ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix03.02.2017
ölçüsü1,22 Mb.
#7292
1   ...   6   7   8   9   10   11   12   13   14

Yunis HÜSEYNOV, 
 tarix üzrə fəlsəfə doktoru 
 
ERMƏNĠ SAYIQLAMALARI 
 
Məlum  olduğu  kimi,  1805-ci  il  mayın  14-də  bağlanmış 
Kürəkçay  müqaviləsinə  görə  Qarabağ  xanlığı  faktiki  olaraq 
Rusiyaya  ilhaq  edildi,  1822-ci  ildə  isə  ləğv  edilərək  Rusiya 
imperiyasının əyalətinə çevrildi. 
Qarabağ  xanlığını  yaradılmış  yeni  siyasi  qurum  - 
komendantlıq idarə edirdi. Mərkəzi Şuşa şəhəri olmaqla o, hərbi 
müsəlman  dairəsinin  tərkibinə  daxil  idi.  Türkmənçay  sülh 
müqaviləsindən  sonra  (10.II.1828)  ermənilərin  torpaqlarımıza 
kütləvi axını başlandı. 
Əldə  olan  rəsmi  məlumatlara  görə,  iki  il  ərzində,  yəni, 
1828-1830-cu  illərdə  Şimali  Azərbaycana,  o  cümlədən  də, 
Qarabağ  xanlığı  ərazisinə  İrandan  40  min,  Osmanlı 
Türkiyəsindən 90 min erməni köçürülmüşdü. Bundan başqa, 70 
minə  qədər  erməni  torpaqlarımıza  qeyri-rəsmi  gətirilmiş  və 
beləliklə  də,  onların  sayı  200  mindən  artıq  olmuşdu.  Ermənilər 
iddia edirlər ki, guya, onlar Qarabağın yerli sakinləridir. Onların 
bu sayıqlamalarını heç bir qaynaq və mənbə təsdiq etmir.  
Ermənilərin 
ərazimizə  köçürülüb-gətirilmələri  rus 
məmurlarını 
da 
həmişə 
narahat 
etmişdir. 
Məsələn, 
A.S.Qriboyedov  Rusiya  imperatoruna  yazdığı  məktubunda 
deyirdi:  -“Əlahəzrət,  olmaya  mərkəzi  rus  torpaqlarında 
ermənilərin  məskunlaĢdırılmasına  icazə  verəsiniz.  Onlar  elə 
tayfadırlar ki, bir neçə il yaĢadıqdan sonra dünyaya hay-küy 
salacaqlar 
ki, 
bura 
bizim 
qədim 
dədə-baba 
torpaqlarımızdır”.  Göründüyü  kimi,  A.S.Qriboyedov  başa 
düşürdü  ki,  erməni  tutduğundan  əl  çəkmir,  ona  görə  də  onları 
Rusiya  imperiyasının  müstəmləkə  ucqarlarına  köçürülmələrinə 
işarə  edirdi.  Bu  yolla  da  Rusiya  imperiyası  erməniləri  öz 
ərazisindən  kənarlarda  yerləşdirməklə,  özü  üçün  forpost 
yaradırdı. Hazırda torpaqlarımızda yaşayan və özləri üçün dövlət 

 
 
133 
yaradan  ermənilər  Rusiya  Federasiyasının  əsl  forpostudur. 
Siyasi,  iqtisadi  və  sosial  cəhətdən  misli  görünməmiş  böhran 
məngənəsində  boğulan  erməni  “dövləti”ni  başqa  cür  təsəvvür 
etmək mümkün deyil. 
Rusiya imperiyası XIX əsrin 30-cu illərindən başlayaraq 
erməniləri  Cənubi  Qafqaza  köçürməkdə  davam  edirdi.  Bu 
köçürmələrdə  Qarabağ  və  İrəvan  xanlıqlarının  ərazisi  əsas  yer 
tuturdu.  Rus  Qafqazşünası  N.N.Şavrov  1911-ci  ildə  yazırdı: 
“Zaqafqaziyadakı  1,3    milyon  erməninin  1  milyonundan 
çoxu  gəlmədir.  Burda  yaĢayan  həmin  1  milyon  300  min 
erməninin 1 milyondan çoxu yerli deyil. Onlar vilayətə bizim 
tərəfimizdən köçürülüb-gətirilmiĢdir”. 
Qeyd  edilən  iqtibaslar  bir  daha  sübut  edir  ki,  ermənilər 
mənşəcə  yerli  deyillər,  onlar  Qarabağa  və  İrəvan  torpaqlarına 
gətirilib yerləşdirilmişlər.  
...  Onlar  üçün  İrəvan  xanlığı  ərazisində  “Erməni 
vilayəti”  yaradıldı.  “Böyük  Ermənistan”  xülyası  ilə  yaşayan 
ermənilər  havadarlarının  fəal  köməyi  ilə  A.S.Qriboyedovun 
dediyi  kimi,  “torpaq  mənimdir”  deyərək  yerli  əhaliyə  qarşı 
genişmiqyaslı qırğına başladılar. Bu soyqırım XX əsrdə xüsusilə 
geniş miqyas aldı.  
Erməni silahlı dəstələri Birinci Dünya müharibəsi (1914-
1918-ci 
illər) 
illərində 
xüsusilə  azğınlaşaraq  türklərin 
soyqırımına  başladılar.  Müharibə  dövründə  Rusiyanın  hakim 
dairələri ermənilərə böyük etimad göstərmiş, Qafqaz cəbhəsində 
Türkiyəyə  qarşı  aparılan  döyüşlərdə  bu  quldurlardan  öz 
məqsədləri üçün istifadə etmişlər. 
Ermənilərin  məqsədi  ondan  ibarət  idi  ki,  müharibənin 
gedişində  rus  qoşunları  tərəfindən  Türkiyədən  ələ  keçirdikləri 
ərazilərdə,  İrəvan  quberniyasını  da  bura  əlavə  etməklə  “Böyük 
Ermənistan”  adlı  siyasi  bir  qurum  yaratsınlar.    Bu  məqsədlə 
ermənilərin  tərtib  etdikləri  xəritəyə  görə  bu  “dövlət”  -  Aralıq 
dənizi,  Qara  dəniz  və  Xəzər  dənizinin  arasında  yerləşən 
torpaqları əhatə etməli idi. Ermənilər xəritəyə Gəncə, Lənkəran, 
Salyan,  Təbriz,  Marağa  və  başqa  şəhərləri  də  salmışdılar. 

 
 
134 
“Dövlətin coğrafi xəritəsi”nə Zaqafqaziya və Asiya Türkiyəsi də 
daxil  idi.  Bütün  bunlar  isə  yalnız  erməni  sayıqlamalarından 
başqa bir şey deyildi. 
Tarixi    araşdırmalardan  məlum  olur  ki,  1914-cü  ilin 
sentyabr  ayından  başlayaraq  erməni  könüllü  silahlı  dəstələri 
yaradılmağa  başladı.  Məqsəd  türklərə  qarşı  soyqırımı  törətmək 
idi  və  törədildi  də.  Qısa  müddət  ərzində  7  könüllü  polk 
yaradıldı. Onların sıralarında 6000 nəfərdən artıq əsgər və zabit 
vardı.  Bu  birləşmələrə  müxtəlif  vaxtlarda  tayqulaq  Andronik 
Ozanyan,  Arşak  Qafafyan,  Vardan  Mehrabyan,  Hamazasp 
Orvandzyan,  Qriqor  Avşaryan,  Hayk  Bjşkyan  (Qay),  Havser 
Artunyan  komandanlıq  etmişdilər.  Ümumiyyətlə,  erməni  hərbi 
birləşmələrini  formalaşdırmaq  məqsədilə  Rusiya  imperiyasında 
məskunlaşan 250 mindən çox erməni səfərbərliyə alınmışdı. 
Rus-erməni silahlı qüvvələri Türkiyənin içərilərinə doğru 
irəlilədikcə  küçələrdə  qarşılarına  çıxanları  qəddarlıqla  qətlə 
yetirirdilər.  Onlar  sakinləri  fiziki  cəhətdən  məhv  edir  və 
əmlaklarını ələ keçirirdilər. 
Bu  quldur  dəstələrini  “Daşnaksütyun”  (“İttifaq”) 
partiyasının  ideologiyası  zəhərləmişdi.  “Daşnaksütyun”  öz 
iyrənc nəfəsini daşnak lideri S.G.Şaumyandan alırdı.  
Türkiyə  ərazisində  daşnaklar  on  minlərlə  türkü 
öldürmüş, saysız-hesabsız kənd və qəsəbələri yandırmışdılar. Bu 
cür  cinayətkar  hərəkətləri  onlar  azərbaycanlılara  qarşı  da 
törətmişdilər.  Həm  Türkiyədə,  həm  də  Azərbaycanda  erməni 
qətllərinə  və  talanlarına  həsr  olunmuş  çoxlu  elmi-tədqiqat 
əsərləri  yazılmışdır.  Bununla  da  onların  cinayətləri  sübuta 
yetirilmiş  və  beləliklə  də,  yalançı,  uydurma  erməni  soyqırımı 
təkzib  edilmişdir.  Ermənilər  onlara  qarşı  soyqırımı  məsələsini 
ortaya  atırlar  ki,  öz  əməllərini  ört-basdır  etsinlər.  Türkiyədə 
aparılan  araşdırmalar  nəticəsində  məlum  olmuşdur  ki,  rus 
qoşunları  tərəfindən  Birinci  Dünya  müharibəsi  illərində  ələ 
keçirilmiş ərazilərdən 850000 müsəlman qaçqın düşmüşdür. Bu 
işdə erməni silahlı quldur dəstələri fəal iştirak etmişlər. 
1917-ci  ilin  fevralında  Rusiyada  baş  verən  burjua 

 
 
135 
inqilabından  sonra  ermənilər  Cənubi  Qafqazda  öz  çirkin 
əməllərini  daha  da  genişləndirdilər.  Aprel  ayında  Tiflisdə 
konfrans  çağıraraq  Cənubi  Qafqazı  və  Şərqi  Anadolunu  da 
özündə  birləşdirəcək  “Böyük  Ermənistan”  yaratmağı  qərara 
aldılar. Bunu həyata keçirmək üçün 25 nəfərdən ibarət “Erməni 
Milli  Məclisi”  və  15  nəfərdən  ibarət  başqa  bir  mürtəce  təşkilat 
da  yaradıldı.  Ermənilər  Türkiyənin  Şərq  vilayətləri,  Şimali  və 
Cənubi  Azərbaycanın  bir  sıra  əraziləri  hesabına  “Böyük 
Ermənistan” yaratmaq üçün sayıqlamalara başladılar. 
İrəvan  xanlığının  Ermənistan  SSR  yaradılan  ərazisi 
1380600  hektar  təşkil  edirdi.  1828-ci  ildən  sonra  ermənilərin 
yaşadıqları  kəndlərin  ərazisi  isə  46515  hektar,  ümumi  sahənin 
3,37 faizi qədər idi. Göründüyü kimi, ərazinin 1334085 hektarı, 
ümumi ərazinin 96,63 faizi azərbaycanlılara məxsus idi. Türkiyə 
və İrandan qovulan ermənilərə torpaq vermək məqsədilə Cənubi 
Qafqazın  müəyyən  əraziləri  azərbaycanlılardan  təmizlənməyə 
başlanıldı.  Bu,  sözün  əsl  mənasında,  xalqımıza  qarşı  soyqırımı 
demək idi. Qısa müddətdə “təmizlənmiş” ərazilərə 1 milyondan 
çox  erməni  köçürüldü.  1828-1830-cu  illərdə  2  milyondan  çox 
yerli  müsəlman  ata-baba  torpaqlarından  zorla  çıxarılmış,  bir 
sözlə, soyqırıma məruz qalmışdılar. 
Cənubi  Qafqazda  ermənilərin  sayı  durmadan  artırdı.  Bu 
sahədə Rusiya xüsusi rol oynayırdı. Əgər 1896-cı ildə burda 900 
min erməni vardısa, 1907-ci ildə onların sayı 1 milyon 300 minə 
çatdı.  Onların  1  milyon  2  yüz  mini  xaricdən  köçürülüb-
gətirilənlər idi. 
1917-ci il dekabrın 29-da Sovet Rusiyası XKS “Türkiyə 
Ermənistanı”  haqqında  dekret  verdi.  Həmin  dekret  1918-ci  il 
yanvar  ayının  15-18-də  III  Ümumrusiya  Sovetlər  qurultayında 
təsdiq  edildi.  Dekretə  əsasən  XKS  “əzabkeş”  erməni  əhalisinə 
müharibənin  gedişində  rus  ordusunun  ələ  keçirdiyi  türk 
torpaqlarında  erməni  dövləti  yaratmağa  təzminat  verirdi.  Bu 
dövlətin  yaradılması  işi  Stepan  Şaumyana  həvalə  edilmişdi. 
V.İ.Lenini ermənilərə bağlayan nə idi?  
Ermənilər  1918-ci  ilin  yanvarından  başlayaraq  Bakıda, 

 
 
136 
Cənubi  Qafqazın  digər  ərazilərində  müsəlmanlara  qarşı 
soyqırımı  törətmək  üçün  müxtəlif  fitnəkarlıqlara  əl  atırdılar. 
1917-ci  il  martın  9-da  təşkil  olunmuş  Xüsusi  Cənubi  Qafqaz 
Komitəsi,  həmin  il  noyabrın  15-də  təşkil  olunmuş  Cənubi 
Qafqaz  Komissarlığı,  daha  sonra  isə  1918-ci  il  fevralın  15-də 
təşkil  olunmuş  Cənubi  Qafqaz  Seymi  real  siyasi  və  hərbi  gücə 
malik  olmaları  ilə  yanaşı,  göstərilən  qurumların  tərkibində 
Azərbaycanın  nümayəndə  heyətləri  də  yetərincə  təmsil 
olunmamışdılar.  Bütün  bunlar  ermənilərə  əl-qol  açmağa  və 
niyyətlərini həyata keçirməyə şərait yaradırdı. 
Bakı  Sovetinin  siyasi  hakimiyyəti  ilə  erməni-rus  silahlı 
qüvvələrini  bir  araya  gətirən  S.Şaumyan  və  onun  tərəfdarları 
Azərbaycan xalqına qarşı  ən böyük soyqırımı həyata keçirməyə 
başladılar.  Onlar  bu  ideyalarını  1918-ci  ilin  mart-aprel 
aylarından Bakı quberniyasında reallaşdırdılar. Azərbaycanlılara 
qarşı  soyqırımında  erməni  milli  şurası  xüsusi  fəallıq  göstərirdi. 
Mübarizəyə  rəhbərlik  etmək  üçün  1918-ci  il  mart  ayının  31-də 
bolşeviklər tərəfindən inqilabi müdafiə komitəsi yaradıldı. Onun 
tərkibinə  S.Şaumyan,  P.Caparidze,  Q.Korqanov,  İ.Suxartsev 
daxil  idilər.  Mart  döyüşləri  günlərində  bolşevik  hərbi 
dəstələrinin rəisi N.Anançenko, komissarı isə S.Martikyan idi. 
Əldə  olan  sənədlər  sübut  edir  ki,  1918-ci  il  martın  30-
dan  aprelin  1-ə  kimi  erməni  quldur  dəstələri  milli  qırğın 
törətdilər.  Üç  gün  ərzində  Bakıda  15  mindən  artıq  günahsız 
insan qətlə yetirildi. Daşnak birləşmələrinin vəhşilikləri Bakı ilə 
məhdudlaşmadı.  Onlar  Şamaxı,  Quba,  Kürdəmir,  Salyan, 
Lənkəran  qəzalarında  da  soyqırımı  törətdilər.  T.  Əmirovun 
dəstəsi  1918-ci  il  aprelin  1-16-da  Şamaxının  azərbaycanlı 
əhalisinə amansız divan tutdu. Burda onlar 7 mindən artıq dinc 
sakini öldürdülər, 72 kəndi dağıtdılar. Quba qəzasında minlərlə 
adam  öldürüldü,  122  kənd  yandırıldı  və  əhalinin  əmlakı  qarət 
edildi.  Bakı  quberniyasında  soyqırımı  1918-ci  ilin  sentyabr 
ayının  ortalarına  qədər  davam  etdi.  Ümumiyyətlə,  ermənilər 
həmin  vaxt  Bakı  quberniyasında  30  minə  qədər  azərbaycanlını 
öldürmüş,  Qarabağda  qanlı  qırğınlar  törətmişdilər.  1918-ci  ilin 

 
 
137 
mart ayına kimi İrəvan quberniyasında 211 Azərbaycan kəndini 
yandırmış və 100 mindən çox azərbaycanlını qəddarcasına qətlə 
yetirmişdilər. 
Budur  “əzabkeş”,  “yazıq”  ermənilərin  törətdikləri 
faciələr.  Onlar  utanmadan  yenə  də  öz  sərsəmliklərindən  əl 
çəkmir, cinayətkar hərəkətlərini davam etdirirlər. Ataların yaxşı 
bir  sözü  var  “Köpək  qaya  kölgəsində  yatır,  elə  bilir  ki,  öz 
kölgəsidir”. Erməni də belədir. Müvəqqəti olaraq torpaqlarımızı 
ələ  keçirən  daşnaklar  dincliklə  Qarabağdan  çıxıb-getmir,  gah 
seçkilər  keçirir,  gah  da  Suriyadan  qaçan  dindaşlarını  burda 
yerləşdirməyi  bəyan  edirlər.  Ermənilər  onların  puluna  ümid 
bəsləyirlər,  lakin  onlar  bilməlidirlər  ki,  suriyalılar  onlar  kimi 
ağılsız  deyillər.  Onlar  da  yaxşı  bilir  ki,  Qarabağ  ermənilərin 
deyil.  
Erməni  sayıqlamalarının  ən  alçaq  nümunələrindən  biri 
də  qədim  Urartu  dövlətinə  və  onun  mədəniyyətinə  sahib 
olmaqdır.  Lakin  tarixçi  alimlər  onların  bu  həyasızlığının 
qarşısını  elmi  dəlillərlə  heçə  çıxartdılar.  Başqa  xalqların  və 
dövlətlərin  hesabına  özlərinə  tarix  yaratmaq  niyyətləri  onlara 
müyəssər  olmadı  və  bundan  sonra  da  olmayacaq.  Bəs  nə  üçün 
ermənilər  Urartu  dövlətini  özləri  üçün  obyekt  seçir,  ona  zorla 
sahib  olmaq  istəyirlər.  Birincisi,  ona  görə  ki,  Urartu  eramızdan 
əvvəl  I  minilliyin  əvvəllərində  Ön  Asiyada  yaranan  böyük 
dövlət  idi.  İkincisi,  Urartu  dövlətinin  siyasi,  iqtisadi  və  sosial 
inkişafı  dövründə  onun  sərhədləri  şimalda  Göyçə  və  Urmiya 
göllərinə, cənub-qərbdə Dəclə və Fərat çaylarının yuxarı axarına 
qədər  uzanırdı.  Ermənilər  isə  iki  çayın  -  Dəclə  və  Fərat 
çaylarının  şimal  hissələrində  altıncı  yüzilliklərdə  qaraçısayağı 
ömür  sürürdülər.  Bu,  elə  bir  dövr  idi  ki,  onlar  başqa  xalqların 
qulu  idilər,  yəni,  həmin  xalqlar  onlara  həqarətlə  baxırdılar. 
Üçüncüsü,  Urmiya  gölü  İranın,  Göyçə  gölü  isə  Azərbaycanın 
qərbində  yerləşir.  Hazırda  ərazimizə  köçürülüb-gətirilən 
ermənilər 
bu 
ərazidə  yaşayırlar.  Daha  dəqiq  desək, 
“Ermənistan” deyilən forpost dövlətin ərazisinə daxildir. Erməni 
sayıqlamalarında  Urartu  dövlətinin  tərkibinə  daxil  olan  ərazilər 

 
 
138 
“Böyük Ermənistan” üçün əsas götürülür. Urartu dövləti üç əsr 
ərzində  Ön  Asiyanın  ən  qüdrətli  dövləti  olmuşdur.  Dövləti  irsi 
hakimiyyətə  malik  olan  padşahlar  idarə  edirdilər.  Urartunun 
ərazisi  vilayətlərə  bölünürdü.  Vilayətləri  isə  canişinlər  idarə 
edirdilər.  Dördüncüsü,  ermənilər  tarixdə  mərkəzləşdirilmiş 
dövlətə,  siyasi  paytaxta,  padşah  və  canişin  titullarına  malik 
olmamışlar. Beşincisi, Urartu dövləti mövcud olduğu dövrlərdə 
yüksək  mədəniyyətə  malik  olmuşdur.  Urartuların  özlərinə 
məxsus  dini  təsəvvürləri  var  idi.  Bunların  heç  biri  tarix  boyu 
ermənilərdə olmamışdır. Ona görə ki, onlar oturaq həyat tərzinə 
çox-çox sonralar başlamışlar. 
Tarixi  baxımdan  ən  mühüm  bir  məsələyə  də  aydınlıq 
gətirmək  istərdik.  Tarix  ədəbiyyatında  Ani  erməni  şəhəri  kimi 
vurğulanır.  Xarabalıqları  Türkiyə  ərazisində  yerləşən  Ani 
erməni  şəhəri  ola  bilərmi?  Əlbəttə,  yox!  Tarixin  müxtəlif 
dövrlərində Bizans imperatorluğunun, səlcuqların, Şəddadilərin, 
Rusiyanın  və  Türkiyənin  tərkibində  olan  Ani  şəhəri  ilə 
ermənilərin  heç  bir  əlaqəsi  yoxdur.  Tarixi-elmi  araşdırmalar  da 
dediklərimizi əyani sübut etmişdir. 
Akademik N.Y.Marr müxtəlif vaxtlarda Anidə arxeoloji 
qazıntı  işləri  aparmış  və  təqdirəlayiq  elmi  məlumatlar  aşkar 
etmişdir. Burda məbədlərin, sarayların,  məscid  və mədrəsələrin 
olması  bir  daha  sübut  edir  ki,  Ani  şəhəri  qədim  türklərə 
məxsusdur.  
Monqolların, cəlairilərin, qaraqoyunluların zərb etdikləri 
sikkələr  tarixi  sübutdur.  Əmir  Manuçe  məscidi  Anidə  qiymətli 
müsəlman  abidəsidir.  Məscidin  kitabələrində  Elxani  hökmdarı 
Əbu  Səid  Bahadur  xanın  vergilər  haqqında  verdiyi  fərmanın 
mətni  yazılmışdır.  Bütün  bunlar  bir  daha  sübut  edir  ki,  Ani 
şəhəri müsəlman-türk şəhəridir. 
 
Şuşa qəzeti,  
Mart, 2013, №6 
 

 
 
 
139 
ERMƏNĠ CĠNAYƏTLƏRĠ MƏNBƏLƏRDƏ 
 
 “Tarix həmiĢə hər  
Ģeyi öz yerinə qoyur”. 
Ulu Öndər 
Heydər ƏLĠYEV 
 
“Erməni yer üzünün əhrəməni
Ermənidir insanlığın düĢməni”. 
Sədi ġĠRAZI 
 
“Erməni terroruna son  
qoyulmayınca, Qafqazda 
 sülh olmayacaq”. 
Əhməd bəy AĞAYEV 
 
Erməni  quldurlarının  türklərə  və  o  cümlədən  də, 
azərbaycanlılara  qarşı  törətdikləri  vəhşiliklər  saysız-hesabsız 
tarixi mənbələrdə və sənədlərdə  öz əksini tapıb. Bu mənbələr 
və  sənədlər  içərisində  M.S.Ordubadinin  «Qanlı  sənələr», 
M.M.Nəvvabın  «1905-1906-cı  illərdə  erməni-müsəlman 
davası»,  S.N.Qlinkanın  «Ermənilərin  Azərbaycana  köçü-
rülməsi»,  Ġ.Q.Çavçavadzenin  «Erməni  alimləri  və  fəryad 
edən  daĢlar»  və  erməni  müəlliflərinin  özləri  tərəfindən 
yazılan xeyli əsərləri də göstərmək olar. Siyahıya başqa alim 
və səyyahların da əsərlərini əlavə etmək olar. 
Biz  bu  yazıda  erməni  cinayətlərindən  bəhs  edən  bir 
neçə mənbə ətrafında söhbət açacağıq. 
M.S.Ordubadinin  1911-ci  ildə  nəĢr  olunan  «Qanlı 
sənələr»  kitabında  ermənilərin  cinayətləri  hərtərəfli  şərh 
olunur.  O,  qeyd  edir  ki,  1905-ci  il  faciələri  Naxçıvanda, 
Bakıda,  Şuşada,  Cəbrayılda,  Cavanşirdə,  Zəngəzurda,  digər 
şəhər və kəndlərdə qətl-qarətlər, rus kazaklarının fəal köməyi 
ilə  daşnaklar  tərəfindən  törədilmişdi.  Bu  cinayətin  başında 

 
 
 
140 
Hamazasp,  Aram,  Baqrat,  Asqırat  və  başqaları  dururdular. 
Ermənilər dinc  azərbaycanlı  əhaliyə  aman vermir,  qarşılarına 
çıxan  qocaya,  cavana,  qadına,  uşaqlara  divan  tuturdular. 
Müəllif qeyd  edir ki, 1905-ci il  fevralın 5-də və 6-da  Bakıda 
erməni  daşnaklarının  törətdikləri  qanlı  qətllər  bir  bomba  idi 
ki, bütün Qafqaza yayıldı. 
Ermənilər  1905-ci  ilin  mart  və  may  aylarında 
Naxçıvanda  da  vəhşiliklər  törədərək  Tumbul,  Əliabad 
kəndlərinin  əhalisinə  divan  tutdular,  Cəhri  kəndini 
yandırdılar. M.S.Ordubadi  göstərir  ki,  ermənilər  Ġrəvanda 
və  onun  ətrafında  azərbaycanlılar  yaĢayan  məntəqələrin 
əhalisinə də divan tutdular. Qırxbulaq mahalında Süzəçik, 
Pulluca, Kötüklü, QoĢabulaq və sair kəndləri yandırdılar, 
əhalini  qarət  etdilər.  Müəllif  1905-ci  il  iyunun  13-də 
Cəbrayılda  baĢ  verən  hadisələri  ətraflı  təsvir  edir.  Qeyd 
edir  ki,  Divanlı,  Qacar,  Ağbulaq  və  digər  kəndlər  də 
daĢnaklar 
tərəfindən 
yandırıldı 
və 
50-dən 
çox 
azərbaycanlı qətlə yetirildi. 
Əsərində  M.S.Ordubadi  1905-1906-cı  illərdə  erməni-
lərin Qarabağda, o cümlədən də, Şuşada törətdikləri vəhşilik-
lərə  də  toxunmuşdur.  Gəncədə,  Qazaxda,  Cavanşirdə,  Tərtər, 
Xaçın  dairələrində  erməni  cinayətlərinin  əsas  məqsədi  ondan 
ibarət  idi  ki,  onlar  rusların  köməyi  ilə  yerli  əhalini  zorla 
həmin ərazilərdən çıxarıb, özləri orda məskunlaşsınlar. 
Erməni  terrorunun  başlanmasına,  getdikcə  genişlən-
məsinə erməni «xalqının tarixi»ndə qara ləkə olan daşnakların 
siyasi  təşkilatı  olan  «Daşnaksutyun»  partiyasının  yaranması 
səbəb  oldu.  H.Pastermaçiyanın  yazdığına  görə  bu  partiya 
1890-cı  ildə  Tiflisdə  yaranmışdır.  Cinayətkar  –  terrorçu 
daşnak partiyasının  yaranmasında qatı cinayətkar daşnaklar  – 
K.Mikaelyan, 
doktor 
J.Loris-Melikov, 
S.Zavaryan  və 
K.Xatisov  fəal  iştirak  etmişlər.  Partiya  yarandığı  gündən  bu 
vaxta  kimi  qanlı  tenor  ocağına  çevrilmişdir.  Bununla  da 
ermənilərin  başına  bəla  olan  iyrənc  partiya  cəllad  rolu 

 
 
 
141 
oynamağa  başladı.  M.S.Ordubadi  yazırdı:  «1905-1906-cı 
illərdə  bilavasitə  daĢnak  partiyasının  fitnəkarlığı  ilə 
törədilən  və  Rusiya imperiyasının  hakim  dairələri  tərəfin-
dən  qızıĢdırılan  milli  qırğın  nəticəsində  on  minlərlə 
günahsız  azərbaycanlı  öldürüldü  və  amansız  iĢgəncələrə 
məruz qaldı». 
Erməni  daşnakları  İranda  da  təxribatla  məşğul 
olurdular.  Onlar  Gilanı  İrandan  ayırıb,  xüsusi  respublika 
yaratmaq adı altında Rusiya imperiyasına birləşdirmək, sonra 
da  İran  ərazisindən  Cənubi  Azərbaycanı  və  Gilanı  ayırıb, 
tarixdə mövcud olmayan saxta «Böyük Ermənistan» yaratmaq 
istədilər. S.Şaumyan, Yefrem, tayqulaq Andronik və başqaları 
Rəştdə  qiyama  rəhbərlik  etməklə,  eyni  zamanda  Talış 
mahalında müsəlləh ordu da yaratmışdılar. 
Herand  Pastermaçiyan  «Ermənistan  tarixi»  adlı 
cızmaqarasında  yazır:  «Mən  Ermənistan  tarixi  kitabını 
yazmaqla  çalıĢmıĢam  ki,  atamın  iĢini  davam  etdirim. 
Onun  Azərbaycan  türklərinə  qarĢı  qılıncla  baĢladığı 
vuruĢmaları 
mən 
qələmlə 
yerinə 
yetirim» 
(H.Pastermaçiyan.  Göstərilən  əsəri,  səh.  3).  H.Pastermaçiyan 
böyük saxtalığa yol verir, belə bir fərziyyə irəli sürür ki, guya, 
XI  əsrdə  səlcuqlar  Ermənistana  hücum  edərək  Qarabağın 
düzən  ərazilərində  yaşayan  erməniləri  Qarabağın  dağlıq 
ərazilərinə  köçürüb,  onların  yaşadığı  düzən  ərazilərdə  isə 
müsəlmanları  yerləşdirmişlər.  Bununla  da  hər  iki  millət 
arasında düşmənçilik yaranmışdı. 
Qeyd  edək  ki,  XI  əsrdən  çox-çox  əvvəl  Qarabağda 
türklər  yaşayırdılar.  Qarabağ  Azərbaycan  ərazisi  idi.  Bu 
ərazidə  o  zaman  erməni  yox  idi.  Daşnak  H.Pastermaçiyan 
bilməmiş olmazdı ki, onun mənsub olduğu etnik qrup çox-çox 
sonralar  Qarabağ  ərazisinə  ayaq  açmışdı.  1585-1586-cı
 
illərdə  Qarabağın  Dağlıq  hissəsində  bir  neçə  erməni 
ailəsi  yaşayırdı.  1587-ci  ildə  türklər  Qarabağı  işğal  edərkən 
onlar  Tillisə  köçmüşdülər.  1603-cü  ildə  isə  Osmanlı  ordusu 

 
 
 
142 
Qarabağı  tərk  edəndən  sonra  həmin  ermənilər  I  şah 
Abbasdan xahiş etmişdilər ki, Qarabağda yaşamalarına onlara 
icazə  versin.  Lakin  şah  onların  xahişim  rədd  edərək  demişdi 
ki,  siz  vətənin  ağır  günündə  Tiflisə  qaçmısınız.  Qızılbaş 
qoşunu  qan  töküb,  Qarabağı  azad  edib.  Siz  isə  heç  bir  əzab-
əziyyət  çəkmədən  yenidən  Qarabağa  qayıtmaq  istəyirsiniz. 
Şah  Abbas  onların  Qarabağa  qayıtmalarına  icazə  vermədi, 
Mazandaranın  Fərhabad  şəhərinə  köçürülmələrinə  göstəriş 
verdi. 
Daşnak  H.Pastermaçiyan  daha  sonra  qeyd  edir: 
«Nadir  şah  Qarabağ  məliklərinin  hüquqlarını  əllərindən 
almaq  istəyirdi.  XVIII  əsrin  sonunda  iki  işğalçı  dövlət  - 
Turan (Türkiyə nəzərdə tutulur  - Y.H.) və İran saraylarının 
mübarizələri  nəticəsində  Qarabağ  dağıldı.  Bundan  sonra 
burda  yaşayan  ermənilər  bütün  ümidlərini  şimaldan  gələn 
bir  böyük  dövlətə  çevirdilər.  Bu  böyük  dövlət  Rusiya  idi». 
Görünür, H.Pasdermaçiyan 1828-ci il Türkmənçay müqavi-
ləsini  nəzərdə  tutur.  Amma  o,  fərziyyələrə,  saxtakarlıqlara 
üstünlük verir. Ermənilər Qarabağda  yerləşmək üçün bütün 
çirkin  əməllərə  əl  atırdılar.  Torpağı  və  vətəni  olmayan 
erməni  ünsürü  H.  Pasdermaçiyan  yazır:  «1826-cı  il 
dekabrın  2-də  Şamxorda  general  Madatov  İranın  10  min 
nəfərlik  ordusuna  qalib  gəldi  və  Gəncəni  geri  aldı.  Sonra 
general  Paskeviç  8  min  nəfərlik  ordu  ilə  onun  köməyinə 
çatdı  və  Madatovun  qoşununa  qoşuldu.  Bu  sərkərdə  Gəncə 
ətrafında  İran  ordusuna  ağır  zərbə  endirdi.  Bütün  bu 
əməliyyatlarda  ermənilərin  piyada  və  süvari  könüllü 
dəstələri  iştirak  edirdi  və  rus  əsgərləri  ilə  çiyin-çiyinə 
vuruşurdular». Burdan aydın olur ki, 1826-1828-ci illər rus-
İran müharibəsində ermənilər ruslar tərəfindən vuruşmuşlar. 
1828-ci  il  fevralın  10-da  bağlanmış  Türkmənçay 
müqaviləsi  Azərbaycanı  iki  yerə  parçaladı.  H.Pasdermaçiyan 
yazır  ki,  ermənilər  rus  işğalı  nəticəsində  sürətlə  işğal 
ərazilərində  məskunlaşdılar...  ona  görə  də  ermənilər  ruslara 

 
 
 
143 
sədaqətlidirlər.  «Ümumiyyətlə,  erməni  milləti  istəmir  ki, 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin