram,  sənə güvənirəm.
Ürəyi 
nanə 
yarpağı 
kimi 
əsmək 
-  
həsrətdən 
həyəcanlanmaq.
Qardaş  adı  eşidən  kimi  onların  ürəyi  yumşaldı,  ürəkləri 
nanə yarpağı kimi əsdi (46, s.191).
Ürəyin  başı yanmaq -  çox təsirlənmək.
Dağların başı yanar,
Dibinin yaşı yanır,
Yar yadıma düşəndə 
Ürəyimin  başı yanır (33,  s.186).
484
^ ^ e tjh n h r i
Ürəyin  boşaltmaq  -  sirrini  açmaq;  birinin  cavabını 
vermək, ürəyindəki dərdi,  sirri, arzunu dilə gətirmək.
Tamaşadan  sonra  Fikrət  Əmirovu  təbrik  edəndə  mənə: 
“Axır Bolşoy Teatrda ürəyini boşaltdın”- dedi (292,  s.337).
Ürəyindən daş asılmaq -  qəmlənmək.
Qaya boyda daş asılar mənim ata ürəyimdən
Gülər görüm,  oynar görüm
Xoşbəxt görüm hər vaxt  sizi (337,  c.I,  s.120).
Ürəyindən  keçmək  -   yadına  düşmək,  bir  nəfəri 
xatırlamaq.
Balağaya  da  heç  nə  deməmişəm,  ürəyimdən  keçirdi  ki, 
deyim (1,  s. 160).
Ürəyindən  qara-qara  qaıılar  axmaq  /   Ürəyindən  qara 
qan  axmaq  -  həsrətdən,  bir  şeyi  ələ  gətirmək  üçün 
fikirləşməkdən ötrü qəm-qüssə yemək.
Ürəyindən  qara  qan  axa-axa  sərv  ağacını  qucaqlayıb  (35, 
s.477).
Ürəyindən  tikan  çıxmaq  -   çox  xoşuna  gəlmək,  bir 
şeydən çox xoşhal  olmaq.
Canımçün,  lap ürəyimdən tikan  çıxartdın (9,  s.20).
Həmid 
onların 
sözləşməsini 
eşidirdi, 
oğlan 
onun 
ürəyindən tikan çıxarırdı (1,  s. 116).
Ürəyinə  bıçaq  sancmaq  -   böyük  təsir  qoymaq,  böyük 
zərbə  vurmaq.
Birdən-birə  bu  palçıq  içinə  döşənib  üzünü  onun 
başmaqlarma  sürtən  çılğın  məhəbbət  Fəzlin  ata  ürəyinə  bıçaq 
sancdı  (144,  s. 173).
Ürəyinə çarpaz dağ çəkmək -  böyük zərbə almaq.
Dərdli  Kərəm qan ağlayar
Ürəyin çarpaz dağlayar (35,  s.516).
Əslim  Qarabağlıdır,
Sinəm çarpaz dağlıdır
Nə gələn var,  nə gedən,
Demə yollar bağlıdır.
Ürəyinə daş bağlamaq -  mərhəmət etməmək,  acımamaq.
485

T iir^da/im hri
‘B ehvz
Əziyiyəm baş bağlar,
Başın yuyar,  yaş bağlar,
Yarından ayrı  düşən
Ürəyinə daş bağlar (33,  s. 179).
Ü rəyinə  dağ  çəkm ək  -   birinə  yara  vurmaq,  təhqir 
eləmək.
Bir  dağ çəkdin ürəyimin başına,
Bu dağı  sinəmdən al  qoşa-qoşa (32,  c.Il,  s  52).
Ürəyinə  daş  kimi  düşmək  -   ağır  təsir  etmək,  ürəyini 
sındırmaq.
Ömründə  bir  dəfə  də  ona  qışqırmayan  atasının  “sus” 
kəlməsi  Gövhərşahın  ürəyinə  ağır  daş  kimi  düşmüşdü  (144, 
s.44).
Ü rəyinə yatm aq -  xoşuna gəlmok.
Əvvəlcə bii' de görüm,  o  sənin ürəyinə  yatırmı?  (1,  s. 171).
Ürəyin getməsi -  huşunu itirmək, həddən  artıq qorxmaq.
Ürəyin gəmirmək -  qorxmaq,  düşmən  baltasının  sapı  olan 
adamı  yenidən görmək.
Savaka  işləyəni  görəndən  yeıııə  də  bir  nifrət,  şübhə 
ürəyimi  gəmirir (X.Qəffari Cabbari).
Ürəyini  buz kiıni saxla -  rahat ol,  arxayın  ol.
Ürəyini  qana döndərmək -  hədsiz qəmləndirmək.
Aşıq  sənə  nə  olub ki,  yanıqlı-yanıqlı  oxuyursan,  ürəyimizi 
lap qana döndərdin (35,  s.486).
Ürəyin  quş  tək  döyünməsi  -   ürəyin  həddən  artıq 
döyünməsi,  tez-tez vurması.
Ürəyim  sinədə  quş  tək  döyünür.  Yəqin  istərdi  ki,  uçsun 
oradan  (32,  səh.  164).
Ürəyi  qan olmaq -  çox narahat olmaq.
Ey dərbədər gəzib ürəyi qan olan cocuq,
Bir loqma nan üçün gözü giryan olan cocuq!  (267,  s. 110).
Ürəyinin  kötəyini  yeyir  -  özgəyə  inanmaq,  inandığı 
adamlardan zərbə almaq.
Ürəyin  paslanması  -  kədərə  qərq  olmaq,  şadlığa,  şənliyə 
yad olmaq.
486
‘B eh vz  9&qqi
‘Шг^ецтЬп
Bir zaman çəkərəm yası,
Ürəyimdən getməz pası (117,  s.31).
Ürəyin  şişməsi  -   ayrılıqdan,  dərddən,  iztirablardan  xəstə 
olmaq.
Ayrılıqdan,  dərd əlindən ürəyimiz şişmişdi (264,  səh.  76).
Ürəyi paslı -   hədsiz kədərdən qüssələnmək.
Dərdli  Kərəm deyər gözəlim Əsli,
Gözlərim yaşlıdı, ürəyim paslı (35,  s.485).
Ürəyi  səksəkəli -  pis bir xəbər gözləyən.
Bu  saat  camaatın  ürəyi  səksəkəlidir  ki,  sentyabra  salamat 
çıxsın,  sən martdan dəm vurursan (9,  s. 135).
Ürəyin  səırinləniəsi  -  birindən  intiqam  almaq,  hayıfmı 
çıxmaq.
Ürəyi sıxılmaq - nəhayət dərəcədə darıxmaq.
Könül  quşumun  ürəyi  sıxılır.  Dağların,  çayların  o  tayında 
da  heç  bit  isti  ocaq,  heç  bir  isti  qucaq  çağırmadı  mənim  könül 
quşumu  (219,  s.34).
Ürək  sıxılmasın,  ürək cəhəıməm,
Axı  sən ordasan,  sən sıxılarsan ( S.Səxavət).
Ürəyi  soğan  qabığı  kimi  soyulmaq  -  ürəyi  yanmaq, 
darıxmaq.
Ürəyi soyumaq -  qəzəbi soyumaq, hirsi  yatmaq.
Beləliklə,  mənim  ürəyim  soyumaz.  Mən  gərək  onu  öz 
əllərim lə diri-diri soyam (148,  s.102).
Ürəyi  şam   kimi  ərimək  -  gözləməkdən,  həsrətdən, 
dərddən ürəyin hədsiz dərəcədə gücdən düşməsi.
Ürəyin  talvasalanması -  darıxmaq,  iırəyi  sıxılmaq.
Ay  qız,  o  pəncərənin  tayını  bir  az  aralı  qoy.  ürəyini 
talvasalandı  (259.  s.185).
Ürəyin  tel-tel  olması  -  bir  xatirədən  kövrəlmə у   həsrət 
çəkmək,  hər  hansı  bir  həsrətdən,  sevgidən  baş  verir,  darıxmaq 
anlamında  işlədilir.
Qocanın ürəyi tel-tel  olur.
Ürəyi uçmaq - sevinmək.
487

Ü rəyi üstünə gəlmək/yerinə gəlm ək - əvvəlki  arxayınlığı 
ələ gətirmək, rahat olmaq.
Ürəyi yanmaq - susuzluq,  birinin  halına yanmaq.
Çırağın yüz il yansın,
Kəs başın,  yüz il yansın,
Qarğıyam balan ölsün,
Yürəyin yüz il yansın (33,  s.143).
Dənizdə qaya balıq,
Ü rəyim  sənə yanıq (24,  s. 144).
Ürəyi  yandı.  Özünü  alovun  içinə  atıb  qutunu  k ən ara 
çıxartdı (148,  S.98).
Ürəyi yaralı -   dərdli.
Sizdən m enim  də ürəyim  yaralıdır (148,  s.99).
Ürəyini yemək - qorxmaq, narahat olmaq.
Ürkək-ürkək  durmaq  -   yəni  nədənsə  çəkinərək, 
qorxaraq, ətrafa baxmaq, boylanmaq.
Qalın  meşəlikdən talaya çıxdın,
Durub ürkək-ürkək dörd yana baxdın (152,  səh.  55).
Üst-başı tökülmüş - kasıb  geyimli,  köhnə paltarlı.
Deyirdi  ki,  onun  üst-başı  tökülürdü,  bəlkə  heç  kişinin 
Bakıya gəlm əyə yolpulusu yoxdur (1,  s. 191).
Üstələm ək -  qalib gəlmək.
Dərviş  mollanı  üstələdiyini  görüb  tez  “bəli,  bəli”  deyə 
cavab verir (148,  S.123).
Üstü  açıq  -  açıq,  birbaşa söz.
İraqda  yaşayan  türklər  üstüörtülü  sözlərlə,  ya  üstü  açıq 
sözlərlə öz etiraz səslərini ucalırlar.
Üstümü unlu görmə - məni yaxşı tanımırsan.
Üstümü  unnu  görüb  o,  arvadının  yanından  oğurlayaram 
onu (84, s.369).
Üstümü  unlu  görüb,  adımıı  dəyirmançı  çağırma  -
mənim də təcrübəm  var.
Üstü unlu olan hər arif qoca,
Öz ürək sözünü deyər doyunca (337,  c.I, s.43).
Üstündən dağ götürülmək -  yüngülləşmək.
488
‘Beftruz  fbqqi
lur^deyimlm
Elə  bil üstündən bir dağ götürüldü (1,  s.201).
Üstünə  aftafa  götürmək  -  başqalarının  yanında  bir  yalan 
danışan,  pis adamm eybini açmaq.
Üstünə it əsnəyib -  işləri  düş gətirməmək.
Ü stünə yoxdur -  bundan yuxarısı  yoxdur.
Üstünü palazlamaq -  gizlətmək.
Belə  hala düşməsəydilər,  onun üstünü birtəhər palazlamaq 
da olardı (253,  s. 18).
Üstüörtülü,  ya  üstüaçıq  -   sözü  birbaşa,  ya  dolayı  yolla 
demək.
Üstüörtülümü,  üstüaçıqmı  Şahquluya  meydan  oxuyan 
Pirqulunun azğınlığına son qoysun!  (253,  s.379).
Üz  bürüyən  dağ  aşar  -  özünü  hazırlayan,  yaman  günə 
dözən hər zada qalib gələr.
Üzdə  pambıq  əkm ək  -   yəni  dəllək  birinin  üzüniı  qırxan 
zaman,  çox  kəsib,  yerinə  pambıq  qoyursa,  o  zaman  bıı  anlam 
işlədilir.
Sürgün  olduğumuz  «Ələştər»  maliklərindən  çox  adlı-sanlı 
olan  xan  çox  ehtiramla:  «Bəs  mənim  üzümü  islah  edi;ı»  eyib 
oturdu.  Əllərim  əsə-əsə  üzündə  hesabı  pambıq  əkdim.  Canıma 
qorxu düşdü.  Lor xəlqinin güzəştinə heyran qaldım  (281,  səh.  94).
Üzə  çəkmək  -  olmuş  bir  hadisəni  bir  adamın  üzünə 
demək;  bir adama  yardım  eləyib  onun  uğur  qazanmağına kömək 
etmək.
Yəqin  sənin  adamm  olmayıb  səni  üzə  çəksin  (195,  с.II, 
s. 128).
Üzə  gəlmək  -  birinin  qabağında  dayanmaq,  etiraz  etmək, 
sağalmaq
Oğlaııcığın  yaraları üzə gəldi,  sap-sağ  oldu  (284,  s. 163).
Üzə girmək -  danmaq, bilə-bilə  inkar etmək.
Üz ətdəndir -  insan utanandır.
Üz-göz olmaq  -  savaşmaq,  arası dəymək.
Almaz,  mən  sənin  üstündə  bütün  kənd  əhli  ilə  üz-göz 
olmuşam (72).
Üz-göz turşutmaq  -  qaş-qabaq tökmək.
489

lürf^ d eyim b ri
тштвш^ятт^тЗЗш
Şeyx Zeynal Hüseyn  ağanın dostunu görən kim i üz-gözünü 
turşutdu (201,  s.66).
Üz-gözündən zəhər yağmaq  -  nəhayət  d ərəcəd ə  qəzəb li 
olmaq.
Şahm üz-gözündən zəhər yağırdı
K ədəri sonsuzdu, dərdi ağırdı (328, s.171).
Üz-gözünü  qırışdırmaq  - qaş-qabağını sallamaq.
Üzr bəttərəz günah --  üzrü günahından betərdi.
Nəsrəddin  şah:  Kim  deyə  bilər,  ürz  bəttərəz  günah, 
nəmənə?
M üxtəlif  cavab  verdilər.  Heç  kəs,  heç  biri  şahı  razı 
salmadı.  N əsrəddin  şah  sarayın  təlxəyindən  Kərim   Şireyidən 
soruşdu.  O  da  dedi:  «Qurban,  bu  belə  aləm  bacara bilm əyən  bir 
halda,  m ən  bir  tə k ə k   haradan  bacara  bilərəm ?»  Üç  gün 
keçəndən sonra  Nəsrəddin  şah  Gülüstan  sarayında qədəm  vuran 
zaman  Kərim  Şireyi  sütunların  birinin  dalısından  çıxıb,  başladı 
Nəsrəddin  şahı  öpməyə.  Nəsrəddin  şah  əsəbiləşib,  dedi  «köpək 
oğlu,  bu  nə  işdi?».  O  isə  cavabında  «üzr  istəyirəm,  xəyal  etdim  
ki,  həzrəte-  mə ləkədir».  Nəsrəddin  şah  dedi:  «Utanmaz,  sən 
mənə  üzr  bəttərəz  günah  gətirirsən.  M irqəzəb  gəlsin  bu 
qanmazın  başını  vursun».  Şah  bir  az  aram  olandan  sonra  Kərim  
dedi:  «Bəli,  qurban,  buna  deyərlər,  üzr  bəttərəz  günah»  (169, 
səh.  70-73).
Üz sürtm ək - səcdə etmək.
Bu bağı-cənnətin xakinə mən də,
H əsrətlə üzümü sürməyə  gəldim (165).
Üzsüzlükdü -  ayıb sayılan bir sözü işlətdikdə deyərlər.
Üzüağ  olmaq  -  xalqın  y anında,  dostlar arasında  başı  uca 
olmaq.
Qəbrə qədər həmişə məti üzüağ olaydım (264,  səh.  26).
Üzü ayağa salmaq - alçaq könüllülük,  saf təmiz ürəklə  bir 
inama  xidm ət  etmək,  birinə  mürid  olmaq,  birinə  nəhayət 
dərəcədə vurğun olmaq, məhəbbət yetirmək.
Ayağına yüzünü kim ki  saldı əz səre-sidq,
Səriri-səltənət  üstündə möhtəşəm qaldı (132,  s.92).
490
‘B ehruz  yfufqi
•я * -'* * * *
Üzü bərk -  çox dözümlü.
Ü züm bərkdi, mənə  nə olacaq? Evdən vaxtında çıxmışdım 
(1,  s.380).
Üzü dönmək -  birindən narahat olmaq.
H ələ  sözünü  qurtarmamış  Yusifin  üzünün  döndüyünü  hiss 
etdi (144,  s.121).
Üzü götündən qırmızı - həyasız,  sırtıq adam.
Üzü gülmək -  şad olmaq,  səmərə vermək.
Göyün gözü ağlamasa,  yerin üzü gülməz.
Üzü  qara  -   bir  pis  işdər  və  ya  yoxsulluqdan  birinin 
yanında xəcalət çəkmək.
Allah onun üzünü qara eləsin (195, c.II,  s.37).
Bəlayi  feqrə düşdüm razı  ol.  biçarə,  səbr eylə,
Üzün oldu isə, gər külfət yanında qarə,  səbr eylə (267). 
Onda sizin bacınızın yanında üzüqara olaram (35,  s.254). 
Üzüm  ayağının altına -  bağışla, ədəbsizlik eləyirəm. 
Zarafatım  var  səninlə,  kiçiyinəm,  üzüm  ayağının  altına 
(84,  s. 115).
Üzümdən kəsmədi - deməyə utandım,  hörmət qoydum. 
Üzümün suyu töküldü - abır-həyam getdi,  utandım. 
Yüzüm  suyun  üzüm  suyundan  ötrü  su  kimi  tökdüm  (317,
s.70).
Bir  dəmir  qapı,  balaca  dədxıçə,  onun  üstündə  dəmirdən 
toru,  onun  dalında qart bir təvvab,  çoxdan tökülmüş üzünün  suyu 
(Nəsim).
Üzün  ayazlaması  -   ölüm  vəziyyətində,  çox  həyəcanlı 
olanda rəngin ağarması.
Sanki  qəfil  ayrılığın  təşvişindən  kişinin  üzü  ayazımışdı. 
Bəli,  ağ üzü daha da ağarmışdı.
Üzündən iraq - səndən uzaq, pis adam.
Bəs ki bu üzdən iraqlar ilə yoldaş oldum,
Şərbəte qənd ikən şireyi-xəşxaş oldum (222,  s.55).
Üzünə dan yeli dəyməyib -  həyasız, utanmaz.
Dan tanrı gəldi,
Dan tanrı özü gəldi,
491

ttrkdtnämfori
•Befavz  Яэат
Durun hamı bəylər, qardaşlar,
Dan tanrım övək (331,  1365).
Üzünə  gün  doğsun  -  əziz  qonağı  yola  salan  zam an 
güzgünü  günəşə  tutub  onun  işığım  qonağın  üzünə  salm aq 
türklərdə  bir  adət  idi.  Deyim  o  zamandan  qalıb.  Xoşbəxtlik, 
səadət arzu etmək deməkdir.
Üzünə qan gəlib -  yaxşılaşıb,  sağlamlığını ələ  gətirib.
Üzünə  ölü  tozu  qonub  -  ağır  vəziyyətdə,  xəstəhal,  rəngi- 
rufu qaçmış,  incardan düşmüş,  ölümqabağı  hal,  ölümdən  qabaqkı 
vəziyyət
Üzünə toz qorıdurmur -  vecinə  deyil,  zahirən  özünü rahat 
göstərmək.
Q əbri görür, toz qondurmur üzünə  (307,  s.50).
Üzünü  başmaqlarına  sürtmək  -   ayaqlarına  döşənmək, 
səcdə  etmək.
Birdən-birə 
bu  palçıq  içinə 
döşənib  üzünü  onun 
başmaqlarına  sürtən  çılğın  m əhəbbət  Fəzlin  ata  ürəyinə  bıçaq 
sancdı  (144,  s. 173).
Üzünün  örtüyün  vermək  -  pis  yola  düşən,  təhqir  olunan 
adam belə  deyir.  Örtük ağ kəfən mənasındadır.
Allah  ya  burdan  qurtarsın,  ya  da  birdəfəlik  üzümün 
örtüyünü versin (82,  s.231).
Üzünün  suyu  tökülmək  -   abırsız,  həyasız  bir  insan 
olmaq.
Vallah,  bizim  zəmanədə  cavanlar  elə  sırtıqlaşıblar  ki 
üzlərinin suyu tökülüb (9,  s.20).
Üzü olmamaq -  utanmaq,  xəcalət çəkmək.
Qapım döyməyə üzüm olmadı (291,  səh.  18).
Üzü  sillə  ilə  qızartmaq  -  güclə  ailə  dolandırmaq,  sirrini 
heç kəsə açmamaq.
Üzü  sulu  qayıtmaq  -  peşiman  olmaq,  utanmaq,  abri- 
həyası tökülməmiş qayıtmaq.
Day  m ənim   bu  evdə  qalmağım  yaramaz,  abır-həya  ilə, 
üzüsulu  çıxıb getməliyəm (1,  s.61)
Üzü turşutmaq -  qaş-qabaq sallamaq.
492
швЗЗшя
Üzünü turşutdun,  alanda salam (264,  səh  118).
Üz-üzdən  utanar  -   biri-birini  görsə,  ürəyindəki  incikliyi 
deyə bilməz, xahişini  eşidər.
Elə  bir  şəxs  sənə  ağız  açır  ki,  keçə  bilmirsən,  üz  üzdən 
utanır (1,  s.351
Üzü üzlər görmüş -  çox təcrübəli; çox əxlaqsız  qadın.
Üz verəndə astar istəyir -  yaxşılıqdan  sui-istifadə edir.
Üz vurmaq  -  təkid etmək.
Kişi  çox  çalışdı,  üz  vurdu,  qardaşları  geri  döndərə 
bilmədi  (14).
493

®E(İrUZjfbg^
Tür^deyim läri
-V-
Valay vurmaq -  düz işləməmək.
Elə bil ki,  sənin beynin valaylıdır (219,  s. 110).
Valı/ səhifəni dəyişmək -  münasibəti dəyişm ək.
İbişli- deyəsən valı dəyişmisən, drujok? (9,  s. 181).
Vara  yalvarmaq  -  varlıya,  imkanı  olan  adama  hamı  üz
tutar.
Yoxsul olan gedər vara yalvarar,
M ən necə yalvarım bir özgəsinə? (261,  s.318).
Var  evi  kərəm   evi,  yox  evi  dərdinən  vərəm   evi  - 
yoxsulluqdan Allah da bezardır,  imkanlı adamın dostu çox  olar.
Var-gəl  etmək  -  gəzinmək,  bir  salonun,  otağın  içində 
nigaranlıqla o yan-bu yana gedib gəlmək.
M irzə  Cəlil  həyəcan  keçirir,  arası  kəsilm ədən  papiros 
çəkir, var-gəl edirdi (197).
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin