Şəkil 1.13. Boks kisələrinin müxtəlif növləri
Boks armudları zərbələrin gücünü və dəqiqliyini məşq etdirmək üçün istifadə
olunur. Onların iki növü vardır: doldurulma və pnevmatik.
Doldurulma boks armudları xrom dəridən tikilmiş örtük və onun içərisinə
yerləşdirilmiş qumla doldurulmuş kisədən ibarətdir.
Pnevmatik boks armudu da öz növbəsində xrom örtüklü dəridən tikilir, lakin
onun içərisinə hava ilə doldurulan nippelli rezin kamera yerləşdirilir. O öz
ölçülərinə görə doldurulma boks armudlarından 1,5-2 dəfə kiçikdir. Pnevmatik
boks armudlarının kiçik və böyük növləri vardır. Kiçik boks armudunun
hündürlüyü 270 mm, böyüyünkü isə 290 mm-dir. Doldurulma boks armudlarının
ölçüləri 400 və 500 mm olur.
Boks topu boksçunun reaksiyasını və cəldliyini məşq etdirmək üçündür. Boks
topu 250 mm diametrli dəri örtükdən və daxilində hava ilə doldurulan rezin
kameradan ibarətdir. İki ədəd rezin və dəri qayışların köməyi ilə idman zalının
tavanına və döşəməsinə idmançının boyuna uyğun bərkidilir. Hazırda müasir
konstruksiaylı və dizaynlı boks zərbələrinin məşqi üçün qurğular istehsal olunur.
Bu qurğuların nümunələri şəkil 1.14-də göstərilmişdir.
27
Şəkil 1.14. Müasir boks topu və boks məşqləri üçün qurğu
Boks pəncələri idmançının məşqçi ilə birgə məşqi üçün istifadə olunur. Boks
pəncələri əlcəyin ovuc hissəsinə tikilmiş döşəkçədən ibarətdir. Döşəkçənin
üzərində hədəfi göstərən dairə rənglənmişdir. Məşq prosesində məşqçi həmin
pəncələri əlinə keçirir, boksçu isə ona zərbə endirməyə çalışır. Boks pəncələri həm
sol həm də sağ əl üçün tikilir.
Su idmanı üçün avadanlıq. Su idmanı növlərinə müxtəlif məsafələrə üzmə
və xizək və sörf üzərində yarışlardır. Üzgüçülük su polosu oyunu üçün əsasdır və
həmçinin yelkənli qayıq sürmə, avarçəkmə və su-xizək idmanı ilə məşğul olan
idmançıların hazırlanmasında zəruri elementdir.
Üzgüçülük üçün avadanlıq. Üzgüçülük avadanlıqlarına üzmək üçün lövhə,
papaq, eynək, uşaqlar üçün üfürülmə halqalar aiddirlər.
Üzmək üçün lövhə üzgüçülüyün öyrədilməsi və həmçinin idmançıların
müxtəlif hərəkətləri məşq etməsinə xidmət edir. Lövhələrin hazırlanması üçün
polivinilxlorid penoplast plitələrindən istifadə olunur.
Üzgüçü papağı rəngli rezindən naxışlı və saya hazırlanır. Onlar kəndirli və
kəndirsiz olurlar. Bu cür papaqları 50 ölçüdən 62 ölçüyədək buraxırlar.
Üzmək üçün eynək idmançının gözlərini suyun zərərli təsirlərindən qoruyur.
Eynəyin şüşələrinin arasında hərəkətli qovşaq onların ara məsafəsini artırıb-
azaltmağa imkan verir.
28
Uşaqlar üçün üfürülmə halqalar rəngli rezindən hazırlanır. Daxili diametrləri
175 mm-dən 200 mm-dək olan dörd nömrədə istehsal edilir.
Sualtı idman üçün avadanlıq. Sualtı idman üçün avadanlıqlara maskalar,
üzgəclər (lastı), nəfəs boruları, sualtı ovçuluq üçün silahlar, dərinlikölçənlər, siqnal
kəməri, kukan və saatlar daxildir.
Sualtı üzgüçülük üçün maskalar rəngli rezindən olan gövdədən və oval və ya
fiqurlu formaya malik qoruyucu şüşədən ibarətdir. Maska idmançının gözünü və
burnunu bağlayır. Böyük dərinliklərdə maskanın şüşəsinə 30-40 kq təzyiq təsir
göstərir. Maskanın kənarları idmançının sifətinə kip oturmalıdır. Əlavə möhkəmlik
üçün maskanın şüşəsinin kənarları metal və ya plastik kütlədən olan çərçivə ilə
haşiyələnə bilər.
Üzgəcləri rəngli rezindən və ya polietilendən hazırlayırlar. Konstruksiyasına
görə üzgəclərin birləşmə yeri müəyyən ölçülü ayaqqabı şəklində olur və onların
üzərində müxtəlif ölçülü ayağa bağlanması üçün kəmər bərkidiciləri vardır.
Üzgəcinin forması, daban və barmaq hissəsinin konstruksiyası, uzunluğu və eni ilə
fərqlənən bir neçə modeldə hazırlanırlar. Misal üçün «Akvanavt» üzgəcləri ən
böyük dayaq sahəsinə malikdirlər, «Rusalka» və «Turist» üzgəclərinin əlavə sərtlik
qabırğaları vardır. Üzgəcləri sağ və ya sol ayaq üçün fərqləndirmirlər və üç ölçü
tipində istehsal edirlər: birinci tip 36-38, ikinci tip 39-41 və üçüncü tip 42-44
ayaqqabı ölçüsünə uyğun gəlir.
Uşaqlar üçün üzgəclər daha yumşaq və elastik rezindən və ya polietilendən
hazırlayırlar.
Nəfəs boruları üzgüçüyə uzun müddət suyun səthində başını suya salaraq
qalmağa imkan verir. Borunun aşağı hissəsi birbaşa və ya əyri ağızlıqla bitir.
Boruları alüminiumdan və ya polietilendən hazırlayırlar. Boruların uzunluğu 350
mm-dən 550 mm-dək ola bilər.
Akvalanq – üzgüçünün su altında nəfəs almasını təmin edən cihazdır. Sıxılmış
hava balonundan, havanın təzyiqi normal səviyyədə saxlayan nəfəsalma
qurğusundan (reduktor), nəfəs almaq və nəfəs vermək üçün müştük qutusuna
29
birləşən iki şlanqdan ibarətdir. Balonlar manometrlə və ya sıxılmış havanın
minimal təzyiqini göstərən cihazla təmin olunurlar.
Hidrokostyum – sualtı üzgücünün bədəninin soyumadan qorunması üçündür.
Onları nazik elastik rezindən və ya trikotajdan, neopren və ya poliuretandan
hazırlayırlar. Yeni material olan SCS «Metallit» neopreni titan ərintisindən
alınmış, istiliyi yaxşı əks etdirərək hətta kiçik qalınlıqda (4-5 mm) belə yüksək
istiliksaxlama qabiliyyətinə malik daxili örtüyə malikdirlər. Bundan başqa bu
material elastikliyi, bakteriyalara qarşı müqaviməti, möhkəmliyi və yüksək su
itələmə qabiliyyəti ilə fərqlənirlər. «Quru» və «yaş» hidrokostyumlar vardır.
«Quru» tipli hidrokostyumun başa kip oturmuş şlemli konstruksiyası
üzgüçünün su ilə təmasını heçə endirir. Bu kostyumlarda şalvar və gödəkçə bir-
birlərinə rezin manjetlə kip birləşir. Kostyumların manjetsiz modeli də
hazırlanmışdır. Bu növ kostyumları kürək və ya sinə nayihəsində yerləşmiş
yarıqdan geyilir və «quru» zəncirbəndlə bağlanır. Lateksdən hazırlanmış boyun və
bilək manjetləri suyun kostyumun daxilinə keçməsinə imkan vermir. Kostyumun
üzərindəki şlem açıq və ya eynəkli ola bilər. Gödəkçəyə havanın çıxarılması üçün
boru birləşdirilmişdir. Bu növ kostyumlar soyuq suda daha uzun müddət qalmağa
imkan verir.
«Yaş» kostyumların konstruksiyası suya daxil olarkən suyun kostyumun
daxilinə keçməsinə yol verir. Kostyumun daxilinə keçmiş maye tez bir zamanda
üzgüçünün bədən temperaturunu alır və lazımi mikroiqlim yaradır. Bu tip
kostyumların altından adətən yun və ya porolon alt paltarları geyilir. «Yaş»
kostyumları yay mövsümündə sualtı ovçuluqda daha geniş istifadə edilir.
Sualtı ovçuluq üçün silahlar qundaqdan, istiqamətverici borudan, tətik
mexanizmindən ibarətdir. Tətik mexanizmində adətən rezin jqut və ya sıxılmış
havadan istifadə olunur. Bu növ silahların güllələri ucu iti və ya üç iti ucluğu olan
harpun (nizə) şəklindədir. Pnevmatik silah üçün havanı qabaqcadan müəyyən
təzyiqə qədər doldurmaq üçün nasos lazımdır.
30
Pnevmatik silah daha güclü olmaqla harpunun daha uzaq məsafəyə uçması və
nişanalmanın dəqiqliyi ilə fərqlənir. Onlar daha mürəkkəb konstruksiyaya
malikdirlər və daha çox qulluq tələb edirlər.
Dərinlikölçən – bu hər iki tərəfindən lehimlənmiş şəffaf boru şəklində
pnevmatik cihazdır. Suyun dərinliyinə endikcə su havanı daha çox sıxaraq 1
metrdən 70 metrədək dərəcələnmiş boruya dolur. Boruda suyun həddi dərinliyin
ölçüsünə bərabərdir.
Kukan ortasında deşiyi olan metal mildir. Şnur vasitəsilə üzgüçünün kəmərinə
bağlanır. Kukanın üzərinə tutulmuş balıqlar taxılır.
Sualtı üzgüçülər üçün kompas və saat suyun gövdənin içərisinə daxil
olmasının qarşısını alan gücləndirilmiş hidroizolyasiyaya malikdirlər. Onların
əqrəbləri və siferblatları işıqlanır.
1.4. Qış idman növləri üçün avadanlıq
Qış idman növləri üçün avadanlıqlara xizəklər, sürüşmə lövhələri, sörflər,
konkilər və roliklər daxildir. Xizəklər həm qar üzərində həm də su üzərində
yarışlar üçün istifadə oluna bilərlər.
Xizəklər və qar üzərində yarışlar üçün avadanlıq. Xizək idmanı üçün
ləvazimatlara xizək, xizək ağacları, xizək bərkidiciləri, eynəklər və digər əşyalar
daxildir. Su xizək idmanı üzrə ləvazimatlara ayrıca baxılır.
Xizəklər bir qayda olaraq möhkəm, yüngül, yüksək əyilgənliyə malik və
həmçinin aşağı sürtünmə əmsallı ağac oduncağından hazırlanır. Xizəklərin
hazırlanması üçün ən yaxşı ağac oduncağı növləri göyrüş, tozağacı, ağcaqayın,
vələs, qarağac və s.-dir. Ağac xizəkləri ilə yanaşı satışa ağacplastik və metalplastik
xizəklər daxil olur.
Xizək sürüşkən alt və üst hissədən, yük meydançasından, burun və daban
hissələrdən ibarətdir.
31
Şəkil 1.15. Xizəklər:
1 – burun; 2 – yük meydançası; 3 - daban
Xizəyin yuxarı hissəsi möhkəmliyin artırılması məqsədi ilə yük
meydançasından burun və daban istiqamətinə əyilmə ilə hazırlanmışdır. Ayağın
altına qarın yığışmaması üçün yük meydançasına rezin araqatı yapışdırılır. Yan
tərəfə sürüşmənin qarşısının alınması üçün xizəyin alt səthi boyu novalça şəklində
şırım açılmışdır. Xizəkçinin çəkisi altında xizəyin aşağı istiqamətdə əyilməsinin
qarşısın almaq məqsədi ilə xizək elə əyri düzəldilir ki, orta hissə, yük meydançası
yerləşən hissə hündürdə qalsın. Bu zaman yük meydançası olan hissə elə bil ki,
burun və daban hissə ilə yay şəklində birləşir. Bu əyilmə elə hesablanmışdır ki,
idmançının çəkisinin təzyiqi nəticəsində xizək tam düz şəklə düşsün.
Sənaye tərəfindən yapışdırılmış və bütöv xizəklər buraxılır. Yüksək
keyfiyyətli xizəkləri bir neçə ağac növündən olan layların bir-birlərinə
yapışdırlması ilə hazırlanır. Xizəyin alt hissəsindəki layı möhkəm və «sürüşkən»
ağac növündən (tozağacı), orta hissəni yüngül ağac növlərindən (ağcaqovaq, şam
ağacı), yuxarı hissə yüksək möhkəmliyə malik gözəl teksturalı ağac növlərindən
(fıstıq, göyrüş və s.) hazırlanır. Xizəklərin rütubətdən qorunması üçün onların hər
tərəfini yaxşı qətranlayırlar. Onların üzərinə suyadavamlı lak və emal çəkilir.
Xarici görkəminin bəzəndirilməsi üçün bir neçə rəngdən ibarət basmanaxış və
şəkilköçürmədən istifadə edirlər.
Təyinatından asılı olaraq xizəklər uşaq, meşəçilik (ovçuluq), turist, idman-
qaçış, yarış, dağ və tullanma üçün növlərə bölünürlər.
Məktəb və aşağı məktəbli yaşlı uşaqlar üçün xizəklər daha sadə
möhkəmləndirilmiş konstruksiyaya malikdirlər. Onları ikilaylı və çoxlaylı istehsal
edirlər. Uşaq xizəkləri kiçik uzunluğu (1050-1500 mm) və ucuz qiyməti ilə
xarakterizə olunurlar.
32
Meşəçilik (ovçuluq) xizəkləri dərin və yumşaq qar üzərində yerimək üçün
nəzərdə tutulmuşdur. Daha asan hərəkət etmək üçün onları qısa (1000 mm-dək),
yük meydançasını isə yuxarıya doğru daha çox əyilmiş burun hissəyə yaxın edirlər.
Xizək yumşaq qarın içərisinə batmaması üçün onları daha enli hazırlayırlar. Burun
hissədə (xizəyin ən enli hissəsində) en 115 mm-ə çatır. Meşəçilik xizəkləri bütöv
və ya iki qat yapışdırlmış hazırlanır. Meşəçilik xizəklərinin uzunluğu 1800 və 1900
mm olur.
Turist xizəkləri həm yumşaq qar üzərində və həmdə bərk qar üzərində çətin
keçilən yerlərdə hərəkət üçün nəzərdə tutulur. Bu növ xizəklərin yük meydançası
dabana daha yaxın yerləşir və burun hissənin eni 90 mm olur. Onları bir neçə ağac
növünün yapışdırılması ilə hazırlayırlar.
Sürüşkən səth üçün möhkəm ağac növləri olan göyrüş, tozağacı, ağcaqayın və
ya plastik kütlədən istifadə olunur. Çəkisinin azaldılması üçün orta qat yüngül ağac
növlərindən (cökə, ağcaqovaq, iynəyarpaqlı ağac növləri) və həmçinin
penoplastdan hazırlanır. Burun və daban hissələrinin yuxarı səthləri yüksək
möhkəmliyə malik ağac növlərindən (vələs, palıd, göyrüş, fıstıq, tozağacı,
ağcaqayın) daha tez-tez zərbələrə tuş gələn yan kantlar üçün isə xüsusi ilə
möhkəm ağac növlərindən (qoz, vələs, ağcaqayın) və plastik kütlədən istifadə
olunur. Turist xizəklərini 1800 mm-dən 2200 mm-dək olmaqla beş ölçüdə
buraxırlar. Turist xizəyinin çəkisi 3 kq-a çatır.
İdman-qaçış xizəkləri düz və nisbətən hamar yollarda sürətli qaçış üçün
nəzərdə tutulmuşdur. Bu növ xizəklərin burun hissəsi daha uzun və əyilgən, arxa
daban hissəsi isə daha qısa olur ki, bu da kəskin dönməni asanlaşdırır. Bu növ
xizəklər turist xizəklərindən eninə (55 mm-dən çox olmur) və çəkisi ilə (1600
qram) fərqlənir.
İdman-qaçış xizəklərinin sürüşkən alt hissəsi ağac və ağacplastik ola bilər.
Ayrı-ayrı növ xizəkləri tam plastik kütlədən hazırlayırlar. Qeyd etmək lazımdır ki,
ağac materialından hazırlanmış xizək daha yaxşı yağlanır, həm şaxtalı havada və
həm də yumşaq qar üzərində yaxşı sürüşür. Onların üzərinə istənilən çək-
məbərkitmə qurğuları asanlıqla bərkidilir. Ağac materialından hazırlanmış
33
xizəklərin çatışmayan cəhəti onların ağac oduncağı deformasiyaya uğradan
rütubətə davamlılığının az olmasıdır. Nəm çəkmiş xizəyin daxilində sellülozanı və
hüceyrələri məhv edən müxtəlif göbələk əmələ gətirən xəstəliklər asanlıqla yaranır
və buna görə də onları istifadə etdikdən sonra yaxşı qurutmaq lazım gəlir.
Ağacplastik xizəklər yüngül, elastik və ağacdan daha möhkəmdirlər. Rütubət
onlara təsir göstərə bilmir. Bu cür xizəklərin səthinin qətranlanmasına ehtiyac
yoxdur. Bu növ xizəklər həm quru və həm də yumşaq qar üzərində yaxşı sürüşür.
Ağacplastik xizəkləri təkcə yaxşı sürüşmək üçün deyil həm də effektli təkan
vermə üçün yağlayırlar. Ağacplastikdən hazırlanmış xizəklərin əyilmə bucağı elə
hesablanmışdır ki, yük meydançasının altındakı sürüşən səth ancaq idmançının öz
bədən ağırlığını bir xizək üzərinə salarkən təkan zamanı qarla təmasda olur. Bu
imkan verir ki, «saxlanan» sürtkü materialını ancaq yük meydançasının alt
hissəsinə çəksinlər; xizəyin qalan hissəsini hətta sulu qar üzərində də yaxşı
sürüşməni təmin edən parafinlə yağlayırlar.
İdman-qaçış xizəklərinin çeşidi böyük rəngarəngliyi ilə fərqlənir. Buraya uşaq
xizəklərinin 700-1500 mm uzunluqda 7 nömrəsi, 1600-1700 mm uzunluqda 2
nömrədə yeniyetmə xizəkləri, 1800-2200 mm uzunluqda 5 nömrədə böyüklər üçün
xizəklər daxildir. İstehsal ysuluna görə iki, üç və daha çox qatdan yapışdırılma
idman-qaçış xizəkləri vardır. Xizəklərin üzərinə rəngarən emalla naxışlar və
şəkillər vurulur.
Yarış xizəkləri qabaqcadan hazırlanmış bərk qar üzərində sürüşmək üçün
nəzərdə tutulmuşdur. Onlar ən dar (47 mm) və ən yüngül (1300 qramadək)
xizəklərdir. Xizəklərin hazırlanması üçün məsaməli sellülozadan və karbonlu
plastikdən istifadə edilməsi onun çəkisi 1000 qramadək azaltmağa imkan
vermişdir.
Yumşaq qar üzərində sürüşmək üçün sürüşkən səthi qikori (qoz ağacının bir
növü) ağacı materialından hazırlanmış yarış xizəklərindən istifadə edilir. Sərt və
sulu qar üzərində sürüşmək üçün xizəklər vərəqə şüşəplastik və ya polietilen
materialdan hazırlanmış sürüşmə səthinə malikdir. Plastik yarış xizəklərinin
konstruksiyası ağac materialından hazırlanmış xizəklərdən prinsipial olaraq
34
fərqlənir. Onların ən enli hissəsi (47 mm) yük meydançasının aşağı hissəsində
yerləşir. Burun və daban hissəyə doğru onlar daralırlar. Xizəklərin orta hissəsi daha
sərtdir və ancaq təkan zamanı «işə düşür». Uzunluğu 1900 mm-dən 2150 mm-dək
olan 6 nömrədə yarış xizəkləri buraxılır.
Dağ xizəkləri slalom, böyük slalom və dağdan sürətlə enmək üçün istifadə
olunur.
Slalom – bu dağdan «qapılarla» qeyd edilmiş xüsusi dolamalı yolla sürətlə
enmədən ibarətdir. Slalomda hündürlük fərqi 150 metr, sürət 40 km/saat olur.
Böyük slalomda hündürlük fərqi 500 metr, idmançının sürəti 65 km/saat olur.
Sürətli eniş – bu qeyd edilmiş yolla sürətli enişdir. Burada hündürlük fərqi
1000 metr, idmançının sürəti 100 km/saatdır.
Bü cür yüksək sürətlərdə manverlər zamanı xizəyin üzərinə yüksək dinamik
təzyiqlər təsir göstərir və buna görə də slalom xizəklərinin istehsalı üçün möhkəm
ağac növü olan qikoridən, alüminiumdan, titandan, şüşəplastikdən istifadə edirlər.
Dağ xizəyinin ümumi görünüşü şəkil 1.16-da, ağac özəkli «VOLKL» şirkətinin
istehsal etdiyi digər modelin konstruksiyası isə şəkil 1.17-də verilmişdir.
Şəkil 1.16. «VOLKL» şirkətinin dağ xizəyinin ümumi görünüşü
35
Şəkil 1.17. Ağac özəkli dağ xizəyinin konstruksiya quruluşu:
1 – sürüşkən səth; 2 – titan lövhə; 3 – ağac özək; 4 – şüşəplastik qat;
5 – elastomer; 6 – qəliblənmiş titan qapaq; 7 – yuxarı dekorativ qapaq;
8 – inteqrə edilmiş rels; 9 – kant; 10 –yan divar.
Slalom üçün xizəklər böyük çəkisi, sərtliyi və möhkəmliyi ilə fərqlənir.
Xizəklərin yanları metal kantlarla haşiyələnir ki, onlarda sürüşkən səthə
malikdirlər. Xizəklərin burun və daban hissələrini möhkəmlik üçün polad və ya
titan lövhələrlə kantlayırlar, sürüşən hissəsinə isə polietilen çəkirlər.
Dağ xizəklərini idmançının boyunun və xizəyin uzunluğunun nisbətinə görə
üç tipə bölürlər: «kompakt», «midi» və ənənəvi. «Kompakt» xizəyinin uzunluğu
təxminən idmançının boyuna bərabərləşdirilir, «midi» xizəkləri 10 sm, ənənəvi
xizəklər isə idmançının boyundan 25 sm böyükdür. «Kompakt» xizəkləri ənənəvi
xizəklərdən enli, «midi» xizəkləri isə ənənəvi xizəklərdən burun və daban
hissələrinin daha az sərt olması ilə fərqlənirlər.
Dağdan sürətli eniş üçün xizəklər slalom xizəklərindən burun və daban
hissəsinin enli olması ilə fərqlənirlər.
Dağ xizəklərini uşaq, yeniyetmə və böyüklər üçün hazırlayırlar. Onların
uzunluğu 800-2150 mm-dir.
Tullanış xizəkləri tramplindən tullanmaq üçün nəzərdə tutulmuşdur. Onlar
nəinki yaxşı sürüşməli və həm də havada qaldırıcı qüvvəyə malik olmalıdır. Buna
görə də tullanış xizəkləri ən böyük sürüşmə səthinə malikdirlər. Onların uzunluğu
2550 mm-ə çatır, eni 86 mm-dir. İki xizəkdən ibarət «qanadın» ümumi səthi 0,4 m
2
çatır, çəkisi 12,5 kq-dır.
36
Tullanış xizəkləri ilə yerə enərkən böyük zərbə təzyiqinə məruz qaldıqları
üçün onlar da dağ xizəkləri kimi metal və plastikdən hazırlanır. Burun və daban
hissələri metal sıxaclarla bərkidilir. Xizəklərin sürüşkən səthini vərəqə polietilenlə
örtürlər, yuxarı hissəsi isə rəngli selluloidlə örtülür. Böyüklər üçün xizəklərin
sürüşkən hissəsində altı, yeniyetmələr üçün 5, uşaqlar üçün dağ xizəklərində isə 3
novalça şırım vardır. Xizəklərin uzunluğu: uşaqlar üçün – 2000-2200 mm,
yeniyetmələr üçün – 2400 mm-dən çox, böyüklər üçün 2450-2550 mm-dir.
Xizəkrollerlər idmançıların yay, yaz və payız aylarında məşq etmələri üçün
lazımdır. Onların aşağı hissələri təkərli olur, əyləc qurğusu vardır.
Xizəkrollerlər xizək sürmə gedişləri texnikasının tez öyrənilməsi və
möhkəmləndirilməsinə şərait yaradır, yay mövsümündə idmançının əzələ
qüvvəsinin lazımi səviyyədə saxlanılmasına və dözümlülüyünün artırılmasına
kömək edir. Təyinatın asılı olaraq ticarətə müxtəlif ölçülü xizəkrollerlər daxil olur.
Xizək bərkidiciləri öz təyinatına görə keçə və məktəbli ayaqqabısı üçün
yumşaq, uzunboğaz çəkmə və köbəli çəkmə üçün yarımyumşaq, xüsusi köbəli dəri
altlıqlı xizək çəkmələri və qəliblənmiş altlıqlı köbəsiz çəkmələr üçün sərt növlərə
bölünürlər. Yumşaq bərkidicilər burun və daban kəmərlərindən, iplərdən və
lövhələrdən ibarət dəstdən ibarətdir.
Yarımsərt bərkidicilərdə əlavə olaraq ayaqqabının yan tərəfə sürüşməsinin
qarşısını alan metal pərçim, ayaqqabının bir yerdə qalmasını təmin edən pəncə və
daban qayışları vardır.
Sərt bərkidicilər daha geniş yayılmışdır. Onlar istifadədə sadə, az çəkili və
kifayət qədər təhlükəsizdirlər. Sərt bərkidicilərin istifadəsində məcburi şərt
ayaqqabının pəncə hissəsində kifayət qədər geniş köbənin olmasıdır.
Köbəsiz qəliblənmiş və altlığının eni 75 mm olan xizək ayaqqabısı üçün
«Sport-75» xizək bərkidiciləri istehsal olunur. Bu növ bərkidicilər bütün ölçülərdə
ayaqqabılara uyğun gəlirlər.
Dağ xizəkçiləri daha mürəkkəb quruluşlu bərkidicilərdən istifadə edirlər. Şəkil
1.18-də dağ xizəkləri üçün «Motion» bərkidicisinin konstruksiyası göstərilmişdir.
37
Şəkil 1.18. Dağ xizəkləri üçün bərkidici
Şəkildə rels üzərində hərəkət edə bilən və xizəyin gövdəsinə birləşdirilmiş
bərkidicinin başlıq və daban hissələrini görürük. Bu bərkidicilər istənilən ölçüdə
ayaqqabıya uyğun gəlir və xizək sürən yıxılarkən onun ayaqlarını avtomatik olaraq
azad edir. Dağ və tullanış xizəklərinin bərkidicilərini xüsusi ilə etibarlı
materiallardan hazırlayırlar.
Yıxılarkən bərkidicidən açılan xizəklərin üzü aşağı sürüşməməsi üçün
bərkidiciləri onlar açılarkən işə düşən «stopper» qurğusu ilə təmin edirlər.
Xizək çubuqları bambuk, düraliminium, polad və ya polad ucluqlu şüşəplastik
mildən, plastik kütlədən halqaya, plastik kütlədən və ya rezindən dəstəkdən və təbii
dəridən və ya pambıq parça lentdən əl üçün qaytandan ibarətdir. Uşaq, turist və
idman-qaçış xizəkləri üçün çubuqlar 1000-1500 mm uzunluqda altı nömrədə
buraxılırlar.
Yarış və dağ xizəkləri üçün çubuqlar kütləsinin az olması, yüksək davamlılığı,
daha yaxşı aerodinamik və erqonomik xassələri ilə fərqlənirlər. Çəkinin
azaldılması üçün düraliminium milləri halqalırının diametrini kiçiltməklə konus
şəklində hazırlayırlar. Plastik çubuqların konstruksiyasında qrafit liflərindən isti-
fadə edirlər. Bu onların hər birinin çəkisini 75 qram azaltmağa imkan verir.
Sürətli eniş üçün xizəklərin çubuqlarını bədən quruluşuna görə əyri
hazırlayırlar, yarış xizəklərinin çubuqlarında isə halqa əvəzinə «pəncə» qoyurlar.
Bu cür çubuqların dəstək hissəsi çox zaman milin içərisinə quraşdırılmış yaylı
ammortizatorla təmin edilir. Bu əllərin yorğunluğunu xeyli azaldır. Dəstəkdən
rahat yapışmaq üçün hər bir barmaq üçün girintilər qoyulur, dayaq platforması və
uzunluğu tənzimlənən qaytan quraşdırılır. Çubuğun uc hissəsindəki iti buzqıran
ucluğu frezlərlə və kürə formalı əymə ucluqla əvəz olunmuşlar ki, onlar da buzu
yaxşı yarmaqla yanaşı həm də daha təhlükəsizdirlər.
38
Dağ xizəkləri üçün çubuqlar beş ölçüdə 1200 mm-dən 1400 mm-dək, yarış
xizəkləri üçün isə yeddi ölçüdə 1200 mm-dən 1500 mm-dək uzunluqda
buraxılırlar.
Eynək dağ-xizək idmanı üçün zəruri ləvazimatdır. Eynək idmançının gözlərini
küləkdən, qar tozundan və ultrabənövşəyi şüaların təsirindən qoruyur.
Eynək gözü müdafiə etməli və eyni zamanda yaxşı havalanmalıdır ki, işıq
süzgəcləri tərləməsin. Onlar ultrabənövşəyi şüaları udmalı və eyni zamanda tutqun
havada görməni məhdudlaşdırmamalıdırlar. Onlar təhlükəsiz, cızıqlara davamlı və
yaxşı görünmə sahəsinə malik olmalıdırlar.
Müasir eynəklər qarın içəriyə daxil olmasının qarşısını alan üzəri məsaməli
materialla örtülmüş havalandırma deşikləri olan ikiqat işıq süzgəclərinə
malikdirlər. Süzgəclərin arasındakı sahə istilik izoləsi yaradır ki, bunun sayəsində
içəri tərəfdəki süzgəc soyumur və nəticədə tərləmir. Bundan başqa içəri tərəfdəki
süzgəcin üzərinə rütubəti udan (adsorbsiya edən) kimyəvi məhlul çəkilir. Buna
görə də eynəyin daxili hissəsinə düşmüş su damcılarını silmək olmur. Onları
sadəcə yaxşı qurutmaq lazımdır.
Dostları ilə paylaş: |