T ƏHSİ L nazi rli Yİ G



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix31.01.2017
ölçüsü2,72 Mb.
#7270
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

Az

ərbaycan  folklorunun  toplanması,  nəşri 

v

ə tədqiqi sahəsində səmərəli fəaliyyət göstərən



c

əfakeş bir folklor araşdırıcısı kimi tanınan pro-

fessor S

ədnik Paşa Pirsultanlı ümumxalq hörməti 

qazanan folklorşünas tədqiqatçı alimdir. 

Göyç


ə  mahalının  Sarıyaqul  kəndində  ana-

dan  olan,  uşaqlıq  və  gənclik illərini bu cənnət 

diyarda keçir

ən Miskin Abdal fitri istedadlı aşıq 

olmuş,  oğlanları  Batmanqılınc  və  Əliqılınc  ata-

larını  Sarıyaqub  kəndinin qəbrisitanlığında  dəfn 

etmişlər. 

Miskin  Abdalın  atası  Məmmədcəfər  şah 

İsmayıl Xətainin atası Şeyx Heydərlə çox yaxın 

dost  olmuşdur,  həm də  onun siyasətinin  fəal 

ca

rçılarından biri olmuşdur. 



                                                 

10

 Elm v



ə sənət adamları Sədnik Paşa Pirsultanlı haqqında, birinci 

cild. Bakı, 2003, səh.148. 



 

299 


Şeyx  Heydərin ölümündən  sonra  İrandan 

onun yaxın adamlarına divan tuturlar. Məmməd-

c

əfərin Miskinli adlanan tayfası İranı tərk edir.  



 

Hüseyn  ağıllı  və  qabiliyyətli  olmuş,  mü-

k

əmməl təhsil  almaqla  yanaşı,  həm də  aşıq 



s

ənətini mükəmməl öyrənməyə başlayır. 

Hüseyn  xalqın  hörmətini  qazanır,  el  şairi 

kimi tanınır, şeirləri dillər əzbəri olur. Buna görə 

d

ə məşhurlaşır və Miskin Abdal təxəllüsünü qə-



bul edir. 

Şah İsmayıl Miskin Abdalı xüsusi tapşırıqla 

Dağıstana  göndərir və  onu  Dağıstan  xanının 

yanında işə düzəldir.  

Miskin  Abdal  onun  yanında  iki  ildən  artıq 

işləyir, böyük hörmət  qazanır.  Dağıstanda  gözəl 

bir qadınla evlənir.  

Miskin  Abdal  istedadlı  sənətkar, parlaq 

uğurlar  qazanmış  ustad  olmuş,  nadir  sənət inci-

l

əri yaratmışdır.  



Misk

in  Abdal  haqqında  Sədnik  Paşa  yazır 

ki,  Miskin  Abdal  çox  istedadlı,  xeyirxah,  ustad 

şair-aşıq olmuş, zəngin bədii irs yaratmış, ümum-

xalq m

əhəbbəti  qazanmış,  əbədiyaşar  aşıq-



şairdir. 

Professor  S

ədnik Paşa Pirsultanlının 1989-

cu ild


ə  çap etdirdiyi “Azərbaycan xalq dastan-

 

300 


larının  tədrisinə  dair”  adlı  metodik  dərs vəsaiti 

s

əmərəli əməyin məhsuludur.  



Professor Abbas S

əmədovun  redaktorluğu, 

professor Vaqif V

əliyevin, professor Mürsəl 

H

əkimovun,  professor  Sadıq  Şükürovun  rəyi, 



elmi-n

əzəri və pedoqoji-metodik tövsiyyələri ilə 

çap olunan bu kitab uzun ill

ər dərsliyə olan tələbi 

öd

əmiş və müəllifə hörmət qazandırmışdır.  



Girişdən və  iki hissədən ibarət olan dərs-

likd


ə  qəhrəmanlıq  dastanları,  məhəbbət və  ailə-

m

əişət  dastanları  tarixilik  və  elmilik prinsipləri 



əsasında şərh olunur.  

“Kitabi-D

ədə  Qorqud” və  “Koroğlu”  das-

tan


larının  tədrisi  ətraflı  təhlil edilib yekun-

laşdırılır. 

Mahir pedaqoq S

ədnik Paşa Pirsultanlı das-

tan haqqında ilk məlumat verən alman ərəbşünası 

Yakov  İohan  Reysgedən  başlamış  Avropa,  rus, 

türk v

ə Azərbaycan alimlərinin apardıqları tədqi-



qat  işlərini  qısa  şərh  edir,  onların  xidmətlərini 

düzgün qiym

ətləndirir. 

Folklorşünas  Sədnik  Paşa  dastanların  top-

lan

ması,  nəşri  və  tədqiqi sahəsində  V.Xuluflu, 



H.Əlizadə,  H.Araslı,  M.H.Təhmasib,  P.Əfəndi-

yev,  F.F

ərhadov, V.Vəliyev, A.Nəbiyev, M.Hə-

kimov kimi görk

əmli  folklorşünasların  səmərəli 


 

301 


f

əaliyyətlərini,  apardıqları  araşdırmaları  və  yaz-

dıqları tədqiqat əsərlərini yüksək qiymətləndirir. 

Professor S

ədnik  Paşa  Pirsultanlının  meto-

dik d


ərs vəsaiti ali məktəblərin tələbələri üçün 

faydalı  və  çox  əhəmiyyətlidir. Məhz buna görə 

d

ə həmin dərs vəsaitindən müasir dövrümüzdə də 



s

əmərəli istifadə  olunur və  müəllifə  hörmət 

qazandırır. 

Professor  S

ədnik Paşa Pirsultanlının 1989-

cu ild


ə yazıb çap etdirdiyi “Azərbaycan folkloru 

v

ə aşıq yaradıcılığı” adlı dərs vəsaiti Təhsil Na-



zirliyinin qrifi il

ə buraxılmışdır.  

əllif göstərir ki, şifahi xalq ədəbiyyatının 



ayrılmaz  tərkib hissəsi  olan,  xalqımızın  ictimai 

v

ə bədii-estetik fikir tarixində, mədəniyyətimizin 



inkişafında  mühüm  rol  oynayan  aşıq  poeziya-

sının  kökləri  şifahi  xalq  yaradıcılığından  su 

içirs

ə, budaqları, qol-qanadları həmişə yazılı ədə-



biy

yatla  qovuşur,  ona  təsir edir, ondan qüvvət 

alır.  

Filologiya elml



əri doktoru, professor Sədnik 

Paşa  Pirsultanlı  Azərbaycan  folklorunu və  aşıq 

yaradıcılığını mükəmməl araşdırmış, tarixi mən-

b

ələr, dərsliklər,  arxiv  materialları  əsasında 



n

əzərdən  keçirmiş,  elmi-nəzəri və  pedaqoji-me-

todik c

əhətdən faydalı, həm də dərslik mahiyyətli 



monoqrafiya yazmışdır.  

 

302 


Professor  S

ədnik Paşa Pirsultanlının dərslik 

mahiyy

ətli tədqiqat  əsərində  ozan-aşıq  yaradı-



cılığının  keçdiyi  tarixi  inkişaf  yolu  aşağıda 

göst


ərilən  üç mərhələyə ayrılır:  

1). 


Əski  çağlardan  VII-VIII  əsrə  qədər 

davam etmiş ozan yaradıcılığı dövrü. 

 

2).  XII-XIII 



əsrlərdən XVI  əsrə  qədərki 

zaman m


əsafəsində  ozan və  aşığın  müştərək 

yaradıcılıq dövrü. 

 

3).  XVI-XX 



əsrlərdə  aşıq  yaradıcılğı 

dövrü. 


əllif ozan-aşıq yaradıcılığının yazılı ədə-

biyyatla 

əlaqəsindən bəhs edir və  bu dövrlərin 

qısa təhlilini verir.  

XII 


əsrdə, yəni Nizami dövründə, XVI 

əsrdə, yəni  Şah  İsmayıl  Xətai dövründə, XVIII 

əsrdə, yəni Molla Pənah Vaqif dövründə  aşıq 

yaradıcılığının  qarşılıqlı  əlaqəsinin tədqiq və 

t

əhlili qısa şərhini tapır. 



Kitabda Dirili Qurbani, 

Tufarqanlı  Abbas, 

Sarı Aşıq, Tikmədaşlı Xəstə Qasım, Abdalgülab-

lı Valleh haqqında verilən məlumat yüksək elmi-

n

əzəri səviyyədə  yazılmışdır.  Bu portret-oçerk-



l

ərin məzmunu və ideyası oxucunu təmin edir.  

əllif Dirili Qurbani ilə əlaqədar “Qurba-



ni” dastanını, Tufarqanlı Abbasdan bəhs edəndə 

“Abbas v


ə Gülgəz” dastanını, Sarı Aşıqdan danı-

 

303 


şanda  “Aşıq  və  Yaxşı”  dastanını,  Abdalgülablı 

Aşıq Valehdən bəhs edəndə “Valeh və Zərnigar” 

dastanını xatırlayır, bu sənət nümunələrinin məz-

mun v


ə ideyasını qısa təhlil edib yekunlaşdırır. 

Ümumiyy


ətlə, dərs vəsaitindəki portert-

oçerkl


ərin  planlı  şəkildə  şərh edilməsi, mövzu-

nun şüurlu mənimsənilməsinə təkan verir, tərbi-

y

əvi mahiyyət daşıyır.  



Folklorşünas    Sədnik  Paşa  Pirsultanlının 

toplayıb 2001-ci ildə nəşr etdirdiyi Aşıq Bəstinin 

“B

ənövşələr” adlı kitabı təqdirəlayiqdir.  



Az

ərbaycanda  Aşıq  Pəri və  Aşıq  Həmayıl 

ki

mi  qadın  aşıqları  həmişə  hörmətlə  yad edil-



mişlər. 

Aşıq Bəstinin 1969-cu ildə “Lalə” adlı şerlər 

kitabı çap olunmuşdur.  

Aşıq  Bəsti  öz sevgili  ömrünü və  sevgilisi 

Xançobanın  ömrünü  tez  açıb  və  tez də  solan 

b

ənövşənin ömrünə bənzədir. Aşıq Bəsti sevgilisi 



Xançobanın  vaxtsız  vəfatına  sarsılır  və  poetik 

dill


ə deyir: 

Bir quş kimi yoxa çıxdı, 

Hara uçdu b

ənövşələr? 

B

əsti, Xançobanım kimi, 



Vaxtsız köçdü bənövşələr. 

 


 

304 


Az

ərbaycan  ədəbiyyatı  tarixində  görkəmli 

v

ə  ustad sənətkar  kimi  tanınıb  hörmət qazanan 



Aşıq Bəsti “Kəklik”  adlı şeirində oxuculara yük-

s

ək əxlaqi keyfiyyətlər aşılayır və yazır: 



 

G

əlin kimi bəzənirsən, 



Açılıbdı yaxan, kəklik. 

 

Aşıq  Bəstinin “Kəklik”  adlı  şeirində 



t

əşbihlər, bənzətmələr çox canlı və təsirli verilir, 

oxucuların  qəlbini, mənəvi aləmini zəngin-

l

əşdirir, ona gözəl təsir bağışlayır. 



Aşıq Bəsti sevgilisi Xançobanın doğma, ana 

yurdu Füzuli bölg

əsini, romantik gözəlliyə malik 

olan  Ərgünəş  dağını,  bu  yerlərin təbii gözəl-

likl

ərini, sərin bulaqlarını,  şır-şır  axan  çaylarını, 



n

ərgizli,  bənövşəli, güllü-çiçəkli  yaylaqlarını 

poetik dill

ə  tərənnüm edir, alovlu qəlbinin arzu 

v

ə istəklərini, qəmini və kədərini bədii lövhələr



t

əşbih və bənzətmələrlə orijinal cilalayır: 

 

Köçdü Xançobanım fani dünyadan, 



N

ərgizlər dağlarda bitməmiş getdi. 

Qaranquş eyvanda yuva qurmamış, 

Quşlar bala üstə yatmamış getdi. 

 


 

305 


Aşıq  Bəsti mənalı  ömrünün  sevgi  çırağı, 

m

əhəbbət  dünyasının  parlaq  ulduzu,  həyat sal-



nam

əsinin zirvəsi  Xançobanı  Ərgünəş  dağından 

soruşur, ona poetik dillə müraciət edib deyir: 

 

Bu dağlarda neçə Leyli ağlamış? 



B

əsti kimi dağı, daşı dağlamış. 

Yardan biz

ə nə nişanə saxlamış? 

N

ə taparam, torpağından, Ərgünəş? 



 

Az

ərbaycan folklorunu ilk dəfə  toplayan, 



yazıya  alan  Salman  Mümtaz,  Hümmət  Əlizadə, 

M.H.T


əhmasib və  onların  davamçıları  faydalı 

ədəbi məktəb yaratmışlar. Professor Sədnik Paşa  

Pirsultanlı  bu  ədəbi məktəbin məsuliyyətli da-

vam


çılarından biri olmuş, qiymətli sənət inciləri 

yaratmışdır.   

Az

ərbaycan ədəbiyyatının zənginləşməsində 



M

ənicə  xanım  Məhsəti Gəncəvi,  Xurşidbanu 

N

ətavan  (Xanqızı)  və  başqaları  səmərəli fəaliy-



y

ət göstərmiş, zəngin yaradıcılıqları ilə öz dövr-

l

ərinin nəhəng simalarını heyran qoymuş, yazıb-



yaratmış,  təlim-tərbiyəvi mahiyyətli sənət xəzi-

n

ələrini xalqımıza hədiyyə vermişlər.  



A

şıq yaradıcılığında qadın sənətkarlar xüsu-

si 

yer  tutmuş,  saz  çalıb  oxumaqla,  şeirlər  qoş-



maqla şöhrət qazanmışlar.  

 

306 


Bunlardan biri d

ə  XIX  əsrin 40-cı  illərində 

K

əlbəcərdə anadan olmuş, acı taleyi nəticəsində 



doğma ana yurdundan ayrı düşən Aşıq Bəstidir. 

İlk səmimi sevgi məhəbbəti  daşa  dəyən, 

varlığı sarsılan, parlaq zəkası kədərlə dolan Aşıq 

B

əstinin həyatı  faciəli  olmuş,  poeziyasında  bu 



ağır  və  acınacaqlı  vəziyyətin bədii ifadəsini 

vermişdir.  

Aşıq  Bəsti gənc  yaşlarında  bir  çobanla 

sevişmiş, sevdiyi həmin oğlanın doğrandığını gö-

r

ən Bəsti nakam məhəbbətindən sarsılmış, Vətə-



nind

ən didərgin  düşmüş,  sazı  və  sözü ilə  eli-

obanı  dolaşmış,  ömrünün  sonuna  kimi  ilk  sev-

gisini unuda bilm

əmişdir. 

Nakam m


əhəbbətinə  yas  tutan  Aşıq  Bəsti 

alovlu q


əlbinin kədərli arzu və istəklərini poetik 

dill


ə cilalamışdır: 

 

Ay b



əy, nə gəzirsən hallı-havalı, 

Süleyman mülkünün yiy

əsi kimi? 

N

ədəndir yaxşının başın kəsməyə, 



Hazırsan xəncərin tiyəsi kimi? 

 

Sağlığında  şeirləri dillər  əzbəri  olan  Aşıq 



B

əstinin  şeirlərini ilk dəfə  folklorşünas  alim 

S

ədnik Paşa Pirsultanlı toplayıb çap etdirmişdir. 



 

307 


S

ədnik müəllimin    “Lalə” və  “Bənövşələr” 

adlı şeir  kitabları dillər əzbəri olan sənət inciləri 

il

ə çox zəngindir. Aşıq Bəsti Aşıq Ələsgər, Aşıq 



Qurban, Növr

əs  İman  və  başqa  görkəmli sənət-

karların  müasiridir.  Aşıq  Bəsti  laləyə  müraciət 

edir, könül sirdaşı Xançobanı istəyir: 

 

Yarın qanlı köynəyitək, 



Qızarır yol üstə lalə! 

Xançobanı gətir dilə, 

Bir şirin can istə, lalə! 

 

Aşıq  Bəsti zəngin mənəviyyatlı,  zərif 



t

əbiətli,  istedadlı  sənətkar  olmuşdur.  Ancaq  tale 

onun üzün

ə gülməmişdir. 

Aşıq  Bəsti mənalı  ömrünün  poetik  salna-

m

əsini yaratmış və poetik dillə demişdir: 



 

Taleyimin sultanı mən, xanı mən, 

Dürüst bax, B

əstiyəm, yaxşı tanı, mən. 

Başına çevirrəm bu dünyanı mən, 

Dünyanı düz gəzdim, yollardan soruş. 

 

K

əlbəcər  aşıq  poeziyasının  zirvəsi  Aşıq 



Şəmşir  Vətən və  xalq  eşqi  ilə  yaşamış,  zəngin 

poetik irs yaratmış, ümumxalq məhəbbəti qazan-



 

308 


mış  və  milyonların  qəlbində  özünə  əbədi abidə 

qurub ölümsüzlüyün zirv

əsinə yüksəlmişdir. 

K

əlbəcərin onlarla yazarları, el şairi və aşığı 



vardır.  Ancaq  poeziya  zirvəsinə  Aşıq  Şəmşirlə 

Aşıq  Bəsti yüksəlmiş,  əbədiyaşar  sənətkarlar 

olmuşlar. 

Professor S

ədnik Paşa Pirsultanlı Aşıq Bəs-

tini fitri istedadlı, humanist, vətənpərvər, doğma 

ana yurdun vurğunu, zəngin mənəviyyatlı, zərif, 

inc


ə,  sevgilisi  Xançobana sadiq,  məclislərin 

yaraşığı adlandırmaqda tamamilə haqlıdır. 

Ona gör

ə  ki, professor Sədnik  Paşa  Pirsul-



tanlının  elmi-nəzəri  ideyası  mənəvi  paklığı,  və-

t

ənə və xalqa məhəbbəti, ağsaqqala və ağbirçəyə, 



ata v

ə  anaya, elm, mədəniyyət, maarif, ədəbiy-

yat, inc

əsənət, dövlət xadimlərinə, mahir peda-

qoqlara, g

ələcəyin  mahir  qurucuları  olan  gənc 

n

əslə yüksək qayğı bəsləyən müqəddəs və zəngin 



ideyadır. 

Görk


əmli  folklorşünas  alim, professor 

S

ədnik Paşa Pirsultanlı Aşıq Bəstinin zəngin ədə-



bi  irsinin  toplanması,  nəşri  və  tədqiqi sahəsində 

s

əmərəli fəaliyyət göstərmiş  və  yazmışdır  ki, 



Az

ərbaycan  aşıq  yaradıcılığında  Aşıq  Bəsti 

əbədiyaşar  şair,  istedadlı  aşıq,  parlaq  məhəbbət 

sevgisin


ə  sadiq, müqəddəs  insandır,  ustad 

aşıqdır. 



 

309 


S

əsnik  Paşa  Pirsultanlının  fəaliyyəti 

G

əncədə Qazaxıstan, Orta Asiya, Zaqafqaziya və 



Dağıstanın  gənc ozanlar müsabiqəsi təşkil 

olunmuşdur.  

Aşıq  Ədalət  Qaraşov,  göyərçin adlanan 

bacılar  -  Aytəkin və  Gültəkin  müsabiqədə  fəal 

iştirak  etmiş,  onlar  “Ay  Şərəbanı”  mahnısını 

yüks


ək sənətkarlıqla  ifa  etmiş,  dərin hörmət 

qazanmışlar. 

K

əlbəcərli  Aşıq  Ədalətin  “Ruhani”  havası 



çalması  bütün  iştirakçıların  ona  hörmətini bil-

dirdi. Tamaşaçılar ona “Yanıq Kərəmi” havasını 

çaldırıb, bədii zövq aldılar. Aşıq Azaflının şagir-

di N


əsrəddin Əmiraslanovla Aşıq Ədalətin Aşıq 

Şəmşir  və  Aşıq  Azaflının  poeziyasından  gözəl 

s

ənət incilərini  sazın  məharəti ilə  tamaşaçılara 



ərməğan  verməsi gözəl  qarşılanmış,  onlara 

parlaq uğurlar qazandırmışdır.  

Sarıyaqubda Miskin Abdalın nəslindən olan 

Əsmətel nənə  Sədnik  Paşaya  ulu  babası  Miskin 

Abdalın “Dağlar” şeirini əzbər demişdir: 

 

M



əğribdən-Məşriqə səf çəkib durub, 

Qüdr


ətdən çatıbdı baş-başa dağlar. 

İtaət boynuna salıb həmayıl, 

Misli p

əsənd, xotkar, xan-paşa dağlar. 



 

 

310 


Bu  şeirin  dərin mənası,  zəngin  ideyası  və 

t

ərbiyəvi mahiyyəti professor  Sədnik  Paşa  Pir-



sul

tanlıya  gözəl təsir  bağışlamış,  o,  Miskin 

Abdalın şeirlərini toplamaqdan bədii-estetik zövq 

almışdır.  

Tarixl

ərin  şahidi,  İmam-Quran sahibi, sinə-



d

əftər, ülvi ismətli Əsmətel nənə Sədnik Paşaya 

deyib ki,  Abdal babam bir zamanlar Maymaq 

dağının  ətəyində  Hallavar Pəmbəyində  (Qara-

kils

ə- Kirovakan rayonu ərazisində) yaşayarmış. 



Oca

ğına maral sürüsü gələrmiş. Arvadı maralları 

sağıb qatıq çalarmış.  

Bununla güz

əran keçirərmişlər.  Bir  axşam 

marallar g

əlmir. Sonra marallar gəlir, arvadı sa-

ğır,  südü  ocağın  üstünə  qoyur  ki,  bişsin.  Görür 

süd qandır. Abdalı çağırır. Abdal gəlib deyir ki, 

y

əqin  Şadman haradasa qan salıb. 



Gec

ə Şadman gəlir və deyir ki, qəlbimə bir 

adam d

əydi, mən  onlardan  on  adamın  qanını 



axıtdım. Abdal babam hirslənir, Şadmanın dalın-

ca  kösöv  atır.  Bundan  sonra  Gədəbəyin  Şınıx 

k

əndinə gedir və bu sözü yolda dağlara deyir: 



 

N

əs illərdən satın aldın pis günü, 



Çağırdın dumanı, tökdün çiskini. 

Gözüyaşlı qoydun Cüda Miskini, 

Eyl

ə gülə-gülə tamaşa, dağlar. 



 

311 


Oğulları  Barmanqılıc  və  Əliqılıncın  qəbir-

l

əri də  Sarıyaqub  qəbiristanlığındadır.  Adı  kimi 



özünün d

ə  məzarı da itkin düşübdür. Ancaq hələ 

d

ə məlum deyildir ki, haradadır.  



Miskin Abdal ocağında sonralar tanınmış el 

s

ənətkarları yetişmişdir. Müsəmma Miskin, Mis-



kinç

əli  Miskin,  Ayrım  İsmayıl,  Miskin  Məm-

m

ədcəfər, nəhayət, günümüzün Aşıq Şəmşiri. 



Deyirl

ər, Göyçə  mahalında  ilk  məktəbi də 

Miskin  Abdal  açıb.  XIX  əsrin sonu, XX əsrin 

əvvəllərində yaşayıb-yaratmış məşhur söz ustadı 

Ağdabanlı  Qurban  da  (Aşıq  Şəmşirin  atasıdır) 

t

əhsilini Sarıyaqubda, baba ocağında almışdır”.



11

 

Göyç



ə mahalının görkəmli sənətkarı Miskin 

Abdal XVI 

əsr Azərbaycan  şifahi  poeziyasının 

istedadlı  nümayəndələrindəndir. Onun dörd əsrə 

yaxın  müddətdə  dillərdə  əzbər olan zərif, təra-

v

ətli  misraları  da,  xoşbəxtliyi,  xeyirxahlığı  və 



müdrikliyi il

ə  yaddaşlarda  qalan  şəxsiyyəti də 

yaşamış, yaşayır və yaşayacaqdır. 

Aşıq  Talıb  xatırlayır  ki,  Aşıq  Ələsgər hə-

mişə  Sarıyaquba  gedər,  Abdal  ocağını  ziyarət 

ed

ər, orada ürəklə çalıb-oxuyar və hörmət qaza-



narmış.  

                                                 

11

 Elm v


ə sənət adamları Sədnik Paşa Pirsultanlı haqqında, birinci 

cild. Bakı, 2003, səh.185. 



 

312 


Növr

əs İman Miskin Abdalın adını hörmətlə 

ç

əkir,  onun  şeirlərini öyrəndiyini, ondan bəhrə-



l

əndiyini,  Miskin  Abdalın  şeirlərini çox səmi-

miyy

ətlə oxuduğunu deyir: 



 

Yaxşı bəyənmişəm Miskin  Abdalı, 

C

əm imiş başında ağlı-kamalı. 



 

Miskin Abdal 

haqqında  verdiyimiz  tarixi 

m

əlumatdan aydın olur ki, professor Sədnik Paşa 



Pirsultanlının  Azərbaycan  aşıq  poeziyasının  ya-

ra

dılmasında  və  inkişafında  Azərbaycan  kişi 



aşıqları  ilə  birlikdə  qadın  aşıqlarının  səmərəli 

f

əaliyyətini  düzgün  şərh  etmiş  və  qiymətləndir-



mişdir. 

Dem


əli, professor Sədnik  Paşa  Pirsultan-

lının elmi-nəzəri ideyası müasir müstəqil dövrü-

müzd

ə  qarşıda  duran  əsas problemlərin  şərhinə 



v

ə həyata keçirilməsinə tamamilə cavab verir. 

Ona gör

ə ki, folklorşünasın haqqında elm və 



s

ənət adamlarının rəyləri, fikirləri, elmi-nəzəri və 

pedoqoji-metodik münasib

ətləri çox dərin 

m

əzmunlu, faydalı və əhəmiyyətlidir.  



Bu elmi-n

əzəri mülahizələr müxtəlif olsa da, 

bir-birind

ən fərqlənsə  də, bunlar məzmun və 

ideya baxımından vəhdət təşkil edir, folklorşünas 

alim S


ədnik  Paşanın  əməyini yüksək qiymət-

 

313 


l

əndirməyə, vətənə  və  xalqa, xüsusilə  Azər-

baycan  xalqının  şifahi  xalq  ədəbiyyatını  top-

lamaq sah

əsindəki misilsiz fəaliyyətini yüksək 

d

əyərləndirmə təkanı verir, onu təsdiqləyir. 



Professor  S

ədnik Paşa Pirsultanlının səmə-

r

əli fəaliyyəti və  şərəfli  yaradıcılığı  onun  elmi-



n

əzəri  ideyasının  zənginliyini və  əhəmiyyətini 

t

əsdiqləyir.  



Professor   S

ədnik    Paşa    Pirsultanlının 

“Ozan-

aşıq    yaradıcılığına    dair  araşdırmalar”  



kita

bının  ikinci    hissəsi  2002-ci ildə  Gəncədə  

n

əşr edilmişdir.  



Professor S

ədnik Paşa Pirsultanlının  “Ozan-

aşıq yaradıcılığına  dair araşdırmalar”  kitabının  

ikinci  hiss

əsində  “Hacı Veli Bektaşi, Bektaşilik  

v

ə  Ozan-Aşik  Sanati”,  “Pir  Sultan  Abdal”,  “Pir 



Sul

tan dağdımı, kənddimi, şəxsiyyətdimi”, “Aşıq 

Veys

əlin    şeirlərindəki özgünlük”, “Güvəndikli 



Aşıq Əhməd”,  “Aşıq Vəli”, “Böyük el sənətka-

rı”,  “Aşıq  Ələsgərin  savadı  olubmu”,  “Ələsgər 

yada  düşür”,  “Müasirləri  Aşıq  Ələsgər haqqın-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin