Ə Ə İ a I mallar



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
tarix06.02.2017
ölçüsü0,51 Mb.
#7636

112

2016/3 (22)

Ə Ə İ

A  İ MALLAR

UOT: 617.735-053.32-089

Əkbərova A.T., Mədətli Ş.C.

VAXTiNDAN ƏVVƏL DOĞULMUŞLARiN RETİNOPATİYASiNiN 

MüALİCƏSİ: ANTİ-VEGF TERAPİYA VƏ YA LAZER KOAQULYASİYA 

(ƏDƏBİYYAT İCMALi)



Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Açar sözlər: vaxtından əvvəl doğulmuşların retinopatiyası, lazer koaqulyasiya, anti-VEGF

Vaxtından əvvəl doğulmuşların retinopatiyası (VDR)-Retinopathy of prematurity (ROP), uşaqlıq çağının əsas 

korluq səbəblərindən biri olub, bətndaxili inkişaf dövründəki normal retinal vaskulyarizasiyanın vaxtından qabaq 

doğuş ilə pozulması nəticəsində baş verən, retinanın fibrovaskulyar xəstəliyidir. Xəstəliyin patogenezinin əsasında 

oksigen,  vaskulyar  endotelial  böyümə  faktoru  (vaso  endotelial  growth  faktor  - VEGF)  və  retinadakı  işemiyaya 

cavab  olan  anormal  neovaskulyarizasiya  əsas  rol  oynayır.  Xəstəlik  5  mərhələdə  inkişaf  edir,  1,2  bəzən  də  3-cü 

mərhələdə reqressiya edə bilir. Əgər reqresiya etməzsə müalicə - periferik işemik zonaların lazer koaqulyasiyası və 

ya anti-VEGF faktorlar tətbiq olunur, ehtiyac olarsa vitreoretinal cərrahi əməliyyatlar aparılır. Son illərdə VDR-in 

müalicəsində həmçinin İGF-1 və ω3-yağ turşularının sistemik istifadəsi ilə bağlı araşdırmalar aparılır [1, 2, 3, 4, 5].

VDR-in lazer müalicəsinə göstərişlər xəstəliyin mərhələsindən və lokalizasiyasından asılı olaraq və ETROP 

(Early Treatment for Retinopathy of Prematurity) araşdırmasının nəticələrinə əsaslanaraq aparılır və bu müalicə 

üsulu VDR-in müalicəsində qızıl standart hesab olunur [6].

Son dövrlərdə anti-VEGF agentlərin intravitreal inyeksiyasının VDR-in müalicəsində istifadə olunması çox 

geniş  şəkildə  yayılmışdır  və  ümidverici  nəticələr  alınmaqdadır.  VEGF-in  normal  damar  inkişafında  və  VDR 

kimi  digər  işemik  retinal  damar  xəstəliklərinin  patogenezində  həyati  rolu  vardır. VEGF  -  apoptozu  inhibasiya 

edən, vaskulyar endotelial hüceyrələr üçün mitogen rol oynayan faktordur [7, 8, 9]. Aparılan toxuma kulturası 

araşdırmalarında  göstərilir  ki,  VEGF  ganglion  hüceyrələri,  Müller  hüceyrələri,  astrositlər  və  retina  piqment 

hüceyrələrində ifraz olunur [10, 11, 12]. Bildiyimiz kimi VEGF, bətndaxili inkişaf dövründə, uşaqlıq daxilindəki 

fizioloji hipoksiyaya cavab olaraq dölün retinasından ifraz olunur və retinanın normal vaskulyarizasiya prosesini 

tənzimləyir.  Vaxtından  əvvəl  doğulmuş  uşaqlar  reanimasiyaya  daxil  olduqda,  müəyyən  müddət  hiperoksiya 

şəraitində qalır. Beləliklə VEGF-ə bağlı vaskulyar böyümə dayanır, vaskulyar endotelial hüceyrələrin apoptozu, 

retinal damarların obliterasiyası və retinal işemiyaya gətirib çıxaran proseslərə səbəb olur və VDR-in 1-ci fazası 

başlayır. Bu fazada ekzogen VEGF və ya plasental growth faktor tətbiqi ilə retinal damarların obliterasiyasının 

qarşısını  almaq  olar.  VDR-in  2-ci  fazasında  retinal  işemiyaya  cavab  olaraq  həddən  artıq  VEGF  ifraz  olunur 

və  retinal  neovaskulyarizasiya  ilə  nəticələnir.  Beləliklə  damarlar  retina  səviyyəsindən  vitreusa  doğru  qalxaraq 

hiperploriferativ proseslərə səbəb olurlar. Bu damarlar və onlarla birlikdə qlial hüceyrələr kontraksiyalar yaradaraq 

retina piqment epitelindən retinanı ayıraraq tor qişa qopmasına səbəb ola bilirlər [13].

Oftalmoloji praktikada VDR müalicəsində anti-VEGF vasitə olaraq bevacizumab və ranibizumab işlədilməkdədir. 

Bevacizumab (Avastin, Genentech inc., San Fracisco, CA) klinikada ilk dəfə istifadə olunan antiangiogen faktordur 

və 140 kDa molekul ağırlığında olub, VEGF-A-nın bütün izoformlarına birləşərək vaskulogenezi inhibisiya edə 

bilir.  Metastatik  bağırsaq  xərçəngində  istifadə  olunan  bu  dərman  oftalmologiyada  “off-label”  olaraq  istifadə 

olunur. Ranibizumab (Lucentis, Genentech inc., San Francisco, CA) 48 kDa molekul ağırlığında olub VEGF-A-nın 

bütün izoformlarına birləşərək inhibisiya edə bilir. Oftalmologiyada ranibizumab neovaskulyar yaşa bağlı makula 

ödemində (YBMD), diyabetik makula ödemi ve retinal venoz tromboz müalicəsində FDA təstiqi ilə istifadə olunur 

[14,  15].  Digər  tərəfdən American Academy  of  Pediatrics  və American Academy  of  Pediatric  Ophthalmology 

and Strabismus, ROP (Retinopathy of prematurity) skrininq və müalicəsi ilə bağlı yayımladığı metodik vəsaitdə 

ROP müalicəsi üçün, xüsusilə də 1-ci zonada ROP üçün , valideynlərdən yazılı və şifahi olaraq razılıq alınaraq 

intravitreal anti-VEGF müalicənin aparıla biləcəyini bildirmişdir [16]. 

İntravitreal olaraq istifadə olunan bu dərmanların bir sıra sistemik və yerli əlavə təsirləri mövcuddur. Sistemik 

təsirlərdən - qan təzyiqinin dəyişməsi, miokard infarktı, tromboemboliya, dəri reaksiyası, nefropatiya, yerli yan 

təsirlərdən - endoftalmit, GDT artması, retina piqment epiteli yırtığı, subkonyunktival qanama, katarakta halları 

bildirilmişdir.  Bu  əlavə  təsirlər  daha  çox  yetkin  insanlarda  bildirilmiş,  pediatrik  qrupda  isə  bu  barədə  kifayət 



113

2016/3 (22)

Ə Ə İ

A  İ MALLAR

qədər məlumat verilməmişdir [17, 18, 19]. Təəssüf ki, VDR müalicəsində bu preparatların sistemik əlavə təsirləri 

barəsində heç bir elmi araşdırmada müzakirə olmamışdır.

Ədəbiyyatda  VDR-in  müalicəsində  anti-VEGF  preparatların  monoterapiya  və  ya  lazer  koaqulyasiya  ilə 

kombinə  müalicəsinin  çox  yaxşı  anatomik  nəticələr  verdiyi  barədə  məlumatlar  vardır  [20,  21,  22,  23,  24].  Bu 

flüressent angioqrafiyanın vasitəsi ilə aparılan araşdırmalarda sübut olunmuş və lazer müalicəsi ilə müqayisədə 

periferik retinanın və makulanın inkişafında daha yaxşı rolu təstiq olunmuşdur. Xüsusilə 1-ci zonada VDR zamanı 

lazer koaqulyasiyadan sonrakı kistoid makulyar ödem , anti-VEGF terapiyadan sonra rast gəlinmir və destruksiya 

olunmuş retina sahəsi olmur. 

Bu  barədə  nəticələri  yayımlanan  ilk  araşdırma  Bevacizumab  Eliminates  the Angiogenic  Threat  of  ROP 

(BEAT-ROP) araşdırmasıdır və digər aparılan çalışmalara görə daha çox xəstəni əhatə edən (150 körpə) və 

uzun müşahidə müddəti olan (5 il) bir araşdırmadır. Bu araşdırmada 150 xəstənin 300 gözü araşdırılmışdır. 

1-ci və ya posterior ikinci zonada 3-cü dərəcə VDR (plus xəstəliklə bərabər) olan hallarda, xəstələrin yarısına 

LK (lazer koaqulyasiya), yarısına 0.625 mg bevacizumab monoterapiyasının nəticələri müqayisə olunmuşdur. 

Postmenstrual  54-cü  həftədə  143  uşağa  baxış  keçirilmiş,  54-cü  həftədən  əvvəl  ölmüş  7  uşağın  nəticələri 

araşdırmaya daxil edilməmişdir. VDR bevacizumab qrupunda 4 uşaqda (140 gözdən 6-sı [4%]), lazer qrupunda 

19  uşaqda  (146  gözdən  32-si  [22%]  residiv  vermişdir.  Nəticələrin  statistik  analizində  birinci  zona  VDR  –

də bevacizumab inyeksiyası, LK-ya nisbətən üstünlük təşkil etsə də(p=0.003), ikinci zona VDR-də statistik 

əhəmiyyətli fərq təşkil etməmişdir (p=0.27) [25].

Okeeffe N., Murphy J. və digərlərinin apardıqları araşdırmada 15 xəstənin 30 gözündə bevacizumab inyeksiyası 

ilə diod lazer koaqulyasiyasının effekti müqayisə olunmuşdur. Xəstələr 5 il ərzində müşahidə altında olmuşlar. 

Bütün ağırlaşmalar, reqressiya və ya reaktivasiya, sistemik əks təsirlər, vizual nəticələr, refraktiv pozğunluqlar 

qeyd olunmuşdur. Bevacizumab inyeksiyası aparılan gözlərdə sürətli reqressiya, 48 saat içərisində plus xəstəliyin 

geriləməsi,  “ridge”nin  yastılaşması  müşahidə  olunub.  Bevacizumab  inyeksiyası  aparılan  gözlərin  3-ündə 

reaktivasiya başlayaraq o gözlərə əlavə diod lazer koaqulyasiya aparılmış, 1 gözə təkrar Bevacizumab inyeksiyası 

aparılmışdır. 5 il ərzində müşahidədən sonra belə nəticəyə gəlmişlər ki, hər iki qrupda müalicə effektli olmuş, lakin 

daha az miopiya Bevacizumab qrupunda rast gəlinmişdir [26].

Larranaga-Fragoso  P.,  Peralta  J.  və  digərlərinin  İspaniyada  La  Paz  Universitet  xəstəxanasında  2013-

cü  ilin  noyabr  ayından,  2015-ci  ilin  yanvar  ayına  qədər  Tip  1  ROP-u  olan  14  xəstəyə  (28  göz)  intravitreal 

bevacizumab  inyeksiyası  aparib,  nəticələrə  baxmışlar.  Nəticələr  VDR-in  reaktivasiya  etməsi,  təkrar  müalicəyə 

ehtiyac, vaskulyarizasiyanın tamamlanıb tamamlanmaması, tamamlanma vaxtında orta yaş və refraksiyaya görə 

qiymətləndirilmişdir. İntravitreal bevacizumab inyeksiyasından 1 həftə sonra 14 gözdə (50%) VDR reqressiyası 

rast  gəlinib,  22  gözdə  müşahidə  vaxtı  vaskulyarizasiyanın  tamamlanması  izlənib  (orta  vaxt  134  ±  21.45  gün). 

Axrıncı  müayinədə  orta  sferik  ekvivalent  1.99  D  olub. Araşdırmanın  nəticəsi  olaraq  tip  1  ROP-da  intravitreal 

bevacizumab monoterapiyası effektli müalicə üsulu hesab olunub [27].

Gunay M, Sukgen EA və digərlərinin Türkiyədə 134 körpədə (264 göz), intravitreal bevacizumab inyeksiyası, 

intravitreal ranibizumab inyeksiyası və periferik lazer koaqulyasiyanın nəticələrini yayımlamışlar. Bu araşdırmada 

55  uşaq  (41.1%)  bevacizumab  qrupunda,  22  uşaq  (16.4%)  ranibizumab  qrupunda  və  57  uşaq  (42.5%)  lazer 

qrupunda olub. Bevacizumab qrupunda uşaqların 3-ü (5.5%) və ranibizumab qrupunda 11- də (50%) 1-ci və 2-ci 

mərhələ VDR-in reqressiyası rast gəlinib (p < 0.001).Bu iki qrupun hər birində 3 uşağa təkrari müalicə tətbiq 

olunub (p = 0.098). Yaş yarımlıq bütün körpələrdə yaxşı anatomik nəticələr alınmışdır (lazer qrupunda bir uşaqdan 

başqa). Qruplar arasında orta sferik ekvivalentdə statistik əhəmiyyətli fərq olmamışdır (p = 0.131). 1-ci zonada 

ROP olan uşaqlarda miopiya, həmçinin yüksək dərəcəli miopiya lazer qrupunda, digər iki qrupa nisbətən çox rast 

gəlinmişdir ( müvafiq olaraq p = 0.040 və p = 0.019). Nəticə olaraq bevacizumab və ranibizumab qrupunda daha 

yaxşı refraktiv nəticələrin alındığı bildirilmişdir [28].

Mueller B., Salchow D.J. və digərləri tərəfindən tip 1 VDR-in müalicəsində lazer koaqulyasiyası və intravitreal 

bevacizumab  inyeksiyası  nəticələri  müqayisə  olunmuşdur.  Araşdırma  54  çox  aşağı  çəkili  uşaqlar  üzərində 

aparılmışdır. (Posterior ROP n=33, periferik 2-ci zona n=21 . Bu uşaqlardan 37 nəfər bevacizumab, 17 nəfər isə 

Lazer koaqulyasiyası müalicəsi almışdır. Araşdırma 2011-2015-ci illəri əhatə etmişdir. Nəticələrə görə posterior 

VDR-də  bevacizumab  müalicəsi  almış  uşaqlarda  aktiv  VDR  12  günə  (9-15gün),  lazer  koaqulyasiyası  olunan 

uşaqlarda isə 57 günə (28-63 gün) reqressiya edib. Periferik 2-ci zonada isə aparılan müalicələr arasında xəstəliyin 

reqressiyasına görə önəmli dərəcədə fərq aşkar olunmamışdır [29].

Joyce J.T. Chan, Carol P.S. Lam və digərləri tərəfindən Hong Kong Quenn Elizabeth Hospitalda 138 uşaqda 

18 aylıq müddətdə araşdırma aparılmışdır. Bu uşaqlar orta hesabla 24 həftəlik, 687,5 q çəkidə olmuşlar. Çoxsaylı 



114

2016/3 (22)

Ə Ə İ

A  İ MALLAR

sistemik  xəstəlikləri  –  nekrotikenterokolit,  sepsis,  bronxopulmonar  displaziya,  patent  ductus  arteriosus  olan, 

qan köçürülmüş və oksigen terapiyası almış uşaqlar araşdırmaya daxil edilmişdir. 9 uşağın 18 gözündə müalicə 

aparılıb, 1 uşağın 2 gözü yalnız ranibizumab inyeksiyası, 5 uşağın 8 gözü lazer terapiyası alıb. Təkrarlanan xəstəliyə 

görə 3 uşağın 6 gözündə ranibizumab inyeksiyasından sonra lazer müalicəsi aparılmışdır; 2 uşağın 2 gözü lazer 

terapiyasından sonra İVR (intravitreal ranibizumab) müalicəsi almışdır. Bir gözdə qalıcı iris damarları, bəbəyin zəif 

dilatasiyası, lazer terapiyasına mane olmuşdur. 1 gözdə isə subretinal maye lazer terapiyasına imkan verməmişdir. 

Bu  tədqiqatın  nəticələrinə  görə  ilkin  ranibizumab  ilə  müalicə  alaraq  reqressiya  edən  VDR-də  təkrarlanma 

izlənmişdir. ranibizumab ilkin müalicədə VDR -in reqresiyasında xüsusi əhəmiyyətlidir. Lazerkoaqulyasiyası isə 

zəif bəbək dilatasiyası və ya optik mühitlərin bulanıqlığında mümkünsüzdür [30].

Wu ve digərlərinin araşdırmasınada 162 pretreshold ROP olan gözlərə anti-VEGF inyeksiyası aparılmış, 14 

gözdə əlavə lazer terapiyası aparılmış və nəticədə 2 % halda retina qopması rast gəlinmişdir [31]. Bu müəlliflər 

başqa bir araşdırmada 3, 4 a, 5-ci mərhələdə olan 49 xəstənin 27 gözünə aparılmış bevacizumab inyeksiyasından 

sonra  3-cü  mərhələ  olan  gözlərin  90  %-ində  bir  doza  ilə  müalicədən  sona  reqressiya  baş  vermişdir.  üçüncü 

mərhələdə olan digər 10 gözdə isə əlavə lazer müalicəsi ilə reqressiya baş vermişdir [32].

Aparılan elmi araşdırmaların nəticələrinə əsaslanaraq demək olar ki, anti-VEGF terapiyası VDR-in müalicəsində 

effektli üsul kimi seçilə bilər. Bu xüsusilə 1-ci zonada VDR olan hallarda lazer koaqulyasiya ilə müqayisədə daha 

effektlidir. APROP (Agressive posterior ROP) hallarında, bəbəyin tam böyüməsi mümkün olmadıqda anti-VEGF 

inyeksiyasi ilkin müalicə üsulu kimi seçilə bilər. Lazer koaqulyasiya proseduru bahalı, xüsusi avadanlıq gərəkdirən, 

endotraxeal intubasiya tələb edən prosedur kimi texniki cəhətdən anti-VEGF terapiyasına nisbətən geridə olan 

prosedur hesab olunur. Elmi mənbələrdən alınan məlumatlara əsasən müalicədən sonra VDR-in reqressiya etmə 

müddəti, refraktiv nəticələr, periferik tor qişanın vəziyyətinə görə, gələcəkdə bu xəstəliyin başlanğıc müalicəsi 

kimi anti-VEGF terapiyanın seçiləcəyi istisna olunmur. 

ƏDƏBİYYAT:

1. 

Катаргина л.А.Современные взгляды на проблему ретинопатии недоношенных // Вестн. офтал-



мол., 2014, №6, т.130, с.23-27.

2. 


Fielder A.R., Quinn G.E. Retinopathy of prematurity / in: Taylor D, Hoyt CS, eds. Pediatric Ophthalmology 

and Strabismus. Philadelphia: Elsevier, 2005, 6th ed., p.506-530.

3. 

Csak  K.,  Szabo  V.,  Szabo A.  et  al.  Pathogenezis  and  genetic  basis  for  retinopathy  of  prematurity  // 



Frontiers Biasci, 2006, v.11, p.908-920.

4. 


Chen J., Smith L.E. Retinopathy of prematurity // Angiogenesis, 2007, v.10, p.133-140.

5. 


Flynn J.T., Chan-Ling T. Retinopathy of prematurity: two distinct mechanism that underlie zone 1 and 

zone 2 disease // Am. J. Ophthalmol., 2006, v.142, p.46-59.

6. 

Early Treatment for Retinopathy of Prematurity Cooperative Group. Revised indications for the treatment 



of retinopathy of prematurity: results of the early treatment for retinopathy of prematurity randomized 

trial // Arch. Ophthalmol., 2003, v.121(12), p.1684–1694.

7. 

Smith  L.E.,  Hard A.L.,  Hellström A.  The  biology  of  retinopathy  of  prematurity:  how  knowledge  of 



pathogenesis guides treatment // Clin. Perinatol., 2013, v.40, p.201-214.

8. 


Smith L.E., Shen W., Perruzzi C. et al. Regulation of vascular endothelial growth factor-dependent tor 

qişal neovascularization by insulin-like growth factor-1 receptor // Nat. Med., 1999, v. 5(12), p.1390-

1395.

9. 


Suk K.K., Dunbar J.A., Lui A. et al. Human recombinant erythropoietin and the incidence of retinopathy 

of prematurity: a multiple regression model // JAAPOS, 2008, v.12, p.233–238.

10.  Aiello L.P., Avery R.L., Arrigg P.G. et al. Vascular endothelial growth factor in ocular fluid of patients 

with diabethic retinopathy and other retinal disorders // N. Engl. J. Med., 1994, v.331, p.1480-1487.

11. 

Aiello L.P., Northrup J.M., Keyt B.A. et al. Hypoxic regulation of vascular endothelial growth factor in 



ocular health and disease // Arch. Ophthalmol.,1995, v.113, p.1538-1544.

12.  Adamis A.P., Shima D.T. The role of vascular endothelial growth factor in retinal cells // Retina, 2005, 

v.25, p.111-118.


115

2016/3 (22)

Ə Ə İ

A  İ MALLAR

13.  Hughes S., Yang H., Chang-Ling T. et al. Vascularisation of human fetal retina: roles of vasculogenesis 

and angiogenesis // invest. Ophthalmol. Vis. Sci., 2004, v.41, p.1217-1228

14.  Bhisitkul R.B. Vascular endothelial growth factor biology: clinical implications for ocular treatments // 

Br. J. Ophthalmol., 2006, v.90, p.1542-1547. 

15.  Karaçorlu M., Karaçorlu S.A., Özdemir H. Yaşa bağlı maküla dejenerasyonu ve Anti-VEGF tedavi. Göz 

Hastalıkları ve Anti-VEGF Tedavi. Baskı. İstanbul: ADARE Yayıncılık: 2010, p.65-129. 

16.  Fierson  W.M.  American  Academy  of  Pediatrics  Section  on  Ophthalmology;  American  Academy 

of  Ophthalmology;  American  Association  for  Pediatric  Ophthalmology  and  Strabismus;  American 

Association  of  Certified  Orthoptists.  Screening  examination  of  premature  infants  for  retinopathy  of 

prematurity // Pediatrics, 2013, v.131(1), p.189 -195. 

17.  Lin R.C., Rosenfeld P.J. Antiangiogenic therapy in neovascular age-related macular degeneration // int. 

Ophthalmol. Clin., 2007, v.47, p.117-137. 

18.  Bakri  S.J.,  Snyder  M.R.,  Reid  J.M.  et  al.  Pharmacokinetics  of  intravitreal  ranibizumab  (Lucentis)  // 

Ophthalmology, 2007, v.114 (12), p.2179 -2182.

19.  Martin D.F., Maguire M.G., Fine S.L. et al. Ranibizumab and bevacizumab for treatment of neovascular 

age-related macular degeneration: two year results // Ophthalmology, 2012, v.119(7), p.1388 -1398. 

20.   Dorta P., Kychenthal A. Treatment of type 1 retinopathy of prematurity with intravitreal bevacizumab 

(Avastin) // Retina, 2010, v.30(4), p.24-31. 

21.  Kim J., Kim S.J., Chang Y.S. et al. Combined intravitreal bevacizumab injection and zone i sparing laser 

photocoagulation in patients with zone i retinopathy of prematurity // Retina, 2014, v.34 (1), p.77-82. 

22.  Henaine-Berra A., Garcia-Aguirre G., Quiroz-Mercado H. et al. Retinal fluorescein angiographic changes 

following intravitreal anti-VEGF therapy // J AAPOS, 2014, v.18(2), p.120-123.

23.  Maldonado  R.S.,  O’Connell  R.,  Ascher  S.B.  et  al.  Spectral-domain  optical  coherence  tomographic 

assessment of severity of cystoid macular edema in retinopathy of prematurity // Arch. Ophthalmol., 

2012, v.130(5), p.569-578. 

24.  Hosseini H., Khalili M.R., Nowroozizadeh S. int- ravitreal injection of bevacizumab (Avastin) for tre- 

atment of stage 3 retinopathy of prematurity in zone i or posterior zone ii // Retina, 2009, v.29(4), p.562-

564.

25.  Mintz-Hittner H.A., Kennedy K.A., Chuang A.Z. BEAT-ROP Cooperative Group. Efficacy of intravit- 



real bevacizumab (avastin) for stage 3+ retinopathy of prematurity // N. Engl. J. Med., 2011, v.364(7), 

p.603-615.

26.  O'Keeffe N., Murphy J., O'Keefe M. et al. Bevacizumab compared with diode laser in stage 3 posterior 

retinopathy of prematurity: A 5 year follow up // ir. Med. J., 2016, v.109(2), p.355.

27.  Larranaga-Fragoso P., Peralta J., Bravo-Ljubetic L. et al. intravitreal Bevacizumab for Zone ii Retinopathy 

of Prematurity // Retina, 2014, v.34 (1), p.77-82. 

28.  Gunay  M.,  Sukgen  E.A.,  Celik  G.  et  al.  Comparison  of  Bevacizumab,  Ranibizumab,  and  Laser 

Photocoagulation in the Treatment of Retinopathy of Prematurity in Turkey // Retina, 2014, v.34 (2), 

p.45-50.

29.  Mueller B., Salchow D.J., Waffenschmidt E. et al. Treatment of type i ROP with intravitreal bevacizumab 

or laser photocoagulation according to retinal zone // Br. J. Ophthalmol., 2006, v.90, p.1542-1547. 

30.  Chan  J.J.,  Lam  C.P.,  Kwok  M.K.  et  al.  Risk  of  recurrence  of  retinopathy  of  prematurity  after  initial 

intravitreal ranibizumab therapy // Sci. Rep., 2016, v.6, p.27082.

31.  Wu W.C.,  Kuo  H.K., Yeh  P.T., Yang  C.M.  et  al. An  updated  study  of  the  use  of  bevacizumab  in  the 

treatment of patients with prethreshold retinopathy of prematurity in Taiwan // Am. J. Ophthalmol., 2013, 

v.155(1), p.150-158.

32.  Wu W.C., Yeh P.T., Chen S.N., Yang C.M. et al. Effects and complications of bevacizumab use in patients 

with retinopathy of prematurity: A multicenter study in Taiwan // Ophthalmology, 2011, v.118(1), p.176-

183.


116

2016/3 (22)

Ə Ə İ

A  İ MALLAR

Акперова А.т., Мадатли ш.Д.

лечеНие ретиНОпАтии НеДОНОшеННЫх: АНти-VEGF терАпиЯ 

или лАЗерНАЯ КОАгулЯЦиЯ (ОБЗОр литерАтурЫ)



Национальный Центр Офтальмологии имени Акад. Зарифа Алиевой, г.Баку, Азербайджан

Ключевые слова: ретинопатия недоношенных, лазерная коагуляция, анти-VEGF

 

реЗЮМе



В данной статье предсвлены результаты сравнительного анализа методов лечения ретинопатии недо-

ношенных, приведены современные источники и результаты научных исследований различных авторов. 

по  результатам  проведенных  исследований  регрессия  процесса,  рефрактивные  нарушения  и  состояние 

сетчатки во время наблюдения показали преимущество анти-VEGF терапии. Несмотря на то, что ретино-

патия недоношенных имеет статус «off-label» в офтальмологии, в ближайшем будущем не исключается 

возможность применения в начале лечения анти-VEGF терапии.

Akbarova A.T., Madatli Sh.D.

TREATMENT OF RETiNOPATHY OF PREMATURiTY: ANTi-VEGF OR 

LASER COAGULATiON (LiTERATURE REViEW)

National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

Key words: retinopathy of prematurity, laser coagulation, anti-VEGF

SUMMARY


in this report were compared methods of treatment of retinopathy of prematurity, it was a reference to modern 

literature sources and the outcomes of scientific researches. According to results of studies, regression of process, 

refractive violations and status of retina at the time of observations show advantage of anti-VEGF therapy. Although 

its status as the “off-label” in Ophthalmology, anti-VEGF therapy will be used for initial treatment of retinopathy 

of prematurity.

Korrespondensiya üçün: 



Əkbərova Aysel Təyyar qızı, Milli Oftalmologiya Mərkəzinin uşaq göz patologiyası şöbəsinin həkim-oftalmoloqu 

Mədətli Şəbnəm Cabbar qızı, Milli Oftalmologiya Mərkəzinin rezidenti 

Ünvan: AZ1114, Bakı ş., Cavadxan küç., 32/15 

Tel.: (+994 12) 569 09 36 

E-mai: administrator@eye.az; http: ⁄⁄www.eye.az

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin