a) buraya gətirdib yerləşdirmişdir. Bütün işləri-gücləri quş tutmaqdır. Bun-
lar gölməçələr düzəldib bir çox budaqlar dikərək, suyun ortasında torlar qu-
raraq hər cür quş tuturlar. Yalnız ovçular deyil, bütün Baran əhalisi ip atıb
tələ quraraq müxtəlif üsullarla çoxlu və hər cür quş tuturlar.
Bu mövsüm Baran çayından balıqların keçdiyi zamandır. Torla və ya
səbət bağlayıb çox balıq tuturlar. Bir də payızda qulanquyruğu otundan on- on
iki yük, göy şibək otundan isə iyirmi-otuz yükə qədər su yanına gətirib əzərək
suya tökürlər və dərhal suya girib sərxoş olan balıqları tutmağa başlayırlar.
Bir az aşağıda və uyğun bir yerdə səbət bağlayırlar. Səbət bağlamaq bu
şəkildə olur: barmaq yoğunluqda qələmələri tor zənbil kimi hörürlər. Bu toru
suyun töküldüyü yerə qoyub ətrafına daş yığırlar. Belə ki, su çağlayaraq bu
torun üzərinə tökülür və aşağıya gedir. Su aşağıya gedincə balıq da torun üs-
tündə qalır. Sərxoş olan balıqları yuxarıdan yığa-yığa gəlirlər. Bu səbətlə çox
BABURNAMƏ
157
balıq tuturlar. Gülbahar, Pərvan və İstalif sularında bu şəkildə balıq ovlayırlar.
Qışda Ləmqanatda qəribə bir şəkildə (143 b) balıq tuturlar. Suyun tö-
küldüyü məkanda yeri bir ev qədər qazaraq çuxurlar düzəldir və ocaq daşı
boyda daşları bu çuxurlara qoyub üstünə daş yığırlar. Bu yerlərdə su altın-
dan bir dəlik buraxırlar. Daşları o şəkildə yerləşdirirlər ki, bu dəlikdən başqa
heç bir yerdən balıq nə girə, nə də çıxa bilir. Su bu yığılmış daş üzərindən
axır. Bu, bir balıq yuvası vəzifəsini yerinə yetirir. Qışda nə zaman balıq la-
zım olsa, bu çuxurların birini açıb qırx-əlli balığı birdən gətirirlər.
Bunları bu şəkildə açırlar: çuxuru müəyyən bir yerdə düzəldir və çu-
xurun dəliyindən başqa hər tərəfinə düyü samanı, onun da üstünə daş qoyur-
lar. Dəliyinə tor kimi bir şey toxuyub iki başını bir yerə birləşdirərək bağla-
yırlar. Onun içində yenə bir parça yeri torla bağlayırlar. Elə ki, ağzı bu torla
birlikdə və uzunluğu da əvvəlki torun yarısı qədər olur, iç ağzını dar edirlər.
Bu daxili torun iç ağzından girən balıqlar böyük torun içinə gedirlər. Böyük
torun alt tərəfindəki ağzını elə düzəldirlər ki, onun yuxarı tərəfindəki ağzın-
dan girən balıq daxili (144 a) ağzından bir-bir keçir. Bu iç tərəfdəki ağızın
ağaclarının uclarını birləşdirirlər.
Balıqlar bu ağızdan keçib böyük torun içinə girirlər. Çıxılacaq ağzı
bağlı olduğundan balıq çıxa bilmir. Geri dönsə bu kiçık torun daxili ağzının
şişləri üzündən keçə bilmir. Bu toru həmin o buraxmış olduqları dəliyə qo-
yurlar. Balıq yuvasının üstünü açırlar. Ətrafı da düyü samanıyla bağlıdır. Bu
çuxurda ələ nə keçsə yaxalayırlar. Balıq qaçsa belə, dəlik bir dənə olduğu
üçün o tora düşür və orada tuturlar. Bu cür bir balıq ovu başqa yerdə görün-
məmişdir.
MÜQİMİN GETMƏSİ VƏ VİLAYƏTİN
BƏYLƏR ARASINDA BÖLÜŞDÜRÜLMƏSİ
Kabilin alınmasından bir neçə gün sonra Müqim Qəndəhar tərəfinə
getmək üçün izin istədi. Əhd və şərtlə gəlmiş olduğu üçün bütün adamları
və malıyla birlikdə böyük qardaşının və bacısının yanına sağ-salamat getmə-
sinə izin verildi. Müqimə izin verilmdikdən sonra Kabil vilayəti mirzələr və
bütün qonaq bəylər arasında paylaşdırıldı.
Qəznə civarıyla birlikdə Cahangir Mirzəyə verildi. Nigənxar tüməni,
Məndravər, Dəreyi-Nur, Nurgil və Çagan saray isə Nasir Mirzəyə verildi.
Qazaxlıqlarda mənimlə birlikdə olub birlikdə gəldiyim bəylərin və igidlərin
bəzilərinə (144 b) kənd və ərazi kimi şeylər verildi, heç kimə vilayət veril-
mədi. Yalnız bu dəfə deyil, tanrı təala bir dövlət verəndə hər zaman qonaq-
lar, yad bəylər və igidlər mənim əski silahdaşlarımdan və əndicanlılardan
daha artıq və daha yaxşı iltifat görmüşlər. Buna baxmayaraq, qəribə bir ta-
Zəhirəddin Məhəmməd BABUR
158
ledir ki, məni hər zaman əski silahdaşlarımı və əndicanlıları başqalarından
üstün tutmaqla suçlamışlar.
Bir məsəl vardır: «Düşmən nə deməz, düşə nə girməz». «Dərvazeyi-
şəhr ra təvan bəst, nətvan dəhani müxalifan bəst»
1
.
Səmərqənd, Hisar və Qunduzdan çoxlu el və ulus Kabil vilayətinə gəl-
mişdi. Buna görə də «Kabil kiçık bir yerdir; qələmdən daha çox qılıncla ida-
rə edilir. Bütün gələnlərə pul vermək mümkün deyil. Bu el və ulusun ailə-
lərinə bir qədər yemək verək və əsgər axına çıxsın» fikri uyğun görüldü və
buna qərar verib Kabil və Qəznə vilayətlərinə və civarına otuz min eşşək
yükü
2
qədər vergi kəsildi. Kabilin gəlirini və məhsulunu bilmədən bu qədər
çox vergi kəsildiyi üçün vilayət çox ağır bir vəziyyətə düşdü.
Bu zamanlarda Baburi yazısını icad etdim.
Sultan Məsudi həzarəsinə xeyli qoyun və at vergisi kəsilib təhsildarlar
göndərildi. Bir neçə gün sonra təhsildarlardan həzarələrin malı (145 a) ver-
məyərək üsyan etdikləri xəbəri gəldi. Bundan bir müddət öncə onlar bir ne-
çə dəfə Gərdiz və Qəznə yollarına basqın etmişlər. Bu üzdən Sultan Məsudi
həzarəsinə axın etmək üzərə hərəkətə keçdik. Meydan yoluyla gəlib gecə
Nırx keçidindən keçərək sabah namazı vaxtı Çetu civarında olan həzarələrə
axın etdik, lakin istənilən nəticə alınmadı. Oradan Səngi-Surah yoluyla geri
dönərkən Cahangir Mirzənin Qəznəyə getməsinə izin verildi. Kabilə gələn-
də Dərya xanın oğlu Yar Hüseyn Bxirə tərəfindən gəlib sədaqətini bildirdi.
Bir neçə gün sonra əsgər səfərbər edildi və civarı bilən adamlar dəvət
edilərək ətraf tədqiq olundu. Bəziləri Dəşti tövsiyə etdi, bəziləri Bəngəşi uy-
ğun gördü, bəziləri də Hindistan üzərinə səfəri məsləhət bildi. Toplantının
sonunda Hindistan səfərinə qərar verdik və şaban ayında [=1505 yanvar] gü-
nəş dəlv bürcündə ikən Hindistana getmək niyyətilə Kabildən yola çıxdıq.
Badam-Çeşmə və Çigdəlik yoluyla altı mənzildən sonra Adinapura gəldik.
HİNDİSTANA İLK AXIN
İsti iqlim vilayətlərini və Hindistan civarını o zamana qədər heç gör-
məmişdim. Nigənxara varınca başqa bir aləm meydana çıxdı. Otlar, ağaclar,
heyvanlar, quşlar, əhalinin (145 b) adət-ənənəsi tamamilə başqa idi. Heyret
etdik və həqiqətən də heyrət ediləcək dərəcədə idi.
Bir az əvvəl vilayətinə getmiş olan [Baburun kiçık qardaşı] Nasir Mirzə
Adinapurda gəlib bizə sədaqətini bildirdi. Bu münasibətlə oraya getmiş olan
aymaq və adamlarm hamısı qışı keçirmək üçün köç edib Ləmqanata gəlmişdi.
1
«Şəhərin qapılarını bağlamaq olar, müxaliflərin ağzını bağlamaq olmaz».
2
Eşşək yükü: mətndə xarvar və ya xərvar olaraq keçən bu ağırlıq ölçüsünün dəyəri də-
qiq müəyyən deyil. Xalvar sözü də bu sözdən olmalıdır.
BABURNAMƏ
159
Onların əsgərləri ilə geridə qalan əsgərləri gözləmək üçün bir-iki gün o civarda
qaldıq. Onlar da bizə qoşuldqdan sonra gəlib Cuyi-Şahidən keçib aşağıda Quş-
Künbəzdə düşərgə qurduq. Nasir Mirzə adamlarına vilayətindən bəzi şeylər
gətirmək üçün iki-üç gün sonra gəlmək üzərə izin istəyərək orada qaldı. Quş-
Künbəzdən qalxıb Gərm-Çeşməyə gələndə [əfqan qövmlərindən] kakiyaninin
rəislərindən Pixi adlı birini yanıma gətirdilər. O buraya karvanla gəlmişdi. Yol
və yer barədə yararlanmaq üzərə bu Pixli də bizimlə birlikdə qaldı.
Bir-iki mənzildə qaldıqdan sonra Xeyberdən keçib Cama endik. Körə-
Kətri haqqında eşitmişdim. Ora yoqların və hindlərin məbədlərindən biri
imiş. Uzaq yerlərdən gəlib burada saç və saqqallarını təraş edirlərmış. Cama
enincə Biqramı seyr etmək üçün oraya getdim. Böyük bir ağaca çıxıb ora-
dan Biqram civarını seyr etdim. Bələdçimiz Məlik Busəid Kəməri idi. Bir
neçə dəfə Körə-Kətrini soruşdum, söyləmədi.
Dönüb qərargaha (146 a) gələndə Xoca Məhəmməd Eminə «Körə-
Kətri Biqramın qarşısında idi, dar mağaralı və təhlükəli bir yer olduğu üçün
söyləmədim» demişdi. Xoca onun hərəkətini bəyənmədiyi üçün dediklərini
dərhal mənə söylədi. Gec olmuşdu, yol da uzaq idi. Gedə bilmədik.
KÜHETƏ VƏ DƏŞTƏ AXIN EDİLMƏSİ
Bu yurdda Sind çayının necə keçiləcəyi və hansı tərəfə gediləcəyi ba-
rədə danışıb məsləhətləşdik. Baqi Çağanyani çayı keçməzdən əvvəl buradan
iki günlük məsafədə yerləşən, Kühet deyilən, əhalisi çox və zəngin olan yerə
getmək təklifini irəli sürdü. Kabilli bir neçə adam gətirdi, onlar da onun sö-
zünə qüvvət verdilər. Bu yerlər barədə əvvəllər heç nə eşitməmişdik. Etibar
sahibi bir adam Kühet tərəfinə yürüməyi uyğun görərək, öz fikrini isbat et-
mək üzərə bir neçə şahid də gətirdiyi üçün çayı keçib Hindistana getmək
fikrindən vaz keçdik və Camdan qalxıb Bare çayını keçərək Məhəmməd Pi-
xin ətəyinə yaxın bir yerə endik.
O zamanlar kakiyani əfqanları Perşavərdə olurdular və əsgərdən qorxaraq
bu dağın ətəklərinə çəkilmişdilər. Kakiyaninin böyüklərindən olan Xosrov
Kakiyani bu yurdda ikən gəlib bizə sədaqətini bildirdi. Onu da Pixli ilə birlikdə
yol və yer (146b) xüsusunda yararlanmamız üçün yanımızda götürdük.
Bu yurddan gecə yarısı qalxdıq və günəş doğarkən Məhəmməd-Pixi
keçib günortaya yaxın Kühetə axın etdik. Xeyli öküz və camış ələ keçirildi.
Əfqanlardan da bir çox əsir ələ keçdi. Əsirlərin hamısı sərbəst buraxıldı.
Evlərində ərzaq da çox idi. Axınçılar Sind dəryası sahilinə qədər axına get-
dilər və ertəsi gün gəlib bizə qoşuldular. Baqi Çağanyaninin söylədiyinin
tərsinə, əsgərin əlinə heç bir şey keçmədi. Baqi Bəy bu üzdən bir az utandı.
Kühetdə iki gecə qalıb axınçıları topladıqdan sonra hansı tərəfə get-
mək xüsusunda məşvərət etdik. Bəngəş ilə Bennu civarındakı əfqanların üs-
Zəhirəddin Məhəmməd BABUR
160
tünə axın edilib Negar və ya Fərmül yoluyla qayıtmağı qərara aldıq. Kabildə
gəlib mənim xidmətimə girən Dərya xan oğlu Yar Hüseyn belə bir xahişlə
müraciət etdi: «Əgər diləzaq, Yusif-zey və kakiyanilərə [əfqan qəbilələri]
mənə tabe olmaları haqqında fərman versəniz, onda mən padşahın qılıncını
Sind çayının o tərəfinə apraram». İstədiyi fərmanları verərək onun Kühetdən
getməsinə izin verdik.
Kühetdən qalxıb Həngü yoluyla yuxarı Bəngəş tərəfinə yürüdük. Kü-
het ilə (147 a) Həngü arasında bir dərə vardır. İki tərəfi dağdır və yol bu də-
rədən keçir. Qalxıb bu dərəyə girəndə Kühet və o civar əfqanlarının hamısı
yığışaraq dərənin iki tərəfindəki dağın üzərinə çıxıb savaş nərəsi çəkərək
gurultu qoparmağa başladı.
Məlik Busəid Kəməri bütün Əfqanistanı yaxşı tanıyırdı və bu səfərdə
bələdçi o idi. O bir az irəlidə yolun sağında tək bir dağ olduğunu, əgər əf-
qanlar bu dağdan o dağa keçsələr, ora tək bir dağ olduğu üçün onları tam
mühasirəyə alma imkanı olduğunu söylədi. Allah rast gətirdi və bu əfqanlar
bizi təqib edərək o tək dağa çıxdılar, iki dağın arasındakı boyunu tutmaq
üçün dərhal bir dəstə igid göndərildi. Digər əsgərlərə də hər iki tərəfdən ol-
duqları yerdən yürümək əmri verildi.
Hər kəs olduğu yerdən yürüyüncə, onlar da vuruşa bilmədilər, qısa
müddətdə yüz-yüz əlli əfqanı ələ keçirib bəzilərini diri olaraq, çoxunun da
başını kəsərək gətirdilər.
Əfqanlar müharibədə aciz bir vəziyyətdə qalınca, düşmənlərinin qa-
bağına dişləri arasına ot alaraq gəlirlər və bununla «mən sənin öküzünəm»
demək istəyirlərmiş. Bu adəti orada (147 b) gördük. Aciz bir vəziyyətdə qa-
lan əfqanlar, dişləri arasına ot alaraq gəldilər. Diri gətirilənlərin də boyunları
vurdurularaq, endiyimiz yurdda kəsilən başlardan bir minarə düzəldildi.
Ertəsi sabah oradan qalxıb Həngüyə endik. O civardakı əfqanlar kiçık
bir dağı səngər etmişdilər. Səngər kəlməsini Kabilə gəldiyimiz zaman eşit-
mişdik. Buradakı xalq dağı möhkəmləndirməyə səngər deyirmiş. Yetişən əs-
gər səngəri yıxaraq, yüz-iki yüz asi əfqanın başını kəsib gətirdi. Burada da
kəsilən başlardan bir minarə düzəldildi.
Həngüdən qalxıb ertəsi gün yuxarı Bəngəşin ətəyində Til deyilən bir
yerə getdik. Burada da əsgərlər ətrafdakı əfqanların üstünə axına getdi. Bir
səngərdən bəzi axınçılar əliboş qayıtdılar.
Buradan qalxıb arada bir dincəldikdən sonra ertəsi sabah, dimdik bir
enişdən enib çox uzun bir boğazdan keçərək Bennuya düşərgə qurduq.. Əs-
gərlər, dəvələr, atlar bu enişdə və boğazdan keçərkən fövqəladə çox əziyyət
çəkdilər. Ələ keçən qənimət və öküzlərin də çoxu qaldı. Əsil yol sağ tərəfi-
mizdə bir-iki küruh məsafədə imiş. Bu yol atlı yolu deyilmiş.
Çobanlar bəzən sürülərini bu yol və boğazdan (148 a) endirdikləri
üçün bu yola usfənd-liyar [qoyun yolu] deyirlərmiş. Əfqan dilində yola liyar
BABURNAMƏ
161
deyirlər. Bələdçimiz Məlik Busəid Kəməri idi və əsgərin çoxu yolun tərs
çıxmasında onu günahkar sayırdı.
Bəngəş və Negar dağlarından keçincə dümdüz bir yerdə Bennu yerlə-
şir. Şimalı Bəngəş və Negar dağlarıdır. Bəngəş çayı Bennuya çıxır. Bennu
bu su sayəsində abaddır. Cənubu Çuparə və Sind çayıdır. Şərqi Dinqut, qər-
bi Bazar və ya Tak da dedikləri bir çöldür. Əfqan qəbilələrindən kurani, kivi,
sur, İsa-heyl və niyazilər bu vilayəti əkirlər.
Bennuya enəndə ovadakı qəbilələrin şimal tərəfdəki dağlarda bir sən-
gər qazdığı xəbər alındı. Cahangir Mirzə komandanlığında əsgər göndərildi.
Kivi səngəri imiş, gedib qısa müddətdə səngəri alaraq, qətliam edib bir çox
baş kəsib gətirdilər. Əsgərin əlinə xeyli ağ qumaş keçdi. Bennuda da kəsilən
başlardan bir minarə düzəldildi.
Bu səngər ələ keçirildikdən sonra kivinin böyüklərindən Şadi xan
adında biri dişləri arasına ot alaraq sədaqətlərini bildirməyə gəldi. Əsirlərin
həyatını bağışladıq.
Kühetə axın edərkən Bəngəş və Bennu civarındakı əfqanlara axın et-
dikdən sonra Negar və ya Fərmül yoluyla (148 b) geri qayıtmaq qərara alın-
mışdı. Lakin Bennuya axın etdikdən sonra bu civarı bilən adamlar Dəştin
yaxın olduğunu, əhalisinin çox, yolunun da yaxşı olduğunu və Fərmülə çıx-
dığını söylədilər.
Dəştə axın edib o yolla çıxmağa qərar verdik və ertəsi sabah oradan
qalxıb bu çayın sahilində yerləşən İsa-heyl qəbiləsinin kəndinə gəldik.
İsa-heyllər gəlişimizi xəbər alaraq Çuparə dağlarına çəkilmişdilər. Bu
kənddən qalxıb Çuparə dağlarının ətəyinə getdik. Axınçılar dağlara gedərək
İsa-heyllərin bir səngərini yıxıb qoyun, heyvan və qumaş gətirdilər. O gecə
İsa-heyl əfqanları bir gecə basqını elədilər, amma o səfər zamanı çox ehtiyat
tədbirləri alınmışdı və heç bir şey edə bilmədilər.
Ehtiyat tədbirləri bu şəkildə alınırdı: sağ qol, sol qol, mərkəz və önçülərin
hamısı öz yerində enir, hər qol silahlanaraq öz olduğu yerdən piyada ordugahın
ətrafına və çadırlardan bir ox atımı qədər uzaq bir məsafəyə çıxıb gecələri orada
keşik çəkirdi. Hər gecə bu şəkildə əsgər çıxarılırdı. İçkilərdən üçü-dördü sıra ilə
hər axşam növbəyə çıxırdı. Mən də bir dəfə dolaşdım. Növbəyə çıxmayan
adamların (149 a) burunlarını dəlib əsgərlərin arasında gəzdirirdik.
Sağ qolda Cahangir Mirzə, Baqi Çağanyani, Şirim Tağayi, Seyid Hü-
seyn Əkbər və digər bəzi bəylər; sol qolda Mirzə xan [Baburun əmisi oğlu
Sultan Veys Mirzə], [Kabilin son hökmdan Uluğ bəy Mirzənin oğlu] Əbdür-
rəzzaq Mirzə, Qasım bəy və digər bəzi bəylər dururdu. Mərkəzdə böyük
bəylərdən heç kimsə yoxdu; hamısı içki bəylərdi. Önçü qolunda Seyid Qa-
sım eşik-ağa, Baba oğlu Allahquluverən və digər bəzi bəylər olurdu. Əsgər
altı bölüyə ayrılmışdı, hər bölük bir gecə-gündüz ard-arda növbə tuturdu.
O ətəkdən qalxıb qərbə doğru yürüyərək, Dəşt ilə Bennu arasında su-
Zəhirəddin Məhəmməd BABUR
162
suz bir dərədə endik. Əsgərlər sel yatağını qazıb özləri və heyvanları üçün
su götürdülər. Bir-bir yarım kari qazılsa, sel yatağından su çıxırdı. Yalnız bu
sel yatağının deyil, Hindistanın bütün sel yataqlarının belə bir özəlliyi var:
bir və ya bir yarım kari qazılsa, mütləq su çıxır. Allahın qüdrətinə bax! Hin-
distanda çaylardan başqa axarsu yoxdur. Sel yataqları axarsulara yaxındır.
Bu quru sel yatağından səhər vaxtı qalxdıq və ikindi vaxtı yüngül sü-
vari dəstəsi Dəştin kəndlərinə çatdı. Axınçılar bir neçə kəndə axın edib hey-
van, qumaş və ticarət atları gətirdilər. Bu gecə sabaha qədər və ertəsi gün
günortaya qədər geridə qalan yük heyvanları, dəvələr və piyada əsgərlər (l49
b) gəlməyə davam etdi. Burada qaldığımız gün axınçılar gedib Dəştin kənd-
lərindən xeyli öküz və qoyun ələ keçirdilər, əfqan tüccarlarına rast gələrək
xeyli ağ qumaş, ədviyyat, şəkər, şəkər qamışı, cins atlar və ticarət atları gə-
tirdilər. Hindi Moğol əfqanlar arasında məşhur və mötəbər tüccarlardan olan
Xoca Xızır Nuhanini atdan salaraq başını kəsib gətirdi.
Şirim Tağayi axınçıların arxasından getmişdi. Bir piyada əfqan onunla
qarşılaşaraq, [döyüşdə] Şirim Tağayinin şəhadət barmağını kəsib saldı.
KABİLƏ QAYIDIŞ
Ertəsi gün qalxıb Dest kəndlərinə yaxın bir yerə, oradan da Gumel çayı-
nın sahilinə endik. Dəştdən Qəznə tərəfinə iki yol çıxır. Biri Səngi-Surah yo-
ludur. Bu yol Bərkdən keçib Fərmülə gedir, o biri isə Gumel çayı sahilini tə-
qib edərək Berkə çatmadan Fərmülə gedir. Bəziləri Gumel yolunu təriflədilər.
Biz Dəştdə ikən iki-üç gün boyunca aramsız yağış yağdı. Gumel çayı
möhkəm daşdı və bir keçid taparaq təlaşla keçdik. Yolu bilən adamlar Gu-
mel yolunda bu çayı bir neçə dəfə keçməmiz gərəkdiyini və su belə yüksək
olsa keçilməsinin çətin olacağını dedilər. Onun üçün bu yolla bağlı tərəddüd
etdik. Hələ qərar verməmişdık. Ertəsi gün «qalx!» davulları çalındıqdan
sonra at üstündə (150 a) danışaraq hansı yoldan gedəcəyimizi qərarlaşdır-
maq fikrindəydim.
Ramazan bayramı [=7 mart 1505] günü idi. Mən bayram qüslü ilə
məşğul oldum. Cahangir Mirzə ilə bəylər danışmışlar. Bəziləri demiş ki,
Dəştin qərb tərəfində Mehtər Süleyman dağı deyilən bir dağ, onun da Dəşt
ilə Düki arasında bir çıxıntısı var. Bu çıxıntıdan sonra yol düzdür, amma
bir-iki günlük qədər daha uzundur. O yoldan getməyə qərar verərək, çıxıntı
yoluna girmişlər.
Mən qüslümü bitirincəyə qədər bütün əsgər çıxıntı yoluna doğru get-
miş və böyük bir qismi də Gumel çayından keçmişdi. Bilinən yollar olmadı-
ğı üçün də yolun uzaq və ya yaxın olduğunu bilmədən bir yığın uydurma sö-
zlərlə bu yola girdik.
Bayram namazı Gumel çayı sahilində qılındı. Novruz o bayrama yaxın
BABURNAMƏ
163
olub fərqi bir-iki gündü. O münasibətlə bu qəzəli söyləmişdim:
Yeni ay yar üzü birlə görüb, el şadi-xürrəmlər,
Mana üzü qaşından ayrı bayram ayında qəmlər.
Yüzi-novruziyü vəsli-eydini, Babur, qənimət tut,
Ki bundan yaxşı olmaz, olsa yüz novruz bayramlar.
Gumel çayını keçdik və dağ ətəyini izləyərək günəyə doğru yürüdük.
Bir-iki küruh getmişdik (150 b) ki, dağ ətəyindəki təpələrdə gözünü qan tutan
bir neçə əfqan ortaya çıxdı. Atları dördnala çaparaq dərhal o tərəfə cumduq.
Əfqanlarm çoxu qaçdı, bəziləri isə dağ ətəyindəki xırda təpə və kəmər-
lərdə kor-koranə toplandı. Bir əfqan kiçık bir təpənin üstündə dururdu. Deyə-
sən, arxasında uçurum vardı, ona görə gedəcək yeri yox idi. Sultanqulu Çanaq
zirehli bir halda oraya çıxıb vuruşaraq adamı ələ keçirdi. Bu mənim hüzu-
rumda gördüyü bir işdi və bu iş onun etibar görüb yüksəlməsinə səbəb oldu.
Bir kəmərdə isə Qutlu Qədəm bir əfqanla vuruşub tudaşdı, on-on iki
kari qədər bir yerdən birlikdə aşağıya düşdülər. Başını kəsib gətirdi.
Kəpə də bir dağın üstündə bir əfqanla əlbəyaxa olaraq dağ üstündən
dağın yarısına qədər yuvarlanıb gəldi. O da onun başını kəsib gətirdi. Bu əf-
qanların bir çoxu əsir edilmişdi, hamısı sərbəst buraxıldı.
Dəştdən qalxıb Mehtər Süleyman dağının ətəyi ilə günəyə doğru yürü-
dük. Üç dəfə dincəldikdən sonra Sind çayının sahilində yerləşən, Multana
tabe olan kəndlərdən birinə, Bilə deyilən kiçık bir qəsəbəyə çatdıq. Əsgərlər
gəmilərə minib suyu keçdilər, bəziləri isə üzərək keçdilər. Bu kənd qarşısın-
da bir ada vardı. (151 a) Geri qalan əhalinin bir qismi bu adada göründü.
Əsgərin böyük bir qismi at və silahlarıyla suya girərək oraya keçdi. Bir neçə
adamı su götürdü. Bunlar arasında mənim adamlarımdan Qul Anıqla Mehtər
Fərraş, Cahangir Mirzənin adamlarından isə Kaymas Türkmən də vardı.
Bu adada əsgərin əlinə qumaş və ev əşyası kimi bəzi şeylər keçdi. O
civar əhalisinin hamısı adadan gəmilərlə Sind çayının digər tərəfinə keçdilər.
Adanın qarşısına keçənlərin bir qismi suyun genişliyinə güvənib qılınclarını
əllərinə alıb oynadaraq istehza etməyə başladılar.
Adaya keçənlərdən Qul Bəyazid Bəqavul tək başına və yalın atla özü-
nü onların qarşısından suya atdı. Adanın o tərəfindəki suyun genişliyi bu tə-
rəfinkindən iki-üç misli qədər çox idi. Atını üzdürərək, o tərəfdəkilərin qar-
şısında bir ox atımı qədər məsafədə dayaz yerə çıxdı. Su atın böyrünə qədər
gəlirdi. Özünə gəlmək üçün bir qədər durdu. Arxasından heç kim getmədi,
getmə ehtimalı da yox idi. Oradan sürətlə bunların üstünə cumdu. Bir-iki ox
atdılar, lakin heç bir şey edə bilməyib qaçdılar. Tək başına, yəhərsiz atla,
köməksiz Sind çayı kimi bir çaydan at üzdürərək keçib düşməni qaçırdı və
yerini aldı. Çox cəsuranə bir iş görmüşdü. Düşməni qaçırdıqdan sonra (151
b) əsgər o tərəfə keçdi və qənimət olaraq qumaş və heyvanlar gətirdi. Düz-
Zəhirəddin Məhəmməd BABUR
164
dür, bundan əvvəl də bir neçə dəfə də xidməti və cəsarəti görünmüşdü, eti-
bar və iltifat göstərib aşçılıq
1
rütbəsindən xassə bəkavul rütbəsinə yüksəlt-
mişdim. Bu şücaətindən dolayı da ona çox inayət və ehsanlarda bulundum.
Bu barədə irəlidə söz açılacaq. Gerçəkdən də inayət və ehsana layiq idi.
İki-üç mənzil boyunca Sind çayını sahildən izləyərək, çayın aşağısına
doğru getdik. Əsgər axın edə-edə atlarını haldan saldı. Qənimət də axına
dəyməzdi, hamısı öküzdən ibarətdi. Dəştdə ikən əsgərin əlinə qoyun və bəzi
yerlərdə qumaş kimi şeylər keçmişdi, amma Dəşti keçdikdən sonra öküzdən
başqa bir şey yox idi. Sind çayı sahilindəki mənzillərdə iş o dərəcəyə çatdı
ki, bir qulluqçu üç-dörd yüz öküzü birdən gətirirdi. Çox olduğu üçün gətirir-
dilər, ancaq hər mənzildə bir o qədəri qalırdı.
Sind sahilini izləyərək üç mənzil gəldik. Üç mənzildən sonra Pir-Kanu
məzarı qarşısında Sind çayından ayrılaraq Pir-Kanu məzarına gəlib dayandıq.
Məzarın bəzi mücavirlərinə əziyyət verdikləri üçün əsgərlərdən birini ibrət
olsun deyə parçalatdım. Bu məzar Hindistanda (152 a) fövqəladə mötəbər bir
məzardır və Mehtər Süleyman dağına bitişik dağların ətəyində yerləşir.
Bu məzardan qalxıb keçid üzərinə endik. Oradan qalxıb Düki vilayə-
tindəki çaya endik. O yurddan qalxanda isə Şah [Şüca] bəyin adamı və Sivi-
nin valisi olan Fazil Göyəldaşın casusluq etməyə gəlmiş iyirmi qədər adamı-
nı tutub gətirdilər. O vaxtlar aramızda düşmənçilik olmadığı üçün atlarına
və silahlarına toxunmadan sərbəst buraxdıq.
Ertəsi gün Düki kəndlərindən Çutali deyilən kəndin yaxınına endik.
Sind çayının bir az o tərəfində və onun sahilində durmadan axın edildiyi
halda at yemi və ot bol olduğu üçün atlar süstləşmirdi, lakin Sind çayından
Pir-Kanu tərəfə doğru çıxanda ot heç tapılmır, ara-sıra iki-üç mənzildə bir
az ot tapıla bilirdi. At yemi ise heç tapılmırdı. Bu yurdlardan etibarən əsgə-
rin atları geri qalmağa başladı.
Çutalidən keçib endiyimiz yurdda yük heyvanı olmadığı üçün mənim
öz çadırım da qaldı. Burada ikən bir gecə elə yağış yağdı ki, çadırda su to-
puğuma qədər çıxdı. Kilimləri bir yerə yığıb onların üstündə oturdum. O ge-
cəni sabaha qədər bu cür sıxıntı içində keçirdim.
Dostları ilə paylaş: |