Şəkil 1.5. Gimnastika tiri
Gimnastika atının gövdəsinin uzunluğu 1600 mm, eni 350 mm, hündürlüyü
isə 280 mm-dir. Gövdə dörd ədəd dayaq «ayaqlar»ın üzərinə yerləşdirilmişdir. Bu
dayaqlarda quraşdırılmış qurğunun köməkliyi ilə gövdənin döşəməyə nisbətən
14
hündürlüyünü tənzimləmək mümkündür. Gimnastika atının gövdə hissəsinin
əsasını ağacdan hazırlayırlar, onun üzərini keçə və ya süngərli rezin materialla
örtürlər, bütün bunların üzərinə kisəlik parça keçirilir və təbii sərrac-yəhər yumşaq
yuft dərisi ilə örtürlər. Gimnastika atının ümumi çəkisi 125 kq-dan artıq olur, buna
görə də onun bir yerdən başqa yerə daşınması üçün iki ayağının altına xüsusi açılan
diyircək bərkidilir. Üç növ gimnastika atı istehsal edilir: üzərində dönüşlər etmək
üçün, tullanmaq üçün və universal növləri vardır. Üzərində dönüşlər etmək üçün
olan gimnastika atının gövdəsinin üzərində iki oval formalı yarımhəlqə yerləş-
dirilmişdir ki, idmançılar onlardan yapışaraq müxtəlif dönüş hərəkətləri yerinə
yetirilər. Bu növ atın hündürlüyü 1100 mm olur (şəkil 1.6).
Şəkil 1.6. Gimnastika atları
Tullanış üçün olan atların üzərində həlqələr olmur və onların hündürlüyü 1200
mm-dən (qadın üçün) 1350 mm-dək (kişilər üçün) olur. Universal at isə həm
tullanmaq, həm də dönüş hərəkətlərinin yerinə yetirilməsi üçün nəzərdə
tutulmuşdur. Belə ki, bu cür atın gövdəsində xüsusi yuvacıqlar vardır ki, istənilən
vaxt həlqələri oraya bağlamaq mümkündür. Onun hündürlüyünü 900 mm-dən 1350
mm-dək tənzimləmək mümkündür.
Gimnastika atlarının məktəb idman zallarında istifadə edilməsi üçün kiçik
ölçülü növü də vardır. Bu növ atın gövdəsinin uzunluğu 670 mm-dir.
15
Gimnastika döşəkləri müxtəlif idman qurğularından tullanarkən və ya digər
hərəkətlər edərkən zərbənin yumşaldılması və zədələnmənin qarşısını almaq
məqsədi ilə istifadə olunur. Gimnastika döşəklərinin iki ölçü növü vardır: 2000 x
1250 mm və 2000 x 1000 mm; onların qalınlığı 65 mm-dən çox olmamalıdır.
İdman döşəklərinin içi pambıq, yun, porolon və ya süngərli rezinlə doldurulur.
İçliyin üzəri parusin, pambıq və ya kətan parça ilə örtülür. Gimnastika döşəyinin
üzü süni dəridən tikilir. Müasir dövrdə uşaq və yeniyetmə gimnastların məşqi və
yarışları zamanı qalınlığı 200 mm olan porolon gimnastika döşəklərindən də isti-
fadə olunur. Lakin peşəkar idmançıların yarışlarında bu cür döşəklərin istifadəsinə
icazə verilmir.
Dayaq tullanışları üçün körpülər paralel qollar, gimnastika atının üzərinə
tullanaraq məşq etmək üçün istifadə olunur. O, bir-birlərinə möhkəm bağlanmış
əsas bünövrə hissə və platformadan ibarətdir. Bünövrə hissə ilə platformanın
arasında yaylar yerləşdirilmişdir. Körpünün bütün detalları yüksək keyfiyyətli
yapışdırılma laylı fanerdən hazırlanır. Platformanın üzəri girintili-çıxıntılı rezin
təbəqə ilə örtülür.
Bədii gimnastika üçün ləvazimatlar. Bədii gimnastika qadın idman növüdür
və hər hansı bir əşya ilə (lent, top, çənbər, ip, gürz) və ya əşyasız musiqi sədaları
altında müxtəlif rəqs hərəkətlərinin yerinə yetirilməsi ilə müşayət olunur.
Bədii
gimnastika
elementlərinin
məşq
edilməsi
üçün
gimnastika
çubuqlarından istifadə edilir. Bu cür çubuqların istehsal edilməsi üçün ağac və ya
polietilen materialdan istifadə olunur. Əlvan rənglərə boyanmış çubuqların
uzunluğu uşaqlar üçün 750 mm, böyüklər üçün 1100 mm, diametri isə 21 mm-dən
30 mm-dək olur.
Gimnastika gürzləri forma etibarı ilə butulkaya bənzər, uc hissəsi isə
kürəşəkilli olaraq istehsal edilir. Plastik kütlədən yüngülləşdirilmiş gürzlər və
daxilindən metal mil keçirilmiş bir ucu kürə digər ucu isə armud formalı ağacdan
hazırlanmış hissələrdən ibarət gürzlər istehsal edilir. Gürzlərin uzunluğu uşaq və
qadınlar üçün 460 mm, kişilər üçün 520 mm-dir. İdman yarışları üçün gürzlərin
çəkisi isə 150 qram olur. Gimnastika gürzünün başlığındakı kürənin diametri ciddi
16
normalaşdırılır və onların ölçüsü 30 mm olmalıdır. Onlar qızılı, gümüşü və bürünc
rənglər istisna olmaqla istənilən rənglərdə ola bilərlər.
Gimnastika çənbərləri ağacdan, alüminiumdan, poladdan və plastik kütlədən
hazırlanırlar. Çənbərlər həm bədii cimnastika üçün (daxili diametri 900 mm) və
ümumi fiziki hazırlıq üçün (uşaqlar üçün – 510 mm, yeniyetmələr üçün 700 mm və
böyüklər üçün 830 mm diametrli) nəzərdə tutulurlar. Bədii gimnastika üçün
çənbərlərin borularının diametri 14 mm, ümumi gimnastika üçün 20 mm olur.
Polietilendən hazırlanan çənbərlərin istehlak xassələri yüksək olmur: belə ki,
çəkisi az olduğu üçün onların sabit saxlanılması üçün fırlanma sürəti aşağı olur.
Polietilenin həmçinin davamlılığı və etibarlılığı aşağı olur.
Gimnastika ipləri rezin şnurdan və ya kəndirdən dəstəkli və ya dəstəksiz
hazırlanırlar. Şnurun uzunluğundan asılı olaraq uşaq (2730 mm), yeniyetmə (2830
mm) və böyüklər üçün (2930 mm) gimnastika ipləri istehsal olunur. Ev şəraitində
gimnastika üçün dəstəyi şarnirsiz o qədər də baha olmayan iplərdən istifadə edirlər.
Şəkil 1.7. Gimnastika ipi
Gimnastika topları qızılı, gümüşü və bürünc rənglər istisna olmaqla istənilən
əlvan rənglərdə rezin materialından hazırlanır. Aşağı dərəcəli idmançılar 80-150
mm diametrli kiçik və orta toplardan, yuxarı dərəcəli idmançılar və ustalar 200 mm
diametrli və çəkisi 400 qramdan az olmayan toplardan istifadə edirlər.
Gimnastika lentləri aşağı dərəcəli idmaçılar üçün 6000 mm uzunluqda, 40-60
mm enində, yüksək dərəcəli idmançılar üçün 5000 mm uzunluqda, 25 mm enində
atlas və ya digər materialdan hazırlanır. Lent 500-600 mm uzunluqda, 10 mm
diametrli ağac və ya plastik çubuğa 70 mm uzunluqda şnurla bərkidilir. Gimnastika
lentləri də qızılı, gümüşü və bürünc rənglər istisna olmaqla istənilən əlvan
rənglərdə buraxılır.
17
Akrobatika üçün ləvazimatları. Akrobatika ilə məşğul olmaq üçün
akrobatika cığırından, tramplindən, lonjadan və s. istifadə olunur.
Akrobatika hərəkətlərini yerinə yetirmək üçün xüsusi cığırın ümumi uzunluğu
30 metr olur, onlardan əsas hissə adlandırılan 25 metr uzunluqda məsafəyə
qalınlığı 100-200 mm olan gimnastika döşəkləri düzüb onların da üzərinə örtük
çəkirlər, qalan 5 metrlik hissə akrobatik hərəkətlər yerinə yetirən idmançının yerə
yumşaq enməsi məqsədi ilə bir qədər qalın döşənən hissədir.
Akrobatika tullanışları üçün tramplinlərin əsas bünövrə hissəsi metal
çərçivədən hazırlanır. Metal çərçivənin üzərinə rezin amortizatorların vasitəsilə
platforma bərkidilir. Platforma yüksək keyfiyyətli yapışdırılma laylı fanerdən
hazırlanır. Platformanın üzəri girintili-çıxıntılı rezin təbəqə ilə örtülür.
Xüsusilə təhlükəli akrobatika hərəkətlərini yerinə yetirərkən idmançının
zədələrdən qorunması üçün xüsusi şarnir vasitəsilə idmançının belinə bağlanan
lonja adlandırılan qurğudan istifadə olunur.
1.2. Atletika və idman döyüşləri üçün ləvazimatlar
Atletika dedikdə fiziki hərəkətlərin vasitəsilə insanın gücünün və cəldliyinin
artırılması sənəti başa düşülür. Atletikanın ağır və yüngül növləri vardır.
Yüngül atletika, demək olar ki, ən kütləvi idman növüdür. Buraya müxtəlif
məsafələrə qaçış və idman yerişi, uzunluğa və hündürlüyə tullanmaq, disk, nizə,
çəkic, qumbara tullamaq, yadro itələmək və həmçinin yüngül atletika
çoxnövçülüyü daxildir.
18
Şəkil 1.8. Gimnastika ləvazimatları:
1- gimnastika tiri; 2 – turnik; 3 - paralel qollar; 4 – halqalar; 5 – gimnastika
körpüsü; 6 – müxtəlif hündürlüklü paralel qollar; 7 – tullanış üçün gimnastika atı;
8 – kiçik gimnastika atı; 9 – gimnastika atı.
Yüngül atletikanın populyarlığı və kütləviliyi onun əlçatan olması, yerinə
yetirilən hərəkətlərin çoxsaylı olması, həm idman zallarında həm də açıq havada
məşğul olmaq imkanının olması ilə izah olunur.
İdman döyüşləri üzrə yarışlara güləş, boks və qılıncoynatma yarışları daxildir.
Qılıncoynatma avadanlıqlarına rapira və şpaqa kimi silahlar daxildir. Deşici və
kəsici alətləri pərakəndə ticarət şəbəkəsi vasitəsilə satılmadığı üçün bu dərslikdə
onlar nəzərdən keçirilməyəcək.
Qaçış üçün avadanlıq. Yüngül atletikanın əsas növü olan qaçış üçün
ləvazimatlara idmançının geyim və ayaqqabısından başqa start üçün qəlib və
tapança, estafet çubuğu, yüngül atletika səddi, saniyəölçən və addımölçən aiddir.
Start qəlibləri qısa və orta məsafələrə qaçış yarışlarında idmançıların start
xəttindən sıçrayaraq qaçışa başlaması üçün lazımdır. Start qəlibləri əsas hissədən
və şarnir qurğusu vasitəsilə ona birləşdirilmiş platformadan ibarətdir. Qəlibin
əsasının altında olan tikanlar onun torpaqda sürüşməməsini təmin edir, platforma
19
isə zəruri bucaq altında maili tənzimlənir. Sənaye tərəfindən həm təbii həm də süni
örtüklü qaçış xəttləri üçün qəliblər buraxılır.
Start tapançası yarışlar zamanı idmançıların hərəkətə başlaması üçün səs və ya
işıq siqnalı verir. Bu tapançaların lüləsi olmur və 5,6 mm kalibrli 8 gülləsiz
patronla doldurulan darağı olur. Patron əvəzinə Jevelo ovçu kapsullarından da
istifadə etmək olar. Tapança üzərində «B» işarəsi olan gülləsiz patronlar üçün
daraqla və ya «Ü» hərfi ilə işarələnmiş Jevelo kapsulu üçün daraqla dəstləşdirilir.
Estafet çubuqları 40 mm diametrli, 300 mm uzunluqlu, 150 qram çəkidə
əlvan rənglənmiş ağac borulardır.
Yüngül atletika səddi iki dayaq üzərində 1200 mm uzunluqda hazırlanır.
Hündürlüyü dəyişdirilə bilən səddlər istehsal olunur. Yarışların şərtlərindən asılı
olaraq hündürlüyünə görə 5 nömrədə səddlər istifadə olunur (hündürlüyü 1067
mm olan №1-dən başlayaraq hündürlüyü 762 mm olan №5-dək).
Ticarət müəssisələrinə cib, qol, elektron və mexaniki saniyəölçənlər daxil
olur. Saniyəölçənlərin dəqiqliyi 1 saniyədən 0,01 saniyəyədək dəyişir.
Saniyəölçənlər bir əqrəbli 60 saniyəni ölçmək üçün və əlavə 1 saatı ölçmək üçün
əqrəbi olan iki əqrəbli olurlar.
Addımölçənlər cib və qol üçün olurlar. Addımölçənlər işləmə prinsiplərinə
görə ətalət cihazlarına aiddirlər. Addımölçənin köməyi ilə insanın gündəlik
hərəkət yükünü və həmçinin keçdiyi yolu ölçülür.
Hündürlüyə tullanmaq üçün avadanlıq. Hündürlüyə tullanmaq üçün dayaq,
planka və şüyüvllərdən istifadə olunur.
Dayaqlar metal borudan hazırlanır və ağır çuğun əsasın üzərində bərkidilir.
Dayaq boruların üzərində 60 mm uzunluqda xüsusi lövhəcik vardır ki, onun
üzərindəki vintlərin köməyi ilə plankanı istənilən hündürlükdə qoymaq olar.
Planka həm ağac həm də metaldan boruşəkilli 25-30 mm diametrində 4 metr
uzunluqda hazırlanır. Onun hər iki ucu yastılanmış olur. Bu onun üçün edilir ki,
planka dayaqlar üzərində dayansın. Plankalar açıq rəngli olur və onların üzərinə
üç-dörd tünd rəngli zolaq çəkilir.
20
Şüvüllə hündürlüyə tullanmaq üçün dayaq teleskopik konstruksiyada olmaqla
bir-birinin içərisinə keçirilmiş borulardan ibarətdir. İçəri borunun uc tərəfində
plankanın yerləşdirilməsi üçün çıxıntı var, aşağı boruda isə zəruri hündürlüyü
almaq üçün vint vardır. Şüvüllə hündürlüyə tullanmaq üçün plankanın uzunluğu
4480 mm-dir.
Tullanmaq üçün şüvül ağacdan, metaldan və ya süni materiallardan hazırlana
bilər. Yarışların qaydalarına görə istənilən uzunluqda, diametrdə və kütlədə
şüvüllərdən istifadə etmək olar. Onların hazırlanma materialı yarışın nəticəsinə
təsir göstərir. Şüvülün aşağı dayaq hissəsinə ağac materialından hazırlanmış tıxac
bərkidilir. Əllə tutulan hissəsinə iki lay yapışqanlı lent sarınır.
Tullamaq və ya itələmək üçün ləvazimatlar. Tullamaq və ya itələmək üçün
ləvazimatlara disklər, nizələr, qumbaralar, yadro və çəkiclər daxildir.
Disklər ağacdan, metaldan və ya rezindən hazırlanır. İri idman yarışlarında və
rekordların qeydə alınması üçün ağac disklərdən istifadə olunur.
Ağacdan hazırlanmış diskin kənarları metal halqa ilə örtülür və mərkəzi
hissəsində çəkinin tənzimlənməsi üçün xüsusi girinti açılır ki, oraya metal lövhələr
qoyularaq lazım olan çəki əldə edilir.
Metal disklərin hazırlanması daha ucuz başa gəlir və buna görə də onlardan
açıq havada məşqlər aparılması üçün geniş istifadə olunur. Yarış qaydalarına görə
ağac disklərdən istifadə olunmalıdır, lakin əgər metal və ya plastik kütlədən olan
disklərin ölçələri və çəkisi dəqiqdirsə onlardan da istifadə etmək olar.
Rezin disklərdən adətən qapalı şəraitdə keçirilən məşqlərdə və şəhər
səviyyəsində aşağı səviyyəli yarışlarda istifadə olunur.
İdmançının yaş həddindən asılı olaraq 500 qramdan 2000 qramadək olan
disklərdən isdifadə olunur. Məşq etmək üçün çəkisi 3000 qram olan disklər də
buraxılır.
Nizə də disk kimi ən qədim yüngül atletika ləvazimatı sayılır. Onun quruluşu
siqaraya bənzərdir və ucuna metal ucluq bərkidilmişdir. Nizə bərk ağac
növlərindən istehsal edilir. Metaldan hazırlanmış nizələrdən də istifadə edilir ki, bu
zaman onun çəkisi, ölçüsü və forması dəqiq olmalıdır. Nizənin ən qalın orta
21
hissəsini kəndirlə elə bağlayırlar ki, bu zaman ağırlıq mərkəzi məhz həmin
kəndirin altına düşsün. Kişilər üçün nizələrin kütləsi 805 qram, qadınlar üçün isə
605 qramdır.
Tullamaq üçün idman qumbaraları ağacdan, metal örtüklü digər
materiallardan və həmçinin bütöv metaldan hazırlanır. Böyüklər üçün
qumbaraların uzunluğu 236 mm, çəkisi 700 qram, uşaqlar üçün 165 mm, çəkisi
250 qram olur (şəkil 1.9).
Yadronu əsasən çuqundan tökürlər və ya poladdan və ya latundan kürə
şəklində yonurlar. Onun çəkisinin tənzimlənməsi üçün xüsusi oyuq açılır və oraya
lazımi miqdarda qurğuşun tökülür. Zəruri çəki alındıqdan sonra oyuğun üzəri
örtülür. İdmançının cinsindən və yaşından asılı olaraq yadroların çəkisi 7265
qramdan (kişilər üçün) 3005 qramadək (uşaqlar üçün) dəyişir.
Şəkil 1.9. Tullamaq və ya itələmək üçün ləvazimatlar:
1 – nizə; 2 – yadro; 3 – disk; 4 –çəkic
İdman çəkici yadrodan və ona şarnirlə bağlanmış məftildən və onun
üzərindəki tutqacdan ibarətdir. Şarnir qurğusuna görə yadro məftilə nisbətən
sərbəst hərəkət edə bilir.
Ağır atletika üçün ləvazimatlar. Ağır atletika üzrə rəsmi yarışların müasir
proqramlarına ştanqanın iki əllə təkanla və sıçrayışla qaldırma daxildir. Sıçrayışla
qaldırmada ştanqa baş üzərinə bir fasiləsiz hərəkətlə qaldırılır. Təkanla qaldırmada
isə ştanqa əvvəlcə sinə üzərinə sonra isə baş üzərinə qaldırılır.
1
2 3 4
22
Ağırlıq qaldırmaq üçün ləvazimatlara atletika ştanqı, daşlar, qantellər
aiddirlər.
Atletika ştanqı çəkisini asanlıqla dəyişdirmək mümkün olan idman
ləvazimatıdır. Ştanq yüksək keyfiyyətli poladdan yonulmuş qrif hissəsindən,
disklərdən və onları qrifə birləşdirən iki açardan ibarətdir.
Ştanqlar rekord, məşq və kütləvi növlərə bölünürlər. Rekord ştanqında
disklərin çəkisi 0,1 kq-dan 20 kq-dək dəyişir və ümumi sayı 20-yə çatır. Qrifin
çəkisi açarlarla birlikdə 25 kq-a çatır, bütöv dəst ştanqın ümumi çəkisi isə 205 kq-
dır. Məşq və kütləvi ştanqlar üçün disklərin növləri daha azdır və onların ümumi
çəkisi 132,5 və 80 kq-a çatır. Onların qriflərinin ölçüləri də fərqlənir: rekord
ştanqların qriflərinin uzunluğu 2200 mm, məşq qriflərinin uzunluğu 1744 mm,
kütləvi ştanqların qriflərinin uzunluğu isə 1300 mm olur. Rekord ştanqlarının
qrifləri yüksək keyfiyyətli yay-ressor poladından hazırlanır və üzəri daha gözəl
işlənilir.
İdman daşları (qir) eyni ölçüdə lakin müxtəlif çəkilərdə (16, 24 və 32 kq)
çuğun materialından tökmə üsulu ilə hazırlanır. Onun çəkisinin tənzimlənməsi
üçün xüsusi oyuq açılır və oraya lazımi miqdarda qurğuşun tökülür.
Ağır atletlər üçün nəzərdə tutulmuş qantellər ev şəraitində gimnastika üçün
qantellərdən çəkisinin ağırlığı ilə fərqlənirlər. Bu qantellərin çəkisi 35 kq-a çata
bilir.
Şəkil 1.10. Ştanqa və müxtəlif çəkili disk dəsti
23
Güləş üçün idman ləvazimatlar. Güləş üçün idman ləvazimatlarına güləş
kisələri və müqəvvalar daxildir. Bu idman ləvazimatları həm klassik həm də
sərbəst güləş növləri və eləcə də sambo, dzyu-do və karate üzrə məşqlərdə də
istifadə olunur.
Giləş müqəvvaları müxtəlif növ fəndlərin öyrənilməsi və məşq edilməsi üçün
istifadə olunur. Öz formasına görə güləş müqəvvaları insan bədənini xatırladır.
Müqəvvanın bədən, qol və baş hissəsi pambıq lifi ilə doldurulur, üz səthi isə
velveton və ya mahuddan tikilir. Müqəvvaların çəkisi 30, 35 və 45 kq olur.
Güləş kisələri də müqəvva kimi idmançıların məşq etməsi üçün nəzərdə
tutulmuşdur. Onu brezentdən tikirlər və içərisinə qumla dolu kisə yerləşdirilir.
Qumla doldurulmuş kisə ilə üz səth arasına pambıq lifi doldurulur. Güləş
kisələrinin üz səthi də güləş müqəvvaları ilə eyni materialdan hazırlanır. Güləş
kisələrin üz səthinə eninə və uzununa zolaqlar tikilir ki, məşq zamanı onlardan
rahat yapışmaq mümkün olsun. Güləş kisələri iki çəkidə 35 və 45 kq çəkidə
hazırlanır.
1.3. Boks üçün ləvazimatlar
«Boks» ingilis mənşəli sözdür. O, «zərbə» mənasını ifadə edir. Hazırki dövrdə
boks elə idman növüdür ki, burada iki idmançı arasında xüsusi qaydalarla
tənzimlənən yumruq döyüşü aparılır. Boks üzrə yarışlar rinqdə keçirilir.
Boks əlcəkləri zərbənin yumşaldılması və əllərin zədələrdən qorunması üçün
istifadə olunur. Boks əlcəkləri alət, məşq və döyüş növlərinə bölünür (şəkil 1.11).
Alət əlcəkləri idmançıların boks ləvazimatları ilə məşq etdiyi zaman istifadə
olunur. Bu növ əlcəkləri çoxda baha olmayan dəri, dəvi əvəzləyici və ya parça
materiallarından tikirlər. Əlcəklərin davamlı olması üçün üst hissəsinə tikişlər
vurulur, ovuc hissəsinə isə at tükü və ya penopoliuretanla doldurulmuş diyircək
qoyulur ki, barmaqlara zədə yetirilməsin. Alət əlcəklərinin çəkisi 150 qram olur.
Ölçülərindən asılı olaraq onları üç nömrədə tikirlər.
24
Şəkil 1.11. Boks əlcəkləri
Məşq və döyüş əlcəklərini yumşaq, yüksək keyfiyyətli hamar dərilərdən,
məsələn, layka və ya şevretdən tikirlər. Bu növ əlcəklərin içərisini qalın burma at
tükü ilə doldururlar. İçəri tərəfdən əlcəklər yumşaq bağlarla bağlanır.
Boks əlcəklərinin çəkisi yarış qaydalarına uyğun olaraq ciddi tənzimlənir və
ənənəyə görə unsiya ilə ölçülür. İrimiqyaslı yarışlar üçün döyüş əlcəklərinin çəkisi
227 qram (8 unsiya), digər yarışlar üçün 300 qram (10 unsiya), ağır çəki dərəcələ
idmançıların yarışı üçün isə 360 qram (12 unsiya) olur. Yarış normalarında
göstərilmişdir ki, hər bir cüt boks əlcəyi 5-6 döyüşdə istifadə oluna bilər.
Məşq əlcəkləri döyüş əlcəklərindən öz çəkilərinin ağırlığı ilə fərqlənirlər. Belə
ki, bu növ boks əlcəklərinin çəkisi 12,13 və 14 unsiya və yaxud 360 qramdan 420
qramadək olur.
Boks əlcəkləri üç ölçüdə hazırlanır: 23 (8,5), 24 (9) və 25 (9,5). Mötərizədə
əlcəklərin düymlə ölçüləri göstərilmişdir.
Boksçunun yumruq zərbələrinin məşq etdirilməsi üçün boks kisələrindən,
boks armudlarından, top və pəncələrdən istifadə olunur.
25
Şəkil 1.12. Boks ləvazimatları:
1 – spiral yay üzərində top; 2 - boksçu əlcəyi; 3 – boksçu pəncəsi; 4 – boks armudu
Boks kisələri idmançıların zərbə gücünün məşq etdirilməsi üçün istifadə
olunur. Onun idman zalının tavanından metal qarmaqlar və kəndirlər vasitəsilə
asırlar. Boks kisəsi ümumən üç kisədən ibarət hazırlanır. Daxili ən kiçik kisənin
içərisi çay qumu ilə doldurulur. Kiçik və orta kisələrin arasını süngərli rezin, pam-
bıq və ya yun daranma tullantıları ilə doldururlar. Hər iki kisəni parusin
materialından tikirlər. Boks kisənin üz səthini təşkil edən hissəni təbii sərrac-yəhər
və ya «xüsusi futbol» dəridən tikirlər. Bundan əlavə vinilis dəri və kirzadan da
istifadə edilə bilər. Sonuncu kisə ilə ikinci kisənin arası at tükü ilə doldurulur.
Hazırlanması üçün istifadə edilən materiallardan asılı olaraq usta və kütləvi
boks kisələri vardır. Bu kisələr formaca silindrik və ya konusvari olurlar və
çəkilərinə görə üç nömrədə istehsal olunurlar 1 – 20 kq, 2 – 40 kq və 3 – 60 kq.
|