Yaqub əlioğlu qarabağin şƏHİd oğullarinin narahat ruhlarina və erməNİ



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix03.02.2017
ölçüsü0,75 Mb.
#7307
1   2   3   4   5
DÖVLƏT MUSİQİLİ-DRAM 

TEATRININ REPERTUARI (1990-2000) 

LÜ.HACIBƏYOV "ARŞIN MAL ALAN" (rej. Y.MURADOV) 

2.S.ƏLƏSGƏROV, Ş.QURBANOV "ÖZÜMÜZ BİLƏRİK" 

(rej.Y.MURADOV) 

3.M.F.AXUNDOV "HEKAYƏTİ-MÜSYÖ jORDAN HƏKİMİ- 

NƏBATAT VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH-CADUKUNİ- 

MƏŞHUR" (rej. - H.ƏBLUC) 

4.V.ADIGÖZƏLOV, Ə.KÜRÇAYLI "NƏNƏMİN ŞAHLIQ 

QUŞU" (rej. - F.ZÖHRABOV) 

5.S.RÜSTƏMOV,    S.RÜSTƏM    "DURNA"    (rej.    - 

F.ZÖHRABOV) 

6.S.M.QƏNİZADƏ "AYININ MİN BİR OYUNU" (rej. - 

Y.MURADOV) 

7.A.SALAKRU "MARQARİTKA" (rej. - K.MƏCİDOVA) 

8.S.BEKKET "ADDIM SƏSLƏRİ" (rej. - K.MƏCİDOVA) 

9.B.APPAYEV "GÖZƏLLƏRİ NECƏ QAÇIRIRLAR" (rej. - 

K.MƏCİDOVA) 

İO.V.QAUF "XƏLİFƏ LEYLƏK) - (rej - O.SALAMOV) 

■ll.C.CABBARLI "AYDIN" (rej.- R.ŞAHSUVAROV) 

12.M.FAXUNDOV "HEKAYƏTİ-MÜSYÖ jORDAN HƏKİMİ- 

NƏBATAT VƏ  DƏRVİŞ  MƏSTƏLİ  ŞAH-CADUKUNİ- 

MƏŞHUR" (rej. -K.MƏCİDOVA) 

13.F.MUSTAFA "AĞILLI ADAM" (rej. K.MƏCİDOVA) 

14.Ü.HACIBƏYOV "ƏYRİ OTURAQ, DÜZ DANIŞAQ" (rej. 

- V.AZƏRYAR) 

15."NƏĞMƏDİR, GÜLÜŞDÜR HƏR DƏRDƏ MƏLHƏM" 

KONSERT-TAMAŞA (rej. - Y.MURADOV)  

 

Hər bir millətin bdtnindan dünyaya efo övladlar gəür ki, onlar sanki "özldri üçün anadan 

olmayıblar, balkə bütün xalqa

y

 hətta ümum insaniyyətə xeyir gətirmək və tərəqqisinə 

səbəb olmaq üçün yaranıblar...

 

İnsanlar indi də, onlardan mənfəət görm^kdədir. Bu cürə adamlar nəinki sağhğında, 



b'əlkə öləndən sonra da camaata mənfəət verirfor"...

 

 



Üzeyir bəy Hacıbəyov

 

 

ŞUŞA TEATR MÜHİTİNİN



 

YETIRMƏLƏRİ

 



 



 

 

 



 

 

 



 

 



ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV

 

(1870-1933)



 

1870-ci ilin maymda Şuşanın 20 kilometrliyindəki Ağbulaq kəndin-də dünyaya göz açan 

Əbdürrəhim bəy Haqverdiyev təkcə bir maha-lın, elin deyil, bütövlükdə Azərbay-can xalqının 

zəngin mənəvi dünya-sının ən parlaq şəxsiyyətlərindən biridir. Bütün ömrü boyu öz bilik və 

bacarığını, işıqlı düşüncələrini xalqının mənəvi dünyasmın zən-ginləşməsinə, şüurun oyanışına 

sərf edən yazıçı-dramaturq, jurnalist-pedaqoq və ictimai xadim olan Əbdürrəhim bəy 

Haqverdiyev həm də Şuşada, Ağdamda, Gəncədə, 

Bakıda teatr sənətinin pərvəriş - təşəkkül tapmasma təkan venniş yaradıcı bir sənətkardır. O, 

(1901-1906-cı illərdə) Azərbaycan 'professional teatnnda ilk olaraq baş rejissor funksiyasmı 

daşımaqla yanaşı, həm də milli operamız olan "Leyli və Məcnun"un (Ü.Hacıbəyov) ilk dirijoru 

olmuşdur. Əbdürrəhim bəy həm də ilk azərbaycanlı yazıçıdır ki, 1906-cı ildə Rusiya Dövlət 

Dumasmm deputatı olmaqla öz millətini ləyaqətlə təmsil etmişdir. 

Görkəmli teatr təşküatçısı, rejissoru olan Əbdürrəhim bəy Haqverdiyev həm də Azərbaycan 

ədəbiyyatını özünün misilsiz əsərləri ilə zənginləşdirmişdir.      

s

 

Onun qələmə aldığı "Yeyərsən qaz ətini, görərsən ləzzətini", "Dağılan tifaq", "Bəxtsiz cavan", 



"Pəricadu", "Hacı Daşdəmir", "Ağa Məhəmməd Şah Qacar", "Millət dostlan", "Ac həriflər", 

"Kimdir müqəssir?", "Padşahm məhəbbəti", "Ağac kölgəsində", 

9u

Ədalət qapıları", "Vaveyla", 



"Qırmızı qarı", "Altun Öküz", "Yeni dərman", "Köhnə dudman", "Baba yurdunda", "Kamran",  

"Yoldaş Koroğlu", "Sağsağan", "Çox gözəl" pyesləri, eləcə də tərcümə etdiyi "Hamlet", 

"Qəzavat", "Yəhudilər" kimi esər-ləri "Cəhənnəm məktubları", "Marallarım", "Mozalan bəyin 

səyahətnaməsi", "Mütrüb dəftəri" kimi silsilə, felyeton, hekayə və povestləri ədib tərəfındən 

qələmə alındığı ilk gündən teatrlanmızm repertuarlarmı bəzəyərək tamaşaçılann ruhunu oxşamış, 

oxucu qəlbinə yol tapmış, onlan həm güldürmüş, həm də düşündüraıüşdür. 

Ə.B.Haqverdiyevin yaradıcılıq taleyinin ən maraqlı səhifəsi teatr sətıəti ilə sıx bağlı olmuşdur. 

Ona görə, heç də təsadüfı deyil ki, qədirbilən xalqımız görkəmli ədibin yaradıcı fəaliyyətni 

yüksək qiymətləndirmiş, Ağdam Dövlət Dram teatrma onun adını vermişdir. 

Hazırda onun əsərləri oxunmaqda, pyesləri isə respublika teatrlarının səhnələrində 

oynamlmaqdadır. 

■   


 

 

ÜZEYİR BƏY HACIBƏYOV

 

'

 

(1885-1948) 

 

SSRİ xalq artisti, dövlət müka-fatı laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki, milli 



operamızın banisi, görkəmli bəstə-kar-yazıçı-dramaturq-jurnalist-pe-daqoq olan Üzeyir 

Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci ildə ana-dan olmuş, Şuşada rusrmüsəlman məktəbini 

bitirmişdir. Şuşanın saf suyunu içib, təmiz havasım udan, musiqisini, sözünü-söhbətini qan 

yaddaşına - qəlbinə hopduran yeniyetmə Üzeyir elm dalınca Qori müəllimlər seminariyasma üz 

tutur. Daha sonralar isə, musiqi biliyini inkişaf etdirib təkmilləşdirmək üçün Moskvada-

Peterburqda təhsil almalı olur. 

Xalqınm mənəvi dünyasmı zənginləşdirmək qaranhq şüurlan işıqlandırmaq - maarifləndirmək 

üçün müəllimlik, jurnalistlik edən Üzeyir bəy Hacıbəyovun musiqiyə-teätra olan marağı -həvəsi 

sonradan onu - öz xalqmın musiqi tarixinin professional səhifəsini yazmış böyük yaradıcı bir 

şəxsiyyət kimi dünya mədəniyyəti səmasında parlaq ulduzlardan birinə çevirdi. Özü-nün 

bəstəkarlıq fəaliyyətinə 1908-ci ildə yazdığı "Leyli və Məcnun" operası ilə başlayan Üzeyir bəy 


Hacıbəyov, Şərqdə ilk milli not sistemli musiqinin, həm də gələcək musiqili teatr tamaşalannın 

özülünü qoymuşdur. Bu operanın ardınca bəstəkar xalq əfsanələri mövzusunda "Şeyx Sənan" 

(1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşudbanu" (1912), "Əsli və Kərəm" 

(1912), "Harun və Leyla" (1915), "Koroğlu" (1937) operalarını, həmçinin nikbin təbiətli, 

şuxluğu-məlahəti və təbiiliyi ilə könülləri fəth edən, təmiz gülüşdən yoğrulmuş komediyalar olan 

"Ər və arvad" (1909), "O olmasın, bu olsun" (1909), "Arşın mal alan" (1912-1913) kimi 

operettalanm yazır. Xalqımızın təkrarsız parlaq simalanndan biri olan böyük bəstə-kar, 

musiqişünas, yazıçı-dramaturq, publisist-jurnalist və ictimai xadim Üzeyir bəy Hacıbəyovun 

musiqisi, opera və operettaları Azərbaycan incəsənətinin həmişəyaşar klassik yaradıcı məhəg 

daşıdır. 

İllər, nəsillər dəyişir. Amma heç zaman dəyişilməyən Üzeyir bəy dünyasmm məhsulu olan 

əsərlərdir ki, hər bir yaradıcı musiqiçi, rejissor, aktyor sənətdə öz imkanlannı müəyyən etmək 

üçün bu klassik məktəbdə özünü yaradıcılıq smağına çəkməli olur. Elə ona görə də bu günkü 

teatrlarımızm repertuarlarım ounn əsərləri bəzəməkdədir. 

Dünən də elə idi, bu gün də elədir, sabah da elə olacaq... 

Yeri gəlmişkən, professional musiqi məbədi olan Azərbaycan Musiqi Akademiyası ölməz 

bəstəkarımız Üzeyir bəy Hacıbəyovun adını şərəflə daşımaqdadır. 

 

MIRZƏ MUXTAR

 

(1841-1929)

 



 

Musiqiçi ailəsində dünyaya göz açan Mirzə Muxtar gözəl musiqiçi olduğu kimi həm də çox 

istedadlı bir aktyor idi. Şuşada mədrəsədə təhsil almış Mirzə Muxtar ərəb, fars və rus dillərini 

gözəl bilirdi. Ona görə o, /Şərq klassikasının gözəl bilicisi idi. Rus dilini bilməsi onu tez-tez 

Şuşadakı "Qış klubıTndaJ fe»... gÖstərilən teatr tamaşalarına bax-S;;:3ı raasma səbəb olurdu. Elə 

bu tama-İ şalar da onun qəlbində teatr sənə- 

tinə məhəbbət oyatmışdır. 

İlk dəfə o, 1870-ci ildə "Hacıquluların zalı"nda M.F.Axun-dovun "Hacı Qara" komediyasım 

tamaşaya qoyur. Lakin müəyyən səbəblərdən tamaşa uğursuzluğa düçar olur. Lakin Mirzə 

Muxtar ruhdan düşmür. 1873-cü ildə səhnəyə həvəsli dostları ilə birgə "Hacı Qara"nı yenidən 

oynayırlar. 

O illərdə Mirzə Muxtar Şuşada oynanılan teatr tamaşalannın əksəriyyətinin iştirakçısı və 

təşkilatçısı olur. Din xadimlərinin onu görməyə gözü yox idi. 

1883-cü ildə Şuşada H.B.Vəzirovun "Evlənmək bir stəkan su içmək deyil" əsərinin tamaşası 

vaxtı Həzrət Abbasın adımn səhnədən çəkilməsi böyük qalmaqala səbəb olur. Tamaşa yanmçıq 

kəsilir, iştirakçılar qaçmalı olurlar. Mirzə Muxtar da öz doğma şəhərindən didərgin düşür. 

O, əvvəlcə Ağdamda, sonra Gəncədə gizlənməli olur. Bir müddət Tiflisdə müəlHmlik etməli 

olur. 1899-cu ildə Bakıya köçən Mirzə Muxtar, burada müəllimlik edir, 1908-ci ildə isə 

Ü.Hacıbəyovun "Leyli və Məcnun" tamaşasında Məcnunun atasını ifa etmək üçün teatra dəvət 

olunan Mirzə Muxtar sonrakı taleyini bütövlükdə teatra bağlayır. 

1913-cü ildə Bakımn teatr ictimaiyyəti Mirzə Muxtarın teatr tariximizdəki rolunu yüksək 

qiymətləndirərək onun 40 illik səhnə fəaliyyətini qeyd etmişlər. Şuşa teatr mühitinin yetirməsi 

olan Mirzə Muxtar haqqında "Kaspi" qəzetinin I913-cü ü 103 N?-li saymda oxuyuruq: - "Nicat" 

cəmiyyəti onun yubileyini keçirməklə öz borcunu yerinə yetirir!" 

Digər bir jurnalda isə onun fəaliyyətinə hörmət hissi ilə yazırdılar: - "O, teatr xadimi olub 

oynadığı rollarda özünün layiqli və istedadlı aktyor olduğunu da sübut etmişdir."

43

 

Mirzə Muxtar 1929-cu ildə səhnə ilə əbədi vidalaşır. 



 



 

 



 

^Övrəqi-nəfısə-jumah, 1919-cu H, N* 12.  



 

 

 



HAŞIM BƏY VƏZİROV

 

(1868-1916)

 


Görkəmli yazıçı-jurnalist, peda-qoq Haşım bəy Vəzirov Şuşada doğulmuş, elə ilk təhsilini də 

orada almışdır. Yerevan seminariyasmı bitirdikdən sonra uzun illər müx-təlif yerlərdə müəllimlik 

etmiş, 1890-cı ildən isə doğma Şuşasında "rus-tatar məktəbi"ndə ana dilindən dərs demişdir. 

Uzun illər müxtəlif qəzet və jurnallarda jurnalistlik fəaliyyəti göstərərək məqalələr yazmışdır. 

Şuşanın teatr mühiti ilə sıx bağh olan Haşım bəy Vəzirov "Məktəb tərbiyəsi", "Evlənmək su 

içmək deyil", "DÖymə qapımı, döyərlər qapım" əsərlərini yazmışdır. 

Bu əsərlər, məhz ilk dəfə Şuşa teatr həvəskarları tərəfındən tamaşaya qoyulub oynamlmışdır. 

O, həm də ilk dəfə V.Şekspirin "Otello" faciəsini (1893) 

doğma azəri türkcəsinə tərcümə etmişdir. 

 

 



 

 

NƏCƏF BƏY VƏZİROV

 

(1854-1926)

 

Azərbaycan ədəbiyyatı və in-cəsənəti tarixində, eləcə də ictimai fıkrində gorkəmli yerlərdən 



birini Nəcəf bəy Vəzirov tutur. M.F. Axundovun realist ədəbi məktə-binin layiqli davamçısı olan 

Nəcəf bəy Vəzirov 1854-cü ildə Şuşa şə-hərində anadan olmuşdur. Oxu-maq-Öyrənmək arzusu 

Nəcəf bəyin tale yolunu Bakıdan, Moskvadan, Peterburqdan keçirməklə onun dünyagörüşünə və 

mənəvi dün-yasma böyük təsir göstərir. Qaran-lıqda işıq axtaran Nəcəf bəy millətə xidmət 

etməyin yolunu xalqm maariflənməsində görürdü. Elə ona görə də o, müəllimlik də etdi, 

juraalistlik də, yazıçılıq da, hətta yeri gələndə aktyorluq da... 

Teatr tamaşalarmın millətin mənəvi dünyasmda oynadığı vacib və lazımlı rolu dərindən dərk 

edən Nəcəf bəy 1873-cü ildə digər bir maarifçi-ziyalı H.B.Zərdabi ilə M.F.Axundovun 

"Lənkəran xamnın vəziri" əsərini tamaşaya qoymaqla profes-sional Azərbaycan teatrmm 

özülünü qoydular. 

Hələ uşaqlıq illərindən teatra yaxın-olan Nəcəf bəy Vəzirov Mirza Fətəli Axundov 

komediyalanmn təsiri ilə "Əti sənin, sümüyü mənim", "Qara günlü", "Dad yarımçıq əlindən", 

"Ev tərbiyəsinin bir şəkli", "Nə əkərsən, onu da biçərsən", "Daldan atılan daş topuğa dəyər", 

"Pəhlivanani-zəmanə", "Sonrakı peşmançılıq fayda verməz", "Vay şələküm məəlləküm", 

"Keçmişdə qaçaqlar", "Yağışdan çıxdıq, yağmura düşdük", 'Təzə əsrin ibtidası", "Pul düşkünü 

Hacı Fərəc" adlı pyes və komediyalarım yazır. 

N.B.Vəzirov həm də ədəbiyyat tariximizdə faciə janrımn ilk gözəl nüraunəsi olan "Müsibəti-

Fəxrəddin" dramının müəllifıdir. 

 Onun komediya və pyesləri teatr səhnələrində həmişə uğurla oynamlmış və indi də 



oynamlrnaqdadır. Əminik ki, gələcəkdə də elə olacaq. Çünki zəngin mənəvi dəyərlərə söykənən 

düşünmək-düşündürmək probleminin tamaşaçısı həmişə olmuş və gələcəkdə də olacaqdır. 

Bir vaxtlar həvəskar kimi teatr tamaşalarında aktyor-rejissor kimi iştirak etmiş Nəcəf bəy 

Vəzirov sonradan öz əsərləri ilə teatrlarımızın repertuar yükünü başqa həmfikirləri ilə birlikdə öz 

çiynində daşımalı oldu. Ona görə, onun adı həm ədəbiyyat, həm də teatr tariximizdə hörmət və 

ehtiramla çəkilir. 

Lənkəran DÖvlət Dram Teatrı Nəcəf bəy Vəzirovun adını şərəflə daşımaqdadır. 

 

 



ZÜLFÜQAR HACIBƏYOV 

(1884-1950) 

Hacıbəyovlar nəslinin parlaq nümayəndələrindən biri olan əməkdar incəsənət xadimi Zülfiiqar 

Hacıbəyov 1884-cü ildə cənnət guşəsi Şuşada dünyaya gəlmişdir. Azərbaycan incəsənətinin 

forma-laşıb-inkişaf tapmasmda onun qar-daşı Üzeyir bəy Hacıbəyovla birgə əvəzsiz xidmətləri 

olmuşdur. Onun xüsusilə Azərbaycan musiqili teat-nnın təşəkkül tapmasmda göstər-diyi 

yaradıcılıq fəaliyyəti daha çox diqqətəlayiqdir. Belə ki, görkəmli bestəkarın "Aşıq Qərib" 

operası yarandığı gündən opera teatnnın repertuarından düşmür. Çox təəssüf ki, onun "Nüşabə", 

"Məlikməmməd" adlı tamam-lanmamış operaları bəstəkardan yadigar olaraq qalmaqdadır. 



Zülfiiqar Hacıbəyovun özünün librettolan əsasında yazdığı "Əlli yaşında cavan", "Varh" ("On bir 

yaşında gəlin"), "Evlikən subay" adlı musiqili komediyaları bu gün də teatrİanmızın səhnəsində 

uğurla oynamlmaqdadır. 

ƏHMƏD AĞDAMSKİ (BƏDƏLBƏYLİ) (1884-1954)

 

Əməkdar incəsənət xadimi, aktyor-rejissor-pedaqoq Əhməd Bəşir oğlu Ağdamski 1884-cü ildə 



Şuşada dünyaya göz aç-mışdır. Kiçik yaşlarından teatra bağlanan Əhməd Ağdamski əvvəlcə 

həvəskar dərnəklərdə və xalq mərasim tamaşalarında çıxış etmişdir. Lakin sonradan professional 

teatr truppalarında çıxış etməyə başlayan Əhməd Ağdamski, Azərbaycan səhnə-sində qadın 

ifaçılarınm olma-ması üzündən opera və musiqili komediya tamaşalarmda mün-təzəm olaraq 

qadın rollannın mahir ifaçısı kimi teatr ictimaiy-yətinin rəğbətini qazanmışdır.,, 

Teatr tariximizdə özünəməxsus yaradıcıhq dəsti-xətti olan Əhməd Ağdamski uzun illər 

səhnəmizin Leylisi, Əslisi, Gülnazı, Gülçöhrəsi, Şahsənəmi (Ü.Hacıbəyovun "Leyli və Məcnun", 

"Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan" əsərlərində və Z.Hacıbəyovun "Aşıq 

Qərib" operasmda) olmuşdur. O həm də dram tamaşalarmda da fəal iştirak etmişdir. 

Azərbaycan teatrının təşəkkül tapmasında onun böyük xidmətləri olmuşdur. 

 



 ƏFRASİYAB BƏDƏLBƏYLİ (1904-1976)



 

Azərbaycan mənəvi dünya-sının zənginləşməsində özünə-məxsus yeri olan, görkəmli maarif-çi, 

şuşalı Bədəl bəy Bədəlbəylinin ailəsində dünyaya göz açan xalq artisti Əfrasiyab Bədəlbəyİinin 

(1904) Azərbaycan incəsənətində, xüsusilə də teatr sənəti sahəsində çox böyük, layiqli yeri var. 

O, bir çox musiqi əsərlərinin müəllifidir. Lakin onun incəsənətimizdə ən böyük xidməti yaxın 

Şərqdə ilk Azərbaycan milli baleti olan "Qız qalası"m yaratmasıdır. Digər bir uşaq nağıl-baleti 

olan "Tərlan"ın da (libretto - B.Turqut) müəlUfı Əfrasiyab Bədəlbəylidir. 

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin taleyindən bəhs edən "Nizami" (Ubretto - 

M.S.Ordubadi) operası onun uğurlu işlərindən biridir. Bəstəkann əsərləri uzun illərdir ki, 

M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatnnın səhnəsində uğurla 

oynanılmaqdadır. 

Əfrasiyab Bədəlbəyli bir çox əsərlərin libıetto müəllifıdir. Onun A.ToIstoyun eyni adlı povestinə 

yazdığı "Qızıl açar" librettosu (bəstəkar - B.Zeydman), V.Hüqonun "G

Ü

I

ƏH 

adam" Iibrettosu 

(bəstəkar - B.Zeydman), S.Axundovun "Qaraca qız" librettosu (bəstəkar - Ə.Abbasov) əsasındakı 

baletlər Opera və Balet teatnnın repertuannı bəzəmişdir. 



SOLTAN HACIBƏYOV

 

(1919-1974)

 

Görkəmli musiqiçi və ictimai xadim, Şuşanın şöhrət çələngi olan Hacıbəyovlar nəslitıin ən 



parlaq nümayəndələrindən biri xalq artisti, Dövlət mükafatı laureatı Soltan Hacıbəyov dünyaya 

göz açdığı İ919-cu ildən özünü musiqinin və musiqiçilərin əhatəsində görmüşdü. Ona görə onun 

musiqi aləmində parlaması heç də təsadüfı deyil. Musiqi Hacıbəyovların qan yaddaşı, ürək 

döyüntüsüdür. 

Soltan Hacıbəyov musiqinin müxtəlif janrlarında yazıb yaratsa da, onun da sənət yolu teatr 

səhnəsindən keçmişdir. "Karvan" kimi simfonik bir əsərlə Özünə əbədiyyət qazanmış bəstəkarın 

yaradıcılığında "Gülşən" baletinin, "Qızılgül" operettasının və bir çox dram tamaşalarına yazdığı 

müsiqilərin xüsusi yeri var. 

Onun yazdığı balet və operetta Azərbaycan Dövlət Opera və Balet, eləcə də Musiqili Komediya 

teatrlarmın səhnəsini uzun illər bəzəmişdir. 

Hacıbəyovlar nəslinin başqa nümayəndələri kimi onun da musiqisi dünyanın bir çox səhnəsində 

(ABŞ, İsveçrə, Bolqanstan və b.) səslənməklə təkcə şuşahlara deyil, bütöv bir xalqa şərəf və 

şöhrət çələngini qazandırrruşdır.  

BÜLBÜL


 

(1897-1961)

 

.

 

SSRİ xalq artisti, Dövlət müka-fatı laureatı, professor, Azərbaycan professional vokal 



məktəbinin banisi, görkəmli opera müğənnisi Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) 

Qarabağın dilbər gu-şəsi olan Şuşada anadan olmuşdur. Geniş diapazonlu, gözəl, mə-lahətli səsə 

malik olatı Bülbül hələ kiçik yaşlanndan öz məharətli zəıi-gulələri ilə xalqın sevimlisinə çev* 


rilmişdir. Onun opera müğənnisi kimi teatr səhnəsində ilk çıxışı 1916-cı ildə Gəncədə tamaşaya 

qoyulan "Seyfəlmülk" (M.C.Əmi-rov) operasında olmuşdur, 

Səhnə həvəsi onu əvvəlcə Birləşmiş DÖvlət Teatrmın opera truppasma (1920) gətirmiş, daha 

sonra isə Azərbaycan Opera və Balet Teatnnm (1924) solisti etmişdir. 

Daima Öz professionallığı üzərində çahşan, tükənməz sənət" eşqi ilə yaşayan Bülbül əvvəlcə 

Bakı konservatoriyasmda təşsil almış, daha sonra isə öz vokal texnikasını təkmilləşdirmək üçün 

Milanda (İtaliya) Delliponti və Qranidən sənət dərsi alaraq iste-dad və zəhmətilə öz səs 

imkanlarını sənətin zirvəsinə yüksəldə bilmişdir. 

Müğənniliklə barabər güclii aktyorluq məharətinə malik olan Bülbül, Dövlət Opera və Balet 

teatrının səhnəsində Koroğlu, Əsgər, İbn Səlam, Kərəm (Ü.Hacıbəyovun"Koroğlu'\ "Arşın mal 

alan", "Leyli və Məcnun", "Əsli və Kərəm"), Qərib (Z.Hacıbəyov "Aşıq Qərib), Əlyar 

(M.Maqomayev "Nərgiz), Nizami (Ə.Bədəlbəyli "Nizami"), Fərhad (Niyazi "Xosrov və Şirin"), 

Aslan (Q.Qarayev və C.Hacıyev "Vətən"), Qərib (R.M.QHer "Şahsənəm"), eləcə də Qərbi 

Avropa və rus klassiklərinin əsərlərində onlarca müxtəlif xarakterli obrazları real boyalarla, 

uğurla təcəssüm etdirmişdir. 

Bülbülün yaradıcıhğı, opera teatrımızın təşəkkül və inki-şafında ən parlaq səhifə təşkil edir. Xalq 

mahmlarını, təsnifləri böyük ustahqla ifa edən Bülbül Asəf Zeynallının "Ölkəm", Üzeyir 

Hacıbəyovım "Sənsiz", "Sevgili canan" romansları ilə Azərbaycan incəsənətində özünə əbədi, 

canlı heykəl ucaltmışdır. Bu sənət heykəli bu gün düşmən gülləsinə sinə gərsə də, öz mənəvi 

ucalığı və dəyəri ilə, səsi və sözü ilə Şuşadan dünyaya boylanır. 

 

NIYAZİ

 

(1912-1984)

 

Şuşanın şöhrətini dünyaya ya-yan Hacıbəyovlar nəslinin parlaq ulduzlanndan biri də, görkəmli 



diri-jor və bəstəkar, teatr rohbəri, ictimai xadim, SSRİ və Azərbaycanın xalq artisti, Sosialist 

Əməyi Qəhrəraanı, Dirijorlann Ümumittifaq baxışın laureatı, Ü.Hacıbəyov adma Azər-baycan 

DÖvlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı və neçə-neçə irili-xırdalı başqa 

mü-kafatlann sahibi 1912-ci ildə dünyaya təşrif buyurmuş Niyazi Zülfiiqar oğlu Hacıbəyovdur. 

Azərbaycan incəsənətində Niyazi təkrarsız, möcüzə-sənətkardır. Niyazi bəstəkarhq və dirijorluq 

fəaliyyətinə 30-cu illərdən başlayaraq, öz istedadı, yüksək musiqi duyumu, dərin erudiyası və 

dünyanm ən böyük sənət məbədiərini öz virtuoz sənətkarlığı ilə fəth edərək, Azərbaycana şöhrət 

çələngi gətirmişdir. Bir dirijor kimi onun repertuannda Azərbaycan bəstəkarlanmn əsərləri ilə 

yanaşı Qərbi Avropa, rus klassiklərinin əsərləri mühüm yer tutmuşdur. Onun ifaçılıq sənətində 

və milli musiqimizin təbliğində xidmətləri həddindən artıq böyük olmuşdur. Azərbaycan 

musiqisində ilk simfonik əsərlərin müəlliflərindən biri olan Niyazinin "Rast", "Zaqatala süitası", 

"Ləzgihəngi" və başqa simfonik əsərlərinin musiqi tariximizdə xüsusi yeri var. Onun Nizaminin 

eyni adlı poemasmm motivləri əsasında yazdığı "Xosrov və Şirin" operası və hind klassiki 

R.Taqorun "Çitran-qoda" fəlsəfi dramı üzrə yazdığı "Çitra" baleti Azərbaycan Dövlət Opera və 

Balet teatrının səhnəsində uğurla oynanılmışdır. O, uzun illər Dövlət Simfonik Orkestrinin, 

Akademik Opera və Balet teatrının, Dövlət Filarmoniyasınm baş dirijoru və direktoru, bədii 

rəhbəri olmuşdur. 

 



 

MEHDİ MƏMMƏDOV (1918-1985)

 

 



Görkəmli rejissor-aktyor və sənətşünas, SSRİ xalq artisti, sənət-şünashq doktoru, professor 

Mehdi Əsədulla oğlu Məmmədov 1918-ci ildə Şuşa şəhərində doğulmuşdur. 1922-ci ildə 

Əsədulla kişinin ailəsi Bakıya köçür. Elə bu şəhər də Mehdi Məmmədovun gələcək sə-nət 

taleyini müəyyən edir, bütün-lüklo Öz həyatını, sevgisini incəsə-nətə və sənətşünaslığa həsr 

etraəyə sövq edir. Teatra arzulannın işığı kimi baxan Mehdi Məmmədov aktyor-rejissor-pedaqoq 

kimi özü-nəməxsus yaradıcıhq dəsti-xətti ilə teatr tariximizin ən parlaq səhifəsini yazmış 

sənətkarlardan biridir. 


Bir aktyor kimi onun Azərbaycan səhnəsində yaratdığı C.Cabbarhnm "Almaz"ıtıda Hacı Əhməd, 

F.ŞilIerin "Qaçaq-lar"ında Karl Moor, A.Ostrovskinin "Günahsız müqəssirlər"ində Neznaraov,  

M.Hüseynin "Alov"unda Fərhad Kamalov, L.Tolstoyun "Canh meyif'ində Protasov, HöCavidin 

"XəyyarrTında Xəyyam kimi obrazlar, özünün bədii bütövlüyü və bitkinliyi ilə seçilməklə yadda 

qahrdısa, özünəməxsus orijinal yaradıcılıq dəsti-xətti ilə seçilən fəlsəfı yozumlu rejissor kimi 

Mehdi Məmmədovun Milli Dram Teatnnın, Gəncə Dövlət Dram Teatrınm, Akademik Opera və 

Balet teatrımn səhnələrində Iquruluş verdiyi H.Cavidin "Xəyyam", "İblis", C.Məm-

mədquluzadənin "Dəli yığıncağı", M.Təhmasibin "Bahar", M.İbrahimovun "Madrid", 

S.Vurğunun "Vaqif', C.Cabbarlınm "Od gəlini", V.Şekspirin "12-ci gecə", N.Qoqolun 

"Müfəttiş", S.Rəhmamn "Toy", "Aydınlıq", "Əliqulu evlənir", Lope de Veqamn "Rəqs 

müəllimi", K.Qoldininin "Mehmanxana sahibəsi", Ü.Hacıbəyovun "Koroğlu", "Leyli və 

Məcnun", C.Ca-hangirovun "Azad", F.Əmirovun "Sevil", N.B.Vəzirovun "Ya-ğışdan çıxdıq, 

yağmura düşdük", M.İbrahimovutı "Kəndçi qızı" tamaşaları teatr tariximizdə sənət hadisəsinə 

çevrilmiş, Azər-baycan incəsənətini zənginləşdirmişdir. Onun yaradıcılıq yolu bir sənət məktəbi 

olmuşdur. 

Bu gün teatrlanmızda çalışan neçə-neçə aktyor və rejissor məhz həmin məktəbin yetirməsidir. 

Mehdi Məmmədov həm də teatr və dramaturgiyamızın ən mahir tədqiqatçısı idi. Teatr sənətinin 

nəzəri-estetik problemləri ilə ənənə və novatorluq, müasirlik məsələsi, janrın poetikası ilə ardıcıl 

məşğul olan sənətşünas-alim Mehdi Məmmədov təfəkkürünün məhsulu olan zəngin elmi-təcrübi 

nəticələrə söykənən "Rejissor sənəti", "Azərbaycan dramaturgiyasmm estetik problemİəri", 

"Həyat və sənət yollarında", "Teatrlar, aktyorlar, tamaşalar", "Estetika haqqında söhbətlər", 

"Teatr düşüncələri", "Onun sənət ulduzu", "Acı fəryadlar, şiritı arzular" adlı əsərləri bir çox nəsil 

aktyor və rejissorlarm, sənətsevər oxucunun, teatr tədqiqatçısının stolüstü kitabı olaraq 

qalacaqdır. 

Mehdi Məmmədov həm də tamnmış ictimai xadim idi. O, uzun illər Azərbaycan Teatr 

Cəmiyyətinin (indiki Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri olmuşdur. 

 

 

 ŞƏMSİ BƏDƏLBƏYLİ (1911-1987) 



Şuşalı Bədəl bəy Bədəlbəylinin ocağından işıq götürüb qəlblərə və mənəviyyata nur saçanlardan 

biri də qüdrətli sənətkar-rejissor, xalq artisti Şəmsi Bədəlbəylidir. O, 1911-ci il fevrahn 23-də 

Şuşada dünyaya gəlmişdir. Şəmsinin uşaqlıq və gənclik illəri sözün bitkin və bütöv mənasmda, 

ziyalı maarif-çilər və incəsənət xadimlərinin əhatəsində keçmişdir. Xüsusilə onım ölməz 

bəstəkarımız Üzeyir Hacıbəyovla və sevimli drama-turqumuz Cəfər Cabbarh ilə ünsiyyətdə 

olması bir yaradıcı-sənətkar-şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərmişdir. Rejissor 

kimi onun yaradıcılığı Akaddemik Milli Dram və Ş.Qur-banov adına Musiqili Komediya 

teatrları ilə sıx bağlı olmuşdur. Onun quruluş verdiyi M.F.Axundovun "Müsyö jordan və Dərviş 

Məstəli şah", C.Məmmədquluzadənin "Ölülər", M.Rəhmamn "Xoşbəxtlər", "Aşnalar" 

komediyaları, V.Şekspirin "Kral Lir", M.Lermontovun "İki qardaş", C.Cabbarlmın "1905-ci 

ildə", "Od gəlini" əsərləri, eləcə də Ü.Hacıbəyovun "Arşın mal alan", "Məşədi İbad", 

F.Əmirovun "Ürək çalanlar", "Gözün aydın", S.Rüstəmovun "Durna", V.Dolidzenin "Keto və 

Kote", S.Ələs-gərovun "Ulduz", "Milyonçunun dilənçi oğlu", "Sevindik qız axtarır", 

A.Məlikovun "Ləpələr", V.Adıgözəlovun "Nənəmin şahbq quşu", E.Sabitoğlunun "Hicran" və 

onlarla başqa tama-şaların Azərbaycan teatr tarixində özlərinə məxsus yeri var. 

Şəmsi Bədəlbəyli görkəmli sənətkar olmaqla yanaşı, həm də gözəl teatr təşkilatçısı, teatr rəhbəri 

və ictimai xadim idi. Belə ki, o, uzun illər Ş.Qurbanov adına Musiqili Komediya teatrının, 

M.Maqomayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, eləcə də Azərbaycan 

Teatr Cəmiyyətinin sədri (indiki Azərbaycan Teatr Xadimləri İttifaqı) olmuşdur. 

 

 BARAT ŞƏKİNSKAYÄ (1914-1999) 



Teatr sənətimizin təkrarsız sə-nətkan, xalq artisti Barat Şəkin-skaya 1914-cü ildə Şuşada do-

ğulub. Sonradan həyattn acılı-şirinli dadını duyub yaşayan Barat xanımın tale yolu Gəncədən 



keçib Bakıya gəlib. Hər iki məkanda onu səhnə öz ağuşuna ahb. Azərbaycan teatr tarixi 

salnaməsində özünəməxsus sənət dəsti-xətti olan Barat Şəkinskayanın səhnədə yaratdığı hər bir 

obraz özünün emosionalhğı, təbiiliyi-səmimiliyi, estetik baxımdm gözəİliyi və saf şaqraq musiqi 

səsilə milyonlann qəlbinə yol taparaq yaddaşlarda yaşayır. Onun səhnədə təcəssüm etdirdiyi 

C.Cabbarlmın "Sevil"ində Gülüş, "Od gəlini"ndə Solmaz, "Yaşar"ında Yaqut, A.Şirvanzadənin 

"Namus"unda Süsən, H.Cavidin "Şeyx Sənan"ında Xumar, Ə.Hamidin "Hind qızı"nda Sürici, 

Y.Yanovskitıin "Prokuror qızf'nda Larisa, M.Təhmasibin "Çiçəklənən arzular"mda Nazlı, 

"Bahaf'ında Bahar, V.Şekspirin "Romeo və Cülyetta"smda Cülyetta, "Otello"sunda Dezdemona, 

"Kral Lir"ində Kordeliya, "12-ci gecə"də Viola, S.Vurğunun "Vaqif'ində Tamara, Gülnar, 

Xuraman, "Fərhad və Şirin"ində Şirin, S.Rəhmanın "Xoşbəxtlər"ində Gülər, K.Qoldoninin 

"Mehmanxana sahibəsi"ndə Mirandalina, Lope və Veqanın "Rəqs müəllimi"ndə Florella, 

Ostrovskinin "Günahsız müqəssirlər"ində Kruçinina və onlarca başqa obrazlar özünün bədü 

bütövlüyü, təsir və təlqin gücü ilə teatr tariximizin ən şərəfli səhifələrinə çevrilmişdir. 

İUər keçəcək, lakin Barat xanım Şəkinskaya sənətkarlığı həmişə xoş xatirə kimi sənətsevər 

xalqımız tərəfındən anılacaqdır. 

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin