Sayman Aruz YÜZ İL İNQİlab



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix03.02.2017
ölçüsü0,52 Mb.
#7456
1   2   3   4   5   6   7
50
amma  Şahindən xəbər olmadı. Bir saata yaxın göz-
lədim onu. Sonunda da – “Yəqin yuxuya qalıb” - deyə 
fikirləşib, söyə-söyə evə qayıtdım. O gün axşama qədər 
Şahindən xəbərim olmadı. Yay fəsliydi. Uşaqlarla 
küçədə axşama kimi top-top oynadım. Axşam atam evə 
yeni və  ağrılı  xəbərlə  gəldi. Demə,  Şahin öz anasını 
atasının ov tüfəngiylə öldürüb, İraqa tərəf dağlara 
qaçmışdı. Atası da arvadını dəfn eləyəndən sonra axşa-
ma yaxın özünü aptekinin ikinci mərtəbəsində güllə-
ləmişdi. Çox sarsıdıcı  xəbər idi. Axı  Şahin bunu nəyə 
görə edə bilərdi? O qorxaq uşaq idi. Xəbəri eşidəndə 
çox ağladım. Sabahısı günü uşaqlarla onların yas 
mərasiminə getdik. Zülüm-zülüm ağlayırdıq. Heç kim 
bilmirdi nə olub. Hamı səbəbini bir-birindən soruşurdu. 
Şahinin atası dayımla dost idi. Səbəbini ona arvadının 
dəfn mərasimindən sonra özü demişdi: – “1980-ci ildə 
kürdlər Sulduza basqın eləyəndə, bizim də evimizə 
soxulmuşdular. Evdə mən, xanımım, atam və anam var 
idi. Onlar qapını  təpiklə  qırıb evə qirmişdilər. Təkba-
şıma onların qabağında müqavimət göstərsəm də fay-
dası olmadı. Girən kimi üstlərinə cumdum, amma məni 
vəhşicəsinə döydülər. Atam məni müdafiə etmək 
istəyəndə onu güllələdilər. Yazıq kişi gözümə baxa- 
baxa öldü. Anamı tüfəngin qundağıyla elə döymüşdülər 
ki, yazıq bir ay özünə  gələ bilmədi. Mənisə çarpayıya 
oturdub  əl-ayağımı bağladılar. Başa düşdüm ki, 
xanımıma gözləri düşüb. Onu sürüyə-sürüyə  gətirib 
gözümün qabağında yerə  sərdilər. Yazıq hey mənim 
adımı bağırıb ağlayırdı. Mənimsə – “Bizi buraxın” - 
deyə yalvarmaqdan başqa  əlimdən bir iş  gəlmirdi. 
Yalvarırdım ki, – “Buraxın, sizdə namus yoxdu? Sizdə 

 
51
qeyrət yoxdu?” O kürdlərin biri mənim qonşum idi. 
Neçə  dəfə arvadıma baxanda görmüşdüm, amma qon-
şudu deyə, üzünə vurmamışdım.  İndisə  mənim evim-
dəydi. Xanımımı gözümün qabağında döyə-döyə so-
yundurdular. Dörd kişi ona təcavüz etdi. Xanımım hal-
dan getmişdi. Demək olar, onun ölüsünə təcavuz etdi-
lər. Mənimsə artıq nə  səsim çıxır, nə  ağlım işləyirdı. 
Onlara yalvarırdım məni öldürsünlər. Deyirdim məni 
güllələyin. Yaşamaq istəmirdim. Amma onlar nə məni 
öldürdülər, nə xanımımı. Təcavüz elədikdən sonra, 
bütün qızılları  və  dəyərli  şeyləri evdən yığıb getdilər. 
Cismimiz diri qaldı, amma ruhumuz öldü. Mən o ha-
disədən sonra müharibəyə getdim. Artıq orada qala 
bilmədim. Müharibədə istədiyim qədər adam öldürdüm 
ki, bəlkə içimdəki nifrətdən canım qurtara, amma ol-
madı. Səkkiz il tamam cəbhədən evə gəlmədim. Xanı-
mımı boşamadım. Nə onunla qala bilirdim və nə də onu 
tək qoya bilirdim. Vaxtilə  dəli kimi sevmişdik bir-bi-
rimizi... Sevdiyim insana gözümün qabağında təcavüz 
elədilər... Ölsəydi, bu qədər  əzab çəkməzdim! Ondan 
sonra xanımımı öpəndə belə ürəyimə bir gizilti dolur-
du... Ona yad adamların  əli dəymişdi. Bilirəm günahı 
yox idi, amma həqiqət budur ki, sevginin müqəddəsliyi 
onun yeganəliyindədi. Yeganəliyi pozulmuşsa, o ölər. 
Ölməsə də, bir ömür sürünər. Məndə də belə oldu. Sü-
ründü. Məni də öz arxasınca sürüdü. Müharibədən qa-
yıdandan sonra oğlumu səkkiz yaşında gördüm. Deyir-
dilər, mən gedəndə, ikiaylıq hamilədi. Yalnız bu uşağın 
məhəbbəti məni bir az həyata qaytardı. Artıq o hadi-
sənin üstündən neçə illər keçmişdi. Mən və xanımım 
onu unutmağa çalışırdıq. Sevgi güzgü kimidir, üstünü 

 
52
toz-torpaq ala bilər, amma siləndən sonra yenə də güz-
gülüyünə qayıdar. Biz də qayıtmağa çalışırdıq. Dünən 
gecə xanımım məni öz yanına çağırdı  və  mənə son 
sözlərini demək istədiyini bildirdi. Şahin onu öldürmə-
səydi, elə bir-iki saata özü can verəcəkdi. Gedib xa-
nımımın əlini əlimə aldım və yanında oturdum. Neçə il 
idi ona xəstə olduğu üçün qulluq edirdim. Dedi ki, 
məndən çox razıdı. Ağlaya-ağlaya deyirdi... Mən ona 
dedim ki, o da mənim yerimə olsaydı belə edərdi. Xa-
nımım mənə sön sözünü demək istədi və xahiş elədi 
səbirli olum. Xahiş elədi onu halal edim. Dedi, Şahin 
mənim oğlum deyil. Dedi, o dörd kürdün birinin oğlu-
du... Dedi, çox çalışdı  uşağı götüzdürsün, amma alın-
mamışdı. Dedi, məni çox sevir və bu sirri gizlətməkdən 
başqa çarəsi olmayıb. Halallıq istədi, halal elədim. 
Bizim bu söhbətlərimizi Şahin eşitmişdi. Qapı arxasın-
dan qulaq asırmış. Mən o gecə səhərə kimi həyətdə var-
gəl etmişəm. Nə edəcəyimi bilmirdim. Heç vaxt siqaret 
çəkməyən adam səhərə kimi siqaret çəkdim. Səhər saat 
beş olardı ki, güllə səsi gəldi. Otağımıza tərəf qaçdım. 
Güllə xanımımın sinəsindən dəymişdi. Mən otaqda 
olanda Şahin evdən qaçmışdı. Onun arxasınca qaçdım, 
amma tapa bilmədim. Təcili yardıma zəng eləsəm də, 
gec oldu... Dedilər, Şahin İraqa tərəf qaçıb. İki adamımı 
bir gündə itirdim. Mən kürdlər evimə girən gün bir dəfə 
ölmüşdüm. Dünən gecə də ikinci dəfə öldüm.” 
Şahinin atası özünü həmin gün axşam güllələdi. 
Şahinisə sərhəddən keçəndə sərhədçilər güllələmişdilər. 
 
 

 
53
 
 
 
 
 
 
 
 
 
 
tağımda oturmuşdum. Uca səslə “Quran” 
oxuyurdum. Deyirdim, bəlkə ürəyim rahatlıq 
tapar. Qəlbimə sonsuz bir kədər çökmüşdü. Uşaqlıqdan 
bəri Azan və Quranın səsi mənə rahatlıq verərdi. Ya-
dıma gəlir, Sulduzun Sahibəzzəman məscidindən Azan 
səsi ucalanda, həmişə gedib onun yanındakı  səkidə 
oturub qulaq asardım. Yağ kimi yayılardı ruhuma. 
Bilmirəm niyə, amma o Azanın səsi məni dəlicəsinə 
rahatladardı. İndisə çalışırdım az da olsa o rahatlığı ta-
pım. Gözümü yummuşdum və öz aləmimdə razi-niyaz 
eləyirdim. Allahdan öz günahlarımın bağışlanmasını 
diləyirdim. Sızıldayırdım. Yalvarırdım. 
– Bəsdi... yalvarıram, bəsdi... 
Dəhlizdən asta, amma çox ağrılı bir səs gəldi. 
Əvvəl başa düşmədim, amma təkrar olduqda Raziyənin 
səsinə bənzətdim. Onu mənim dəhlizimdəki birnəfərlik 
kameraya salmışdılar. “Quran”ı öpüb, ayağa durub səsə 
tərəf getdim. Beynim yaman qarışmışdı. Mən Raziyə-
dən qaçıram, onusa gətirib mənim yanıma qoyublar. 
Düz deyiblər ki, insanın günahı onu ölənə kimi izləyər. 


 
54
Kölgə kimi arxasınca sürünər. Raziyə  mənim uşaqlıq 
günahım idi. Qapının dəliyindən içəri baxdım. O, ota-
ğın küncündə özünə bürünüb oturmuşdu. Dırnağı çəki-
lən ayaqlarını qandallı  əlləriylə  sığallayırdı. Çox ağla-
dığından gözləri, demək olar ki, itmişdi.  
– Nədi? Nə olub, ay Raziyə xanım?! 
– Ağrıyıram... qanaxmam var... mənə  dərman la-
zımdı... bə siz insan deyilsiz? 
Feyzi insanların ağrı  çəkməyindən ləzzət alırdı. 
Çox narahat oldum. Hövüşnəylə
1
 dedim: 
– Yaxçı... yaxçı... narahat olma. İndi gətirərəm... 
gözdə... 
Otağıma tərəf getdim. Mizimin siyirməsində  ağrı-
kəsicim var idi. Götürüb Raziyəyə  tərəf qaçdım. Həbi 
qapının balaca pəncərəsindən içəri tulladım: 
– Ala... ala bu həbbi. Ağrını azaldar... axı nə qədər 
sənə dedim istədiklərimizi elə... görürsən? Nəticəsi bu-
du! 
Raziyə həbi götürüb ağzına qoydu. Əlləri titrəyirdi. 
Suyu yox idi deyə, ağzının olub-qalan suyunu yığıb 
həbi uddu.  
– Qoy gedim su gətirim! 
– Yox... yox... lazım deyil... 
Ağrıdan gözləri qıpqırmızı qızarmışdı. Heç işgəncə 
verməsəydik belə, kameranın nəmişliyi çox qısa za-
manda onu heydən salardı. Ürəyim acıyırdı halına. 
Nəsə etməliydim, amma nə?  
                                                            
1
 Hövüşnəylə
1
 - nigaranlıq 

 
55
– Sizdən bir xahiş eləyə bilərəm? 
– De. De. 
– Məni bura gətirəndə hər şeyimi əlimdən aldılar. 
Hətta barmağımdaki üzüyü də aldılar. O üzük mənə 
çox dəyərlidi. Olar, onu mənə qaytarasız? 
Düz deyir. Dustaqların hər  şeyini alırlar. Özlərini 
asmasınlar deyə, hətta qayışlarını da çıxartdırırlar. 
Zindandan azad olandasa, özlərinə verirlər. Amma ba-
halı əşyaların bir çoxunu qaytarmırlar.  
– Yaxçı! Baxaram. 
Dedim baxaram, amma Hacı bilsəydi ki, məhbusun 
üzüyünü ona qaytarmışam, işim çox pis olardı.  
– Bir dənə də xahişim var! 
– Buyur. 
– Olar, “Quran”ı yavaş oxuyasız? 
– Niyə? “Quran” sənə neynəyib, niyə? 
– Özünüzü qoyun mənim yerimə! Siz “Quran” 
oxumursuz ki, mənə söyürsüz. Səsiniz başıma düşür... 
ağrıyıram... ata-anamım məndən xəbəri yoxdu... öz di-
limdə yazıb-oxumaq istəmişəm, amma zindanda dır-
nağım çəkilib... üşüyürəm... “Quran”a inanan adam dır-
naq çəkməz, sənin oxuduğun “Quran” deyil... yalandı... 
yalandı... 
Raziyə bunları birnəfəsə dedi. Haqlıydı, amma bil-
mirdi mən kefimdən “Quran” oxumuram. Raziyə boyda 
günahımı yumaq istəyirəm.  
– Lal ol, yaxçı! Hələ bir mənə qadağalar da qoyur. 
Elə “Quran”ı yalan bilibsən ki, burdasan da. Utanmaz.. 
İkiüzlülük edirdim. Çarəm yox idi. Kameranın 
içindən pis bir iy vururdu üzümə. Oranın havası mənə 

 
56
çox ağır gəlirdi. Havam çatmırdı. Bir an hiss elədim ki, 
uca bir yerdən yıxılıram.  İçimdə diksindim. Pəncərəni 
bağlayanda Raziyə dedi: 
– Qardaş! 
– Hə! 
Həyəcandan ürəyim partladı. 
– Üzüyü mənə gətirərsiz? 
Tüpürcəyimi udub xırıldadım: 
– Hə... amma bir şərtim var! 
– Nə? 
– Etiraf elə! Özünü də, məni də qurtar bu əzabdan! 
Özünə büründü. Günəş kimi özünə batdı. Dönüb 
otağıma getdim. Qapını bağlayıb mizimin arxasında 
oturdum. Qəhər məni boğurdu. Boğazımda sanki qara-
yara bitmişdi. Telefonu qaldırıb Feyzinin otağının nöm-
rəsini yığdım. 
– Xanım Feyzi! Raziyə Qəhrəmanpurun əşyalarını 
bura gətirin, zəhmət olmasa. 
– Hə ! Nə yaxşı, Seyid? Onları neynirsiz? 
– Heç... elə belə baxıram! Bəlkə içindən nəsə bir 
şey tapdım! 
– Mən baxmışam, Seyid. Heç nə yoxdu. 
– O heç nəyi mən də görmək istiyirəm, olmaz? 
– Olar, niyə olmur. İndi gətirərəm! 
Üzümü əllərimin arasına aldım. Bağrım çatlayırdı. 
Özümü saxlaya bilmədim. Ağladım. Özü də hönkür-
hönkür. Elə bilirdim, bir il də  ağlasam ürəyim boşal-
maz. “Allah-Allah” – deyə, sızıldayırdım. – “Özün bir 
qapı aç, Allah!”. 
– Gəlmək olar! 
Feyziydi. Tələsik üzümü silib özümü toparladım. 

 
57
– Gəlin! 
İçəri girib mizimin üstünə bir balaca qutu qoydu. 
– Buyur, Seyid! Qəhrəmanpurun şeyləridi. Bir şey 
olub? Ağlayıbsız elə bil! 
– Yox. Sağ olun. Siz gedin. Bir şey lazım olsa, 
xəbər eləyərəm 
– Yaxçı... sağ olun! 
Ləhnindən “eşşək özünsən” sözünü başa düşdüm. 
Artıq mənim də vecimə deyildi. Yorulmuşdum. Ürə-
yimdə dedim: – “Neynim e! Qoy nə düşünür, düşün-
sün.” – Qutunun ağzını açdım. Balaca pul çantası, bir 
qızıl qolbaq, bir qələm, bir əl telefonu, bir az xırda pul 
və bir gümüş üzük. Bahalı üzüyə oxşamırdı. Çox olsa 
20-30 min tümənə gedərdı. Ürəyimdə dedim: – “Axı 
bunun nəyini taxır.” – Üzüyü götürüb Raziyəyənin ya-
nına getdim. Dəlikdən baxanda gördüm bir az rahat-
laşıb: 
– Necəsən? Ağrın kəsib? 
– Həyə, bir az yaxçıdı. Sağ olun! 
– Bu üzüyün hekayəsi nədi? 
– Hekayəsi yoxdu. Sadəcə, mənim üçün dəyərlidi.  
– Elə də bahalı üzüyə oxşamır axı! 
– Üzüyü mənə bağışlayan adam sizin kimi dü-
şünmürdü... 
– Həəə! Gördün? Sevgilin bağışlayıb? 
– Yox. 
Məlum idi ki, üşüyür. Əslində üşüməsəydi təəccüb 
edərdim. Kameradasa ədyal yox idi. 
– Bəs kim? 

 
58
– Şəhid üzüyüdü! Uşaqlıqdan saxlamışam. Qonşu-
muzun oğlu mənə yadigar vermişdi. Onda orta barma-
ğıma taxardım, amma indi çeçələ barmağıma taxıram... 
Bir an belə özümdən uzaq qoymamışdım! 
– Lap yaxşı... 
– Gətiribsiz? 
– Yox hələ... yəni... hə... amma yox... qalsın sora 
verərəm... 
Ayaqlarım əsdi. Hiss elədim yıxılaram. Bir də üzü-
yə baxdım... 
 
 

 
59
 
 
 
 
 
 
 
 
 
 
çüncü dayım  İran-İraq müharibəsində  şəhid 
olmuşdu. Onun cənazəsini gətirən günü xatır-
layıram. Mən uşaq idim. Mamamın atasıgildəydik. Xə-
bər eləmişdilər ki, cənazəni gətirəcəklər. Ona görə  də 
bütün qohumlar oraya yığışmışdılar. Mən balkondan 
baxırdım. Tabutu gətirib həyətə qoydular. Anam və xa-
lalarım ağlayıb özlərini tabutun üzərinə atırdılar. Hamı 
ağlayırdı. Mən tummuşdum
1
. Mamam əl çəkmədi ki, 
tabutu açın, qardaşımı görüm. Açdılar. Dayımın alnın-
da yara var idi. Sora eşitdim ki, güya güllə arxadan ba-
şına dəyib qabaqdan çıxmışdı. Mehriban dayı idi. 
Həmişə  məni aparıb istədiyim  şeyləri alardı. Onun o 
mərdanə  və mehriban gülüşləri gözümün qabağındadı. 
Müharibə baş yeyər. Özü də  mərdlərin başını. Müha-
ribə azad insanların başını yeyər. İran-İraq müharibəsi 
minlərlə azad insanın başını yedi. Həmin o azad 
insanlar min arzuyla azadlıq üçün inqilab eləmişdilər. 
Amma imperializmə onların varlığı  sərf eləmirdi. Elə 
                                                            
1
 Hövüşnəylə
1
 - nigaranlıq 
Ü 

 
60
indi də  sərf eləmir. Azad insanlar həmişə dolayı yolla 
imperiyalara qulluq edirlər. Azadlıq yoxdur, azad insan 
da olmamalıdır. Sülhə müharibəylə çatırsansa, deməli, 
sən uduzubsan, azad ola bilməzsən. Eyni zamanda 
sülhə çatmaq üçün də müharibə lazımdı. Güc lazımdı.  
Dayımdan mənə iki şey yadıgar qaldı – bir kəhrəba 
təsbeh, bir də bir gümüş üzük. Təsbehi indi də saxla-
mışam. Üzüyüsə Raziyəyə bağışlamışdım. Daha doğ-
rusu, uşaq vaxtı onun barmağına taxıb nişanlamışdım. 
– Raziyə? 
– Hə! 
– Gəl aramızda bir peyman bağlayaq! 
– Nə? 
– Gəl heç vaxt bir-birimizdən ayrılmayaq.  
– Yaxçı. Gəl bağlayaq! 
– Raziyə!  
– Həəə... 
– Səni nişanlamaq istiyirəm... mənim nişanlım 
olursan?! 
– Eeeee! Mamam öldürər axııı. 
– Qorxma! Barmağını ver mənə... 
– Ala! Aaaa, bu, kimindi? 
– Sənindi. Mənə söz ver, heç vaxt barmağından 
çıxartmayacaqsan!  
İşvəylə yekə barmağını uzadıb dedi: 
– Söz! 
O təsbeh və üzüyün üstündə mamamdan çox kötək 
yemişdim. Təsbehi müvəqqəti olaraq ona qaytarmış-
dım, amma üzüyün harda olduğunu heç vaxt demədim. 
Sirr olaraq ürəyimdə saxladım.  İndi o üzük əlimdədi. 
Raziyə onu neçə illərdi ki, saxlayıb.  İnanılmazdı. Bu 

 
61
qız nə  qədər vəfalıymış! Bilmirdim güləm, yoxsa 
ağlayam.  İşim bunlardan keçmişdi. Dəli olmağıma az 
qalırdı. Həyat güzgü kimidir. Hər tərəfə baxırsan özünə 
rast gəlirsən. Öz əməllərinə rast gəlirsən. Nə  qədər 
qaçmaq istəsən, o qədər dərinlərə batırsan. Mən qaç-
maq istəyirdim, amma bilirdim bu qaçış yalnız batmağa 
doğrudur. Axı mən yuxarı yox, aşağıya gedirdim. 
Özümü Tatan kimi hiss eliyirdim. Tatan məhəl-
ləmizin ən sırtıq uşağıydı. Adı Tağıydı, amma anasıgil 
ona Tatan deyirdilər. Bizdən 4-5 yaş kiçik olardı. Çox 
qanmaz uşaq idi. Nəsə bir pis iş görəndə yaxşı-yaxşı 
döyülərdi əlimdə. Döyüləndəsə, – “pox yedim”, “qələt 
elədim” – deyə  ağlayardı. Amma bir neçə metr uzaq-
laşmamış söyməyə başlayardı. Nənə-bacı söyüşlərini 
düzərdi ağzının rəfinə. Arxasınca qaçanda yenə – “pox 
yedim” – deyərdi. Elə  əlimdən qurtulub qaçan kimi 
başlayardı söyməyə.  İndi mən özümü lap onun kimi 
hiss edirəm. Zəif adamın gücü dilində olar. Dilini də, 
Raziyə demişkən kəssələr...! 
İşdə qala bilmirdim. İcazə alıb çıxdım. “Qala başı” 
təpəsinə  tərəfə getdim. Şəhərin ortasında olan təpəyə. 
Deyilənlərə görə, min illər qabaq türk şahlarının qala-
ları orda yerləşirmiş. Həmin təpədən çox xatirələrim 
var idi. Uşaqlığım o təpənin başı və ətrafında keçmişdi. 
Şəhərin ortasında olan, amma tam qərib və  tənha bir 
yer. Aslan kimi, amma yerə yaxılan bir varlıq. Sakinlər 
təpənin  ətrafından çoxlu qədimi  əşyalar tapmışdılar. 
Dövlət heç vaxt oranı milli bir varlıq kimi qiymətlən-
dirmədi,  əksinə  həmişə  təpənin daha çox viran olun-
masına çaılşırdı. Təpənin tam başındaydım. Mülayim 
bir yel əsirdi. Oradan həm Sültan Yaqub dağı, həm də 

 
62
Yeddigöz dağı tam aydın görünürdü. Üzümü dağlara 
tərəf tutaraq gözlərimi yumub, dərindən nəfəs aldım.  
Beynim yaman qarışmışdı. Mən bu təpənin üstün-
dən çox müharibələrə şahid olmuşdum. Dağlarda gözü-
müzün qabağında müharibə gedərdi, tanklar və insanlar 
bir-birinə girərdilər. Biz də burda oturub bütün bunlara 
sanki kino kimi baxardıq. Həmişə arzu edərdim mənim 
də bir tüfəngim olsun. Atama bu arzumu söyləyəndə 
deyərdi: – “Oğlum, sənin tüfəngin ola bilər, amma onu 
atmağı da bacarmalısan. Bilməlisən hara və niyə atır-
san, yoxsa tüfəng sənin özünü vurar.” 
 Yeddigöz  dağı öz əzəmətiylə  mənə rahatlıq ve-
rirdi. Mən Raziyəni birtəhər qurtarmalıydım.  
– Raziyə! Raziyə, ora bax! Görürsən? Tank qüllə-
sidi haa... 
– Həəə... görürəm. Gəl gedək evə, nolar! Mən qor-
xuram... 
– Qorxma, Raziyə. Mən burdayam! 
Əlindən möhkəm yapışıb sıxardım. Onun yanında 
özümü kişi kimi hiss edirdim. İndi bilirəm ki, bu 
özümün yox, Raziyənin mənə verdiyi güc idi. Ömrün 
boyu çox adamı sevə bilərsən, çox adamla xatirə ya-
şaya bilərsən, amma sənin ürəyində onlardan yalnız biri 
dərin iz buraxır. Yalnız bir xatirə var ki, onu xatırla-
yanda titrəyirsən, dəyişirsən.  İstintaqçı olandan bəri 
yüzlərlə insana köpəyoğlucasına işgəncə vermişdim. 
Milçək kimi əzirdim insanları. Bir çox qızları sevmiş-
dim. Bir çox qıza sənsiz ölərəm demişdim və onlarla 
yatmışdım. Hətta kişilərə belə  rəhm eləməyib sındır-
mışdım. Amma yalnız bir nəfər məni bu uzun illərdən 
sonra titrədə bildi, Raziyə!  

 
63
Raziyə  həmişə  məni davakar olduğuma görə dan-
layardı. Məhəllədə adam qalmamışdı onunla dalaşma-
yam. Gündə bir yerimi yaralayıb evə gələrdim. Hər gün 
şalvarımın bir yeri cırılardı. Əslində, günah məndə yox, 
Sulduzun durumundaydı. Mənim davam, bir növ özü-
mü müdafiəydi. Kimsə özünü müdafiə eləyə bilmə-
səydi, əziləcəkdi. Müharibədə iki başqa-başqa tərəf iş-
tirak edir. Onların biri almaq, digərisə verməmək üçün 
döyüşür. Mən verməyənlərin siyahısındaydım.  
Uşaqlıq qəhrəmanımsa “eşşək Yadulla” deyilən bir 
lotuydu. Yadulla, demək olar, şəhərin və hətta ölkənin 
tanınmış lotusuydu. Zor pulu
1
 almaqla həyat keçirirdi. 
Xiyaban bağlamaq onun ən böyük “igidliyi” sayılırdı. 
Velosiped sürməsi gülməliydi. Arxadan baxanda yekə 
arxası balaca bir təpəcik kimi göyə qalxardı. Pedalı ba-
sandasa arxası göyə qalxıb gülməli bir mənzərə yara-
dardı. Bığları düz qulaqlarının yanına kimi gedərdi. 
Hətta velosiped sürəndə  də  əlinin biri bığında olardı. 
Şəhərin  əhalisi ondan qorxub hesab aparardı. Bütün 
gənc lotuların ustadıydı. Kimsə ondan icazəsiz heç kü-
çə bağlaya bilməzdi. Deyirdilər uşaqbaz idi. Elə sonun-
da da hansısa bir məmurun oğluna təcavüzə görə edam 
cəzası almışdı. Deyirlər hadisədən sonra oğlan gedib 
özünü öldürmüşdü, intihardan öncəsə atasına məktub 
yazıb hər  şeyi izah eləmişdi. Amma çoxları  qorxula-
rından səslərini də çıxara bilməmişdilər. Eşşək Yadul-
lanı asdılar. Ondan sonra bütün şəhərin lotuları özlərini 
yığışdırdılar. Şəhər hardasa sakitləşmişdi.  
                                                            
1
 Zor pulu - güc tətbiq eləməklə pul almaq 

 
64
Ən gülməlisi bu idi ki, onun oğlunu da pozmuş-
dular. Oğurluq üstündə zindana düşən o “qəhrəman ba-
lası”ndan məhbuslar pozğun kimi istifadə edirdilər. 
Deyirlər zindandan çıxan gün gəlib hamının qabağında 
donbalıb bağırmışdı ki: – “Gedirəm haaaa. Day belə 
şey əlinizə çatmayacaq. Gəlin, hərrac eləmişəm...!”  
Yazıq oğlan narkoman olmuşdu. Bir neçə il sonra 
şəhərin “Pasaj” deyilən yerində özünü asmışdı. O günü 
xatırlayıram. Yazığı yerdən götürüb aparıb quylayan 
tapılmırdı. Fikirləşirdim ki, axı bu təsbeh fırladanlar 
hardadılar? Axı dini baxımdan ölünün yerdə qalması 
günahdı. Dünyanı dəyişmək istəyirsən, amma öz uşağı-
na tərbiyə verə bilmirsən. Uşaqların qənimi və  qəhrə-
manına çevrilirsən, amma öz uşağının şəxsiyyətini hər-
raca qoyurlar. Döyüşürsən, amma nə qədər haqqın var, 
yaxud haqqın varmı, yoxsa – “yox” – sualı cavabsız qa-
lır. Ümumiyyətlə, anamın atası demişkən: “Bu haqqı 
kim bölüb, bu yolları kim bölüb axı?” Anamın atasının 
adı Məhəmməd idi. Deyirlər bir gün o, bir yolda velosi-
pedlə  əks tərəflə  gəlirmiş. Kimsə maşınla həmin yolla 
gedirmiş. Yolun harasındasa bir-birinə çatıblar və ma-
şının sürücüsü babama deyib: 
– Ay kişi! Öz yolunnan get dəəə. Bura mənim 
yolumdu axı! 
Bu qanunlardan xəbəri olmayan yazıq kişi cavab 
verib: 
–  Ədə, bu yolları kim bölüb, hə? Mənim xoşum 
gəlir burdan gedəm, sənə  nəəəə? Get yolu bölənə de-
nən, Məmməd dedi – “Atova lənət, yolu bölən!” 
Atasına lənət bölənin. Nəsə bir şeyi böləndə gərək 
qara kütlənin istəyi və səviyyəsini nəzərə alasan. Mənə 

 
65
həmişə sual idi ki, bütün dünyada maşınların sükanı sol 
tərəfdədi, bəs İngiltərədə niyə belə deyil? Deməli, heç 
nə mütləq deyil və hansısa boşluğu var. Aşıq dayım 
demişkən, – “Qanunu imkanlılar imkansızları idarə 
etmək üçün yazıblar, kütləni rahatlatmaq üçün yox!”  
İnqilabın tarıxındə “həbse kişmişi” deyilən bir ha-
disə yadda qalan olmuşdu. Xəlxali adında bir cina-
yətkar molla represiya dövründə  məhkəmədə hakim 
imiş. Onun özünəməxsus hakimliyi və hökm vermək 
metodu olub. O dövrün “inqilaba zidd” olanlarını Xal-
xalinin yanına aparardılar ki, guya adil bir məhkəmədə 
onları  cəzalandırsın. Görənlər deyirlər ki, Xəlxalinin 
mizinin üstündə bir kasa kişmiş olurmuş. Hər bir məh-
kum otağa girib onun qabağında oturanda, Xəlxali 
deyirmiş: – “Kişmiş götür!” – Dünyadan xəbərsiz ca-
vansa kişmişi götürəndə Xəlxali deyirmiş: – “Tök mi-
zin üstünə, görüm neçəsin götürübsən!” – Yazıq cavan 
təəccüblə kişmişləri mizin üstünə töküb sayarmış. Neçə 
dənə kişmiş götürmüş olsaydı, o qədər il də cəza çək-

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin