Yaqub əlioğlu qarabağin şƏHİd oğullarinin narahat ruhlarina və erməNİ


Ü.HACIBƏYOV ADINA ŞUŞA DÖVLƏT MUSİQİLİ DRAM TEATRI



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix03.02.2017
ölçüsü0,75 Mb.
#7307
1   2   3   4   5
Ü.HACIBƏYOV ADINA ŞUŞA DÖVLƏT MUSİQİLİ DRAM TEATRI 

Bütün sovet xalqınm "hər şey cəbhə üçün, hər şey qələbə üçün" şüan ilə gecə-gündüz çalışdığı 

zaman, Böyük Vətən müharibəsinin çətin və sınaqh bir dövründə, 1943-cü ilin əwəl-lərində 

Şuşada Dövlət Musiqili-Dram teatn yaradıldı. Bu, şəhərin mədəni həyatında bir sənət hadisəsi 

idi. Əzizağa Məmmədov teatra bədii rəhbər təyin olundu. Bütün çətinliklərə baxmayaraq 

kollektiv üzvləri ilk gündən teatrın repertuannın janr baxımından rəngarənk, zəngin olması üçün 

müasir və klassik əsərlərə daha çox üstünlük vermək qərarma gəldilər. Təbii ki, repertuar seçi-

mindəki al-əlvanhq teatnn yaradıcılıq simasmı müəyyən etməklə yanaşı, həm də kollektivin 

potensial səhnə imkamnm zəngin olmasma dəlalət edən vacib bir amil idi. 

İncəsənət işləri idarəsinin razıhğı və teatrın bədii şurasımn qərarı ilə repertuara Ü.Hacıbəyovun 

"Arştn mal alan", "Məşədi İbad, "Leyli və Məcmm", "Əsli və Kerəm", S.Vurğunun "Va-qif', 

"Fərhad və Şirin", Z.Hacıbəyovun "Aşıq Qərib", R.Rzanm "Vəfa", S.Rüstəmin "Qaçaq Nəbi", 

C.Cabbarlmm "Aydın", "Sol-ğun çiçəklər", V.Şekspirin "Otello" əsərləri daxil edildi. 

Musiqili komediya, opera və dram əsərlərinin repertuara daxil edilməsi teatrda çahşan aktyorlann 

geniş imkanlanndan, istedad və bacanqlanııdan xəbər verir, onlann yaradıcılıq imkan-lanmn üzə 

çıxmasına şərait yaradırdı. janr əlvanhğı ilə diqqəf çəkən bu əsərlərin uğurlu səhnə təcəssümü 

qısa bir zaman çərçivəsində əvvəl Şuşada, daha sonra isə Azərbaycanın başqa rayon və 

şəhərlərində teatr kollektivinə şöhrət qazandırmağa, sənət aləmində səs salmağa başladı. 

Artıq Şuşanın teatr həyatı canlı və rəngarəng olmaqla Öz tamaşaçılarmı sevindirirdi. Görkəmli 

şair-dramaturq Səməd Vurğunun "Fərhad və Şirin" romantik drammın Şuşa teatrmm 

səhnəsindəki uğurlu təcəssümü Şuşa Dövlət Musiqili Dram teatrmm respublika teatrlan arasında 

özünəməxsus yaradıcılıq dəsti-xətti olan bir kollektiv kimi tamtmağa başladı. Yaradıcı 

kollektivin uğurlu işlərindən mərkəzi və yerli mətbuat orqanlarınm geniş söhbət açmaları teatrda 

çalışanların sənət məsuliyyətini daha da artırdı. Yerli qəzet səhifəsində "Fərhad və Şirin" 

tamaşası haqqında resenziya dərc etdirən Rəhim Sadı-qəv, əsərin ideya və bədii dəyəri ilə 

bərabər tamaşadakı rejissor işi və aktyor oyımu ilə bağlı belə yazırdı: - "Şuşa Azərbaycan dövlət 

Musiqili Dram teatnnm kollektivi ciddi bir imtahandan çıxaraq ordenli şair Səməd Vurğunun 

"Fərhad və Şirin" adlı 5 pərdə, 10 şəkildən ibarət romantik dramasını göstərməyə müvəffəq 

oldular. Teatr kollektivi əsərin quruluşuna böyük həvəs və səmimiyyətlə yanaşaraq, onun həqiqi 

ideyasmı tama-şaçıya çatdırmışdır. Teatrm bədii rəhbəri Əzizağa Məmmədov yoldaşın bu işdəki 

əməyi xüsusi qiymətləndirilməlidir. O, öz quruluşunda Şirin, Azərbaba, Məryəm, Fitnə və bir 

sıra başqa mürəkkəb obrazların səhnədə aktyorlar tərəfındən təbii canlan-dırmaq məqsədinə nail 

olmuşdur. Əsərin bədii tərtibatım verən baş rəssam Surxay Mehdiyev yoldaşın səmərəli işini 

müvəf-fəqiyyətli hesab etmək olar. Onun səhnədə yaratdığı ayrı-ayn peyzajlar doğrudan da 

tamaşaçıları valeh edir. Ələlxüsus Bər-dənin keçmişini xatırladan abidələr daha inandıncı və real 

veril-mişdir. Əsərdə Fərhad rolunu oynayan Əzizağa Məmmədov yoldaş, əsər boyu obrazla 



yaşayır. 0, Fərhadda mahir bir heykəl-taraşın və əsl xalq qəhrəmanımn obrazını canlandırır. 

Hərəkət-lerində xalq qəhrəmanmın məğlubedilməz qüdrəti hiss olunur. Fərhad rolunu ifa edən 

Əzizağa Məmmədov, Azərbayanm müdafıəsi uğrunda yadeüi işğalçılara qarşı gedən mübarizədə 

bu günkü xalq qəhrəmanlığını özündə əks etdirir. 

Əlvida, əlvida qurduğum şəhər, Göylərə baş vuran dik minarələr. Əlvida, sevdiyim nazəndə 

vətən, Mən şərbət içmişəm sənitı əlindən. 

Halaldır əməyin, halaldır südün... Hər bulaq başında bitən söyüdün... Hər qoca çmarın oz vuqarı 

var, Hər aşiq qəlbinin bir vüqarı var... Onun bu temperamentli ifadəsi sanki, tamaşaçınm 

qəlbindən qopur və hazırkı azadhq müharibəsi dövründə vətən çağınşına gedən Azərbaycanın 

mərd və igid oğııllarmı tərənnüm edir. 

Aktrisa Sara Caniyeva hər rolunda olduğu kimi, Şirin rolunda da ifasınm canhlığı ilə tamaşaçı 

üzərində dərin təsir buraxır. Saranın yaxşı cəhəti ondan irəli gəlir ki, Şirin obrazını zəiflət-mədən 

əsərin sonuna qədər eyni gərginliklə davam etdirir. Bizans padşahının qızı (Xosrov şahm arvadı) 

Məryəm rolunu ifa edən aktrisa Ətiqə Məmmədovam xüsusi qeyd etmək lazımdır. Ətiqə yaxşı 

duyulmuş Ana obrazı ilə tamaşaçınm hüsn-rəğbətini qazanır. O, en incə insani hiss və 

həyəcanları ilə özünü tamaşaçıya sevdirir. Nəcəfqulu Quliyev yoldaş - Azərbaba rolunu 

ağsaqqal, dərin düşüncəli, lakin dedikcə müdrik bir qoca obrazım, böyük təmkin və istedadla 

yaradır. 

Şapur rolunu qocaman aktyor Cəlil Bağdadbəyov yoldaş çox böyük məharətlə oynayır. 

Bağdadbəyovun əsas müvəf-fəqiyyəti ondadır ki, o, obrazın zahiri efFekti yox, daxili aləmini 

qabarıq şəkildə verməyə müvəffəq ohır, 

Şiruyə rolunu artist Yusif Əsədov zəif oynayır. O, öz obrazı üzərində hələ çox işləməlidir. Yusif 

yaxşı bilməlidir ki, artist səhnədə özünü deyil, obrazı tamaşaçılara göstərməlidir. 

Artist Teyyub Məstanov - Xosrov şah obrazını ümumiyyətlə, qavraya bilmişdir. 

Vəzir rolunu Əziz Cavadov yoldaş layiqli bir tərzdə ifa edir. 

Aktrisa Cahan İsmayılova - Mahinbanu rolu üzərində çalışmışdır. Ancaq bununla belə onun da 

nöqsanlan yox deyildir. 

Topal rolunu yeni səhnəyə gəlmiş gənc, lakin talanth Cahan-gir Ağayev çox canlı, şux və 

inandıncı ifa edir. 

Bir sözlə, "Fərhad və Şirin" dramasmm Şuşa səhnəsində nümayiş etdirilməsi teatr kollektivinin 

yeni qələbəsidir."

34

 



Teatnn yaradıcıhq səviyyəsini aktyorların daxili potensial imkanlannı açıqlayan tələbkar yazarm 

bu resenziyası həmin dövr Şuşa teatnnın professİonal sənət simasmı göstərən ayna olmaqla, 

kollektivin zəngin gələcəyi olan perspektivindən xəbər verir. 

34

"Kolxoz bayrağı" qəzeti, 31 mart 1943-cü il N? 7.  



 

Təbii ki, həmin dövrdə teatr kollektivi həm də arxa cəbhədə təbliğat-təşviqat işi ilə də ciddi 

məşğul idi. Hitler Almaniyasını, faşistləri ələ salan məsxərə-plakat tamaşalarla kollektiv tez-tez 

zəhmətkeşlər qarşısında çıxış edirdi. Həmin dövrdə mövcud olan yoldaşlıq məhkəmələrinin 

şahidi olan teatr kollektivi tənbəl və əliəyriləri, planı yerinə yetirməyənləri ifşa edən, satirik 

yozumlu səhnəciklərlə, Sovet Ordusutıun qəhrəmanlığını əks etdirən odlu-alovlu publisist 

şerlərlə tamaşaçılar qarşısında vax-taşırı çıxış edərək, sabahkı qələbəyə inam hissi aşılayırdı. 

Teatrdakı səmərəli yaradıcılıq ab-havası, geniş planlı fəaliy-yət dairəsi, eləcə də istedadlı 

aktyorlarm çoxsaylı tamaşaçı rəğbəti qazanması respublika incəsətıətinə rəhbərlik edənlərin də 

diqqətindən yayınmadı. 

1943-cü ilin iyunutıda Şuşa teatrmın iki aktyoru - Əzizağa Məmmədov və Cəlil Bağdadbəyov 

"respublikanın əməkdar artisti" fəxri adına layiq görüldülər. 

Sənətə və sənətkara xüsusi sevgi bəsləyən şuşahlar həm-yerülərinm bu uğuruna sevinərək, onları 

təbrik etməklə yanaşı, ümumşəhər yığmcağında onlann həmişə bu yüksək fəxri ada layiq olaraq 

səhnədə çalışmalarım arzu etdilər. 

Bir müddətdən sonra isə Şuşa Dövlət Musiqili Dram teatrı dünya şöhrətli bəstəkar Üzeyir bəy 

Hacıbəyovun adım fəxrlə daşımağa başladı... 


Görkəmli bəstəkann müsiqili komediyalan və opera əserləri teatnn repertuarını bəzəyərək, 

özünün orijinal səhnə təcəssümü üə tamaşaçılara xoş əhval-ruhiyyəli ovqat bəxş edirdi.Məhz 

müharibə illərində bütün acılara-ağrılara, iqtisadi çətinliklərə baxmayaraq, Şuşa teatrımn 

yaradıcılıq fəaliyyəti daha stabil, tə'sirli və yaddaqalan idi. Əlbəttə, teatrın repertuan zəif rejissor 

yozumlu, bəsit, fantaziyadan məhrum olan səthi tamaşalardan da xali deyildi. Eləcə də ayn-ayrı 

aktyor yaradıcıhğında saxta pafos, gərginlik, sünilik kimi gözə çarpan amillər də var idi. Bu amil 

ümumilikdə həmin dövr əyalət teatrlan üçün xarakterik bir hal, ümumi bəla idi. 

Belə ki, Bakı teatrlanmn repertuarındakı əsərləri necə varsa, eləcə də səhnədə təcəssüm etdirmək 

cəhdi, həmçinin aktyor oyunlanna özlərini oxşatmaq istəyi, həmişə özünün yaradıcı zəifliyini 

göstərməklə teatrın ümumi inkişafına mane olan bir amil idi. 

Digər tərəfdən realist səhnə məktəbi əsasında pərvəriş tapan aktyorlar çox vaxt yüksək vüsetli, 

romantik pafoslu oyun tərzi ilə realist oyun manerası arasında tərəddüdlər keçirməklə, heç də 

həmişə uğur qazanıb öz sənət mənini, fərdi aktyorluq sima-sını göstərə bilmirdi. 

Yeni istedadlı gənclər yetişdirib nəsillər arasında ənənəni qoruyub saxlamaq, hər bir teatrın 

sabahının təminatı demək olduğu halda, çox təəssüf ki, bu vacib amilə heç də teatrda həmişə 

əməl olunmurdu. Bu isə nəticədə, kadr cıhzlığına gətirib çıxanrdı. Teatrı düşdüyü yaradıcılıq 

böhranmdan çıxarmaq üçim yerli rəhbərlər Akademik Dram teatrmın rejissoru Əliheydər 

Ələkbərovu 1946-cı ilin avqustxında Şuşa teatrına dəvət etdilər. 

Əliheydər Ələkbərov qısa bir vaxtda, Ü.Hacıbəyovun "Mə-şədi İbad" musiqili komediyasmı, 

"Leyli və Məcnım", "Əsli və Kərəm" operalarını tamaşaya qoydu. Lakin yaradıcılıq böh-ranı 

keçirən bir kollektivdə ən maraqlı rejissor quruluşları belə uzunömürlü ola bilməzdi. 

Teatnn inkişaf prinsiplərindən biri yeni sənət axtanşları ılə sıx bağlı olmasıdır. Təbii ki, belə 

hallarda rejissorlarm üzərinə çox mühüm yaradıcılıq vəzifəsi düşür. Təəssüf ki, çox vaxt teatnn 

bədä rəhbərinin bu həqiqəti dərk etmək istəməməsi və köhnə üsul-idarə ilə işləmək prinsiplərinə 

arxalanması teatrda yersiz dedi-qoduya, yaradıcıhq nizam-intizamının zəifləməsinə səbəb olurdu. 

Ümid etmək olardı ki, müharibə qələbə ilə başa çatdıqdan sonra respublika Nazirlər Soveti 

yanında İncəsənət İşlər İdarəsi və yerli rəhbərlər teatrda mövcud oları neqativ hallara qarşı diqqət 

yetirərək, nöqsanların aradan götürülməsinə çahşacaqlar. Lakin teatr rəhbərlərinin yaradıcıhğa 

olan məsuliyyətsiz münasibəti, eləcə də yuxan təşkilatların biganəliyi Şuşa teatnnda yaradıcı ab-

havanı zəiflədərək kollektivi tənəz-zülə apanrdı. Tez-tez teatr direktorunun dəyişdirilməsi, kol-

lektivdə sağlam əhval-ruhiyyənin olmaması bu işi daha da sürətləndirirdi. Təbii ki, belə bir 

vəziyyətə teatrsevər tələbkar teatr tama-şaçıları biganə qala bilməzdilər. Şuşa teatrındakı mövcud 

nöq-sanlar və kollektivə qarşı olan belə biganə münasibətlərlə bağlı həyəcan təbüi çalan 

"Kommunist" qəzetində dərc olunmuş məqalədə oxuyuruq: - "Üzeyir Hacıbəyov adma Şuşa 

teatrı vaxtilə respublikamızda qabaqcıl teatrlardan biri olmuşdur. Bu teatr təkcə Şuşada deyil, 

göstərdiyi gözəl və bədii quruluşları ilə ona qonşu olan rayonlarda da zəhmətkeşlərin hüsn-

rəğbətini qazanmışdır. Şuşa teatrının repertuarı əsas etibarı ilə, musiqili əsərlərdən ibarətdir. 

Teatrın doğrudan da qabil və istedadh yaradıcı heyəti vardır. Lakin, son İllərdə Azərbaycan SSR 

Nazir-lər Soveti yanmda İncəsənət İşləri İdarəsi və rayon təşkilatlannın zəif rəhbərliyi üzündən 

teatr gündən-günə geriləmiş, bu gün olduqca acmacaqlı bir vəziyyətə düşmüşdür. İncəsənət işləri 

idarəsi yerlərdən verilən xəbərlərə etina etməmiş və teatrın işi ilə qəti surətdə maraqlanmamışdır. 

ICommunal və elektrik işığı xərcləri vaxtında ödənilmir. Yerli kommunal təsərrüfat şöbəsi teatnn 

ona külli miqdarda borclu olduğumı nəzərə alaraq işığı tez-tez kəsir ki, bu da tamaşaların 

gedişinə tnane olur. Teatnn əşyalan və müxtəlif avadanhğı ayrı-ayrı adamlar tərəfmdən 

oğurlanmış və mənimsənilmişdir. Vaxtilə burada olan geyimlər, pərdələr və s. müxəlləfatdan bir 

əsər qalmamışdır. Verilən tamaşalarda hər axşam aktyorlar eyni paltarı geydiklərindən tamaşanm 

keyfiyyəti aşağı düşür. Tamaşalann bədii qııruluşu, dekorlarm olmaması üzündən çox zəif çıxır. 

Teatrın möhkəm repertuar planı yoxdur. Eyni əsərlərin oynamlması işilə heç kəs maraqlanmır. 

Maliyyə cəhətdən törənən çətin vəziyyəti aradan qaldırmaq üçün teatrın rəhbərləri tez-tez 

müsamirə və rəqs gecələri düzəldirlər ki

5

 bu da teatrın əsas məqsədindən uzaqdır. 



Şuşa teatrının zəif işləməsinin əsəs səbəblərindən biri də aktyorlar arasında siyasi-tərbiyə 

işlərinin müntəzəm apanl-mamasıdır. Teatrda əmək intizamı çox zəif qıırulmuşdur."

35

 


Müharibədən sonrakı ilk illərdə Şuşa teatnmn ümumi səviyyəsinə və mövcud durumuna ayna 

tutan bu yazıdan aydm olur ki, biganəlik məngənəsində çırpman teatrm gələcək sənət 

35

"Kommunist" qəzetİ 1946-cı il 7 avqust.   



taleyi sual altındadır. Teatrda ifaçı səhnə mədəniyyəti aşağı düşdükcə, böhran dərinləşirdi. 

Tələbkar teatr ictimaiyyətinin Şuşa teatnnm sabahı ilə bağlı narahatlığı cavabsız qalmadı. 

Tezliklə teatra yeni yaradıcı qüvvələr cəlb olundu. Tanmmış aktyor və teatr təşkilatçısı olan 

Məmməd Ənıirov teatra direktor, Ümid İsrafüov isə rejissor təyin olundu. Teatrın rəhbərliyi ilk 

növbədə kollektivdə nizam-intizamı möhkəmlətməklə yanaşı, repetuara yeni əsərlər daxil etdi. 

F.Əmirovun "Gözün aydm", "Ürək çalanlar", Ü.Hacıbə-yovun "Əsli və Kərəm", Z.Hacıbəyovun 

"Əlli yaşında cavan", "Evli ikən subay", S.Rüstəmovun "Beşmanathq gəlin" və başqa musiqili 

komediyalar Şuşa teatnnın səhnəsində yeni quruluş və ifalarda təcəssüm tapmaqla, öz 

tamaşaçılarım yenidən sevin-dirməyə başladı. Əlbəttə, teatrın repertuanndakı ürəyəyatan 

mövzulu və melodiyalı, sadə gülüş və təmiz duyğulardan yoğ-rulmuş, tamaşaçıya zövq verən, 

kamil və bitkin əsərlər olan bu müəlliflərin musiqili komediya və operalarmm uğurlu səhnə 

təcəssümünün təsir gücü də yaddaqalan olurdu. Kollektiv üzvləri Simuzər Əmirova, Xamm 

Məmmədova, Sara Məmmədova, Əli Əhmədov, Yusif Ələkbərov, Əbülhəsən Məmmədov, 

Ənvər Məmmədov və Abbas Abbasovun bu tamaşalardakı məharətli oyımlanm təkcə şuşalılar 

deyil, ətraf Laçm, Qubadlı, Cəbrayıl, Qaryagin və başqa rayonların tamaşaçıları da 

alqışlayırdılar. 

Milli koloriti, üslub və janr xüsusiyyəti, nikbin ideya və xarakterik obrazlan ilə seçilən, vokal və 

səhnə mədəniyyətilə diqqət çəkən bu əsərlər maraqh aktyor oyunu ilə tamamlandıqca, 

tamaşaçıda təmiz emosional əhval-ruhiyyə aşılayır rəğbət hissi oyadırdı. Teatrdakı bu 

canlanmanı yüksək qiymətləndirən "Bakinski raboçi" qəzeti Ü.Hacıbəyov adına Şuşa Dövlət 

Musi-qili Dram teatnnın bu uğurlu çıxışlan ilə bağh belə yazırdı: -"Ay yanm ərzində teatrm 

kollektivi rayon səhnələrində qırxa yaxm tamaşa oynamış, bu əsərlərə səkkiz mindən çox 

tamaşaçı baxmışdır."

36

 



Teatr dövr və zamanın qanunauyğun tələbi ilə bağlı olaraq sosializm və kommunizm 

quruculuğunu tərənnüm edən əsərlərə də geniş yer verirdi. Kommunizm ideyalarmı təşviq edən, 

müasir 

w

"Bakinski raboçi" qəzeti, 1947-ci il,25 avqust. 



 

həyat problemlərini açıqlayan, ictimai və sinfı münasibətləri əks etdirən müasir duyumlu 

pyeslərə də öz repertuarında yer verirdi. Lakin Şuşa teatnnın reperpuannm əsasını musiqili ko 

mediya və operalar təşkil edirdi. Bu da təbii idi. Çünki yerli tamaşaçının ruhu musiqi ilə 

pərvazlanıb uçurdu. Teatr kollektivi bu həqiqəti dərk etdiyindən çalışırdı ki, öz yaradıcılıq 

imkatı-lannı bu janr və formada daha inandırıcı, təbü və səmimi bir tərzdə nümayiş etdirə 

bilsin... 

Lakin teatrdakı yaradıcılıq ab-havasını rəhbər işçilərin biganə münasibəti üstələdikcə bu daxili 

çəkişməlerə daha çox rəvac verirdi. Tezliklə kollektivə Əsəd Cəfərov bədii rəhbər (1947) təyin 

olundu. Amma onun da teatrdakı vəzifə kürsüsündə ömrü uzun olmadı. 1948-ci ildə onu rejissor 

Əlihüseyn Hüseynov əvəz etdi. 

Beləliklə, kollektivdə və Şuşanın teatr ictimaiyyəti arasında yeni sənət uğurlarmdan deyil, daha 

çox teatnn yaşayıb-yaşa-maması ilə bağlı sabahkı taleyindən söz-söhbət açırdılar. 

Əlbəttə, Şuşa teatrmdakı böhranh yaradıcı və iqtisadi vəziy-yət həmin illərdə respublikamızm bir 

çox teatrları üçün xarakterik bir hal idi. 

Belə ki, sovet cəmiyyətində ictimai-siyasi və iqtisadi durum mürəkkəb olduğundan, SSRİ-nin 

başqa respublikalarında olduğu kimi o cümlədən Azərbaycanda da bir çox şəhər və rayon 

teatrlarının kütləvi surətdə bağlanması tendensiyası başlandı. 

SSRİ Nazirlər Sovetinin 6 fevral 1949-cu il, 560 N°-ü iqtisadi çətinliklərlə əsaslandırılan 

sərəncamı ilə bir qisim teatrların bağlanması qanuniləşdi. Siyasi əqidə ataları olan İ.V.Stalinin 

"insan yoxsa, problem də yoxdur", - iş prinsipinə layiqincə əməl edən yerli rəhbərlər bu 

sərəncamm həyata keçməsini təmin etmək, teatr problemlərindən yaxa qurtarmaq məqsədilə 



respublikamızdakı müxtəlif janr və formada fəaliyyət göstərən bir çox sənət ocaqlarınm dövlət 

statusunu ləğv etdilər. 

Dövlət statusu ləğv olunan teatr kollektivləri arasında Üzeyir Hacıbəyov adına Şuşa Dövlət 

Musiqili Dram teatrı da var idi. 

Beləliklə, qədim sənət ənənələri olan Şuşa teatr tarixinin bir səhifəsinin qapamb, yenisinin 

yazılmasına yaşıl işıq yandmldı... 

 

ŞUŞA MUSİQİLİ XALQ TEATRI

 

Dövlətin iqtisadi böhranını əldə bəhanə edən Şuşa teatnnın bədxahları Üzeyir bəy Hacıbəyovun 



vəfatmdan sonra daha da cürətləndilər. SSRİ Nazirlər Sovetinin 560 Ne-li 6 fevral 1949-cu il 

qərarma istinad edən yerli biganə məmurlar İncəsənət beşiyi olan Şuşada Dövlət teatrını 

qapadüar. Lakin bu mənəvi korlar bir həqiqəti dərk edə bilmirdilər ki, onlar şuşahların dövlət 

statuslu teatnnı bağlaya bilərlər, ancaq bu cənnət məkanda yaşayanlann qəlbindəki sozə, səsə, 

musiqiyə mənəviyyatı zən-ginləşdirən, şüurları oyadıb-rövnəqləndirən teatr sənətinə olan sevgi 

dolu marağı, bəşəri duyğulardan yoğrulmuş arzunu söndürə bilməzlər. 

Həmin dövrün sosial çətinliklə-rinə, partiya nəzarəti basqısma bax-mayaraq, şuşalılar öz 

teatrlarını yaşa-dırdılar. Yerli həvəskarlar dram dər-nəyində xüsusi həvəslə çahşır, öz taraaşaları 

ilə şuşalılarm və şəhərin qonaqlan qarşısında müvəffəqiyyətlə çıxış edirdilər. 50-ci illərdə artıq 

bu dəraəyin repertuarında S.Vurğunun "Fərhad və Şirin", "Vaqif', Ü.Hacı-bəyovun "Məşədi 

İbad", S.Rüstəmin "Qaçaq Nəbi", C.Cabbarlımn "Sol-ğun çiçəklər" əsərlərinin tamaşaları var idi. 

Müxtəlif səviyyəli bu tama-şalarm səhnədə təcəssüm tapmasın-da yerli teatrsevərlərə Bakıdan 

Şuşaya istirahətə gələn görkəmli sənətkarlar yaxından köməklik edirdilər. Hətta yaşh nəslin 

nümayəndələri xatırlayırlar ki, bu tamaşaların çoxunda Şuşada istirahət edən Sidqi Ruhulla, Rza 

Əfqanlı, Süleyman Tağızadə və başqaları yerli həvəskarlarla səhnədə tərəf-müqabil olmaqla 

onlara mənəvi dayaq olurdular. Hətta tez-tez Şuşada olan rejissor Əliheydər Ələkbərov yeni 

tamaşalara quruluş verilməsində yaxmdan iştirak edirdi. 

Ə.Haqverdiyev "Dağılan

 

tifaq" Süleyman bəy-



 

Yadigar Muradov.

 



 Yerli ziyalılarla yanaşı kurort şəhəri olan Şuşaya yay vaxt-larmda dincəlməyə gələn sənət 



adamlan ilə şuşalı tamaşaçılann görüşləri Özünəməxsus teatr ənənəsi olan bir şəhəri daha da 

teatral edirdi. Ona görə hər dəfə Şuşa qalasında, Cıdır düzündə, İsa bulağında SSRİ-nin rnüxtəlif 

regionlanndan, respublika-Iarmdan gəlmiş yazıçılarla, aktyor və rejissorlarla, eləcə də 

Azərbaycamn özünün gorkəmli sənətkarlan ilə hər bir görüş əsl sənət bayramma çevrilirdi. 

Ü.Hacıbəyov "ƏsIİ və Kərəm", Kərəm-Ämil Məmmədov, İsfahan padşahı-Teymur Məmmodov (rej. 

K.Məmmədov).

 

Bakı teatrlannın vaxtaşırı Şuşaya qastrollan isə şəhərin mə-dəni həyatmda mühüm bir hadisəyə 



çevrilır, yerli sənətsevər-Iərin sənət haqqında, uzun müddətli müzakirə obyekti olurdu. 

Bütün bu amiJlər Şuşanın teatr mühttini canlı və yaddaqalan etməklə şuşahlann səhnə sənətinə 

olan məhəbbətlərini daha da artmrdı. Beləliklə, müxtəlif səpgili mədəni-kütləvi tədbir-lərdə, söz-

sənət məclislərində, məhsul bayramlarmda yerli dram dərnəyinin üzvləri xüsusi fəallıqla çıxış 

edir, gündəlik həyat-larmda özlərinin tamaşalan və musiqi ifaları ilə öz doğma şəhər-lərinin 

mədəni həyat tərzini canlı və yaddaqalan edirdilər. 1982-ci ildə Şuşada mədəni-maarif 

texnikumu açıldı. Bu texnikumun özfəaliyyət kollektivinin rəhbəri şöbəsinin müellim və 

tələbələrinin qüvvəsi ilə, rayon mədəniyyət evinin nəzdində fəaliyyət göstərən dram dəməyinin 

yaradıcı qüvvəsi daha da möhkəmlənib qüvvətləndirildi. Elə həmin ilin (1982) noyab-rında dram 

dəraəyinin üzvləri Altay Məmmədovun "Həm-yerlilər" komediyasınıtı (rejissor - N.Mərdanov) 

tamaşasım tamaşaçılar qarşısmda uğurla oynadılar. 

Məlumdur ki, Şərq konsertlə-rinin və musiqili ədəbi-bədii məc-lislərin Şuşada xüsusi ənənəsi 

var. Söz, səs və musiqi xiridarlannı öz ətrafına toplayan belə məclislər yerli camaat tərəfindən 

həmişə xiisusi rəğbətlə qarşılanmışdı. Şuşa-lıların bu söz-sənət yanğısım gözəl dərk eden aktyor-

rejissor Yadigar Muradov 1983-cü ilin noyabrmda Mədəniyyət evinin səhnəsində musiqiçilərin, 

aktyor və müğənni-lərin iştirakı ilə "Məclisi fəramu-şan" (N.Axundovun) adh bir pər-dəli 



musiqili-ədəbi əsərə quruluş verərək şəhərdə bir sənət canlan-ması yaratdı. Şuşanın tarixində öz-

lərinə məxsus yerləri olan sənət 

adamlarımn, şair və musiqiçilər: Fatma xamm Kəminə, M.M.Nəwab, Həsən Qara Hadi, Mir 

İbrahim, Məşədi İsi, Sadıq-can, Xarrat Qulu, Məşədi Əyyub Baki, Həsənəli xan Qaradaği^ 

Mirzəcan, Aşıq Pəri və Hacı Hüsünün obrazlarını "Məclisü Fəramuşan"da bir araya gətirib 

görüşdürən müəllifm kompo zisiyası orijinal rejissor görümü və duyumu ilə yozularaq səh^ nədə 

təcəssüm etdirildiyindən, Şuşada bir vaxtlar mövcud olmu$ söz-sənət məclislərinin bu günkü 

layiqli davamı kimi tamaşaçılar tərəfındən layiqincə qiymətləndirilərək alqışlandı. 

Tamaşaçılar tərəfındən çıxışlarının rəğbətlə qarşılandığm 

 

görən dəmək üzvləri daha böyük həvəslə bir-birinin ardınca A.Məmmədovun "Yadındamı?" 



(rejissor R.Zərdabi), S.M.Qəni-zadənin vodevilləri əsasında "Xor-xor", "Axşam səbri xeyir olar", 

"Dursunəli və Balhbadı" (rejissor Y.Muradov), M.İbrahi-movun "Yaxşı adam" (rejissor 

N.Mərdanov), S.Rüstəmin "Gəldi gedər" (rejissor N.Mərdanov), Ü.Hacıbəyovun "Arşın mal 

aaln" frejissor Y.Muradov) əsərlərinin tamaşalarım xüsusi həyəcan və sevgi ilə oynadılar. 

Şuşadakı dram dərnəyi üzvlərinin oyna-dığı tamaşalarm uğuriu sənət səs-sorağı respublika 

Mədəniyyət nazirliyinə və onun nəzdində fəaliyyət göstərən, birbaşa yaradıcı özfəaliyyət 

kollektivlərinə və xalq tearlanna rəhbərlik edən Elmi-Metodiki Mərkəzin rəhbərlərinə də çatdı. 

Artıq dram dər-nəyinin potensial yaradıcıhq imkanlanmn geniş olduğunu görən, respublika Elmi-


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin