Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə10/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

 

EVLİLİK VƏ İLK EŞQ 

 

[Baburun əmisi] Sultan Əhməd Mirzənin Ayşə Sultan bəyim adlı qızı-

nı atam və əmim sağ ikən mənimlə nişanlamışdılar. Ayşə Sultan şaban ayın-

da [=1500 mart] Xocəndə gələndə onunla evləndim, ilk zamanlarda ona olan 

sevgim pis deyildi. Amma bu ilk evlənməmdi. Həya və  xəcalətimdən hər 

on-on beş  və ya iyirmi gündə bir yanına gedirdim. Sonralar bu sevgim də 

qalmadı, amma utanmam arttı. Ayda və ya qırx gündə bir anam xanım məni 

azarlayaraq zorla onun yanına göndərirdi. O sıralarda (75 b) ordu bazarına 

mənsub bir adamın Baburi adında gözəl bir oğlu vardı.  

Mən anqa (ona) qərib meyl peyda qıldım, 

Bəlkəm anqa özümni zarü şeyda qıldım.  

Ondan əvvəl heç kimsəyə qarşı meylli deyildim. Bəlkə sevgi və mə-

həbbət haqqında söylənənləri belə dinləməz və o barədə danışmazdım. O 

zamanlar tək-tük farsca beyt də söylərdim. Bu beyti o zaman söylədim: 

Hiç kəs çon məni-xərabü eşqü rüsva məbad, 

Hiç məhbubi çü tu birəhmü bipərva məbad.  



Heç kim mənim tək xarab, aşiq və rüsva olmasın,  

Heç bir məhbub sənin tək rəhmsiz və pərvasız olmasın. 

Baburi bəzən yanıma gəlirdi. Lakin mən utandığıımdan üzünə baxa 

bilməzdim, harda qala ki, onunla danışıb görüşəydim. Nəşə və həycanımdan 

gəldiyi üçün təşəkkür edə bilməzdim, o ki qala uzaqlaşmasından  şikayət 

edəm. Söhbət təklif edə biləcək güc nə gəzirdi. 

Bir gün bu sevgi və məhəbbət anlarında məiyyətimlə birlikdə küçədən 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



92

keçirdim; birdən-birə Baburi qarşıma çıxdı. Duyğulanaraq üstümə elə bir 

hal çökdü ki, az qala əriyəm. Mənim üçün ona doğru baxmaq və ya ona 

səslənmək (76 a) mümkün deyildi. Min cür utanıb sıxılma və əzabla keçdim. 

Məhəmməd Salihin bu beyti xatirimə gəldi: 

Şum şərməndə hər ki, yar xodra dər nəzər benəm, 

Rəfiğan soy mən binənd və mən soy digər benəm. 

Sevgilimə hər baxanda xəcalətdən utanıram, 

Dostlarım mənə baxır, mən başqa tərəfə baxıram. 

Bu beyt mənim vəziyyətimə çox uyurdu. Eşqin və məhəbbətin şiddə-

tindən, gəncliyin və  məcnunluğun qüvvətindən  ətrafda, küçədə, bağda və 

bağçada başı açıq və ayayğı yalın gəzirdim. Nə dost-tanışa, nə  də yadlara 

qoşulur, nə də özümdən və ya başqalarından çəkinirdim. 

Aşiq olğac bihudü divanə boldum, bilmədim, 

Kim, pəri rüxsarələr eşqinə bu ərmiş xəvas. 

Bəzən məcnunlar kimi təkbaşıma dağlara və çöllərə gedir, bəzən də 

bağları və məhəllələri küçə-küçə dolaşırdım. Nə yürümə, nə də oturma ira-

dəsinə sahib idim, nə getməyə, nə də qalmağa qərar verə bilirdim. 

Nə barurğa qüvvətim bar, nə tururğa taqətim, 

Bizni bu halətgə sən qıldın giriftar, ey könül. 



 

SULTAN ƏLİ MİRZƏNİN 

TARXANLARLA ARASININ DƏYMƏSİ 

 

Bu il [Baburun əmisinın oğlu] Sultan Əli Mirzə ilə Məhəmməd Məzid 

Tarxanın arası dəydi. Səbəbi bu idi: tarxanlarm etibarı və gücü çox artmışdı. 

Baqi [Tarxan] Buxaranı (76 b) tamamən ələ keçirmişdi və Buxaranın  gəli-

rindən başqasına bir təngə belə vermirdi. Məhəmməd Məzid Tarxan da Sə-

mərqəndin tam hakimiydi və bütün vilayəti oğullarıyla öz adamlarının idarə-

sinə vermişdi. Şəhərdən nə qədər təxsisat təyin etmişlərsə, bundan başqa heç 

bir yerdən Sultan Əli Mirzəyə bir fels belə gəlmirdi. 

Sultan Əli Mirzə artıq böyümüşdü və bunların belə hərəkətlərinə necə 

dözə bilərdi. Bir neçə içkisi ilə birlikdə Məhəmməd Məzid Tarxanın həya-

tına sui-qəsd təşəbbüsündə bulundu. Məhəmməd Məzid Tarxan bunu xəbər 

alınca yanında olan tüm adamları  və  bəyləri ilə birlikdə  şəhərdən çıxdılar. 

Bunların arasında Sultan Hüseyn Arğun, Pir Əhməd, Uzun Həsənin qardaşı 

Xoca Hüseyn, Qara Barlas, Salih Məhəmməd ilə digər bəzi bəy və igidlər də 

vardı. 

O əsnada [moğolların xanı] Sultan Mahmud xan Xan Mirzənin yanına 



bir çox moğol bəyləri ilə birlikdə  Məhəmməd Hüseyn Gürgan Duğlat və 

Əhməd bəyi verib onu Səmərqənd üzərinə göndərmişdi. Hafız [Məhəmməd] 

bəy Dulday və oğlu Tahir bəy də Xan Mirzənin bəy-atəkələriydilər. Həsən 


BABURNAMƏ 

 

93



Nəbirə, Hindu bəy [Koçin] və digər bəzi igidlər isə Hafız bəylə  və Tahir 

bəylə olan əlaqələri üzündən Sultan Əli Mirzədən qaçıb (77 a) Xan Mirzə-

nin hüzuruna getmişdilər. 

Məhəmməd Məzid Tarxan adamlar göndərib Xan Mirzəni və moğol 

əsgərini çağıraraq  Şavdar civarına gəldi. Orada Mirzə Xan ilə görüşərək 

moğol bəyləri ilə danışdı. Moğol bəyləri Məhəmməd Məzid ilə tam anlaşa 

bilmədilər. Hətta Məhəmməd Məzid Tarxanı ələ keçirməyi belə düşündülər. 

Amma o bəylər bunu anlayınca bir bəhanə taparaq moğol əsgərindən ayrıl-

dılar. Onlar gedincə moğol əsgəri də orada dura bilmədi və dönüb Yar-yay-

lağa gəldi. O zaman Sultan Əli Mirzə az əsgərlə Səmərqənddən sürətə gələ-

rək Xan Mirzə [Sultan Veys Mirzə] ilə moğol əsgərinin üstünə cümənda on-

lar vuruşa bilməyərək qaçdılar. Bu, son zamanlarda Sultan Əli Mirzənin 

gördüyü ən yaxşı  iş idi. 

Məhəmməd Məzid Tarxan və adamları bu moğollardan və mirzələr-

dən  əllərini üzüncə moğol  Əbdülvəhhabı  mənim yanıma göndərdi.  Əbdül-

vəhhab  əvvəlcə  mənim yanımda olmuş  və  Əndicanın mühasirəsində Xoca 

[Mövlana] qazı ilə birlikdə yaxşı işlər görmüşdü. Biz isə belə fəna vəziyətdə 

idik. Onun üçün dərhal sülh bağlayıb Səmərqənd üzərinə yürüməyi qəti şə-

kildə qərara almışdıq. Ordunun toplanacağı yeri bildirmək üçün Mir Moğolu 

sürətlə Axsiyə Cahangir Mirzənin yanına (77 b) göndərərək Səmərqənd üzə-

rinə səfərə hazırlaşdıq. Zilqədə ayında [=1500 may-iyun] Səmərqənd üzəri-

nə yürüyüb üçüncü günü Qabaya gəldik. 

İkindi namazı vaxtında Sultan Əhməd Tənbəlin kiçık qardaşı  Xəlilin 

Oş kurqanını basaraq zəbt etdiyi xəbəri gəldi. Təfsilatı belədir: yuxarıda 

bəhs edildiyi kimi, aramızda sülh bağlananda başlarında Tənbəlin kiçık qar-

daşı  Xəlil olmaq üzrə  əsirlər sərbəst buraxılmış, Tənbəl də Xəlili Ozgənd-

dəki köç və qohumlarını çıxarmaq üçün oraya göndərmişdi. Köçünü çıxar-

maq bəhanəsi ilə Özgəndə girən Xəlil bugün-sabah deyə hiylə  işlədərək 

oradan çıxmırdı. Biz səfərə  çıxanda Oş müdafiəsiz qalınca da bunu fürsət 

bilərək gəlib Oş kurqanını bir basqınla ələ keçirmişdi. 

Bu xəbər bizə gələndə qalıb bunlarla uğraşmağı bir neçə səbəbə görə 

lazım bilmədik və Səmərqəndə doğru hərəkətimizə davam etdik. Bu səbəb-

lərdən biri budur: bizim sipahilərimizin hamısı öz təchizatlarını tamamla-

maq üçün evlərinə getmişdilər. Biz sülh müqaviləsinə inanmışdıq, bunların 

bu hiyləsindən və xəyanətindən xəbərsizdik. Bir digər səbəb də Əli Dost (78 

a) və Qənbər Əli kimi böyük bəylərimizdən də, bəhs etdiyimiz kimi, neçə 

dəfə belə hərəkətlər göründüyü üçün onlara da inamımız qalmamışdı. Ayrı-

ca başlarında Məhəmməd Məzid Tarxan olduğu halda bütün Səmərqənd 

bəyləri məni çağırmaq üçün Mir Moğolu göndərmişdilər. Səmərqənd kimi 

bir paytaxt varkən, niyə Əndican kimi bir yer üçün adam və vaxt itirim ki? 

Qabadan Mərginana gəldik. Mərginan Qoç bəyin atası Sultan Əhməd 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



94

bəyə verilmişdi. Bəzi işlər və əngəllər üzündən o mənimlə birlikdə hərəkət 

edə bilməyərək Mərginanda qalsa da, oğlu Qoç bəy bir neçə qohumuyla bə-

rabər mənimlə gəldi. İsfəra yoluyla hərəkət edərək İsfəraya bağlı Maxan adlı 

bir kəndə  gəldik. Xoş bir təsadüf  əsəri olaraq adamlarıyla birlikdə Qasım 

bəy, Əli Dostla birlikdə bir çox igidi ilə Seyid Qasım [eşik-ağa] da əvvəlcə-

dən qərarlaşdırılmış kimi o gecə gəlib bizə qoşuldular. Oradan hərəkət edib 

Dəşti-Həsban üzərindən ötərək Çoban körpüsündən keçib Ura-Təpəyə  gəl-

dim. 

Qənbər Əli isə Tənbələ güvənərək öz vilayəti olan Xocənddən qalxıb 



hərbi məsələlər haqqında danışmaq üçün Axsiyə  gəlir. Gəlincə  də  Tənbəl 

onu dərhal bağladıb yanına alaraq (78 b) vilayətlərinin üstünə cumur. Türk-

cədə bir ata sözü vardır: «İnanma dostuna, saman təpər postuna» (dərinə). 

Yolda götürülərkən Qənbər Əli qaçıb piyada olaraq min bir zəhmətlə 

Ura-Təpəyə  gəldi. Biz Ura-Təpədə ikən  Şeybani xanın Dəbusi qalasında 

Baqi Tarxanı  məğlub edib Buxara üzərinə yürüdüyü xəbəri gəldi. Ura-Tə-

pədən hərəkət edib Bürkə yaylağı yoluyla Səngzara gəldik. Səngzar valisi 

kurqanı təslim etdi. Qənbər Əli hər şeyini itirərək gəldiyi üçün onu Səngzar-

da qoyub getdik. 

Xan yurduna gəlib düşərgə salanda başlarında Məhəmməd Məzid Tar-

xan olmaqla Səmərqənd bəyləri gəlib sədaqətlərini bildirdilər. Səmərqəndin 

zəbti məsələsini onlarla müzakirə etdik. Onlar da «[Xoca Übeydullahın 

oğlu] Xoca Yəhya padşaha candan bağlıdır, əgər Xocanı öz tərəfimizə çək-

sək, Səmərqəndi savaşmadan və asanlıqla zəbt etmək mümkündür» dedilər. 

Bunun üçün bir neçə dəfə Xoca Yəhyaya adamlar göndərərək danışıq aparıl-

dı. Xoca Yəhya bizə qəti söz verməməklə birlikdə məyus edəcək söz də söy-

ləmədi. 

Xan yurdundan qalxıb Dərğəm sahilinə  gəldik. Dərğəm sahilindən 

Xoca Məhəmməd Əli Kitabdar Xoca Yəhyanın yanına göndərildi (79 a) və 

«Gəlsinlər, şəhəri təslim edərik» xəbərini gətirdi. Biz də axşama doğru Dər-

ğəmdən qalxıb şəhərə doğru hərəkət etdik. 

Amma Sultan Məhəmməd Duldayın atası Sultan Mahmud Dulday ora-

dan qaçaraq getmiş və Səmərqənddə olanları bu ittifaqdan agah etmişdi. Xə-

bər aldıqları üçün nəzərdə tutduğumuz plan baş tutmadı  və qayıdıb təkrar 

Dərğəm sahilinə gəldik. 

İbrahim Saru Mınqlı inayət etdiyim bəylərimdən idi, Əli Dost [Tağa-

yi] onu yaxaladıb sürmüşdü. Mən Yar-yaylağa gəldiyim zaman Yusif bəyin 

[Seyid Yusif Oğlaqçı] böyük oğlu Məhəmməd Yusif ilə birlikdə gəlib səda-

qətini bildirdi. Əli Dost sadiq bəylərimizin və içkilərimizin bir uismini özü-

nə müxalif olduqları üçün sürdürmüş, mallarını yağmalatmış, bəzilərini də 

yaxalatmışdı. Bunlar da birər-birər gəlib toplandılar. 

Əli Dostun mövqeyi sarsılmışdı, çünki Tənbələ qüvənərək mənə  və 



BABURNAMƏ 

 

95



mənim tərəfdarlarıma cəfa və əziyyət edirdi. Mən də bu alçaq adamdan heç 

xoşlanmırdım. Utandığından və qorxusundan yanımda qala bilməyərək get-

mək üçün izin istədi. Mən də bunu minnət bilərək izin verdim. Əli Dost və 

[oğlu] Məhəmməd Dost bu (79 b) izni alan kimi Tənbəlin yanına getdilər. 

Tənbəlin yaxınlarından olan bu ata ilə oğuldan bir çox düşmənlik və 

pisliklər meydana gəldi. Bir-iki il sonra Əli Dostun əlində çiban çıxaraq və-

fat etdi. Məhəmməd Dost isə özbəklərə qoşuldu. Vəziyyəti ümumən pis de-

yildi, lakin oradan da nankorluq edib qaçaraq Əndican dağının  ətəklərinə 

getdi, düşmənlik və fitnə  çıxardı. Axırda özbəklərin  əlinə düşdü, onlar da 

bunun gözlərini kor etdilər. Gözlərini «duz tutdu»

1

 ifadəsinin belə bir məna-



sı varmış. 

Bunların getmələrinə izin verdikdən sonra Guri Barlas da bir neçə 

igidlə birlikdə xəbər bilmək üçün Buxara tərəflərinə göndərilmişdi. Şeybani 

xanın Buxaranı zəbt edib Səmərqənd üzərinə doğru yürüdüyü xəbəri gəldi. 

O civarda olmağı uyğun görməyərək Keş tərəfinə getdik. Səmərqənd bəylə-

rinin bir çoxunun köçləri Keşdə idi.  



 

SƏMƏRQƏNDİN ŞEYBANİ XANA TƏSLİM EDİLMƏSİ 

 

Keşə gəlib bir-iki həftə keçirdikdən sonra Sultan Əli Mirzənin  Səmər-



qəndi Şeybani xana təslim etdiyi xəbərini aldıq. Təfsilatı budur: Sultan Əli 

Mirzənin  anası Zöhrə Bikə ağa cahilliyi və axmaqlığı üzündən Şeybani xa-

na gizlicə bir adam göndərərək bu xəbəri çatdırır: «Əgər Şeybani xan (80 a) 

mənimlə evlənəcək olsa, oğlu Səmərqəndi Şeybani xana təslim edəcək; la-

kin Şeybani xan da şəhəri aldıqdan sonra atasının vilayətini təkrar Sultan Əli 

Mirzəyə verəcək». 

Əbu Yusif Arğun bundan xəbərdar imiş. Bəlkə ona bu fikri verən elə o 

xainin özü olmuşdur. 

 

 

 



 

 

 



 

 

 



 

 

FƏRQANƏ - 906 (28 İYUL 1500 - 17 İYUL 1501) 



                                                           

1

 Gözlərini duz-çörək tutdu deməkdir.  



Zəhirəddin Məhəmməd BABUR  

 

 



96

 

DOQQUZ YÜZ ALTINCI İLİN HADİSƏLƏRİ 



 

Şeybani xan bu qadının vədi üzrə  gəlib Baği-Meydana endi. Sultan 

Əli Mirzə də bəylərindən və igidlərindən heç kimə xəbər vermədən və heç 

kimlə məsləhətləşmədən yaxınlarından bir neçə kiçık zatla birlikdə günorta 

vaxtı Çarrah qapısından çıxıb Baği-Meydana  Şeybani xanın yanına getdi. 

Şeybani xan onu elə də yaxşı qarşılamadı. Görüşdükdən sonra da özündən 

aşağı bir tərəfə oturtdu. 

Xoca Yəhya Mirzənin şəhərdən çıxdığını duyunca üzüldü. Lakin heç 

bir çarə tapa bilmədiyi için o da çıxdı. Şeybani xan onu yerindən qalxmadan 

qarşılayıb bir neçə tənəli söz söylədi. Axırda Xoca Yəhya getmək üçün ye-

rindən qalxanda Şeybani xan da sayğı göstərərək yerindən qalxdı. 

Xoca Əli bayın oğlu Can Əli Ribati-Xocada olurdu. Mirzənin çıxdığı-

nı xəbər alınca o da Şeybani xanın hüzuruna gəldi. 

Bu uğursuz qadının ağlı qıt olduğu üçün ərə getmək arzusu üzündən 

oğlunun xanimanını (80 b) bərbad elədi. Şeybani xan ona zərrə qədər əhə-

miyyət vermədi və cariyəsi qədər belə saymadı. 

Sultan  Əli Mirzə tutduğu işə  və  şəhərdən çıxmağına çox peşman ol-

muşdu. Bəzi yaxınları  vəziyyəti başa düşərək Mirzəni qaçırmaq istədilər. 

Lakin Sultan Əli Mirzə buna razı olmadı. Əcəli gəldiyi üçün qurtula bilmədi. 

O, [Şeybani xanın oğlu] Teymur Sultanla birlikdə qalırdı. Dörd-beş gün 

sonra Külbə çayırında onu öldürdülər. Bu beş günlük fani həyat üçün pis ad-

la getdi. Qadın sözünə aldanıb özünü yaxşı ad sahibləri cərgəsindən çıxardı. 

Belə bir adamın  əhvalatını bundan artıq yazmaq və belə alçaq hərəkətləri 

bundan artıq eşitmək doğru deyildir. 

[Şeybani xan] Sultan Əli Mirzəni öldürdükdən sonra Can Əlini də öl-

dürüb Mirzəsının yanına göndərdi. Xoca Yəhyaya etimad etmədiyi üçün də 

ona iki oğlu Xoca Məhəmməd Zəkəriyyə və Xoca Baqi ilə birlikdə Xorasan 

tərəfinə getməsinə izin verdi. Sonra da arxalarından bir neçə özbək gedib 

Xoca-Kardzən civarında Xoca həzrətlərini iki igid oğluyla birlikdə  şəhid 

etdilər. Şeybani xan Xocanın öldürülməsi işində (8l a) əli olmadığını, qatıl-

lərin Qənbər Bi ilə Köpək Bi olduğunu söyləmişdir. Əgər belədirsə, daha da 

pis. Bir atalar sözü vardır: «üzrü qəbahətindən böyük». Əgər bəylər belə 

işləri xanlarının və padşahlarının xəbəri olmadan özləri etməyə başlayırlarsa, 

daha xanlığın və padşahlığın nə etibarı var? 

Özbəklər Səmərqəndi aldıqdan sonra biz də Keşdən Hisara doğru get-

dik. Məhəmməd Məzid Tarxan başda olmaqla Səmərqənd bəyləri öz köç və 

ailələri ilə birlikdə bizimlə hərəkət etdilər. Çağanyanın Çəltu çayırında da-

yananda Məhəmməd Məzid Tarxanın başçılıq etdiyi Səmərqənd bəyləri biz-

dən ayrılaraq gedib Xosrov şahın xidmətinə girdilər. 


BABURNAMƏ 

 

97



Biz şəhər və vilayətdən məhrum idik, gedəcək və qalacaq yerimiz bəlli 

deyildi. Xosrov şahın bizim xanədanımıza qarşı bəzi haqsızlıqlar etmiş olması-

na baxmayaraq çarəsiz, onun vilayəti içindən keçmək məcburiyyətində qaldıq. 

Qara-Təkin vilayətindən keçərək kiçık dayım Alaca xanın yanına [Sul-

tan Əhməd xan] getmə düşüncəsi ağlımızdan keçmişdi, ancaq nəsib olmadı. 

Kəmruddan yuxarıya doğru yürüyərək Sərv-Tağ  təpəsindən aşmağa 

qərar verdik. Nəvəndak civarına çatanda Xosrov şahın adamı doqquz at və 

doqquz parça qumaş gətirdi

1



Kəmrud ağzına enərkən Şir Əli (81b) Çöhrə qaçıb Xosrov şahın qar-



daşı  Vəlinin yanına getdi. Ertəsi gün isə Qoç bəy ayrılaraq Hisara getdi. 

Kəmrud dərəsindən yuxarıya doğru yürüdük. Dar və uçurumlu yollarda, 

sarp keçidlərdə bir çox atımız və dəvəmiz qaldı.  

Üç-dörd gün sonra Sərv-Tağ keçidinə vardıq. Keçid, amma necə bir 

keçid! Heç bir yerdə belə yüksək və dar bir keçid görünməmişdir və heç bir 

vaxt belə dar və uçurumlu yollardan keçilməmişdir. Çox zəhmət və çətinlik-

lə təhlükəli boğazlar və uçurumlardan keçib bu təhlükəli, yüksək və dar ke-

çidləri aşaraq axırda Fan civarına gəldik. 

Fan dağlarının arasında böyük bir göl vardır. Çevrəsi təxminən bir şeri 

qədər olan gözəl bir göldür və o qədər cazibədardır ki, heç boş qalmaz. 

Alınan xəbərlərə görə,  Şiraz kurqanını  İbrahim Tarxan, Yar-yaylaq 

kurqanlarını da Qənbər Əli gücləndirmişdilər. Əbülqasım Kuhbər isə Xoca-

Didardaydı. Özbəklər Səmərqəndi aldıqdan sonra Xoca-Didarda qala bilmə-

yib Yar-yaylağa gəlmiş və daha aşağıda olan kurqanları gücləndirmişdi. 

Fanı sağ  tərəfdə qoyaraq Kəşdud tərəfinə yürüdük. Fan hakimi cö-

mərdliyi,  əsaləti və  əliaçıqlığı ilə  məşhur idi. (82 a) Sultan Hüseyn Mirzə 

Hisar üzərinə gələndə Sultan Məsud Mirzə kiçık qardaşı Baysunqur Mirzə-

nin yanına Səmərqəndə bu yoldan getmişdi. Fan hakimi ona yetmiş-səksən 

at bağışlamış və digər xidmətlərini də buna bənzər şəkildə eləmişdi. Mənə 

çox pis bir at göndərdi, özü isə gəlmədi. 

Səxavəti ilə məşhur olan kimsələr bizə gəlincə xəsis olur, alicənablığı 

ilə tanınlan kimsələr alicənablığı unudurdu. Xosrov şah da cömərdlik və 

əsalətlə məruf və məşhurdu. Bədiüzzaman Mirzəyə nə kimi yardımlar etdi-

yini  söyləmişdim. Daha sonra Baqi Tarxana və digər bəylərə çox insaniyyət 

və cömərdlik göstərmişdi.  İki dəfə onun vilayətindən keçdik, həmcinsimiz 

demədi, ən aşağı nökərimizə elədiyi insaniyyəti bizə göstərmədi, hətta bizi 

nökər gözündə belə görmədi. 

Kim görübdür, ey könül, əhli-cahandan yaxşılıq, 

Kim ki, ondan yaxşı yox, göz tutma ondan yaxşılıq.  

Fanı keçincə  Kəşdud kurqanında özbəklərin adamı ola biləcəyini düşü-

                                                           

1

 O dönəmin türk gələnəklərinə görə hədiyyələr doqquzlu qruplar halında verilirdi. 



 

Zəhirəddin Məhəmməd BABUR  

 

 



98

nərək, Kəşdud üzərinə axın etdik. Lakin Kəşdud kurqanı xarab vəziyyətdə idi, 

indi orada heç kim yaşamırdı. Oradan keçib (82 b) Kuhək çayının sahilinə gəl-

dik. Yarının qarşısından Kuhək çayından körpüylə keçdik. Qasım bəyin başçılı-

ğı altında bəyləri Ribati-Xoca kurqanını basqınla ələ keçirmək üçün göndərdim. 

Yandan keçib Şunqarxana dağını  aşaraq Yar-yaylağa gəldik. Ribati-

Xocaya gedən bəylər kurqana nərdivan qoyan zaman kurqandakılar bilmiş 

və geri qovmuşlar. Onlar da kurqanı ala bilmədən dönüb gəldilər. 

Qənbər Əli Səngzarda idi, gəlib görüşdü. Əbülqasım Kuhbər və İbra-

him Tarxan da yaxşı adamlarını mənimlə görüşməyə göndərib qulluq və sə-

daqətlərini bildirdilər. Yar-yaylaq kəndlərindən Əsfidək kurqanına gəldik.  

 

BABURUN ANİ BİR HÜCUMLA 

SƏMƏRQƏNDİ İKİNCİ DƏFƏ ALMASI 

 

O vaxt Şeybani xan Xoca-Didar civarında otururdu. Üç-dörd min öz-



bəyi vardı, yerli sipahidən də bir o qədər adam toplanmışdı. Səmərqənd vali-

liyini Can Vəfa Mirzəyə vermişdi və o da beş-altı yüz adamla birlikdə Sə-

mərqənd kurqanının içində idi. Həmzə Sultanla Mehdi Sultan isə adamla-

rıyla birlikdə  Səmərqənd yaxınlığındakı Bödənə qoruğuna yerləşmişdilər. 

Bizim adamlarımız yaxşı-pis iki yüz (83 a)  qırx nəfər idi. Bütün bəyləri-

mizlə danışıb məsləhətləşərək buna qərar verdik: «Şeybani xan Səmərqəndi 

alalı çox olmamışdır, əhali hələ ona, o da əhaliyə könüldən bağlanmamışdır. 

Bir iş eləmək istəyiriksə, indi eləməliyik. Səmərqənd kurqanını nərdivanlar 

qoyub basqınla alsaq, əhali bizimlə olacaq. Başqa nə edə bilər ki? Əgər bizə 

kömək etməsə belə özbəklər üçün vuruşmaq ehtimalı da yoxdur. Səmər-

qəndi ələ keçirdikdən sonra Allah nə dilərsə o, olacaqdır». 

Bu qərara gəldik və günorta namazından sonra Yar-yaylaqdan hərəkət 

edib bütün gecə yürüyərək gecə yarısı Xan Yurduna çatdıq. O axşam əhali 

xəbərdar olmuşdur deyə kurqanın yaxınına getmədik və Xan Yurdundan ge-

ri döndük. Dan ağaranda Ribati-Xocanın bir az aşağısından Kuhək çayını 

keçib təkrar Yar-yaylağa gəldik. 

Bir gün Əsfidək kurqanında Dost Nasir, Noyan Göyəldaş, Xanqulu, 

Kərimdad, Şeyx Dərviş, Xosrov Göyəldaş və Mirim Nasir kimi içkilərlə bir-

likdə oturmuşduq. Oradan-buradan danışırdıq. «Söyləyin görüm, (83 b) Al-

lah rast gətirsə, Səmərqəndi nə zaman alarıq?» dedim. 

Bəziləri «ilkbahara alarıq» dedi, o zaman sonbahardı. Bəziləri bir ay, 

bəziləri qırx gün, bəziləri də iyirmi gün sonra dedilər. Noyan Göyəldaş isə 

«On dörd gündə alarıq» dedi. Allah rast gətirdi və tam on dörd gündə Sə-

mərqəndi aldıq. 

O zaman qəribə bir röya görmüşdüm. Röyamda Xoca Übeydullah həz-

rətləri gəlmiş və mən də onu qarşılamağa çıxmışım. Xoca gəlib oturdu. Xo-



BABURNAMƏ 

 

99



canın önünə, deyəsən, bir az diqqətsiz bir şəkildə dəstərxan sərmişdilər və 

bu üzdən həzrətin könlü bir az incimişdi. Molla Baba mənim tərəfimə baxıb 

işarət edirdi. Mən də ona işarətlə: «Mən neyləyim, qüsur dəstərxanı sərəndə-

dir» dedim. Xoca anladı və bu üzrümü qəbul etdi. Sonra ayağa qalxdı, mən 

də onu uğurlamağa çıxdım. O, evin dalanında sağ və ya sol qolumdan tutub 

məni elə yuxarı qaldırdı ki, bir ayağım yerdən üzüldü. Mənə türkcə «Şeyx 

məsləhət verdi» dedi.  Bir neçə gün içində Səmərqəndi aldım. 

Bir-iki gün sonra Əsfidək kurqanından qalxıb Vəsmənd kurqanına gəl-

dik. Bir dəfə Səmərqənd civarına gedib varlığımızı göstərərək geri qayıtdı-

ğımız halda (84 a) təkrar Allaha təvəkkül edib eyni niyyətlə günorta nama-

zından sonra Vəsmənddən qalxıb Səmərqənd üzərinə sürətlə hərəkət etdik. 

Xoca Əbülməkarim də mənimlə bərabərdi. 

Gecə yarısı xiyaban üzərindən Məğək körpüsünə  gəlib yaxşı igidlər-

dən yetmiş-səksən nəfərlik bir dəstəni irəli göndərdik. Bunlar Qari-aşiqan 

qarşısından nərdivanla yuxarı çıxıb Firuzə darvazasındakıların üstünə cümə-

raq darvazanı ələ keçirəcək və bizə adam göndərəcəkdilər. 

Bu igidlər gedib Qari-aşiqan qarşısından nərdivanla yuxarı çımışlar və 

heç kim xəbər tutmamışdır. Oradan da Firuzə darvazasına qədər gəlib Fazil 

Tarxanın üstünə cummuşlar. Fazil Tarxan bəy tarxanlardan olmayıb Türküs-

tanın tüccar tarxanlarından idi. Türküstanda Şeybani xana xidmət edərək 

etibar görmüşdü.  İgidlər Fazil Tarxanı bir neçə adamıyla birlikdə öldürüb 

qapının kilidini balta ilə qıraraq darvazanı açdılar. 

O  əsnada mən yetişərək dərhal Firuzə darvazasından içəri girdim. 

Əbülqasım Kuhbər özü gəlməmiş, kiçık qardaşı  Əhməd Qasımı otuz-qırx 

qədər adamıyla göndərmişdi.  İbrahim Tarxanın adamlarından isə heç biri 

yox idi. Mən şəhərə girib xanəgahda oturanda yalnızca Əhməd Tarxan adlı 

kiçık qardaşı (84 b) bir neçə adamı ilə birlikdə gəldi. 

Şəhər  əhalisi hələ yuxuda idi. Dükan sahibləri dükanlarından baxıb 

tanıyaraq mənə dua edirdilər. Qısa bir müddət sonra şəhər əhalisi vəziyyət-

dən xəbərdar oldu. Bizim adamları və şəhər əhalisini qəribə bir sevinc sar-

mışdı. Özbəkləri quduz köpəklər kimi küçələrdə daş və zopalarla öldürdülər. 

Bəlkə də dörd-beş yüzə qədər özbək bu şəkildə öldürüldü. 

Şəhərin darğası Can Vəfa Xoca Yəhyanın evlərindən birində otururdu. 

Oradan çıxıb qaçaraq Şeybani xanın yanına getdi. 

Qapıdan girincə birbaşa mədrəsə və xanəgah tərəfə yürüdüm və xanə-

gahın tağı üstündə oturdum. Sabaha qədər hər tərəfdə qovğa və gurultu da-

vam etdi. Xəbərdar olan bəzi əsnaf və dükan sahibləri sevinc və nəşəylə gəl-

dilər, əllərində nə varsa gətirib dua etdilər. 

Sabah özbəklərin Ahənin darvazasında iki qapı arasını gücləndirərək 

vuruşmaqda olduqları  xəbəri gəldi. Dərhal ata minib Ahənin darvazasına 

doğru getdim. Mənimlə birlikdə on-on beş və ya iyirmi qədər adam vardı. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



100

Şəhər yeni ələ keçmişdi. Alt təbəqədən hər kəs bir şey tapmaq ümidi ilə sa-

ğı-solu eşələməklə (85 a) məşğul idi. Mən yetişincəyə qədər özbəkləri Ahə-

nin darvazasından çıxarmışdılar. 

Şeybani xan bunu eşidib fövqəladə təlaşlı bir şəkildə, günəş doğarkən 

yüz-yüz əlli qədər adamıyla Ahənin darvazasına gəlib yetişdi. Fürsət qapıya 

gəlmişdi. Lakin söylədiyim kimi, yanımda çox az adam vardı. Şeybani xan isə 

heç nə edə bilməyəcəyini görüncə orada durmadı və dərhal geri qayıdıb getdi. 

Oradan dönüb ərkdə  Bostan  Saraya  endim.  Ağsaqqallar, əşrəf və  şə-

hərin böyükləri gələrək məni görüb təbrik etdilər. 

Yüz qırx ilə yaxın bir müddətdir paytaxt Səmərqənd bizim ailədəydi. 

Yad və düşmən özbəyin biri gəlib onu ələ keçirmişdi. Amma əldən çıxan 

mülkü Allah təkrar verdi. Yağmaya uğrayan vilayət təkrar əlimizə keçdi. 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin